The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

Mənəvi dəyərlər İlham Əliyev siyasətinin tərkib hissəsi kimi

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:16:31

Mənəvi dəyərlər İlham Əliyev siyasətinin tərkib hissəsi kimi

Mənəvi dəyərlər İlham Əliyev siyasətinin tərkib hissəsi kimi

101

Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir
ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma,
heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün
Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz
kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir.
Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da
çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir,
öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün
azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə,
əlbəttə ki, bizim təcrübəmiz öyrənilir. Bizi istəyən, dəstəkləyən ölkələr, qüvvələr
bizi daha da dəstəkləyirlər, bizi istəməyənlər daha da məyus olurlar. Çünki
bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə,
iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməyiblər.

Bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir. Mən
bunu tam məsuliyyətlə deyirəm. Yəni, bunu özümüzü tərifləmək üçün demirəm.
Bu, reallıqdır. Çünki hər şey müqayisədə müəyyən olunur və bu gün müqayisə
aparmaq üçün bizim kifayət qədər imkanlarımız var. Biz dünyanın hər bir yerində
baş verən hadisələri görürük, izləyirik. Bu fonda Azərbaycanın uğurlu, hərtərəfli
inkişafı, əlbəttə ki, daha da böyük rəğbət qazanır.

Azərbaycanda həyata keçirilən islahatlar, aparılan siyasət, əlbəttə ki, bizə
diqqəti daha da çox cəlb edir və bu, müsbət haldır. Mən hesab edirəm ki, dünya
bizi daha da yaxşı tanımalıdır. Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər
irəli sürürük. Artıq bir neçə ildir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini
çəkən tədbirlər keçirir. Bu tədbirlər həm qitə, həm dünya miqyaslı tədbirlərdir.
Bu gün dünyanın ən mötəbər idman yarışlarından biri olan Formula-1 Bakı
küçələrində keçirilir. Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu
yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq
abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri.

Əlbəttə bu, bizim gücümüzü artıracaq. Çünki bizə qarşı aparılan qarayaxma,
təxribat kampaniyalarının hamısını alt-üst edir. Azərbaycana, Bakıya gələn on
minlərlə turist bizim reallıqlarımızı öz gözü ilə görəcək. Görəcək və haqqımızda

102 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

yazılan o çirkin məqalələrə daha fikir verməyəcək. Elə bir hal olmayıb ki, ilk dəfə
Azərbaycana gələn insan təəccüb etməsin. Bu təəccüb nədən yaranır? Ölkəmizə
gəlməzdən əvvəl yəqin ki, o müxtəlif çirkin yazıları oxuyurdular. Gəlib görəndə
insanlar azad, rahat, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, əlbəttə,
onların birinci reaksiyası təəccüb, ikincisi isə sual idi ki, siz buna necə nail
ola bilmisiniz. Biz buna öz siyasətimizlə nail ola bilmişik. Çünki düşünülmüş
siyasət aparırıq. Öz gücümüzə arxalanırıq, Azərbaycan xalqımızın iradəsi ilə
idarə olunur. Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir.
Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə,
çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik.
Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat
yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə
daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim
pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri
çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada,
Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi
xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi,
onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt
Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər
və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya,
antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu,
bizim birliyimizi daha da gücləndirir. Biz bütün bayramları bir yerdə qeyd edirik.
Şeyx həzrətləri qeyd etdiyi kimi, İmamzadə hər bir müsəlman üçün müqəddəs
yerdir. Biz hamımız, bax burada əyləşənlər nəinki orada iştirak etmişik, çıxış
etmişik. Mən oraya ölkəmizin hər bir rayonundan nümayəndələr dəvət etmişdim
ki, onlar gəlsinlər, o müqəddəs yerin bərpasından sonra açılışında iştirak etsinlər
və bizim sözlərimizi eşitsinlər. Orada, müqəddəs yerdə bizim çıxışlarımız artıq
bir siqnaldır, cəmiyyətə ünvanlanan bir siqnal. Bax, belə olmalıdır. Ayrı-seçkiliyə,
ekstremizmə yol vermək olmaz. Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik,
ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat
tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir,
dəstəklənir.

103

Bu gün bu iftar mərasimində səslənən fikirlər çox dəyərli fikirlərdir. Bu
mənalı və dəyərli fikirlər bizim birliyimizi daha da möhkəmləndirir. Ona görə
biz gələcəyimizi bu müsbət nəticələr əsasında qururuq və uğurla qururuq. Keçən
il və bu il ölkəmiz üçün sınaq ili olmuşdur. Çünki dünya iqtisadiyyatı hələ ki,
böhran içindədir. Neftin qiyməti üç-dörd dəfə aşağı düşmüşdür. Ona görə, əlbəttə
ki, bu, bizim üçün böyük bir sınaq idi. Ancaq biz bu sınaqdan şərəflə çıxırıq.
Biz bu müddət ərzində görürük ki, cəmiyyət daha da sıx birləşib, həmrəylik
daha da artıb. Bizim siyasətimizə daha da böyük dəstək görürük. Əlbəttə ki, bu,
bizi daha da ruhlandırır, gücləndirir və yeni işlər görməyə sövq edir. 2016-cı il
iqtisadi sabitləşmə ili kimi tarixdə qalacaq. Gələn ildən isə bizim uğurlu iqtisadi
inkişafımız davam edəcəkdir.

Bizim ən ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli işində də Azərbaycanda yaşayan bütün millətlərin,
konfessiyaların nümayəndələri bir nöqtəyə vurur. Yəni, bu, bizim ümummilli
məsələmizdir. Hər bir Azərbaycan vətəndaşı hər gün çalışmalıdır və əminəm,
çalışır ki, bu məsələ tezliklə öz həllini tapsın. Azərbaycan ərazisinin bir hissəsi
uzun illərdir ki, işğal altındadır, torpaqlarımız zəbt edilib. Xalqımıza qarşı etnik
təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. ATƏT-in faktaraşdırıcı
missiyasının hesabatlarına görə, işğal edilmiş torpaqlarda bütün binalar dağıdılıb.
Bizim tarixi binalarımız, qəbirlər, məscidlər ermənilər tərəfindən dağıdılıbdır.
Bu, misli görünməmiş vəhşilikdir. Azərbaycanda isə Bakının mərkəzində erməni
kilsəsi yerləşir. Heç kim ona toxunmur, əksinə, təmir olunubdur. Azərbaycanda
kilsələr, sinaqoqlar, məscidlər tikilir. Bax, fərq bundan ibarətdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz həllini
tapmalıdır. Beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Tarixi
ədalət də bizim tərəfimizdədir. Son vaxtlar bu məsələ ilə məşğul olan vasitəçilər,
onların rəhbər şəxsləri qeyd edirlər ki, məsələ tezliklə həll olunmalıdır, status-
kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bunu müsbət qarşılayırıq. Ancaq belə
bəyanatlar əvvəllər də verilmişdir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq
neçə ildir ki, bəyanatlar verilir, amma bəyanatlardan sonra heç bir addım atılmır.
Vaxt gəlib çatıb ki, konkret addımlar atılmalıdır. İşğalçıya çox ciddi təzyiqlər

104 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

göstərilməlidir ki, bu məsələ sülh yolu ilə öz həllini tapsın. Biz bunun tərəfdarıyıq.
Həmişə bunun tərəfdarı olmuşuq.

Ancaq bununla bərabər, heç kəs üçün sirr deyil ki, bu gün regionda və
xüsusilə Ermənistan ilə Azərbaycan arasında qüvvələr nisbəti kəskin dəyişilib.
Azərbaycan hər bir sahədə böyük üstünlüyə nail olub və bu üstünlüyü əldən
verməyəcək. Ermənistan ilə Azərbaycan arasında bütün sahələrdə fərq daha
da böyüyəcək. Çünki biz inkişaf yolu ilə gedirik. Bizim gələcəyə çox dəqiq və
aydın baxışlarımız, proqramlarımız var. Ermənistan isə xarici ianə, dəstək olmasa
yaşaya bilməz. Bunu artıq onların iqtisadi vəziyyəti göstərir. Bunu aprel hadisələri
göstərir. Ona görə biz gücümüzü bilirik və öz gücümüzə arxalanırıq. Mən bunu
qeyd etmişəm, o cümlədən hərbi gücümüzü bilirik və aprel ayında döyüşlər
zamanı hərbi potensialımızın ancaq kiçik bir hissəsi nümayiş etdirildi.

Mən hesab edirəm ki, bu, Ermənistan rəhbərliyi üçün yaxşı bir dərs oldu. Eyni
zamanda, vasitəçilərə də, dünya ictimaiyyətinə də siqnal oldu ki, bu, dondurulmuş
münaqişə deyil. Əgər kimsə fikirləşir ki, biz növbəti iyirmi il də mənasız danışıqlar
aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya
naminə danışıqlar aparmayacağıq. Mənalı, məzmunlu danışıqlar dərhal, qeyd-
şərtsiz başlanmalıdır. Əgər belə olarsa, məsələnin sülh yolu ilə həlli yaxınlaşa bilər.

May ayında Vyanada görüş keçirildi. Gələn həftə Rusiyada, Sankt-
Peterburq şəhərində görüş keçiriləcək. Bizim ümidlərimiz var ki, bu məsələ sülh
yolu ilə öz həllini tapa bilər və tapmalıdır. Buna nail olmaq üçün Ermənistan öz
işğalçı siyasətindən əl çəkməlidir və bizim torpaqlarımızdan çıxmalıdır.

Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
məsələsi ilə bağlı Azərbaycan cəmiyyətində fikir birliyi var. Aprel hadisələri
xalqımızı daha da birləşdirdi. Azərbaycan xalqı dövlətə, ordumuza çox böyük
dəstək göstərdi. Bu, xalqımızın mətinliyini, səviyyəsini göstərir.

Əminəm ki, biz bütün başqa sahələrdə də inkişaf yolu ilə gedəcəyik,
getməliyik. Biz ölkəmizi inamla idarə edirik. Bir daha demək istəyirəm ki, iqtisadi
və əlbəttə, enerji məsələləri həll olunur. Amma bizim əsas güc mənbəyimiz
birliyimizdir. Bu gün bu salonda əyləşən insanlar Azərbaycan dövlətinin, xalqının
birliyini nümayiş etdirirlər.

105

Hörmətli şeyx həzrətləri, mən bir daha sizə öz hörmətimi ifadə etmək
istəyirəm. Minnətdarlığımı bildirmək istəyirəm ki, siz ənənəvi olaraq bizi iftar
süfrəsinə dəvət etmisiniz. Burada əyləşənlərə yeni uğurlar, Azərbaycan xalqına
xoşbəxtlik, əmin-amanlıq, inkişaf arzulayıram. Sağ olun.

106 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

BAKIDA V BEYNƏLXALQ HUMANİTAR
FORUMUN RƏSMİ AÇILIŞ MƏRASİMİNDƏ NİTQ

Bakı, 29 sentyabr 2016-cı il

Hörmətli xanımlar və cənablar. 
Hörmətli qonaqlar.
Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Bu Forumda
iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları səmimiyyətlə salamlayıram,
Azərbaycana “xoş gəlmisiniz” deyirəm.
Builki Forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir.
Bu, özlüyündə bir göstəricidir. Forum son illər ərzində beynəlxalq aləmdə böyük
hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri
var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət

107

verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq
əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər
ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik.
Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur.
İki ildən bir ölkəmizdə Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bir neçə il
bundan əvvəl Bakıda Dünya dinləri liderlərinin Zirvə görüşü keçirilmişdir. Bu
il isə BMT-nin Sivilizasiyalararası Alyansının VII Qlobal Forumu keçirilmişdir.
Bütün bu mötəbər tədbirlər çərçivəsində beynəlxalq humanitar əməkdaşlığa,
multikulturalizmə və digər önəmli məsələlərə dair geniş diskussiyalar, müzakirələr
aparılmışdır.

Eyni zamanda, Azərbaycan son illər ərzində mötəbər idman yarışlarına
da ev sahibliyi edib. Təkcə bu il Bakıda ilk dəfə olaraq “Formula-1” yarışı
və Ümumdünya Şahmat Olimpiadası keçirilmişdir. Keçən il isə tarixdə ilk
dəfə olaraq Bakıda birinci Avropa Oyunları keçirilmişdir. Bu, özlüyündə bir
göstəricidir. Çünki ilk Avropa Oyunları müsəlman ölkəsində keçirilmişdir və
bu, Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə töhfəsi
kimi qiymətləndirilə bilər. Gələn il isə Bakıda IV İslam Həmrəylik Oyunları
keçiriləcəkdir. Yəni, bir şəhərdə cəmi iki il ərzində həm Avropa Oyunları keçirilib,
həm də İslam Oyunları keçiriləcəkdir. Bugünkü Azərbaycan, bax, bu yolla gedir.

Bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var.
İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı,
çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə
kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya
da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx
birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər
üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir,
dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi
müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə
bilər.

Azərbaycan Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür,
hər iki təşkilatda fəal rol oynayır. Hər iki təşkilat Azərbaycanın təşəbbüsü ilə
bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ

108 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

münaqişəsi ilə bağlı çox ədalətli və beynəlxalq hüquqa əsaslanan qətnamələr
qəbul edib və bu qətnamələrdə Ermənistan işğalçı dövlət kimi göstərilib. Biz bu
iki təşkilatda fəaliyyətimizi uğurla davam etdiririk. Bu iki təşkilatda dünyanın
100-dən çox ölkəsi birləşir. Biz bir neçə il bundan əvvəl fikirləşdik ki, yaxşı olar,
Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında bir əlaqə yaradılsın. Bu
məqsədlə 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin
Bakıda keçirilmiş toplantısına biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin
mədəniyyət nazirlərini dəvət etmişdik və birgə sessiya keçirilmişdi. Bu, dünyada
çox böyük əks-səda yaratmışdı. Bizim bu sahədəki fəaliyyətimiz yüksək qiymətə
layiq görüldü və bu görüşə, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. 2009-cu
ildə isə biz İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini
qəbul etdik və bu görüşə Avropadan mədəniyyət nazirlərini də dəvət etdik.
Beləliklə, bizim təşəbbüsümüzlə çox önəmli yeni bir proses başlamışdır. Biz
əlbəttə, çox fəxr edirik ki, bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir.

Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası,
mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim
siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm
əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir,
ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq
Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı
olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə
tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və
Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir.

Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların,
dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç
vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq
olmamışdır. Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri
dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin
bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir
edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar
bunu birlikdə qeyd edir. Biz tariximizlə, mədəniyyətimizlə fəxr edirik. Bu gün
dünyanın ən qədim məscidlərindən biri Azərbaycanda, Şamaxı şəhərində yerləşir.

109

Şamaxı məscidi 743-cü ildə tikilmişdir və bərpa edilərək bu gün fəaliyyət göstərir.
Eyni zamanda, Şəki şəhərinin yaxınlığında Qafqazın ən qədim kilsələrindən
biri – Qafqaz Albaniyası kilsəsi bir tarixi abidə kimi yaşayır. O tarixi abidə
də bərpa edilərək bu gün xidmət göstərir və çoxlu turistləri cəlb edir. Bakının
yaxınlığında qədim zərdüştlük, atəşpərəstlik məbədi bu gün qorunub saxlanılır.
Bu, bizim tariximizdir. Müxtəlif dinlərin, mədəniyyətlərin nümayəndələri tarix
boyu Azərbaycanda yaşamışlar və yəqin, təsadüfi deyil ki, məhz Azərbaycanı
birgəyaşayış üçün seçmişlər. Çünki bizim ölkəmizdə, bizim diyarda bu meyillər
həmişə üstünlük təşkil edib. Bu gün də bu, dövlət siyasətidir və biz bu siyasəti
bundan sonra da aparacağıq.

Bu dövlət siyasəti ölkə daxilində böyük rəğbət qazanır. Eyni zamanda,
bu, cəmiyyətin də əhval-ruhiyyəsidir. Çünki dövlət siyasəti o zaman uğurlu icra
edilə bilər ki, cəmiyyət də buna müsbət cavab verir. Cəmiyyətdə mövcud olan xoş
əhval-ruhiyyə, multikulturalizmlə bağlı meyillər bizim dövlət siyasətimizi daha
da gücləndirir. Təsadüfi deyil ki, Azərbaycanda bu il “Multikulturalizm ili” elan
edilmişdir. Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Dövlət
Bayrağı Meydanının, - bu bayraq dövlətçiliyimizin rəmzidir, - yaxınlığında
multikulturalizmə abidə ucaldılmışdır.

Biz hesab edirik ki, bu məsələ daim diqqət mərkəzində olmalıdır. Beynəlxalq
təşkilatlar, ayrı-ayrı ölkələr bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidirlər.
Çünki bu gün əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində multikulturalizmlə
bağlı fərqli, bədbin fikirlər səslənir. Bəziləri hesab edir ki, multikulturalizm iflasa
uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz,
bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq,
multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə
alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır,
ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli
meyillərdir. Biz tarixdə bir necə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı
böyük fəlakətlərə yol açır. Ona görə, bütün mütərəqqi bəşəriyyət multikulturalizm
ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş
etdirilməlidir. Biz öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə
mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür.

110 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır.
Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində,
regionda bu müsbət meyilləri gücləndirək.

Əfsuslar olsun ki, dünyada təhlükələr artır. Biz birinci Bakı Beynəlxalq
Humanitar Forumunu təşkil edəndə bu gün mövcud olan təhlükələr yox idi.
Son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada,
digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı
toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız
insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə
düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyillərini
gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, - mən Yaxın Şərqi nəzərdə
tuturam, - insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar.
Miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda,
antimiqrant meyillər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə
işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal
qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə
edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya
yol açır. Bu, çox təhlükəli meyildir.

Biz indi sivilizasiyalararası dialoqdan danışırıq, ancaq reallıqda
sivilizasiyalararası toqquşmanın ilk təzahürlərini görürük. Əgər bu meyillərin
qarşısı alınmasa çox böyük fəlakətə gətirib çıxaracaq. Bütün ölkələr ağır vəziyyətə
düşə bilər. Ona görə, indiki zamanda daha çox bu məsələlər gündəlikdə olmalıdır,
müsbət meyillər üstünlük təşkil etməlidir. Bizi narahat edən məsələlər haqqında
açıq danışmalıyıq. Bakı Forumunun məqsədi bundan ibarətdir. Misal üçün,
islamofobiya bütün İslam aləmini narahat edir, incidir. Çünki həm bəzi kütləvi
informasiya vasitələri, həm də bəzi qeyri-hökumət təşkilatları, bəzi siyasətçilər
qəsdən İslam haqqında, dinimiz haqqında mənfi rəy formalaşdırırlar. İslamı terrorla
eyniləşdirirlər. Halbuki terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir.
Bəzi Avropa ölkələrinin rəhbərləri “stop İslam” deyirlər. Bəziləri deyir ki, biz
miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlman miqrantları yox. Bu, nədir?
Bu, XXI əsrdə Avropada yenidənmi faşizmin baş qaldırmasıdır? Əfsuslar olsun
ki, buna nə beynəlxalq təşkilatlar, nə ayrı-ayrı ölkələr reaksiya verir, sanki bu,

111

belə də olmalıdır. Çox təhlükəli meyillərdir və biz mütləq bu barədə danışmalıyıq.
Müsəlman aləmində gedən radikallaşma, radikal qüvvələrin daha böyük dəstək
qazanması da narahatedici amillərdir. Ona görə, hesab edirəm ki, biz bu məsələləri
açıq şəkildə müzakirə etməliyik.

Bakı Beynəlxalq Humanitar Forumunda tanınmış dövlət xadimləri, ictimai
xadimlər, tanınmış alimlər, - onların arasında 13 Nobel mükafatı laureatı var, -
jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, digər dəyərli qonaqlar
iştirak edirlər. Ona görə, bu, açıq diskussiyalar, tövsiyələr, hərəkət üçün çox gözəl
bir formatdır.

Qeyd etdiyim kimi, Azərbaycan humanitar əməkdaşlığa həmişə böyük
diqqət yetirib. Ancaq onu da istəyirəm qonaqlar bilsinlər ki, bizim ölkəmiz və
xalqımız özü böyük humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində
Ermənistanın Azərbaycana silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi
işğal altına düşüb. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan
artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür.
Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi
rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza
qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. Xocalı şəhərində soyqırımı
nəticəsində 613 dinc insan qətlə yetirilib. Onlardan 106-sı qadın, 63-ü uşaqdır.
Bütün bu erməni vəhşilikləri sənədləşdirilib, videomateriallar, fotomateriallar,
şahidlərin ifadələri var. Artıq dünyanın on ölkəsi Xocalı soyqırımını soyqırımı
kimi tanıyıb.

İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər
tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki
dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə
göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb.
Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz
dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik.
İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim
məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir. Erməni faşizmi
böyük fəlakət törədib və günahsız insanlar bu gün də erməni siyasətindən əziyyət
çəkirlər.

112 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi birmənalı şəkildə
dəstəkləyir. Xüsusilə dünyanın birinci və ən ali beynəlxalq qurumu olan BMT,
onun Baş Məclisi dəfələrlə qətnamələr qəbul etmişdir. BMT Təhlükəsizlik Şurası
dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun
ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və bu qətnamələrin icra edilməsi
mexanizmi yoxdur. Bu da böyük ədalətsizlikdir. Biz bunu ikili standartlar siyasəti
kimi qəbul edirik. Çünki bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri,
- yaxın tarix bunu göstərir, - günlər ərzində, bəlkə də saatlar ərzində icra edilir və
təcavüzkar cəzalandırılır. Bizə gəldikdə, bu qətnamələrin qəbul edilməsindən 20
ildən çox vaxt keçib və onlar icra edilmir. Bu qətnamələri qəbul edənlər onların
icrasını tələb etmirlər.

Digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər.
İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa
Parlamenti, Qoşulmama Hərəkatı, ATƏT, yəni, bütün beynəlxalq təşkilatlar
bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tarixi
hissəsidir. Eyni zamanda, beynəlxalq hüquq baxımından da ayrılmaz hissəsidir.
Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Ölkəmizin ərazi bütövlüyü heç bir
başqa ölkənin ərazi bütövlüyündən az əhəmiyyət kəsb etmir və beynəlxalq hüquq
təmin edilməlidir.

Bu problemə baxmayaraq, ölkəmiz inamla inkişaf edir, biz güclənirik.
Gələn ay biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. Bu 25 ilin
əksər illəri inkişaf və tərəqqi illəri olmuşdur. Azərbaycan bu gün dünya miqyasında
böyük nüfuza malikdir. Bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsi böyük
etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçmişdir.

Ölkəmizdə humanitar məsələlər öz həllini tapır. Biz bu məsələlərə çox
böyük diqqət göstəririk. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb,
600-dən çox xəstəxana, tibb mərkəzi tikilib, təmir edilib. Məcburi köçkünlərin
problemləri həllini tapır. Doxsandan çox qəsəbə salınmışdır və 250 mindən çox
köçkünə yeni evlər, mənzillər verilmişdir.

Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul üç
dəfə artmışdır. Bizim böyük valyuta ehtiyatlarımız var və onlar ümumi daxili

113

məhsulumuza bərabərdir. İşsizliyin, yoxsulluğun azaldılması ilə bağlı çox ciddi
addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş
faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir. Azərbaycan iqtisadiyyatının
böyük bir hissəsi təbii resurslarla bağlıdır. Neftin qiymətinin kəskin düşməsinə
baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik
inkişaf davam edir. Dünən mənə məlumat verildi ki, Davos Dünya İqtisadi Forumu
ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb.
Dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 37-ci yeri tutmaq hesab edirəm
ki, gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin
ilk illəri çox ağır keçirdi, çox dərin siyasi böhran, iqtisadi böhran yaşanırdı.
Qaçqınların, köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk
yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bu da əlbəttə ki, bizim
maliyyə resurslarımızı cəlb edib. Bütün bunlara baxmayaraq düzgün iqtisadi
siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər,
beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf
məkanı kimi təqdim edir.

Biz fəxr edirik ki, 25 il müstəqil dövlət kimi yaşayırıq, öz hesabımıza
yaşayırıq, heç kimə borclu deyilik, heç kimdən asılı deyilik, müstəqilliyi hər
şeydən üstün tuturuq, xalqımız azaddır, taleyimiz öz əlimizdədir. Gözəl ölkə
qurmuşuq və bundan da gözəl olacaq. İstəyirik ki, ümumi işimizə daha böyük
töhfə verək. Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi də bu niyyətin
bir hissəsidir.

Mən bütün qonaqlara ölkəmizə gəldikləri üçün bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Foruma uğurlar arzulayıram. Sağ olun.

114 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

“BAKI-2017” IV İSLAM HƏMRƏYLİYİ
OYUNLARININ SU SƏYAHƏTİNİN
AÇILIŞINDA NİTQ

Bakı, 5 aprel 2017-ci il

Hörmətli xanımlar və cənablar. 
Gələn ay Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu
OyunlarınAzərbaycanda keçirilməsi ölkəmizin həyatında çox əlamətdar hadisədir.
İlk növbədə, İslam Həmrəyliyi İdman Federasiyasına və onun Prezidenti cənab
Abdullah bin Mosaad bin Əbdüləzizə və Federasiyanın bütün üzvlərinə IV İslam
Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qəbul edilmiş qərara
görə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Biz cənab Prezident, Sizin və rəhbərlik etdiyiniz Federasiyanın dəstəyini
həmişə hiss etmişik və şadam ki, Siz bizimlə bərabər bugünkü mərasimdə iştirak
edirsiniz. IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir.
Biz bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü
kimi qəbul edirik. Eyni zamanda, bu, bizim üçün böyük məsuliyyətdir və demək
olar ki, bütün hazırlıq işləri başa çatıb. Biz Oyunları qəbul etmək üçün tam hazırıq.
Fürsətdən istifadə edərək, IV İslam Həmrəyliyi Oyunlarının hazırlanmasında
xüsusi rol oynayan Təşkilat Komitəsinə, onun bütün üzvlərinə və Komitənin sədri
Mehriban Əliyevaya da təşəkkürümü bildirmək istəyirəm.
Bir aydan bir qədər sonra 57 ölkəni təmsil edən 3 mindən çox idmançı
Azərbaycanda yarışacaq. Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları
səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları
iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik.
Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki,
qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq
üçün imkanları olacaqdır.
Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan bir dövlətdir. Bizim
mədəniyyətimiz, tariximiz qürur mənbəyimizdir, milli sərvətimizdir. Qədim
tariximizi əks etdirən tarixi-dini abidələrimiz sübut edir ki, Azərbaycan xalqı

115

qədim xalqdır və ta qədim dövrlərdən bu diyarda yaşayıb, qurub-yaradıb.
Azərbaycan qədim müsəlman diyarıdır. Biz fəxr edirik ki, dünyanın ən qədim
məscidlərindən biri olan Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir. Bu məscid
bir neçə il bundan əvvəl əsaslı bərpa edilmiş və qapılarını Azərbaycan xalqının
üzünə açmışdır. Əminəm ki, qonaqlar Bakının və digər bölgələrimizin tarixi
yerləri ilə tanış olacaqlar.

Oyunların keçirilməsində könüllülərin rolu xüsusi əhəmiyyət daşıyır.
Şadam ki, bu Oyunların keçirilməsində 8 mindən çox könüllü iştirak edəcək.
Onlarsız bu Oyunları keçirmək qeyri-mümkündür.

Qədim tarixə malik olan Azərbaycan cəmi 25 ildir ki, müstəqil dövlət kimi
yaşayır. Keçən il biz müstəqilliyimizin bərpa olunmasının 25 illiyini qeyd etmişik.
Bu illər inkişaf, quruculuq illəri olmuşdur. Hesab edirəm ki, Azərbaycan tarixdə
heç vaxt indiki qədər güclü olmamışdır. Azərbaycan beynəlxalq aləmdə böyük
nüfuza malikdir. Biz bir neçə il bundan əvvəl dünyanın 155 ölkəsinin dəstəyi və
səsi ilə dünyanın ən ali beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasına üzv
olmuşuq. Bu, beynəlxalq aləmdə bizə olan münasibətin, hörmətin təzahürüdür.

Azərbaycanda bütün sosial məsələlər öz həllini tapır. İşsizlik beş faiz
səviyyəsindədir. Son 13 il ərzində iqtisadiyyatımız üç dəfə artmışdır. Savadlılıq
100 faiz səviyyəsindədir. Bütün bunlar bu gün ölkəmizin sürətli inkişafını əks
etdirir. Bizim şəhərlərimiz gözəlləşir, abadlaşır. Bakı şəhəri dünyanın ən gözəl
şəhərlərindən birinə çevrilmişdir. Biz İslam həmrəyliyi üçün çox böyük işlər
görürük. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox mötəbər
tədbirlər həyata keçirilmişdir. Biz İslam mədəniyyətini dünyada təbliğ etmək
üçün çoxsaylı tədbirlər, təqdimatlar, sərgilər keçiririk. Biz istəyirik ki, bütün
dünya bilsin və görsün ki, İslam sülh dinidir, mərhəmət dinidir. Bizim qədim
mədəniyyətimiz var və biz mədəniyyətimizlə fəxr edirik.

Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün
müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli
sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik
nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük
idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün
müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx

116 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş
etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır.

Azərbaycan idman sahəsində də böyük uğurlar əldə edib. Bizim müasir
idman infrastrukturumuz istənilən beynəlxalq mötəbər yarışı keçirməyə imkan
yaradır. Bakıda ən müasir idman qurğuları istifadəyə verilib. Eyni zamanda, bizim
digər şəhərlərdə 40-dan çox müasir Olimpiya İdman kompleksi fəaliyyət göstərir və
bu, özlüyündə idmana olan marağı artırır. Gənc nəsil, uşaqlar, yeniyetmələr idman
bölmələrinə gedirlər və idmanla məşğul olurlar. Biz görkəmli idmançılarımızla
fəxr edirik. Bizim artıq bir çox Olimpiya çempionumuz var. Azərbaycan mötəbər
beynəlxalq idman yarışlarında daim yüksək nəticələr göstərir. İki il əvvəl
Bakıda keçirilmiş birinci Avropa Oyunlarında Azərbaycan idmançıları 56 medal
qazanmışlar və komanda hesabında ikinci yerə layiq görülmüşlər. Təsəvvür edin,
bütün Avropa ölkələrinin iştirakı ilə keçirilmiş Oyunlarda Azərbaycan komandası
ikinci yerə layiq görülmüşdür. Keçən il Rio Olimpiya Oyunlarının nəticələri
göstərdi ki, bu qələbə təsadüfi deyildir. Rio Olimpiya Oyunlarında Azərbaycan
18 medal qazanmışdır və medalların sayına görə biz dünya miqyasında 14-cü
yerdəyik. Baxın, cəmi 25 il müstəqil ölkə kimi yaşayan Azərbaycan medalların
sayına görə iki yüz ölkə arasında 14-cü yerə layiq görülmüşdür. Avropa ölkələri
arasında isə biz yeddinci yerə layiq görüldük. Rio Olimpiya Oyunlarında
Azərbaycan müsəlman ölkələri arasında birinci yerdə idi. Bu, bizi sevindirir və
ruhlandırır. Bu, gənc, müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarımızın
vətənpərvərliyini göstərir. Hər dəfə bayrağımız beynəlxalq yarışlarda qaldırılanda
hər bir vətənpərvər Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir.

Əziz dostlar, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur. Su həyat
deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə
malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl
Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin
müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində bir rəmzdir və
Oyunların rəmzi məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq
olmalıdır. Qoy, bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun.

117

BAKIDA IV ÜMUMDÜNYA
MƏDƏNİYYƏTLƏRARASI DİALOQ
FORUMUNUN RƏSMİ AÇILIŞINDA NİTQ

Bakı, 5 may 2017-ci il

Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Əvvəlcə, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak
etdiklərinə görə qonaqlarımıza təşəkkürümü bildirmək istəyirəm. Altı il bundan
əvvəl biz bu təşəbbüsü irəli sürdük və birinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu Bakıda keçirilmişdir. O vaxtdan bəri beynəlxalq gündəlikdə duran
ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu
Forum qlobal beynəlxalq tədbirə çevrilmişdir. Hər bir beynəlxalq tədbirin, hər bir
forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların
sayı ilə ölçülür. Biz çox şadıq ki, 120 ölkədən olan 800-dən artıq qonaq bugünkü
Forumda iştirak edir, 50-dən çox beynəlxalq qurum özünün yüksək səviyyəli
nümayəndəsini Bakıya göndərmişdir.
Bu, ilk növbədə, Forumun bu gün və sabah aparacağımız müzakirələrin
əhəmiyyətini nümayiş etdirir. Biz fəxr edirik ki, Forumun tərəfdaşlarının, həm
də təşkilatçı qurumların sayı artmaqdadır. Azərbaycan hökuməti bu Forumu

118 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, Avropa Şurası, Dünya
Turizm Təşkilatı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birlikdə
təşkil etmişdir.

Əminəm ki, Forum çərçivəsində aparılacaq müzakirələr və fikir
mübadiləsi mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəkdir. Azərbaycan
əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan
olmuşdur. Bizim coğrafiyamız və tariximiz, habelə Azərbaycandakı inkişaf onu
nümayiş etdirir ki, mədəniyyətlərarası dialoq həm tarixən, həm də bu gün vacib
məsələlərdən biri olaraq qalır. Çünki əks təqdirdə, dünya daha çox təhlükələrə
məruz qalacaqdır.

Tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan
sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır.
Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb.
Multikulturalizm, etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü
reallıqdır. Biz bununla fəxr edirik.

Bu gün Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir ki, burada bütün
etnik qrup və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayırlar.
Bizim tarixi abidələrimiz də Azərbaycanın mədəni müxtəlifliyini və onun
qədim tarixini aydın şəkildə nümayiş etdirir. Fəxr edirik ki, dünyanın ən qədim
məscidlərindən biri - 743-cü ildə inşa olunan Cümə məscidi Azərbaycanın qədim
şəhərlərindən biri sayılan Şamaxıda yerləşir. Dünyanın ən qədim kilsələrindən
olan, Qafqaz Albaniyası dövləti dövrünə aid kilsə Azərbaycanın digər qədim
şəhəri Şəkidə yerləşir.

Bakının yaxınlığında yerləşən və atəşpərəstlik dininə məxsus olan
Atəşgah Məbədi də bizim tarixi və dini müxtəlifliyimizi nümayiş etdirir. Bu gün
Azərbaycanda məscid, kilsə və sinaqoqlar dövlət tərəfindən qorunur. Onların bir
çoxunun dövlətin maliyyə dəstəyi ilə inşa olunması bizim tariximizi və bu sahədə
olan siyasətimizi nümayiş etdirir.

Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Eyni zamanda, bu, bizim
həyat tərzimizdir. Multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən
termin olmasına baxmayaraq, multikulturalizm ideyaları hər zaman ölkəmizdə
mövcud olmuşdur. Tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, xalqımız

119

hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi
fəal müdafiə və təşviq etmişdir.

Əslində, 2011-ci ildə ilk dəfə mədəniyyətlərarası dialoq forumunun təşkil
edilməsi ideyası tariximiz, reallığımız və həmçinin belə məsələlərin müzakirəsi
üçün geniş formatın yaradılması arzumuzdan qaynaqlanırdı. Bu gün buna
əvvəlkindən daha çox ehtiyac var. Təəssüf olsun ki, bu gün dünyada narahatlıq
doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə
nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq. Dünyanın müxtəlif
yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif
din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır. Bizim
multikulturalizm siyasətimiz xalqımız tərəfindən tam dəstəklənir və 2016-cı il
Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi. Bu il isə ölkəmizdə “İslam
Həmrəyliyi İli” elan edilib. Azərbaycanda gündəlik həyatın bu hər iki çox
vacib elementinin birləşməsi, ilk növbədə, cəmiyyətimizin vəziyyətini, dövlət
siyasətimizi nümayiş etdirir, eyni zamanda, regionda daha da yaxşı anlaşmaya
səbəb olur.

Biz məhz bu məsələlərin müzakirəsinə həsr olunmuş bir neçə beynəlxalq
tədbir təşkil etmişik. Azərbaycan artıq 5 dəfə Beynəlxalq Humanitar Forum təşkil
edib. Bir neçə il bundan əvvəl Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil
etmişik. Ötən il Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna
uğurla ev sahibliyi etdi. Nəhayət, biz 4-cü dəfədir ki, toplaşaraq mədəniyyətlərarası
dialoq məsələsini müzakirə edirik.

Bütün bunlar bizə gərginlik və risklərin azaldılması, müxtəlif xalqlar və
dinlər arasında daha yaxşı anlaşmanın təmin olunması yollarını müəyyənləşdirməyə
yardım edir. Hesab edirəm ki, Azərbaycanın tarixi və bugünkü inkişafı uğur
qazanmağın mümkünlüyünün yaxşı nümunəsidir.

Multikulturalizmə münasibət fərqlidir. Biz bəzən müəyyən ictimai və siyasi
xadimdən, habelə dövlət rəhbərlərindən skeptik fikirlər eşidirik. Hesab edirəm
ki, biz səylərimizi birləşdirsək, - bu gün burada beynəlxalq ictimaiyyətin mütləq
əksəriyyətini təmsil edən nümayəndələr iştirak edirlər, - nümayiş və sübut edə
bilərik ki, multikulturalizm yaşayır və onun alternativi yoxdur. Onun alternativi
yalnız ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik və ayrı-seçkilik ola bilər.

120 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Multikulturalizm yalnız bir tendensiya deyil, o, eyni zamanda, dünyanı daha
təhlükəsiz etməyin yeganə yoludur.

Düşünürəm ki, sizin bu Forumda iştirakınız və müzakirələrin mövzuları
bizim vahid iradəmizi və bu dəyərlərin təşviqi ilə bağlı siyasət və yanaşmamızı
əyani şəkildə nümayiş etdirir.

Azərbaycan 2008-ci ildə çox vacib prosesin təşəbbüskarı olmuşdur və
o, sonradan “Bakı prosesi” adlandırılmışdır. Bu gün həmin təşəbbüs beynəlxalq
ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs də artıq çıxışımda
qeyd etdiyim amillərdən qaynaqlanırdı. Bununla yanaşı, Azərbaycan həm İslam
Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan məhdud sayda
dövlətlərdən biridir.

Avropa Şurası ölkələrinin nazirlərinin 2008-ci ildə toplantısını təşkil
edərkən biz İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müvafiq nazirlərini də
dəvət etdik. Yəni, ilk dəfə idi ki, belə böyük tədbir təşkil edildi və 100-dən artıq
dövlətin nümayəndəsi mədəniyyətlərarası münasibətlər mövzusunu müzakirə
etmək üçün bir araya gəldi.

İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan 2009-cu ildə
nazirlər səviyyəsində toplantıya ev sahibliyi etdi. O vaxt biz Avropa Şurasına
üzv dövlətlərin nazirlərini Bakıya dəvət etdik. Bu təşəbbüs və bu format sonradan
“Bakı prosesi” adlandırıldı və biz bununla fərəhlənirik. Birincisi, ona görə
ki, bu, bizim təşəbbüsümüz idi. İkincisi isə ona görə ki, Bakı və Azərbaycan
mədəniyyətlərarası dialoqun mərkəzi olmağa layiqdir.

Gələn il biz “Bakı prosesi”nin 10-cu ildönümünü qeyd edəcəyik.Azərbaycan
Hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən mədəniyyətlərarası
dialoq sahəsində liderlik xidmətlərinə görə “Bakı Prosesi Mükafatı”nın təsis
edilməsi təşəbbüsü irəli sürülüb ki, həmin mükafat mədəniyyətlərarası və
sivilizasiyalararası dialoqun təşviqində olduqca fəal rol oynamış şəxslərə təqdim
ediləcəkdir.

Azərbaycan tərəfindən irəli sürülmüş daha bir mühüm təşəbbüs Bakıda
Avropa Oyunlarının keçirilməsi idi. Digər qitə oyunlarından fərqli olaraq,
Avropada belə oyunlar heç vaxt təşkil edilməmişdi. Avropa Olimpiya Komitəsi
belə bir oyunların keçirilməsi qərarını qəbul edəndə onlara ev sahibliyi etmək

121

arzusunda olan ölkələrin sayı az idi. Səmimi desək, Azərbaycan Oyunların
təşkilini öz üzərinə götürməyi təklif edən yeganə dövlət idi. Belə olmasaydı,
həmin Oyunlar heç vaxt təşkil edilməyəcəkdi.

2015-ci il ilk Avropa Oyunlarının keçirilməsi ili oldu. Oyunlar Bakıda
5 mindən artıq avropalı idmançının iştirakı ilə baş tutdu. Təbii ki, bu Oyunlar
bir idman tədbiri idi, lakin hesab edirəm ki, onların rəmzi mənası da var idi.
Çünki ilk dəfə təşkil olunan Avropa Oyunları bir müsəlman ölkəsində keçirilirdi.
Bu, multikulturalizmin və dini dözümlülüyün göstəricisi idi. Oyunlar yüksək
səviyyədə təşkil edildi. İdmançılar, qonaqlar olduqca məmnun və xoşbəxt idilər
- istər təşkilatçılıq səviyyəsi, istərsə də Azərbaycan xalqı tərəfindən qarşılanma
baxımından. Xalqımız avropalı qonaqlara özünün ənənəvi qonaqpərvərliyini
nümayiş etdirdi.

Bir həftədən sonra biz bütün müsəlman ölkələrini təmsil edən 3 min
idmançının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarının açılışını edəcəyik. Yəni,
iki il müddətində eyni şəhərdə Avropa Oyunları ilə yanaşı, İslam Həmrəyliyi
Oyunlarının keçirilməsi bizim siyasətimizin və niyyətimizin göstəricisidir.
Əminəm ki, burada güclü rəqabət olacaqdır. Ancaq bir daha da qeyd etmək
istəyirəm ki, bu, sadəcə idman tədbiri deyil. Bu, insanları birləşdirən hadisədir.
Bizim İslam aləmində, ilk növbədə, birliyə ehtiyacımız var.

Təəssüf ki, terrorçuluqdan ən çox əziyyət çəkən məhz elə müsəlman
dövlətləridir. Azərbaycan İslam dəyərlərinin təbliği baxımından çox vacib rol
oynayır. Biz Avropa paytaxtlarında müxtəlif beynəlxalq tədbirlər – təqdimat
və sərgilər təşkil edərək qədim İslam mədəniyyətini təbliğ edirik. Azərbaycan
islamofobiya və İslamı terrorçuluqla əlaqələndirmə əleyhinə ən fəal mübarizə
aparan ölkələrdəndir. Yəni, regionumuzu daha təhlükəsiz etmək üçün bizim
müsəlman dünyasında birliyə ehtiyacımız var. Eyni zamanda, gərginliyin
azaldılması üçün bizim İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər
beynəlxalq təsisatlar arasında əlaqələndirməyə ehtiyacımız var.

Beləliklə, mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın
şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi
həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar.
Proqnozlaşdırılan tərəfdaşlığa və qarşılıqlı etimada söykənən münasibətlər

122 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

olmadığı halda istənilən dövlət üçün qarşıya qoyulan məqsədlərə çatmaq çox
çətin olar.

Bu təşəbbüslər və Azərbaycanın uğur hekayəsi, onun multikulturalizmin
mərkəzinə çevrilməsi, - yeri gəlmişkən, biz Azərbaycanda Multikulturalizm
Mərkəzi yaratmışıq, – onu nümayiş etdirir ki, biz həm doğru yol ilə, həm də
uğurla irəli gedirik. Bütün dünyanı əhatə edən bu Forum da bizim niyyətimizin
bariz nümunəsidir.

Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Böyük tarix, ənənə və
mədəniyyətə malik olmağımıza baxmayaraq, müstəqil dövlət olaraq bizim 25
yaşımız var. Ötən il biz müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etdik.
Bu illər onu nümayiş etdirdi ki, ölkənin taleyi öz əlimizdə olanda böyük uğur
əldə etmək olar. Əsrlər boyu Azərbaycan müxtəlif dövlətlərin və imperiyaların
tərkibində olub və 25 illik müstəqillik sübut edir ki, yalnız azad olan halda uğur
qazanmaq olar. Dövlətimizin tarixində Azərbaycan bugünkü qədər güclü olmayıb.

Biz sosial, iqtisadi və siyasi həyatda mühüm nailiyyətlər əldə etmişik.
Bu gün Azərbaycan sürətlə inkişaf edən, müasir və dinamik ölkədir. Bu ölkə öz
ənənəvi köklərinə bağlı olmaqla yanaşı, dünyaya açıq olan müasir bir dövlətdir.

Üzləşdiyimiz ən böyük problem erməni işğalıdır. Təəssüf ki,
müstəqilliyimizin bərpası erməni işğalı ilə müşayiət edilirdi və bunun nəticəsi
olaraq, ərazimizin 20 faizi - Dağlıq Qarabağ və digər yeddi rayonumuz Ermənistan
tərəfindən işğal edildi. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və
məcburi köçkünə çevrildi. Xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi. Bu
gün işğal olunmuş ərazilərimizdə bütün tarixi abidələr və tikililərimiz Ermənistan
tərəfindən dağıdılıb, məscidlərimiz yerlə-yeksan edilib.

Bakıda, şəhərin mərkəzində erməni kilsəsi yerləşir və biz onu təmir
etmişik. Ermənistan isə işğal olunmuş ərazilərdə bizim tarixi və dini irsimizi
məhv edib. Bu fotoşəkilləri internetdə tapmaq mümkündür. Bununla yanaşı,
ATƏT işğal edilmiş ərazilərə iki dəfə faktaraşdırıcı missiya göndərib və onların
hesabatlarında da ərazilərin viran olunması öz əksini tapıb. BMT Təhlükəsizlik
Şurası – dünyanın ən ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir ki,
orada Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz
çıxarılması tələb olunur. Həmin qətnamələrə 20 ildən artıqdır ki, əməl olunmur.

123

Ermənistan Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və beynəlxalq
hüququ kobudcasına pozur. Ancaq təcavüzkarı qətnamələrə əməl etməyə məcbur
edən mexanizm mövcud deyil. Bu isə çox mühüm və xalqımızı dərindən narahat
edən məsələdir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə
gün, hətta bir neçə saat ərzində icra olunur. Bizə gəldikdə isə 20 ildən artıq bir
müddət keçir. Bu, ilk növbədə, ikili standartların və müəyyən mənada qərarların
icra mexanizminin səmərəsizliyinin bariz nümunəsidir.

Münaqişənin həlli beynəlxalq hüquq normalarına, BMT-nin
Nizamnaməsinə, Helsinki Yekun Aktına və Azərbaycanın ərazi bütövlüyü
prinsipinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən
tanınır. Dağlıq Qarabağ Azərbaycanın tarixi və hüquqi bir parçasıdır.

Bu faciəyə və onun çox böyük iqtisadi yükünə baxmayaraq, - nəzərə alsaq
ki, 1990-cı illərin əvvəlində ölkəmiz çox yoxsul olduğu halda bizim 1 milyondan
artıq qaçqınımız var idi, yəni, bu, bizim üçün çox ciddi iqtisadi və sosial problem
idi, - biz onun öhdəsindən gələ bildik. Səylərimizi səfərbər edərək güclü ölkə
yarada bildik. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir.
Azərbaycan beynəlxalq birliyin hörmətli üzvüdür. Bunu sübut etmək üçün bir
sıra faktlar sadalaya bilərəm. Ancaq düşünürəm ki, yalnız biri kifayət edər.

Bir neçə il bundan əvvəl 155 ölkə Azərbaycana səs verərək onu BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçdi. Dünya dövlətlərinin mütləq
əksəriyyətinin dəstəyi nümayiş etdirir ki, Azərbaycan böyük nüfuza malikdir. Biz
İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Eyni zamanda, Avropa İttifaqının 9
üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb və
ya qəbul edilib.

Bu, bizim regionda oynadığımız roldur. Biz coğrafi yerləşməyimizi mühüm
infrastruktur imkanlarına çevirməyə müvəffəq olmuşuq. Bizim təşəbbüskarı
olduğumuz layihələr bu gün Asiyanı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirir
və artıq mənfəət gətirir, eyni zamanda, ölkələr arasında çox vacib əlaqə yaradır.

Bununla bərabər, Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır.
Onlardan biri hazırda icra olunan və Avropanın ən böyük infrastruktur layihəsi
olan “Cənub Qaz Dəhlizi” layihəsidir. Layihəyə yatırılan sərmayə 40 milyard
dollara bərabərdir və o, ilk mərhələdə 7 ölkəni birləşdirərək, regionumuzun,

124 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Mərkəzi və Cənubi Avropanın bir çox ölkəsinin enerji şaxələndirilməsini və enerji
təhlükəsizliyini təmin edəcək. Bu, enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və
enerji əməkdaşlığı layihəsidir. Çünki bizim bütün enerji və nəqliyyat layihələrində
iştirak edən ölkələr təbii tərəfdaşlara çevrilir və burada birgə qarşılıqlı bağlılıq
yaranır. Qarşılıqlı bağlılıq isə iqtisadi əməkdaşlıq və qarşılıqlı hörmət üçün ən
vacib amillərdəndir.

Beləliklə, Azərbaycan tərəfindən irəli sürülmüş nəqliyyat və enerji
layihələri inkişaf və firavanlığın təmin edilməsi məqsədinə xidmət edir. Eyni
zamanda, bu, bizim beynəlxalq əməkdaşlıq və mədəniyyətlərarası dialoqa olan
sərmayəmizdir.

Bizim iqtisadi göstəricilərimiz də çox yüksək olmuşdur. Son 13 il ərzində
ümumi daxili məhsulumuz 3 dəfədən çox artıb. Biz işsizliyin səviyyəsini 5
faizə endirə bilmişik, yoxsulluq 6 faizdən azdır. Xarici borcumuz olduqca aşağı
səviyyədədir və ümumi daxili məhsulun 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız
isə xarici borcumuzdan 5 dəfə artıqdır. Yəni, iqtisadi göstəricilərimiz həqiqətən
də yüksəkdir və bu fakt beynəlxalq təsisatlar tərəfindən yüksək qiymətləndirilir.
Davos Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə
Azərbaycanı 37-ci yerə layiq görüb. Həmin təşkilatın qiymətləndirməsinə əsasən,
inkişafda olan ölkələrin inkişaf templərinə görə Azərbaycan siyahıda digər bir
ölkə ilə birinci və ikinci yerləri paylaşır.

Bütün bunlar müstəqillik illərində əldə etdiyimiz böyük bir sərvətdir. Biz
təhsilə böyük sərmayə qoyuruq. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100
faizə yaxındır. Son on ildə ölkəmizdə 3 mindən artıq yeni məktəb istifadəyə verilib.
Bildiyimiz kimi, təhsilə qoyulan sərmayə gələcəyə yatırılan sərmayədir. Eyni
zamanda, bu, sabitliyə qoyulan sərmayədir. Çünki radikalizmin, ekstremizmin və
fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyini yuyulur” və
gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir. Savadsızlıq, yoxsulluq,
sosial qeyri-bərabərlik və ədalətsizlik radikalizmin əsas mənbəyidir. Buna görə
radikalizmi aradan qaldırmaq üçün biz onun fundamental səbəblərini müzakirə
etməliyik. Eyni zamanda, mədəniyyətlərarası münasibətlərin dəyərlərini təbliğ
etməliyik ki, insanlar sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görsünlər.

Burada da biz çox vacib olan məsuliyyət məsələsinə toxunuruq.

125

Siyasətçilərin məsuliyyətini qeyd edirəm. Bəzən radikal kəsimin səslərini əldə
etmək üçün siyasətçilər öz proqramlarını milliyyətçilik ideyası üzərində qururlar.
Qeyri-hökumət təşkilatlarının məsuliyyəti. Onların bəziləri məqsədyönlü
şəkildə dini və etnik zəmində gərginlik yaradır. Nəhayət, medianın məsuliyyəti.
Beynəlxalq mediaya nəzər salsaq, əsasən miqrant böhranı, müharibə, dağıntı,
toqquşma, dini və etnik münaqişə görürük.

Ancaq bir çox müsbət nümunələr də var və biz onları nümayiş etdirməliyik.
Hesab edirəm ki, bu Forumun əhəmiyyəti və məqsədlərindən biri də onu nümayiş
etdirməkdir ki, biz bu məsələləri müzakirə edir və səylərimizi səfərbərliyə
alırıq. Əminəm ki, Forumun bütün iştirakçılarının burada eyni gündəliyi var –
mədəniyyətlərarası dialoqun dəyərlərini təşviq etmək və gücləndirmək.

Ümidvaram ki, Forumun nəticələri uğurlu olacaq və biz onun bütün
qərarlarını həyata keçirəcəyik. Bizimlə bir yerdə olduğunuza görə bir daha sizə
təşəkkür edir, Forumun işinə uğurlar diləyirəm. Sağ olun.

126 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİLƏ
İFTAR MƏRASİMİNDƏ NİTQ

20 iyun 2017-ci il

Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
İlk növbədə, sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn müqəddəs
Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan
xalqına sülh, firavanlıq, yeni-yeni uğurlar arzulayıram.
Biz mübarək Ramazan ayında ənənəvi olaraq şeyx həzrətlərinin iftar
süfrəsinə toplaşmışıq. Bu ənənə yaşayır və yaşamalıdır. Bu ənənənin əsasını ulu
öndər Heydər Əliyev və şeyx həzrətləri qoymuşlar.
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur, onun
banisidir. Onun hakimiyyətə gəlişi Azərbaycanı inkişaf yoluna çıxardı. Biz
hamımız təəssüf hissi ilə qeyd edirik ki, Ulu Öndər müstəqilliyimizin ilk illərindən
Azərbaycanda rəhbərlikdə olmamışdır. Əgər olsaydı, o, xalqımızı, dövlətimizi
böyük bəlalardan qoruya bilərdi. Heydər Əliyev ölkəmizin bütün istiqamətlər
üzrə əsas inkişaf strategiyasını müəyyən etmişdir, onu həyata keçirmişdir. O
cümlədən dövlət-din münasibətlərinin tənzimlənməsi işində Ulu Öndərin xüsusi

127

rolu olmuşdur. Onu da qeyd etməliyəm ki, 1993-cü ilə qədər bütün sahələrdə
olduğu kimi, dini məsələlər sahəsində də vahid siyasət yox idi. Bu boşluq əlbəttə
ki, özündə çox böyük risklər saxlayırdı. 1993-cü ildən etibarən bütün istiqamətlər
üzrə - xarici siyasət, daxili siyasət, iqtisadi, təhlükəsizlik məsələlərinin həlli, o
cümlədən dövlət-din münasibətləri istiqamətlərində ardıcıl siyasət formalaşmağa
başlamışdır. Bu siyasətin əsas prinsipləri bu gün də bizim üçün aktualdır. Bugünkü
Azərbaycan bu möhkəm təməl üzərində inkişaf edir və inkişaf edəcəkdir.

Ənənəvi iftar süfrəsinin təşkilində də Ulu Öndər və şeyx həzrətləri nümunə
göstərmişlər. Əslində, bu ənənəvi iftar məclisləri din-dövlət münasibətlərinin tərkib
hissəsidir. Bu gün mən şeyx həzrətlərinin bu işlərdə xüsusi rolunu qeyd etmək
istəyirəm. Şeyx həzrətləri həm Azərbaycanda, Qafqazda, postsovet məkanında,
həm də dünya miqyasında çox böyük nüfuza malik olan xadimdir. Mən bilirəm
ki, şeyx həzrətlərinə dünya dini liderlərinin böyük hörməti var. Şeyx həzrətləri
öz fəaliyyəti ilə ölkəmizin nüfuzunu beynəlxalq aləmdə gücləndirir, ölkəmizi
təbliğ edir, Azərbaycanı müasir, öz dini, milli köklərinə bağlı olan, ancaq, eyni
zamanda, tolerant, dünyaya açıq ölkə kimi təqdim edir. “İslam Həmrəyliyi İli”
çərçivəsində həm ölkə daxilində, həm xaricdə şeyx həzrətlərinin rəhbərliyi ilə bir
çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Bu, bir daha Azərbaycanı dünyaya
inkişaf edən, müasir və dinamik ölkə kimi təqdim edəcək.

Bizim şeyx həzrətləri ilə şəxsi dostluq münasibətlərimiz var. Bu
münasibətlər həm bizim üçün, həm də ölkə üçün önəmlidir. Biz nümunə və
yol göstəririk ki, dövlət-din münasibətləri necə qurulmalıdır. Bu sahədə əldə
edilmiş nailiyyətlərə görə Azərbaycan bir çox ölkələr üçün nümunə ola bilər.
Azərbaycanda dövlət dini məsələlərə qarışmır, əksinə, çalışır ki, kömək göstərsin.
Dövlət xətti ilə təmir edilmiş və tikilmiş tarixi məscidlərimiz, dini abidələrimiz,
eyni zamanda, kilsələr, sinaqoqlar artıq bunun bariz sübutudur. Din də dövlət
işinə, siyasi işlərə qarışmır. Hesab edirəm ki, bu da nümunəvi bir yanaşmadır.
Bununla bərabər dövlət və din bir yerdədir. Çünki bizim amalımız birdir. Biz
istəyirik ki, ölkəmiz daha da möhkəmlənsin, daha da güclənsin, Azərbaycan
xalqı daha da yaxşı yaşasın və dinamik inkişafımız uzunmüddətli və dayanıqlı
olsun. Ona görə din-dövlət münasibətlərinin sağlam zəmində formalaşması bizim
böyük sərvətimizdir. Yenə də deyirəm, bizim bu nümunəmiz hesab edirəm ki, bir

128 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

sıra ölkələr üçün çox cəlbedicidir. Təsadüfi deyil ki, Azərbaycana gələn xarici
qonaqlar, o cümlədən dini liderlər bizim təcrübəmizi öyrənirlər, maraqlanırlar və
Azərbaycan reallıqları ilə tanış olarkən, əlbəttə, daim öz hörmətlərini ifadə edirlər.

Keçən Ramazan ayından ötən dövr ərzində Azərbaycanda dinamik inkişaf
davam etdirilmişdir, bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında Roma
Papasının Azərbaycana səfərini xüsusi qeyd etmək istərdim. Roma Papasının
səfəri Müqəddəs Taxt-Tacın Azərbaycana olan münasibətinin təzahürüdür. Onu
da qeyd etməliyəm ki, Azərbaycan ilk müsəlman ölkələrindən biridir ki, Roma
Papası bu ölkəyə səfər edibdir. Səfər zamanı onun bəyanatları Azərbaycanda
dinlərarası münasibətlərə verilən yüksək qiymətdir. Əlbəttə, biz - Azərbaycanda
yaşayan və bu siyasəti aparan insanlar bilirik ki, bu, bizim böyük sərvətimizdir,
ancaq, eyni zamanda, bunu artıq dünya da bilir və dünyanın nüfuzlu şəxsiyyətləri
bunu qeyd edirlər.

Onu da qeyd etməliyəm ki, Roma Papası Heydər məscidində Azərbaycanda
bütün ənənəvi dini icmaların rəhbərləri ilə də görüşmüşdür. Bu görüşün də çox
böyük rəmzi mənası var. Çünki Roma Papası ilə həmin görüşdə bax, bu gün masa
arxasında əyləşən və digər dini icmaların rəhbərləri də iştirak etmişlər. Bu, yenə
də dünyaya göndərilən növbəti bir mesaj idi ki, dinlərarası münasibətlər necə
həll olunmalıdır. Azərbaycan ictimaiyyəti onu da yaxşı bilir ki, dini bayramlarda,
mərasimlərdə bütün dini icmalar fəal iştirak edirlər. Yeni tikilmiş məscidlərdə və
əsaslı təmir olunan tarixi məscidlərimizdə bütün konfessiyaların nümayəndələri
nəinki iştirak edir, hətta çıxış edirlər. Hesab edirəm ki, bu da dünya miqyasında
nadir bir təcrübədir və bu təcrübənin müəllifi Azərbaycandır.

Bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik,
yeni dinamika, yeni yanaşma gətirir. Biz bəzi stereotipləri qıraraq bir çox sahələr
üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim
edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş
nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək
qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə başlanan
və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq
təşkilatlar tərəfindən də dəstəklənir. Mən buna misal olaraq bu il keçirilmiş IV
Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir

129

təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları
– UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər
qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda
keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün
dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu
ölkənin adı Azərbaycandır.

Bizim təşəbbüsümüzlə 2008-ci ildə “Bakı prosesi” başlamışdır. Bu gün
“Bakı prosesi” ən yüksək kürsülərdən hörmətlə qeyd edilir. Deyə bilərəm ki,
“Bakı prosesi” dünya miqyasında aparıcı istiqamətdir. Dinlərarası münasibətlər
bu proses çərçivəsində öz həllini tapır. Biz bu işlərə təqribən 10 il bundan əvvəl
çox fəal başlamışıq. O vaxt hələ bu gün mövcud olan təhlükələr, risklər yox idi.
Bu risklər son 5-6 il ərzində yarandı. Həm müsəlman aləmində, digər yerlərdə,
Avropada narahatedici məqamlar əfsuslar olsun ki, kifayət qədər çoxdur. Amma
biz bu məsələyə diqqət yetirəndə, bu təşəbbüsləri irəli sürəndə bu təhlükələrin
böyük əksəriyyəti mövcud deyildi. Yəni, vaxtında atılmış addımlar hesab edirəm
ki, dinlərarası münasibətlərdə, sivilizasiyalararası məsələlərdə öz müsbət rolunu
oynayır. Bu gün Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi qeyd edilir və
tanınır.

Onu da qeyd etməliyəm ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər
üzərində qurulubdur. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib
hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir
və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq və nail oluruq ki,
gənc nəsil də milli ruhda böyüyür, yetişir. Milli dəyərlər bizim üçün həmişə ən
prioritet məsələ olmalıdır.

Bununla bərabər,Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir.
Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə
mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil.
Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada
canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki,
sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır.
Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır,
savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir

130 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan
bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını
təmin edən kifayət qədər güclü dövlətdir.

Bax, budur, bugünkü Azərbaycan. Mən dəfələrlə demişəm, bu gün də
demək istəyirəm ki, bizim bütün uğurlarımızın təməlində düşünülmüş siyasət
dayanır. Biz bütün istiqamətlər üzrə böyük uğurlara imza atmışıq. Bu gün də qeyd
olundu ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında böyük uğurlar qazanıb,
komanda hesabında birinci yerə layiq görülüb. Bu, böyük qələbədir. Ondan iki
il əvvəl keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında bütün
Avropa ölkələri arasında ikinci yerə layiq görülmüşdür. İqtisadi sahədə bu ilin beş
ayının göstəriciləri də çox ümidvericidir və müsbətdir. Qeyri-neft iqtisadiyyatımız
2 faizdən çox artıb. Qeyri-neft sənayemiz təxminən 4 faiz artıb. Kənd təsərrüfatı 2
faiz artıb. İxrac 44 faiz artıb, idxal təxminən 17 faiz azalıb. Bütün bunlar iqtisadi
islahatlar, düşünülmüş siyasət hesabına mümkün olmuşdur.

Xarici siyasət məsələlərinin həllinə gəldikdə, bu gün Azərbaycanın dünya
miqyasında o qədər böyük nüfuzu var ki, bizimlə əməkdaşlıq etmək istəyən
ölkələrin sayı artır. Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmət əsasında
münasibətlər qura bilmişik. Avropa ölkələri ilə, müsəlman ölkələri ilə və digər
ölkələrlə biz çox gözəl münasibətlər qura bilmişik. Azərbaycan sivilizasiyalararası
dialoqun inkişafında, - bu gün mən tam qətiyyətlə bunu deyirəm, - əvəzolunmaz
rol oynayır və bundan sonra da biz bu rolu oynayacağıq. Bu, bir növ bizim
məsuliyyətimizdir, eyni zamanda, bu, bizə lazımdır. Biz istəyirik ki, Azərbaycanda
dinlərarası münasibətlər həmişə indiki kimi olsun. Azərbaycanda bütün dinlərin,
millətlərin nümayəndələri həmişə bir ailə kimi yaşasın, necə ki, bu gün yaşayırlar.
Bax, bizim siyasətimiz bundan ibarətdir. Mən demişəm, bir daha demək istəyirəm
ki, öz xalqına, dininə hörmət başqa dinə, xalqa olan hörmətdən başlayır. Budur,
bizim siyasətimiz və bu siyasət Azərbaycan ictimaiyyəti tərəfindən tam bəyənilir
və dəstəklənir. Məhz bunun sayəsində biz bugünkü gözəl nəticələri görürük və
bunu qeyd edirik.

Bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş
vermişdir. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı
olmuşdur. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün infrastruktur

131

həm bizim gücümüzü, həm də siyasətimizi göstərir. Onu göstərir ki, biz işğaldan
azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də
həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu
gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat
qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay
ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır.
Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi iki ay ərzində bərpa
etdik və əlavə yüz evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq
Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna
daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu
torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz.
Biz Bakıda erməni kilsəsini bərpa etdik və onu qoruyuruq. Ermənilər isə işğal
edilmiş torpaqlarda bizim məscidlərimizi dağıdıblar. Bənzəri Cocuq Mərcanlıda
tikilən həmin o Gövhərağa məscidi dağılmış vəziyyətdədir. O binanı dağıtmaq
olar, amma düşmən bilməlidir ki, dağılmış məscidlər bizim qəlbimizdə yaşayır.
Biz bu məscidləri qəlbimizdə ucaltmışıq və torpaqlar işğaldan azad olunandan
dərhal sonra iki ay ərzində gözəl məscid tikilib istifadəyə verilib. Bunun çox böyük
tarixi mənası var. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq,
Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda da belə gözəl
iftar süfrələri açılacaq, İnşallah.

Əziz dostlar, mən sizi bir daha salamlayıram və qarşıdan gələn müqəddəs
bayram münasibətilə təbrik edirəm. Sağ olun.

132 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

İSTANBULDA İSLAM ƏMƏKDAŞLIQ
TƏŞKİLATININ QÜDS MƏSƏLƏSİ İLƏ BAĞLI
FÖVQƏLADƏ ZİRVƏ TOPLANTISINDA NİTQ

İstanbul, 13 dekabr 2017-ci il

Bismillahir-rəhmanir-rəhim.
Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib
Ərdoğan.
Hörmətli baş katib.
Zati-aliləri.
Zirvə görüşünün iştirakçıları.
İlk növbədə, fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident
Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə
görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür.
Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT
Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı
kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə
böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və
hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara
gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən
baxmalıdır.

133

Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu
ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi
əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin
Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis
konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına
ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin
xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-
nin humanitar məsələlər üzrə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-
hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə
dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-
Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan
bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin
xalqının yanındayıq.

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam
Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT
Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər
Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli”
elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön
sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.
Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi
ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir.

Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan
bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı
beynəlxalq konfrans olacaqdır.

Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı
müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə
təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil
olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın
əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan
artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal

134 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir.
Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla, bütün mədəni abidələri
məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq
münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları
bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman
ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin
Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən
4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina
edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və
qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq,
münaqişə yalnız və yalnızAzərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri,
ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Təşəkkür edirəm.

135

BAKIDA “2017-İSLAM HƏMRƏYLİYİ İLİ:
DİNLƏR VƏ MƏDƏNİYYƏTLƏRARASI DİALOQ”

MÖVZUSUNDA BEYNƏLXALQ
KONFRANSDA NİTQ

Bakı, 21 dekabr 2017-ci il

Hörmətli din xadimləri.
Hörmətli xanımlar və cənablar.
Bildiyiniz kimi, 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan
edilmişdir. İl ərzində Azərbaycanda və bir çox ölkələrdə beynəlxalq konfranslar,
tədbirlər keçirilmişdir. Sonuncu beynəlxalq konfrans isə bu gün Bakıda öz işinə
başlayır. Mən konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş bütün qonaqları
səmimiyyətlə salamlayıram, onlara “Xoş gəlmisiniz!” deyirəm. Qeyd etməliyəm
ki, bu gün konfransda 40-a yaxın ölkədən 150-dək xarici qonaq iştirak edir.
Hörmətli qonaqlarımızın iştirakı bu konfransın və bu mövzunun əhəmiyyətini bir
daha göstərir.

136 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfələr verir. Bu məsələ bizim
üçün prioritet məsələlərdən biridir. Azərbaycan qədim tarixə malik olan bir ölkədir.
Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini yaşatmış, qorumuşdur.
İslam dəyərləri isə milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Ölkəmizdə dini
sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında
mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi
bu gün ölkəmizi gücləndirən amillərdən biridir.

Xalqımız qədim tarixə malikdir. Bizim dini memarlıq abidələrimiz bunun
əyani sübutudur. Biz fəxr edirik ki, müsəlman aləminin ən qədim məscidlərindən
biri olan, 743-cü ildə inşa edilmiş, Azərbaycan xalqı tərəfindən qorunmuş və bir
neçə il bundan əvvəl əsaslı şəkildə bərpa edilmiş Şamaxı Cümə məscidi bizim
böyük sərvətimizdir. Bu məscid onu göstərir ki, Azərbaycan qədim müsəlman
diyarıdır. Bizim digər tarixi dini abidələrimiz də milli sərvətimizdir.

Azərbaycanbeynəlxalqaləmdəmüsəlmanölkələriiləçoxyaxınmünasibətlər
qura bilmişdir. Biz cəmi 26 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu illər ərzində
ikitərəfli və üçtərəfli formatlarda, beynəlxalq təşkilatlar çərçivəsində müsəlman
ölkələri ilə əlaqələrimiz inkişaf edir, gündən-günə güclənir. Biz BMT-də və digər
beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Keçən il İslam Əməkdaşlıq
Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı
çox önəmli qətnamə qəbul edilmişdir və Kontakt Qrupu yaradılmışdır. Onu da
qeyd etməliyəm ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür,
ölkəmizdə bir çox konfranslar, tədbirlər keçirilmişdir. Azərbaycanın təşəbbüsü
ilə İƏT-in Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası
yaradılmışdır. Eyni zamanda, Azərbaycan ISESCO-nun fəal üzvüdür. ISESCO
İslam aləminin təhsil, elm, mədəniyyət təşkilatıdır və bu təşkilat çərçivəsində
Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Beləliklə, ISESCO və bütün müsəlman
aləmi Azərbaycana daim diqqət və dəstək göstərir. Bir neçə il bundan əvvəl
ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilmişdir və
bir il ərzində ölkəmizdə, Bakıda bir çox tədbirlər keçirilmişdir. Qeyd etməliyəm
ki, gələn il isə bizim digər qədim şəhərimiz – Naxçıvan İslam mədəniyyəti paytaxtı
adına layiq görülübdür.

Ölkə daxilində İslam həmrəyliyi tam təmin olunubdur. Biz çalışırıq və

137

çalışmalıyıq ki, bütün müsəlman aləmində birlik, həmrəylik təmin olunsun.
Azərbaycan bu istiqamətdə öz töhfəsini verir, önəmli addımları atır. Bizim
beynəlxalq təşkilatlar çərçivəsində və dünya gündəliyində duran məsələlərin həlli
işində onlara münasibətimiz bir daha göstərir ki, İslam həmrəyliyi bizim üçün,
sadəcə olaraq, bir şüar deyil, bizim üçün bu, əsas istiqamətlərdən biridir.

Bununla bərabər,Azərbaycanda bütün dinlərin nümayəndələri eyni, bərabər
hüquqlara malikdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayır, heç bir ayrı-seçkilik yoxdur, olmayıb və ola da bilməz. Bu,
bizim böyük sərvətimizdir.

Ölkəmizdə dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər
beynəlxalq tədbirlər keçirilmişdir. Onların arasında BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumunu qeyd edə bilərəm. Bir neçə dəfə keçirilmiş
və ənənəvi xarakter alan Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Humanitar
Forumu da, ilk növbədə, öz işini dinlərarası, mədəniyyətlərarası dialoqa həsr
etmişdir. Belə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi təbiidir. Çünki ilk
növbədə, Azərbaycan sivilizasiyalar arasında həmişə müsbət rolunu oynayıb və
Asiya ilə Avropa arasında həm coğrafi, həm mədəni və bu gün siyasi baxımdan
bir körpü rolunu oynayır. Digər tərəfdən, Azərbaycan o ölkələrdəndir ki, burada
dini, milli zəmində heç bir problem yoxdur, heç bir - hətta kiçik bir anlaşılmazlıq
yoxdur. Əksinə, Azərbaycanda yaşayan bütün millətlər, bütün dinlərin
nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır və ölkəmizin ümumi inkişafına
öz töhfələrini verirlər. Ona görə məhz Azərbaycanın dinlərarası dialoq işində fəal
olması təbiidir.

Mən bir daha qeyd etmək istəyirəm ki, ölkə daxilində bu məsələlər ən
yüksək səviyyədə həllini tapıbdır. Biz istəyirik ki, həm müsəlman aləmində, həm
Avropada, ümumiyyətlə, dünyada dinlərarası dialoq güclənsin. Əfsuslar olsun
ki, son vaxtlar biz tam əks mənzərə ilə üzləşirik - dözümsüzlük, islamofobiya,
ksenofobiya, antisemitizm artır. Bu, bəşəriyyət üçün böyük təhlükədir və böyük
bəladır. Din xadimlərinin, ictimai xadimlərin, siyasətçilərin, geniş ictimaiyyətin
bu məsələ ilə bağlı fikri və mövqeyi əlbəttə ki, dünya ictimaiyyəti üçün də çox
önəmlidir. Bakıdan, yüksək mötəbər kürsülərdən dəfələrlə dünyaya çağırış
edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada

138 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

əksər ölkələr çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu
vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət
kəsb edir. Biz öz tərəfimizdən ölkə daxilində bütün məsələləri ən yüksək səviyyədə
həll edirik. Eyni zamanda, əminəm ki, bölgədə və dünyada Azərbaycan təcrübəsi
öyrənilir.

Azərbaycan keçən ili “Multikulturalizm İli” elan etmişdi. Multikulturalizm
bizim dövlət siyasətimizdir, eyni zamanda, həyat tərzimizdir. Azərbaycanda
yaşayan bütün dinlərin, millətlərin nümayəndələri bunu təsdiq edə bilərlər.
Multikulturalizmin alternativi yoxdur. Alternativ dünyanı, ölkələri sarsıdan
çox təhlükəli meyillər - islamofobiya, ksenofobiya, antisemitizmdir.
Dünya Azərbaycanın timsalında görür ki, multikulturalizm yaşayır. Lakin
multikulturalizmlə bağlı bəzən çox bədbin fikirlər səslənir, özü də yüksək
səviyyədən. Buna baxmayaraq, biz hamımız çalışmalıyıq ki, bu ülvi dəyərləri
qoruyaq, möhkəmləndirək. Multikulturalizm hər bir ölkə üçün adi hala
çevrilməlidir.

Qeyd etdiyim kimi, Azərbaycanın İslam ölkələri ilə İslam Əməkdaşlıq
Təşkilatı çərçivəsində həm özəl münasibətləri var, həm də Azərbaycan bu təşkilat
çərçivəsində fəal rol oynayır və böyük dəstəyə malikdir. Eyni zamanda, bizim
Avropa ölkələri ilə də sıx əlaqələrimiz var. Avropa İttifaqına üzv 9 ölkə ilə
Azərbaycan strateji tərəfdaşlıq sənədi imzalamışdır. Yəni, bu da Avropa İttifaqının
üzvlərinin üçdəbir hissəsidir. Avropa İttifaqı ilə də bizim çox sıx əlaqələrimiz
var. Bir sıra məsələlər ətrafında çox ciddi iş gedir və bu ilin əvvəlində Avropa
İttifaqı ilə Azərbaycan arasında gələcək saziş üzərində iş başlamışdır. Bu, bir
daha ölkəmizin həm beynəlxalq gündəlikdə duran məsələlərə münasibətini, eyni
zamanda, bizim siyasətimizi əks etdirir.Azərbaycan xalqı öz milli mənəvi köklərinə
çox bağlıdır. Müstəqil Azərbaycan dövlətinin təməli məhz bu milli dəyərlərdir.
Bizim milli dəyərlərimiz isə ümumbəşəri dəyərlərin tərkib hissəsidir. Həm coğrafi
yerləşməyimiz, bizim tariximiz, sivilizasiyaların Azərbaycan ərazisindəki keçmişi
və rolu, əlbəttə ki, Azərbaycanı, bax, dinlərarası, mədəniyyətlərarası dialoqun
aparılmasında əvəzolunmaz ölkəyə çevirir.

Bir məsələni də qeyd etməliyəm ki, əlbəttə, bu istiqamətdə dövlət siyasəti
aparılır və aparılacaq. Ancaq bizim bu istiqamətdəki siyasətimiz ictimai rəyə

139

söykənir. Çünki Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı bu duyğularla, bu
fikirlərlə yaşayır. Bizim uğurlu inkişafımız göstərir ki, dinlərarası, millətlərarası
münasibətlər lazımi səviyyədə olanda inkişaf da, sabitlik də olur və bütün
Azərbaycan vətəndaşları gələcəyə də nikbinliklə baxırlar.

Bu il biz İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirmişik. IV
İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Əllidən artıq ölkədən 3 mindən
çox idmançı, minlərlə qonaq gəlmişdi. Bu, həm böyük idman yarışı idi, eyni
zamanda, bu, bir dostluq bayramı, qardaşlıq bayramı idi. Bütün İslam ölkələrinin
aparıcı idmançıları Bakıda idilər. Əlbəttə, biz fəxr edirik ki, Azərbaycan milli
komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. Amma əsas
məsələ bunda deyil. Əsas məsələ ondadır ki, bu Oyunlar bir daha göstərdi ki,
İslam həmrəyliyi var və gənc nəsil gərək gələcəkdə bu gözəl dəyərləri daim dərk
etsin və gücləndirsin. İki il bundan əvvəl isə Bakıda tarixdə ilk dəfə olaraq Avropa
Oyunları keçirilmişdir. Digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları
2015-ci ilə qədər heç vaxt keçirilməmişdir. İlk Avropa Oyunları Azərbaycanda
keçirilmişdir və Avropadan 5 mindən çox idmançı burada yarışırdı, minlərlə
qonaq gəlmişdi. Azərbaycan komandası bu Oyunlarda ikinci yerə layiq görüldü.

Yəni, bu iki hadisə özlüyündə bir göstəricidir. Əlbəttə ki, bunlar böyük,
möhtəşəm idman tədbirləri idi. Amma, eyni zamanda, həm Avropa, həm İslam
Oyunlarının iki il ərzində bir şəhərdə, bir ölkədə keçirilməsi həm Avropa, həm
İslam aləminin bizə olan münasibətini göstərir, həmçinin onu göstərir ki, bir daha
dediyim fikirlərə qayıdıram - Azərbaycan sivilizasiyalar, dinlər və qitələr arasında
nadir rol oynayır.

Digər önəmli təşəbbüs 2008-ci ildə Azərbaycan tərəfindən irəli
sürülmüşdür. Bildiyiniz kimi, Azərbaycan, eyni zamanda, Avropa Şurasının
üzvüdür. Biz belə qərara gəldik ki, Avropa Şurasının mədəniyyət nazirlərinin
toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini
dəvət edək. Tarixdə ilk dəfə olaraq iki təşkilatın nazirləri Bakıda görüşdülər.
Çox səmərəli görüş keçirilmişdir, çox səmimi fikir mübadiləsi aparılmışdır.
Biz hesab etdik ki, bu təşəbbüsün davamı olmalıdır, yəni, bu, sadəcə olaraq, bir
görüş olmamalıdır. Bu məqsədlə növbəti il biz İslam Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin mədəniyyət nazirlərinin tədbirini keçirdik və Avropadan nazirləri

140 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

dəvət etdik. Yəni, bu, artıq ənənəyə çevrildi və sonra bu təşəbbüsə “Bakı
Prosesi” adı verildi. Bu gün “Bakı Prosesi” yaşayır, inkişaf edir. Gələn il biz
“Bakı Prosesi”nin on illik yubileyini qeyd edəcəyik. “Bakı Prosesi” bütün
beynəlxalq mötəbər təşkilatlar tərəfindən, xüsusilə BMT tərəfindən çox yüksək
qiymətləndirilir. Bu, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası arasında
əlaqələrin inkişafı üçün dünya miqyasında nadir bir platformadır. Yenə də
təşəbbüs Azərbaycan tərəfindən gəldi.

Əminəm ki, biz belə təşəbbüslərlə ümumi işimizə töhfə veririk. Ümumi
məqsədimiz ondan ibarətdir ki, dünyada sülh, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma
olsun, ölkələr bir-birinin işinə qarışmasın. Belə olan halda müharibələr də
olmayacaq və bütün dünyada sülh bərqərar olacaq.

Azərbaycan gənc müstəqil dövlətdir. Müstəqilliyimizin cəmi 26 yaşı var.
Müstəqilliyin ilk illəri çox ağır keçmişdir, çox faciəvi hadisələr baş vermişdir.
1993-cü ilə qədər Azərbaycan demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə
xaos, anarxiya, iqtisadi böhran hökm sürürdü, inflyasiya min faizlərlə ölçülürdü,
bütün sənaye müəssisələrimiz, demək olar ki, fəaliyyətsiz qalmışdı və ölkənin
inkişafı üçün perspektivlər çox qaranlıq idi. Bundan əlavə, o vaxtkı hakimiyyət
Azərbaycanda vətəndaş müharibəsinə start verdi və qardaş qanı axıtdı. Mənfur
qonşu Ermənistan bundan istifadə edərək torpaqlarımızın bir hissəsini işğal
etmişdir. Yəni, Azərbaycan demək olar ki, uçurum kənarında idi. Belə vəziyyətdə
Azərbaycan xalqı özünə xas olan müdriklik göstərərək böyük lider Heydər
Əliyevi hakimiyyətə dəvət etmişdir və 1993-cü ildən bu günə qədər Azərbaycan
inkişaf və tərəqqi yolu ilə gedir. 1993-cü ildən başlanan siyasi, iqtisadi islahatlar,
beynəlxalq arenada rolumuzun artması, ölkə daxilində bütün qanunsuz silahlı
birləşmələrin tərksilah edilməsi, vətəndaş müharibəsinin dayandırılması, yeni
Konstitusiyanın qəbul edilməsi və ölkəmizin strateji inkişafı ilə bağlı çox dəqiq
qərarlar xalqımızı ağır vəziyyətdən çıxara bildi və bu gün də Azərbaycan uğurla
inkişaf edir. Eyni zamanda, müstəqilliyin ilk illərində Azərbaycanda dinlərarası,
millətlərarası münasibətlər də demək olar ki, pozulmuşdu. Yumşaq desək, bu
sahədə, çox böyük səhvlər, dəqiq desək, cinayətlər törədilmişdir. Məhz Heydər
Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bu sahədə də dönüş
yarandı, dövlət-din münasibətləri lazımi səviyyədə quruldu. Bu gün dövlət-din

141

münasibətlərinin səviyyəsinə və mahiyyətinə görə Azərbaycan bir çox ölkələr
üçün nümunə ola bilər.

Bu gün 26 ildir müstəqil dövlət kimi yaşayan Azərbaycan ayaqda möhkəm
dayanır. Əlbəttə ki, bizim əsas problemimiz Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsidir. Bildiyiniz kimi, Ermənistan beynəlxalq birlik tərəfindən
tanınan torpaqlarımızın 20 faizini 20 ildən çoxdur ki, işğal edib. Bu torpaqlardan
bir milyondan çox vətəndaş qovulub, qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər qanlı
cinayət – Xocalı soyqırımını törətmişlər. Erməni quldurları tərəfindən 600-dən çox
günahsız, dinc insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq qətlə
yetirilmişdir. Xocalı soyqırımını 10-dan çox ölkə artıq soyqırımı kimi tanıyıb.

BMT münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə
açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan
dərhal və qeyd-şərtsiz geri çəkilməlidir. Ancaq bu qətnamələr kağızda qalıb. Bu
qətnamələri qəbul edənlər bu məsələyə biganə qalırlar. Ermənistan da bundan
istifadə edərək öz işğalçı siyasətini davam etdirir. İşğal edilmiş torpaqlarımızda
bütün binalar dağıdılıb. Bizim tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər
tərəfindən dağıdılıb. Bu dağılmış məscidlərin fotoşəkilləri indi internetdə kifayət
qədər dərc edilib, bunu hər bir insan görə bilər. Bütün infrastruktur dağıdılıb.ATƏT
işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. O missiyalar
dediyim mənzərə ilə üzləşmişlər və öz məruzələrində bunu əks etdirmişlər.

Münaqişə ilə bağlı Azərbaycan dövlətinin mövqeyi beynəlxalq hüquqa
tam əsaslanır. İlk növbədə, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, tarixi
torpağıdır, digər tərəfdən, beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz
hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi
tanıyır. Belə olan halda münaqişə yalnız və yalnız beynəlxalq hüququn norma
və prinsipləri əsasında öz həllini tapmalıdır, BMT Təhlükəsizlik Şurasının
qətnamələri, - bu sənədlərdən daha üstün sənəd dünyada yoxdur, - tam icra
edilməlidir və ölkəmizin ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycan dövləti
və Azərbaycan xalqı öz torpağında ikinci erməni dövlətinin yaradılmasına heç
vaxt imkan verməyəcək.

O ki qaldı, xalqların öz müqəddəratını təyin etməsi məsələsinə, bu məsələ

142 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Qeyd etdiyim kimi,
dünyanın əksər ölkələri çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Ermənistan
xalqı öz müqəddəratını təyin edib, onların öz dövlətləri var. İkinci erməni
dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradılmasına Azərbaycan heç vaxt
imkan verməyəcək. Bu, əslində çox zərərli, təhlükəli və xəstə bir məntiqdir.
Ermənilər bir çox ölkələrdə yaşayırlar. İndi əgər onlar yaşadıqları bütün ölkələrdə
Azərbaycandakı kimi öz müqəddəratını təyin etmək arzusuna düşərlərsə və
aqressiv separatizmə əl atarlarsa, onda baxarıq o ölkələrin siyasəti necə olacaq.

Bu gün dünyada gedən proseslər bizim mövqeyimizi dəstəkləyir və
gücləndirir. Qeyd etdiyim kimi, həm beynəlxalq hüquq, həm tarix, həm potensial
baxımından bizim mövqeyimiz kifayət qədər güclüdür. Ancaq bu gün Avropa
da separatizmlə üzləşir. Görün, Avropa ölkələrində separatizmə qarşı hansı
addımlar atılır. Bizim problemimiz aqressiv separatizmdir. Əli silahlı erməni
quldur dəstələri soyqırımı törətmişlər, zor gücü ilə torpaqlarımızı işğal etmişlər,
günahsız insanları bu torpaqlardan qovmuşlar və bu gün bu torpaqlarda qanunsuz
fəaliyyətlə məşğuldurlar. Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək. Bunun üçün bütün imkanlar var və son hadisələr – keçən ilin
hadisələri bunu bir daha göstərir. Ölkəmizin ərazi bütövlüyü bütün başqa ölkələrin
ərazi bütövlüyü qədər qiymətlidir və dəyərlidir.

Bu böyük və çətin problemə baxmayaraq, ölkəmiz uğurla inkişaf edir. Biz
beynəlxalq arenada çox etibarlı tərəfdaşa çevrildik, bir neçə il bundan əvvəl 155
ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Bu, bizim böyük siyasi
qələbəmiz idi. Çünki o vaxt Azərbaycan cəmi 20 il idi ki, müstəqil ölkə kimi
yaşayırdı və bu illər ərzində beynəlxalq ictimaiyyətin rəğbətini qazana bilmişdir.
Ölkədə çox ciddi iqtisadi islahatlar aparılır. İqtisadi inkişaf baxımındanAzərbaycan
son 14 il ərzində dünyada ən sürətlə inkişaf edən ölkədir. İqtisadiyyatımız, ümumi
daxili məhsul 3 dəfədən çox artmışdır.

Biz, eyni zamanda, çox ciddi sosial siyasət aparırıq və bunun nəticəsində
Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir. İnsan kapitalına
böyük sərmayə qoyulur. Son 14 il ərzində ölkəmizdə üç mindən çox məktəb,
600-dən çox tibb müəssisəsi tikilmiş və ya təmir edilmişdir, 12 min kilometr yol
inşa edilmişdir və digər lazımi sosial infrastruktur yaradılır. Beynəlxalq maliyyə

143

qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Sadəcə bir
rəqəmi demək kifayətdir ki, bu barədə təsəvvür olsun: Ümumdünya Davos İqtisadi
Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə
35-ci yerə layiq görüb. Yəni, bu, çox böyük göstəricidir və biz bu göstəriciyə enerji
resursları hesabına çatmamışıq. Əlbəttə ki, Azərbaycanın zəngin enerji resursları
var və bu resurslardan biz səmərəli şəkildə istifadə edirik. Amma ölkələrin
rəqabətqabiliyyətliliyi digər parametrlər üzərində hesablanır və bu göstərici bizi
dünya miqyasında 35 ən rəqabətqabiliyyətli iqtisadiyyatlar arasına daxil edir.

Məndə və bilirəm ki, cəmiyyətdə ölkəmizin gələcək inkişafı ilə bağlı
çox nikbin fikirlər var. Bu gün reallaşan nəhəng enerji layihələri, 40 milyard
dollar dəyəri olan “Cənub Qaz Dəhlizi” və bizim digər layihələrimiz ölkəmizin
uzunmüddətli uğurlu, dayanıqlı inkişafını dəstəkləyəcək.

Azərbaycan bölgədə çox önəmli nəqliyyat mərkəzinə çevrilir. İki ay bundan
əvvəl istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu qitələri - Asiyanı Avropa ilə
ən qısa yolla birləşdirdi. Hazırda biz “Şimal-Cənub” nəqliyyat dəhlizi üzərində
işləyirik. Bu istiqamətdə də çox önəmli nəticələr var. Biz ilin sonuna qədər növbəti
nəticələri gözləyirik ki, qısa müddətdə – bəlkə də iki-üç il ərzində bu yolu da biz
qonşu ölkələrlə birlikdə istifadəyə verək. Beləliklə, bundan sonra həm Şərqdən
Qərbə və əks istiqamətə, həm də Şimaldan Cənuba və əks istiqamətə dəmir yolları
Azərbaycan ərazisindən keçəcəkdir. Bu, bizə əlavə iqtisadi mənfəət və əlbəttə
ki, siyasi dividendlər gətirəcək. Bu, regional əməkdaşlığa da çox ciddi müsbət
təsir göstərəcək. Eyni zamanda, əminəm ki, bu, bizim bugünkü konfransımızın
burada yazılan mövzusuna da öz müsbət təsirini göstərəcək. Çünki millətlərarası,
dinlərarası, mədəniyyətlərarası dialoqun aparılması üçün hesab edirəm ki, sadəcə
olaraq, söz danışmaq kifayət deyil. Konkret layihələr, konkret maraqlar olmalıdır,
maraqların uzlaşması, balansı və qarşılıqlı asılılıq olmalıdır. Bizim regionda icra
etdiyimiz layihələr bu qarşılıqlı maraqları təmin edir.

Əlbəttə ki, bütün bu nailiyyətləri biz qonşularımızla birlikdə əldə etmişik.
Tranzit olmaq istəyən hər bir ölkə gərək öz qonşuları ilə yaxın münasibətlər
qursun. Bizdə də bu, belədir. Biz qonşularımızla çox sıx əlaqələr qurmuşuq.
Əlbəttə ki, bu, regional təhlükəsizliyə və sabitliyə də öz müsbət təsirini göstərir.

Bir sözlə, əziz dostlar, mən hesab edirəm ki, Azərbaycan müstəqillik

144 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

dövründə mədəniyyətlərarası dialoqun inkişafında və İslam həmrəyliyinin
güclənməsi işində öz rolunu oynayıb. Biz bundan sonra da bu yolla gedəcəyik.

Fürsətdən istifadə edərək, sizə - bütün qonaqlara Bakıya gəldiyiniz üçün
bir daha təşəkkürümü bildirirəm və konfransa uğurlar arzulayıram. Sağ olun.

145

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEVİN ANDİÇMƏ
MƏRASİMİNDƏ NİTQ

Bakı, 18 aprel 2018-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan
Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən
Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin
müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət
edəcəyimə and içirəm!

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:
Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu
yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca
tutacağam.

146 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

MÜQƏDDƏS RAMAZAN AYI MÜNASİBƏTİ İLƏ
İFTAR MƏRASİMİNDƏ NİTQ

Bakı, 6 iyun 2018-ci il

Hörmətli şeyx həzrətləri.
Hörmətli din xadimləri.
Xanımlar və cənablar.
Hər il olduğu kimi, biz bu il də mübarək Ramazan ayında iftar məclisində
görüşürük. Bu gözəl ənənə yaşayır və yaşamalıdır. Bu, Azərbaycanda dövlət-
din əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Dövlət-din
münasibətlərinin formalaşmasının təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur.
Bütün sahələrdə olduğu kimi, Ulu Öndər Azərbaycanın inkişaf konsepsiyasının
müəllifidir. İnkişaf istiqamətlərini müəyyən edərkən o, çox böyük uzaqgörənlik
göstərmişdir. Bu gün Azərbaycanın uğurlu inkişafı məhz bu konsepsiyanın
icrası nəticəsində mümkün olmuşdur. O cümlədən dövlət-din münasibətlərinin
qurulması, yaradılması işində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O,
hakimiyyətə gələnə qədər Azərbaycanda bu münasibətlər tənzimlənmirdi və
böyük boşluq yaranmışdı. Biz keçən ay Ulu Öndərin anadan olmasının 95-ci
ildönümünü qeyd edərkən, əziz xatirəsinə hörmətimizi ifadə edərkən onun xalq
qarşısında gördüyü böyük xidmətlər haqqında danışmışıq, onun fəaliyyətini yada

147

salmışıq. Bu gün də şeyx həzrətlərinin təşkil etdiyi iftar məclisində Ulu Öndərin
dövlət-din münasibətlərinin tənzimlənməsində gördüyü işlər və oynadığı rol
haqqında danışırıq və bu, təbiidir.

Şeyx həzrətlərinin bu məsələlərin uğurla həlli işində fəaliyyətini mən çox
yüksək qiymətləndirirəm. Dövlət-din münasibətlərinin inkişafı şeyx həzrətlərinin
böyük əməyi sayəsində mümkün olmuşdur və bu gün bu əlaqələr nümunəvidir.
Şeyx həzrətləri nəinki Azərbaycanda, eyni zamanda, Qafqazda, postsovet
məkanında, Avropada, ümumiyyətlə, dünyada çox böyük hörmətə malik olan bir
din xadimidir. Şeyx həzrətlərinin uğurlu fəaliyyəti Azərbaycanı dünyada öz milli
dəyərlərinə sadiq, eyni zamanda, çox açıq, çox tolerant, müasir dövlət kimi təqdim
edir. Azərbaycanda dövlət-din münasibətlərinin bu yüksək səviyyədə olmasında
şeyx həzrətlərinin çox böyük xidməti var. Mən bilirəm ki, keçən il Azərbaycanda
“İslam Həmrəyliyi İli” qeyd olunan zaman şeyx həzrətləri bir çox ölkələrdə
Azərbaycan həqiqətləri haqqında danışmış, çıxış etmiş, beynəlxalq konfranslarda
iştirak etmiş və ölkəmizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmışdır.

Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Bugünkü
iftar məclisimizdə səslənən fikirlər, ənənəvi dinlərin rəhbərlərinin çıxışları bir daha
bunu göstərir. Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr
nümunəvi xarakter daşıyır. Bilirəm ki, bu məsələlərlə bağlı Azərbaycan modeli bu
gün artıq dünyada bir çox yerlərdə öyrənilir. Bu, bizim uğurlu inkişafımız üçün
lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizin
vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir.

Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş
dövlət siyasəti aparılır və bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir.
Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin
edir. Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz
bu münasibətlərin əsasında qurulubdur. Azərbaycan xalqı öz milli dəyərlərinə
sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulubdur. Eyni zamanda,
Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin
qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Biz həm dünyaya Azərbaycandan
çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu
münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalımız birdir,

148 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

bizim niyyətimiz birdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da
sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh,
əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla
bunu təmin edirik.

Bir neçə gün bundan əvvəl mən Azərbaycanda fəaliyyət göstərən müsəlman
ölkələrinin səfirləri ilə görüşmüşəm. Ramazan ayında bu görüşlər ənənəvi
xarakter daşıyır. Görüş zamanı müsəlman ölkələri ilə bizim əlaqələrimiz haqqında
danışmışam. Bu əlaqələr yüksək səviyyədədir. Azərbaycan müsəlman aləmində
çox böyük dəstəyə, çox böyük hörmətə malik olan bir ölkədir. Müsəlman ölkələri
beynəlxalq təşkilatlarda Azərbaycanı daim dəstəkləyirlər və yaxşı bilirlər ki,
Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrini
dəstəkləyir. Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal
və uğurlu rol oynayır. Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin
təqdimatı ilə bağlı bir çox tədbirlər keçirmişik, keçiririk və keçirəcəyik. Sərgilər,
mədəni proqramlar, təqdimatlar, konfranslar – bütün bu addımlar bir məqsədi güdür
ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi
hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi
ucaldaq və real həqiqətləri çatdıraq. Bilirəm ki, bu sahədə apardığımız fəaliyyət
müsəlman aləmində çox böyük hörmətlə qarşılanır. Bizim bu fəaliyyətimiz bir
daha onu göstərir ki, Azərbaycan həm İslam mədəniyyətinin təbliğinə, həm İslam
ölkələri arasındakı həmrəylik meyillərinə çox güclü töhfə verir.

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini məsələlərin həllinə
çox yüksək qiymət verir. İslam Əməkdaşlıq Təşkilatı ölkəmizi Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim dəstəkləyir. Bir çox
qətnamələr qəbul edilmişdir. Bu qətnamələrdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətlər, real vəziyyət və ədalətli mövqe
nümayiş etdirilir. Azərbaycanın haqq səsi dəstəklənir və bu dəstəyə görə biz İslam
Əməkdaşlıq Təşkilatına minnətdarıq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq
norma və prinsiplər əsasında həll olunmalıdır. Dağlıq Qarabağ bizim tarixi
torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi
əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri

149

çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus
olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü
tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma
rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm
beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri
nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həli üçün
əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail
olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq,
ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm
tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər
təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və
bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.

Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın
ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini
ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham
etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini
qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən
həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni
xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O
kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və
cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən
dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır,
ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda
inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı
dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə
ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib
və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə
nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək. Ümid edirəm ki, Ermənistanın yeni
rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin
tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real
danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və

150 MƏNƏVİ DƏYƏRLƏR İLHAM ƏLİYEV SİYASƏTİNİN TƏRKİB HİSSƏSİ KİMİ

Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik,
bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə
öz həllini tapa bilər.

Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlət dindarlara daim dəstək,
dayaq olur. Bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə bərpa
edilibdir. Şeyx həzrətləri qeyd etdiyi kimi, indi Təzəpir məscidinin ətrafı təmizlənir.
Onun ətrafı böyük bir ictimai zonaya çevriləcək, orada böyük park salınır. Çünki
vaxtilə Təzəpir məscidinin ətrafındakı binalar onun əzəmətini gizlədirdi. İndi artıq
məscidin bir hissəsi açılıb, böyük park salınır. Digər hissənin açılması gözlənilir
və beləliklə, Azərbaycanda gözəl bir memarlıq ansamblı yaradılır.

Bibiheybət məscidi bizim qədim tarixi məscidimizdir. “İmamzadə” tarixi-
dini kompleksi, Şamaxı Cümə məscidi, Əjdərbəy məscidi dövlət tərəfindən əsaslı
şəkildə təmir edilib. Ölkəmizin ən böyük məscidi olan Heydər məscidi dövlət
hesabına tikilib ki, bu, memarlığına görə bir əsərdir. Eyni zamanda, keçən il
Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Uzun fasilədən
sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində azan səsi eşidilir. Şamaxı
məscidi ilə eyni vaxtda inşa edilmiş, ən qədim məscidlərimizdən biri olan Şamaxı
rayonunun Dəmirçi kəndindəki məscid keçən il əsaslı şəkildə təmir edilmişdir.
Bu il Hacı Cavad məscidinin yeni binası tikildi və şeyx həzrətləri qeyd etdiyi
kimi, Prezident seçkilərindən sonra mənim getdiyim birinci yer məhz Hacı Cavad
məscidinin yeni binasının açılışı olmuşdur və bu, təsadüfi deyil. Çünki mən oraya
seçkilərdən əvvəl də, seçkilərdən bir ay sonra da gedə bilərdim. Məhz seçkilərdən
sonra birinci tədbir - yenidən tikilmiş Hacı Cavab məscidinin açılışı hesab
edirəm ki, böyük məna daşıyır. Hesab edirəm ki, dindarlar və bütün Azərbaycan
vətəndaşları bunu çox gözəl başa düşürlər.

Eyni zamanda, XIX əsrdə inşa edilmiş və Heydər Əliyev Fondu tərəfindən
əsaslı təmir olunmuş İmam Hüseyn məscidi də açılışa hazırdır. Yəni, bu
istiqamətdə həm dövlət, - əlbəttə ki, əsas yükü dövlət öz üzərinə götürüb, - həm
də ictimai qurumlar öz töhfəsini verirlər və bu, bizim borcumuzdur. Bizim tarixi
abidələrimiz, dini abidələrimiz milli sərvətimizdir. Bütün başqa dinlərin məbədləri
bizim üçün əzizdir, bizim sərvətimizdir. Azərbaycanda bütün dinlərin tarixi-dini
abidələri qorunur, bərpa edilir, tikilir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda


Click to View FlipBook Version