The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by contact, 2020-06-11 09:41:06

Qalaalti Hotel & Spa: Employee Handbook

Qalaalti Hotel & Spa: Employee Handbook

Keywords: Qalaalti

Qalaaltı Hotel & SPA daxilində qarşılıqlı hörmət abu-havası hökm sürən, nəzərə çarpan iş
məhsuldarlığı mövcud olan, Həmkarların və Qonaqların təhlükəsizliyi tam təmin edilən bir
peşəkar mühit yaradılması uğrunda çalışır. Həmkarlar üçün Məlumat Kitabçasını oxumaqla siz
Qalaaltı Hotel&SPA və Həmkarlarınızın gözləntiləri ilə tanış olmuş olacaqsınız.
Hamının mühafizə edilməsi üçün iş yerimizdə aşağıda adı çəkilən hərəkətlərin heç biri
yolverilməzdir. Davranışında bu hərəkətlərdən hər hansısa birinə yol verən həmkarlar intizam
tənbehi alacaq və ya əmək müqaviləsinə xitam veriləcəkdir. Odur ki, sizə, Qalaalti Hotel&Spa
Şirkətinə, Həmkarlarınıza, Qonaqlara və ictimaiyyətə mənfi təsir edəcək, lakin adı aşağıdakı
siyahıda çəkilməyən xoşagəlməz davranış qaydaları barədə xəbərdar olmalı və diqqətli
davranmalısınız.
 Aşağıda adı çəkilən davranış qaydaları Qalaalti Hotel&SPA şirkəti tərəfindən qəbul edilməzdir:

Qonağa qarşı nəzakətsiz davranmaq.
Qeyri-peşəkar görünüş, səliqəsiz və pinti geyinmək.
Qalaalti Hotel&Spa Həmkarları, Qonaqlar, Nəzarətçilər və ziyarətçilər ilə bağlı yalnış, böhtan
xarakterli məlumatlar, rəylər bəyan etmək, yaymaq.
Qaydalara tabe olmamaq.
Qeyri-düzgünlük.
İş saatlarında yatmaq (tibbi müdaxilə halları istisna olmaqla).
Keyfiyyətsizlik, diqqətsizlik və ya peşə səlahiyyətlərinə qarşı qeyri-ciddi yanaşmaq.  
Otel biznesi ilə bağlı sənəd və məlumatları saxtalaşdırmaq.
Qalaalti Hotel&Spa əmlakına qarşı,Həmkarların, Qonaqların və ya ziyarətçilərin əşyalarına qarşı
kobud rəftar etmək, pis davranmaq.
Qalaalti Hotel&Spa-nın mülkiyyətinə aid olan əşyaları, məmulat və materialları yazılı icazə
olmadan çıxarmaq.
Oteldə tapılan hər hansısa əşyaları “İtirilmiş və Tapılmış Əşyalar” bölməsinə göndərməmək.

Qonaqlardan avtoqraf və ya digər xatirə əşyalar istəmək.
Qalaalti Hotel & Spa-nın mülkiyyəti daxilində dalaşmaq, kobud rəftar etmək, qumar oynamaq.
Dövlət və ya yerli/qəsəbə əsasnamə və bələdiyyə qanunvericilik qaydalarını kobud şəkildə
pozmaq.
Otelin Spirtli İçkilər və narkotik maddələr barədə Siyasətini kobud şəkildə pozmaq.
Qalaalti Hotel&Spa otelinin mülkiyyəti daxilində və ya Otel fəaliyyətdə olduğu zaman
partlayıcılar daxil edilməklə odlu silah daşımaq, və ya istifadə etmək.
Otelin Ayrıseçkilik və Təqib qadağası Siyasətini kobud şəkildə pozmaq.
Qonaqların və ya ziyarətçilərin, Nəzarətçilərin, Həmkarların  yaralanmasına və Qalaalti
Hotel&Spa Şirkətinin zərər görməsinə səbəb olan bir hadisə ilə əlaqəsi olmaq.
İşdən kənar saatlarda özünü Otelin nüfuzuna zərər vuracaq səviyyədə aparmaq.
Təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq və ya qəza halları törədəcək şəkildə
davranmaq.
Baş vermiş fövqəladə hallar və qəzalar barəsində məruzə etməmək (baş vermiş və ya baş verə
biləcək qəzalar)
Otelin Davamiyyət Siyasətini kobud şəkildə pozmaq. 
Səbəbsiz yerə davamlı şəkildə işdən qalmaq və işə gecikmək.
Sənədləri saxtalaşdırmaq.
Verilən bəxşişləri müzakirə obyektinə çevirmək və məbləği barədə danışmaq
İdarə heyəti tərəfindən təyin edilmiş zənglər istisna olmaqla, Qonaq otaqlarındakı
telefonlardan şəxsi məqsədlər üçün istifadə etmək.
Şirkətə məxsus materiallar, vaxt, avadanlıq, e-poçt, internet, surətçıxarma, faks
xidmətlərindən, Şirkət blanklarından yalnış şəkildə istifadə etmək.

İş mövzuları istisna olmaqla, növbədə olan zaman Həmkarlara baş çəkmək, onlarla
zəngləşmək.
Otelin elektron poçt vasitələrindən şəxsi məqsədlər üçün və ya əlavə gəlir vasitəsi kimi istifadə
etmək;
Qonaqlar qalan mərtəbəyə orada görəcəyi işlər olmadan daxil olmaq və ya Qonaqlardan
onlara otağında qoşulmaq üçün dəvət qəbul etmək.
Qonaq otaqlarından şəxsi məqsədlər üçün istifadə etmək. İşçilər qrafikləri ilə əlaqədar əlavə
olaraq gecə qalmalı olduqları təqdirdə, Otaqda qalmaqla bağlı Baş menecerin ofisindən icazə
alınmalıdır.
Açarlara nəzarət etmə barədə təlimatlara riayət etməmək. Müəyyən edilməmiş, baxımsız,
Otelin əmlakına aidiyyatı olmayan yerlərə daxil olmaq üçün açarlardan istifadə edilməməli,
açarlar baxımsız şəkildə saxlanmamalıdırlar.
Sürücülük vəsiqəsi olmadan Otelin avtomobillərini sürmək. Şirkətə məxsus avtomobili içkili və
ya narkotiklərin təsiri altında olarkən sürmək.
Yuxarıda qeyd edilmiş Davranış Standartlarını kobud şəkildə pozmaq.

is mridn lt myiQəə ə Qalaaltı Hotel & Spa-da ildə iki dəfə olmaqla
snamrofreP əməkdaşların performans Qiymətləndirilməsi həyata
keçirilir.
Performans qiymətləndirməsinin məqsədi,
əməkdaşların il üzrə qoyulmuş hədəflərə nə dərəcədə
çatdığını müəyyən etməkdir və eyni zamanda növbəti
rüb üçün hədəf və planları müəyyən etməkdir.
Performans nəticələrinə görə işçilərin vəzifə dəyişimi,
əmək haqqı dəyişimi və s nəzərdə tutula bilər.
Həmçinin şirkət gəlirləri illik olaraq gözləntilərə
uyğun olarsa əməkdaşlar üçün illik bonuslarda
nəzərdə tutula bilər.

Əmək intizamı və əmək intizamının
pozulmasında görə məsuliyyət

İşçi bu   kitabçada göstərilən qaydaların hansı birini (zahiri görünüş,
davranış, əmək intizamı, davamiyyət, əməyin təhlükəsizliyi və digər
qaydaların pozulması daxil olmaqla) və ya öz əmək funksiyalarını tam və
ya qismən yerinə yetirmədikdə və yaxud pozduqda Şirkət
tərəfindən ona aşağıdakı qaydada intizam tənbehi verilə bilər və yaxud
qayda pozuntusunun şiddətliyindən asılı olaraq, işdən xaric edilə bilər.
İntizamın və Şirkətdaxili qaydaların pozulması nəticəsində işçi:

Şifahi xəbərdarlıq;
Yazılı xəbərdarlıqlar;
Töhmət və sonuncu xəbərdarlıqla şiddətli töhmət ala bilər.
Əmək müqaviləsi ləğv edilə və ya işdən kənarlaşdırma ola bilər.

Şifahi Yazılı Töhmət və Xitam və ya
xəbərdarlıq xəbərdarlıq sonuncu işdən
xəbərdarlıq kənarlaşdırma
Şifahi xəbərdarlıq İşçi şifahi
işçinin yalnış xəbərdarlıq İşçi şifahi və ya yazılı Əgər işçinin
davranışı, aldıqdan sonra xəbərdarlıqlara hansısa ciddi bir
hərəkəti, bir daha öz iş baxmadan, yenidən qayda və ya
davamiyyəti ilə funksiyalarını Şirkətin qoyduğu maliyyə
əlaqədar yerinə standart, qayda və ya vəsaitinin yoxa
işçiyə həmin yetirmədiyi davranış pozuntusu çıxmasında
davranış, hərəkət halda,  Şirkətin təkrarladığı təqsiri
və ya münasibəti qaydaları, halda, ona töhmət müəyyənləşdirilm
dəyişməsi üçün davranış, geyim verilir. Verilən töhmət əsi üçün zaman
tövsiyə xarakteri və ya davamiyyət həm intizam tələb
daşıyır. siyasətini formasına doldurulur, edilirsə, həmin
pozması və digər həm işçi araşdırma
hallarda, işçiyə də Şirkətin əmri ilə müddətinə işdən
yazılı xəbərdarlıq həyata keçir. Əmrin və müvəqqəti
verilə bilər. intizam formsaının bir kənarlaşdırılır.
nüsxəsi
işçinin şəxsi işində
saxlanılır.

Qalaalti Hotel&Spa Oteli qanuna zidd

ayrıseçkilik və təqibdən kənar olan,

işçilərin bərabər hüquqlu və

münasibətlərin əxlaq və qabiliyyətə

əsaslandığı bir iş mühiti tərəfdarıdır və

bunu dəstəkləyir. 

Qalaalti Hotel&Spa oteli İnsan

Təqib və Resurslarının siyasət və təlimatlarını
ayrıseçkilik
siyasəti İnsan Hüquqları qanunvericiliyi,

Bərabərhüquqlu Əmək İmkanları

qanunvericiliyi, bütün Dövlət

qanunvericiliklərə və Etika Kodeksinə

müvafiq şəkildə həyata keçirməyə

hazırdır. Hər bir işçinin irqi, milliyəti,

dərisinin rəngi, etnik mənsubiyyəti,

vətəndaşlığı, dini, cinsi, cinsi

orientasiyası, yaşı, evli və ya subay

olması, ailə statusu, fiziki qüsurları və

ya qanunvericilikdə adı çəkilən digər

səbəblər ilə bağlı təqibdən və

ayrıseçkilikdən azad olan bir iş

mühitində işləmək hüququ vardır.

Cinsi Təqib

Cinsi təqib obyektinin qadın və ya kişi olmasından asılı
olmayaraq, Qalaalti Hotel&Spa oteli Şirkətində cinsi təqib
sayılan davranış formaları qəbul edilməzdir.
Cinsi Təqib dedikdə, həmkarlara qarşı xoşagəlməz və təhqiramiz
cinsi xarakter daşıyan rəftar edilməsi, bu səpkidə rəy
bildirilməsi, jest və ya toxunulması, buna bənzər davranış
nümayiş etdirilməsi nəzərdə tutulur.
Cinsi təqib dedikdə həmçinin rəhbər işçi tərəfindən həmkarların
işgüzar sahədə irəliləməsini təmin etmək məqsədilə etdiyi cinsi
təklif və davranışlar nəzərdə tutulur. Bura həmçinin digər tərəfin
bu təklifləri rədd edəcəyi təqdirdə təqib ediləcəyi, bunun işçinin
fəaliyyətinə və karyerasına mənfi
təsir edə biləcəyi ilə hədələnməsi də daxilidr.

Təqib Növləri

Təqib özünü ixtiyari və ya qeyr-ixtiyari şəkildə büruzə edə bilər, birdəfəlik və ya
davamlı şəkildə ola bilər. Təqib növlərinə aşağıdakılar aiddir (lakin bununla məhdud
deyil):
a. Xoşagəlməz jestlər, rəylər, ismarıclar, zaraftlar, işçinin irqi, yaşı, fiziki qüsurları və
ya digər qadağan edilmiş mövzular ilə bağlı eyham və sataşmalar;
b. İnsanın şəxsiyyətini təhqiredici, alçaldıcı və ya irqi xarakterli şəkillərin nümayiş
etdirilməsi; 
c. Utanc hissi bəxş edən qadağan edilmiş mövzularla bağlı zarafatlar edilməsi; 
d. Cinsi xarakter daşıyan şəkil və materialların nümayiş etdirilməsi və
paylaşdırılması; 
e. Toxunmaq və ya cinsi xarakterli jestlər etmək; 
f. İşçinin fiziki quruluşu, cinsiyyəti barədə xoşagəlməz jestlər, rəylər, ismarıclar,
zaraftlar, eyham və sataşmalar edilməsi; 
g. Toxunmaq, əl vurmaq, tumarlama kimi lazımsız hərəkətlər etmək; 
h. Qarşı tərəfin razılığını almaq məqsədilə birbaşa və ya dolayısı yol ilə bildirilən
xoşagəlməz dəvətlər, təkliflər, rəylər; 
i. Hər növ cinsi zorakılıq;
j. Utancverici, alçaldıcı, təhrikedici, hədələyici xarakter daşıyan istənilən davranış
təqib sayıla bilər. Birinə qarşı təqib tətbiq edən şəxsin öz etdiyi hərəkətlərinin
xoşagəlməz olmasını bildiyi təqdirdə bu həmçinin təqib sayılır. Özünə qarşı təqib
edilən işçi mütləq bu barədə bildirməlidir.

Təqib və Həmkarlarımızda etik davranış
ayrıseçkilik barədə qaydaları ilə bağlı hər hansısa bir
məlumat vermə sual yarandığı təqdirdə onlar
qaydası Menecerinə və ya İnsan Resurslarına
yaxınlaşa bilərlər.
İş yerində qarşılıqlı hörmət
münasibətləri və iş məhsuldarlığını
təmin etmək və həmçinin
Həmkarların və Qonaqların
təhlükəsizliyini möhkəmlətmək
məqsədi ilə iş zamanı baş verən
istənilən qeyri-etik davranış halları
barədə dərhal məruzə edilməli,
xoşagəlməz halın yaranma səbəbləri
araşdırılmalı və həll edilməlidir. Bir
həmkar olaraq, siz belə bir hal ilə
üzləşdiyiniz zaman bu barədə
Menecerinizə və ya İnsan Resursları
Şöbəsinə bildirməlidir.

Təqib və

ayrıseçkilik barədə Haqqında məruzə edə biləcəyiniz hallara

məlumat vermə aşağıdakılar daxildir:
Təhlükəsizlik, Mühafizə və Ətraf Mühitlə bağlı

qaydası siyasət və təlimatların kobud şəkildə
pozulması

İşçilər arasında Ayrıseçkilik salınması və Təqib

edilməsi

Otelin xidmətlərindən sui-istifadə edilməsi

Oğurluq, Dələduzluq və Yeyinti hallarına yol

verilməsi

Maraqların Ziddiyyəti

Spirtli İçkilərin, ALKOQOL VƏ NARKOTIK

MADDƏLƏRin Qanunsuz İstifadəsi və ya Satışı

Rüşvət Alınması

Şirkət Sənədlərinin Saxtalaşdırılması

Şirkətin məxfi sənədləri barədə məlumat

yayılması

İşçi Kartının və Maaşın Oğurlanması

İşçilərin Təzminatları ilə bağlı Dələduzluq

edilməsi

Odlu Silahların Saxlanılması

əə it sayisHəmkarların Otel daxilində, Otelə mənsub avtomobillərində və
ə loqokla ümumiyyətlə Otel ərazisində qanunsuz şəkildə spirtli içki içməsi və ya
satışı ilə məşğul olması qadağandır. Həmkarların Otel daxilində, Otel
v namr D avtomobillərində və ümumiyyətlə işdə növbədə olduğu zaman
qanunsuz şəkildə ALKOQOL VƏ NARKOTİK MADDƏLƏRdən istifadə
etməsi, alış və ya satışı ilə məşğul olması qəbul edilməzdir. İş zamanı
spirtli içki və ya ALKOQOL VƏ NARKOTIK MADDƏLƏRin təsiri altında
olmaq qadağandır, belə ki, bu təhlükəli halların yaranmasına və işçinin
özünün, digər iş yoldaşlarının və həmçinin Qonaqların riskə məruz
qalmasına səbəb ola bilər. Bu siyasəti kobud şəkildə pozan İşçilərə qarşı
intizam tənbehi ediləcək və hətta onların əmək müqaviləsinə xitam
veriləcək.

İŞƏ XİTAM
VERİLMƏSİ

Hər hansı əməkdaş işdən ayrılacağı gündən
bir iş günü əvvəl İnsan Resursları şöbəsinə
yaxınlaşaraq, təhvil təslim haqqında
formanı doldurmalı və müəyyən olunmuş
şöbələrlə son təhvil-təslim prosesini
keçməlidir. Yalnız bundan sonra işçinin
Əmək Müqaviləsinə xitam verilə bilər.
Qalaaltı Hotel & Spa-da  çalışan hər bir
əməkdaş işdən öz razılığı ilə ayrıldığı zaman,
həmin şəxslə İnsan Resursları əməkdaşları
tərəfindən çıxış müsahibəsi aparılır.
Əmək müqaviləsinə xitam verilmiş
əməkdaşların son haqq-hesabı işdən
ayrıldığı gün baş tutur. Əməkdaş həmin gün
eyni zamanda Əmək Kitabçasını da təhvil
alır.

Sağlamlıq və
təhlükəsizlik
siyasəti

Şirkət Həmkarları üçün sənaye standartları və fəaliyyət göstərdiyi
yerdə mövcud qanun, qayda və nizamnamələr əsasında təhlükəsiz və
sağlam iş mühitini təmin edir. Həmkarlar iş sahələrində Şirkətin
Sağlamlıq və Əməyin Təhlükəsizliyi qaydalarını tətbiq etməlidirlər.
 Həmkarlar təhlükəsiz iş fəaliyyəti,  standartları və təlimatlarına riayət
etməlidirlər. Həmkarlar təhlükəli iş fəaliyyəti və qüsurlu avadanlıqlar
da daxil olmaqla, bütün müşahidə olunan təhlükələr haqqında məruzə
etməli və aradan qaldırmalıdırlar. Həmkarlar iş zamanı və ya Şirkətin
mülkiyyətində hər hansı qanunsuz məhlullar istifadə etməməli, əldə
etməməli, digərinə verməməli, almamalı və ya satmamalıdırlar.
Həmkarlar şifahi, fiziki və ya vizual olaraq zorakılıq və ya hədə-
qorxunun istənilən hər hansı formasında iştirak etməməlidirlər.

 

Bizim əsas vəzifə borclarımız Həmkarlarımızın və Qonaqlarımızın, onların
əmlakının, Otelin mülkiyyətinin  təhlükəsizliyini təmin etməkdir. Otelin
təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu isə bütün Həmkarların bu işə
cəlb edilməsidir. Təhlükəsizlik tədbirləri ilə bağlı riayət edəcəyiniz qaydalar
aşağıdakılardır:

Otelin Qonaq otağını heç kimə açmayın. 
Qonağı qeydiyyat masasından yoxlamamış və şəkli ilə tanış olmamış heç
vaxt Otelin qonaq otağının açarını verməyin;
Açarları baxımsız saxlamayın.  Ön Ofisdə otaqların açarlarını müvafiq
şəkildə saxlayın. Açar tapdığınız zaman dərhal Nəzarətçinizə bu barədə
bildirin;
Oteldə kimin qalması barədə müzakirələr etməyin;
Heç vaxt Qonağın adını və otağın nömrəsini bildirməyin;
Seyfinizi heç vaxt açıqlıqda və nəzarətsiz qoymayın. Heç kimə
hesabınızdan istifadə etməyə və ya bölüşməyə icazə verməyin;
İctimai yerlərdə heç vaxt nəğd pul saymayın
İndiki və əvvəlki Həmkarlar barədə heç vaxt məlumat verməyin, onların
adlarını, ünvan və telefonlarını bildirməyin. Həmkar barədə hər hansısa rəy
bildirilməsi üçün İnsan Resursları Şöbəsinə yönəldin;
Təhlükəsiz ərazidə dəyərli və ya şəxsi əşyaları qoymayın.

ƏMƏKDAŞIN YADDAŞ Ad Soyad______________________________
KİTABÇASINI ALMASI
HAQQINDA TƏSDİQNAMƏ Vəzifə_________________________________

Şöbə__________________________________

Mən(ad,soyad)_________________________
bununla təsdiq edirəm ki, Qalaaltı Hotel & Spa
tərəfindən mənə verilən Əməkdaşın yaddaş
kitabçasının bir nüsxəsini aldım və yaddaş
kitabçasında yazılan qayda-qanunla tanış
oldum.

Anlayıram ki, əmək intizamı, təhlükəsizlik
siyasəti və müəssisədaxili intizam qaydalarına
riyaət etmədiyim zaman, intizam tənbehi ala və
ya işdən azad edilə bilərəm.
İmza:
Tarix:

İtirilmiş və
tapılmış əşyalar

Hər hansı əşya tapıldıqda  dərhal bildirilməlidir. Tapılan əşya heç bir halda
arabanın və işçinin üzərində saxlanılmamalıdır. Tapılması barədə məlumat
verib dərhal Təmizlik şöbəsi  ofisinə göndərilməlidir.
Qonaq əşyanın geri qaytarılması üçün otelə müraciət edə biləcəyi üçün
tapılan əşya mühafizə şöbəsinə təhvil verilməlidir və qəbul qeydiyyat
şöbəsinə bildirilməlidir. Qəbul və qeydiyyat şöbəsi qonağa tapılan əşya
barədə məlumat verməlidir.
Bundan əlavə Lobidə, Otel daxilində və ərazisində hər hansı şüphəli əşya
gördükdə əşyaya toxunmadan dərhal Təhlükəsizlik şöbəsinin əməkdaşlarına
məlumat verməlisiniz.
İtirilmiş əmlakın qeydiyyatı və saxlanması
İtirilmiş və tapılmış əşyalar etibarlı yerdə saxlanılmalıdır. Tapılmış əşyanı qonaq
götürmədikdə tapıldığı gündən 6( altı)  ay sonar əşya tapan işçiyə təhvil
verilir.Dəyərli əşyalarda isə bu müddət 1(bir) ildir.
 Bütün itən və tapılan əşyaların sənədləşməyi vacibdir. İtmiş və tapılmış əşyalar
itmiş və tapılmış əşya  blankına və OPERA proqaramına qeyd olunur.

ƏMƏKDAŞIN YADDAŞ Ad Soyad______________________________
KİTABÇASINI ALMASI
HAQQINDA TƏSDİQNAMƏ Vəzifə_________________________________

Şöbə__________________________________

Mən(ad,soyad)_________________________
bununla təsdiq edirəm ki, Qalaaltı Hotel & Spa
tərəfindən mənə verilən Əməkdaşın yaddaş
kitabçasının bir nüsxəsini aldım və yaddaş
kitabçasında yazılan qayda-qanunla tanış
oldum.

Anlayıram ki, əmək intizamı, təhlükəsizlik
siyasəti və müəssisədaxili intizam qaydalarına
riyaət etmədiyim zaman, intizam tənbehi ala və
ya işdən azad edilə bilərəm.
İmza:
Tarix:


Click to View FlipBook Version