əhatə edən milli pavilyonla təmsil ol‐ unub. Festival çərçivəsində Azər bay ‐ canın Kosmik Agentliyi – Azər kos mo ‐ sun da yer aldığı milli pavilyonda gənc tədqiqatçılar və tələbələr üçün 2‐6 ok‐ tyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi haqqında təqdimatlar nümayiş etdirilib. Festivalda Azərbaycan pavilyonunu ziyarət edən TEKNOFEST Müşahidə Şurasının sədri və Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) rəhbəri Selçuk Bayraktar Beynəlxalq Astron‐ avtika Konqresinə dəvət edilib. Festival çərçivəsində İstanbul şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu ilə birgə Türkiyənin aparıcı universitet və təhsil müəs ‐ sisələrində – Boğaziçi Universiteti, Yedi ‐ tepe Universiteti, Yıldız Texnik Universiteti, “Baykar” şirkətinin də daxil olduğu Yıldız Qrup Texnoparkı, Qalatasaray Universiteti, İstanbul Texniki Universiteti, İbn Haldun Univer‐ sitetinin rəsmi nümayəndələri ilə Bakı konqresinə həsr olunmuş görüşlər olub. Türkiyədən olan gənclər, tələbələr və alimlər konqresə qatılmaq üçün yüksək maraq göstəriblər. TEKNOFEST‐2023 festivalı çərçi ‐ vəsində ziyarətçilərə “Onno”, PENÇE, “Uvodo” və “WakeX” adlı startap‐layi ‐ hələr, eləcə də “Kızılelma” interaktiv oyunu və “VR Ay səyahəti” virtual oyu ‐ nu təqdim olunub. Ümumilikdə yarışmaların final mərhələsinə 100‐dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Layihələr üzrə birinci yerləri “Akıllı ulaşım” yarışmasında Bakı Dövlət Universitetinin “Driver’s Eye” layihəsi və “ISIF 2023 Beynəlxalq Patentlər” yarışmasında “Yeni Texno ‐ logiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilovun “İn‐ ventorlu elektrik requlyatoru” layihəsi, üçüncü yeri “Tarım teknolojisi” yarışmasında Bakı Dövlət Universite‐ tinin “Ağıllı damla sulama sistemi” layihəsi qazanıb. Eyni zamanda Azərbaycan‐Türkiyə gənclərindən iba ‐ rət “Ejder Drones” komandası “İnsanlıq yararına texnologiya” müsabiqəsinin “Fəlakətlərin idarəedilməsi” kate qo ‐ riyasında universitet və yuxarı səviyyə üzrə üçüncü yerə layiq görülüb. TEKNOFEST‐2023 festivalında iştirak edən Azərbaycan Texniki Univer‐ sitetinin (AzTU) rektoru Vilayət Vəliyev festival çərçivəsində Türkiyənin aparıcı universitetlərinin rəhbərliyi və profes‐ sor‐müəllim heyəti ilə görüşüb. Türkiyənin müdafiə səna ye ‑ sinin yeni məhsulları nümayiş et‑ dirilib Festivalda Türkiyənin müdafiə sənayesi şirkətləri özlərinin yeni məhsullarını ictimaiyyətə təqdim edib. Türkiyə müdafiə sənayesinin öndə gələn şirkətlərindən olan ASELSAN şirkəti TEKNOFEST‐2023‐də ən böyük stendlərdən biri ilə təmsil olunub. Burada ASELSAN özünün iyirmiyə yaxın məhsulunu sərgiləyib. Həmin məhsullar arasında ASELSAN‐ın yeni olaraq hazırladığı həllər də yer alıb. Bunlar arasında “Aslan” yerüstü döyüş robotu, forma dəyişdirən PUA, “Avcı” kaska inteqrasiya olunmuş idarəetmə sistemi, “Akıncı” PUA üçün 45 sm‐lik “SatCom” antenası və digər sistemlər yer alıb. “Avcı” və “Aslan” bir arada ASELSAN‐ın inkişaf etdirdiyi “Aslan” yerüstü döyüş robotu orta ağırlıqdakı sinifə aid platformadır. Çəkisi 700 kiloqram və maksimum sürəti 10 km/saat olan “Aslan” hərəkət gücünü elektrik mühərrikindən alır. Avtonom çalışa və uzaqdan idarə edilə bilən döyüş robotu verilən tapşırıqdan asılı olaraq 4 saatdan artıq fəaliyyət göstərmək imkanına sahibdir. “Aslan” 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili ərazilərdə hərəkət edə, 60 sm dərinliyindəki 49 Azərbaycanın milli pavilyonu “Avcı” kaska inteqrasiya olunmuş idarəetmə sistemi
xəndəkləri və 20 sm hündürlüyündəki maneələri aşa bilir. ASELSAN‐ın SARP‐L döyüş modulu ilə silahlandırılan, müxtəlif sensor və kameralarla təchiz olunan bu platforma həm döyüş tapşırıqlarını, həm də kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub. Şirkət mütəxəs ‐ sis lərinin sözlərinə görə, inkişaf etdiril ‐ mə mərhələsini geridə qoyan “Aslan” Türkiyə Ordusuna və təhlükəsizlik qüvvələrinə dəstək göstərmək üçün xidmətə hazırdır. “Avcı” sistemi əməliyyat ərazisin ‐ dəki missiya məlumatlılığı, gecə görmə, video, simvolik displey xüsusiyyətləri ilə helikopteri idarə edən pilotun və hava vasitəsinin imkanlarını artırmaq üçün nəzərdə tutulmuş vizoru əks etdirən sistemdir. O, pilotun baş hərəkətləri əsasında nişan almaq üçün dəqiq baxış bucağının hesablanmasını həyata keçirir, gecə görmə, video, naviqasiya və silah simvollarını vizorda təsvir edir və bir sıra müxtəlif fun k ‐ siyaları yerinə yetirir. Yüngül kompozit materiallardan hazırlanan kaska pilotun başını və üz nahiyəsini gələcək zərbələrdən qoruyur. Kaska xüsusi daxili quruluşu sayəsində istifadəçiyə uyğun olaraq tənzimlənir. ASELSAN‑ın forma dəyişdirən PUA‑sı ASELSAN‐ın TEKNOFEST festiva ‐ lında nümayiş etdirdiyi yeni məh sul ‐ lardan biri də forma dəyişdirən PUA olub. ASELSAN‐ın Araşdırma Mər kə ‐ zində, universitet‐sənaye əməkdaşlığı çərçivəsində həyata keçirilən bu layihəyə İstanbul Texniki Universiteti Aerokosmik Araşdırmalar Mərkəzi (ITU ARC) də öz töhfəsini verib. Layihə çərçivəsində çox rotorlu pilotsuz uçuş aparatının prototipi ilə onun buraxılış qurğusu hazırlanıb, dizayn yoxlamaları aparılıb və uğurlu uçuş sınaqları həyata keçirilib. Şirkət tərəfindən adı çəkilən layihə üzrə inkişaf işlərinin iyul ayında başa çatdırılması və istehsal mər hə ‐ ləsinə başlanılması planlaşdırılıb. Üzərində 4 kamera olan və qısa müddətdə 200 metr yüksəkliyə qalxa bilən PUA stasionar və mobil plat for ‐ malardan atılaraq kəşfiyyat‐müşahidə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Qolları qatlandıqdan sonra xüsusi buraxıcı sistemə yer ‐ ləşdirilən PUA atıldıqdan sonra, is ‐ tənilən hündürlüyə çatdıqda qa ‐ nadlarını açır, rotorlarını işə salır və stabil uçuşa keçir. PUA‐nın qollarının qatlana bilməsi onun kiçik həcmdə saxlanılmasına imkan verir. Onun hərəkətli platformalardan buraxılması üçün ASELSAN avtomobil üzərində mobil şəkildə quraşdırıla bilən beşli buraxılış sistemi hazırlayıb. Forma dəyişdirən PUA‐nın bir çox hərbi və mülki məqsədlər üçün istifadə edilməsi mümkün olacaq. Obyekt və sərhəd təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək PUA öz sinfindəki digər məhsullara nisbətən bir sıra üstünlüklərə malikdir. Bunların sırasına havaya qalxma zamanı qəza risklərinin azaldılması, əməliyyata hazırlıq müddətinin qısaldılması, əməliyyat diapazonunun artırılması və çox sayda kiçik həcmdə saxlanıla bilməsi imkanları aiddir. ASELSAN‐ın forma dəyişdirən PUA‐ları şəhər ərazisindəki sabit nöqtələrdə, ölkə sərhədlərindəki təhlükəsizlik mən tə qə ‐ lərində, mühüm əhəmiyyət kəsb edən obyektlərdə, zirehli hərbi maşınlarda, silahlı katerlərdə, sahil mühafizə katerlərində, pilotsuz quru və dəniz nəqliyyat vasitələrində istifadə oluna bilər. Yanğınsöndürən maşınlardan da buraxıla bilən PUA yanğının istiqaməti və ölçüsü haqqında məlumat vermək qabiliyyətinə malikdir. “Roketsan” yeni raket sistem ‑ lərini tanıtdı TEKNOFEST‐2023 festivalında “Roketsan” şirkəti özünün “Hisar” hava hücumundan müdafiə sistemini (HHM), “Atmaca” gəmi əleyhinə raketini, MAM mini ağıllı sursat ailəsini, yeni inkişaf etdirilən “Çakır” qanadlı raketini, SOM və TRLG‐230 raketlərini nümayiş etdirib. Eləcə də şirkətin kosmik sahədəki layihələri barədə ziyarətçilərə məlumatlar verib. “Roketsan” şirkəti müxtəlif növ raketlər, reaktiv silahlar, atış və hərəkət sistemləri ilə birlikdə idarə olunan döyüş sursatları, istiqamətləndirmə‐ idarəetmə sistemləri, döyüş başlıqları, mexaniki hissələr, alqoritm və proqram təminatını hazırlayır və istehsal edir, onları quru, hava və dəniz platformaları ilə birləşdirir. Eyni zamanda, bu sistemlərə maddi‐texniki dəstək verir, raket yanacağı istehsal edir, ballistik mühafizə layihələri hazırlayır və həyata keçirir, eləcə də öz müəssisələrində kosmik raketləri işləyib hazırlayır. “Roketsan” tərəfindən nümayiş et ‐ dirilən məh sullar arasında ziya rət ‐ çilərin və gənclərin daha çox diqqətini çəkən sistemlərdən biri yönləndirilmiş enerji silah sistemi olan “Alka” lazer silahı olub. “Roketsan” pavilyonunda yer alan “Alka” lazer silahından uy ‐ ğunlaşdırılan ALKA lazer oyununda gənc ziyarətçilər nişan alma ba ca ‐ rıqlarını nümayiş etdiriblər. “Roketsan” şirkəti tərəfindən milli imkanlarla istehsal edilən “Atmaca” gəmi əleyhinə idarə olunan raketi hazırda Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) silahlanmasında yer alır. “Atmaca”, gəmi əleyhinə raketlərin yeni nəsli sayılır. “Səth‐səth” 50 www.poliqon.az “Atmaca” gəmi əleyhinə raket
tipli bu raket, aşağı radar izinə, yüksək dəqiqlikliyə, hədəfləri yeniləyə bilmə, yenidən hücum və tapşırığın ləğvi, ha ‐ belə hər cür hava şəraitində missiyanın icrasına, hərəkətli və sabit təhlükələri zərərsizləşdirmək imkanına sahibdir. Səsdən sürətli “Atmaca” raketi qatı yanacaqla işləyən turboreaktiv mü ‐ hərriklə təchiz edilib. Raketin avto ma ‐ tik tuşlanan başlığını və ra dio lokasiya sistemini ASELSAN şirkəti hazırlayıb. Raketin uzunluğu 4800‐5200 mm, atış uzaqlığı 200+ km, çəkisi 800 kq, döyüş başlığının çəkisi 220 kiloqramdır. Türkiyə Silahlı Qüvvələri ilə yanaşı dost və müttəfiq ehtiyaclarını qar ‐ şılamaq üçün “hava‐yer”, “hava‐səth” sinif qanadlı raket ailəsi olaraq yaradılan “Stand‐Off” döyüş sursatının (SOM) fərqli növlərinin seriyalı istehsalı və yaradılması işləri sürətlə davam edir. SOM döyüş suratı ailəsi yer hədəflərinə qarşı SOM‐A, SOM‐B1 və SOM‐B2, dəniz hədəflərinə qarşı tətbiq üçün nəzərdə tutulan SOM‐J raketindən ibarətdir. SOM‐A və SOM‐B1 raketləri yüksək təzyiqli partlayış yaradan qəlpəli, SOM‐ B2 dəlici, SOM‐J isə yarı zireh dəlici döyüş başlığına sahibdir. Döyüş sursatı uçuşdan əvvəl həyata keçirilən proqramlaşdırma he ‐ sabına tapşırıqların seçimini bacarır. Hədəfin hansı parametrlər əsasında vurulacağı təyin edilir. Qanadlı ra ket ‐ lərlə bağlı ən son doktrinalar və tex ‐ nologiyalar istifadə edilməklə yaradılan SOM raketləri aktiv şəkildə qorunan quru və dəniz hədəflərinə qarşı istifadə olunmaqla, ehtiyac duyulan əməliyyat elastikliyini dəstəkləyən moduulyar dizaynı ilə önə çıxır. “Bayraktar Kemankeş” və “Bayraktar TB3” ilk dəfə sərgiləndi TEKNOFEST‐2023‐də “Baykar” şirkətinin məhsullarına da maraq böyük olub. Şirkət bu festivalda ilk dəfə olaraq “Bayraktar Kemankeş” mini ağıllı qanadlı raketini və “Bayraktar TB3” PUA‐sını nümayiş etdirib. “Bayraktar Kemankeş” raketi reak ‐ tiv mühərrikindən stabilləşdirilmiş ka ‐ mera sisteminə kimi, süni intellekt proq ram təminatından sistem di zay ‐ nına qədər tamamilə milli və orijinaldır. Toplamda 35 kiloqram ağırlığa, 6 kq döyüş başlığına sahib “Bayraktar Kemankeş”in hədəfə şığıma sürəti 0.7 Mach və əməliyyat mənzili 200 kilo ‐ metrdən çoxdur. Hazırda “Bayraktar Kemankeş”in xəbərləşmə mənzili 50 kilometr təşkil edir ki, şirkət bunu da gələcəkdə mərhələli şəkildə əvvəl 100 km, daha sonra isə 250 km qədər artırmağı planlaşdırıb. Raket şirkətin istehsal etdiyi “Bayraktar TB2”, “Bayraktar TB3” və “Bayraktar Akıncı” pilotsuz uçuş aparatları (PUA) tərə findən istifadə olunmaq üçün nəzərdə tutulub. “Baykar” şirkəti tərəfindən “Bayraktar TB3” pilotsuz uçuş aparatı qısa məsafəli uçuş‐enmə zolağına malik aerodromlara enə və qalxa bilməsi üçün dizayn olunub. Bu məqsədlə onun cari ilin aprel ayında Türkiyə Hərbi Dəniz Qüvvələrinin donanmasına verilən “TCG Anadolu” amfibiya hücum gə ‐ misində yerləşdirilməsi plan laşdırılıb. “Bayraktar TB2” kimi “Bayraktar TB3” də həm kəşfiyyat tapşırıqlarını, həm də zərbə missiyalarını yerinə yetirə bilir. Hər iki PUA bir sıra oxşar xü susiy ‐ yətlərə malik olsalar da, biri‐biri lə ‐ rindən tamamilə fərqlənir. Onlar ara sında həm imkanlar, həm dizayn, həm də texniki xüsusiyyətlər ba xı ‐ mından bir çox fərqliliklər mövcuddur. “Bayraktar TB3” əsasən, təyyarə və helikopter gəmiləri tərəfindən istifadə olunmaq üçün nəzərdə tutul ‐ duğundan onun qanadları qatlana bilə ‐ cək formada dizyan olunub. Bu xüsusiyyət PUA‐ya gəmi üzərində yer ‐ ləşdirilərkən daha az yer tutmasına və rahatlıqla gəminin anqarına çəkilə bilməsinə imkan verir. “Bayraktar TB3” 14 metr qanad açıqlığına, 3.35 metr uzunluğa və 2.6 metr hündürlüyə ma ‐ likdir. 1450 kiloqram qalxış ağırlığına sahib PUA‐nın faydalı yük daşımaq bacarığı 280 kiloqram, havada qalma müddəti 24+ saat təşkil edir. Onun əsas xüsusiyyətlərindən biri avtomatik eniş və qalxış qabiliyyətinə malik olmasıdır. Yeni nəsil “Altay” tankına maraq böyükdür TEKNOFEST‐2023 festivalında ziyarətçilərin daha çox diqqətini cəlb edən sistemlərdən biri BMC şirkəti tərəfindən hazırlanan yeni nəsil “Altay” tankı olub. Yeni “Altay” tankı ilk dəfə TEKNOFEST‐2023‐də geniş ictimaiyyət qarşısında nümayiş etidirilib. 2023‐cü ilin aprelində BMC şirkəti sınaqlarının keçirilməsi üçün iki ədəd yeni nəsil “Altay” tankını Türkiyə Silahlı Qüv ‐ vələrinə təhvil verib. Əvvəlkinə nisbətən yüksək yerlilik payına malik yeni “Altay” daha üstün texnoloji imkan‐ lara, zireh quruluşuna və artırılmış hərəkət qabiliyyətinə sahibdir. 2024‐cü ilin sonlarına qədər tamamlanması planlaşdırılan sınaqlardan sonra, Türkiyə Silahlı Qüvvələrinin rəyi əsa ‐ sında BMC şirkəti “Altay”ın seriyalı istehsalına başlayacaq. 2025‐ci ildə başlanacaq seriyalı is‐ tehsal zamanı “Altay” tankında Cənubi Koreya istehsalı olan güc paketindən (mühərrik və transmissiya) istifadə ediləcək. 2026‐cı ilin ikinci yarısından etibarən “Altay” “BMC Power” tərə ‐ findən istehsal edilən yerli mühərriklə təchiz olunacaq və tankın seriyalı istehsalı bu formada aparılacaq. Yeni nəsil “Altay” tankını “Roketsan” şirkəti yüksək səviyyəli zireh sistemlərilə, ASELSAN şirkəti isə üstün atəş gücü, sağ qalma və hərəkət qabiliyyətilə təmin edir. PJ 51 “Bayraktar Kemankeş” qanadlı raketi
hərbi xərcləri soyuq müharibənin sona çatdığı 1989‐cu ildən sonra ilk dəfə bu qədər rəqəmlərə çatıb. O, 2013‐cü ildə ‐ kindən də 30 faiz çox olub. Bu çərçivədə ən kəskin artımlardan bəziləri Finlandi‐ yada (36 faiz), Litvada (27 faiz), İsveçdə (12 faiz) və Polşada (11 faiz) müşahidə olunub. Həmin rəqəmlərin əyani sübu‐ tunu adı çəkilən ölkələrin 2022‐ci ildəki hərbi satınalmalarına baxaraq da görmək mümkündür. Mərkəzi və Qərbi Avropada ən yük ‐ sək hərbi xərcləməyə sahib ölkə 68.5 mil‐ yard dollarla Böyük Britaniya olub. Böyük Britaniya bu məbləğin təxminən 2.5 mil‐ yard dollar həcmindəki hissəsini Ukray‐ naya hərbi yardım üçün sərf edib. 2022‐ci ildə Rusiya‐Ukrayna müharibəsi ilə əlaqədar Ukraynanın hərbi xərcləri 44 mil yard dollara çatıb. 640 faizlə bu, SIPRI hesabatlarında indiyə kimi ölkə üzrə hərbi xərclərin bir illik ən yüksək artımı olub. Həmçinin, Asiya və Okeaniyada da ‐ vam edən gərginlik bu bölgədə mövcud olan ölkələrin hərbi xərclərinin yük səl mə ‐ sinə səbəb olub. Həmin region ölkələrinin 2022‐ci ildə ümumi hərbi xərcləri 575 milyard dollar təşkil edib. Bu, 2021‐ci ildəkindən 2.7 faiz, 2013‐cü ildə kindən isə 45 faiz çox olub. Yaponiyanın hərbi xərc ‐ ləri 2021‐2022‐ci illər arasında 5.9 faiz artaraq 46 milyard dollara çatıb. Bu isə 1960‐cı ildən bəri Yaponiyanın hərbi xərc ‐ lə rinin ən yüksək sə viy yəsidir. Ötən il Tür ‐ kiyənin hərbi xərcləri 2021‐ci il ilə mü ‐ qayisədə 26 faiz azalaraq 10.6 milyard dollara enib. “Ukroboronprom” dövlət konserni, Rusiya ilə müharibə zamanı Ukraynaya dəstək verən 14 ölkənin şirkətləri ilə 33 beynəlxalq müqavilə imzalayıb. Ukraynanın “Ukroboronprom” dövlət konserninin baş direktoru Yuri Qusevin “İnterfaks‐Ukrayna” agentliyinə müsahibəsində deyib ki, Ukrayna müdafiə sənayesinin daha yüksək keyfiyyətli texnika və silahlar istehsal etməsi üçün texnologiya transferinə ehtiyacı var. Bunun üçün isə tərəfdaşların gözləntilərini qarşılamaq lazımdır. Ukrayna ərazisində yeni müştərək istehsal müəssisələrinin yaradılması ilə bağlı danışan Yuri Qusev ilk növbədə təhlükəsizlik məsələsini diqqətə çatdırıb. Bildirib ki, indi əsas söhbət xaricdə də daxil olmaqla birgə layihələrin və istehsalın həyata keçirilməsindən gedir. Ən son imzalanan müqavilələrdən biri “Ukroboronprom”un Çexiya Müdafiə Nazirliyinin müvafiq qurumu ilə birgə klaster haqqında sazişidir. İki ölkə arasında ən yüksək səviyyədə silah, sursat, texnikanın təmiri və istehsalının artırılması üçün səylərin birləşdirilməsi məsələləri müzakirə edilib. Digər bir müqavilə Almaniyanın “Rheinmetall” şirkəti və Ukraynanın “Ukroboronprom” Dövlət Konserni arasında strateji əməkdaşlıq sazişidir. Bu müqavilə texnologiya transferi yolu ilə Ukraynanın müdafiə sənayesini və ölkənin milli təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Müqaviləyə əsasən, Ukraynaya texnologiya transferini həyata keçirmək üçün “Rheinmetall” ilə “Ukroboronprom” arasında körpü rolunu oynayan birgə müəssisə yaradılacaq. Sazişə uyğun olaraq həmin müəs ‐ sisənin cari ilin iyun ayının sonuna kimi yaradılması, iyul ayının ortalarından etibarən isə fəaliyyətə başlaması planlaşdırılıb. Burada ilkin mərhələdə Almaniya hö ku mə ‐ tinin “Ringtausch” avadanlıq mü ba ‐ diləsi proqramı çərçivəsində Uk ray ‐ naya təhvil verilən, eləcə də birbaşa tədarük edilən avtomobillərin texniki xidməti və təmiri yerinə yetiriləcək. Sonrakı mərhələlərdə, texnologiyanın hərtərəfli transferinə əsaslanaraq, “Rheinmetall” məhsullarının Ukraynada birgə istehsalı həyata keçiriləcək. Məlumat üçün qeyd edək ki, “Ringtausch” proqramı Almaniya hökuməti tərəfindən Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək məqsədi ilə başladılıb. Proqrama əsasən Almaniyanın qonşuları və NATO‐ya daxil olan ölkələr yeni Qərb hərbi sistemlərinin əvəzində inventarlarındakı Sovet dövrünə aid hərbi texnika və avadanlıqları Ukrayna Ordusunun silahlanmasına verir. 52 www.poliqon.az “Ukroboronprom” Ukraynaya dәstәk verәn 14 ölkә ilә 33 müqavilә imzalayıb Ötәn il dünya ölkәlәrinin hәrbi xәrclәri 2.24 trilyon dollar tәşkil edib 2022‐ci ildə beynəlxalq hərbi xərclər 3.7 faiz artaraq 2.24 trilyon ABŞ dolları səviyyəsinə çatıb. Stokholm Sülh Araşdır‐ maları İnstitutunun (Stockholm Interna‐ tional Peace Research Institute – SIPRI) 2022‐ci il üçün hazırladığı yeni reytinqə əsasən, 2022‐ci ildə ən çox hərbi xərcləmə edən ölkələr ABŞ, Çin və Rusiya olub. Bu isə dünya üzrə ümumi məbləğin 56 faizini təşkil edib. Əvvəlki illərdə olduğu kimi 2022‐ci ildə də ABŞ dünyanın ən çox hərbi xərcləmələrini edən ölkə olaraq qalır. ABŞ‐ın hərbi xərcləri 2022‐ci ildə 877 mil‐ yard dollara çatıb ki, bu da qlobal hərbi xərclərin 39 faizini təşkil edir və dünya üzrə ikinci ən böyük xərcləməni həyata keçirən Çinin (292 milyard dollar) məb ‐ ləğindən üç dəfə çoxdur. Eyni zamanda üçüncü yerdə qərarlaşan Rusiyanın da hərbi xərcləri 2022‐ci ildə təx minən 9.2 faiz artaraq 86.4 milyard dollara yüksəlib. Hərbi xərcləmələr cəhətdən ilk beşliyi 81.4 milyard dollar ilə Hindistan dör‐ düncü və 75 milyard dollar ilə Səudiyyə Ərəbistanı 5‐ci sırada tamamlayır. Ötən il başlayan Rusiya‐Ukrayna müharibəsi və Şərqi Asiyadakı gərginlik dünya üzrə xərclərin daha çox artmasına səbəb olub. 2022‐ci ildə Mərkəzi və Qərbi Avropa dövlətlərinin hərbi xərcləri 345 milyard dollar təşkil edib. Beləliklə bu dövlətlərin
53 İraq HHQ “Super Mushshak” tәlim tәyyarәlәrini tәhvil alıb İraq Hərbi Hava Qüvvələri (HHQ) Pakistanın “Pakistan Ae‐ ronautical Complex” (PAC) şirkətinin istehsal etdiyi MFI‐395 “Super Mushshak” təlim təyyarəsinin ilk partiyasını təhvil alıb. MFI‐395 “Super Mushshak” təyyarələri İraq HHQ‐nin koman‐ danı Şihab Cahid Əlinin iştirakı ilə Şəhid Əli Fuleyhin hərbi ba‐ zasında keçirilən mərasimdə aviasiya parkına qəbul edilib. Hazırda “Super Mushshak” təyyarələri İraqla yanaşı Pakis‐ tan, Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İran və CAR Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunur. Yüksək təhlükəsizlik standartlarına cavab verən pərvanəli “Super Mushshak” təyyarəsi, döyüş tapşırıqlarını da yerinə yetirə bilir. Bu zaman təyyarəni 300 kiloqram ağırlığındakı bomba və raketlərlə yükləmək mümkündür. Pakistan SH-15-lәrin növbәti partiyasını tәhvil almağa hazırlaşır Pakistan Ordusu Çinin NORINCO şirkəti tərəfindən istehsal edilən SH‐15 özüyeriyən haubitsanın 56 ədəddən ibarət ikinci par‐ tiyasını təhvil almağa hazırlaşır. Pakistan Ordusu Çinin NORINCO şirkəti ilə 2019‐cu ildə imza‐ lanmış müqavilə çərçivəsində ümumilkdə 236 ədəd SH‐15 əldə edəcək. Müqavilənin dəyəri 512 milyon ABŞ dolları təşkil edir. Məlumat üçün bildirək ki, BMT‐nin Adi Silahlar Reyestrinə əsasən, SH‐15 özüyeriyən haubitsanın 54 ədədlik ilk partiyasısı sifarişçiyə 2021‐ci ildə çatdırılıb. Bəzi açıq mənbələrdə bu çatdırıl‐ manın 2022‐ci ildə həyata keçirildiyi qeyd edilib. Stokholm Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Rese‐ arch Institute – SIPRI) 2022‐ci il üçün olan hesabatında isə 2021‐ 2022‐ci illər ərzində 108 ədəd SH‐15 özüyeriyən haubitsanın Pakistana təhvil verilməsi ilə bağlı məlumat öz əksini tapıb. 155 mm çaplı SH‐15 özüyeriyən habubitsa 6×6 təkər formu‐ luna malik “Shaanxi” maşınının şassisi üzərində yerləşir. O, NO‐ RINCO tərəfindən yerli istifadə üçün hazırlanmış PCL‐181 özüyeriyən haubitsasının ixrac variantıdır. Zirehli kabinədən və yük bölməsindən ibarət maşının yük hissəsində quraşdırılan 155 mm‐lik top NORINCO tərəfindən inkişaf etdirilib. Onun zirehli kabinəyə sahib olması heyəti kiçik çaplı silah‐ ların atəşindən və artilleriya mərmilərinin qəlpələrindən mühafizə etməyə imkan verir. ABŞ Ordusu 1 milyard dollarlıq “Javelin” TƏİRK alır “Rostex” RPO PDM-A “Şmel-M” odsaçanını modernlәşdirir ABŞ Ordusu “Raytheon” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan “Javelin JV”dən əlavə “Javelin” tank əleyhinə idarəolunan raket kompleksləri (TƏİRK) alır. ABŞ Mü ‐ da fiə Nazirliyinin (Pentaqon) yaydığı məlumatda bildirilib ki, “Javelin” TƏİRK‐lərin alınması üçün ABŞ Ordusu və “Javelin JV” müəs sisəsi arasında 1 milyard dollar dəyərində müqavilə im‐ zalanıb. Müqaviləyə əsasən, “Javelin JV” tərəfindən “Javelin” TƏİRK‐ lərin istehsalı və ABŞ Ordusuna çatdırılması ilə bağlı işlərin 2027‐ci ilin may ayına qədər tamamlanması planlaşdırılıb. “Javelin” TƏİRK ABŞ‐ın “Raytheon” və “Lockheed Martin” şirkətləri tərəfindən istehsal olunan üçüncü nəsil daşınan tank əleyhinə raket kompleksidir. “Javelin” 1990‐cı ildən ABŞ və bir sıra digər ölkələrin silahlanmasında olan “atdın və unutdun” prinsipi ilə işləyən komplekslər sinfinə aiddir. FGM‐148 “Javelin” TƏİRK raketi termal özütuşlama başlı‐ ğına malikdir. Ona görə də raket kompleksinin operatoru bura‐ xılışdan sonra hədəfə yaxınlaşma zamanı raketin uçuşunu izləmir və tənzimləmir. “Javelin” kompleksi əsasən yerüstü zi‐ rehli texnikaların və aşağı hündürlükdə uçan hava hədəflərinin (helikopterlər, PUA‐lar) məhv edilməsi üçün təyin edilib. Rusiyanın “Rostex” Döv ‐ lət Korporasiyasının “Yük sək dəqiqlikli komplekslər” hol‐ dinqi RPO PDM‐A “Şmel‐M” reaktiv odsaçan silah siste‐ minin modernləşdirilməsi üzərində çalışır. “Yüksək dəqiqlikli kom ‐ plekslər” holdinqinin yaydığı məlumatda “Şmel‐M” odsa‐ çanının üzərində modern ‐ ləşdirilmə ilə bağlı fəaliy ‐ yətlərin aparıldığı deyilsə də, görülən işlərin nəticələri barəsində əlavə heç bir açıq ‐ lama verilməyib. Hazırda Rusiya Ordusunun si‐ lahlanmasında yer alan RPO PDM‐A “Şmel‐M” odsaçanı şəhər şəra itin ‐ dəki döyüş əməliyyatları və dayaq mən təqələrinə qarşı yerinə yetirilən hücum tapşırıqları zamanı öz effek‐ tivliyi ilə seçilir.
STM‐TAIS tərəfdaşlığında həyata keçiriləcək layihə çərçivəsində “Anadolu”, “Sedef” və “Sefine” tərsanələrinin hər birinin 36 ay ərzində eyni vaxtda “İ” sinifinə aid bir freqat inşa etməsi planlaşdırılır. İnşa olunacaq 6‐cı, 7‐ci və 8‐ci “İstif” sinifli freqatlar da bütün sensorları və silah sistemləri milli olaraq inkişaf etdirilən yerli hava hücumundan müdafiə imkanları ilə təchiz ediləcək. “TCG Anadolu”nun mühəndislik və dizayn işlərini yerinə yetirən “Delta Marine” şirkətinin biznes inkişafı üzrə direktoru Dirim Şener POLİQON jurnalına “TCG Anadolu”ya göstərdikləri mühəndislik və dizayn xidmətləri haqqında danışıb. Onun sözlərinə görə, Türkiyədə inşa edilən ən böyük gəmi olan “TCG Anadolu”, “Milgem” layihəsi kimi bundan sonrası üçün təməl daşı olacaq. “TCG Anadolu”nun mühəndislik və dizayn prosesi haqqında vacib mə lu ‐ mat lar verən Dirim Şener bildirib ki, əvvəlcə Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) və Hərbi Dəniz Qüv ‐ və lərinin ortaya qoyduğu ehtiyaca isti ‐ na dən konsept dizayn layihələri üzərində işləyiblər. Sonra isə Türkiyədə belə bir gəmi daha əvvəl inşa edilmədiyi üçün, bu tip gəmilərin inşasında təc rü bəsi olan şirkətlərlə birgə işləmək qərarı alı ‐ nıb. Ona görə də həmin layihə üzrə inşa tenderinə girən gəmiqayırma za vod ları xaricdən dizayn dəstəyi alıblar. Tenderdə qalib gələn “Sedef Tersanesi” də İs pa ‐ niyanın “Navantia” şirkətini tərcih edib. “Bu seçimdə “Navantia”nın daha əvvəl öz donanması (İspaniya HDQ) üçün bir gəmilik və Avstraliya donanması üçün iki gəmilik layihə dizayn etmiş olması vacib amil oldu. Ancaq həm yerlilik dərəcəsinin artırılması, həm də ofset müqavilələrin tələbləri baxımından “Navantia”nın yerli subpodratçı axtarışı başladığı üçün bizimlə görüşdülər. “Navantia” İspaniyada bir çox gəmiqayırma zavodunu da idarə edən dövlət qurumudur. Təfərrüatlı yox la ma ‐ lar nəticəsində “Delta Marine”ni dizayn proseslərinin bir çox nöqtəsində dəstək verə biləcək ən uyğun subpodratçı kimi müəyyən etdilər. Hərbi Dəniz Qüvvə lə ‐ ri nin tələbləri və tərsanənin isti qa mət ‐ lən dirməsi ilə orijinal dizaynda bəzi dəyişikliklər olundu. Beləliklə, “TCG Anadolu” layihəsindəki dizayn və mühəndislik işlərinin bir hissəsini, biz, öz öhdəmizə götürdük və çalışmalara başladıq”, ‐ deyə Dirim Şener vurğulayıb. Dirim Şener bildirib ki, orijinal layihənin sahibi “Navantia” şirkəti olduğu üçün bütün iş standartlarında “Navantia” tərəfindən müəyyən edilmiş qayda və standartlara riayət etmək məcburiyyəti olub: “Biz “Navantia”nın dizayn qay da ‐ larını, onların istifadə etdikləri 3D modelləşdirmə və planlaşdırma proq ‐ ram larını öyrəndik və istifadə etdik. İspaniyada yer alan serverlərə yüksək təhlükəsizliyə sahib şifrələmə cihazları vasitəsilə davamlı şəkildə bağlanaraq çalışdıq. İlk dövrdə bəzi təlimləri komandalarımızı İspaniyaya göndərərək yerinə yetirdik. Bu, uzun, yorucu və eyni zamanda texniki və inzibati baxımdan əhəmiyyətli təcrübələr qazandığımız proses oldu”. İşlərin 3.5‐4 il davam etdiyini ifadə edən Dirim Şener prosesin 2020‐ci ildə başa çatdığını və təxminən 65‐70 nəfərlik 54 www.poliqon.az “TCG Anadolu” bundan sonrası üçün tәmәl daşı olacaq ?Mehmet Demirkol POLİQON jurnalının Türkiyə bürosu Türkiyənin ən böyük döyüş gəmisi olan “TCG Anadolu” aprel ayının 10‐da Prezident Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilən mərasimdə Hərbi Dəniz Qüvvələrinin (HDQ) istismarına verilib. Mərasim zamanı “TCG Anadolu” amfibiya hücum gəmisinin xidmətə girməsi ilə birlikdə, həm də R.T.Ərdoğan tərəfindən “Milgem” layihəsi çərçivəsində Türkiyə HDQ üçün inşa olunacaq “İstif” (“İ”) sinifinə aid 3 freqatın sac metallarının kəsimi baş tutub. Dirim Şener “Delta Marine” şirkətinin biznes inkişafı üzrə direktoru “TCG Anadolu” döyüş gəmisi
mühəndis‐texniki işçi qrupu ilə işlə ‐ diklərini vurğulayıb. O qeyd edib ki, “TCG Anadolu” onlar üçün hər baxımdan çox öyrədici bir layihə rolunu oynayıb: “Keçmişdə E‐Class təlim katerləri, SAR‐35 sahil mühafizə gəmisi, MİLGEM və “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT) layihələrində qazandığımız təcrübələr və “TCG Anadolu” təc rü ‐ bəsinin üzərinə hazırda həm ölkəmizin, həm də xarici dövlətlərin ehtiyacları istiqamətində bir çox hərbi gəmi layihəsinin içərisində yer alırıq. Bun ‐ lardan bəziləri çox qabaqcıl mərhələyə çatmış və dövlət səviyyəsində təs ‐ diq/imza mərhələsində olan layihələrdir. Ümid edirəm ki, tezliklə birdən çox yeni layihənin elanını həyata keçirəcəyik. Yeni layihələrə əsas dizayner kimliyimizlə namizədik”. Gəmi dizayn işlərinin əhmiyyətini diqqətə çatdıran Dirim Şener əlavə edib ki, ümumiyyətlə ticarət gəmilərində 1 vahid iş görülürsə, hərbi gəmilərdə təxminən 4 vahid iş görülür. Çünki daha çox qayda, daha çox nəzarət mexanizmi və koordinasiya ehtiyacı var. Təbii ki, bundan asılı olaraq da ortaya çıxan iş mükəmmələ yaxın hala gəlir. “Bunun təcrübəsini təkcə “TCG Anadolu”da deyil, MİLGEM‐də və daha sonra Pakistan Dənizdə Yana caq dol ‐ durma Gəmisi layihələrində də yaşadıq. Nəticə etibarı ilə dizayner olaraq tər ‐ sanənin, avadanlıq istehsalçısının, gəmi sahibinin, klaster cəmiyyətinin, bir sözlə, bütün maraqlı tərəflərin ehtiyac duyduğu informasiya və məlumatlar hazırlanır. Gəminin mühərrikinin neçə kVt olmasına, pərvanənin ölçüsünün neçə metr olmasına və nasosun gücünə qədər bir çox məsələyə qərar verilir. Bu məlumatlar əldə edildikdən sonra maraqlı tərəflərə paylanır və hərarətli iş başlayır. Başlanğıc nöqtəsi həmişə müştərinin tələbinə uyğun şəkildə hazırlanmış dizayndır. Daha sonra tərsanə və təchizatçılarla əməkdaşlıq çərçivəsində avadanlıq və sistemlərin brendi, modelləri müəyyən edilir. Gəmiqayırma zavodları seçilmiş ava ‐ danlıq və sistemləri konstruktora çatdırır ki, bunlar dizaynın içərisinə inteqrasiya olunsun. İnteqrasiyadan sonra dizayn klaster yoxlamasına təqdim edilir və təsdiqləmə prosesinin sonunda istehsal işləri üçün yenidən gəmiqayırma zavoduna gön ‐ dərilir. Gəmi inşasında çoxmərhələli müşahidə və yoxlama prosesləri möv ‐ cud dur. Sektorun hər bir elementi dənizdə ən kiçik səhvin belə baha başa gələcəyini bilməli və buna uyğun hərəkət etməlidir. Bu kontekstdə “Delta Marine” olaraq qürur duyduğumuz cəhət, performansını yerinə yetirən, toplam sahiblik dəyəri optimallaşdırılmış, müxtəlif dəniz şəraitində təhlükəsiz və tam işləmə qabiliyyətinə malik, eyni zamanda içərisindəki sərnişin və ekipaj üzvlərinə rahat kruiz imkanı təqdim edən məhsul ortaya çıxarmaqdır”, ‐ deyə Dirim Şener bildirib. Dirim Şener qeyd edib ki, onlar gəmi dizayn proseslərini bir addım daha irəliyə aparmaq imkanına malikdirlər: “Öz daxilimizdə vacib dizayn amillərinin kompüterləşdirilmiş simulyasiyalarını etmək və hətta bu simulyasiyaları yerinə yetirən proqram təminatını hazırlamaq qabiliyyətinə sahibik. Artıq bu məsələdə xaricdən asılı deyilik. “Həm xərcləri op ‐ timallaşdıraq, həm də inkişaf etdirdiyimiz qabiliyyətləri və göstərdiyimiz xidmətləri orijinal imkanlarımızla təhlükəsiz formada təmin edək” deyərək bu proqram təminatlarını inkişaf etdirə biləcək vəziyyətə gəldik. Ölkəmizin təsnifat və nəzarət agentliyi olan Türk Loydu ilə də əməkdaşlıq edirik və Türk Loydunun gəminin struktur dizaynının ölçüləri proqramlarının tərtibatçısıyıq. Həmçinin, dünya dənizlərində yüzlərlə gəmidə istifadə olunan “DeltaLoad” markalı gəmi yükləmə proqram təmi ‐ natımız var. Bu baxımdan, son illərdə Tə‐İn (tədqiqat və inkişaf) işlərinə böyük sərmayə qoyuruq və mühəndislərimizin hazırlanmasına töhfə veririk. Nəhayət, “TCG Anadolu”ya dönəcək olarsaq, bu gəmi dünyanın ilk PUA gəmisi və Türkiyə donanmasının flaqmanıdır. MİLGEM ilə başlayan prosesdə öz mühəndislərimiz, işçilərimiz, bilik və təcrübəmizlə hərbi gəmilər inşa edib, istifadə edə biləcək hala gəlməyimizin ən görkəmli göstəricisidir. Bununla da kifa yətlənmirik və hərbi gəmi sahə sin ‐ dəki özünəməxsus biliklərimizi xaricə transfer edirik. Bu mənada MİLGEM‐ dən sonra “TCG Anadolu” yeni bir təməl daşı olacaq. Əlavə olaraq, gəmi ölçüsü və mürəkkəbliyi baxımından bundan da ha təkmil gəmi tapmaq çox çətindir. Belə bir əsər yarada bilən ölkə onu tək ‐ rarlaya və daha yaxşısını edə bilər”. PJ
Aprel ayının 25‐də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Elmi‐ Tədqiqat İnstitutu (ETİ) ilə Türkiyənin “Simsoft” Kompüter Texnologiyaları şirkəti arasında 2022‐ci il sentyabr ayının 8‐də imzalanmış memora n ‐ dumdan irəli gələn hərbi və mülkü sahələrdə silah‐sursat, komanda‐ nəzarət, proq ram təminatları və tədris məqsədi ilə simulyasiya sistemlərinin inkişafı barədə mütəxəssislərdən ibarət işçi qrupunun birgə görüşü keçirilib. Elmi‐Tədqiqat İnstitutunun dire ‐ ktoru, professor Mürsəl Əliyev və “Simsoft” şirkətinin baş direktorunun köməkçisinin iştirakı ilə baş tutan görüşdə memorandumdan irəli gələn istiqamətlər üzrə birgə təkliflər hazırlanaraq bu təkliflərin həyata keçirilməsi və yol xəritəsinin for ‐ malaşdırılması üçün qərar qəbul edilib. Qərara əsasən, Müdafiə Sənayesi Nazirliyinin Elmi‐Tədqiqat İnstitutu görüş zamanı irəli sürülmüş təklifləri müzakirə edərək əldə edilən ra ‐ zılaşmaları “Simsoft” şirkətinə göndərəcəkdir. Türkiyənin ASELSAN şirkəti Azərbaycan Müdafiə Nazirliyinə 10 ədəd PUP portativ peyk terminalı təhvil verib. ASELSAN‐ın hesabatında bildirilib ki, çatdırılan sistemlər şirkət tərəfindən Azərbaycanda qurulan və hazırda istifadə olunan peyk yer stansiyası vasitəsilə istifadəçinin tələb etdiyi səs və IP məlumat rabitəsini təmin edəcək. ASELSAN‐ın Azərbaycanda həyata keçirdiyi Hava Platformaları və Qüllə Kommunikasiya Sisteminin Moderni ‐ zasiyası Layihəsi çərçivəsində, Müdafiə Nazirliyinin başqa sifarişləri də yerinə yetirilib. Belə ki, Azərbaycan Ordusunun təcili ehtiyac duyduğu təhlükəsiz və müasir rabitə infrastrukturunu təmin etmək üçün Hərbi Hava Qüvvələrinin (HHQ) inventarında yer alan bütün növ stasionar və fırlanan qanadlı antenna platformaları ilə sabit və mobil qüllələrə V/UHF və HF diapazonunda işləyən proqram təminatlı radio və interkom sistemləri ASELSAN‐ın müxtəlif rabitə vasitələri ilə birlikdə çatdırılıb və inteqrasiya edilib. Bundan başqa, ASELSAN tərəfindən Azərbaycanda davam etdirilən digər bir layihə HAKİM Hava Komanda İdarəetmə Sistemi Layihəsidir. HAKİM sistemilə Azərbaycan Hərbi Hava Qüvvələri (HHQ) ölkədəki bütün radar, təyyarə və hava hücumundan müdafiə sistemləri ilə inteqrə şəkildə Azərbaycan hava məkanının real vaxt rejimində kontrol və idarə olunmasını təmin edəcək. Layihə çərçivəsində HAKİM sistemi dörd fərqli komanda mərkəzinə quraşdırılacaq. 60 fərqli kampusda silah və radar inteqrasiyası fəaliyyətləri həyata keçiriləcək. ASELSAN layihə ilə bağlı ilk təhvil vermə işlərini 2022‐ci ilin dekabr ayında reallaşdırıb. Bu çərçivədə şirkət tərəfindən 3005 m2 qapalı əraziyə sahib ilk mərkəzin tikintisi və bu mərkəzə bütün quraşdırma fəaliyyətləri başa çatdırılaraq Azərbaycan tərəfinə təhvil verilib. 56 www.poliqon.az ETİ vә “Simsoft” simulyasiya sistemlәrinin inkişafına dair qәrar qәbul etdi ASELSAN Azәrbaycana PUP peyk terminalları vә rabitә vasitәlәri çatdırıb Müdafiә sәnayesi nazirinә yeni müavin tәyin olunub Azərbaycan Prezidentinin 15 mart 2023‐cü il tarixli Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub. Bundan əv vəl Vüqar Mustafayev PAŞA Hol dinq MMC və ona aid olan şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb. Belə ki, 2014‐cü ildə PAŞA holdinqdə icraçı direkto‐ run müşaviri vəzifəsinə təyin olunan Vüqar Mustafayev elə həmin ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC‐nin Təftiş Komissiyasının sədri olaraq fəaliyyət göstərib. 2021‐ci ildən PAŞA holdinqin Tür ‐ kiyədəki nümayəndəliyinin rəhbəri, eyni za‐ manda İstanbul mərkəzli PDT və “Gayrımenkul A.Ş.” şirkətinin Müşahidə Şu‐ rasının sədri vəzifələrində çalışıb.
Azərbaycan xalqının ümummilli lideri 100 illik yubileyində əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik! Heydər Əliyevin “Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır!” Heydər Əliyev