The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.

İntihar mənəvi və ictimai müstəvidə 1x32

Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-08 02:10:21

İntihar mənəvi və ictimai müstəvidə 1x32

İntihar mənəvi və ictimai müstəvidə 1x32

bir çox təşkilatlar insanların depressiya və
stressə , intihara meyil yaradacaq əlamətlərə
qarşı motivasiyasını gücləndirmək məqsədilə
dəstək qrupları formalaşdırıblar. Bu qruplar
müxtəlif sahənin mütəxəssislərindən ibarət
olaraq intiharameyilli insanlarla bağlı
qabaqlayıcı tədbirlərin təşkilini həyata
keçirir.

c) Könüllülər – İntiharla mübarizədə
dünyada könüllü institutundan da istifadə
edilməkdədir. Belə ki, xüsusi təlim keçmiş
könüllülər vasitəsilə qaynar xəttlər, internet
saytları, sosial şəbəkə qrupları yaradılmışdır.
Əsas məqsəd anonimliyi qorumaq şərti ilə
intihar həddinə çatmış insanlarla söhbət
aparmaq, onları fikrindən daşındırmaqdır.

51

İnzibati-hüquqi mübarizə

XIX əsrin əvvəllərinə qədər dünya
ölkələrinin bir çoxunda intihara cəhd edən
şəxslərlə bağlı müxtəlif cəza növləri, o
cümlədən azadlıqdan məhrumetmə, yəni həbs
cəzası da tətbiq olunurdu. Müasir dövrdə,
xüsusilə son 50 ildə vəziyyət tamamilə
dəyişib. Bir çox ölkələr öz qanunvericilik
aktlarına dəyişiklik edərək intihara cəhdi
hüquq pozuntusu siyahısından çıxarıblar.
Bununla belə, dünya ölkələrinin demək olar
ki, hamısında “intihar həddinə çatdırma” ilə
bağlı cinayət məsuliyyəti nəzərdə tutulur.

Aparılmış araşdırmalara görə 192
ölkədən 25-də hələ də intihara cəhd etmə ilə
bağlı müəyyən cəzalar tətbiq edilməkdədir.
Şəriət qaydaları ilə idarə olunan bəzi İslam

52

ölkələrində isə dini hökmlərə görə böyük
günah hesab edilən intiharla bağlı cəzalar
verilir.



53

Milli strategiyalar

İntiharla mübarizənin yuxarıda qeyd
etdiyimiz və praktikada tətbiq edilən
mübarizə metodları ilə yanaşı bəzi
ölkələr tərəfindən “İntiharla mübarizə”
adlı genişmiqyaslı milli strategiyalar da
hazırlanmışdır. Bu strategiyaların əsas
məqsədi intihar və intiharameyilli şəxslərlə
bağlı sistemli mübarizənin təşkildir.
Strategiyanın mövcudluğu intiharla mübarizə
baxımından kompleks yanaşma ortaya qoyur.
Strategiyanın pərakəndə mübarizədən bir
sıra üstün cəhətləri var. Birincisi, strategiya
istiqaməti müəyyənləşdirir, qüvvə və
vasitələrə aydınlıq gətirir. İkincisi, strategiya
konkret şəkildə qurum və təşkilatların
səlahiyyət bölgüsünü həyata keçirməklə
mübarizənin effektivliyini artırır. Üçüncüsü,

54

strategiya profilaktik fəaliyyətin təkmil
şəkildə və koordinasiya əsasında təmin
edilməsinə əlverişli şərait yaradır. Onu da
qeyd edək ki, məsələnin aktuallığı nəzərə
alınaraq Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən Birləşmiş Millətlər Təşkilatının
himayəsi altında “İntiharla mübarizə:
milli strategiyaların hazırlanması və icrası
üzrə təlimat” mövzusunda monoqrafiya
hazırlanmışdır. Təlimat hazırlanana qədər
dünya ölkələrindən sadəcə Finlandiyada
intiharla mübarizə ilə bağlı milli strategiya
mövcud idi. Daha sonra Təlimatdan istifadə
etməklə 25 ölkə intiharla mübarizədə milli
strategiya hazırlayaraq icra etmişdir.

55

Yaponiya


1998-ci ildə Yaponiyada intiharların
sayında əvvəlki ilə nisbətdə ciddi artım
müşahidə edildi. Belə ki, 1997-ci ildə
ölkə üzrə 24.391 nəfər intihar etmişdisə,
1998-ci ildə bu rəqəm 32  863 nəfərə qədər
yüksəldi. Statistikaya görə 1978-1997-ci illər
ərzində ölkə üzrə orta hesabla ildə 25.000
nəfər intihar etmişdir. Mütəxəssislər intihar
edənlərin sayının xüsusilə orta yaşlı kişilər
arasında artdığını müşahidə edərək bunun
əsasən sosial-iqtisadi vəziyyətlə əlaqədar
olduğunu qeyd edirdilər. Həmin dövrdə baş
verən silsilə intihar hadisələri Yaponiyada
ciddi müzakirələrə gətirib çıxarmışdı.
2000-ci ildən etibarən Yaponiyada
vəziyyət dəyişdi. İlk olaraq intihar baş

56

vermiş ailələrin nümayəndələri bununla
bağlı öz fikirlərini ictimaiyyətlə bölüşməyə
başladılar. 2002-ci ildə Yaponiyanın
Səhiyyə, Əmək və Sosial müdafiə Nazirliyi
tərəfindən ekspertlərin iştirakı ilə intiharla
mübarizəyə həsr edilmiş “dəyirmi masa”
təşkil edildi. Ekspertlərin müzakirəsinin
nəticəsi olaraq təqdim edilmiş arayışda qeyd
edilirdi ki, intiharla mübarizə strategiyası
psixoloji səbəblərlə yanaşı, sosial-iqtisadi,
mədəni, elmi faktorları da nəzərə almalıdır.
Qeyd edilən arayış mötəbər hesab edilsə
də praktikada bununla bağlı həmin dövrdə
hər hansı tədbir görülmədi. 2005-2006-cı
illərdə intihar Yaponiyada daha çox “sosial”
problem hesab edilir. Hətta bununla bağlı
2005-ci ilin may ayında intiharla mübarizəyə
həsr edilmiş forum təşkil edildi. Forumda
intiharla mübarizədə təcili və təxirəsalınmaz

57

tədbirlərin görülməsi barədə qərar qəbul
edildi. 2006-cı ildə intiharla mübarizədə
milli strategiyanın hazırlanması məqsədilə
Yaponiya parlamenitində xüsusi Komissiya
yaradıldı. Yüz mindən çox insanın imzaladığı
petisiyanın tələblərinə uyğun olaraq 2006-
cı ildə adıçəkilən Komissiyanın fəaliyyəti
nəticəsində intiharla mübarizənin baza
prinsiplərinə dair Akt qüvvəyə mindi.
Bundan sonra intiharla mübarizənin
koordinasiya fəaliyyətini Yaponiyanın
Nazirlər Kabineti həyata keçirməyə başladı.
2007-ci ildə “İntiharla mübarizənin ümumi
prinsipləri” adlı yeni sənəd qəbul edildi. Bu
sənəddə intiharla mübarizənin profilaktikası,
eləcə də intihara cəhd etmiş şəxslərlə işin
təşkilinin əsasları öz əksini tapmışdı. Sənəd
Yaponiya hökümətinə də bir sıra tapşırıqları
nəzərdə tuturdu. 2009-cu ildə Ümumdünya

58

İqtisadi Böhranı ərəfəsində Yaponiyada
regional fövqəladə Fond tərəfindən bir
sıra maarifləndirici tədbirlər təşkil edildi.
Bu tədbirlər xüsusilə mart ayında həyata
keçirilirdi. Ekspertlərin fikrincə mart ayında
dünya üzrə intiharların sayında artım
müşahidə edilir. 2010-cu ildə Yaponiya
höküməti tərəfindən mart ayı Milli İntiharla
Mübarizə Ayı olaraq elan edildi. Ay ərzində
ölkədə bir çox təşkilatlar tərəfindən müxtəlif
səpkili tədbirlər görüldü.

Həyata keçirilən tədbirlər nəticəsində
2009-cu ildən etibarən intihar edənlərin
sayında azalma müşahidə edilməyə başladı.
2012-ci ildə 1998-ci ildən bu yana ilk dəfə
illik intihar statistikası 30 000 nəfərdən az idi.
Böyük şəhərlərdə intihar edənlərin sayında
ciddi azalma müşahidə edildi. Azalma
xüsusilə orta və yaşlı nəslin nümayəndələrini

59

əhatə edirdi. İqtisadi-sosial çətinliklərlə
əlaqədar intihar edənlər isə demək olar ki,
qeydə alınmırdı.

60

Çili

Son 20 ildə, xüsusilə 2000-ci ildən
etibarən Çilidə intihar hadisələrinin sayında
artım müşahidə edilir. Xüsusilə gənclər və orta
yaşlı nəslin nümayəndələri arasında intihar
halları daha çoxdur. Bununla bağlı olaraq
2007-ci ildə Çilidə “İntiharla mübarizə üzrə
milli Plan” hazırlandı. Plan milli strategiya
xarakteri daşıyaraq aşağıdakı istiqamətlər
üzrə tədbirlər həyata keçirdi:

• Şəhər və regionlarda risk faktorla-
rının təyin edilməsi məqsədilə intihar, eləcə
də intihara cəhd hallarının müəyyən edilməsi
üzrə monitorinq xidmətinin təşkili

• Regional səhiyyə təşkilatlarının
koordinasiyaında 15 profilaktik planın hazır-
lanması

61

• İntihara cəhd hallarına operativ
müdaxilə məqsədilə tibb personalı üçün
müvafiq təlimlər

• Orta məktəblərdə psixoloji təlimlərin,
özünəinam, çətinliklərin həlli və digər
məsələlərlə bağlı treninqlər

• Psixoloji böhran zamanı qaynar xətt,
veb sayt və digər müraciət növlərinin təşkili

• Kütləvi informasiya vasitələrində
intiharla bağlı kortəbii məlumat və
reportajların qarşısının alınması məqsədilə
media nümayəndələrinin maarifləndirilməsi

Çilidə tətbiq edilmiş milli strategiya
nəticəsində gənclər arasında intihar hallarının
qarşısı 10 % alınmışdır. Qeyd edək ki,
adıçəkilən milli strategiya 2011-2020-ci
illləri əhatə edir.

62

İsveçrə

Digər Avropa ölkələri ilə müqayisədə
İsveçrədə intihar halları nisbətən aşağı
statistik göstəricilərə malikdir. İsveçrə
federativ quruluşa malik olduğu üçün
burada koordinasiyalı milli strategiyanın
təşkili o qədərə də asan deyil. 26 kantondan
ibarət İsveçrədə fərqli kantonlar tərəfindən
müxtəlif strategiyalar müəyyənləşdirilmiş
və tətbiq edilmişdir (məs. Suq kantonunun
İntiharla Mübarizə üzrə 2010-2015-ci illəri
əhatə edən strategiyası). İsveçrədə intiharla
mübarizə istiqamətində aşağıdakı tədbirlər
görülmüşdür:

• İntihar vasitələrindən istifadə imkan-
larının məhdudlaşdırılması

• Kütləvi informasiya vasitələrində inti-

63

har halları ilə bağlı xəbərlərin monitorinqinin
təşkili

• İntihara cəhd etmiş şəxlərə təcili və
təxirəsalınmaz müdaxilənin təşkili

• İntihara cəhd etmiş şəxslərin
nəzarətdə saxlanılması

• Könüllü qrupların yaradılması
• Ümumdünya İntiharla Mübarizə
Günü çərçivəsində maarifləndirmə işinin
aparılması
• İntihar etmiş şəxslərin ailə üzvlərinə
dəstək qruplarının yaradılması
• Qaynar xəttlərin təşkili (telefon
xəttlərinin)
2011-ci ildən etibarən İsveçrə dövlət
orqanları və Parlamenti tərəfindən intiharla
mübarizə istiqamətində sistemli mübarizə
strategiyası tətbiq edilməkdədir.

64

Şotlandiya


2002-ci ildə Şotlandiyada intiharla
mübarizə üzrə “Həyatı seç” adlı milli
strategiya layihəsi tətbiq olunmağa başladı.
Startegiyanın məqsədi 2013-cü ilə qədər
intihar hallarında 20 % azalmaya nail olmaq idi.
Əsas səbəb isə Şotlandiyada intihar hallarında
olan artım idi. Belə ki, 2001-ci ildə kişilər
arasında hər 100 000 nəfərdən 27-si, qadınlar
arasında isə 9-u intihar edirdi. Şotlandiyada
həyata keçirilən “Həyatı seç” layihəsi əhali
arasında psixi sağlamlığın gücləndirilməsi,
sosial ədalətsizlik və bərabərsizliklə mübarizə
proqramı çərçivəsində yaradılmışdı. Bu
layihə hesabına intiharla mübarizə daha
səmərəli və genişmiqyaslı xarakter almışdı.
“Həyatı seç” layihəsi intiharla mübarizədə

65

Şotlandiyada ciddi işlərin görülməsinə təkan
verdi. Ölkədə intiharla mübarizə məqsədilə
milli şəbəkə quruldu. Yerli bələdiyyələr,
hüquq-mühafizə orqanları, təcili tibbi yardım
və xilasetmə xidmətləri, qeyri-hökümət
təşkilatları, cəzaçəkmə müəssisələrinin
nümayəndələrindən ibarət milli şəbəkə
koordinasiya fəaliyyəti nəticəsində intiharla
mübarizəni təşkil etməklə yanaşı, bu
mübarizəni həyata keçirəcək kadr potensialının
da yaradılmasını təmin etdi. Şotlandiyada 32
bələdiyyə üçün intiharla mübarizə ilə bağlı
yerli icra planı formalaşdırıldı. Həmin icra
planlarında 3 əsas prioritet istiqamət mövcud
idi:

• Ölkədə fəaliyyət göstərən aidiyyəti
qurumların koordinasiyasının təşkil edilməsi.
Bura hüquq-mühafizə, səhiyyə, sosial təminat
və s. qurumlar daxil idi.

66

• İntiharla mübarizədə ixtisaslı kadr
potensialının yaradılması üçün müvafiq təlim
proqramlarının hazırlanması

• İntiharla mübarizənin təşkili məq-
sədilə maliyyə qaynaqları və təminatı

2002-2006-cı illər ərzində Şotlandiya
höküməti “Həyatı seç” layihəsinə 20,4 milyon
funt-sterlinq vəsait ayırıb. Vaxt keçdikcə
layihənin effektivliyi daha da artmış və 2012-
ci ildə Şotlandiyada intihar edənlərin sayı 18
% azalmışdır.

Ümumiyyətlə, dünya praktikası göstərir
ki, intihar hallarının sayının azaldılması
ictimai müstəvidə ciddi və sistemli
mübarizənin təşkil edilməsi ilə mümkün ola
bilər. İctimai mübarizənin həyata keçirilməsi
üçün sadəcə dövlət qurumları və inzibati
təşkilatlar yox, hər bir insan öz üzərinə düşən
vəzifəni yerinə yetirməlidir. İntihar əslində

67

bir insanın deyil, cəmiyyətin faciəsidir. Sosial
və mənəvi fəlakət olan bu hadisənin qarşısını
almaq, bir insanı belə xilas etmək mümkün
olacaqsa əlimizdən gələni etməyə borcluyuq.

68

III FƏSİL

İNTİHAR: ÇARƏ DEYİL

(Mənəvi mübarizənin əsasları)

İntiharla mübarizədə ictimai mübarizə
böyük əhəmiyyət kəsb etdiyi qədər, mənəvi
mübarizə də çox vacib elementlərdən
biridir. Dünya qloballaşdıqca insanlarası
münasibətlərdə müəyyən mənfi tendensiyalar
artmağa başlayıb. Həqiqət budur ki, heç nə
əvvəlkikimideyil.Texnolojiinkişafhəyatımızı
sürətləndirsə də mənəvi tərəfimizin sürətini
kifayət qədər aşağı salıb. İnsanların bir-
birinə münasibətində laqeydlik və soyuqluq
kəskin şəkildə artıb. Hər gün rastlaşdığımız,
görüşdüyümüz yaxınlar və dostların sayı

69

azalmaqdadır. Daxili təlatümlər, sarsıntılar,
mənəvi-psixoloji sağlamlıqla yanaşı, fiziki
sağlamlığımıza da ciddi şəkildə təsir edir.
Müasir insan sosial tərəfləri zəifləyən, özünə
qapalı və depressiyaya meyilli bir həyat
tərzi yaşayır. Sosial tərəflərin zəifləməsi
dedikdə özünüinkişaf perspektivləri, mütaliə,
müzakirə və digər xüsusiyyətlərdən uzaq
instinktiv həyat tərzi nəzərdə tutulur. Bütün
bunların fərdlərin ictimai-sosial həyatına
təsiri danılmazdır. Lakin, ən çox təəssüf
doğuran məqam çarəsizlik və sıxıntıda olan
insanın çarəni intiharda görməsidir. İntiharın
çıxış yolu və yaxud da “qaçış” kimi görünməsi
həqiqətən də təhlükəli tendensiyadır. Heç
bir uğursuzluq, çətinlik və əziyyət həyatı
sonlandırmağa haqq qazandırmamalıdır.
Bəzən bir anlığa nikbinliyizi itirə bilər,
ruhdan düşə və çarəsiz olduğumuzu zənn edə

70

bilərik. Həyatın qaydası belədir. Yaradılmış
heç bir şey əbədi və əzəli olmadığı kimi,
qarşılaşdığımız çətinlik və sıxıntılar da əbədi
deyil. Bu mənanı və mahiyyəti dərk etsək
həyat bizim üçün çox asanlaşar.

71

MÜBARİZƏ

İnsan Qurani-Kərimin təbiri ilə desək
yaradılmışların ən şərəflisi, yer üzünün
xəlifəsidir. Ətrafımızda gördüyümüz hər şey
insan üçün yaradılmışdır. İlahi nemətlərdən
başqa Allah insana özünün rahatlığını təmin
etməsi və yer üzündə yaşayışını səmərəli
formalaşdırması üçün ağıl vermişdir. İnsanın
digər yaradılmışlardan fərqli olan ən önəmli
xüsusiyyəti də məhz ağıl və şüurunun
olmasıdır.

Ağıllı insan yer üzünə gəldiyi gündən,
yəni insanlıq tarixi yarandığı gündən
keşməkeş, çətinlik, fədakarlıq, zəhmət,
əziyyət və digər anlayışlar da formalaşmışdır.
Məktəbdə oxuduğumuz tarix dərsində
saysız-hesabsız müharibələr, münaqişələr

72

və toqquşmalar görüb insanlıq. Daim həyat
mübarizəsi içində olan insan hər şeyə rəğmən
təslim olmayıb. Bizdən daha çətin, daha
ağır və daha keşməkeşli tarixi dövrlər keçib
insanlıq tarixi. İbtidai icma quruluşundan
müasir dövrümüzə qədər insana dair çox
xüsusiyyətlər forma və mahiyyət baxımından
dəyişsə də tək dəyişməyən bir anlayış olub
– MÜBARİZƏ. Nə olursa olsun insan fitri
olaraq mübarizə aparmağa məhkumdur.
Mübarizə bir növ velosiped sürməyə
bənzəyir. Dayandığınız anda yıxılacağınızdan
şübhəniz olmasın. İlk insanların mübarizəsi
qida tapmaq, özünü vəhşi heyvanlardan
qorumaq olduğu halda müasir insanın
mübarizəsi daha yaxşı yaşamaq, maddi
təminat, intellektual inkişaf və digərləri ilə
bağlıdır. Ancaq milyonlarla il keçməsinə
baxmayaraq mübarizə davam edib. Dünyada

73

bir çox elmi kəşflərə nail olmuş alimlər də,
ölkələr və şəhərlər fəth etmiş sərkərdələr də,
saysız hesabsız müharibələrin qalibləri və
məğlubları da, bir sözlə hər kəs mübarizə
aparıb. Qələbələrinə sevinib qürurlandığımız
idmançılar mübarizə aparmadan uğur əldə edə
bilərdimi? Mübarizənin böyüyü və ya kiçiyi
olmur. Mübarizənin qalibi daha çox mübariz
olandır. Bir imtahana hazırlaşan tələbə gecə
də yuxusuz qalaraq oxumağa davam edir.
Yaxşı qiymət almaq üçün mübarizə aparır.
Məqsəd nədir? Uğur əldə etmək.

İngiltərənin keçmiş baş naziri Vilyam
Çörçil deyirdi ki, “çərpələnglər külək
istiqamətində uçduqları üçün deyil, küləyə
qarşı uçduqları üçün yüksəlirlər”. Həqiqət
də budur! Mübarizə aparan insan inkişafını
təminat altına alır. Hər kəsin yaxşı tanıdığı
Harri Potter haqqında silsilə romanların

74

müəllifi Coan Roulinq. Hazırda Britaniyanın
ən varlı qadınlarından biri olan C.Roulinq
çətinliklər içində yaşamış, ailəsi dağıldığı
üçün övladına baxmaqda çətinliklər
çəkmişdir. Dünyada ən məşhur uşaq romanı
olan “Harri Potter və fəlsəfə daşı” kitabını
kompyuteri olmadığı üçün əllə yazan
Roulinq uzun müddət bu kitabı çap etdirə
bilmir. Bütün mətbəələrin rədd etdiyi kitabı
sonda öz uşağı kitab oxumağı sevdiyi üçün
kiçik bir mətbəə sahibi çap edir. 1997-ci ilin
iyunda ayında çıxan «Harri Potter və fəlsəfə
daşı» romanı sensasiya olmuş və Britaniyada
ilin ən yaxşı uşaq kitabı kimi tanınmışdır.
Yəqin ki, Roulinqin sonrakı uğurları
haqqında danışmağa ehtiyac yoxdur... Əgər
Roulinq çətinliklərə yenilib mübarizəni
dayandırsaydı dünya bu gün məşhur Harri
Potteri tanımayacaqdı.

75

Məşhur Hollivud aktyoru Cim Kerri
də bu baxımdan nümunədir. Aylarla evi
olmadığı üçün avtomobildə yatan Cim Kerri
aktyor olmaq istəsə də onu heç kim qəbul
etmirdi. O qədər də yaraşıqlı olmayan Cimin
aktyor olacağına heç kim inanmırdı. Lakin
gecə-gündüz mübarizə aparan Cim sonda
Hollivudun ən böyük aktyorlarından birinə
çevrilir.

Bu hekayələr kitabı hazırlayarkən qarşıma
çıxdı. Məsələnin mahiyyəti ondan ibarətdir
ki, ilahi qanunlar və ictimai nizam elə bir
şəkildə qurulub ki, mübarizəsiz nailiyyət
mümkün deyil. Mübarizəsiz nailiyyətin
mənası da yoxdur əslində. Belə olan halda
hər bir insanın ən ali missiyası mübarizəni
davam etdirmək, təslim olmamaqdır. İntiharın
tərifi isə budur – TƏSLİMİYYƏT. Mübarizə
aparmağı dayandıraraq öz fitrətinə qarşı

76

gələn insan intihar yolunu seçir. Elə intiharın
başqa bir adı da mübarizəni dayandırmaqdır.
Bu yola əl atmadan düşünməlidir insan.
Məgər mübarizə bitibmi? Məgər bütün
qapılar bağlıdırmı yoxsa sadəcə sizə elə
görünür. Bəzən görüntülər bizi aldadır. Hər
şey göründüyü kimi deyil. Nə olursa olsun
HƏYAT DAVAM EDİR, MÜBARİZƏ
DAVAM EDİR

77

ÜMİD VƏ ÜMİDSİZLİK

Ümid bütün çətinliklərə və psixoloji
sarsıntılara rəğmən nəticənin yaxşı olacağına
inanmaqdır. Qurani-Kərimdə “Yusif”
surəsinin 87-ci ayəsində “Allahdan ümidinizi
kəsməyin” deyilir. Ümid insanın ən ağır
vaxtlarında söykəndiyi bir dəyərdir.

İnsandan soruşsaq ki, sənin düşmənin
nədir? Hər halda ümidsizliyini onun ən
böyük düşmənlərindən biri olduğunu deməz.
Halbuki, ümidsizlik insanı maddi və mənəvi
cəhətdən sarsıdan, onu mənəvi böhrana
sürükləyən, intihar etməyə məcbur edən
bir düşməndir. Ümidsizlik insanın mənəvi
dünyasına ciddi zərbə vurmaqla yanaşı,
ətrafındakı insanlara da mənfi təsir edir.

İslam dinində ümidsizlik qətiyyətlə

78

pislənmiş, hətta ümidsizliyin kafirlərə məxsus
bir xüsusiyyət olduğu bildirilmişdir. Xüsusilə
böyük günah edən şəxslərin ümidsizliyə
qapılaraq “Allah məni bağışlamaz” deməsi
bəyənilməyən əməl hesab edilmişdir.

Ümid pozitiv psixologiyanın ən vacib
anlayışlarından biridir. Hər şeyin yaxşı
olacağına, düzələcəyinə, müsbətə doğru
dəyişəcəyinə inanmaqdır ümid. Ümid fərdin
psixoloji durumuna pozitiv təsir etməklə
yanaşı, onun mənəvi cəhətdən güclənməsini
də təmin edir. Diqqət etmisinizsə ümidli
insanlar canlı, enerjili və həyat dolu olur.
Onlar ətrafına da pozitiv enerji yaymağı
bacarırlar. Buna görə də ətrafdakı insanlar
tərəfindən də sevilərək sosial aktiv insanlara
çevrilirlər. Sosial aktivlik sadəcə mənəvi
deyil, maddi cəhətdən də belə insanların
təminatına müsbət təsir göstərir.

79

Ümid insanlarda müsbət çağırışlar
formalaşdırır. Gələcəklə bağlı narahatlıqların
və nigaranlıqların azalmasına kömək edir.
İnsana addım atmaq, irəli getmək üçün ən
böyük motivasiya qaynağıdır. Ümid eyni
zamanda uğurun da əsas şərtlərindən biridir.
Ümidini itirən insan yuxarıda qeyd etdiyimiz
hər şeyi itirir. Ümid tükəndiyi anda hərəkət
dayanır. Çünki insanın uğur əldə etməsi
üçün enerji qaynağına ehtiyacı var. Belə
demək mümkündürsə ümid gözləntinin də
yüksəlməsinə səbəb olur. Bəlkə də bu səbəbdən
bəzən əks təsir effekti də verir. Yəni böyük
ümidlər bəslədiyimiz bir hadisə olmadıqda
depressiyaya düşmə ehtimalı da var.

Ancaq hər şeyə rəğmən ümid ən gözəl
duyğulardan biridir. Ümidli insan həyatda
həmişə daha əlverişli və daha müvəffəqiyyətli
mövqeyə malik olur. O inanır ki, hər

80

çətinlikdən bir çıxış yolu vardır. Qurani-
Kərimin ifadəsi ilə “həqiqətən hər çətinliklə
yanaşı, bir asanlıq vardır” prinsipini həyatına
tətbiq etməkdir ümid. Ona görə deyilir ki,
ümidini itirməyən insan nə olursa olsun
məğlub olmuş sayılmır. Ümid olmasa hər
gün həyatın bu qədər keşməkeşinə dözmək,
yıxıldıqda ayağa qalxmaq, möhkəm olmaq
mümkün olmaz. Bununla bağlı maraqlı bir
hekayə var:

Bir nəfər yolda ağlaya-ağlaya gedirdi.
Qarşılaşdığı müdrik bir kişi onun pərişan
halını görüb soruşur:

-Niyə ağlayırsan oğlum? Başına pis bir iş
gəlib? Bir fəlakətə düçar olmusan?

- Başıma çox pis bir iş gəlib. Sahibi
olduğum mağaza yanıb, bütün mallarım
tələf olub. Bu da azmış kimi borcun içində
batıram.

81

Müdrik kişi ağlayan adamın başını
şəfqətlə sığallayıb dedi:

– Sadaladığın itkilərə görəmi ağlayırsan?
Bunlar ağlanası itkilər deyil oğlum. Mən
də elə zənn etdim ki, ümidini itirdiyin üçün
ağlayırsan. Unutma ümidini itirən adam hər
şeyini itirər. Amma ümidini itirməmisənsə
yenidən təşəbbüs göstərib qazanarsan
itirdiklərini bir müddət sonra. Sən ümidvar
ol oğlum, ümidvar ol!

Ümid həyatın mənası və məqsədi ilə
də əlaqəlidir. Ümidli insanlar öz həyat
məqsədlərini müəyyən etmə və bu məqsədlərə
çatma baxımından daha güclü, özünəinamlı
olurlar. Ümidsiz insan isə istəksiz, həvəssiz
və hər şeydən bezmiş şəkildə həyat yaşayır.
Nəticədə bu xüsusiyyətlər onun ruhi və
fiziki sağlamlığını da sıradan çıxarır. Bir
sözlə, ümid hər bir insan üçün ən vacib

82

xüsusiyyətdir. İntihar yolunu seçmiş
insanların mütləq əksəriyyəti ümidini itirən
insanlardır. Onlar düşdükləri vəziyyətdən
çıxış yolunun olacağına ümid bəsləmədikləri
üçün bu yola əl atıblar. Məhz bu səbəbdən
yuxarıda qeyd etdiyimiz hekayədə deyildiyi
kimi, nə olursa olsun ÜMİDVAR OLUN.

83

SƏBİR

Səbir – həyatda qarşılaşdığımız çətinlik,
əziyyət, yoxsulluq, fəlakət, zülm və digər
bu kimi hadisələri mətanətlə, təmkinlə,
ümidsizliyə qapılmadan, ifrat reaksiyalara
yol vermədən qarşılamaqdır. Hədislərdə
deyilir ki, ən qiymətli səbir bəla və müsibətin
ilk anında göstərilən səbirdir. İnsan fitri
olaraq zaman keçdikcə hər şeyə alışır. Ancaq,
hər hansı fəlakətlə qarşılaşdığımız anda səbir
edib təmkini qorumaq daha çətindir. Buna
görə də başımıza gələn müsibətin ilk anında
göstərdiyimiz səbir çox önəmlidir. Yəni,
hər işdə olduğu kimi səbrin də yerində və
vaxtında göstərilməsi gözəldir. Səbir etmək
bəzən yalnış şəkildə yozulur. Əslində səbir
hər şeyə boyun əymək, məğlubiyyəti qəbul
etmək, uğursuzluğa göz yummaq deyil.

84

Tam əksinə səbir başımıza gələn bütün
müsibətlərə rəğmən yıxılmamaq, ümidsiz
olmamaq, geri addım atmamaqdır. Bütün
təcrübələr onu göstərir ki, bu dünyada səbi
yolunu seçib nəticə əldə etməyən heç kim
yoxdur. “Səbir edən zəfər çalar” ifadəsinin
mahiyyəti də bundan ibarətdir. Bəzən
düzələcəyinə inanmadığımız bir iş səbir
etdiyimiz üçün öz-özünə həll olur. Qurani-
Kərimdə deyilir ki, “Allah səbir edənlərlə
bərabərdir”. Deməli İslam dininə görə səbir
çox üstün məziyyət olmaqla yanaşı, həm
də Allahla birgə olmağın təminatıdır. Səbir
həm də dünya həyatının imtahanının başlıca
ölçüsüdür. Çünki nəyə səbir ediriksə əslində
o bizim imtahanımızdır. Doğrudur, bəzən
səbir etmək, təmkinli olmaq insana çətin gələ
bilər. Qarşılaşdığımız problemlər və mənəvi
sıxıntılar bizi sarsıdacaq qədər ağır da ola

85

bilər. Ancaq səbir etmək bir növ vərdişlə
bağlıdır. İlk dəfə qarşılaşdığımız hər hansı
çətinliklə bağlı səbir etdiyimiz təqdirdə ikinci
dəfə həmin hadisə bizi o qədər də narahat
etmir. Fiziki gücümüz müxtəlif məşğələlərlə
möhkəmləndiyi kimi, mənəvi gücümüzün
də məşğələyə ehtiyacı vardır. Mənəvi
baxımdan güclü insanlar keşməkeşli həyatın
bütün fırtınalarından qurtulmağı bacarır.
Onlar nə baş verirsə versin sakitliyini və
təmkinini pozmadan öz işinə davam edirlər.
Çində yetişən Bambu ağacının nümunəsi bu
baxımdan həqiqətən ibrətamizdir. Çinlilər
Bambu ağacının toxumlarını əkdikdən
sonra onu sulayıb gübrələyirlər. Birinci il
Bambu ağacının toxumu cücərmir. Sulayıb
gübrələməyə davam edən çinlilər ikinci
il də nəticə əldə etmirlər. Maraqlısı budur
ki, Bambu ağacı 3-cü və 4-cü il də sulanıb

86

gübrələnməsinə baxmayaraq cücərmir.
Böyük səbirlə gözləyib beşinci il bu
toxumu sulayıb gübrələdikdə ilk cücərtilər
yaranmağa başlayır. 5 il ərzində cücərməyən
Bambu ağacının toxumu 6 həftədə 27 metr
hündürlüyə qalxır. Səbir, təmkin və davamlı
görülən iş gec və ya tez mütləq öz nəticəsini
verəcək. Çünki təbiətin qanunu belədir.
Sıxıntılardan qurtuluşun da çarəsi çox vaxt
səbirlə keçir.

Qurani-Kərimin məşhur qissələrindən
biri də Həzrət Əyyub haqqındadır. Allahın
Peyğəmbəri olmasına baxmayaraq Əyyub
(ə.s) bir çox çətin imtahanlarla üz-üzə
qalır. Övladlarını, var dövlətini və ən əsası
sağlamlığını itirən Əyyub (ə.s) ağır xəstəliyə
düçar olur. Yanında sadəcə həyat yoldaşının
qaldığı bu çətin dövrdə O, ümidini və inancını
itirməyərək səbir edir. Bütün bu imtahanlara

87

səbirlə qalib gəlməyi bacaran Həzrət Əyyub
Allaha dua edərək şəfa tapır. Bu qissənin son
ilahi xitab olan Qurani-Kərimdə yer almasının
bir çox səbəbləri var. Birincisi, aləmlərin
Rəbbi olan Allah insanlığa çatdırmaq istəyir
ki, peyğəmbərlər Allah nəzdində ən üstün
mövqeyə sahib insanlar olsa da yenə də
imtahana çəkilir, sıxıntılara düçar olurlar.
Qurani-Kərimdəki bir çox qissələrdə biz belə
nümunələri görürük. İkincisi, nə qədər ağır
olsa da istənilən çətinliyin açarı səbir edib
mətanət göstərməkdən keçir. İntihar da bir
növ səbirsizliyin təzahürü olaraq meydana
çıxır. Ağır dəqiqədə, çətin anda, çıxılmaz
sandığımız vəziyyətdə bir anlıq dayanıb
səbir göstərsək bəlkə də çarəni görəcəyik.
Ətrafımızda bizi sıxan, incidən və yoran
nə varsa hamısı müvəqqətidir. Heç bir
çətinlik və sıxıntı əbədi deyil. O çətinlikləri

88

gözümüzdə nə qədər böyüdürüksə o qədər
böyük görünür. Əksinə öz gücümüzün və
potensialımızın fərqinə vararaq mübarizə
aparıb səbir etsək mütləq istənilən çətin
vəziyyətdən çıxa bilərik.

89

SƏMİMİYYƏT
VƏ XOŞ RƏFTAR

Cəmiyyətin günümüzdə ən çox ehtiyacı
olan mənəvi xüsusiyyətlərdən biri də
səmimiyyət və xoş rəftardır. Bəzən mənə elə
gəlir ki, biz gülümsəməyi unutmuşuq. Şəhərdə
gəzərkən, ictimai nəqliyyatda, küçədə,
parkda, bir sözlə hər yerdə gülümsəyən insan
görürükmü? Səmimilik hər hansı maddi və
ya fiziki əziyyət tələb etməyən, lakin mənəvi
dünyamızı zənginləşdirən önəmli bir amildir.
Ailədə, işdə, dostluqda və ümumilikdə
həyatda bir çox düyünün açarıdır səmimiyyət.
Səmimiyyət olmayan mühit quru, süni və boz
görünür. Təəssüf ki, səmimiyyətdən uzaqlaşıb
insanlıq. Maddi maraqlar, şəxsi mənfəətlər
səmimiyyətdən üstün tutulur. Bəzən səmimi

90

oturub dərdləşmək istədiyin bir dost belə
tapmaq çətin gəlir insana. Reallıq budur ki,
hazırda səmimi dostluğu və münasibəti virtual
dostluq və münasibət əvəz etməyə başlayıb.
Bir çox insan ətrafındakı insanlardan daha
çox sosial şəbəkələrdə tanıdıqları şəxslərlə
ünsiyyətdə olur, onlarla müzakirə aparır,
onların fikirlərini dinləyirlər. Sosial şəbəkə
şübhəsiz ki, bir çox faydaları olan bir
platformadır. Ancaq virtual ünsiyyət heç vaxt
səmimiyyəti əvəz edə bilməz. Hisslərimizi və
duyğularımızı virtual dünyada ifadə etmək,
səmimiyyəti çatdırmaq praktiki baxımdan
mümkün deyil. Hər birimizin ehtiyacı isə
səmimiyyətdir. Bəzən səmimi ünsiyyət,
hətta səmimi bir söz insanı uçurumun
kənarından xilas edə bilər. Həyatdan bezmiş,
hər kəsdən küsmüş, ümidini itirmiş kimsəni
ətrafındakıların səmimiyyəti xilas edə bilər.

91

Bununla bağlı ikinci diqqətçəkici
məqam xoş rəftar məsələsidir. Xoş rəftar
cəmiyyətin təməl mədəni prinsiplərindən
biridir. Gündəlik qayğılar, çətinliklər və
daşıdığımız ağır yük bizi xoş rəftardan
uzaqlaşdırmamalıdır. İslam Peyğəmbəri
təbəssümü sədəqə olaraq qiymətləndirmiş və
insanları təbəssüm etməyə təşviq etmişdir.
Acı söz, sərt baxış, kobud münasibət insanları
bir-birindən uzaqlaşdıran, səmimiyyəti
zədələyən, aqressivliyi artıran hərəkətlərdir.
Mümkün qədər belə davranışlardan
uzaq durmağa çalışmalı, başqalarını
da uzaqlaşmağa çağırmalıyıq. Diqqət
etmisinizsə intihara cəhd edən insanları bu
yoldan çəkindirmək üçün onlarla danışıq
prosesinə xüsusi mütəxəssislər cəlb edilir.
Bu mütəxəssislər həmin şəxslərlə kritik
vəziyyətdə danışıq apararkən maksimum

92

dərəcədə xoş rəftar etməyə səy göstərirlər.
Psixoloji araşdırmalar və təhlillər göstərir ki,
çətin vəziyyətdə olan və kritik həddə çatan
insanları xoş rəftar, səmimi münasibətlə
bu yoldan çəkindirmək mümkündür.
Praktikada belə nümunələr çoxdur. Bütün
bunlara əsaslanaraq demək olar ki, gündəlik
həyatımızda, fərdi münasibətlərdə, insanlarla
ünsiyyətdə səmimiyyət və xoş rəftar ön
planda tutulmalıdır.

93

SOSİAL ƏDALƏT

Bəşəriyyət yaranandan bəri insanlar
dilindən, dinindən, irqindən və cinsindən
asılı olmayaraq hər zaman ədalətə ehtiyac
duyublar. Ədalət ibtidai icma quruluşundan
müasir dövrə qədər hər bir kəsin tələbi
və gözləntisidir. Təsadüfi deyil ki, ən
ağır cinayət törətmiş insanlar belə sonda
ədalət məhkəməsinə çıxarılaraq mühakimə
olunurlar. Bir çox hallarda ədalətsizlik
insanlara böyük mənəvi zərbə vurur. Hətta
özü ədalətli olmayan insan belə özünə qarşı
ədalətli davranış gözləyir. Bu sosio-psixoloji
bir fenomendir.

Ədalət cəmiyyətin ən önəmli sosial
dayaqlarından biridir. Sosial sferada
ədalətin təmin edilməsi fərdlərin rifah

94

halının yaxşılaşdırılmasına xidmət etməklə
yanaşı, neqativ tendensiyaların qarşısının
alınmasında da xüsusi rol oynayır. Bu gün
dünyada yaşayan insan tələskən xarakterə
malik olduğu üçün ədalətin təmin edilməsində
də tələskənlik göstərə bilər. “Gecikmiş
ədalət ədalət deyil” prizmasından baxsaq
ədaləti təmin etməkdə həqiqətən də tələsmək
lazımdır. Bəzən hər hansı ədalətsizlik insan
müqəddəratını dəyişmək iqtidarındadır.

Fikrimcə ədalət cəmiyyətin onurğa
sütunudur. Kiçik kollektivdən böyük
cəmiyyətə qədər ən vacib nizamlayıcılardan
biridir ədalət. İnsana qarşı olan ədalətsiz
münasibət onu aqressiv hərəkətlərə sövq edə
bilər. Bəzi hallarda hər hansı ədalətsizliklə
üzləşən insanlar zəiflik göstərərək intihara
cəhd edir və ya intihar edirlər. Müxtəlif bu
kimi nümunələrə baxdıqda görürük ki, kiçik

95

bir ədalətsizlik böyük fəaləkətlərin başlanğıc
nöqtəsinə çevrilir.

Biz ətrafımızda ədalətin təmin edilməsinə
xüsusi diqqət yetirməli, ədalətsizlik gördükdə
isə ona qarşı mövqeyimizi ortaya qoymalıyıq.
Cəmiyyətin və insanların mənəvi tələbatı
olan ədalət faktorunu diqqətdən kənar
qoymaq olmaz. Heç kim həyatda sığortalı
deyildir. Elə bir vəziyyət, elə bir hal ola bilər
ki, ədalətsizlik edən insanın özünün ən çox
ədalətə ehtiyacı yaranar.

96

Yekun

İnsanlıq üçün ən böyük faciələrdən biri
olan intihardan danışmaq, onu araşdırmaq və
mahiyyətini dərk etmək kifayət qədər çətin
bir prosesdir. Kitabı yazarkən bir çox hallarda
özümü intihar etmiş və ya intihara cəhd
edən insanların yerinə qoymağa çalışdım.
Səmimiyyətlə deyə bilərəm ki, hər bir
intihar hadisəsi fərdi yanaşma tələb edən və
obyektiv baxış bucağı ilə qiymətləndirilməsi
vacib olan bir hadisədir. Müxtəlif səbəblər,
travmalar, psixoloji gərginliklər və nəticələr
var. Məqsəd intihar etmiş və ya intihara cəhd
edən insanları qınaq obyektinə çevirmək deyil.
Əsas məqsəd intihara rəvac verən ictimai
və mənəvi problemlərdən birgə çıxış yolu
tapmaq, eləcə də çıxış yolu tapmaq istəyənlərə

97

kömək göstərməkdir. Mövzunun həssaslığı
nəzərə alınaraq, biz intihar vasitələri, inthar
etmiş şəxslərin özünəqəsd elementləri
haqqında hər hansı mövzuya toxunmamışıq.
Fikrimcə buna ehtiyac da yoxdur. Əsas
hədəflərdən biri “həyat dəyərlidir” prinsipini
rəhbər tutaraq, ictimaiyyət və fərdlərin
məsələyə daha diqqətli yanaşmasını təmin
etmək, insanlararası münasibətləri və mənəvi
mühiti gücləndirməkdir. Öz qayğılarımızın
təsiri ilə bəzən başqalarına baxmağı,
yaxınlarımızın və doğmalarımızın qayğıları
ilə maraqlanmağı unuduruq. Ancaq həyat
göstərir ki, diqqətsizlik və laqeydlik ağır
faciələrə gətirib çıxara bilər. İstər insan,
istər ailə, istərsə də cəmiyyət olaraq mənəvi
prinsipləri və keyfiyyətləri yüksəltməyi
bacarmalıyıq. Fərdi və ictimai problemlərin
həlli üçün elm, təhsil və maarifləndirmə

98

işi əsas götürülməlidir. Xüsusilə müstəqil
həyata yeni qədəm qoymuş gənclərin boşluğa
düşməsinə, zəzərli vərdişlərin aludəçisi
olmasına, ən əsası müxtəlif səbəblərlə intihara
yönəlməsinə imkan verməməliyik. Belə olan
təqdirdə biz bir çox çətinliklərin öhdəsindən
gələ bilərik. Gəlin əl-ələ verib birlikdə

“İNTİHARA YOX DEYƏK”


99

İstifadə edilmiş ədəbiyyat

1. Z.M.Bünyadov, V.M.Məmmədəliyev.
“Qurani-Kərimin Azərbaycan dilinə
tərcüməsi”

2. Эмиль Дюркгейм. “Самоубийство:
социологический этюд”

3. Erhan Kozatepe. “İntihar ve intihara
teşebbüs yöntemleri, nedenleri ve çözüm
yolları”

4. Ольга Паровая. “Сравнительные
особенности суицидального
поведения мужчин и женщин,
госпитализированных в
психиатрический в связи с
парасуицидом”

5. Наталья Кононенко. “Суицид как
форма делинквентного поведения:
социальный анализ проблемы”

6. Всемирная организация
здравоохранения. Предотвращение
самоубийств. Глобальный
императив.

100


Click to View FlipBook Version