The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-12-18 00:24:25

Dağlıq Qarabağın tarixi

Dağlıq Qarabağın tarixi

Qafar Çaxmaqlı

Qarabağımız…
Mənəvi dünyamız

Dağlıq Qarabağlı azərbaycanlıların
doğma yurdun adət-ənənələrini,
milli–mənəvi dəyərlərini
qoruyub saxlama mübarizəsi

Bakı 2019
-1-

Kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin
təşkilatçılığı ilə “Azərbaycan milli-mənəvi əxlaq prinsipləri ilə
erməni irqçi düşüncə sisteminin müqayisəsi və erməni
milliyyətçiliyinin ifşası” adlı layihə çərçivəsində çap edilmişdir.

Hazırlayan: Qafar Çaxmaqlı,
Redaktor: Muxtar Oxçoğlu

-2-

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsidir...
Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa –
olsun azad edəcəkdir.”
HEYDƏR ƏLİYEV

-3-

Bu, bir dərd toplusudur...

Əlinizə aldığınız bu kitab Dalıq Qarabağ mövzusunda ilk
əsər deyil, sonuncu da olmayacaq. Əslində bu kitab topludur-
dərd toplusu. Acı və çılpaq həqiqətlərin ifadəsi kimi diqqətinizə
çatdırılır. Bu kitab həm də bir həsrət kitabıdır. Bu toplu
Azərbaycanın Dağlıq Qarabağ ərazisində min illər boyu
yaşayan Azərbaycan türklərini anladacaq, onların acı taleyini,
dərd-sərini, səbrini mübarizəsini ortaya qoyacaq Xankəndi,
Şuşa, Xocavənd, Xocalı və başqa yurdlarımızı tərk etmiş
insanların qan yaddaşıdır. Bu yerdən didərgin düşmüş insanların
dilindən çıxan, bu faciələri yaşayanların, onların şahidi olanların
fəryadı kimi qəbul edin. Bu əhalinin torpaqları işğal altındadır.
Bu işğal on illərdir ki, davam edir...

Dağlıq Qarabağın qədim adı “Artsax” sözünün
etimologiyası ilə türklərin daha qədim zamanlardan burada
məskunlaşdığını aydınlaşdıran bir tarixi faktdır. “Artsax”
deyilən ərazi Azərbaycanın vaxtilə Albaniya adlanan dövlətinin
bir hissəsi idi və mərhum ermənişünas alim, professor Mirəli
Seyidov hələ 70-80-ci illərdə yazdığı əsərlərdə, ”Artsax”
toponiminin türklərə məxsusluğunu sübut etmişdi. Sovet
dövründə erməni alimləri də bunu qəbul edirdi. Qarabağ hər

-4-

tarixi dövrdə bütöv ərazi vahidi olmuşdur. Qarabağın Aran

hissəsi ilə Dağlıq hissəsi Siam əkizləridir. Onları bir-birindən

ayırmaq mümükün deyil. “Dağlıq Qarabağ” ifadəsi isə XX

yüzillikdə Sovet Rusiyasının rəhbərliyi tərəfindən

uydurulmuşdur, Qarabağın dağlıq və aran hissələrini bir

birindən ayırmaq üçün belə bir süni ifadə işlənilmişdir.

Ermənicə qaynaqlardan da yararlanaraq söyləyə bilərik ki,

Dağlıq Qarabağın əhalisi, həm də Türk əhalisi xristian dinini

qəbul etmişdi. Amma ümumən Türklərin təktanrıçı olduğunu

nəzərə alsaq, qısa bir zamanda İslam dini də eyni dərəcədə

burada da hakim dinə çevrilmişdir.

Ermənilərin Qarabağa gəlişi, yerləşdirilməsi də hər kəsə

bəllidir. Qarabağ xanı İbrahim xanla Rusiya qoşunlarının

komandanı R.D.Sisianov arasında Kürəkçayda bağlanan

müqavilə Qarabağın işğal fərmanı olmuşdur və tarixi

saxtalaşdırmağa cəhd edən ermənilərə bu ən yaxşı cavabdır ki,

Qarabağ məhz türk-müsəlman xanlığı kimi o zaman Rusiyaya

birləşdirildi. 1813-cü il “Gülüstan” sülhünün də məqsədi

ortadadır. 1928-ci ildə Rusiya-İran arasında bağlanan “Türk-

mənçay” müqaviləsindən sonra erməni köçürülməsi kütləvi

xarakter aldı. Rusiya ilə Osmanlı İmperiyası arasında 1829-cu

ildə Ədirnə müqaviləsindən sonra isə Osmanlı ərazilərindən

-5-

ermənilər Qarabağ və İrəvan xanlığının ərazilərinə köçürülməyə
başladılar. Təkcə bu müqaviləyə əsasən 84 min erməni Qarabağ
və digər ətraf ərazilərə köçürüldülər. 1978-ci ildə Dağlıq
Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndinə
ermənilər köçürülmələrinin yubileyini-150 illiyini keçirmiş-
dilər. Orada bir daş abidə də ucaldılmışdı, üzərində “Marağa-
150” sözləri həkk olunmuşdu. Görkəmli alim N.Şavrov 1911-ci
ildə yazırdı ki, “Zaqafqaziyadakı (Cənubi Qafqaz)1,3 milyon
erməninin 1 milyondan çoxu gəlmədir. Bütün bu köçürmələrə
baxmayaraq, Dağlıq Qarabağda ermənilər yenə də çoxluq təşkil
etmirdi. Burada əhalinin faiz nisbəti belə idi: 64,4% müsəlman-
türk, 34,8% erməni. Qarabağda o zaman yerli xristianlar da
yaşayırdılar. Ermənilər bu əhalini, yəni albanları öz içərilərində
zaman-zaman əridib yox etdilər. İndi də burada qriqoryanlaşmış
və erməniləşmiş albanlar yaşamaqdadırlar, onlar qorxularından
milli kimliklərini ortaya qoya bilmirlər.

Reallıq budur ki, Dağlıq Qarabağ erməni işğalı altındadır.
Bu gün 50 mindən çox Azərbaycanlı əhali müxtəlif qaçqın
düşərgələrində, vaqonlarda, internat evlərində, heç bir şəraiti
olmayan daxmalarda yaşamaq məcburiyyətində qalmışlar.
Beynəlxalq səviyyədə onların durumu dilə gətirilir, haqq və
hüquqlarının bərpası üçün müəyyən fəaliyyətlər vardır.

-6-

Azərbaycan dövləti bu əhalinin həyat şəraitini yaxşılaşdırmaq
yönündə tədbirlər görsə də onların isti nəfəsi ilə qızınacaqları
tək məkan və tək yer öz doğma yurdları, öz evləridir. Onların
öz doğma yurdlarına dönməsi günü uzaqda deyil. Dağlıq
Qarabağ əzəli və əbədi Azərbaycan ərazidir və bu fikir kitabda
qırmızı xətt kimi keçəcəkdir. Tarix boyunca Azərbaycan
türklərinə aid olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi
nəhayət 1988-ci ildə erməni separatizminin qurbanına
çevriləndən sonra burada min illər boyu yaşayan azərbaycanlılar
öz yurdlarını tərk etmək məcburiyyəti qarşısında qalmışdılar.
Min illər boyu bu əhalinin özünəmxsus adət-ənənələri, milli-
mənəvi dəyərlərinə çox böyük zərbə dəydi. Xankəndindən,
Şuşadan, Xocavənddən, Ağdərədən və başqa bölgələrdən
azərbaycanlı əhali öz kökündən qoparıldı, min illərlə
bağlandıqları doğma yurdu tərk etmək məcburiyyəti qarşısında
qaldılar. Onlar doğma yurdu tərk edərkən özləri ilə böyük bir
mədəniyyət, adət-ənənə, özünəxas milli keyfiyyətləri, mənəvi
xüsusiyyətləri də özləri ilə getdikləri yerə daşıdılar. Dağlıq
Qarabağlı ailələr bu gün Azərbaycanın müxtəlif yerlərinə
yayılmış, 30-dan çox bölgədə məskunlaşmışlar. Müxtəlif
yerlərə səpələnmiş 50 minə qədər əhalinin günlük həyatı ağır
durumda keçməkdədir. Bu adət- ənənələri yaşatmaq, milli

-7-

mənəvi dəyərləri qoruyub saxlamaq çox çətindir. Bu kitabda
həmin adət-ənənələr, milli mənəvi dəyərlərin qorunub
yaşadılmasından və gələcəyə daşınmasının vacibliyindən bəhs
edilməkdədir. Əsas məqsəd dünyanın diqqətini Dağlıq Qarabağ
azərbaycanlılarının həyatına cəlb etməkdir. Dağlıq Qarabağ
azərbaycanlılarına məxsus dəyərlərin qorunub saxlanılması
üçün milli mənəvi və mədəniyyət problemlərinin diqqət
mərkəzinə gətirilməsi və bu dəyərlərin məhv olması ilə bağlı
həyəcan siqnalı verməkdir. Bu əhalinin öz milli kimliyini
qoruması üçün tək yol onların doğma yurduna geri
qaytarılmasıdır. Bu, Dağlıq Qarabağın yerli əhalisinin təbii
haqqıdır. Və bu, mütləq olacaqdır.

Qafar Çaxmaqlı, professor

Dağlıq Qarabağın əsil sahibləri kimlərdir?

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə, dünyanın
ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx
mağarasında ən qədim insanların yaşayış məskəni aşkar
edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən
Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə

-8-

insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. 1968-ci
ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı-
azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx
adamının 350-400 min il əvvəl yaşadığı güman olunur. Eneolit
(e.ə. VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə.IV
minilliyin sonu-I minilliyin əvvəli) Qarabağın həyatında böyük
dəyişikliklər baş vermişdi. Son tunc və ilk dəmir dövrü
(e.ə.XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır.
Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı, etno-siyasi
proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli
Manna dövləti (e.ə.IX-VI əsrlər) meydana gəlir. Bu dövrdə,
nəinki Qarabağda, ümumiyyətlə, Cənubi Qafqazda
(Zaqafqaziyada) erməni etnosu yox idi.

Ermənilərin Qarabağa gəlişi, yerləşdirilməsi hamıya
məlumdur. Bu, XIX əsrin əvvəllərinə təsadüf edir. Rusiya
Qafqazı əldə etmək planlarını həyata keçirməyə başlayarkən ilk
olaraq Qarabağa sahibləndi. Qarabağ xanı İbrahim xanla Rus
qoşunlarının komandanı R.D.Sisianov arasında Kürəkçayda
bağladıqları müqavilə Qarabağın işğal fərmanı oldu və tarixi
saxtalaşdırmağa cəhd edən ermənilərə bu ən yaxşı cavabdır ki,
Qarabağ məhz türk-müsəlman ölkəsi kimi Rusiyaya

-9-

birləşdirildi. Amma Çar Rusiyası bu bölgəni daim əldə saxla-
maq üçün müəyyən planlar cızırdı və Azərbaycanın digər
əraziləri də işğal olunarkən onu əbədi rus torpağı etmək ideyası
ortaya çıxırdı. Bölgəni əldə saxlamağın məqbul yollarından biri
buraya erməni əhalini köçürmək idi. 1928-ci ildə Rusiya-İran
arasında bağlanan “Türkmənçay” müqaviləsindən sonra erməni
köçürülməsi kütləvi xarakter aldı. 1829-cu ildə Ədirnə
müqaviləsindən sonra isə Osmanlı ərazilərindən ermənilər
Qarabağ və İrəvan xanlığının ərazilərinə köçürülməyə
başladılar. Təkcə bu müqaviləyə əsasən 84 min erməni Qarabağ
və digər ətraf ərazilərə köçürüldülər. 1978-ci ildə Dağlıq
Qarabağın Ağdərə (Mardakert) rayonunun Marağa kəndinə
ermənilər köçürülmələrinin yubileyini-150 illiyini keçirmiş-
dilər. Orada bir daş abidə də ucaldılmışdı, üzərində “Marağa-
150” sözləri həkk olunmuşdu. Bu da həmin günün anısına
ermənilər tərəfindən ucaldılmış abidənin fotosu:

- 10 -

Bu fakt özü də sübut edir ki, Qarabağda ermənilərin
məskunlaşma tarixi vur-tut 150 ildir. Qarabağın erməniləşməsi
bir rus planı olmuşdur. Bunu tarixi sənədlər də sübut edir. 1783-
cü ilin 19 mayında knyaz A.Patyomkinin II Yekaterinaya
yazdığı məktubun özü də yaxşı bir mənbədir. Həmin məktubda
knyaz çariçanı ehtiyatlandırır və “Qarabağı ermənilərin idarəsi-
nə verməklə Asiyada xristian bir dövlət qurmağın” faydalı
olacağından bəhs etmişdi. 1828-ci ildən sonra kütləvi erməni
köçü Rusiyanın hələ daha əvvəl müəyyən olunmuş hərbi
doktrinasının tərkib hissəsi idi və 1828-1830-cu illər arasında,
cəmi 2 ildə qeyri-rəsmi olaraq 200 mindən çox erməni köçü-
rülüb yerləşdirilmişdi. Görkəmli alim N.Şavrov 1911-ci ildə
yazırdı ki, “Zaqafqaziyadakı 1,3 milyon erməninin 1 milyondan

- 11 -

çoxu gəlmədir. Bütün bu köçürmələrə baxmayaraq yenə də
çoxluq təşkil etmirdi. Burada əhalinin faiz nisbəti belə idi:
64,4% müsəlman-türk, 34,8% erməni. Qarabağda o zaman yerli
xristianlar da yaşayırdılar. Ermənilər bu əhalini, yəni albanları
öz içərilərində zaman-zaman əridib yox etdilər. İndi də burada
qriqoryanlaşmış və erməniləşmiş albanlar yaşamaqdadırlar,
onlar qorxularından milli kimliklərini ortaya qoya bilmirlər.
Böyük Amerika alimi Castin Makkartni Cənubi
Qafqazda, erməni kaloniyalarının yaradılması haqqında bunları
demişdir:

"1828 və 1920-ci illər arasında yerlərdə əhalinin
demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti
nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq
yaşadıqları ərazilərdən sürgün edilmiş və dəqiq məlum
olmayan sayda insan isə qətlə yetirişmişdir. Ruslar iki
dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş,
lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri
çəkilərkən onlar özləri ilə 100000 ermənini də Qafqaza
gətirmiş, yurdlarından qovulmuş və öldürülmüş türklərin
(azərbaycanlıların) yerlərində yerləşdirmişdilər".

- 12 -

1877-1878-ci illər müharibəsində, ruslar Qars–

Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların

yerində 70000 erməni məskunlaşdırmışdılar. 1895-1896-cı

illərin hadisələrində isə təxminən 60000

erməni Qafqazda məskun edilmişdir. Birinci dünya

müharibəsi illərində miqrasiya balanslı şəkildə davam

etmiş, Şərqi Anadoludan olan 400000 erməni Qafqazın

400000 müsəlman əhalisinə dəyişdirilmişdir. Amerikalı

akademikin göstərdiyi rəqəmlərə görə, 1828 və 1920-ci illər

arasında Azərbaycana 560000 erməni köçürülmüşdür.

Bununla da Şərqi Qafqazın ruslar tərəfindən işğal nəticəsində

Azərbaycan torpaqlarında–Araz çayının şimalında erməni

əhalisi sürətlə artmağa başladı. Bununla bağlı diqqətə layiq

bir fakt da Z.Balayanın özü etiraf etmişdir: "Onun

(Yerevanın) əhalisi başqa yerlərdən gəlmələrdir. Əslində

həqiqi Yerevanlı yoxdur". Akademik A.İ.İonisyanda yazır ki,

"Yerevan şəhərinin əhalisinin yalnız dörddə biri

ermənilərdir, azərbaycanlılar burada mütləq üstünlüq təşkil

edir". Ərazilərini genişləndirilmə məqsədini güdən

ermənilər 1836-cı ildə rusların köməyi ilə Azərbaycanda o

zaman fəaliyyət göstərən Alban Patriarxat kilsəsinin ləğv

olunmasına və onun mülklərinin erməni kilsəsinə

- 13 -

verilməsinə nail oldular. Bir qədər sonra keçmiş Alban
dövlətinin qərb əraziləri daha dəqiq desək, Qarabağ regionu
ermənilərin XIX əsrdə davam edən sıx məskunlaşması
nəticəsində dövlətçiliyini və dini müstəqilliyini itirdi və
həmin yerlərin əhalisinin qriqorianlaşdırılması yəni
erməniləşdirilməsı prosesi başlandı. Bu açıq həqiqət hələ
XIX əsrdə bəlli idi. Məşhur rus tarixçisi V.L.Veliçko yazırdı:
"Səhvən erməni adlandırılan, əslində isə erməni-qreqoryan
təriqətini qəbul edən və yalnız üç-dörd əsr əvvəl
erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil
edirdi". Bunu erməni müəllifi B.İşxanyan da təsdiq edərək
yazırdı: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir
qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə
Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında
təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir".
Dağlıq Qarabağın mərkəzi olan Şuşada demokrafik durum
belə idi.

Azərb Erməni Digər % Cəmi
aycanl % %
ılar
lər

- 14 -

1886 11,595 43.3 15,188 56.7 23 0.1 26,806

1897 10,778 41.6 14,420 55.7 683 2.6 25,581

1904 11,083 43.2 14,495 56.5 25,656

1916 19,121 43.6 23,396 53.3 1,352 3.1 43.869

1926 4,900 96.4 9.300 1.8 111 2.2 5,104

1939 3,701 68.2 1,476 27.2 247 4.5 5,424

1959 4,453 72.8 1,428 23.3 236 3.9 6,117

1970 6,974 80.2 1,540 17.7 179 2.1 8,693

1979 9,216 85.5 1,409 13.1 159 1.5 10,784
- 15 -

1989 14,738 98 15,039
3,105
2005 3,105 100 3,900
4,446
2009 3,900 100

2015 4,446 100

1923-cü ildən sonra burada yaradılan muxtar vilayətin
demokrafik durumunu dəyişdirmək üçün ermənilər
müxtəlif planlar qurdular. 1924-cü il noyabrın 26-da
Azərbaycan, erməni və rus dillərində mətbuatda dərc
edilən “DQMV haqqında Əsasnamə”də göstərilirdi ki,
Şuşa qəzasından Şuşa, Xankəndi və 115 kənd, Cavanşir
qəzasından 52 kənd, Qaryagin qəzasından 30 kənd,
Qubadlı qəzasından isə Qaladərəsi DQMV-yə verilir.
Muxtariyyətin yaradılması haqqında qəbul edilən dekretdə
vilayət mərkəzinin Xankəndi olması göstərilirdi. Ancaq az

- 16 -

sonra, 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ vilayət
partiya komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilib
Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.
Bununla da Qarabağda Azərbaycanın tarixi yerlərinin,
mahal, rayon və kənd adlarının dəyişdirilməsinin təməli
qoyuldu. 1923-cü ildə Şuşanın Xankəndi, Xocalı,
Kərkicahan, Ulubab, Pircamal, Cəmilli, Aranzəmi,
Ballıca, Dəmirçilər, Sığnağ, Qarabulaq, Muxtarkənd,
Dağdağan, Şuşakənd, Daşbaşı kimi onlarla kəndi alınıb
Xankəndiyə (Stepanakert)verildi, sonralar isə həmin
torpaqlar hesabına Əsgəran rayonu yaradıldı. Stepanakert
(Xankəndi) və Əsgəran rayonları bütünlüklə Şuşa
qəzasının, əvvəllər Karyagin (Füzuli) rayonunun bir kəndi
hesab edilən Hadrut rayonu isə Füzuli rayonunun ərazisi
hesabına yaradılıb. Dağlıq Qarabağ Muxtar Vilayəti
yaradıldıqdan sonra onun tərkibinə verilmiş yaşayış
məskənləri inzibati baxımdan rayon-nahiyə-kənd pillələri
əsasında bölünmüşdü: Dizaq rayonu, Vərəndə rayonu,
Şuşa rayonu, Xaçın rayonu, Ceraberd rayonu.

Daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati-
ərazi bölgüsündə yeni dəyişiklik baş verdi. 1930-cu ilin

- 17 -

avqustunda Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisi yenə
də 5 rayona bölündü: Ceraberd, Martuni, Stepanakert,
Dizaq, Şuşa.Bu bölgüdə Vərəndə rayonunun ərazisi Mar-
tuni rayonu, Xaçın rayonunun ərazisi Stepanakert rayonu,
Ceraberd rayonunun ərazisi Mardakert rayonu, Dizaq
rayonunun ərazisi isə Hadrut rayonu adlandırıldı. SSRİ-
nin süqutunadək olan dövrdə Dağlıq Qarabağ Muxtar
Vilayətinin inzibati-ərazi bölgüsü belə qaldı və 5 rayondan
ibarət oldu: Şuşa, Mardakert, Martuni, Hadrut, Əsgəran.

Dağlıq Qarabağlı Azərbaycan türklərinin milli -
mənəvi dünyası

Uzun əsrlər Dağlıq Qarabağın kənd və qəsəbələrində,
Şuşa, Xankəndi kimi incilərin qoynunda yaşayan Azərbaycan
türklərinin öz kökünə bağlılığı, məişəti, yaşam tərzi, adət-
ənənələri, həyat və düşüncəsi fərqli olmuşdur. Dünyagörüşü və
mədəniyyəti baxımından da eyni dili danışan, eyni dinə mənsub
olan toplumlardan fərqli cəhətləri də vardır. Bu Qarabağ
özünəxsusluğudur və kökən etibarı ilə min illərin ötəsinə gedib
çıxır. Dağlıq Qarabağda yaşayan əhalinin böyük hissəsinin dini-
İslam dini olduğundan burada yaşayan azsaylı xalqlar zaman

- 18 -

içərisində islamlaşmışdır, dili isə türkləşmişdir. Çünki türk əhali
üstün mədəni üst kimlik olmuşdur. Zaman zaman dəyişikliklərə
uğramasına baxmayaraq burada yaşayan əhaliyə məxsus olan
köklü adət-ənənələr özünü günümüzə qədər qoruyub
saxlamaqdadır. Qaçqınlıq, köçkünlük nəticəsində bu adət
ənənələri yaşatmaq çətin olmuşdur, onların unudulmasına yol
verməmək üçün bu əhalinin toplu halında bir yerdə
məskunlaşmasının əhəmiyyəti vardır. Onlar öz torpaqlarına
qaytarılması silinməz yaralar alan bu kültürə sahib çıxmaq
demək olardı. Qarabağ ən qədimdən Türk toplumuna məxsus
olmuşdur. Burada yaşayan əhalinin isə ayrı-ayrı mədəniyyətlərə
aid olduğudanılmaz tarixi gerçəkliklərdir. Qarabağ xanlığının
banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan
Pənahəli xan Cavanşir idi. Qarabağda Pənahəli xan gücləndikcə
pərakəndəlik tərəfdarı olan feodalların-məliklərin pozuculuq
fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi
baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati
bütövlüyü itirilə bilərdi. Pənahəli xanın varisi İbrahim xanla
separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya
dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə
çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin
köməyi ilə «xristian dövləti», daha doğrusu, özünə dayaq

- 19 -

yaratmağa çalışırdı. İbrahim xan belə bir vəziyyətdə Rusiya
qoşunlarının komandanı R.D.Sisianovla (1802-1806)
Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən,
Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi
Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay
müqaviləsi, eyni zamanda, Qarabağın, o cümlədən bu diyarın
dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut
edən ən mötəbər sənəddir. Son iki yüz il içində burada hansı
demokrafik dəyişikliyin getdiyi hər kəsə məlumdur. 1823-cü il
məlumatına görə Qarabağ vilayətinin 20 minə yaxın ailəsindən
cəmi 1,5 minini ermənilər və digər xristianlar təşkil edirdi.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Rusiya
tərəfindən buraya kütləvi şəkildə erməni əhali köçürülməyə
başayır. Köçürmədən sonra əhalinin etnik tərkibi kəskin şəkildə
dəyişir. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 64,8 %,
ermənilər isə 34,8% təşkil edirdi. Bu siyasət məqsədyönlü
şəkildə davam etdirilməyə başladı. 1923-cü ildə Dağlıq Qarabağ
Muxtar Vilayəti təşkil edilərkən tarixi ədalətsizliyə yol verildi,
Qarabağın dağlıq və aran hissəsi süni şəkildə bir-birindən
ayrıldı, erməni əhalisinin konsolidasiyası üçün əlverişli şərait
yaradıldı, azərbaycanlıların demoqrafik mövgeyinə ciddi zərbə
vuruldu. Relyefinə görə Qarabağ aran (düzən) və dağlıq

- 20 -

hissələrə bölünür. Bu reallıq elmdə də öz təsdiqini tapmışdır.
Məsələn, tanınmış qafqazşünas M.A.Skibitskinin oğlu
A.M.Skibitski "Qafqaz böhranı" adlı məqaləsində yazır:
"Qarabağ xanlığının dağlıq hissəsi o vaxt Dağlıq Qarabağ
adlanırdı. Şərqdə Qarabağ dağ silsiləsi, Qərbdə isə Zəngəzur
dağları arasındakı torpaqlar, habelə Yuxarı Qarabağla, aran yeri
olan Aşağı Qarabağı bir-birindən ayıran Qarabağ yaylası həmin
yerə aid idi". Aydın olduğu kimi çar Rusiyası tərkibində olduğu
zaman Qarabağın ərazisi, daha doğrusu keçmiş Qarabağ
xanlığının torpaqları müxtəlif inzibati bölgülərə məruz
qaldığından, "Qarabağ" anlayışı əvvəlki inzibati-siyasi mənasını
itirmişdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə
(1918-1920) "Qarabağ" anlayışı öz əvvəlki mənasını yenidən
özünə qaytardı. S.Şadunsun yuxarıda göstərilən fikrindən aydın
olduğu kimi, elə Dağlıq Qarabağ termini də bu zaman daşnaklar
tərəfindən meydana gətirildi. Bu termin bölücülük anlamında
işlədilməyə başlanılmışdır. Muxtar Vilayətinin ərazisi real tarixi
əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi
məqsəd güdən volyuntarist yanaşma əsasında formalaşdırılıb,
yəni o, erməni yaşayış məskənlərinin üstün olduğu lokal
əraziləri muxtar qurum adı altında birləşdirmək yolu ilə təşkil
olunub. Yuxarıdakı faktlardan Azərbaycanın Qarabağ torpağına

- 21 -

köçürülüb gətirilmiş ermənilərin özgə torpaqlarında özlərinə
dövlət yaratmaq hiyləsinin anatomiyası çox aydın görünür.
Ermənilər vaxtı ilə köçüb gəldikləri Qərbi Azərbaycanda -
İrəvan xanlığının ərazisində də belə etmişdilər, indi Qarabağda
da bu hiyləni işlətmək niyyətindədirlər. Dağlıq Qarabağın bir
tərəfdən, Azərbaycanın tarixi torpaqları kimi onun tərkibində
saxlanması və bununla da digər Azərbaycan torpaqları ilə tarixi
bağlılıq ənənələrini davam etdirməsi, digər tərəfdən, Dağlıq
Qarabağ Muxtar Vilayətinə Azərbaycanın göstərdiyi xüsusi
qayğı, bu diyarın sovet hakimiyyəti illlərində sosial-siyasi və
iqtisadi inkişafı üçün müstəsna şərait yaratdı.Lakin 1980-ci
illərin sonlarında Dağlıq Qarabağı Azərbaycandan ayırmağı
qarşılarına məqsəd qoymuş erməni «ideoloqları» və onların
himayəçiləri bunu açıq-aşkar inkar etməyə başladılar. Lakin
faktlar faktlığında qalır. Dağlıq Qarabağ Muxtar Vilayətinin
Azərbaycanın tərkibində nə qədər yüksək inkişafa nail olması
Vilayət Statistika İdarəsinin Stepanakertdə nəşr etdirdiyi
statistik məcmuələrdə əksini tapmışdır.

Ermənilər Dağlıq Qarabağa verilən bu Muxtar Vilayət
statusundan istifadə edərək onu iqtisadi cəhətdən Azərbaycan
ayırmağa hələ SSRİ vaxtlannda cəhd etmişdilər. Akademik

- 22 -

Budaq Budaqovun hadisələr qızışarkən bir toplantıda dedikləri
olduqca maraqlıdır: “Axı Dağlıq Qarabağ Aran Qarabağda
(Ağdam, Mirbəşir (Tərtər), Ağcabədi, Füzuli, Cəbrayıl) və
respublikanm Qərb regionlan (Kəlbəcər, Laçın, Qubadlı
rayonları) ilə birlikdə bütöv təbii-coğrafi region, kompleks
ekoloji sistem, vahid çay şəbəkəsi, qarşılıqlı surətdə bağlı
iqtisadiyyat və kommunikasiya əmələ gətirirlər”. Qarabağm
təbii-coğrafi və iqtısadi birliyinin, onun digər regionlarla
qarşılıqlı əlaqələrinin təbiiliyinin həyati əhəmiyyəti olan
kommunikasiyalar-Ağdam-Stepanakert (Xankəndi) dəmiryol
xətti, avtomobil yollan, qaz kəməri, elektrik təchizatı xətləri ilə
bağlıdır ki, bu da Muxtar Vilayətin xalq təsərrüfatınm səmərəli
fəaliyyəti üçün son dərəcə zəruridir. Başqa sözlə desək, Muxtar
Vilayətin və respublikanin digər regionlanmn iqtisadiyyatı
birbirini tamamlayır, onlarm arasında qarşılıqlı iqtisadi
əlaqələrin güclənməsi isə obyektiv xarakter daşıyır və bunlar bu
vahid təbii-iqtisadi kompleksin sistemli şəkildə planlaşdınlması
və idarəedilməsi üçün bütöv bır sıra prinsipial amıllərlə bağhdır.
Həqiqətən də Dağlıq Qarabağ Azərbaycana iqtisadi tellərlə sıx
bağlı idi və məhz Azərbaycan Respublikasının qayğıları ilə bu
region özünün iqtisadi-sosial və mədəni yüksəlişinə nail
olmuşdu. Təkcə bir faktı nəzərə çatdırmaq kifayət edər ki, bu

- 23 -

qayğının səviyyəsini müəyyən edəsən. Qarabağm Aran
hissəsınə nəzərdə tutulan Toxuculuq Kombinatının
Stepanakertdə tikilməsi qərara alındı. 50-60-cı illərdə
ipəkçiliyin inkişafi üçün 2 dəfə vəsait artırıldı. DQMV-dəki ipək
emalı müəssisəsinin işini daha da yaxşılaşdırmaq üçün 50-60-cı
illərdə barama istehsalı 70 faiz artdı. 1940-cı ildə 114 ton idisə,
1960-cı ildə bu 186 tona çatdı. Lakin bu da Qarabağ İpək
Kombinatmm tələbatmı ödəmirdi. Azərbaycana kənardan
barama və iplik alınırdı. 1950-1953-cü illərdə tikintisi başa
çatmış Qarabağ İpək Emalı fabriki qabaqcıl müəssisəyə çevrildi.
Bu müəssisə xam ipək, rənglənmiş parça, ipək sap istehsal
edirdi. 1970-ci ildə DQMV-nin ipək emalı müəssisələrində 3
min nəfərdən çox adam işləyirdi. Kombinat işçiləri çox yüksək
maaş alırdılar, qısa bir vaxtda Xankəndi şəhərində 400
mənzildən ibarət 14 yaşayış binası tikilib verilmişdi. Təkcə bu
kombinatda 400 nəfərlik körpələr evi, xəstəxanası, mədəniyyət
evi, kitabxana, istirahət ocaqları, pioner düşərgəsi vardı.
Ermənilər bu müəssisənin inkişafı üçün çalışırdılar, çünki belə
hesab olunurdu ki, o DQMV-də erməni köçünün qarşısmı
alacaq. O biri tərəfdən isə türk-müsəlman əhalinin yaşadığı
kəndlərə biganə münasibət göstərirdilər, bunun da səbəbi vardı,
ermənilər bütün imkanlan işə salmışdılar ki, DQMV-də

- 24 -

azərbaycanlı yaşamasın. Muxtar Vilayətdə yeyinti sənayesi
xüsusən şərabçılıq sürətlə inkişaf edirdi. Azərbaycan burada
şərabçılığm sənaye əsasmda inkişafını təmin etmişdi.
Əsgəranda, Qırmızı Bazarda, Xankəndidə, şərab - konyak
zavodlan işə salınmışdı. Şərabın ilkin emalı müəssisələri isə
Dağlıq Qarabağm hər təsərrüfatmda var idi. Qarabağ Şərab
Tresti təkcə SSRİ-də deyil, bütün dünyada məşhur idi. Bu trest
ümumi sənaye məhsulunun 34%-ni verirdi. Yağ-pendir zavodu,
Elektrozavod, Qarabağ Xalçaçılıq fabriki (1929), yerli xammala
əsaslanan tikinti materialları müəssisələri, meşə kombinatlan,
şəhər və kəndlərdə yerləşən saysız-hesabsız istehsalat
kombinatlan bütün SSRİ-də məşhur idi. Maraqlı 46 bir məqam:
Dağlıq Qarabağda Tikiş fabriki tikilməsi qərara alınarkən
erməni zəhmətkeşlər Bakıya MK-ya belə bir müraciət etmişdilər
ki, “biz bu müəssisəyə 26 Bakı Komissarlanndan olan Məşədi
Əzizbəyovun admın verilməsini xahiş edirik”. Görəsən, bunu
ermənilər nədən istəmişdilər, Qatı şovinist, insan qana susamış
cəllad Ş.Şaumyanm silahdaşı olduğuna görəmi, yoxsa
Azərbaycanın onlara qayğısına hörmət, ehtiram əlaməti
olaraqmı? 60-cı illərdə Azərbaycanda sənaye məhsulu istehsalı
94 faiz artmışdı, DQMV-də isə bu rəqəm 181% olmuşdur. 60-cı
illərdə bu vilayətə qoyulan vəsait 20 dəfə artmışdı. (1 milyondan

- 25 -

20 milyona qədər) Dağlıq Qarabağın kənd təsərrüfatı da qonşu
bölgələrdən daha yaxşı inkişaf etmişdi. 1950-60-cı illərdə
DQMV kənd təsərrüfatı inkişaf etdirmək üçün uzunmüddətli
kreditlər ayrıldı. Qısa müddətdə 6 dəfə DQMV xalq
təsərrüfatına 15 milyon 997 min manat vəsait ayrılmışdı.
Tədqiqatçı Nazim Məmmədov yazır ki, 1969-cu ildə
Azərbaycanda hər bir kənd təsərrüfatında işləyən kolxozçuların
aylıq qazancı orta hesabla 143 manat idi. 1950-ci ildə DQMV-
də 128 min əhali yaşayırdı, onun 79%-i kənddə, 21% şəhərdə
idi, bu rəqəm 1970-də artıq belə idi-62% kənddə, 38%) şəhərdə.
Xankəndi kiçik bir qəsəbədən modern bir şəhərə çevrildi.
Əhalinin həyat tərzi yüksəldi. DQMV-də əsaslı tikinti işlərinin
geniş vüsət almışdı. Bununla belə, DQMV XDS “tikinti,
şəhərsalma və arxitektura sahəsində səlahiyyət”lərindən -
şəhərsalma, arxitektura, kompleks tikinti işləri, şəhərlərin və
digər yaşayış məntəqələrinin, muxtar vilayət ərazisində yeni
tikintinin yerləşdirilməsi, habelə sənaye, nəqliyyat, mədəni-
məişət və digər obyektlərin genişləndirilməsi, yenidən
qurulması işinə rəhbərlik etməklə məqsədli şəkildə DQMV
ərazisində ermənilər yaşayan kəndlər abadlaşdırılır, ancaq
azərbaycanlılar yaşayan kəndlərin heç birində sosial obyektlər
tikilmirdi. Nəticədə, azərbaycanlı kəndləri boşalıb dağılır və

- 26 -

xarabazara çevrilirdi. Aparılan tədqiqatlar nəticəsində məlum
olur ki, 1959-1967-ci illərdə DQMV-də yaşayış məskənlərinin
sayı 242-dən 235-ə enmişdir. 51 vilayətdə azalan həmin 7 kənd
azərbaycanlıların yaşadığı kəndlər idi. Həmin kəndlər ya tamam
dağılmış və ya yaxınlıqda yerləşən ermənilər yaşayan kəndlərə
birləşdirilmişdir. Ermənilər yaşayan kənd, qəsəbə və sovetliklər
mədəni-məişət obyektləri, işıq, istiliklə təmin olduğu halda,
vilayətdə rəhbərlik edən daşnaklar antitürk, antiAzərbaycan
siyasətini davam etdirərək azərbaycanlı kəndlərinə həmişə
biganəlik göstərmiş və burada yaşayan azərbaycanlı gənclərin
iş, yaxşı yaşayış dalınca gedərək qədim ata-baba yurdlanm tərk
etməsinə, nəticədə, azərbaycanlıların sayının azalmasına gətirib
çıxarmışdır. DQMV-də elm böyük uğurla inkişaf edirdi. Hələ
XX yüzilliyin 40-cı illərinin ortalarında yaradılmış Azərbaycan
SSR Elmlər Akademiyasının Dağlıq Qarabağ fılialı qısa bir
müddətdə xeyli işlər görmüşdür. 1950-ci ildə DQMV-nin
Leninavan qəsəbəsində daha bir elmi mərkəz “Azərbaycan SSR
Elmlər Akademiyası, Genetika və Seleksiya İnstitutunun
Qarabağ Elmi-Təcrübə Bazası” açılmışdır. Azərbaycan Elmlər
Akademiyasının Dağlıq Qarabağ filialı və Qarabağ Elmi-
Təcrübə Bazası öz fəaliyyətlərini inkişaf etdirir, müxtəlif
problemlərin öyrənilməsini daha da dərinləşdirir, istehsalat

- 27 -

əlaqələri genişləndirir, elmi kadrlann hazırlanması işinə xüsusi
diqqət yetirirdi. XX yüzilliyin 50-60-cı illərində DQMVdə elmi
kadrlarm sayı 8 dəfə artmışdı. XX yüzilliyin 50-60-cı illərində
ictimai və humanitar elmlər sahəsində mühüm nailiyyətlər əldə
edilmişdi. Azərbaycanın bir çox ərazilərində, o cümlədən,
DQMV-də arxeoloji-qazmtı işləri aparılmış və bölgədə qədim
orta əsrlər tarixinin bir çox öyrənilməmiş məsələlərini
işıqlandıran maraqlı arxeoloji materiallar tapılmışdır. Bu işdə
M.M.Hüseynovun, Ə.Q.Cəfərovun bölgədə apardıqlan
arxeoloji elmi-tədqiqat işləri mühüm əhəmiyyətə malik idi.
1964-cü ildə Azərbaycan SSR DQMV-nin Hadrut rayonu
ərazisində Tağlar mağarasının öyrənilməsinə başlanmışdır.
Tağlar mağarası bir-biri ilə bağlı salonlardan ibarətdir.
Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də
keçirilən plenumunda Heydər Əlirza oğlu Əliyev Azarbaycan
KP MK-nin birinci katibi seçildi. Bu hadisə Azərbaycan
tarixində böyük əhəmiyyət kəsb edir. Çünki, 1969-cu ildən
Azərbaycan tarixində dönüş mərhələsinin təməli qoyuldu və
Respublikamızın iqtisadi, siyasi və mənəvi həyatında dinamik
inkişaf baş verdi. O cümlədən, Azərbaycanın ayrılmaz hissəsi
olan DQMV həmişə uzaqgörən dövlət başçımız diqqət
mərkəzində olmuşdur. Şuşa şəhərinin inkişafi üçün Azərbaycan

- 28 -

KP MK-si bir neçə dəfə qərar qəbul etmişdir. 1970-ci ilin
əvvəllərindən başlayaraq Şuşa şəhərinin tarixi abidələrinin
bərpa olunmasına, yeni binalann tikilməsinə başlanmışdır.
1980-1981 -ci illərdə Molla Pənah Vaqifin qəbri üzərində böyük
məqbərə ucaldılmışdır. Azərbaycanın qədim mədəniyyət
mərkəzi olan Şuşa şəhərində Üzeyir Hacıbəyovun, Bülbülün ev
muzeyləri açılmış və Xan qızı Natəvanın heykəli qaldırılmışdır.
Şəhərdə böyük mehmanxana, çoxmərtəbəli yaşayış binalan,
inzibati binalar tikildi. Heydər Əliyevin təşəbbüsü və bilavasitə
rəhbərliyi altında həyata keçirilən tədbirlər nəticəsində Şuşa
ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi. Dağlıq
Qarabağda əhalinin təminatı həmişə Azərbaycan SSR üzrə orta
göstəricilərdən yüksəkdə dayanmışdır. 1973-cü ildə
Xankəndidə Azərbaycan Pedaqoji İnstitutunun filialı əsasında
Pedaqoji İnstitut açıldı. 1979-cu ildə Ağdamdan Xankəndiyə
dəmir yolu çəkildi. 1977-ci ildə Dağlıq Qarabağ məsələsi
növbəti dəfə qaldırılsa da, qarşısı qətiyyətlə alınmışdır. İqtisadi
inkişaf 1970-1985-ci illər Azərbaycanın, o cümlədən, onun
ayrılmaz tərkib hissəsi olan DQMV iqtisadiyyatı, keçdiyi
əvvəlki inkişaf illəri ilə müqayisədə, ən əlamətdar və böyük
yüksəliş dövrü kimi tarixə daxil olub. 1969-cu ildə Azərbaycan
KP MK-nın bırinci katibi seçilən H.Ə.Əliyevin fədakar və

- 29 -

böyük vətənpərvər yaradıcı fəaliyyəti, başqa sahələrdə olduğu
kimi, sosial-iqtisadi tərəqqidə də əsil dönüş mərhələsi yaratdı.
H.Ə.Əliyev həmin dövrdə iqtisadiyyatın mövcud şəraitində
mümkün olan ən münasib strateji inkişaf məqsədlərini əzm və
cəsarətlə müəyyən etdi.

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1989- cu il yanvann 12-də
“Azərbaycan SSR-nin DQMV-də xüsusi idarəçilik formasnın
tətbiqi haqqıda” qəbul etdiyi qərar birbaşa ermənilərə xidmət
edirdi. Bu “Xüsusi İdarəçilik” xalqın tələbi ilə elə həmin il
noyabrın 28-də ləğv edildi. Bunun əvəzinə yeni bir ermənipərəst
qurum Təşkilat Komitəsi yaradıldı. Ermənistan bundan bəhanə
kimi istifadə edərək 1989-cu ilin dekabrın 1-də Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı antikonstitusion
qərar qəbul etdi. Bu, Azərbaycana qarşı SSRİ rəhbərliyinin
növbəti sui-qəsdi, təxribatı idi və buna xalq kəskin etiraz etdi.
1990-cu ilin 20 yanvar qırğınlarının həmin vaxta təsadüf etməsi
bir gerçəkdir. Azərbaycan öz müstəqilliyini 1991-ci ildə elan
edərkən BMT və bütün dünya dövlətləri Dağlıq Qarabağı
Azərbaycan ərazisi kimi tanıdılar. Lakin erməni separatçıları
1991-ci ilin sentyabrında qeyri-qanuni olaraq burada separatçı
bir qurum-“Dağlıq Qarabağ Respublikası” elan etmişdilər. Nə

- 30 -

Azərbaycan, nə də dünyanın hər hansı bir dövləti (o cümlədən
Ermənistan) bu qurumu tanımadı. 1991-ci ilin sonlarında Dağlıq
Qarabağ uğrunda Azərbaycan və Ermənistan arasında faktiki
müharibə gedirdi. Dağlıq Qarabağda xidmət edən sovet ordusu
və onun əsgəri ləvazimatı, silah-sursatı, texnikası ermənilərə
təhvil verildi və bir çox döyüşlərdə ruslar ermənilərlə birləşərək
Dağhq Qarabağın azərbaycanlı kəndlərinə divan tutdular. 1992-
ci ilin yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli,
Quşçular, Qaradağlı kəndləri işğal olundu. Sırada Xocalı vardı.
Ermənilər dünya tarixində görünməmiş bir soyqırıma imza
atdılar. Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər
bəşər tarixinin ən qanlı ləkəsidir. Rusların 366-cı motoatıcı alayı
bu soyqırımı törətməkdə ermənilərin yanında oldu. Xocalıda
613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir
götürüldü, uşaq və qocalara belə rəhm edilmədi. Xocalıda elə
ailə vardı ki, o tamamilə məhv oldu, nəsil kəsildi. Ermənilər
işğalı davam etdirdilər. Sonra Şuşa işğal olündu, onun ardınca
Laçın əldən getdi, 1993-cü ilin aprelində Kəlbəcər işğal edildi.
Sonra iyul-oktyabrda Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı,
Zəngilan da işğal edildi. Bu müharibədə Azərbaycan 20 mindən
artıq dəyərli insanını itirdi, burada 100 mindən çox insan
yaralanmış, 4861 nəfər vətəndaşımız ermənilər tərəfındən əsir

- 31 -

və girov götürülmüşdü. Onların çoxunun taleyi bu günə qədər
məlum deyil. Qarabağın işğal edilməsi yalnız o bölgədə yaşayan
insanlarımıza deyil, bütün Azərbaycan xalqına böyük zərbə
oldu. Onun mənəvi əzabları isə ölçüyəgəlməzdir. Qarabağ
unudulmaz. Kiçik uşaqlar belə bu Vətənlə bağlı həsrət
duyğularını baxın necə ifadə etmişlər.

Məktəblilərin inşa yazılarda Qarabağ həsrəti .

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 9-a
sinif şagirdi Mustafayeva Nigar
Döyünən ürəyimiz – Qarabağ

Vətənimizin hər bir qarış torpağı bizim üçün əzizdir.
Qarabağ... Havası, suyu, təbiəti və gözəlliyi ilə hər kəsin
zövqünü oxşayan, mənəvi olaraq bizi yaşadan məkan...
Qarabağ bizim həm ürəyimizi dağlayan sağalmaz yara,
həmdə bizim gələcəyə olan tək ümidimizdir.
Qarabağ dedikdə hər kəs müxtəlif hisslər keçirir. Kimisi
kədərlənir, kimisi idə gəncliyini və uşaqlığını xatırlayır.
Düzdür, hal-hazırda biz öz Qarabağımızdan, canımızdan,
şah damarımızdan ayrı düşmüşük. Artıq necə illərdir ki
Qarabağı, onun gözəl təbiətini, gülünü, çiçəyini görmür,
onun o təmiz, saf havasını duymuruq. Qaniçən ermənilər

- 32 -

bizi Qarabağımızdan zorla ayırdı. Yaşlılara, qadınlara,
uşaqlara zərrə qədər belə rəhm etmədilər. Bizi öz doğma
yurd-yuvamızdan zorla ayırdılar, həsrət qoydular. Hələ
utanmadan bizim Qarabağımızı, gözəl təbiətli, təravətli
məkanlarımızı zəbt etdilər.

Mənim qızıl ürəyimdə yaqut qaşdı Kəlbəcər,
Mənim ağlar gözlərimdə qanlı yaşdı Kəlbəcər,
Öz əlimlə öz başıma dəyən daşdı Kəlbəcər,
Daha bəsdir yad əllərdə talan oldu sərvətim,
Dur ayağa məmləkətim, qalx ayağa millətim.
Kəlbəcər, Şuşa, Xocalı, Laçın, Ağdam, Ağdərə kimi gözəl
rayonlarımız yadellilərin işğalı altındadır.
Yazıq millətim... 20% torpağın səndən ayrıdı... Sənin bu
halına yerlər, göylər belə ağladı. Torpağından ayrı,
vətənindən ayrı bir xalq, bir millət yaşaya bilərmi?!
Yaşaya bilməz... Doğma yurdundan, yuvasından ayrı
düşmüş insanların nə çətinliklər çəkdiyini, nə ağrılar
yaşadığını heç kim anlaya bilməz.

Vətənim... Səni parçaladılar, mənimsədilər.
Qarabağ öz təbiəti, havası, suyu ilə deyil, öz qəhrəman
oğulları, mərd əhalisi ilə hər zaman seçilmişdir.

- 33 -

Qarabağınıza olan həsrətimiz, intizarımız gündən-günə
artır. Hər gün içimizdə bir ümid daha da artır, hər gün
Qarabağa olan sevgimiz, həsrətimiz daha çox artır.

Şuşa, Laçın Xocalı qovrulur öz yağında
Yetmiş yeddi yara var sinələrin dağında
Vaqif, Şəmşir, Ələsgər düşmənin torpağında
Dağ yandırır, daş yandırır həsrətim
Dur ayağa məmləkətim, qalx ayağa millətim
XVIII əsrin sonlarında Azərbaycan ərazisində Qarabağ
xanlığı yarandı. Bu xanlıq Şəki, Cavad, Gəncə, İrəvan,
Naxçıvan və digər xanlıqlarla həmsərhəd idi. Qarabağ
xanlığında əhali əkinçilik və maldarlıqla məşğul olurdu.
Toxuculuq, Sənətkarlıq və xalçaçılıq bu xanlıqda çox
yaxşı inkişaf etmişdi. Qarabağ xalçaları elə indidə öz
şöhrətini qoruyub saxlayır.

Məşhur Qarabağ şikəstəsi Azərbaycan zərbi
muğamlarından biridir. Bu muğam xalqımız tərəfindən
böyük sevgi və maraqla dinlənilir. Qarabağ şikəstəsi
könlümüzü sakitləşdirir, sanki Qarabağlı günlərimizi
yadımıza salır, bir gün yenə ora dönəcəyimizə, oranı
görəcəyimizə aid içimizdə gözəl bir hiss yaradır.

- 34 -

Qarabağ bizim həm bu günümüz həm də sabahımızdır.
Qarabağ bizim həm kədərimiz, həm də sevincimizdir. Bir
sözlə Qarabağ bizim hər şeyimizdir.
Qarabağımıza yazılmış bir çox gözəl əsərlər vardır. Bu
əsərləri oxuduqca könlümüzdəki Qarabağ sevgisi birə-beş
artır.

Qarabağımız bir çox gözəl və istedadlı şairlər
yetişdirmişdir. Qarabağ şairləri Azərbaycanın bir çox
sahələri ilə birlikdə Tiflis, Orenburq, Həştərxan, Buxara,
Mərv, Bağdad şəhərləri ilə də ədəbi əlaqə saxlamışlar. Bu
məclislərdə adlı-sanlı şair, musiqiçi və rəssamlarımızın
sənətkarlığı izlənmiş, onların incəsənətə gətirdikləri
yeniliklər müzakirə edilmişdir. Bu zaman Xurşidbanunun
ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Bənzətdim”
kimi əsərləri Azərbaycan şairləri arasında seçilən
əsərlərdən olmuşdur.

Qarabağımızı işğal edən yağı düşmənimiz utanmadan
Qarabağı öz torpaqları adlandırırlar. Sanki törətdikləri
soyqırımları, axıtdıqları günahsız insan qanlarını, atdıqları
o qorxunc güllələri, açdıqları o dərin yaraları unutmuşlar.

Qarabağ düşmənlərin tapdağı altında əzab çəkir, hər gün
insan kimi ağlayır, yenidən öz xalqının ona sahib çıxacağı

- 35 -

günü gözləyir. Bizim hər birimiz əzab çəkirik, Qarabağı
geri almaq istəyirik, çunki Qarabağ bizim sərvətimiz,
qızılımız, gülümüz, çiçəyimiz bir sözlə bizim hər şeyimiz,
görən gözümüz, döyünən ürəyimizdir. Qarabağsız biz
əlsiz, ayaqsız kor bir insan kimiyik. Yaşamaq, yaşatmaq
istəyiriksə Qarabağı işğaldan qurtarmalıyıq.

Bəzən düşünürəm ki, Qarabağ yenə bizim olsa nələr
olar? Həmin saniyə elə cavabını tapdım. Nələr olmaz ki...
Sanki həyatımız işıqlanar, aldığımız hər biz nəfəs bizə
necə xoş, necə gözəl olar. Düşünmək belə gözəldir
Qarabağın yenə bizim olduğunu. Xəyalı belə xoşdur
Qarabağımızın.

Hələ ki, Qarabağımız bizdən ayrıdır, hələki düşmənimiz
görür onun gözəlliyini, düşmənimiz içinə çəkir onun o saf,
təmiz havasını. Nə etmək olar, demək ki qisməti bu imiş
Qarabağımızın. Başına gəlməli imiş bu dərd, bu fəlakət,
çəkməli imiş bu həsrəti, dadmalı imiş bu qəmi, kədəri...
Olan olub amma keçən hələdə keçməyib. Qarabağımız
bizdən alınıb amma biz hələ də, ona qovuşmamışıq. Çox
kədərlidir, çox təsirlidir bizim olana başqasının sahib
olması.

- 36 -

O zamanlar gücsüz idik. Buna görə də ermənilər
Qarabağımızı bizdən aldı. Amma artıq dövran dəyişib.
Artıq biz güclüyük, müstəqil dövlətimiz var, orduya
sahibik. Müharibəyə də, mübarizəyə də həm gücümüz
həm də casarətimiz var. Bir sözlə artıq düşmənimiz bizdən
qorxsun! Qorxsun, çünki biz Qarabağımızı onlara hədiyyə
etməyəcəyik!

Özgənin əlindədir xeyirimiz, şərimiz,
Sərvətimiz daşındı, hey soyuldu dərimiz,
Gözümüz üfüqdədir açılmır səhərimiz,
Bizə düşən səmada gün tutulmuş ay Allah!
Bu misralarda həqiqətəndə çox dərin məna var.
Doğurdanda sərvətimiz başqasının əlindədir.
Qarabağımızın bütün gözəlliklərini düşmənlərimiz görür.
Mən inanıram ki gün gələcək Qarabağ yenə də bizim
olacaq. Biz bütün şad, gözəl günlərimizi orada
keçirəcəyik.
Qarabağ hər zaman bizim olub, bizimdir və hər zaman da
bizim olacaq.

- 37 -

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 9a
sinif şagirdi Kərimli Leyla
Müəllimə: Həsənova Təranə
Qəlbimizdə yaşayan Qarabağ!
Qarabağ... Vətənimiz dilbər guşəsi... Dünyanın ən gözəl
yerlərindən biri... Hər bitkisi min dərdə dəva, hər
bulağının suyu bir möcüzədir. Onun gözəlliyi hamını
heyran edir. Qarabağ igid, qəhrəman cəsur oğul və qızları
ilə fərqlənən bir yerdir. Bu bölgə sənətkarların
yaratdıqların sənət nümunələrinə görə çox məşhurdur.
Qarabağ kəlağayısı Qarabağ və Azərbaycan xanlıqlarının
milli simvoludur.

Vətənimizin dilbər güşəsi olan Qarabağ təbii sərvətləri
ilə çox məşhurdur. Dünyanın heç bir yerində yetişməyən
bitkilər burada yetişir. Xarı bülbül kimi nadir bitki yalnız
Qarabağ torpağında yetişərək bu torpağın nə qədər
möcüzəli və qeyri-adi olduğunu sübut edir. Heç təsadüfi
deyil ki xalqımızın ən məşhur sənətkarlarını,
müğənnilərini, bəstəkarlarını və xanəndələrini bu torpaq
yetişdirmişdir. Bu sənətkarlardan ən tanınmışları Üzeyir
Hacıbəyov, Xan Şuşinski, Bülbül, Cabbar Qaryağdı

- 38 -

oğludur. Onlar xalqımızın musiqisini, mədəniyyətini
bütün dünyaya tanıtmışdılar. Belə sənətkarların
yetişməsinin səbəbi Qarabağın möcüzəli havası, suyu və
torpağıdır. Qarabağın qızlarının gözəlliyi hamı tərəfindən
bilinir. Molla Pənah Vaqifin Qarabağ gözəllərini tərif
etdiyi şerləri hamı tərəfindən əzbər bilinir. Yəqin ki oranın
təbiətindəndir ki qızları bu qədər gözəl, oğlanları isə
ucaboy, enlikürək və cəngavərdirlər.

Qarabağ mədəniyyəti tək bir sahədən ibarət deyil.
Qarabağ xalçaları bütün dünyada məşhurdur. Qarabağ
xalçalarına aid məmulatların bədii tərtibatına
həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli
rəsmlər, eləcədə dekorativ və təsviri sənətin müxtəlif
naxışları aiddir. “Aran”, “Baxçadagüllər”, “Balıq”,
“Buynuz”, “Bərdə”, “Ləmbərani” kimi xalçalar Qarabağ
xalqının möcüzəli əl işləridir. Bu xalçalar dünyanın bir çox
tanınmış muzeylərində nümayişə qoyulmuşdur. Xarici
vətəndaşlar da bu xalçalara bizim qədər maraq göstərirlər.

VXIII əsrin ortalarında Qarabağ xanlığı yaranmışdır.
Xanlığın görkəmli xanlarından biri də İbrahimxəlil xan
olmuşdur. O, Qarabağ üçün bir çox işlər görmüşdür. Onun
nəvəsi Xurşidbanu Natavan Azərbaycan mədəniyyəti

- 39 -

tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır. O,
Qarabağ əhalisinə ürəkdən bağlı olmuşdur. Əhalinin rahat
və firavan yaşamağı üçün əlindən gələni əsirgəməmişdir.
Öz həyatını xalqına həsr etmişdir. Xalqımızın belə ağıllı,
uzaqgörən, bilikli bir qızı olmağı çox sevindirici bir haldır.

Qarabağın atları da çox məşhurdur. Ən yaxşı cins atlar
burada yetişdirilmişdir. Əsasən qızılı-kürən və kəhər
atlardır. Onlar dözümlü, ortaboylu, bədən quruluşu
mütənasib, ilxı şəraitinə davamlıdırlar.

Qarabağ. Bu adın qarşısında bütün Azərbaycan xalqı
acizdir. Bu möcüzəli və bərəkətli torpaq yağı düşmənin
tapdağı altındadır. Artıq iyirmi ildir ki Qarabağ düşmən
tapdağı altındadır. İyirmi ildir ki, Qarabağ qan ağlayır.
Onun əvvəlki gözəlliyindən əsəsr əlamət qalmamışdır.
Yağı düşmən onu istədiyi kimi dəyişdirmişdir.
Nemətlərindən vəhşiliklə istifadə etmişdir.

İtkinlərim tapılsada ölənlərim dirilməz,
Baltalanıb budanmışam budaqlarım gərilməz,
Ağac əkdim meyvələri öz əlimlə dərilməz,
Yağıların pəncəsində cəhənnəmdir cənnətim,
Dur ayağa məmləkətim, qalx ayağa millətim!

- 40 -

1992-ci ildə erməni cəlladları torpaqlarımızın iyirmi
faizini işğal etdilər. Qarabağ da işğal olundu. O qanlı
faciədən artıq iyirmi il ötüb. Qarabağ uğrunda döyüşlərdə
xalqımız bir çox şəhidlər vermişdir. İgid, cəngavər
oğullarımız, qeyrətli, namuslu vətənpərvər qızlarımız
vətən uğrunda qəhrəmancasına həlak olmuşlar. Bir vaxtlar
öz torpağımızda şah ikən indi qula dönmüşük. Minillik
tariximiz unudulmuşdur.

Bugün qula dönmüşəm dünən mən bir şah ikən,
Yoxmuş məni bir doğan, yoxmuş məni bir əkən.
Bu torpağa düşmüşəm haradansa mən dünən,
Min-minillik tarixim unudulmuş ay Allah!
Qarabağ bugün bizim yolumuzu gözləyir. Düşmən
torpağından azad olunacağı günü səbirsizliklə gözləyir. Bu
onun haqqıdır. Biz onu unutmadığımızı söyləyirik. Lakin
hərəkətlərimizlə bunu göstərmirik. Dilimizdə ancaq
Qarabağ sözü var, vətənpərvərik, onun uğrunda canımızı
verməyə hazırıq. Hələ ki bu dediklərimizin heç birini
etmirik Qarabağ hələ də düşmən əlindədir. Bu bizim yaralı
yerimizdir.
Gözümüzdə qalsa da muradımız kamımız
Görükənə deyil yox, bir nəfər tək hamımız,

- 41 -

Deyilənə inandıq...Bizim bu inamımız
Demə qul olmamıza kəsə yolmuş ay Allah!
Xalqımızın başına gələn bütün bu müsibətlər hamını
özümüz kimi bildiyimizə görə oldu. Biz hər kəsi özümüz
kimi bilirik. Erməni cəlladları hiylə işlədərək xalqımızın
xoş rəftarını öz xeyirlərinə istifadə etdilər. Bir zamanlar
qohum, qonşu, dost olduqları xalqı heç tanımamış kimi
qırdılar. Azərbaycan xalqı onlara nə etmişdi? Nəyin
qisasını aldılar? Heçnəyin. Sadəcə onlar çox nankor,
hiyləgər və ikiüzlü bir millətdirlər. Öz mənafeləri üçün
qardaşlarını da öldürə bilərlər.
Qəlbimizdə yaşayan Qarabağ..... Artıq iyirmi ildir ki biz
onsuz yaşayırıq. Çox təəssüfflər olsun ki mən Qarabağı
görməmişəm. Mən dünyaya gələndə o artıq düşmən
tapdağı altında idi. Qarabağı mən böyüklərdən, onların
danışdığı hekayələrdən öyrənmişəm. Qarabağdan didərgin
düşən insanların necə Qarabağ həsrəti ilə yandıqlarını
görürəm.
Hər keçən gün bizi Qarabağdan daha da uzaqlaşdırır. Biz
çalışmalıyıq ki bu keçən günlərin sayını azaldaq. İşğal
olunmuş torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən
gələni etməliyik. Çalışmalıyıq ki bizdən sonra gələn

- 42 -

nəsillər Qarabağa getsinlər, oranın gözəlliyi ilə tanış
olsunlar. Mən ümid edirəm ki o gün yaxındadır. Qarabağ
nə yolu olursa olsun geri qayıdacaq. Gec tez bu olacaq.
Allah Allah işğal olunmuş torpaqlar uğrunda canından
keçmiş şəhidlərimizə rəhmət eləsin!.

Bir qırıq işıq görüb zülməti yamanladıq
Sübhün açıldığını zənn edib gümanladıq
Biz də dönüb Sabirə bircə ağız banladıq
Bizim banlamağımız günah olmuş ay Allah!
Neçin mənə özgəsi “allah” olmuş ay Allah!

Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 8b
sinif şagirdi Quluzadənin inşa yazısı
Müəllimə: Məmmədova Suğra

“Qarabağ haqqında xatirələrim”
Qarabağ–gözəlliklər diyarı: Şuşa, Ağdam, Laçın,
Kəlbəcər... Gözəl, göm-göy şəhərlər, saf hava, bulaq suyu,
quşların səsi... Bura bol məhsullu dadlı meyvələri olan
zəngin torpaqdır. Öz gözəlliyinə görə Qarabağ İsveçrənin
dağlıq massivlərindən heç də geri qalmır.

- 43 -

Tarix boyunca Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsi olmuşdur. O, Azərbaycanın sələfi Albaniyanın
tərkibində yerləşmişdir. Bu səxavətli və qədim torpaqda
insanlar mehribancasına yaşamış və çalışmışlar. Qarabağ
çiçəklənən ölkə kimi dünyaya çoxlu məşhur ad bəxş
etmişdir. Şuşa şəhəri bir çox məşhur bəstəkarın–Üzeyir
Hacıbəyovun, Müslim Maqomayevin və həmçinin şairə
Natəvanın vətənidir. Dağlıq Qarabağ vilayətində qırxdan
artıq millət yaşamışdır.

İndi isə Qarabağ tapdanmış, talanmış, yandırılmış və
düşmən tapdağı altında inildəyən bir torpaqdır. 1988-ci
ildə elan edilməmiş müharibə başlandı. Ermənilər
Qarabağı əsrlərdən bəri özlərinki hesab edərək onu geri
qaytarmağa çalışırdılar. Onlar buna görə minlərlə yüzlərlə
körpələri, qadınları, uşaqları və qocaları işgəncələrlə qətlə
yetirmişlər. Amma Qarabağın Azərbaycan torpağı olmağı
əsl həqiqətdir. Onu Azərbaycan xalqından almaq olarmı?
Ermənilər torpaqlarımızın 20%-ni işğal etdilər. Şuşa,
Ağdam, Xocalı, Kəlbəcər, Laçın tamamilə məhv
edilmişdir. Düşmən yerli əhalini öz ata-baba yurdundan
didərgin salmışdır. Güllə-baran, kütləvi qətllər və son
olaraq işğal və qaçqınlar. Bir milyondan artıq olan

- 44 -

qaçqınlarımız ən sadə məişət şəraiti olmayan çadırlarda
yaşayırlar.

Xalqımız indi Qarabağın harayında, həsrətindədir. Ən
çox da bu həsrəti eli-obası yandırılmış, el-obasından
qovulmuş qaçqınlarımız çəkir. Vaxtilə çal-çağırdan qulaq
tutulan, musiqi festifalları keçirilən, indi isə gülü-çiçəyi
qan ağlayan Cıdır düzünün də gözü yaşlı sinəsi dağlıdır.

Vətənin ən qəhrəman oğul və qızları Qarabağın
müdafiəsinə qalxmışlar. Minlərlə insan döyüşlərdə həlak
olmuşdur. Müharibə amansız, qəddar və dəhşətli
olmuşdur. Hər gün kimsə oğlunu və ya qızını itirirdi,
kimsə itgin düşür, kimsə yetim qalırdı.

1994-cü ildə Heydər Əliyev müharibəni saxladı, atəşkəs
elan olundu və danışıqlara başlanıldı. Qarabağı öz
gücümüzə qaytarmaq haqqında fikirlər tez-tez səslənir.
Amma biz yenidən qan tökülməsini istəmirik. Lazım
gəldikdə biz bunu mütləq edəcəyik və hiyləgər düşməni
torpaqlarımızdan qovacağıq.

*******
Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 7ç
şagirdi Hümbətli Şirvanın
“Qarabağ haqqında nəğmə” adlı inşa yazısı

- 45 -

Müəllimə: Məlikova Dilarə
Əzizinəm Qarabağ
Şəki, Şirvan Qarabağ
Aləm cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ!
Hər kəsin ürəyində vətən haqqında bir nəğmə var. Gec-tez
hamı onu oxumalıdır.Bu nəğmə ən böyük konsert
salonlarında da oxuna bilər, bir bulaq başında da.

Ən böyük nəğmə həsrət nəğməsidir. Ata-analarımızın
sonsuz yollara dikilmiş şəffaf, iri və ala gözləri, eləcədə
məmin Qarabağımın balaca yurddaşlarının ilahi gözləri bu
dünyanın ən gözəl nəğməsini oxuyur.

Qarabağ–Mənim zildən oxunan mahnımdır. Sevgi,
xoşbəxtlik haqqında oxunanda da gözümün yaşı
qurumayan mahnım. Hər dəfə Qarabağ düzlərini keçib ata
yurdum Füzuliyə çatanda elə bilirəm ki muğamın
bəmindən zilinə qalxıram.

Yay tətilini həmişə doğma yurda səyahətlə
başlayırıq. Yola çıxanda ürəyim köksümə sığmır. Çatanda
daxilən rahatlaşıram. Bu Qarabağımdır! Şehi çəkilməmiş
çöllərdə kənd evlərinin günəşə açılmış pəncərələrində,
durna lələyi kimi yol qırağına düzülmüş qovaqların

- 46 -

duruşunda elə bir doğmalıq var ki, özündən asılı olmadan
pıçıldamaq istəyirsən: “Salam ay geniş çölüm, halal
yolum! Bərəkətli kəndim!”
Gözümüz önündə nəhəng bir kitab vərəqlənir. Qədim
dünyanın min bir sirri burada yaşayan adamların ömür-
gün nəğməsi bu çöllərə və başı qarlı dağların sinəsinə
yazılıb.

Qarabağ aranlı-dağlı bir dünyadır. Gün çıxandan
günbatana qədər, düzəngahlardan dağlara doğru gedəndə
uzun müddət üfüqlərin düzülüşü adamı heyrətə salır. Elə
bil xətkeşlə çəkilib. Bu düzülüşü qocaman qovaqların
yollar boyu uzanan sıraları pozur. Sonra birdə görürsənki
üfüq dalğalanır. Bilmirik ki nə vaxt təpələrin qoynuna
düşmüşük, əlimiz Qarabağ dağlarının ətəyindədir.
Atamın, anamın həsrət dolu gözləri isə daha uzaqlara, başı
qarlı Qarabağ dağlarına zillənir. Mənfur ermənilərin
iyirmi il işğalda saxladıqları Qarabağın dərdi onların
ürəyində sağalmaz yara açıb. Öz yurdundan yuvasından
didərgin düşən babam, nənəm doğma yurdun ətəklərində
ikinci dəfə məskən salıblar. Nənəmin dilindən tez-tez bu
bayatını eşidirəm.

- 47 -

Qarabağı
Günümün qara bağı
Gorbagor olsun cəllad
Kor qoydu Qarabağı.
Qarabağ dərdi bizim ailənin yaralı yeridir. Hər dəfə
muğam oxunanda anamın gözləri yaşarır. Üzündən bilinir
ki Qarabağı–doğma yurdunu, elini, obasını düşünür. Bir
dəfə anamın “Xatirə” dəftərinin arasında gül ləçəkləri
gördüm. Bu ləçəklər qəribə idi. Adi gülə bənzəmirdi.
Soruşanda ki bu necə güldür? Dərindən köksünü ötürüb
“Xarı bülbüldür, ancaq Qarabağda, Şuşada bitir” dedi.
Sonralar kitablardan Xarı bülbül haqqında çox şey
öyrəndim. Öyrəndim ki Qarabağdan, Şuşadan danışıb Xarı
bülbülü unutmaq günahdır. Çünki bu çiçək dünyanın ən
böyük həqiqətlərindən biri ilə bağlıdır. İndi bu həqiqət
nağıl kimi səslənir.Şairə Ağabəyim ağanın taleyini
Azərbaycanda bilməyən yoxdur. Şahın gəlini kimi İran
sarayına köçürülən bu Qarabağ gözəli “Vətən, vətən”
deyib günü-gündən saralıb solur. Əlacsız qalan şah
Qarabağın ağacından, gülündən çiçəyindən apartdırıb
sarayda bir “Qarabağ cənnəti” düzəltdirir. Lakin Xarı
bülbül yad torpaqda bitmir ki bitmir. Qarabağın hər qarış

- 48 -

torpağı, dağı, təpəsiçayı, bulağı, hər bir azəri türkü üçün
doğmadır, əzizdir. Bu torpaqları mənfur qonşumuz
ermənilərdən azad etmək bizim ən müqəddəs
borcumuzdur. Təbii ki bunun üçün hamımız bir yumruq
kimi birləşib ali baş komandan İlham Əliyevin hər an verə
biləcəyi göstərişlərə hazır olmalı, ulu babalarımızdan bizə
əmanət qalan torpaqlarımızı geri qaytarmaq üçün
əlimizdən gələni əsirgəməməliyik.

*******
Nəsimi rayonu A.Şaiq adına 54 saylı orta məktəbin 8b

sinif şagirdi Əvəzli Rənanın inşa yazısı.
Müəllimə: Məmmədova Suğra

Qarabağ haqqında xatirələrim...
Qarabağ! Bu ad necə də gözəl səslənir, necə də musiqili və
ahəngdardır. Elə bil “cəngi” də, “Koroğlunun üverturası”
da Qarabağ notu əsasında bəstələnib.
Qarabağ–sevimli Üzeyirimizin qədəm açıb yeridiyi
torpaq, yurdumuzun dilbər guşəsidir.
Şuşa-qəsbkar şahların başını bədənindən ayıran, onlarca
fatehi atından düşürən tarixi şəhər, gözəl məkandır.

- 49 -

Topxana-Şahdağımız, Qoşqarımız, göylərə baş çəkən
Göyəzənimiz, Vaqif yadigarı olan cənnət diyarımızdır.
Hələ Kəlbəcər, Turşsu, İsabulağı...
Çox-çox təəssüflər olsun ki, qoruya bilmədik
Azərbaycanımızın bu dilbər guşəsini, gözəl məkanını.
İstəməsək də verdik yağı ayağının tapdağına. Özümüz isə
göynəyə-göynəyə qaldıq, yuxumuz ərşə çəkildi.
Azərbaycan dünyanın cənnət diyarı şah ərazisidir. Bu
şahın tacı isə Qarabağdır. Tacı başda gəzdirirlər. İndi bu
tacın yeri başımız yox, ürəyimizdir, qəlbimizdir.
Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan
Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu ocağı
yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın,
xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın
qəlbini göynədir. Vaxtilə çal-çağırdan qulaq tutulan,
musiqi festifalları keçirilən, indi isə gülü-çiçəyi qan
ağlayan Cıdır düzünün də gözü nəmli, sinəsi dağlıdır.
Azərbaycanın üzük qaşı, konservatoriyanın beşiyi
sayılan Şuşa indi haraydadır.

Bu gün biz “Qarabağ lazımdır!” deyib özümüzə
təsəlli versək də, əslində bilirik ki, Qarabağ bizim yox,
düşmənlərin əlindədir və onu qaytarmaq üçün sülh

- 50 -


Click to View FlipBook Version