The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-11-28 01:41:39

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

DİNİ RADİKALİZMİN PSİXOLOJİ ASPEKTLƏRİ

51

“Həbs olunduqdan sonra ilk aylar ərzində mən bütün vaxtımı
sistematik olaraq Qospeli15 oxumaqla keçirdim… Mən tədricən
başa düşməyə başladım ki, İsa peyğəmbərin sözlərini eşidir və ona
cavab verirəm… Ona ibadətim sayəsində, mən dərin və səmimi
transformasiyaya girirdim. Bu, məndən səmimi tövbə etməyimi tələb
etdi… keçmiş hərəkətlərimə görə, xüsusilə də BVA-da əvvəlki hərbi
xidmətimlə bağlı hərəkətlərimə görə”.

O zaman yeni dərk etdiyi mənəvi qəbuledilməzliyə görə bu şəxs
üçün zorakılıq əhəmiyyətli olmanın qazanılması vasitələri kimi öz
marağını itirmiş oldu.

Zorakı cihadın mənəvi cəhətdən qəbuledilməz olması əhalisinin
əksəriyyəti müsəlman olan ölkələrdə və ya müsəlman xalqlarında
terrorizm şübhələrinin qarşısının alınması məqsədini güdən bir neçə
deradikallaşma proqramlarının əsasını təşkil etmişdir (Səudiyyə
Ərəbistan, Yəmən, Sinqapur, İndoneziya və İraq). Səciyyəvi olaraq
dövlət orqanları tərəfindən yönləndirilən bu proqramların məqsədi
həbs olunanları, dini alət etmiş ekstremist təşkilatların - Cəmmah
İslamiyah, Əl Qaidə, Abu Sayaf Qrupu və s. üzvlərini tutduqları yoldan
çəkindirmək məqsədini daşıyırdı ki, dinc, silahsız insanlara qarşı
zorakılıq da İslama ziddir və müqəddəs Qurani Kərimdə açıq şəkildə
qadağan olunur. Bu mesaj ümumilikdə dustaqları mülki əhaliyə qarşı
zorakılığın qadağan olunması (icazəyə qarşı) ilə bağlı dini dialoqa cəlb

15  Qospel  (ing. Gospel music) Xristian Yevangeliya mətnlərinə əsaslanan ruhani musiqi janrı
olub XIX əsrin  sonlarında ABŞ-da yaranmış, XX əsrin ilk rübündə inkişaf etmişdir. Çox zaman
afroamerikan və ağların qospellərini bir-birindən fərqləndirirlər. Ümumi cəhət odur ki, hər iki növ
ABŞ-ın cənubundakı kilsələrin mühitində üzə çıxmışdır.
İlk dəfə qospel termini Filipp Bliss tərəfindən 1874-cü ildə tərtib olunmuş Yevangeliya yığın-
caqları üçün seçilmiş Qospel mahnıları, köhnə və təzə himnlərin və mahnıların məcmuəsi”
toplusunda istifadə edilmişdir (https://en.wikipedia.org/wiki/Gospel_music).

52

edən İslam din xadimləri tərəfindən təqdim olunmuşdur.
Məsələn, Misirdə uğurlu deradikallaşma baş vermişdir. Belə ki,

Misirin İslam Camaatı (Al-jamaah al-islamiyah) terror təşkilatının
liderləri zorakılıqdan çəkindirmək üçün öz davamçılarına əxlaqi
tövsiyələrdən ibarət 25 cilddən artıq kitab nəşr etdirmişdi. Misirin
Əl Cihad (ƏC) terror təşkilatının keçmiş əmiri - komandiri (1987-
1993), “Misirdə və Dünyada Cihadın idarə olunması üçün sənəd” adlı
əsərin müəllifi Seyid İmam Əl Şərif digər Əl Cihad liderləri ilə yanaşı,
zorakılığın qadağan edilməsi barədə təşkilat üzvlərini inandırmaq
məqsədilə həbsxanaları ziyarət etmişdir.

Beləliklə, zorakılığın dini əsaslar üzrə qəbuledilməz olması
arqumenti uğurlu vasitə kimi onu qeyri-legitim edir. Lakin hətta əgər
mənəvi əsaslar üzrə zorakılıqdan imtina olunmasa belə, qrupun
məqsədlərinə çatması baxımından səmərəsizliyinə, iflasa uğradığına
görə və nəticə etibarilə də kiməsə bir faydasının dəyməcəyi ümidi ilə
ondan imtina etmək olar. 1979-cu ilin payızında İspaniya parlamenti
Basklar (Euskadi) üçün Muxtariyyət Qanunlarını təsdiq etdikdən və
Bask parlamentinə sərbəst seçkilərə icazə verdikdən sonra keçmiş
BVA üzvü tərəfindən verilən aşağıdakı bəyanata nəzər salaq: “Bəziləri
təkid edə bilər ki, silahlı mübarizəni ilk dəfə başlamaq qərarına
gəldikdən sonra əsas məqsəd müstəqillik idi (sadəcə muxtariyyət
deyildi). İstənilən halda, sizin buna necə baxmağınızdan asılı
olmayaraq, müstəqillik bir ovuc axmaq quldur ilə əldə edə biləcəyiniz
bir iş deyil. İnanın mənə çünki mən bunu çox yaxşı öyrəndim ki, bu
yolla çox uzağa getməyəcəksiz” .

Terrorizmin və zorakılığın qələbə və uğur əldə etmə vasitəsi kimi
faydasız olması terrorçuların bunun əksinə effektiv və məhsuldar

53

olması iddialarını inkar edir. Həqiqətən də, terrorizmin və onun
ideoloqlarının tərəfdarları terrorizmin effektiv vasitə olmasını müxtəlif
nəzəri əsaslarla sübut etməyə çalışırlar. XIX əsrin sonlarında Rusiya
anarxistləri tərəfindən təklif olunan məntiqi dəlil ondan ibarət idi ki,
terrorizm dövlətin zəifliyini ifşa edəcək və bu da dövləti özünün təbliğ
etdiyi dəyərlərə zidd tədbirlərə vadar edəcəkdir ki, bununla da onun
riyakarlığı üzə çıxacaq və inqilaba aparan yol açılacaq. Terrorizmin
səmərəliliyi Qərbin təxmin olunan zəifliyi və mənəvi pozulmasına
istinadən fərqli məntiqlə Seyyid Həsən Nəsrullah tərəfindən özünün
“hörümçək toru” nəzəriyyəsində “Qərbin (İsrailin) gücünün reallığı
əks etdirmədiyi, sadəcə görüntüdən ibarət olduğu” şəklində ifadə
edilmişdir. Eyni fikir 2003-cü ildəki xütbəsində aşağıdakıları qeyd edən
Osama Bin Laden tərəfindən ifadə olunmuşdur: “Amerika nəhəng
hərbi qüvvəyə və güclü iqtisadiyyata malik olan böyük dövlət olsa da,
bütün bunlar zəif bünövrə üzərində qurulmuşdur. Buna görə də onu
zəif nöqtələrindən vuraraq asanlıqla hədəfə çevirmək mümkündür.
ABŞ yüzlərlə zəif nöqtəsindən vurulsa, büdrəyəcək, gücdən düşəcək
və dünya hökmranlığından imtina edəcək”16.

Beləliklə, radikalizm zorakılığın qanuni (halal) hesab edildiyi və
şərəf, nüfuz (əhəmiyyətlilik) bəxş etdiyi zəmində yarandığı halda,
deradikallaşma hər hansı şəxsin öz radikal vasitələrini mənəvi
baxımdan faydasız və qeyri-səmərəli hesab etdiyi və bu yolla öz
əhəmiyyətliliyinin artmasına çətin nail olacağı qənaətinə gəldiyi an
baş verir.

16  “Arzular mübarizəsinin qalibi olmaq”. The Washington Post (13 iyul, 2005), s. A21.

54

Əsas Məqsədin həyata keçirilməsi

Bəzən deradikallaşma belə bir yanaşma tələb edə bilər: Əsas
məqsədlərə doğru hərəkət etmək lazımdır və yalnız bundan sonra digər
maraqlara keçid etmək olar. BVA-nın keçmiş üzvü qeyd edir: “Mənim
silahlı mübarizə barəsində düşüncə tərzim az da olsa dəyişməmişdir.
Lakin mən ədalətli hərəkət etmişəm, fədakarcasına, bir hərbçi kimi
həyatımın üç ilini onlara həsr etmişəm”. BVA-nın digər keçmiş üzvü bunu
daha kobud ifadə etmişdir: “Sən öz-özünə deyirsən, ey insan… Daha
yaxşı olardı ki, həyatı seçəsən, çünki vaxt gedir… yaşlanırsan, mənim
vəziyyətimdə isə ailə qurmaq arzusu yaranır… Sənin 40 yaşın olacaq,
gələn il ailə qurmağı planlaşdırırsan və öz-özünə deyirsən ki, daha
bəsdir, artıq oyunun bu mərhələsində parçaları yığmaq vaxtıdır…....
çünki ancaq indi anladım ki, biz hamımız bir az yaşamalıyıq”).

Əlaqəsizlik vəziyyəti

Nəzərə alsaq ki, yuxarıda qeyd olunan məqamlar radikalizmi
və deradikalizmi ziddiyyət kimi ortaya qoyur, hər iki anlayışın fərqli
detalları üzərində diqqəti cəmləşdirsək, onların əlaqəsiz olduğu
təsəvvürü yaranır. ABŞ, Corciya Dövlət Univeristetinin Qlobal
tədqiqatlar və psixologiya üzrə professoru Con Horqana görə,
aşağıdakılar zorakılıqdan uzaqlaşmağın səbəbləri kimi göstərilə bilər:

1) Məqsədyönlü və davamlı üzvlüklə əlaqədar yaranmış mənfi

təcrübələr nəticəsində mənfi əhval-ruhiyyənin inkişafı (məs., təzyiq,
narahatlıq, ilk növbədə yeni qoşulanları aldatmağa yönəlmiş fantaziya
və ya xəyallardan tədricən uzaqlaşmaq və s.),

55

2) Prioritetlərdə dəyişikliyin məqsədi çox zaman özünü sorğu-

suala tutmağın nəticəsi kimi, əsasən də kiçik qayıdışın uzun müddət
davam edən sosial-psixoloji üzvün çatışmadığını hiss etdiyi və
ya üzvlükdən əvvəl mövcud olduğunu hiss etdiyi nəyisə yenidən
qazanmaqdır (kiçik qayıdışı dəlil kimi qəbul olunan bir üzv kimi);

3) Müşayiət olunan istiqamətlər və ya onların bəzi

keyfiyyətlərinə görə artmaqda olan məyusluq hissi (məs. siyasi
məqsədlər və ya əməliyyat taktikaları və onları riskə atan davranışlar
ilə).

İlk baxışdan, bütün bunların radikalizmə yardım edə bilən
şərtlərlə bağlı olmadığı görünür (misal üçün ailə və dostlar ilə əlaqə
vasitəsilə terror şəbəkəsinə müdaxilə etmək və ya internetdə geniş
yayılmış təxribat qığılcımları ilə təhrikedici ritorikaya sürüklənmək).
Daha yaxından baxsaq, aydın olur ki, insanın həyatında nəyinsə
çatışmadığı hissi ilə bağlı gərginlik və narahatlığın mənfi affektiv
mərhələlər kimi ayrılma şərtləri, radikallaşma zamanı məyusluğa
uğramış və tətbiq edilən vasitələrdə ümidsizliklə nəticələnmiş
alternativ narahatlıqların üzə çıxmasını əks etdirir (məs., psixoloji
rahatlıq və sakitlik). Bu da sözügedən vasitə və fikirlərə münasibətin,
mənəvi cəhətdən mümkün və səmərəli olan əminliyin yaranmasına
səbəb olması barədə fikrin dəyişməsi deməkdir.

Bundan başqa, sosial şəbəkələr vasitəsilə təsir metodu
demək olar ki, eyni dərəcədə həm radikallaşmada, həm də
deradikallaşmada istifadə olunur. Belə ki, radikallaşma birinin üzv
olduğu sosial şəbəkənin təsiri altına düşdüyünü, deradikallaşma
isə onun təsirinin zəiflədilməsini və ya əhatə dairəsindən kənara
çıxmanı əks etdirir. Misal üçün F.Reynares tərəfindən müzakirə

56

olunan bir çox BVA təşkilatını tərk etmə halları insanların həbsdə
olarkən öz yoldaşlarından və liderlərindən ayrılmasına istinad edir.

Daha doğrusu, deradikallaşma radikallaşmanın ləğvini təşkil edir:
radikallaşma əsas məqsədlə bir araya sığışmayan, alternativ işlərə
sadiqliyin azalması ilə əhəmiyyətli olmanın əldə olunması üçün
ideoloji axtarışlara daim artmaqda olan sadiqliyi və onun zor gücünə
əldə edilməsi üsullarını əks etdirir. Deradikallaşma alternativ yolların
və məqsədlərin yaranması ilə müşayiət olunan, ideoloji məqsədə
qarşı azalan sadiqliyi təşkil edir.

Deradikallaşma ilə müqayisədə zorakılıqdan uzaqlaşma

Deradikallaşma ilə bağlı müasir müzakirələr çox zaman Tore
Bjorqo (Oslo Universitetinin professoru) və C.Horqanın ən son
nəşrində Deradikallaşma ilə kənarlaşma arasında təqdim olunan
fərqə istinad edir. Bu baxışa əsasən, kənarlaşma zorakılıqda fəal
iştirakın olmadığını müəyyən edir, halbuki deradikallaşma zorakılığı
dəstəkləyən inanc sistemini bildirir. Hər iki məfhum ona görə fərqlidir
ki, kənarlaşma çox zaman sadəcə olaraq zorakılıq aktı törətmək
bacarıqsızlığı ilə əlaqəli ola bilər, misal üçün keçmişdə döyüş zamanı
alınan travmalara görə və ya təşkilatda fəal döyüşçü rolundan hücum
planlaşdırıcısı roluna dəyişdiyinə görə və s. Lakin bunlardan heç biri
radikal əhvalın zəifləməsini nəzərdə tutmur.

Bu nöqteyi-nəzərdən radikallaşma insanın əhəmiyyətli olmağı
qazanmağın ən effektiv vasitəsi kimi zorakılığa sadiqliyinə istinad
edir. Zorakılığa şəxsi sadiqlik dedikdə, biz zorakılıqla birbaşa və açıq
əlaqəyə malik fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tuturuq.

57

Bura kustar üsulla hazırlanmış partladıcı qurğuların quraşdırılması,
partladılması, məqsəd uğrunda özünü qurban verərək partlatma
hərəkətlərində fəal iştirak daxildir. Buraya eyni zamanda digərlərinin
intiharçı partladıcılar kimi öyrədilməsi, partlayıcı qurğuların
konstruksiyası, ölüm sahələrinin planlaşdırılması və s. daxildir.
Bu halda qeyd olunan konsepsiyaya müvafiq olaraq, təşkilatdakı
rolun qurğuların partladılmasında və ya atışmada fəal iştirakdan
hücumların planlaşdırılmasına və ya bombaların istehsalına dəyişməsi
radikalizmin azalması və ya ondan kənarlaşma kimi səciyyələndirilmir.
Bu cür səciyyələndirmədə əhəmiyyətli olmanın qazanılmasında
zorakı vasitələrin tətbiqinin mənəvi cəhətdən yanlış olduğuna və ya
qeyri-səmərəli olduğuna özündə yəqinlik tapır. Qeyd edilən metodları
digərləri üçün uyğun hesab etməsinə baxmayaraq, artıq özü üçün
belə fikirləşmir. Sonuncu anlamda kənarlaşma deradikallaşma ilə
eynidir və faktiki olaraq deradikallaşmanın mahiyyətini təşkil edir.
Həqiqətən də, nəticə etibarilə fərqli deradikallaşma proqramlarının
əsas anlamı zorakılığı qeyri-qanuni etmək və onu mənəvi cəhətdən
qınamaqdan ibarətdir.

Deradikallaşma təcrübəsi

Əvvəldə qeyd olunduğu kimi, son illərdə müxtəlif ölkələrdə
terrorçuluqda şübhəli bilinən insanların saxlanıldığı müəssisələrdə
deradikallaşma proqramları aparılır. Belə proqramlar Səudiyyə
Ərəbistanı, Yəmən, Sinqapur, İraq, Şri-Lanka və İndoneziyada
həyata keçirilmişdir (ətraflı baxın: El-Said & Harrington, 2010;
Rubin, Gunaratna, & Gerard, 2011). Ümumiyyətlə, deradikallaşma

58

cəhdləri psixoloqların və digər sosial elmlərlə məşğul olan alimlərin
yardımından bəhrələnir və öz təcrübələrini məntiqi davranış
prinsiplərinə əsaslandırırlar. Bir çox hallarda, onların effektivliyi
müstəqil tənqidi araşdırmaya məruz qalmır və onun səviyyəsi daha
çox subyektiv fikirlərdən asılı olur.

Bilavasitə və dolayı deradikallaşma

Terror məqsədi güdən ideologiya daşıyıcılarının birbaşa həbs
olunmasına yönələn bilavasitə deradikallaşma cəhdləri ilə ideoloji
qarşıdurmalardan uzaq duran və məhbusların ehtiyac və duyğularına
fikrini cəmləşdirən dolayı cəhdləri fərqləndirmək mümkündür.
Birincilərin aydın ifadə edilmiş yanaşmalarının məqsədi zorakılıqdan
istifadəni qeyri-qanuniləşdirmək olduğu halda, ikincilər bu vasitələrə
uyğun əhəmiyyətliliyi və ya alternativ məqsədləri ilə seçilən, alternativ
vasitələr təqdim edir. Demək olar ki, birbaşa zidd yanaşmaların
həbs olunanların düşüncələrinə ünvanlandığı bir halda, motivasiyalı
yanaşmaların məqsədi onların qəlblərinə yol tapmaqdadır.

Müsəlman dövlətləri (Səudiyyə Ərəbistanı, İraq, Yəmən,
İndoneziya) və ya müsəlman azlıqları olan dövlətlərdə (Sinqapur)
bəzi məşhur proqramlarda, bilavasitə deradikallaşma cəhdləri
mötədil müsəlman ruhaniləri tərəfindən həyata keçirilib. Bununla
həbs olunanları belə bir ilahi dialoqa cəlb ediblər ki, onlar dinə
inanmayanlara qarşı zorakılığı dəstəkləməyən Quranın düzgün
şərhini verib və cihada, hər şeydən əvvəl dinsizlərə qarşı qəddar
mübarizədən daha çox xeyirxahlıq və yaxşılıq üçün daxili mübarizə
kimi yanaşmağı bildiriblər.

59

Dolayı deradikallaşma cəhdlərinə peşə təhsil kursları daxildir
ki, burada cəmiyyətə reinteqrasiyanın mümkünlüyü, bununla da
harmoniya (ekstremistə zidd olaraq) daxilində şəxsi əhəmiyyət
hissinin bərpa olunması bir çox maraqlara uyğundur. Həbs olunanların
ailələrinin reabilitasiya prosesinə cəlb olunması hər hansı bir səbəbdən
zorakı qurban ilə bağlı olmayan qeyri-ideoloji maraqların dolayı yolla
aktivləşdirilməsi yolunu təqdim edir. General-leytenant Duqlas Stoun
tərəfindən başçılıq edilən İraqdakı deradikallaşma proqramında
ailələr zəif səfərlər etmək imkanına malik idi ki, bu zaman onların
həbs olunmuş qohumları ilə qısa fiziki təmasda olmalarına (ilk
növbədə uşaqları və həyat yoldaşları ilə görüş) icazə verilirdi və bu
zaman onlar həbsxanada işləyərək qazandıqları pullarını ailə üzvləri
ilə bölüşə bilərdilər.

Şri-Lanka Deradikallaşma Proqramı

Müsəlman dövlətlərindəki deradikallaşma proqramlarından fərqli
olaraq, Şri-Lanka proqramının tərkibində heç bir dini elementlər yox
idi. Bundan başqa, TEAP terrorçuları din ilə deyil, daha çox etnik-
millətçi ideologiya ilə motivasiya (Adada özünü elan etmiş müstəqil
Tamil Elam Dövləti (dünya birliyi tərəfindən tanınmayan)) olunurdu.
Bundan başqa, Şri-Lanka proqramı psixoloji perspektivdən uyğun
görünən bir çox elementləri əhatə edirdi: 1. O, liderləri izləyicilərdən
ayırırdı ki, bununla da ekstremist ideologiyanın üstünlük təşkil etdiyi
kollektiv qrupu parçalayırdı; 2. İncəsənət və yoqa kimi əhval-ruhiyyəyə
aid fəaliyyətləri əhatə edən ciddi fərdi mərkəzdən ibarət idi; 3. Həbs
olunanları (ehtiyaclı kimi adlandırırlar) alternativ, əhəmiyyətli olmanın

60

qazanılmasının qeyri-zorakı vasitələri və cəmiyyətə reinteqrasiya ilə
təmin edən ciddi peşə təhsili elementindən ibarətdir

Tədqiqatçılar həmin ehtiyaclıları proqrama daxil olan zaman
və doqquz aydan sonra sınaqdan keçirdirlər. Araşdırmaçıların eyni
zamanda məkanların birində nəzarət qrupu da var idi, bu qrup
deradikallaşma qrupuna xas bir çox müvafiq xüsusiyyətlərə malik
idi və onun üzvləri deradikallaşma proqramını qəbul etmirdi. 3-cü
şəkil nəzarət qrupu ilə eyni vaxtlarda yoxlanılan məhbusların kiçik
bir hissəsinə əsaslanan ilkin analizi qeydə alır. Göründüyü kimi,
deradikallaşma proqramını qəbul edən qrup zaman keçdikcə
müsbət istiqamətə dəyişdi və onların sinhallılara17 qarşı zorakı
mübarizəyə dəstəkləri əhəmiyyətli dərəcədə azaldı. Bununla yanaşı,
deradikallaşma proqramını qəbul etməyən nəzarət qrupu zaman
keçdikcə onların zorakılıqla bağlı davranışlarını dəyişmədi. Bu belə bir
faktı ortaya qoyur ki, Şri-Lankanın deradikallaşma proqramı effektiv
ola bilər. Sözsüz ki, göründüyü kimi, deradikallaşma proqramının
səbəb olduğu münasibət dəyişikliyi uzun müddət davam etməyə
bilər. Onun davam edib-etməyəcəyi sözügedən ehtiyaclıların öz
cəmiyyətlərinə qayıtdıqları zaman qarşılaşdıqları təsirdən asılıdır.
İnsanların radikallaşdıqları və deradikallaşdıqları yolla, onlar
deradikallaşa da bilərlər. Həbs olunanların azadlığa çıxdıqdan sonra
nələrin baş verdiyini qiymətləndirmək isə əlavə tədqiqat tələb edir.

17  Şri-Lankada əksəriyyət təşkil edən etnik qrup

Silahlı mübarizəyə dəstək 61

Şəkil 3. Zaman və reabilitasiya funksiyası kimi silahlı mübarizəyə
dəstək.

1. Reabilitasiya
2. Reabilitasiyasız

Zaman 1 Zaman 2

62

Nəticə

Zorakı ekstremizm ilə inkişaf edən radikallaşma bu gün
dünyanın ən ciddi təhlükələrindən biridir. Ən müasir texnologiyalı
silahların (məs., kiber texnologiyaları, KBRN – kimyəvi, bioloji,
radioloji, nüvə müdafiəsi) terrorçuların əllərinə keçmiş olarsa, bu,
milyonlarla insanın görülməmiş fiziki və psixoloji əziyyət çəkmələri
ilə nəticələnə bilər. Təbii ki, terror hücumlarının qarşısının alınması
hərbi, polis və kəşfiyyat xidmətlərinin başlıca vəzifəsidir. Qısa zaman
kəsiyində onların fəaliyyətləri əhəmiyyətli və əvəzolunmazdır. Buna
baxmayaraq, uzun müddət ərzində çətin ki, onlar siyasi zorakılıq
problemini həll etsinlər. Onlar məsələyə strateji deyil, taktiki olaraq
girişir və daha çox təhqirə yol verməklə radikallaşma problemini həll
etməyə çalışsalar da, əksinə çox vaxt prosesi kəskinləşdirir, bununla
da ekstremistlərin təxribat dəyirmanına su tökmüş olurlar.

Radikallaşmanın konkret vəziyyətləri çox zaman təəccüblü və
anlaşılmaz görünür, lakin radikallaşma prosesinin özü xüsusi, sirli bir
proses deyildir. Əmin ola bilərsiz ki, terrorun heç bir asan və sadə
həll yolu yoxdur, heç bir amil bu fenomeni ayrılıqda izah edə bilmir.
Psixoloqlar, iqtisadçılar və digər ixtisas sahələri terrorizmi izah edən
konkret şəxsiyyət profilini və ya vəziyyətə uyğun şəraitləri (yoxsulluq,
siyasi sıxıntı, təhsil çatışmazlığı və s.) tapmaq ümidlərini itirmişlər.
Lakin bu amillərin terrorizm və siyasi zorakılıq ilə heç bir əlaqəsinin
olmadığı qənaətinə gəlmək də yalnış olardı. Faktiki olaraq, müəyyən
şəraitlərdə, onlar terrorizmi dəstəkləyən vacib amillər kimi özlərini
doğruldublar.

63

Radikallaşma vəziyyətlərində “anlayış və ya qavrama” fərqlərinin
mövcud olmasına baxmayaraq, radikallaşmanı daha geniş, xüsusilə
də üç elementin uyğunluğunu təqdim edən interaktiv bir proses
kimi qəbul etmək faydalıdır: Artıq qeyd etdiyimiz kimi məqsəd
şəxsi əhəmiyyətli olmağa can atmaq, terrorizmi müdafiə vasitələri
və əhəmiyyətli olmağa çatmaq yolu kimi zorakılıq ideologiyasını
dəstəkləyən, bu məqsəd və vasitələrin qəbul olunmasını həyata
keçirən şəbəkələrin və qrup dinamikasının yaradılmasıdır.

Şəxsi, mədəni və ya şəraitə uyğun amillər bu kateqoriyalardan hər
hansı birinə və ya hamısına təsir göstərə və bununla da radikallaşmaya
və ya deradikallaşmaya dəstək ola bilər. Misal üçün, idrak darlığı
(cognitive closure) və ya asılılıq xüsusiyyəti qrupun razılığı ilə getmək
tendensiyasına və uyğunluğa dəstək ola bilər; bu, öz növbəsində
bəzi insanların qruplarının dəstəklədiyi konsensual nəticələri və
vasitələri qəbul etmək tendensiyasını artıra bilər (bağlılıq və ya asılılıq
xüsusiyyətinə yüksək ehtiyacı olanlar). Bundan başqa, etiraza qarşı
həssaslıq incikliyə meyillilik yarada bilər və bununla da mədəniyyətdə
“şərəf”ə böyük önəm verildiyi kimi əhəmiyyətli olmanın itirilməsi
hissini də yarada bilər.

64

İstifadə edilmiş ədəbiyyat

Azərbaycan dilində

1. Qurani-Kərim
2. Müqəddəs kitab ( İncil: Mark; Tövrat: Misirdən çıxış; Qanunun
təkrarı)
3. Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü. Təhlilli
xronika. Bakı – 2012. s 912.

İngilis dilində

4. Arie W. Kruglanski. The Psychology of Radicalization and
Deradicalization: How Significance Quest Impacts Violent Extremism
. Advances in Political Psychology, Vol. 35, Suppl. 1, 2014.

5. Bandura, A. (1999). Moral disengagement in the perpetration
of inhumanities. Personality and Social Psychology Review, 3, 193–
209.

6. Bjørgo, T., & Horgan, J. (Eds.). (2009). Leaving terrorism
behind. Individual and collective disengagement. Abingdon, UK:
Routledge.

7. Castano, E., & Giner-Sorolla, R. (2006). Not quite human:
Infrahuminization in response to collective responsibilitly for
intergroup killing. Journal of Personality and Social Psychology, 90,
804–818.

8. Deci, E. L., & Ryan, R. M. (2000). The “what” and “why” of

65

goal pursuits: Human needs and the self-determination of behavior.
Psychological Inquiry, 11, 227–268.

9. Durkheim, I. (1889). An analysis of Ferdinand Tonnies,
Gemeinschaft und Gesell schaft: Abhandlung des Communismus und
des Socialismus als empirischer Cultur-formen. Revue Philosophique,
27, 416–22.

10. Dweck, C. S., & Ehrlinger, J. (2006). Implicit theories and
conflict resolution. In M. Deutsch, P. T. Coleman, & E. C. Marcus.
(Eds.). The handbook of conflict resolution: Theory and practice (2nd
ed., pp. 317–330). San Francisco, CA: JosseyBass Publishers.

11. Greenberg, J., Simon, L., Pyszczynski, T., Solomon, S., &
Chatel, D. (1992). Terror management and tolerance: Does mortality
salience always intensify negative reactions to others who threaten
one’s worldview? Journal of Personality and Social Psychology, 63,
212–220.

12. Horgan, J. (2010). Rehabilitating the terrorists? Challenges in
assessing the effectiveness of de-radicalization programs. Terrorism
and Political Violence, 22, 267–291

13. Pedahzur, A. (2005). Suicide terrorism. Cambridge, UK: Polity
Press.

14. Reinares, F. (2011). Exit from terrorism: A qualitative empirical
study on disengagement and deradicalization among members of
ETA. Terrorism and Political Violence, 23, 780–803.

15. Sageman, M. (2008). Leaderless Jihad: Terror networks in the
twenty-first century. Philadelphia: University of Pennsylvania Press.

16. Schmid, A. P., Jongman, A. J., & Horowitz, I. L. (1988). Political
terrorism: a new guide to actors, authors, concepts, data bases,

66

theories, and literature. Amsterdam, Netherlands: Transaction Books.
Sprinzak, E. (2001). The lone gunmen: The global war on terrorism
faces a new brand of enemy. Foreign Policy, 1127, 72–73.

17. Zartman, W. I., & Anstey, M. (2012). The problem: Preventing
identity conflicts and genocide. In I. W. Zartman, M. Ansteys, & P.
Meerts (Eds.), The slippery slope to genocide: Reducing identity
conflicts and preventing mass murder (pp. 3–34). New York, NY:
Oxford University Press.

18. Mosher, Donald L. (1 August 1979). «Sex guilt and sex myths
in college men and women».  The Journal of Sex Research.  15  (3):
224–234

19. https://en.wikipedia.org/wiki/Gospel_music
20. https://www.researchgate.net/publication/280938482

MÜNDƏRİCAT

Giriş..............................................................................................3

RADİKALİZM İFRAT ÖHDƏLİK KİMİ..........................................12
Motivasiya: Əhəmiyyətli olmağa doğru meyil.............................13
RADİKALLAŞMA KONTRFİNALLIQ KİMİ....................16

Radikallaşmanın dərəcələri....................................................16
Müşahidəçinin gözü: Radikalizmin qəbul olunmasının
subyektivliyi barəsində...............................................................19
Terrorçuların Motivasiyası Şəxsi əhəmiyyət kəsbetmə
axtarışı kimi................................................................................20

RADİKALLAŞMA PROSESİ........................................................22
Əhəmiyyətli olma axtarışının başlanması...................................22
Əhəmiyyətli olmanın itirilməsi....................................................23
Əhəmiyyətliliyin itirilməsi hissindən yayınmaq...........................25

ƏHƏMİYYƏTLİ OLMANIN QAZANILMASI İMKANI....................26
İdeologiya..................................................................................26
İdeologiyanın mənası varmı?......................................................27
Terrorizmə haqq qazandıran ideologiyanın elementləri.............29
Terrorizmin mənəvi bəraəti........................................................29
Effektivliyə əsaslanan bəraətlər...................................................31

Terrorizmi dəstəkləyən ideologiyalar ümumi dəyərlər
sistemlərinə qarşı.......................................................................32
Sosialyönümlü ideologiyalar.......................................................33

RADİKALLAŞMANIN KONTRFİNALLIQ NƏZƏRİYYƏSİ................36

RADİKALLAŞMAYA APARAN YOLLAR.......................................39

DƏYƏR AXTARIŞI NƏZƏRİYYƏSİ ÜÇÜN EMPİRİK DƏLİL............42
Həyat uğursuzluqları və kollektivizm..........................................42
Kollektiv səlahiyyətlər və Qurban verməyə hazır olma...............44
Əhəmiyyətli olmanın itirilməsi və zorakılığa dəstək....................47

DERADİKALAŞMA: MÖTƏDİLLİYƏ QAYIDIŞ..............................49
Radikallaşma deradikallaşmaya qarşı..........................................49
Zorakılıq vasitələrindən imtina...................................................50
Əsas Məqsədin həyata keçirilməsi..............................................54
Əlaqəsizlik vəziyyəti....................................................................54
Deradikallaşma ilə müqayisədə zorakılıqdan uzaqlaşma.............56
Deradikallaşmatəcrübəsi............................................................57
Bilavasitə və dolayı deradikallaşma............................................58
Şri-Lanka Deradikallaşma Proqramı............................................59

NƏTİCƏ.................................................................................62
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI..................................64

Çapa imzalanmışdır: 11.12.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version