MİRNİYAZ MÜRSƏLOV
ГУРАНИ-КЯРИМ
ЯLИFBASI
Bakı – 2019
1
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun
maliyyə dəstəyi ilə çap edilmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin DK-483d-09/15 saylı, 13 sentyabr
2019-cu il tarixli məktubu ilə nəşrinə razılıq
verilmişdir.
Elmi redaktor:
Akademik Vasim Məmmədəliyev
filologiya elmləri doktoru, professor
Rəyçi:
Nəsrulla Məmmədov
Filologiya elmləri doktoru, professor
Texniki redaktor:
Hilal Ağamoğlanov
2
MÜNDƏRİCAT
Ön söz...................................................................... 7
Qurani-Kərimin tarixi.............................................. 9
Qurani-Kərimin əlifbası ......................................... 23
Hərflərin adları ....................................................... 23
Hərflərin məxrəcləri ............................................... 24
Hərflərin xüsusiyyətləri.......................................... 28
Hərflərin əvvəldə, ortada və sonda yazılışı ............ 37
Hərəkə .................................................................... 38
Hərflərin hərəkələrlə oxunuşu ................................ 38
Fəthə ...................................................................... 39
Kəsrə ...................................................................... 41
Dammə ................................................................... 42
Sükun ..................................................................... 44
Hərflərin sükunlu oxunuşu ..................................... 45
Təşdid ..................................................................... 47
Hərflərin təşdidli oxunuşu ...................................... 47
Tənvin..................................................................... 49
Hərflərin tənvinli oxunuşu ..................................... 49
Tənvin fəthə ........................................................... 50
Tənvin kəsrə .......................................................... 50
Tənvin dammə........................................................ 51
Məd hərfləri............................................................ 52
Hərflərin uzadılaraq oxunuşu ................................. 53
Yazıda görünməyən məd hərfi ()ا........................... 55
Məd hərfi əlifi əvəzləyən [ وvav] və [ ىyə] hərfləri.... 55
Sözlərin sonunda yazılan [ هhə] hərfi...................... 57
Əlif-lam birləşməsinin oxunuşu ............................. 58
“Allah” sözünün oxunuş qaydası ........................... 60
3
Müqəttəə hərfləri .................................................... 62
Namaz duaları......................................................... 63
Azan........................................................................ 63
İqamə ...................................................................... 64
“Sübhanəkə”........................................................... 64
“ət-Təhiyyat” .......................................................... 65
Təşəhhüd ................................................................ 65
“Əllahummə salli”.................................................. 65
“Əllahummə barik” ................................................ 66
“Rəbbəna atina”...................................................... 66
“Rəbbənəğfirli” ...................................................... 66
Təsbihati-ərbəə ....................................................... 66
Salamlar.................................................................. 67
Qunut duaları.......................................................... 67
Qurani-Kərimin surələri ......................................... 69
“əl-Fatihə” surəsi.................................................. 69
“əl-Bəqərə” surəsinin 1-5-ci ayələri..................... 69
“əl-Fil” surəsi ....................................................... 70
“əl-Qureyş” surəsi ................................................ 71
“əl-Maun” surəsi .................................................. 71
“əl-Kövsər” surəsi ................................................ 73
“əl-Kafirun” surəsi ............................................... 73
“ən-Nəsr” surəsi ................................................... 73
“əbu-Ləhəb” surəsi............................................... 74
“əl-İxlas” surəsi.................................................... 74
“əl-Fələq” surəsi................................................... 75
“ən-Nas” surəsi..................................................... 75
“Ayətül-kürsi” (“əl-Bəqərə” surəsi 255-ci ayə) ..... 76
İstifadə olunmuş ədəbiyyat siyahısı ....................... 77
Qurani-Kərimin təcvidi .......................................... 82
4
Təcvid elmi........................................................... 83
Ləhn...................................................................... 85
Məd hərfləri və lin hərfləri ................................... 90
Məd və qasr .......................................................... 92
Fəri məddin növləri .............................................. 94
Məddi-müttəsil .................................................... 94
Məddi-münfəsil .................................................... 94
Məddi-lazım ......................................................... 95
Məddi-ariz ............................................................ 95
Məddi-lin .............................................................. 96
İdğam.................................................................... 98
İdğamın növləri ................................................... 100
İdğami-misleyn ................................................... 100
İdğami-mütəcaniseyn ......................................... 101
İdğami-mütəqaribeyn .......................................... 103
Sakin [ ْنnun] və tənvinə aid hökmlər ................. 105
İxfa....................................................................... 105
İzhar..................................................................... 106
İqlab..................................................................... 106
İdğam .................................................................. 107
Sakin [ ْمmim]ə aid hökmlər ................................ 109
İdğami-misleyn məal-ğunnə................................ 109
İxfai-şəfəvi (dodaq ixfası) ................................... 109
İzhar..................................................................... 109
Hərfi-tərifə aid hökmlər ...................................... 111
İdğami-şəmsiyyə ................................................. 111
İzhari-qəməriyyə ................................................. 112
[ رra] hərfinə aid hökmlər .................................... 113
Səktə .................................................................... 117
Vəsl və vəqf......................................................... 119
5
İşmam ................................................................121
İmalə ..................................................................122
Təshil .................................................................123
İstifadə olunmuş ədəbiyyat siyahısı ..................125
6
ÖN SÖZ
Qurani-Kərim hər kəsin heç bir qaydaya riayət
etmədən, istədiyi kimi oxuya biləcəyi bir kitab deyil.
Mənbəyi Allah-Təala olduğu üçün müsəlmanlar bu
ilahi kəlamı oxuyarkən müəyyən qaydalara tabe ol-
maq məcburiyyətindədirlər. Eyni zamanda Qurani-
Kərimin ərəbcə nazil olması da onun müəyyən qayda-
lara riayət edərək oxunmasını zəruri edir. Bu qaydalar
toplusu təcvid adlanır. Təcvid elminin məqsədi Qura-
ni-Kərimi Peyğəmbərdən öyrənildiyi kimi oxuya bil-
məyi təmin etməkdir. Ona görə də təcvid qaydalarını
həm nəzəri olaraq öyrənmək, həm də bu qaydaları
praktik olaraq Qurani-Kərimin surə və ayələrinə tət-
biq etmək sistemli şəkildə həyata keçirilməlidir.
“Qurani-Kərim əlifbası” kitabı Quran qiraəti
tədrisinin birinci mərhələsində istifadə olunacaq ədə-
biyyatdır. Ölkəmizdə bu sahə ilə bağlı Azərbaycan di-
lində ədəbiyyatların az olmasını, bu səbəbdən də
Qurani-Kərim qiraətini öyrənənlərin az məlumatlılığı-
nı nəzərə alaraq dərsliyin əvvəlində Qurani-Kərimin
tarixi haqqında məlumat verməyi məqsədəuyğun he-
sab etdik. Eyni zamanda, hərflərin məxrəcləri və xü-
susiyyətləri barədə mövzulara yer verməyi də zəruri
bildik. Çünki ərəb əlifbasındakı bəzi hərflər oxşar səs-
ləndiyi üçün onları bir-birindən fərqləndirərək məx-
rəclərindən xüsusiyyətləri ilə birlikdə düzgün tələffüz
etmək vacibdir. Lakin biz burada hərflərin məxrəc-
lərini klassik mənbələrdəki kimi məxrəc ardıcıllığına
görə deyil, asanlaşdırmaq məqsədi ilə əlifba sırasına
görə verdik. Bundan əlavə, Quran oxuyarkən bəzi
7
hərflərin daha qabarıq səslənən xüsusiyyətlərini aid
olduqları hərflərin məxrəcləri ilə birlikdə verdik.
Kitab hazırlanarkən həm digər müsəlman ölkələ-
rinin, həm də ölkəmizdə 1992-2018-ci illərdə fəaliy-
yət göstərən BDU-nun İlahiyyat fakültəsinin təcrübə-
sindən istifadə olunmuşdur. Belə ki, bəzi müsəlman
ölkələrində Quran qiraətinin öyrədilməsində tətbiq olu-
nan çətindən asana doğru prinsipinin əksinə olaraq,
yerli şərait nəzərə alınmaqla asandan çətinə doğru
prinsipi gözlənilmişdir.
Kitabın hazırlanmasında azərbaycan, ərəb və
türk dillərində olan mənbələrdən istifadə olunmuşdur.
İnanırıq ki, bu kitab Qurani-Kərimin qiraətini öyrən-
mək istəyənlərə faydalı olacaqdır.
f.f.d. Mirniyaz Mürsəl oğlu Mürsəlov
Azərbaycan İlahiyyat İnstitutu
İlahiyyat fakültəsinin dekanı,
Qurani-Kərim müəllimi
8
QURANİ-KƏRİMİN TARİXİ
Quran kəlməsinin lüğəvi mənası və hansı kök-
dən törədiyi barədə İslam alimləri fərqli görüşlər irəli
sürmüşdür. Bu görüşlərin ortaya çıxmasında Quran
kəlməsinin etimologiyasının da böyük rolu olmuşdur.
Ümumi olaraq isə, bu kəlmənin həmzəli və həmzəsiz
oxunması baxımından alimləri iki yerə ayırmaq
mümkündür.
Quran kəlməsinin həmzəsiz olduğunu qəbul
edənlərin fikrincə bu söz həmzəsiz olub, heç bir kök-
dən törəməmişdir. Quran, Tövrat və İncil kimi Allahın
kəlamına verilən xüsusi bir addır. Əgər bu kəlmə
“oxudu” mənasını verən [ قرأqaraə] kökündən törəmiş
olsaydı, hər oxunan şeyə Quran deyilməsi lazım gə-
lərdi. Bu fikri Məhəmməd ibn İdris əş-Şafii (v.204/-
819) irəli sürmüşdür [52, 18].
Quran kəlməsinin hansı kökdən törəməsi barədə
irəli sürülən başqa bir qənaətə görə bu kəlmə قرينة
[qarinətun] isminin cəmi olan [ قرائنqarainu] sözündən
törəmişdir. Dəlil və sübut mənalarına gələn bu sözün
Qurana ad olaraq verilməsinin səbəbi də Qurandakı
ayələrin əhatə etdiyi mövzular, nəzm, vəzn, fasilə və
ahəng baxımından bir-birinə bənzəməsi və bir-birinə
dəlil təşkil etməsidir. Göründüyü kimi [ قرائنqarainu]
kəlməsindəki həmzə kəlmənin əslində olmayıb قرينة
[qarinətun] kökündəki [ يyə]ninْ yerinə gəlmişdir, ن
[nun] hərfi isə, sözün kök samitlərindəndir. Bu fikir,
9
Əbu Zəkəriyyə Yəhya ibn Ziyad əl-Fərraya (v. 207/-
822) aid edilməkdədir [13, 31; 51, I, 51].
Qeyd edilən kateqoriyaya daxil olan bəzi alimlər
Quran kəlməsinin [ قرنqaranə] kökündən törədiyini
söyləmişlər. Çünki bu kəlmə bir şeyi başqa bir şeyə
yaxınlaşdırmaq, birləşdirmək mənalarını verir. Quran-
dakı surələr və ayələr də bir-birlərinə yaxınlıq və bə-
rabərlik təşkil edirlər [48, I, 278; 15, 74]. Əbul-Həsən
əl-Əş`əri (v. 324/936) bu fikri müdafiə etmişdir. Əbu
Bəkr ibn Mücahid (ö. 324/936) də, qiraət imamların-
dan Əbu Əmr ibn əl-Ə`lanın (v. 154/771) Quran kəl-
məsini həmzəsiz oxuduğunu dəlil olaraq gətirmişdir
[42, 29].
Quran kəlməsinin həmzəli olduğunu qəbul edən-
lərin qənaətincə isə bu söz [ ُفعلانfu`lanu] vəznində
olub, həmzəlidir. Toplamaq mənasını verən [ ال َقرءəl-
qar`u] kəlməsindən törəmişdir [13, 31]. Bu fikri Əbu
Übeyd əl-Qasım ibn Səllam (v. 224/839) və Əbu
İshaq əz-Zəccac (v. 311/923) müdafiə etmişdir [26,
74]. Adları çəkilən alimlərə görə Quran qissə, əmr,
nəhy, vəz, vaiz, surə və ayələri və ya özündən əvvəlki
səmavi kitabların meyvələrini bir yerə topladığı üçün
ona bu ad verilmişdir [52, 18]. Ərəblər də [ قرأqaraə]
felini toplamaq mənasında işlədərək قرأت ْالما َء ْفي ْالحوض
[qara`tu-l-məə fi-l-havzi] yəni “suyu hovuzda topla-
dım” deyirlər [25, 41].
Quran kəlməsi “oxumaq” mənasını verən قرأ
[qaraə] kökündən törəmiş, الغفرانvəznindən bir məs-
10