CEYHUN ƏLİYEV
İSLAM
MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Bakı – 2020
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə
çap edilmişdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin DK-415d-09/15 saylı, 11 dekabr 2020-ci il
tarixli məktubu ilə nəşrinə razılıq verilmişdir.
CEYHUN ƏLİYEV
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Dizayner: Raman Dadaşov
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Müəllifdən
Dünyada mövcud olan bütün dinlərin qayəsi insanı
mənəvi yüksəlişə, kamilliyə və müdrikliyə çatdırmaqdır.
Fərqli baxış bucağı və metodologiya istifadə etməsinə
baxmayaraq, dinlərin ortaq nöqtələrindən biri, bəlkə də
birincisi budur. Bəzi araşdırmaçılar dinin hədəfinin insanı
xoşbəxt etmək olduğunu desələr də, bu xoşbəxtlik kor-
koranə və dünyəvi həvəslərə köklənmiş formada təzahür
etməməlidir. Dünya və axirət səadətinə çatmaq isə məhz
insanın kamilləşməsindən asılıdır. Təcrübə göstərir ki,
kamillik və müdrikliyə çatmaq yer üzünün xəlifəsi olan
insan üçün o qədər də asan başa gəlmir. Müasir dünya bütün
rəngləri və cazibəsi ilə insanları mənəvi dəyərlərdən daha
çox maddi dəyərlərə dəvət edir. Şübhəsiz ki, insan yaradılış
etibarı ilə maddi varlıqdır və bu mahiyyət həyatımızın
hər addımında təzahür etməkdədir. Kamilləşmə prosesi
isə maddiyyat və mənəviyyat arasında doğru balansın
qurulmasına deyilir. Yəni, biz dünya və axirət həyatının
hər ikisinə hesablanmış, dünyanı hədər etmədən axirəti
qazanmaq prinsipini rəhbər tutan “orta yolu” tapmaqla
xoşbəxtliyə çata bilərik. Etiraf etməliyik ki, “orta yolu”
4
CEYHUN ƏLİYEV
müəyyən etmək, ifrata və təfritə düşməmək, balansı
qorumaq o qədər də asan məsələ deyil. Bunun üçün insanlıq
həm kollektiv, həm də fərdi kamillik yolunda irəliləməlidir.
Bu kitab nəzəri fikirlərdən daha çox, hekayə və
rəvayərtlər vasitəsilə praktiki kamillik yollarının axtarışına
yönəlmənin bir nəticəsidir. İndiki dövrdə uzun-uzadı
nəzəriyyələr, saatlarla davam edən, terminologiya bolluğu
ilə seçilər mühazirələr sadə insanlar üçün o qədər də
cəlbedici görünmür. İnsanlar daha anlaşılan, təcrübə ilə
hasil olan, qısa və tutumlu məlumatlara üstünlük verirlər.
Təsadüfi deyil ki, sosial şəbəkələrin bəziləri öz fikrini
ifadə etmək üçün hərf sayını belə məhdudlaşdırmış, qısa
və lakonik şəkildə yazılan düşüncələri daha səmərəli hesab
etmişdir. Hesab edirəm ki, insanlara dəyərlərin aşılanması,
kamillik və müdirikliklə bağlı prinsiplərin öyrədilməsi və
təbliği günümüzdə az sözlə çox fikir ifadə etmək vasitəsilə
daha effektiv nəticə verə bilər. İslam dini başlıca mənbə
olaraq Qurani-Kərim ayələri və Həzrət Peyğəmbərin
hədisləri ilə əslində bu yanaşmanı rəhbər tutmuşdur. Bəzən
Qurani-Kərimin bir ayəsi insan üçün böyük üfüqlər aça,
Allah Rəsulunun (s) bir hədisi düşüncə inqilabına gətirib
çıxara bilər. Məhz bu məqsədlə hazırladığımız kitab
qısa hekayə və rəvayətlər vasitəsilə insanların mənəvi
yüksəlişinə, kamilləşməsinə və nəticədə müdrik bir
şəxsiyyətə çevrilməsinə dəstək niyyəti daşıyır. Əvvəlcədən
qeyd edim ki, kitabda təqdim edilən hekayə və rəvayətlərin
5
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
səhihlik dərəcəsindən daha çox onların ehtiva etdiyi
mənəvi fikir, bədii nəticə və insanlara müsbət təsiri nəzərə
alınmışdır. Yəni bu kitaba elmi əsər gözü ilə deyil, mənəvi
dünyamızı zənginləşdirəcək vəsait kimi baxmağınızı xahiş
edirəm. Oxuculara əvvəlcədən təklif və iradları üçün dərin
minnətdarlığımı bildirirəm.
6
CEYHUN ƏLİYEV
Peyğəmbər məscidində ibadət edən
xristianlar!
İslamın digər dinlərin nümayəndələrinə olan
münasibətini öyrənməyin ən düzgün yolu, bu dinin
peyğəmbəri və ən böyük təbliğçisi olan Həzrət Məhəmmədin
(s) həyatına və davranışlarına baxmaqla mümkündür.
Günümüzdə dinlərarası münasibətlər kontekstində bu
məsələ olduqca əhəmiyyətlidir. İslamafobiya meyillərinin
artdığı bir dövrdə Peyğəmbər həyatından nümunələrə
nəzər salaraq, bu məsələni həmin nümunələrin işığında
dəyərləndirmək faydalı olacaqdır.
Həzrət Məhəmmmədin (s) Nəcran xristiyanlarına öz
məscidində ibadət etməsinə icazə verməsi
Bu hadisə Mədinədəki Peyğəmbər məscidində baş
vermişdir. Xristian heyəti namaz vaxtı məscidə daxil
olaraq ibadət etmək istəmiş, bəzi səhabələrin etirazına
baxmayaraq, Allah Rəsulu (s) onlara yer göstərərək
öz dinlərinə uyğun şəkildə ibadət etmələri üçün icazə
vermişdir. Hələ VII əsrdə, İslamın ilk illərində baş verən
bu hadisə, yüksək tolerantlıq və mədəniyyət nümunəsidir.
Həzrət Məhəmməd (s) bu addımı ataraq gələn heyətə
7
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
hörmətini ifadə etməklə yanaşı, eyni zamanda, bütün
müsəlmanlara yol göstərmişdir. Bu yol, qarşılıqlı etimad
və yüksək əxlaq yoludur.
Peyğəmbərin (s) kitab əhlinin müsəlmanların
himayəsində olduğunu bildirməsi
Həzrət Məhəmməd (s) xristian olan İbn Haris və
qövmü ilə anlaşma müqaviləsi imzalayarkən, müqavilədə
aşağıdakı cümlələr yer alırdı: “Şərqdə və Qərbdə yaşayan
bütün xristianların dinləri, kilsələri, canları, malları,
namusları, Allahın, Peyğəmbərin və bütün möminlərin
himayəsindədir. Xristian olan heç kim İslamı qəbul etməyə
məcbur edilməyəcək. Xristianlardan hansısa haqsızlığa
məruz qaldıqda müsəlmanlar ona kömək göstərmək
məcburiyyətindədir”. Əslində bu müqavilə mətni
İslam dininin və onun Peyğəmbərinin (s) digər dinlərin
nümayəndələrinə qarşı olan münasibətini açıq şəkildə
ortaya qoyur. Belə yanaşma bugünkü dindarlar üçün
də “yol xəritəsi” olmalıdır. Biz digər fikirlərə müdaxilə
etməməli, tam əksinə, öz dinimizin belə ümumbəşəri
dəyərlərini üzə çıxararaq, İslamı hər kəsə sevdirməliyik.
Dinimiz, sevgi, hörmət, etibar və əxlaq üzərində inşa
edilmiş dindir. Göründüyü kimi, bunu tarixi faktlar da
sübut edir. Lakin təəssüf ki, dövrümüzdə bu faktları bilən
insanlar çox azdır.
Allah Rəsulunun (s) öz səhabələrini xristian hökmdarın
yanına göndərməsi
8
CEYHUN ƏLİYEV
İslamın ilk illəri idi. Məkkəli müşriklərin işgəncələri
dözülməz hala gəlmişdi. Həzrət Peyğəmbər (s) bu
vəziyyətdən çıxış yolu olaraq, bir qism müsəlmanın
xristian diyarı olan Həbəşistana hicrət etməsində görürdü.
O: “Orada ədalətli bir hökmdar var. Heç kimə zülm
edilməyən o torpaqlara hicrət edin” - deyə buyurmuşdu.
Müsəlmanlar iki dəfə həmin diyara hicrət etmiş və xristian
ölkəsində uzun müddət həmin hökmdarın himayəsində
yaşamışdılar. Dolayısıyla bu hadisə bir daha onu sübut
edir ki, Peyğəmbər (s) öz ətrafındakı insanları xristian bir
hökmdara əmanət etmiş, dini zəmini ikinci plana salaraq
məhz ədalət və etimad prinsiplərinə uyğun davranmışdır.
Onun atdığı bu addım indiki İslam ümməti üçün də əzəmətli
nümunədir.
Peyğəmbərin (s) Xeybər qalasının fəthi əsnasında
yəhudilərlə münasibəti
Xeybər qalası fəth edildikdən sonra müsəlmanlar çoxlu
qənimət ələ keçirmişdi. Bunların içində cildlərlə Tövrat
nüsxələri var idi. Təbii ki, İslam dininə görə bu kitab bir
çox təhriflərə məruz qalmışdır. Buna baxmayaraq, İslam
Peyğəmbəri (s) həmin nüsxələri qənimətlər arasından
çıxararaq yəhudilərə geri qaytarmışdır. İlk baxışdan adi
görünən bu hadisə, əslində başqasının dini dəyərlərinə olan
hörmətin ən bariz nümunəsidir.
Heç şübhə yoxdur ki, söz açdığımız bu hadisələrə
bənzər onlarla başqa nümunələr də mövcuddur.
9
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Məhəmməd Peyğəmbərin (s) həyatı bu səpkidə olan
hadisələrlə zəngindir. Lakin bu günün müsəlmanları onun
həyatından və göstərdiyi nümunələrdən faydalanaraq ibrət
almalıdırlar. İslam dininin sahib olduğu yüksək əxlaqi
və mənəvi dəyərlər yalnız bu şəkildə təzahür edə bilər.
Maariflənmə deyildikdə nəzərdə tutulan da məhz budur.
İslam dinini doğru şəkildə öyrənərək, gələcək nəsilləri
milli, vətənpərvər, tolerant, əxlaqlı olaraq yetişdirmək.
10
CEYHUN ƏLİYEV
Müsəlmanlara verilən son tövsiyə
Xəstəliyinin şiddəti artırdı. Yavaş-yavaş həyatının son
dəqiqələrinə yaxınlaşırdı. Yanında Əhli-Beyt və səhabələr
var idi. Müsəlmanlar narahatlıq içində idilər. Allah Rəsulu
(s) 23 illik təbliğ vəzifəsini başa çatdırıb, bu dünyaya
gözlərini yummaq üzrə idi. Mədinəni – Peyğəmbərə (s)
qucaq açmış bu şəhəri böyük kədər bürümüşdü. İslam
ümməti öz rəhbərini itirməyə hazır deyildi. Gözlərdə
nigarançılıq, ürəklərdə nisgil var idi. Hər kəs ümidlə
Onun (s) sağalmasını gözləyirdi. Ümmət, əvvəlkitək
Peyğəmbərin (s) imamlığı ilə namaz qılmaq, ibadət etmək
arzusunda idi.
Hərarətin şiddəti artdıqca bəzən huşunu itirir, bəzən
də oyanırdı. Bütün insanlığa nümunə ola biləcək ədəb,
iman, əxlaq dolu ömür sürmüşdü. Allahın dinini yer
üzünə yaymaq üçün əlindən gələni əsirgəməmiş, İslamın
bütün prinsiplərini yaşadığı həyat nümunəsi ilə tətbiq
etmişdi. Beləliklə, iyirmi üç il davam edən risalət dövrü
sona çatırdı. Yenidən gözlərini açıb ətrafa nəzər saldı.
Nəfəs almaqda çətinlik çəkirdi. Ətrafındakılara baxıb
son sözlərini söylədi: ”Namaza diqqət edin, qadınların
11
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
haqqını qoruyun, tabeçiliyinizdə olanlarla yaxşı rəftar
edin, əmanəti yerinə çatdırın”. Qaynaqlardakı məlumatlara
görə, bunlar Allah Rəsulunun (s) son sözləri oldu və O,
vəfat etdi. Ümmətə, müsəlmanlara, insanlığa dediyi son
söz, son tövsiyə. Əslində Peyğəmbərin (s) həyatının son
anlarında verdiyi bu tövsiyələr İslam dininin təməl ictimai
prinsiplərini təşkil edirdi.
Namaza diqqət edin
Namaz dinimizin ən başlıca ibadətidir. Bu ibadəti
yerinə yetirmək nə qədər əhəmiyyətlidirsə, onun mənasını
dərk etmək, mahiyyətinə varmaq da o qədər əhəmiyyətlidir.
Həzrət Peyğəmbərin (s) namaz haqqındakı tövsiyəsi
keçmişimizə, bu günümüzə və gələcəyimizə xitab edir.
Namazı qorumaqla, ona diqqət etməklə biz, eyni zamanda
dinimizin sütununu qoruyuruq. Allah Rəsulu (s) bir hədisi-
şərifində buyurur: “Namazın dindəki yeri, başın bədəndəki
yeri kimidir”.
Qadınların haqqını qoruyun
Peyğəmbər (s), “Sizin ən xeyirliniz, qadınlarına ən
yaxşı davrananınızdır” - deyə buyurmuşdur. Qadınların
insan kimi heç bir dəyərinin olmadığı bir zamanda, cahiliyyə
dövründə gələn İslam dini, o vaxtki ərəb cəmiyyəti üçün
inqilabi islahatlar həyata keçirdi. Bunlardan ən başlıcası
qadınlara verilən hüquqlar oldu. Hətta, Qurani-Kərimdə
12
CEYHUN ƏLİYEV
“kişilər” surəsi olmadığı halda, “qadınlar” surəsi nazil
oldu. Onların mövqeləri Qurani-Kərim ayələri, eləcə də,
Həzrət Peyğəmbərin (s) verdiyi hökmlərlə möhkəmləndi.
Bütün bunlarla yanaşı, Allah Rəsulu (s) son tövsiyəsində
belə qadınları unutmamış, onların hüquqlarının qorunması
üçün müsəlmanları xəbərdar etmişdir.
Tabeçiliyinizdə olanlarla yaxşı rəftar edin
Mərhəmət və rəhmət dini olan İslam, insani
münasibətlər zəminində də köklü dəyişikliklər etmiş,
qarşılıqlı hörmət mühitini yaratmışdır. Allah Rəsulu (s)
bir hədisi-şərifində buyurmuşdur: “Allah yumşaqlıq və
nəzakət sahibidir. O, bütün işlərdə yumşaqlıq və nəzakəti
sevər”. İnsanların mənəvi olaraq əzilməməsi, psixoloji
gərginlik keçirməməsi üçün yaxşı rəftarı tövsiyə edən
dinimiz, xüsusən tabeçiliyimizdəki insanlarla münasibətdə
həssas olmağa, onlara diqqətlə yanaşmağa təşviq edir.
Günümüzdə də belə gözəl tendensiyalar qorunmalıdır.
Əmanəti yerinə çatdırın
İslamın əxlaq prinsiplərinin içində əmanətə münasibət
xüsusi yer tutur. Əmanəti qorumaq və sahibinə çatdırmaq
hər bir müsəlman üçün müqəddəs vəzifədir. Allah Rəsulu
(s) hələ cahiliyyə dövründən ən etibarlı insan kimi tanınır,
çoxları, hətta müşriklər belə öz mallarını ona əmanət
edirdilər. Onun bir çox hədislərində əmanət mövzusu ələ
13
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
alınmışdır. Bir hədisdə, “Sənə əmanət edənin əmanətini
geri ver Sənə xəyanət edənə xəyanət etmə” buyurulmuşdur.
Son tövsiyəsində də bu məsələni qeyd etməsi, Peyğəmbərin
(s) əmanətə həssas münasibətinin göstəricisidir.
Beləliklə, Həzrət Peyğəmbərin (s) o vaxt müsəlmanlara,
dolayısıyla bizlərə ünvanladığı bu tövsiyələr hər birimiz
üçün həyat prinsipinə çevrilməli, yolumuza işıq tutmalıdır.
Mənəvi dünyamızın genişlənməsi, imanımızın güclənməsi,
əxlaqımızın gözəlləşməsi üçün daha çox oxumalı, daha
çox öyrənməliyik. Qurani-Kərim və hədislərdən aldığımız
həyat dərsləri ruhumuz üçün qidaya, dinimiz üçün isə
zənginliyə çevrilməlidir.
14
CEYHUN ƏLİYEV
Nəfsi tərbiyə üçün böyük fürsət!
Ramazan ayı!
Ramazan on bir ayın sultanı, xeyir, rəhmət, bərəkət
ayı olaraq xüsusi əhəmiyyət daşıyır. Bu ayın fəziləti
bizim zənn etdiyimizdən qat-qat böyükdür. Oruc tutan
müsəlmanlar gün çıxandan gün batana qədər, sadəcə Allah
rızası üçün nəfslərinə bir sıra məhdudiyyətlər qoyaraq,
mənəvi yüksəlişə nail olurlar. Lakin bu ayda insanı bəzi
suallar da narahat edir. Oruc tutmağın mənası və dəyəri
sadəcə ac qalmaqdanmı ibarətdir? Biz bir gün ərzində
yeyib-içməyərək oruc tutmuş sayılırıqmı? Allahın Qurani-
Kərimdə müsəlmanlara orucu əmr etməsinin məqsədi
bizləri ac saxlamaqdırmı? Əgər bu suallara səthi yanaşsaq,
aldığımız cavablar da bizi qane etməyəcək. Lakin, biz bu
ibadət növünün mahiyyətinə varmağa çalışsaq, tamam
başqa bir mənzərə ilə qarşılaşarıq.
İslam dini Qurani-Kərim və Həzrət Peyğəmbərin (s)
hədisləri əsasında formalaşan bir dindir. O cümlədən, oruc
ibadəti də bu iki əsas qaynağın hökmləri əsasında yerinə
yetirilir. Bu ibadətin fiziki tərəfi sübh namazından şam
namazına qədər yeməyib, içməyib, cinsi münasibətdən
15
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
uzaq durmaq olsa da, mənəvi tərəfi çox geniş üfüqlərə
sahibdir. Oruc tutmaq sadəcə yeməmək deyil, yeməyənin
halını anlamaqdır. Oruc tutmaq sadəcə su içməmək deyil,
suyun həyati əhəmiyyətini dərk etməkdir. Bu mübarək
ay boyunca biz müsəlmanlar, ilahi nemətlərə şükür
etməyi öyrənməli, həmin nemətlərin Allahın insanlara
böyük lütfü olduğunu dərk edərək, mənəvi duyğularımızı
zənginləşdirməliyik. Heç şübhə yoxdur ki, Ramazan ayında
yerinə yetirilən bu ibadətin başlıca qayəsi nəfsi tərbiyədir.
İnsan bütün həyatı boyu nəfsi ilə mübarizə aparır. Nəfsdən
uzaqlaşmaq mümkün olmadığına görə onu yalnız tərbiyə
etməklə doğru istiqamətə yönəltmək olar. Allah Rəsulu (s)
xütbələrinin birində buyurur: “Hər kim Ramazan ayını
susaraq oruc tutarsa, qulağını, gözünü, dilini, şəhvətini və
bədəninin orqanlarını yalandan, haramdan və qeybətdən
Allah rızası üçün qoruyarsa, uca Allah onu özünə yaxın
bilər və Həzrət İbrahimin məqamına çatdırar”. Həzrət
Peyğəmbərin (s) bu kəlamı Ramazan ayında oruc tutan
müsəlmanın hansı əxlaqi-mənəvi dəyərlərə yiyələnməli
olduğunu açıq şəkildə ortaya qoyur. Oruc tutan şəxs sadəcə
mədəsi ilə deyil, qulağı, gözü, dili, şəhvəti və əli ilə də oruc
olmalıdır. Məhz bu xüsusiyyətləri özündə birləşdirən insan
nəfsini tərbiyə edib kamilləşdirə bilər. Biz bu müqəddəs
ayı özümüz üçün fürsət bilməliyik - nəfsi tərbiyə üçün
böyük fürsət. Allahın oruc tutmağı əmr etməsindəki gözəl
hikmətlərdən biri də budur. O, bizə hər il bu fürsəti verir.
16
CEYHUN ƏLİYEV
İnsanlar bu ayda bir-birinə daha yaxın olur. İslam çətiri
altında olan bütün müsəlmanlar dilindən, irqindən, milli
mənsubiyyətindən asılı olmayaraq, əzəmətli Ramazan
ayının yaratdığı mərhəmət və qardaşlıq duyğusu ilə eyni
ibadətdə birləşir, bütünləşirlər. Bu ayda valideynlərə,
qohumlara, qonşulara, dostlara olan münasibətimiz daha
həssas və sevgi dolu olmalıdır. Sahur və iftar süfrələri
də bizim üçün böyüyə hörmət, kiçiyə şəfqət hisslərini
ifadə etməyə bir vasitədir. Bu süfrələr daha çox insanı
əhatə etməli, birlik, bərabərlik, mehribanlıq simvoluna
çevrilməlidir. Xüsusən Ramazan ayının son ongünlüyündə
ibadətimizə diqqət etməliyik. Çünki min aydan daha xeyirli
olan Qədr gecəsi məhz bu müddətə təsadüf edir. Göründüyü
kimi, Cənnətin qapılarının tamamən açıldığı, Cəhənnəmin
qapılarının tamamən bağlandığı, şeytanların zəncirləndiyi
Ramazan ayı bu qədər fəzilət, mənəvi zövq və nəfsi tərbiyə
ayıdır. Qoy Uca Yaradan bizə bu ayın xeyir və bərəkətini
nəsib etsin.
17
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Duadan uzaqlaşmayaq
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin.
Şübhəsiz ki, O, həddi aşanları sevməz.
Əraf surəsi 55-ci ayə
Biz dinimizin bütün gözəlliklərini yaşamaq arzusunda
olsaq da, çox vaxt gözümüzün önündə olan, bütün insanların
istifadə edə biləcəyi, bəsit olduğu qədər güclü, sadə olduğu
qədər də əzəmətli olan şeyləri unuduruq. İnsan yarandığı
gündən etibarən ona Allah qatında verilmiş ən güclü silah
duadır. Duasız müsəlman silahsız əsgər kimidir. Silahsız
əsgərin döyüşdə qələbə çalmaq şansı nə qədər azdırsa,
duasız müsəlmanın da axirətdə bağışlanma şansı o qədər
azdır. Əgər bizləri xəlq edən, aləmləri yaradanAllah Qurani-
Kərimdə bəndələrindən ona dua edilməsini istəyirsə, bu,
böyük bir hikmətə işarə olmaqla yanaşı, duanın müsəlman
üçün nə qədər güclü bir faktor olduğunun da dəlilidir.
Diqqət etsək görərik ki, bütün dinlərdə dua xüsusi bir yerə
sahibdir. Bu ənənə səmavi dinlərdə daha güclüdür. Duanın
dili, dini, irqi, milliyəti yoxdur. Dua hər kəs üçündür.
Təəssüflər olsun ki, biz müsəlmanlar özümüzə verilən
18
CEYHUN ƏLİYEV
bu imkandan çox az istifadə edirik. Bəzən namaz qılıb,
oruc tutmağımıza baxmayaraq dua etməyə, bizi yaradanla
dərdləşməyə vaxt ayırmırıq. Halbuki insanı Allahdan daha
yaxşı dinləyən, onun müşküllərini həll edən başqa bir
qüvvə yoxdur. Dua sadəcə psixoloji deyil, eyni zamanda
maddi və mənəvi təsirləri olan prosesdir. İnsan dua edincə
mütləq bir qazanc əldə edir. Onun duası qarşılıqsız qalmır.
Həzrət Peyğəmbər (s) hədislərinin birində buyurur: “Allah
qatında duadan daha qiymətli bir ibadət yoxdur”. Allah
Rəsulunun (s) bu kəlamı, duanın Yaradanın nəzdində olan
əhəmiyyətini göstərmək baxımından çox dəyərlidir. Dua
ilə əlaqədar yalnış təsəvvürlər də mövcuddur. Çox vaxt
insanlar yalnız sıxıntıya düşdükləri zaman duanı xatırlayır,
Allaha sığınırlar. Lakin, biz unuduruq ki, duanın məqsədi
sadəcə sıxıntıları aşmaq deyil, eyni zamanda özünü dərk
etmək, qulluq vəzifəsini qəbul etməkdir. Yaxud da bəzən
dua edən insan dərhal duasının nəticəsini gözləyir. Halbuki
duanın qəbul olunmamasının da onun üçün xeyirli ola
biləcəyini anlamır. İslam Peyğəmbəri (s) duanı qapı
döyməyə bənzədərək müsəlmanlardan israrla bu qapını
döyməyi tələb edir. Dua həm də imanı kamilləşdirən
amillərdən biridir. Onun vasitəsilə insan Rəbbinə
yaxınlaşır. Adətən duanın hikmət və təsirlərini anlayan
insan bir daha bu mənəvi dəyərdən uzaqlaşmır. Allah da
möminlərdən dua etməsini istəyir. Bəqərə surəsinin 186-
cı ayəsində buyurulur: (Ya Rəsulum!) Bəndələrim Məni
19
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua
edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar
da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər.
Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
Dua insanın Rəbbinə bağlılığının ən gözəl ifadəsidir.
Dua, Cənnət yollarını açan, qəlbə səfa, ruha qida verən
mənəvi bir vəcd halıdır. İnsanın şərəfini artıran, iki aləmdə
də qurtuluşa səbəb olan bu mənəvi gözəlliyi hər zaman
özünüzə yol yoldaşı edin. Duadan uzaqlaşmayın. Allah
bütün dualarımızı qəbul etsin.
20
CEYHUN ƏLİYEV
Allahın sevdikləri və sevmədikləri...
Hər bir müsəlman öz həyatını Allahın qoyduğu qayda-
qanunlar əsasında formalaşdırmalıdır. Yalnız bu vasitə ilə
biz dünya və axirət səadətinə qovuşa bilərik. İslam dini
son din olduğu üçün həm dünya, həm də axirətlə əlaqəli
məsələləri ehtiva etmiş, eyni zamanda nəyin doğru, nəyin
yanlış olduğunu xırdalıqlarına qədər açıqlamışdır. Bu
açıqlamaların əsas mənbəyi təbii ki, müqəddəs kitabımız
Qurani-Kərimdir. Allah Rəsulu (s) da məhz bu kitabın
əmrlərini təbliğ etmiş, səhabələrə qaranlıq qalan mövzulara
aydınlıq gətirmişdir. Sözsüz ki, Qurani-Kərim böyük
elm, fəlsəfə və mədəniyyət qaynağı olmaqla yanaşı, eyni
zamanda müsəlmanların masaüstü kitabı, yol göstərən
rəhbəridir. Hər oxuduğumuzda qarşımızda yeni üfüqlər
açan bu kitabın gözəl cəhətlərindən biri də onun Allah-
Təalanın insanda sevdiyi və sevmədiyi xüsusiyyətləri
açıqlamasıdır. Fərqli ayələrdə bildirilən həmin cəhətləri bir
yerə topladıqda nəinki müsəlmanlar, bütün insanlar üçün
əxlaq və qanunlar məcəlləsi olduğu aşkara çıxır.
21
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Allahın sevdikləri...
Allah (günahından) tövbə edənləri, (təmiz və) pak
olanları sevər! (əl-Bəqərə, 222)
Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə
(əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə)
müttəqiləri sevər. (Ali-İmran, 76)
Allah ədalət sahiblərini sevər! (əl-Maidə, 42)
Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər! (Ali-
İmran, 159)
(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü
təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan)
edənləri sevir. (əl-Bəqərə, 195)
Allah səbr edənləri sevər! (Ali-İmran, 146)
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf
çəkib döyüşənləri sevər! (əs-Saff, 4)
Yuxarıda qeyd edilən ayələrə nəzər saldıqda maraqlı
bir nəticə hasil olur. Bu da ondan ibarətdir ki, insanlar da
Allahın sevdiyi şeyləri sevir. Hər kəs təmiz olanları sevir,
hər kəs ədalətli olanlara, səbr edənlərə, yaxşılıq edənlərə
hörmət bəsləyir. Əslində Allahın varlığının ən mühüm
dəlillərindən biri də budur. Allah bütün bunları insanın
fitrətində yerləşdirmişdir. Elə bu səbəbdəndir ki, insan
Allahın sevmədiyi bir şeyi sevdikdə, həmin sevgi o insanın
mənəviyyatına böyük zərbə vurur. Belə olduqda sual ortaya
çıxır ki, bəs Allahın sevmədikləri nələrdir?
22
CEYHUN ƏLİYEV
Allahın sevmədikləri…
Allah zülmkarları sevməz! (Ali-İmran, 140)
Allah fitnə-fəsad törədənləri sevməz! (əl-Maidə, 64)
Allah xainləri sevməz! (əl-Ənfal, 58)
Allah təkəbbür edənləri sevməz! (ən-Nəhl, 23)
Allah israf edənləri sevməz! (əl-Ənam, 141)
Şübhəsiz ki, Allah kafirləri sevməz! (Rum, 45)
Allah həddi aşanları sevməz! (əl-Bəqərə, 190)
Allah pis sözün açıq deyilməsini sevməz! (ən-Nisa,
148)
Biz Allahın sevdikləri və sevmədiklərini Qurani-Kərim
işığında dəyərləndirərkən sadəcə oxumaqla qalmamalı,
həm də ibrət götürməliyik. Müqəddəs Kitabımızın tədrici
bir metodla, 23 ilə nazil olmasının ən böyük hikməti də
məhz budur.
Allahın sevdikləri… Allahın sevmədikləri… Qurani-
Kərimdə göstərilən bu xüsusiyyətlər Allah Rəsulunun (s)
yanında olan müsəlmanlar üçün nə qədər əhəmiyyətli idisə,
bu gün bizim üçün də o qədər əhəmiyyətli olmalıdır. Lakin biz
bunları öyrənmək üçün mütləq Qurani-Kərimi oxumalıyıq.
Allahın və Peyğəmbərin (s) dərk edilməsi, İslamın düzgün
başa düşülməsi üçün ən böyük qaynaq Qurani-Kərimdir.
Hər bir müsəlman çalışmalıdır ki, dinini elmli şəkildə
öyrənsin. Oxumaq və maariflənmək müsəlmanın ən başlıca
amalına çevrilməlidir. Elmsiz yayılan dinin sonu xurafatdır.
Allah bizi xurafatdan qorusun.
23
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
İlk insan haqları məhkəməsi
Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı
gizlətməyin!
(əl-Bəqərə 42)
Hicrətin 17-ci ilində Həzrət Ömər, Allah Rəsulunun
(s) məscidini genişlətmək qərarına gəlir. Buna səbəb
məscidə gələnlərin çoxluğu idi. İnsanların rahat ibadət
edə bilməsi üçün Xəlifə, məscid ətrafındakı ərazilərin
alınması haqqında göstəriş verir. Hər kəsə dəyərindən
daha artıq pul verilərək ətrafdakı evlər və torpaqlar satın
alınır. Lakin bir nəfər Xəlifənin ona göndərdiyi təklifi
qəbul etmir. Bu adam Həzrət Peyğəmbərin (s) əmisi
Həzrət Abbas idi. Xəlifə Həzrət Abbasın yanına gəlir
və deyir: “Ey Abbas! Ərazini məscidi genişlətmək üçün
almaq istəyirik. Dəyəri nə qədərdirsə, o qədər verib
razılaşaq. Peyğəmbər məscidinə məcburi alınmış bir
ərazi qatmaq olmaz. Biz istəyirik ki, məscid gələnlərin
tələbatını qarşılaya bilsin”. Həzrət Abbas gözlənilmədən
“Xeyr, mülk mənimdirsə satmıram. Zorla alırsınızsa,
alın” deyir. Xəlifə vəziyyətdən çıxış yolu tapmaq üçün
24
CEYHUN ƏLİYEV
məhkəməyə müraciət edir. Hakim, məşhur səhabə Übey
ibn Kəb hər iki tərəfi dinləmək üçün məhkəməyə dəvət
edir. İlk olaraq Xəlifənin iddiası dinlənilir. Həzrət Abbas
iddiaya belə cavab verir: “Ərazi mənimdirsə, mülkün
sahibi mənəmsə, mən bu ərazini nə az, nə də çox, heç
bir pula satmıram. Hətta Peyğəmbər məscidinə əlavə
etmək üçün olsa belə”. Allah Rəsulunun (s) əmisinin
cavabı hər kəsi heyrətə salır. İnsanlar Həzrət Abbasın
bu inadkarlığının səbəbini başa düşmürlər. Məhkəmə
qərar verir: “İslam hüququna görə, heç kim başqasının
mülkünə və ya ərazisinə pul ilə, yaxud zorla sahib ola
biməz. Məscid üçün olsa belə, satmağa məcbur edilə
bilməz. Abbasın mülkü Abbasa aiddir. Dövlət onu
məcbur edə bilməz”.
Bu qərar hər kəs tərəfindən qəbul edilir. Hakim qərarı
rəsmiləşdirdikdən sonra tərəflər məhkəməni tərk edən anda
Həzrət Abbas hakimdən söz istəyir:
- Ey Übey! Məhkəmə bitdi. Qərarı rəsmiləşdirdinmi?
- Bəli. Məhkəmə bitmişdir. Qərarı rəsmiləşdirdim.
Heç kim sənin ərazini nə pulla, nə də zorla ala bilər.
Bunu eşidən Həzrət Abbas buyurur:
- Onda məni dinləyin. Məhkəməyə bildirmək
istəyirəm ki, ərazimi bu andan etibarən Peyğəmbər
məscidinə bağışlayıram. Bunun qarşılığında pul və ya hər
hansısa mənfəət tələb etmirəm. Qoy hər kəs şahid olsun ki,
Abbas pul ilə alına bilməyən ərazisini Allah Rəsulunun (s)
25
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
məscidinə bağışladı. Bu gündən etibarən ərazim Xəlifənin
əmrindədir.
Həzrət Abbasın bu davranışı məhkəmədə olanlar
tərəfindən təəccüblə qarşılanır. Hakim soruşur: “Ey Abbas,
sən niyə belə etdin? Əvvəl pul qarşılığında ərazini satmadın.
İndi də pulsuz bağışlayırsan. Bunun səbəbi nədir?” Həzrət
Abbasın bir cümlədən ibarət cavabı çox möhtəşəm idi:
“Qoy hər kəs İslamın insan haqqlarına göstərdiyi hörməti
görsün”.
26
CEYHUN ƏLİYEV
Həbsdə qılınan namaz və ya Allaha
sığınmaq
Hələ məktəb illərində, tarix dərsində insanın ibtidai
icma quruluşu dövründə fəlakətlə qarşılaşdığı zaman
sığınacaq “uca” bir varlıq arayışında olduğunu öyrənirdik.
Təbii ki, bu arayış kortəbii şəkildə olsa da Allah anlayışının
insanın genetik kodlarına yerləşdirilməsinin təzahürü idi.
Sonradan biz bu anlayışı Allahın varlığının fitrət dəlili
olaraq qəbul etdik.
Bəli... Allaha sığınmaq, yalnız Ona qulluq etmək,
yalnız Ondan istəmək dinimizin əsas prinsiplərindən
biridir. Günümüzdə bu məsələ daha da aktuallaşıb. Biz
müsəlmanlar qarşılaşdığımız çətinliklər qarşısında Allaha
sığınmağı, Ondan yardım istəməyi unutmuşuq. Hər kəs öz
həyatına nəzər salsa, bunun həqiqətən də belə olduğunu
görəcək. Biz çətinliklərin həlli zamanı bütün mümkün
vasitələri sınayır, ən sonda ümidimiz hər yerdən kəsildikdə
Allaha dönürük. Başqa sözlə desək, ən birinci atmalı
olduğumuz addımı ən sonda atırıq. Halbuki, gündəlik ən
xırda problemlərdən tutmuş ən qlobal məsələlərə qədər
hər şeyin həlli Allahın əlindədir. Unutmaq olmaz ki,
27
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Allah istəməsə bir yarpaq belə yerindən oynamaz. İslam
Peyğəmbəri (s) Allaha sığınmağı, Ondan istəməyi hər
zaman təbliğ və təşviq etmişdir. Əslində İslam dininin
gəliş səbəbi məhz bu deyildirmi? İslamdan öncəki dövrdə
Məkkədəki ərəblər bütlərə sığınmış, onlardan mədət
ummağa başlamışdılar. Özlərinə belə faydası olmayan
bu daş parçalarından xeyir gözləmək nə qədər cahillik
idisə, günümüzdə Allahı qoyub başqa varlıqlardan xeyir
gözləmək də bir o qədər cahillikdir. Heç kim özünü
aldatmamalıdır. Xeyir də, şər də Allahdandır. Allah
istəmədiyi təqdirdə nə şəri dəf etmək, nə də xeyir əldə
etmək mümkündür. Aşağıdakı hekayə bu cəhətdən böyük
ibrət nümunəsidir:
Xorasan hakimi Abdullah ibn Tahir çox ədalətli
adam idi. Nəzarətçilər bir neçə oğru həbs etmiş və şəhər
hakiminə bildirmişdilər. Bunların arasında təsadüfən yol
ilə gedərkən tutulan bir dəmirçi də vardı. Xorasan hakimi
oğruların hamısının zindana atılması barədə göstəriş verir.
Günahsız dəmirçi həbsə düşən kimi, dəstəmaz alıb namaz
qılır. Sonra da əlini açaraq Allaha yalvarmağa başlayır:
“Ya Rəbb! Heç bir günahım olmadığını ancaq sən bilirsən.
Məni bu zindandan ancaq sən qurtara bilərsən.”
Bu vaxt Abdullah ibn Tahir yuxuda dörd nəfərin
gələrək onun taxtını tərsinə çevirdiyini görür və təlaş içində
yuxudan oyanır. Dəstəmaz alıb iki rükət namaz qılır. Lakin
yenidən yuxuya gedən Xorasan hakimi eyni yuxunu təkrar
28
CEYHUN ƏLİYEV
görərək oyanır. Üstündə bir məzlumun ahı olduğunu başa
düşür. Zindan başçısını çağırıb soruşur:
- Bu gün zindana məzlum biri düşübmü?
Zindan başçısı da:
- Bunu bilmirəm. Ancaq bir nəfər dayanmadan
namaz qılır, göz yaşları içində Allaha yalvarır.
Şəhər hakimi göstəriş verir, dəmirçini onun yanına
gətirirlər. Dəmirçini dinləyərək onun günahsız olduğunu
başa düşür və yuxusunu ona danışır. Sonra da “Səndən
üzr istəyirəm. Haqqını halal et və bu min gümüşü məndən
hədiyyə qəbul et. Bundan sonra da nə arzun olsa, mənim
yanıma gəl” - deyə buyurur. Dəmirçi bir az düşünüb deyir:
- Mən haqqımı halal edirəm. Hədiyyənizi də qəbul
edirəm. Fəqət arzumu, istəyimi sizdən istəməyə gələ
bilmərəm.
- Niyə gələ bilməzsən?
- Çünki mənim kimi bir fəqir üçün, sizin kimi bir hakimin
taxtını tərsinə çevirən Allahı qoyub, arzularımı başqasına
söyləmək müsəlmana yaraşmaz. Namazdan sonra etdiyim
dualarla məni nə qədər çətinliklərdən xilas etdi. Bir çox
muradıma çatdırdı. Mən necə başqasına sığına bilərəm?
Rəbbim, sonu olmayan rəhmət xəzinəsinin qapısını,
gözəllik süfrəsini hər kəsə açdığı halda mən başqasının
yanına necə gedərəm? Kim istədi ki, vermədi? Kim gəldi
ki, əli boş qayıtdı? Sadəcə olaraq istəməyi bilməli, ədəblə
hüzuruna çıxmağı öyrənməliyik.
29
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Şükr və Səbr edənlər...
İslam dininin insanlara təbliğ etdiyi ən böyük bəşəri
keyfiyyətlər şükr və səbr etməkdir. Bu iki duyğunun sintezi
insanın mənəvi dünyasının ucalmasına gətirib çıxarır.
Allahın bizə verdiyi nemətlər qarşısında şükr, qarşımıza
çıxan çətinliklər qarşısında isə səbr etməyi öyrəndiyimiz
təqdirdə imanımızı kamilləşdirə bilərik.
Möminin dilindən şükr, imanından səbr əskik
olmamalıdır. Ətrafımıza baxdıqda Allah-Təalanın insanın
ehtiyaclarını ödəməsi üçün hər şey yaratdığını görürük.
Bu nemətlər öz-özlüyündən yaranmamışdır. Hər birində
bir hikmət, bir məna vardır. Bunun qarşılığı isə sadəcə
şükr etməkdir. Əslində, Allahın bizim şükrümüzə ehtiyacı
yoxdur. Bizim Ona şükr etməyə ehtiyacımız vardır. Bu
gün Allahına şükr etməyən, sabah onu böyüdüb boya-başa
çatdıran valideyninə minnətdar olmaz, Vətənini sevməz, öz
övladına da mənəviyyat aşılaya bilməz. Çünki minnətdarlıq
hissi sadəcə dini deyil, eyni zamanda insani bir keyfiyyət,
etik bir normadır.
Müsəlmanın ikinci keyfiyyəti isə səbr etməkdir.
Həyatımız çətinlik və məşəqqətlə doludur. Gündəlik
30
CEYHUN ƏLİYEV
qayğılarla yanaşı bəzən böyük sıxıntılarla da üzləşir,
onları həll etmək üçün müxtəlif vasitələr axtarırıq. Lakin,
insan təbiət etibarı ilə çox səbrsiz varlıqdır. Biz hər şeyin
bir anda olmasını istəyir, arzularımızda sərhəd tanımırıq.
Görünür ki, bu da Allahın imtahanıdır. İnsanlardan yalnız
Allahı çox sevənlər, Onun rızasını qazanmaq istəyənlər,
bunun üçün əlindən gələni əsirgəməyənlər həqiqi mənada
səbr etməyi bacarırlar. Bəzən səbrsizlik böyük fəlakətlərə
və çətinliklərə yol açır. Qarşılaşdığımız hər vəziyyətdə,
bir an üçün belə olsa, Allahın lütfündən ümidsizliyə, ya da
şübhəyə qapılmamalı, səbir etməyi öyrənməliyik. Səbirlə
şükrün mükafatı bu dünyada yüksək mənəviyyat olduğu
kimi, axirətdə də Cənnət və səadətdir. Allah Rəsulunun (s)
Süheyblə Həfanı müjdələdiyi kimi...
Mədinədə Həfa adlı gözəl xanım yaşayırdı. Onun
ədəbi, əxlaqı, gözəlliyi dillərə dastan olmuşdu. Hər gün
qapısına onlarla varlı elçilər gəlirdi. Lakin o, bu təkilfləri
rədd edir, iman dolu həyat yaşayırdı. Bir gün Həfa xanım
Həzrət Peyğəmbərin (s) yanına gələrək: “Ey Allahın
Rəsulu! Mənə məni Cənnətə aparacaq bir şey öyrət” –
deyə buyurdu. O, Peyğəmbərin “gündüzləri oruc tut”, ya
da “gecələri namaz qıl” kimi sözlər söyləyəcəyini zənn
etsə də, Allah Rəsulu (s) “sən əvvəl evlənməlisən” deyincə
Həfa xanım böyük təslimiyyətlə boynunu bükərək, “siz
kimi desəniz onunla evlənərəm” deyib razılıq verdi. Həfa
xanım zəngin və gözəl olduğu üçün hər kəs Peyğəmbərin
31
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
(s) verəcəyi qərarı gözləyirdi. Allah Rəsulu (s) bu işə sadə
bir yol tapdı. “Sabah məscidə ilk gələnlə evlənərsən”- deyə
buyurdu. Bu qərar hər kəs tərəfindən qəbul edildi. Həfa
xanımla evlənmək istəyənlər səhər məscidə ilk gəlmək üçün
müxtəlif tədbirlər gördülər. Bu xəbəri Süheyb də eşitmişdi.
Lakin fikir verməmişdi. Çünki o, fəqir və kimsəsiz idi. Öz
qarnını güclə doyururdu. Qalmağa evi belə yox idi. Adətən
məsciddə gecələyir, ya da ağac kölgəsində yatırdı. Allahın
təqdiri ilə həmin gecə Həfa xanımla evlənmək istəyən
səhabələr dərin yuxuya dalırlar. Onlardan heç kim məscidə
gedə bilmir. Həzrət Peyğəmbər (s) sübh vaxtı məscidə
gəlib gözləməyə başlayır. Həmin vaxt məscidin qapısında
kölgə görünür və Süheyb içəri daxil olur. Allah Rəsulu
(s) namazdan sonra Həfa xanımı yanına çağırıb nəticəni
ona bildirir. Həfa xanım bunu böyük bir ədəblə qəbul edir.
Peyğəmbər (s) gözəl bir xütbə oxuyub Süheyblə Həfanın
kəbinlərini kəsir. Sonra üzünü Süheybə tutub deyir: “Ey
Süheyb! İndi xanımına bir hədiyyə al və əlindən tutub evinə
apar”. Süheyb isə əllərini çarəsizliklə açaraq “mən nə bir
dirhəm gümüşüm, nə də sığınacaq evim var, ya Rəsulallah”
deyir. Həfa xanım ərinin boynu bükük qalmasına razı
olmayaraq ona on min dirhəm gümüş və ev hədiyyə edir.
Süheyb bundan utansa da axşam həmin evə gəlir. Özü üçün
hazırlanmış yeməkdən bir az yedikdən sonra üzünü Həfa
xanıma tutub deyir:
- Ey Həfa! Bilirəm ki, sən mənim üçün böyük bir
32
CEYHUN ƏLİYEV
nemətsən. Mən isə sənin üçün sadəcə bir əziyyət. Mən şükr
etməli, sən isə səbr etməlisən. Gəl bu gecəni çoxlu ibadət
edək. Allah Rəsulu buyurmuşdur ki, “Cənnətdə yüksək
bir çardaq vardır. Orada yalnız səbr edənlərlə şükr edənlər
yaşayacaq”.
Həfa ilə Süheyb danışdıqları kimi bütün gecəni ibadət
edib, qəlblərini zikrlə doldururlar. Cəbrayıl (ə) olanları
Peyğəmbərə (s) bildirir və Həfa ilə Süheybi Cənnətlə
müjdələyir. Ertəsi gün namazdan sonra Allah Rəsulu
(s) Süheybi yanına çağırıb “Ey Süheyb! Gecə etdiyiniz
ibadətdən dolayı Allah sizi Cənnətlə müjdələmişdir” –
deyə buyurur. Bunu eşidən Süheyb tez səcdəyə qapanaraq
dua edir:
“Ya Rəbb! Dualarımı qəbul edib məni Cənnətlə
müjdələdin. Sənə yalvarıram başqa günahlara bulaşmadan
canımı al!”
Allah-Təala bu duanı qəbul edir və Süheyb səcdədə
vəfat edir. Məsciddə olanlar böyük heyrətlə bu mənzərəni
izləyirlər. Rəsulallah (s) “Sizə daha da heyrətlənəcəyiniz
bir xəbər söyləyimmi? Bu dəqiqə Həfa xanım da ruhunu
Allaha təslim etdi” buyurur.
Onların cənazə namazını İslam Peyğəmbəri (s) qılmışdır.
Həfa ilə Süheyb yan-yana dəfn edildilər. Məzarlarının baş
tərəfinə iki ədəd kiçik taxta parçası basdırılmışdı. Birinin
üstündə “Şükr edənlərdən Süheyb”, digərində isə “Səbr
edənlərdən Həfa” yazılmışdı.
33
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Onlara vaxt ayırın...
Gündəlik həyatdakı çətinliklər bizi mənəvi dünyadan
kifayət qədər uzaqlaşdırır. Bəzən hər şeyi unudur,
çiyinlərimizdəki yükün ağırlığından şikayət edir, hər
kəsdən diqqət və anlayış gözləyirik. Bu təbii psixoloji
haldır. Lakin yaddan çıxarmamalıyıq ki, bizdən daha çox
diqqətə ehtiyacı olan varlıqlar var. Bəli... Onların kiçik
dünyalarına rəng qatmaq, üzlərini güldürmək, diqqət
göstərməyə borclu olduğumuz kəslər...
Allah Rəsulu (s) onlara çox şəfqət göstərirdi. Bəzən
xütbəsini yarımçıq saxlayıb minbərdən enir, bəzən yol
ilə gedərkən ayaq saxlayıb hal-əhvallarını soruşur, onlara
böyük məhəbbətlə yanaşırdı. O, uşaqları çox sevirdi.
Nəvələri İmam Həsən və İmam Hüseynə olan sevgi dolu
münasibəti hər kəsin diqqətini çəkirdi. Onlarla oynayır,
dizində oturdur, öpüb qayğı bəsləyirdi. Peyğəmbər (s)
bu münasibəti ilə müsəlmanlara yol göstərirdi. Çünki O,
rəhmət və mərhəmət dinini təbliğ edirdi.
İslam dini uşaqlara həssas münasibət bəsləməyi,
onların düzgün təlim-tərbiyəsi, ədəb-ərkanla böyüyüb
boya-başa çatdırılmasını valideynlərə tövsiyə etmişdir.
34
CEYHUN ƏLİYEV
Elmi araşdırmalar dinimizin bu mövqeyinin nə qədər əsaslı
olduğunu ortaya çıxarır. Təcrübələr göstərir ki, xüsusilə
beş yaşa qədər uşaqların inkişafı baxımından valideynlərin
təsiri çox böyükdür. Ata və ananın gündəlik işləri bir kənara
qoyub uşaqlara vaxt ayırması, onlarla maraqlanması çox
əhəmiyyətlidir. Ələlxüsus atalar daha diqqətli olmalıdırlar.
Uşaqlarla keçirdiyimiz vaxt onların inkişaf etməsi,
özünəinamın formalaşması baxımından olduqca vacibdir.
Eyni zamanda körpələrimizə ayırdığımız zaman bu kiçik
varlıqlara verdiyimiz dəyərin göstəricisi və nümunəsidir.
Doğrudur, bəzən iş qrafikinin sıxlığı, yorğunluq və gərgin
keçən günü bəhanə edərək övladlarına vaxt ayırmayanlar
da var. Lakin unutmayaq ki, valideynlik borcu sadəcə onları
maddi tərəfdən təmin etmək deyildir. Uşaqların da özlərinə
məxsus sıxıntı və çətinlikləri olur. O anlarda biz lazımi
diqqəti göstərməsək, təbii ki, bu onların psixologiyasına
zərbə vurur. Statistika da göstərir ki, valideyn himayəsindən
məhrum olan, ya da valideyn qayğısı görməyən uşaqlar
gələcəkdə cəmiyyətdə özlərinə mövqe tutmaqda çətinlik
çəkirlər. Belə neqativ halların qarşısını almaq üçün biz
üzərimizə düşən məsuliyyəti dərk etməli, uşaqlar üçün
əlimizdən gələni əsirgəməməliyik. Bəzən onların ehtiyacı
olan şey sadəcə diqqətdir. Hekayədəki kiçik qız kimi...
“Kiçik qız anası ilə birlikdə yol gedərkən birdən ayaq
saxladı. Yağış damlaları ilə islanan eynəyini çıxarıb harasa
baxırdı. Diqqətini atası ilə velosipeddə gedən qız çəkmişdi.
35
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Həmin qız velosipedin arxasındakı döşəkcədə oturmuş,
yıxılmamaq üçün əli ilə atasını bərk-bərk qucaqlamışdı.
Atası hərdən arxaya dönüb ona nəsə deyir, qız isə gülərək
cavab verirdi. Dünyanın ən xoşbəxt uşağı idi sanki...
Kiçik qızın anası onun velosipedə baxdığını görüb
acıqlı bir səslə “evdəkilər bəs deyil kimi, gözün hələ də
başqa velosipedlərdədir. Amma əgər çox xoşuna gəldisə
atan sənin üçün də eynisini alar” - deyə dilləndi. Uşaq
yumşaq bir səslə cavab verdi:
- Velosipedə baxmıram ana. Qıza baxıram. Atası
onunla söhbət edir.
Anası sanki onu duymurmuş kimi başındakı kürk
papağını düzəldib dedi:
- Dostların bu soyuqda belə məktəbə ayaqla gedir.
Halbuki atan işinin çox olmasına baxmayaraq sənə vaxt
ayırıb maşınla gətirir. Qızcığaz hələ də gözünü velosipeddən
çəkməmişdi. Anası bunu görüb istehzalı bir səslə dilləndi:
- Eybi yoxdur, atan da səni bu soyuqda velosipedlə
dərsə aparar, onda ağlın başına gələr.
Balacanın cavabı çox mənalı oldu:
- Çox istərdim. Bəlkə onda mən də atamı qucaqlaya
bilərdim.”
...Onlara vaxt ayırın. Ən yorğun olduğunuz vaxtda belə
körpələrinizi sevib əzizləməyi unutmayın. Çünki bu bir
sünnətdir. Allah Rəsulunun (s) sünnəti...
36
CEYHUN ƏLİYEV
Həqiqi ibrət...
Dinimizin insanları islah etmək, onları doğru yola
qaytarmaq vasitələrindən biri də “ibrət götürmək”
metodudur. Müqəddəs kitabımız Qurani-Kərimdə keçmiş
qövmlərdən müxtəlif səpkili misallar gətirilmiş və
müsəlmanlara onlara baxıb ibrət almaq əmr olunmuşdur.
O cümlədən Qurani-Kərimdə müxtəlif təbii-coğrafi
hadisələrdə, insan fiziologiyası ilə əlaqədar məsələlərdə
də böyük ibrətlərin olduğu qeyd edilmişdir. Rum surəsinin
22-ci ayəsində buyurulur: Göylərin və yerin yaradılışı,
dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət
əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər (ağıl və
elm sahibləri) üçün (Allahın vəhdaniyyətinə, Onun hər
şeyə qadir olmasına dəlalət edən) nişanələr vardır!
Lakin təəsüflər olsun ki, bugünkü vəziyyəti təhlil
edərkən nə qədər ibrət almağımız müzakirə mövzusudur.
Həqiqətən ibrət götürürükmü? Biz müsəlmanlar Müqəddəs
kitabımızın, Peyğəmbərimizin (s), Əhli-Beytin və
səhabələrin təbliğ etdiyi dəyərləri öz həyatımıza tətbiq
edirikmi? Çox çətin sualdır. Hər halda ən son nazil
olan kitabda ibrətə bu qədər əhəmiyyət verilərək bir
37
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
çox ayələrdə vurğulanması təsadüfi deyildir. Bu, bizim
özümüzdən əvvəlkilərə baxıb nəticə çıxarmağımız, yolunu
azmış qövmlərin aqibətindən ibrət almağımız üçün Uca
Yaradanın ortaya qoyduğu mütləq iradədir. Allah bizə
göyün və yerin, gecə və gündüzün, meyvə və bitkilərin
yaradılışı, quşların uçmasında, dil və rənglərin fərqindəki
ibrətlər barədə düşünməyi tövsiyə edir. Nəhl surəsinin 16-
cı ayəsində buyurulur: “O, gecəni və gündüzü, Günəşi və
Ayı sizə ram etdi (sizin xidmətinizə verdi). Ulduzlar da
Onun əmrinə boyun əymişdir. Doğrudan da, bunda ağılla
düşünənlər üçün ibrətlər vardır!”
Bir məsələni də nəzərə almaq lazımdır ki, biz hansısa
bir hadisədən fərdi və ya ümumi şəkildə nəticə çıxarıb
ibrət almaq üçün mütləq özümüzü həmin fərdin və ya
kütlənin yerinə qoymağı bacarmalıyıq. Bu psixoloji üsul,
insanın formalaşması baxımından böyük təsirə malikdir.
Hadisələrə kənardan baxıb rəy verməklə, həmin hadisələrin
mərkəzində olmaq fərqli situasiyalar olduğu üçün fərqli
təəssüratlar yaradır. Aşağıdakı hekayə bunun ən gözəl
nümunəsidir... Bir gün bir nəfər məşhur səhabələrdən
birinin yanına gələrək ona özü haqqında məlumat verir və
deyir:
- Mən ağır bir xəstəliyə düçar olmuşam. Bunun
müalicəsində mənə kömək edin. Sizcə, xəstəlikdən necə
qurtula bilərəm?
- Xəstəliyin nədir?
38
CEYHUN ƏLİYEV
- Qəlbimdə dünyaya qarşı böyük sevgi var. Dünya
nemətləri mənim qəlbimi işğal edib. Qıldığım namazın
nuru itib. İbadətimdən zövq ala bilmirəm.
Bu sözlər səhabənin diqqətini çəkir. Qarşısındakı kişi
mənəvi cəhətdən həqiqətən də problemlər yaşayırdı.
- Doğrudan da sənin xəstəliyin xəstəliklərin ən
böyüyüdür. Bunu dərhal müalicə etmək lazımdır. Yoxsa
Allah qorusun imanını da itirərsən...
- Ey kəramətli Allah dostu, mənə yardım et. Məni bu
bəladan qurtar.
-Yaxşı, nəsihətlərimə diqqətlə qulaq as. Tez-tez
xəstələrə baş çək, cənazə namazlarına get, qəbirləri ziyarət
elə. Bu üç şeyi yerinə yetirsən xəstəliyin sağalar, dünyaya
olan hədsiz sevgin də azalar.
Kişi səhabənin dediyi bütün göstərişlərə əməl etdi.
Lakin özündə və düşüncəsində heç bir dəyişiklik hiss
etmədi. Eyni duyğular yenə də onu rahat buraxmırdı.
Naəlac qalıb yenidən böyük səhabənin yanına gedərək
heç bir dəyişikliyin olmadığını bildirdi. Səhabə kişidən
söylədiklərinə əməl edib-etmədiyini soruşdu. Kişi də and-
aman edərək hər birinə əməl etdiyini söylədi. Səhabə bir az
düşünüb cavab verdi:
- Belə çıxır ki, sən cənazəyə bir heyvan cənazəsinə
gedər kimi getmisən. İndi deyəcəklərimə yaxşı qulaq as.
Xəstələrə baş çəkərkən bir gün sənin də onun kimi zəif,
halsız, yataqda olacağını düşün. Bir stəkan suyu belə
39
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
başqalarının köməyi ilə içəcəksən. Bütün həqiqətlərə
rəğmən hələ də dünyaya bağlı qalmaqda məqsədin nədir?
Görürsən ki, dünya malı sənin bu hala düşməyinə mane
olmur. Bunları xəstənin yanında fikirləş və öz nəfsinə ibrət
almağı əmr et. Cənazə namazına gedəndə düşün ki, bu
öləni bütün nemətlərdən ayırıb bir tabutun içinə qoyublar.
Ailəsinin və uşaqlarının ona heç bir köməyi çatmır. Həmin
gün sənin üçün də var. Qəbir ziyarətinə gedəndə bil ki, bir
gün sən də bir qəbirin içində olacaqsan. Bu dünyadakı nə
mal, nə mülk, nə də övlad sənin dadına çatacaq. Həqiqi
ibrət almaq istəyirsənsə özünü onların yerinə qoy.
Gəlin ətrafımızda olan hadisələrdən düzgün nəticə
çıxarmağı və ibrət götürməyi öyrənək. Çünki bu, dinimizin
bizə verdiyi ən dəyərli tövsiyələrdən biridir...
40
CEYHUN ƏLİYEV
Nə qüsursuz insan axtar,
nə də insanda qüsur...
İnsan yaradılış etibarı ilə qüsursuz və xətasız deyil.
Hər birimizin həyatı boyunca bir çox xəta və qüsurları
olur. Bizi digər yaradılmışlardan fərqləndirən də məhz
budur. Allahın insanı bu şəkildə yaratmasının da böyük
hikməti vardır. Maraqlı cəhət ondan ibarətdir ki, insanların
əksəriyyəti öz gözündə tiri görməyib, başqasının gözündə
çöp axtarmağı xoşlayırlar. Əslində bu insana, xüsusilə
müsəlmana yaraşmayan bir vərdişdir. Allah Rəsulu (s)
buyurur: “Bir qul bu dünyada başqa bir qulun ayıbını
örtərsə, Qiyamət günündə Allah da onun ayıbını örtər”.
Dinimiz insanların qüsurlarını araşdırmağı, onların gizli
qalmasını istədiyi şeyləri üzə çıxarmağı qətiyyətlə pisləyir
və bunu müsəlmana yaraşmayan iş sayır. Bununla yanaşı
İslamda qüsurları örtmək, xətaları üzə vurmamaq üstün
əxlaq, insani keyfiyyət sayılır. Qurani-Kərimdə buyurulur:
“Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan
çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan
zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb
axtarmayın, bir-birinizin qeybətini qırmayın!...” (əl-
41
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Hücurat 12). Lakin bir məsələni də qeyd etmək lazımdır
ki, dinimizdə örtülməsi istənilən ayıb, qüsur və xətalar qul
haqqına girməməli, zülm və haqsızlıq ehtiva etməməlidir.
Birinin qüsurunu görməmək digərinə zülmdürsə, əlbəttə
ki, buna yol vermək olmaz.
Qüsur və xətaları örtmək kimi üstün mənəvi keyfiyyətə
xüsusilə ailə, valideyn-övlad, iş münasibətlərində daha çox
ehtiyac duyulur. Bəzən elə anlar olur ki, həyat yoldaşının,
övladının, yaxud dostunun xətasını qabartmamaq,
qüsurunu üzə vurmamaq onu daha çox utandırır və həmin
insan səhvinin fərqinə vararaq qüsurunu düzəldir. Əsas
olan bizim yanaşmamız, hadisələrə baxış bucağımızdır.
Sədi Şirazinin dediyi kimi, “Gül tikanla bərabərdir.
Sənin tikanla nə işin var? Sən güldən dəstə düzəlt. Əgər
təbiətində yalnız qüsurları görmək varsa, tovuz quşunda
çirkin ayaqlardan başqa heç nə görməyəcəksən”.
İnsan adətən həqiqətdə olanı deyil, görmək istədiyini
görür. Gözəl baxan gözəl, çirkin baxan isə çirkin görür.
Hekayədəki şeyx kimi...
...Bir gün bir nəfər sufi şeyxlərinin toplaşdığı dərgaha
gəlir. Dərgahda iki fərqli təriqət şeyxinin müzakirə
apardığını görüb onlara yaxınlaşır. Gəliş məqsədinin
zikrləri öyrənmək, Allaha yaxınlaşmaq olduğunu bildirir.
Sufilər bu adama hərəsinin öz yolunun daha yaxşı olduğunu
deyir və onu öz təriqətinə dəvət edir. Adam onlara qulaq
asarkən şeyxlərin geyindikləri paltar diqqətini çəkir. Birinin
42
CEYHUN ƏLİYEV
geyindiyi paltarın qolları çox geniş və uzun, digərininki
isə tam əksinə, olduqca dar və qısa. Dərgaha gələn adam
marağına qapılıb birinci şeyxdən soruşur:
- Ya Şeyx! Paltarınızın qolları niyə bu qədər geniş və
uzundur? Bunun xüsusi bir səbəbi varmı?
Adamın bu sualı şeyx üçün gözlənilməz olsa da, o, bir
az düşünüb belə cavab verir:
- Bəli, əllərimizi örtdüyümüz kimi, biz də insanların
qüsurlarını, günahlarını, ayıblarını örtürük ki, başqaları
görməsin.
Bu cavab adamın xoşuna gəlir. O, üzünü digər şeyxə
tutub deyir:
- Ya Şeyx! Bəs sizin paltarınız niyə dar və qısadır?
Siz insanların qüsurlarını örtmürsünüzmü?
Digər şeyx qollarına baxıb bir az fikirləşir və sonra
gülümsəyərək cavab verir:
- Bizmi? Bizim geniş paltara ehtiyacımız yoxdur.
Çünki biz insanların günahlarını və qüsurlarını görmürük...
Çalışın gözəl, xeyirli, təmiz və halal olanları görün...
Rəsuli-Əkrəmin (s) gördüyü kimi...
43
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Şərdə olan xeyir və xeyirdə olan şər...
Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli,
bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.
Allah bilir, siz bilməzsiniz.
(əl-Bəqərə, 216)
Allahın yaratdığı ən mükəmməl varlıq olan insan digər
canlılardan şüurlu olması ilə fərqlənir. Biz qarşılaşdığımız
hər bir hadisə qarşısında müvafiq reaksiya verir, müəyyən
şərhlər ortaya qoyuruq. Nəyinsə bizim üçün xeyirli
olacağını düşünüb sevinir, başqa bir şeyin isə böyük zərərə
rəvac verəcəyini yəqin edib kədərlənirik. Bütün bunlar
son dərəcə normal təzahürlərdir. Lakin əsas olan bu deyil.
Əsas olan bu xeyirli və zərərli, neqativ və pozitiv, mənfi
və müsbət prosesləri düzgün analiz etməkdir. Görəsən
bizim xeyirli hesab etdiyimiz işlər həqiqətənmi xeyirlidir?!
Yaxud özümüzə ziyan kimi dəyərləndirdiyimiz hadisələr
həqiqətənmi ziyandır?! Əgər bu suallara düzgün cavab
tapsaq, həyatımızı bir çox yöndən sözün yaxşı mənasında
formalaşdıra bilərik. Dinimiz bizə bu məsələdə də ən
doğru istiqaməti göstərir. Şərdə xeyirin və xeyirdə şərin
44
CEYHUN ƏLİYEV
olması ehtimalını yuxarıdakı Qurani-Kərim ayələri təsdiq
edir. Bununla yanaşı hansısa əməlin mahiyyətini açmaq
üçün İslam dini həmin əməlin niyyətinə baxmağı tövsiyə
edir. Çünki əməllər niyyətlərə görədir. Buradan maraqlı bir
nəticə hasil olur. Biz çox vaxt qəzavü-qədər olduğundan
başımıza gələn hadisələrin niyyətini bilmirik. O niyyəti
yalnızAllah bilir. Bəs niyə niyyətini bilmədiyimiz əməllərin
xeyir və ya şər olduğu haqqında bu qədər asanlıqla qərar
veririk? Bunun da cavabı insanın yaradılış etibarı ilə
tələskən olmasıdır. Hadisələrə tələsik, həm də mahiyyətinə
varmadan münasibət bildirmək ağıllı və düşünülmüş addım
deyil. Bir insan, xüsusilə Allah inancı olan bir müsəlman
yaxşı bilməlidir ki, xeyir də, şər dəAllahdandır. Nəyin xeyir,
nəyin şər olduğunu ancaq O bilir. İslam tarixində bunun
ən gözəl nümunələrindən biri Hüdeybiyyə müqaviləsidir.
Bu müqavilə imzalananda Allah Rəsulundan (s) başqa
bütün səhabələr məğlub olduqlarını, müşriklərə boyun
əydiklərini düşündülər. Lakin bir müddət sonra məhz bu
müqavilə sayəsində Məkkə fəth edildi. Əmin olun ki, hər
birimizin həyatı belə nümunələrlə zəngindir. Yaşlı kişinin
həyatı kimi...
Bir kənddə yaşlı və olduqca kasıb bir kişi yaşayırdı.
Təvazökar bir həyatı olmasına baxmayaraq, bu kişinin tayı-
bərabəri olmayan qiymətli bir atı var idi. Padşah bir neçə
dəfə elçilər göndərərək böyük pul müqabilində atı satın
almaq istəsə də kişi “bu at mənim dostumdur, adam heç
45
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
dostunu satarmı?” deyib elçiləri geri göndərmişdi. Kənd
camaatı kişinin bu hərəkətini ağılsızlıq kimi qiymətləndirdi.
Bir gün kişinin dost hesab etdiyi at itir. Kənd əhalisi atı
padşahın oğurlatdırdığını düşünüb deyirlər:
- Ay ağılsız. Hamı bilirdi ki, padşah nə yolla olursa-
olsun, o atı əldə edəcək. Vaxtında satsaydın ölkənin ən
varlı adamlarından biri olardın. İndi isə qaldın biçarə.
Kişi bu sözlərə təmkinlə cavab verir:
- Qərar vermək üçün tələsməyin. Sadəcə atım itib,
gerçəklik budur.
Aradan 15 gün keçdikdən sonra at gözlənilmədən geri
qayıdır. Atın qaçırılmadığı, sadəcə dağa çıxdığı və geri
qayıdarkən 12 vəhşi atı da özünə qoşub gətirdiyi bəlli olur.
Bunu görən kənd əhalisi kişidən üzr istəyərək deyirlər:
“Atın itməsi uğursuzluq deyil, bir xoşbəxtlik gətirdi. Birin
yerinə 13 atın oldu”. Kişi bu sözlər qarşısında yenə eyni
cavabı verir:
- Qərar vermək üçün yenə də tələsirsiniz. Sadəcə atım
tapılıb, bundan sonra nə olacağı Allahın əlindədir.
Bir müddət sonra vəhşi atları əhliləşdirərkən kişinin
yeganə oğlu atdan yıxılaraq ayağını sındırır. Bu dəfə kənd
əhalisi yenə də “sən haqlısan, bu atlar sənə bədbəxtlik
gətirdi” deyir. Kişi də: “Bu qədər tələsməyin. Oğlum
sadəcə ayağını sındırıb, şükür olsun ki, başqa heç nə
olmayıb” - deyə cavab verir. Bir neçə həftə sonra ölkəyə
46
CEYHUN ƏLİYEV
başqa bir ölkənin ordusu hücum edir. Padşahın əmriylə əli
silah tutan bütün sağlam gənclər orduya çağırılır. Kişinin
oğlundan başqa kəndin bütün gəncləri qanlı döyüşə
gedir. Bu dəfə də kənd əhalisi kişinin yanına gəldikdə bu
müdrik adam onlara çox dəyərli fikir söyləyir: “Həyatda
heç kim başına nə gələcəyini bilə bilməz. Düzdür, sizin
övladlarınız müharibədədir, mənim oğlum isə ayağı sınıq
olduğu üçün yanımda. Kimin üçün nəyin xeyirli və ya
nəyin zərərli olduğunu sadəcə Allah bilir. Özünüzü bu
qədər yormaqdansa, Allaha pənah aparın. Ən doğrusunu
bilən Odur.”
47
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
İnsanın dəyəri xeyirxah əməllərindədir
Günlərin birində kasıb bir kəndli İmam Əlinin evinə
gəlir, evin bir küncündə əyləşib gözlərini məzlum-məzlum
yerə dikir. Xəlifə baxıb görür ki, pal-paltarı yamaq içində
olan, ayaqqabılarının deşiklərindən barmaqları görünən
fağır bir Allah bəndəsi evinin bir küncündə oturub, dinmir-
danışmır. İmam Əli ona yaxınlaşıb nəvazişlə deyir:
- Evimə xoş gəlmisən, səfa gətirmisən. Dərdli adama
oxşayırsan. Məndən bir istəyin varsa, çəkinmə, söylə.
Əmin ol ki, dərdinə çarə etmək üçün əlimdən gələn heç
nəyi əsirgəməyəcəyəm.
Lakin kəndli utandığından və abır etdiyindən ağzını
açıb danışa bilmir. Nəinki danışmır, hətta gözlərini belə
qaldırmır. Əslində danışmasına bir ehtiyac da yox idi,
vəziyyəti xarici görkəmindən açıq-aydın görünürdü.
İmam Əli ona iki dəst pal-paltar, iki dəst də ayaqqabı
hədiyyə edilməsini buyurur. Bunu eşidən kəndli elə sevinir
ki, gözləri yaşarır. Cəld ayağa qalxıb bir beyt şeir deyir. Şeir
İmam Əlinin çox xoşuna gəlir. Öz övladları üçün cibində
saxladığı üç dinarı da çıxarıb kəndliyə verir. Kəndlinin
sevinci yerə- göyə sığmır, sevincək halda deyir:
48
CEYHUN ƏLİYEV
- Ya əmirəlmöminin, bu pal-paltarı, bu ayaqqabıları
və bu üç dinarı mənə bağışlamaqla, məni bir göz qırpımında
kəndimizin ən varlı adamı etdin. Allah səndən razı olsun!
Ömrün uzun olsun!
İmam Əli Rəsulullahdan (s) eşitdiyi bir hədisi kəndliyə
nəql edərək deyir: Peyğəmbərimiz (s) buyurub ki, hər
bir kəsin dəyəri onun gördüyü savab işlər və xeyirxah
əməllərlə ölçülür.
Həqiqətən də insanın dəyəri onun əməllərindədir.
Günümüzdə dünyanın xeyirxahlığa və yaxşılığa çox
ehtiyacı var. Hər bir insan öz ətrafında olan ehtiyacı olan
şəxslərə laqeyd və biganə olmamalıdır. Dinimiz mərhəmət
dinidir!
49
İSLAM - MÜDRİKLİK VƏ KAMİLLİYƏ GEDƏN YOL
Pis əməllərdən çəkinmək dinimizin
əmridir!
Belə rəvayət edirlər ki, hicrətin son illərində, İslamın
yüksəliş dövründə müxtəlif ərəb tayfaları kütləvi surətdə
Peyğəmbərin (s) yanına gələr, şəhadət gətirərək, Allahın
dinini qəbul edərmişlər. Bir gün Taif qəbiləsinin də
ağsaqqalları Rəsulullahı (s) görmək üçün Mədinəyə
gəlirlər. Onlar Peyğəmbərə (s) salam verib deyirlər:
- Ya Peyğəmbər! Biz də digər ərəb qəbilələri kimi
İslamı qəbul etməyə qərar verdik. Amma üç şərtimiz var.
Peyğəmbər (s) soruşdu:
- Şərtləriniz nədir?
Taiflilər:
- Bizim üç adətimiz var ki, ondan əsla vaz keçə
bilmərik.
Rəsulullah (s):
- Onlar hansı adətlərdir?
Taiflilər cavab verdilər:
- Əxlaqsızlıq, oğruluq və şərab içmək.
Peyğəmbər (s) dedi:
- İndi mənim şərtimi dinləyin! Saydıqlarınızın
50