The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-09-02 08:24:03

İslam-dünyasında-yenilik-cəhdləri

İslam-dünyasında-yenilik-cəhdləri

51

irticaçı İran Höküməti onun bu xüsusdakı fikirlərinə qətiyyən etina
etməmişdir. Bundan başqa əlifba məsələsi ərtafında üçüncü bir lahiyə
yazaraq Türkiyə sədrəzəmi Ali paşaya göndərmişdir.

Həmin layihədə Türkiyə alimlərindən Suavinin İslam əlifbasının
dəyişdirilməsinin lüzumsuzluğu haqqında məqaləsinə bir tənqid
yazaraq ona əlavə etmişdir. Lakin geriliyin hökm sürdüyü ölkələrdə
onun bu layihələri həyata keçirilə bilməmişdir. Bundan mütəəssir olan
ədib 1868-cü ildə farsca “əlifba haqqında” mənzuməsini yazmışdır.
Bu mənzumədə İranın və Türkiyənin dövlət başçılarını şiddətli tənqid
atəşinə tutmuşdur.

60-cı illərdə ümumiyyətlə M. F. Axundovun köhnə ərəb əlifbasının
dəyişdirilməsi uğrunda apardığı mübarizəsi ilə əlaqədar olaraq onun
yaradıcılığında qızğın publisist fəaliyyət dövrü başlamışdır. O, bu
illərdə İranın və Türkiyənin dövlət başçılarına, Mirzə Melküm xan,
Yusif xan, Əli Suavi və başqa nüfuzlu alim və yazıçılarına yazdığı
yüzlərcə məktub və məqalələrində İslam əlifbasının savad sahəsində
törətdiyi çətinlikləri, bu əlifbanın ciddi nöqsanlarını dərindən və
ərtaflı şərh etmiş və yeni əlifbanın faydalarından danışmışdır. Böyük
ədibin publisist fəaliyyəti yalnız əlifbanın dəyişdirilməsi uğrunda
apardığı mübarizə ilə əlaqədar deyil, onun bu sahədəki fəaliyyəti eyni
zamanda İslam dinindəki cəhalətpərəstliyi ifşa edən “Kəmalüddövlə
məktubları” əsərinin nəşri və onun yaxın Şərqdə yayılması uğrunda
apardığı mübarizəsilə də bağlıdır. 60-cı illərdə materialist bir filosof
kimi yetişən M.F.Axundov, elm, incəsənət, tarix, dramaturgiya və s.
haqqında bir sıra ciddi elmi və fəlsəfi əsərlərini yazmışdır.

1862-ci ildə o “Rovzətüssəfayi nasiriyyə mülhəqatı” əsərlərinin
müəllifi Rzaquluxan Hidayətinin mənzum tarix əsərinə, 1863-cü

52

ildə İran şairi “Şəmsüşşüara”nın qəsidəsinə dərin məzmunlu elmi
məqalələrini yazmışdır. Bu məqalələr onu incəsənətə, klassik şeirə,
tarixə dərindən bələd olan zəngin və ətraflı məlimata malik bir alim
olduğunu göstərməkdədir.

M. F. Axundov həmin illərdə “Mollayi-Ruminin məsnəvisi
haqqında tənqid”, “Yek gəlmə haqqında”, “Yuma cavab”, “ Türkiyə
ordusunun 1618-ci ildə Bağdad ətrafında vəziyyəti” və s. siyasi,
ictimai, tənqidi və fəlsəfi məqalələrini yazmışdır. Bu dövrdə ədibin
ən böyük və ciddi əsəri “Kəmalüddövlə məktubları” traktatıdır.
Bu əsərdə ruhaniliyin kəskin surətdə tənqid edilməsi cəhalətin və
fanatizmin hökm sürdüyü o zamankı mühitdə M.F.Axundovun həyatı
üçün təhlükə yaradırdı.

“Bir neçə vaxtdan sonra İslam milləti də yeni əlifbaya və
mədəniyyətə əngəl təşkil edən İslam dini ilə fanatizmin olduğunu
anlayaraq bu dinin əsasını yıxmaq, fanatizmi qaldırmaq, Asiya
xalqlarını qəflət və nadanlıq yuxusundan oyandırmaq və İslamda
protestantizmin lazım olduğunu isbat etmək məqsədilə Kəmallüdövləni
yazmağa başladım”.

“Kəmalüddövlə məktubları” Azərbaycan, fars və rus dillərində
çapa hazır olduqdan sonra müəllif onun Yaxın Şərqdə ziyalılar
arasında yayılması uğrunda çalışdı. Müəllif bu əsərin nəşrinə
müvəffəq olmadıqda onun üzünü çıxardıb, nüsxəsini əlyazmalar
şəklində ziyalılar arasında yaymışdır. “Kəmalüddövlə məktubları”nın
yazılması ilə əlaqədar olaraq M. F. Axundov İranda və Hindistanda
Mirzə Yusif xan, Mirzə Melküm xan, Hacı Şeyx Möhsün xan,
Cəlaləddin Mirzə, Nayibbi-vüzara Əbdülvahab xan simasında özünün
dost və şagirdlərini qazanmışdır. “Kəmalüddövlə məktubları”nın

53

nəşri və onun İslam dünyasında yazılması M.F.Axundovun qarşısında
əlifba məsələsindən sonra ikinci böyük bir məqsəd kimi dururdu.
Ömrünün son illərində o, həmin əsərin nəşri ümidilə yaşayırdı.
Lakin bu ümidinin də əlifba fəaliyyəti kimi boşa çıxdığını görən
ədib, Brüsseldə ali təhsilinə davam edən oğlu Rəşidə göndərdiyi bir
məktubunda yazmışdı: “Ələkbər ilə birlikdə “Kəmalüddövlənin” nəşr
ediləcəyi ümüdilə yaşayırıq. Bilmirəm bu ümidim ölümümə qədər
həyata keçiriləcəkmi, yoxsa bu da İslam əlifbasının dəyişdirilməsi
haqqında olan ümidim kimi məndən sonra sənin hər ikisini həyata
keçirəcəyinə qədər boş xəyaldan ibarət qalacaqdır?”. M. F. Axundov
geniş xalq kütlələrini tez və asan bir yolla savadlandırmaq nüçün
köhnə ərəb əlifbasının dəyişdirilməsi uğrunda mübarizə aparmış,
Azərbaycan dilinin sadələşdirilməsi uğrunda çalışmış, dramatik
əsərlərini çox sadə xalq danışıq dilində yazmışdır. M.F.Axundov da
xalq ədəbiyyatına böyük əhəmiyyət vermiş və ədəbi yaradıcılığında
xalq ədəbiyyatının tükənməz xəzinəsindən istifadə etmişdir. Əlifba
sahəsində böyük maneələrə baxmayaraq, alovlu vətənpərvər ədib öz
məsləkindən dönməmiş, ömrünün axırına qədər bu sahədə mübarizə
aparmış, həmin məsələ ilə əlaqədar olaraq özünün məşhur “Əlifba
haqqında mənzumə” əsərini yazmışdır.

54

XX əsrin əvvəllərində Rusiya İmperiyasında
milli və dini mübarizə

XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutmuşdur. İslahatla
bağlı inkişafın yaratdığı ziddiyyətlər ən yüksək səviyyəyə çatmışdır.
1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist
təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərmişdir.
Böhran müvəqqəti olaraq Rusiya sənayesinə xarici kapital axınını
dayandırmışdır.   1904-cü ildə Yaponiya Rusiyaya müharibə elan
etmişdir. Müharibədəki məğlubiyyətdən sonra cəmiyyətdəki böhran
daha da dərinləşmişdir.  

Vəziyyətin pisləşdiyini görən çar II Nikolay nazirlərindən qraf
Vittenin tövsiyəsilə “Azadlıq manifesti” elan etmişdir. Manifestdə çar
şəxsiyyət toxunulmazlığı, fikir, söz, toplantı və cəmiyyətlər yaratmaq
azadlığı kimi həqiqi prinsiplərə əsaslanaraq vətəndaşlıq azadlığının
ayrılmaz hissələrini xalqa bəxş etməyi,  seçki hüququ olmayan xalqa
ümumi seçki hüququ verilərək Dövlət Duması və Dövlət Şurası
seçkilərinin keçirilməsini, heç bir qanunun Dövlət Dumasının razılığı
olmadan qüvvəyə minməyəcəyini bəyan etdi. 1899-cu il qanununa
əsasən müsəlmanların dövlət idarələrində çalışmasının qadağan
edilməsi, manifestdə yenə də olduğu kimi qalırdı. 17 oktyabr manifesti
Rusiyada siyasi partiyaların yaranmasının və bir sıra azadlıqların
alınmasının rəsmi şəkildə təsbiti oldugu üçün Rusiya müsəlmanları
bu manifestin imkan verdiyi bütün siyasi hüquqlardan yararlanmaq
fürsəti əldə etmişdilər. Bundan istifadə edən Rusiya  müsəlmanları
milli haqlarını müdafiə etmək, müstəmləkəçiliyin gətirdiyi
əsarətin, köləliyin vurduğu zərbələrin qarşısını almaq məqsədilə

55

təşkilatlanmaga başladılar. Əli bəy Hüseynzadənin nəşr etdiyi
“Həyat” qəzetində yazılmışdı: “Əgər biz irəliləmək və həyati varlığa
sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq
qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması
istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə
bilər”. “Kaspi” qəzetində isə Əhməd bəy Ağayev yazırdı: “Bütün
bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir
varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük
türk-tatar irqinə mənsubdurlar”.

1905-ci ilin aprel ayında Peterburqda toplanan müsəlman
ziyalılarından Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli
bəy Hüseynzadə, Alim Əfəndi Maksud, Binyəmin Əfəndi Ədhəm,
İsmayıl bəy Qaspralı «İttifaqi-Müslimin» (Ümumrusiya Müsəlmanlar
İttifaqı) adlı bir təşkilatın yaradılmasına qərar vermişlər. Həmin ilin
15 avqustunda Nijni-Novqorod  şəhərində 150 nəfər nümayəndənin
iştirakı ilə Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirildi.
Qurultayda Rusiyanın müsəlman əhalisinin müxtəlif zümrələri təmsil
olunmuşdu. Çıxışlarda, Rusiyanın bütün müsəlmanlarını birləşməyə,
müsəlmanların hüquqlarının ruslarla eyniləşdirilməyə, müsəlmanlara
münasibətdə hüquq bərabərsizliyinin aradan qaldırılmasına səsləyən
çağırışlar səslənmişdir. Bununla yanaşı “Müsəlman İttifaqı” adlanan
qurumun yaradılması qərara alındı. Bu qurultayın əhəmiyyətindən
biri də o idi ki, ilk dəfə məzhəb ayrılıqlarına baxmayaraq sünni və
şiə müsəlman türklər bir arada problemlərini müzakirə edirdilər.
Qurultayın əksəriyyəti Rusiya müsəlmanlarını birləşdirəcək bir
firqənin qurulması fikrini dəstəklədilər. Qəbul edilmiş qərarda
göstərilirdi ki, Rusiyanın bütün vilayətlərindəki müsəlmanlar ictimai-

56

mədəni və siyasi tələblərə uygun olaraq birləşməli, ölkədə xalq
nümayəndələrinin azad seçilməsi zəminində yaradılan qanunvericilik
və dövlət idarə orqanları formalaşdırılmalı, hüquqi qaydalar bərqərar
olmalı, müsəlmn əhalinin hüquqları rus əhalinin bütün siyasi, vətəndaş
və dini hüquqları ilə bərabərləşdirilməli, müsəlman vilayətlərində
məktəblər, mətbuat orqanları, xalq kursları, qiraət evləri, maarifçilik
müəssisələri açılmalı, bu məqsədlərə nail olmaq üçün mütəmadi
toplanacaq müsəlman qurultaylarının rəhbərliyi altında yerli məclislər
yaradılmalıdır.

1906-cıilyanvarayındaPeterburqdaÜmumrusiyamüsəlmanlarının
II qurultayı keçirildi. Qurultayda Ə.Topçubaşovun hazırladıgı
“Müsəlman İttifaqı”nın nizamnaməsi və proqramı müzakirə edilmiş
və 23 maddədən ibarət “Müsəlman İttifaqı”nın nizamnaməsi qəbul
edilmişdir. Rusiya Müsəlmanları İttifaqının Proqramının qəbulu III
qurultaya saxlanılmışdır. Qəbul edilmiş nizamnaməyə əsasən İttifaqın
Mərkəzi komitəsinin Bakıda yerləşməsi nəzərdə tutulmuşdu və
həmin dövrdə Bakı Rusiya müsəlmanlarının mərkəzi kimi tanınırdı.
Nizamnaməyə əsasən Rusiyanın müsəlmanlar yaşayan  quberniya
mərkəzləri 16 rayona bölünmüşdü. Bütün bu məntəqələrdə yerli
məclislərin yaradılması və bu məclislərin Ümumrusiya müsəlman
qurultaylarına, qurultaylararası dövrdə isə İttifaqın Ali məclisinə tabe
olması nəzərdə tutulmuşdur. Qurultayda Duma seçkilərində Rusiyanın
Konstitusiyalı Demokratlar Partiyası (Kadet) ilə əməkdaşlıq edilməsi,
bu partiya ilə bir blokda seçkilərə gedilməsi qərara alınmışdır.

Azərbaycanlıların vətəndaşı olduqları Rusiya İmperiyasının ali
nümayəndəli  qanunvericilik orqanlarında iştirakı 1905-1907-ci illər
Rusiya inqilabının təsiri ilə ölkənin siyasi sistemində dəyişikliklər

57

etmək zərurətindən yaranan Dövlət Dumasından başlanır. I Dövlət
Dumasının 1906-cı il aprelin 27-də işə başlaması  ilə imperiyanın
müsəlman əhalisi ilk dəfə olaraq seçki prosesinə cəlb edilmiş və
Dumaya beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov,
İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı
Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdirlər.

Onlar Duma qarşısında seçki qanununun dəyişdirilməsi, deputat
yerlərinin sayının əhalinin sayına uyğun bərabər bölünməsi haqda
təkliflərlə çıxış etmiş, Duma qarşısında müsəlman vilayətlərində
yeridilən aqrar siyasətin dəyişdirilməsi, aqrar islahatların aparılması
ilə bağlı məsələlər qaldırmağa çalışmış, vəqf torpaqlarının müsəlman
cəmiyyətlərinə qaytarılmasını tələb etmişdirlər. Müsəlman
fraksiyası Türkiyə Parlamenti və İran Məclisi ilə də əlaqə yaratmagı
planlaşdırırdı. Lakin iyulun 8-də P.Stolıpin hökümətinin qərarı ilə
Dumanın buraxıldığını elan edilmişdir.

Duma buraxıldıqdan sonra müsəlman duma üzvləri müşavirə
keçirmiş və Rusiya müsəlmanlarının III qurultayının keçirilməsi
haqqında qərar qəbul etmişdilər. Qurultay 1906-cı ilin avqust ayının
16-da Nijni-Novqorod şəhərində 1000 nəfərin iştirakı ilə keçirilmişdir.
Burada bütün müsəlmanların birləşməsi və birlikdə hərəkət etmələrinin
zəruriliyi müzakirə edilərək İttihadi-İslam fikri müdafiə edilmişdir.
Rusiya dövlətinin İslam dini daxilində məzhəblərarası təfriqə yaratma,
xristianlaşdırma, ruslaşdırma siyasətinin qarşısının alınması üçün
ittifaqın vacibliyi fikri irəli sürülmüşdü. Bu ittifaqın əsasını qoymaq
üçün ikinci iclasda İttihadi-İslam partiyasının proqram layihəsinin
təkmilləşdirilməsi ilə baglı komissiya yarandı. Müzakirə zamanı Rusiya
müsəlmanlarının vahid dini idarələrinin yaradılması qərara alınmışdır.

58

1907-ci il 20 fevral tarixində çağırılmış II Dövlət Duması
qanunvericilik fəaliyyətinə başlamışdır. Bu dəfə də Dumaya
seçkilərin nəticələrindən narazı qalan və onun qovulması üçün
bəhanə axtaran hakimiyyət cəmi 103 günlük fəaliyyətdən sonra
II Dumanın işinə də son qoymuşdur. I və II Dumaların hökumətə
müxalifət mövqesində durması rejimi Dumaya seçki prosesini daha
ciddi tənzimləmək qənaətinə gətirmişdir. Nəticədə milli ucqarlardan
olan nümayəndəliklərə verilən yerlər xeyli azaldılmışdır. 1907-ci il
noyabrın 1-də çağırılan III Dumanın müsəlman fraksiyası cəmi səkkiz
nəfərdən ibarət olmuşdur. Əvvəlki dumalardan fərqli olaraq, bu dəfə
nəzarəti ələ almış hakimiyyət onun səlahiyyət müddətinə müdaxilə
etməmiş və Duma 1912-ci ilə qədər fəaliyyət göstərmişdir.

1912-ci il noyabrın 15-də fəaliyyətə başlayan IV Dövlət
Dumasında isə 7 nəfərdən ibarət olan müsəlman fraksiyası
olmuşdur. Əvvəlki dumalarla müqayisədə nüfuzu xeyli aşağı düşmüş
qanunvericilik orqanının hakimiyyətə münasibətdə bir qədər neytral
mövqeyi I Dünya müharibəsi başlayandan sonra tədricən dəyişmişdir.
Müharibə əsnasında Rusiyada sosial-siyasi ziddiyyətlərin son dərəcə
kəskinləşməsi nəticəsində 1917-ci il fevral çevrilişi bu ölkədə
mütləqiyyət hakimiyyətini devirmiş, ölkədə ikihakimiyyətlilik
yaranmış, demokratik qüvvələrin və təşkilatların fəaliyyətində
canlanma yaranmışdır.

Ərazi muxtariyyəti formasında milli dövlətçiliyin yaranması
tələbini ehtiva edən Azərbaycan milli hərəkatının ilk proqramı Fevral
inqilabından sonra, 1917-ci il aprelin 15-20-də Bakıda keçirilmiş
I Ümumqafqaz müsəlmanlar qurultayında qəbul olunmuşdur. Bu
qurultayda müzakirə edilən əsas məsələ Rusiyanın gələcək quruluşu

59

və  müsəlman xalqların hüquqları olmuşdur. M. Rəsulzadə qeyd
edirdi ki, Rusiya kimi geniş ərazili çoxmillətli dövlətdə hakimiyyətin
mərkəzləşdirilməsi xalqların azad birgəyaşayışı baxımından məqbul
deyildir və bu səbəbdən də Rusiyanın dövlət həyatının  normal inkişafı 
üçün yararsızdır. Bu fikrə əsaslanaraq M. Rəsulzadə Rusiyanın milli
azlıqlara öz müqəddəratını təyinetmə hüququnun verilməsi tələbini
irəli sürmüşdür. Onun fikrincə, bu yolla, bir-birindən ayrılmış Rusiya
xalqları daha sonra federativ demokratik respublika şəklində dövlət
ittifaqı təşkil edə bilərdilər.

Qurultayda islamçı və sosialist yönümlü qüvvələrin nümayəndələri
bu ideyaya qarşı çıxmışlar. İslamçılar ərazi muxtariyyəti
tərəfdarlarını Rusiyanın müsəlman xalqlarının birliyini pozmaqda
günahlandırmışlar. Uzun və qızğın müzakirələrdən sonra qurultay M.
Rəsulzadənin mövqeyini dəstəkləyən qətnamə qəbul etmişdir.

Qafqaz Müsəlmanları Qurultayının qəbul etdiyi qərarlar Müsavat
Partiyasının 1917-ci ilin oktyabrında Bakıda keçirilən birinci
konqresində qəbul edilmiş proqrama əsaslanmışdır. 

1917-ci il, 1-11 may tarixləri arasında Moskvada Rusiya
müsəlmanlarının qurultayı öz işinə başlayır. 600-ə qədər
nümayəndənin, o cümlədən 100 qadının iştirak etdiyi Moskva
qurultayının gündəliyinə 13 məsələ daxil edilmiş, mərkəzi məsələ
Rusiyanın dövlət quruluşu olmuşdur.  Qurultayda danışan Rəsulzadə
İslamiyyətdə bir millət birliyi anlayışı olmadığını söyləyərək, “Biz
Türk-tatar qövmləri hər nə qədər eyni soydan gələn Türk oğlu Türk
olmaqla bərabər, ayrı şivələrə və çeşidli özünəməxsusluqlara da sahib
olduğumuz inkar edilməzdir…Hər kəs təbii yolunda yürüməlidir. Türk
çaylarının axıb töküldüyü bir dəniz vardır. Bu dəniz Türk dənizidir.

60

Məhz bu səbəblə muxtariyyət əsasına dayanan Azərbaycan ilə
Dağıstan, Türküstan, Qırğızıstan kimi ayrı, məhəlli xüsusiyyətlərə
sahib Türk qövmləri üçün muxtariyyət istəyirik” deyə öz fikrini
bildirmişdir. Qurultayda onun fikirlərini dəstəkləyən qətnamə
qəbul edilmişdir. Beləliklə, Rusiya müsəlmanlarının nümayəndələri
Rusiyanın  federativ respublikaya çevrilməsi və müsəlman əhalisi
yaşayan yerlərə muxtariyyət verilməsi ideyasını irəli sürmüşdürlər.

XX əsrdəAzərbaycan sosialistləri Şərq-müsəlman aləmində ilk dəfə
sosial-demokrat  Hümmət təşkilatını qurdular.  Hümmət təşkilatında
iki qrup, milliyyətçi-sosialistlər (M. Rəsulzadə, M. H. Hacınski)
və sosial-demokratlar (S.M.Əfəndiyev) fəaliyyət göstərirdilər.
Rusiyada 1907-ci il inqilabının məğlubiyyətlə nəticələnməsindən
sonra artan təqiblərdən xilas olmaq üçün Hümmət təşkilatının bir
çox üzvləri xarici ölkələrə qaçmaq məcburiyyətində qalmışdılar.
Xaricə qaçanlar arasında M. Rəsulzadə də var idi. Rəsulzadə 1908-
ci ildə gizlicə sərhəddi keçərək İrana getdi. O, 1908-1913-cü illərdə
əvvəlcə İranda, sonra isə Türkiyədə yaşamışdır. Rəsulzadə İran və
Osmanlı imperatorluğunda həyata keçirilən inqilabların və  islahat
proseslərinin əslində dövlətin parçalanmasının qarşısını almaq,Avropa
tərzində müasirləşərək daha da gücləndirilməsinə nail olmaqla Qərb
müstəmləkəçiliyinə qarşı müqavimət göstərmək gücündə olmağı
hədəf aldığını dərk etmişdir. İranda və Türkiyədə olarkən məqalələr
şəklində yazaraq əvvəlcə “Səbilürrəşad”  jurnalında, sonra isə kitab
şəklində nəşr etdirdiyi  “Qafqaz Türkləri”, “İran Türkləri” adlı
əsərlərində  “Orta Şərqdə hakim və çoxluq olan bir Türk kimliyinin”
görməzlikdən gəlindiyinə diqqətləri çəkmişdi.

M.Ə.Rəsulzadə 1910-1913-cü illərdə Türkiyədə yaşadığı

61

dövrdə Osmanlıda formalaşmış osmanlıçılq və islamçılıq
ideyalarından vaz keçilmiş, türkçülük, müasirlik ideyaları
yayılmağa başlamışdı. Əhməd Ağaoğlu, Əli Bəy Hüseynzadə, Ziya
Gökalp,Yusuf Akçuranın fəaliyyəti ilə osmanlıçılıq fikri türkçülük
və turançılıq ideyaları ilə əvəz olunmuşdu. “Türk Ocagı” dərnəyi
və onun  nəşri olan “Türk Yurdu”  jurnalı türkçülük məfkurəsinin
formalaşmasında böyük rol oynamışdır. M. Ə. Rəsulzadə Türk
Yurdu jurnalında “İran Türkləri” seriya məqalələrini çap etdirir,
Şeyx Cəmaləddin Əfqaninin “Vəhdəti Cinsiyyə və dil birliyinin
həqiqi mahiyyəti” əsərini tərcümə etmiş və bu əsərin təsiri ilə
türkçülük, millətçilik məfkurəsini mənimsəmiş, Azərbaycanda
bu ideyanın əsas daşıyıcısına çevrilmişdir. O, eyni zamanda Ziya
Gökalpın “Türk Yurdu”nda nəşr olunan “Türkləşmək, İslamlaşmaq,
Müasirləşmək” məqalələrinin təsiri altında qalmış və bu siyasi
doktrinaları Bakıda nəşr etdiyi “Açıq söz” qəzetində təblig etməyə
başlamışdır. Bu ideyalar sonralar M. Rəsulzadənin rəhbərlik etdiyi
Müsavat partiyasının proqramı, Azərbaycan Xalq Cümhuriyyətinin
ideologiyası,  Dövlət bayrağımızın əsası olmuşdur.

M.Ə. Rəsulzadə  1914-cü ildə nəşr etdiyi “Dirilik” jurnalında
“Milli dirilik” məqaləsində etnik qrupların üç mərhələli iyerarxiyadan 
təşkil olunduğunu  yazmışdır: Qövmiyyət , Milliyyət və Millət. Onun
fikrincə  qövmiyyət sadəcə nəsil və dil birliyini əhatə edir.  Eyni
əcdaddan  gələn və eyni dildə danışan kiçik bir qrup  və ya qövmə
qövmiyyət anlayışı  tətbiq oluna bilər.  Qövmiyyətlə müqayisədə
milliyyət etnik birliklərin daha yüksək inkişaf mərhələsini təşkil edir.
Belə ki, milliyyət üçün qan qohumluğu  artıq önəmini itirir.  Dil və
mədəniyyət birliyi ön plana  çıxır.  Millət isə Rəsulzadəyə görə  dil

62

birliyi, adət və əxlaq birliyi, tarixi ənənələr və dini inanc birliklərinin
birləşməsindən ibarət təşkilatlanmış bir bütündür.

23 fevral 1917-ci ildə  Rusiyada  baş verən burjua-demokratik
inqilabı nəticəsində çarlıq rejimi  devrildi. 28 fevralda Dövlət
Duması Rusiyanı idarə etmək məqsədilə Müvəqqəti Hökümət
qurdu. Müvəqqəti hökümətin qərarı ilə  3 mart 1917-ci ildə başında
Rus Kadet V.A. Xarlamov, üzvləri Türk kadet M.Cəfərov, Gürcü
sosial-demokrat K.Abaşidze, erməni kadet M.Papacanov, Rus kadet
P.Pereverzevdən ibarət  Cənubi Qafqaz Xüsusi idarəsi OZAKOM
yaradıldı. 5 martdan etibarən OZAKOM-un sədrliyinə Gürcü menşevik
A.Çhenkeli gətirildi. Bununla birlikdə  burjaziya hökümətinə qarşı
olan bolşeviklər və sol yönümlü təşkilatlar fəhlə-kəndli və əsgər
millət vəkillərindən təşkil edilmiş Qafqaz Komitəsini qurdular.  5
martda Bolşeviklərin  Qafqaz Komitəsinin Bakı İdarəetmə Komitəsi
qurulmuşdu. Bu dövrdə Rusiyada  Burjua Müvəqqəti hökümətə tabe
olan OZAKOM-la Bakıda  bu höküməti tanımayan fəhlə, kəndli, əsgər
millət vəkillərindən ibarət inqilabçı sol proqrama malik  Bakı Soveti 
hökuməti, yəni ikihakimiyyətlilik hökm sürürdü.  Bu dövrdə bütün
Rusiyada və Qafqazda fəaliyyət göstərən Rus mərkəzli internasionalist
və Rus millətçiliyi siyasi görüşlərini  əsas alan bolşevik, menşevik və
eser partiyalarının proqramında Qafqaz müsəlmanlarının gələcəyi və
milli məsələlər haqqında müddəalar əks olunmamışdı. Müsəlmanların
gələcəyinin və milli müqəddəratının təsbiti və təhlükəsizliyinin
qorunması məqsədilə Müsavat partiyası rəhbərliyində 1917-ci ilin
martında Bakı Müsəlman ictimai təşkilatlarının  müvəqqəti komitəsi-
BMİTMK  quruldu.   Bu Komitə əsasında müsəlman əhalinin
milli demokratik təşkilatı olan Müsavat partiyası gücləndirildi.

63

Gəncədə isə Nəsib Bəy Yusifbəyli rəhbərliyində Türk federalist
Partiyası quruldu. Rusiya müsəlmanlarının tələbləri 1917-ci ildə
Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayında və Moskvada
keçirilmiş Rusiya Müsəlmanları Qurultayında irəli sürüldü.  1917-ci
il oktyabrında Leninin liderliyində bolşeviklər silahlı üsyan edərək
Müvəqqəti höküməti devirdilər. Bakıda fəaliyyət göstərən sol görüşlü
bolşeviklər 2 noyabrda Bakı Sovetinin yeni konfransını keçirərək
Bakıda Sovet İdarəçiliyinin qurulduğunu elan etdilər.  Rusiyada
bolşeviklərin qurduğu Rusiya Sovet Federal Sosialist Cümhuriyyəti
xalq Komissarları Sovetinə (RSFSC XKS) birləşmək istəməyən gürcü
Menşeviklər, Müsavat, Daşnaksütyun və Eser partiyaları Rusiya
Bolşevik Hökümətini tanımadıqlarını elan etdilər və Tiflisdə Müstəqil
Cənubi Qafqaz idarəçiliyi qurdular. 11 noyabr 1917-ci ildə bu qurumun 
Cənubi Qafqaz Komissarlığı adı ilə fəaliyyət göstərəcəyi elan edildi. 
Quruma Gürcüstandan Gekeçkori (sədr), A. Çxenkeli, Azərbaycandan
F.X.Xoyski, M. Cəfərov, H. Məlikaslanovdan  ibarət  rəhbər heyətinin 
başçılıq edəcəyi açıqlandı. 1918-ci ilin 22 yanvarında Müstəqil
Cənubi Qafqaz  İdarəçiliyi  Cənubi Qafqazdan Rusiya Müəssisələr
Məclisinə seçilmiş millət vəkillərinin toplantısının qərarı ilə  Cənubi
Qafqaz Seyminə çevrildi.  Seymin açılış iclası 1918-ci ilin fevralın
25-də Tiflisdə oldu və Gürcü Gegeçkori öndərliyində Cənubi Qafqaz
Hökümətinin qurulması qərara alındı. Cənubi Qafqaz Seymində
Azərbaycandan M.Ə.Rəsulzadənin rəhbərliyi altında Müsavat,
İttihad, Hümmət və Müsəlman sosialistlər blokundan cəmi 44 millət
vəkili təmsil olunurdu.  1918-ci ilin əvvəllərində  Cənubi Qafqazda 
iki idarəetmə sistemi fəaliyyət göstərirdi. Bakıda Valiliyində Rusiya
Bolşevik Hökümətinə bağlı olan Bakı Soveti, Cənubi Qafqazın digər

64

hissəsində isə Cənubi Qafqaz Seym höküməti hakimiyyət sürürdü.
Rusiyada bolşevik çevrilişi nəticəsində əldə etdiyi höküməti

gücləndirmək və fəhlə kəndli diktatorluğuna əsaslanan  sosializm
cəmiyyəti qurmaq üçün vaxt qazanmaq məqsədilə Lenin Rusiyanın
I Dünya müharibəsindən çıxması siyasətini dəstəkləməyə başladı. 
Rusiya müharibədən çıxmaq məqsədilə 3 mart 1918-ci ildə Almaniya
və onun müttəfiqləri ilə  Brest-Litovsk müqaviləsini bağladı. Brest
Litovsk müqaviləsi zamanı ermənilərin Türkiyə Ermənistanı
adlandırdıqları Qars, Batum, Ərdahan bölgələrinin ermənilərə
verilməsi tələbi rədd edildi. Erməniləri dəstəkləyən Rusiya bu
bölgələrin Osmanlı tabeçiliyində qalmasını rəsmən təsdiq etdi.
Müqaviləyə əsasən Rusiya işğal etdiyi Şərqi  Anadolu torpaqlarını 
Rus-erməni hərbi birləşmələrindən boşaltmalı, öz ordularını geri
çəkməli idi.  Müqaviləyə əsasən Rusiya öz ordularını Qars, Ərdəhan,
Batumdan  çıxarmalı və bu bölgələrdə 1877-1878-ci illərdə baş
vermiş Türk-Rus müharibəsinə qədərki sərhəd xəttini  bərpa etməli
idi. Müsəlman fraksiyası bu müqavilə bağlanarkən Batuma ərazi
iddiası sürən gürcülərə və Şərqi Anadoluya iddia edən ermənilər qarşı
Türkiyənin mövqeyini dəstəkləmişdir. Türkiyə ilə Cənubi Qafqaz
Seyminin  Batum və Trabzon konfransları zamanı M.Ə.Rəsulzadə
liderliyində Seymin müsəlman fraksiyası “Cənubi Qafqaz türkləri ilə
Osmanlı Türklərinin həyat mənafeləri və siyasətləri bir-birinə bağlı
olduğundan, Cənubi Qafqazın siyasi müqəddəratını həll edərkən
Osmanlı siyasətinə uyğun hərəkət etmək lazımdır” qərarı qəbul
edilmişdir. 5 dekabr 1917-ci ildə Cənubi Qafqaz komissarlığı ilə
Osmanlı Türkiyəsi arasında bağlanmış müqaviləyə əsasən Qafqaz
sərhədlərindən geri çəkilən rus əsgərləri Rusiyaya Bakı üzərindən

65

qayıtmalı idi. Geri qayıdarkən Rus hərbi birləşmələri silahlarını
erməni və gürcülərə və Bakıdakı Bolşevik hökümətinə təslim etdikləri
üçün Azərbaycan Türkləri  silahlı bolşeviklər və ermənilər qarşısında 
müdafiəsiz qaldılar. Rusiyaya  geri qayıdan,  aralarında malakanların
da olduğu ermənilərdən  ibarət olan Çar Ordu birlikləri  Qafqazda
keçdikləri bölgələrdə türk-müsəlmanlara qarşı kütləvi soyqırımlar
həyata keçirirdilər. “1917-ci ilin dekabrından 1918-ci ilə qədər
Türklərin yaşadığı 197 kənd yandırılmış və əhalisi qətl edilmişdi.
Andranik və Hayk Bjşkyanın  rəhbərlik etdiyi erməni silahlı dəstələri
İrəvan qəzasının 32 kəndində 3015 ailəni (19.005 nəfər), Üç Kilsə
(Eçmiəzdin) qəzasında 84 kəndi   və 5493 ailəni  (35.784 nəfər), Yeni
Bəyazid qəzasında 7 kəndi və 668 ailəni (4.649 nəfər) yandırmış və
qətl etmişlər”. Osmanlı torpaqlarını tərk edən erməni və rus hərbi
birlikləri  Şaumyan liderliyində qurulmuş Bakı Komissarlığının
tabeliyinə keçdi. Bu  dövrdə Bakı Soveti qeyri müsəlmanlardan,
rus dilli xalqlardan ibarət  Qızıl Ordu birlikləri formalaşdırmaqda
idi. Şaumyanın rəhbərliyi ilə Bakı Komissarlığında İnqilabı Müdafiə
Komitələri adlı silahlı ordu formalaşdırıldı. Daşnaksütyun və Erməni
Milli Şurası da Şaumyanla birləşərək Bakıda 31 mart 1918-ci ildə
müsəlmanlara qarşı soyqırım həyata keçirdi. Soyqırım aprelin 2-nə
qədər davam etdi. Erməni hərbi birləşmələri  Salyan, Ələt, Şamaxı,
Quba, Xaçmaz, Lənkəran, Gəncə, Qarabağ, Zəngəzur, Vedibasar,
Basarkeçər, Göyçə bölgələrində mart soyqırımlarını davam
etdirmişdir. Təkcə Bakıda 30 min, Şamaxıda 8 min insan öldürülmüş,
72 kənd yandırılmışdır. Məqsəd yerli xalqı soyqırıma uğratmaq və
bütün Azərbaycanı ələ keçirərək burada  “Cənubi Qafqaz Erməni
dövləti” yaratmaq  idi.  “Türkiyə Ermənistanı” qurmaq  planlarını

66

həyata keçirə bilməyən ermənilər Cənubi Qafqazda Erməni Dövləti
qurmaq  məqsədilə Osmanlıda türklərə qarşı həyata keçirdikləri
soyqırımları Şaumyanın rəhbərliyi ilə qurulmuş 20.000 erməni-rus
hərbi birləşməsi vasitəsilə Azərbaycanda davam etdirirdilər. Cənubi
Qafqazda müsəlmanlara qarşı həyata keçirilən soyqırımlar və bu
soyqırımların qarşısını almaq  məqsədilə Cənubi Qafqaz Seyminin
müsəlman fraksiyasının Osmanlı höküməti ilə Trabzon və Batum
müqavilələrinin bağlanmasının  ermənilər və gürcülər arasında
narazılıq doğurması  nəticəsində  Cənubi Qafqaz Seymi özünü
buraxdı. 27 may 1918-ci ildə Seymin müsəlman fraksiyası öz iclasını
keçirərək  Azərbaycanın müstəqilliyi haqqında  qərar qəbul etdi
və burada M.Ə.Rəsulzadənin rəhbərliyində Milli Şuranın yaradıldığı
bəyan olundu. 1918-ci il mayın 28-də Milli Şura 6 bənddən ibarət
“Azərbaycan Dövlətçiliyi tarixində ilk Konstitusiya aktı-İstiqlal
Aktını qəbul etməklə Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin
yaradıldığını elan etdi və İstiqlal Bəyannaməsi ilə Azərbaycan
türklərinin maarifçilik hərəkatının ideallarından yoğrulmuş Türk,
Azərbaycan Cümhuriyyət idealının gerçəkləşdiyini  bütün dünyaya 
bəyan etdi.

Dünya tarixinin ən demokratik dövlət qurumlarından biri, türk-
müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin (AХС) qısa bir müddətdə (1918-1920) həyata
keçirdiyi  yeni cəmiyyət quruculuğu yönündəki fəaliyyətləri diqqəti
cəlb etməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması
ilə başlayan yeni cəmiyyət quruculuğu prosesi milliyyətçilik
ideologiyasının təsiri altında həyata keçirilirdi. Türkçülük dövlət
siyasətinin əsasını təşkil edirdi. Cümhuriyyət hökümətinin milli

67

təhsil siyasəti bu missiya ətrafında formalaşmışdır. Təhsil  hədəf
və strategiya kimi  yeni cəmiyyət quruculuğunda iki prosesi həyata
keçirəcəkdi.1) Ümmətdən millətə keçid prosesində milli mədəniyyəti
cəmiyyətin bütün təbəqələrinə aşılamaq surəti ilə dildə və düşüncədə
uyumlu bir birlik, bütünlük meydana gətirmək, ortaq sosio-mədəni
dünyagörüş formalaşdırmaq. 2) Milli mədəniyyət ətrafında sıx
birləşməklə millətləşmə prosesini sürətləndirməli və tamamlamalı. Bu
məqsədlə ilk olaraq millətləşmə prosesinin təməl daşlarından olan dil
və tarix seçilmişdi. Hökümətin qəbul etdiyi 27 iyun 1918-ci il tarixli
qanunla Dövlət dili Türk dili elan edildi. Türk dilinin dövlət dili elan
edilməsi haqqında qərara əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik
və digər vəzifələr dövlət dilində həyata keçirilməkdə idi. 1918-ci il
dekabrın 27-də ADR-in hərbi naziri Səməd bəy Mehmandarovun 34
saylı əmri ilə türk dili orduda da dövlət dili qəbul edilmişdi. Türk
dilinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş
şəkildə ilk Azərbaycan Parlamentinin dilində əksini tapmışdır.

Eyni zamanda 24 avqust 1918-ci il tarixli “Xalq Təhsili haqqında”
qanunla ilk, orta və ali məktəblərdə təhsilin türk dilində həyata
keçirilməsinə qərar verildi. Bununla bərabər Təhsil nazirliyi tərəfindən
qəbul olunan qərarla 7 oktyabr 1919-cu ildə məktəb müdirlərinə
göndərilən təlimatnamələrdə əlifba, hazırlıq və birinci siniflərdə
təhsil almaq istəyən türk gənclərinə yalnız türkcə oxuya biləcəkləri
xüsusi bildirilməkdə idi. Hökümətin 23 avqust 1919 tarixli qərarı ilə
“Rusiyanın koloniya siyasətinə haqq qazandırdığı və Azərbaycanın
müstəqilliyinə qarşı olması” səbəbilə Rus tarixi və coğrafiya
dərslərinin keçirilməsi qadağan edildi. Üzeyir Hacıbəyli Azərbaycan
qəzetində “Artıq yetər” başlıqlı məqaləsində bu qərarları “Azərbaycan

68

türklərinin milli mənfəətlərinə uyğun qərarlar” adlandırıraraq
dəstəkləmişdi. Tədris proqramlarında,  “Bəlli bir coğrafiyada eyni
dövlət çatısı altında yaşayan bir xalqın tarixi deyil, dil və mədəniyyət
birliyinə sahib olan, Asiyanın geniş ərazisinə yayılmış bütün bir
Türk millətinin tarixinə” xüsusi önəm verilməklə ümumi bir Türk
anlayışı aşılanmaqda idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı
ilk gündən xalq maarifinin və mədəniyyətin inkişafına xüsusi diqqət
yetirirdi. 1918-ci il iyulun 23-də Azərbaycan Hökuməti ölkənin tədris
müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs
vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə
yaxşı tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam
edilməsi Xalq Maarif Nazirliyinə tövsiyə olundu. Türkiyədən 50
nəfərə yaxın  müəllim dəvət edildi. 1919-cu ildə “Türk əlifbası”,
“Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”,
“Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr”
dərslikləri nəşr olundu. Azərbaycanla Osmanlı höküməti arasında
razılaşmaya əsaslanaraq 1919-cu ildə 50 nəfər tələbə Osmanlıda
oxumağa göndərildi.

1918-ci ildə Qori müəllimlər seminariyası Tiflisdən Qazax
şəhərinə köçürülmüşdü və onun müdürlüyünə ilk “Türk ədəbiyyatı
tarixi” əsərini yazmış məşhur pedaqoq Firudun bəy Köçərli təyin
olunmuşdu. Azərbaycan parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda
dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-1920-
ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına
təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi
haqqında da qərar qəbul etdi. Milli hökumət Xalq Maarifi Nazirliyi
qarşısında, üç ali məktəbin – Bakı Dövlət Universiteti, Kənd

69

Təsərrüfatı İnstitutu və Dövlət Konservatoriyasının açılması
məsələsini qoymuşdu. Lakin o dövrdəki tarixi şərait yalnız bir ali
məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi. 1919-
cu il noyabrın 15-də universitetin auditoriyalarında ilk mühazirələr
başlandı. “Osmanlı yazarı İsmail Hikmət  Universitetin açılması ilə
bağlı yazısında “Tarixdə Afina universitetinin yeni bir Yunanıstan
ortaya çıxardığını kim inkar edə bilər…Bir məmləkətdə bir millətin
siyasi və milli həyatında darülfünunların və akademiyaların ortaya
çıxmasını inkişaf və yüksəliş kimi qiymətləndirmişdir” demişdi.

1919-cu il sentyabrın 15-dən etibarən Bakı, Gəncə, Şuşa, Nuxa,
Zaqatala və Qazaxda yaşlılar üçün türk dilini öyrədən kurslar açıldı.
1919-cu ildə Bakıda Türk tarix və mədəniyyətini öyrənmək məqsədilə
“müsəlman Şərqini öyrənən cəmiyyət” təsis edilmişdi. Cəmiyyətin
başlıca məqsədi Azərbaycan, Türkiyə, Türküstan, İran  kimi Türk
ölkələrinin tarixi, mədəniyyəti, coğrafiyası, ekologiyası, etnoqrafiyası
haqqında elmi tədqiqatların aparılması və bu ölkələrlə Azərbaycanın
sosio-mədəni əlaqələrini gücləndirmək, qarşılıqlı mədəniyyət
mübadiləsini təmin etmək idi. Xalqın qədim dövr mədəniyyətini
araşdırmaq məqsədilə 1920-ci ilin əvvəllərində Xalq Maarifi
Nazirliyində arxeologiya şöbəsi yaradılmışdı. Rus imperiyasının
ruslaşdırdığı Azərbaycan toponimləri bərpa olunmuş, 6 minə yaxın
kənd, qəsəbə, şəhər, yer adları bərpa edilmiş,  rus işğalından sonra
Yelizavetpol adlanan Gəncə şəhərinin adı özünə qaytarılmışdı.

Azərbaycan Cümhuriyyətinin mənimsədiyi milliyyətçi düşüncənin
ideoloji təşkilatları arasında türkçülüyün alovlu müdafiəçiləri Əhməd
Ağaoğlu və Əlibəy Hüseynzadənin də qurucuları arasında olduğu
1912-ci ildə İstanbulda qurulmuş “Türk ocaqları” təşkilatının 

70

missiyasını davam etdirən “Bakı ocağı” olmuşdur. “Bakı ocağı”nın
məqsədi “Osmanlı türkləri ilə Azərbaycan türklərinin inteqrasiyasına
nail olmaq və mədəni əlaqələri inkişaf etdirmək” idi. “Bakı Ocağı”nın
qurucuları arasında  Abdulla Şaiq, A,Kazımzadə, Nağıyev, Mikayılov
kimi milliyyətçilər var idi. 1919-cu ildə Müsavat partiyasının qərarı
ilə, Türk ocaqlarının Bakı şöbəsi yaradıldı və M.Ə.Rəsulzadə,
G.R.Şərifzadə, Ş.Rüstəmbəyov, R.Ağabəyov, M.Şıxzamanov şöbənin
aktiv təmsilçiləri kimi türkçülük düşüncəsinin cəmiyyətin bütün
təbəqələri arasında yayılmasına çalışırdılar.

Bu dövrdə eyni məqsədlə “Müəllimlər birliyi”, “Cəmiyyət
birliyi”, “Müsəlman Tələbələr Birliyi”, “Qurtuluş”, “Turan”, “Yaşıl
qələmlər” ədəbi birliyi,  İslam incəsənətini və mədəniyyətini mühafizə
cəmiyyəti, və təşkilatlar fəaliyyət göstərirdi. Hökumət xalqın milli
ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol
oynayan muzeylərin, dövlət və kütləvi kitabxanalarının,  digər maarif
və sənət ocaqlarının açılması sahəsində də bir sıra tədbirlər həyata
keçirmişdi. Milli kitabxananın yaradılması məqsədilə, Azərbaycana
aid kitabları, qəzet və jurnalları, əlyazmaları və digər qaynaqları
toplamaq üçün hökumət tərəfindən İstanbul, Qahirə, Beyrut və
Avropanın bir sıra paytaxt şəhərlərinə mütəxəssislər ezam edildi.
Parlamentin 1919-cu il sentyabrın 18-də qəbul etdiyi qanuna görə,
xalq məktəbləri kitabxanalarına türk dilində yeni kitablar almaq üçün
dövlət xəzinəsindən Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon
manat verildi. 1919-cu ilin dekabrında “İstiqlal” muzeyinin açılması
Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə oldu. Muzeyin
açılışının Azərbaycan Parlamentinin fəaliyyətinin bir illiyi gününə –
7 dekabra təsadüf etməsi də rəmzi məna kəsb edirdi.

71

Azərbaycan mətbuatı tarixində 1918-1920-ci illər, bütün əvvəlki
dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı
həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin
mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə
çevrildi. ADR dövründə “İstiqlal” (1918-1920), “Azərbaycan”
(1918-1929), “Övraqi-nəfısə” (1919), “Müsəlmanlıq” (1917- 1919),
“Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918),
“Şeypur” (1918-1919), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı
mətbuat orqanları nəşr olunmuşdur. Milli istiqlal elan edildikdən sonra,
milli mətbuatın əsas vəzifəsi milli dövlətin qorunub saxlanmasından,
daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət
idi. Bu məqsədlə, 1918-ci ildə nəşrə başlayan və müxtəlif vaxtlarda
redaktorları Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir
bəy Hacıbəyli və Xəlil İbrahim olan “Azərbaycan” qəzetinin mühüm
rolu olmuşdur. “Azərbaycan”ın başlıca məramı yenicə qurulmuş
milli Hökuməti müdafiə etmək idi. Cümhuriyyətin bütün ictimai-
siyasi, iqtisadi və mədəni təsisatlarının tarixi mənzərəsi bu qəzetdə öz
əksini tapmışdır. Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli,
Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd
ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə
Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid və digər ziyalıların
“Azərbaycan” qəzetinin səhifələrində dərc olunan məqalələri,
əsərləri Azərbaycan tarixinin, mədəniyyətinin, maarifinin inkişafına,
milli şüurun oyanmasına, milli özünüdərkin təşəkkülünə yardım
etmiş, azərbaycançılıq, istiqlalçılıq, türkçülük, islamçılıq, müasirlik
məfkurəsinin təbliğində mühüm rol oynamışdır. Qəzet səhifələrində
Məhəmməd Hadi, Əhməd Cavad, Seyid Hüseyn, Cəfər Cabbarlı, Yusif

72

Vəzir Çəmənzəminli və başqa vətənpərvər, yurdsevər şair və ədiblərin
milli müstəqillik hissləri aşılayan, “vətən qayğısı və millət duyğusunu 
hər şeydən üstün tutmağa” çağıran  əsərlərinə geniş yer verilirdi
[3.s.164]. Azərbaycanın 1918-1920-ci illərdəki dövriü  mətbuatı
əhalinin müxtəlif zümrələrinin maraqlarını əks etdirirdi. Belə ki,
gənclərə məxsus “Gənclər yurdu”, tələbə və müəllimlərə aid “Əfkari-
müəllimin”, elm və incəsənət xadimlərinin “Mədəniyyət” kimi qəzet
və dərgiləri  nəşr olunurdu. 1919-cu il martın 11-də nəşrə başlayan
“Övraqi-nəfısə” dərgisi Azərbaycan  mətbuatı tarixində ədəbiyyat və
incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin mart-
avqust aylarında Bakıda cəmi 6 nömrəsi nəşr edilmiş həmin jurnalın
redaktoru Əli Abbas Milznib, naşiri bəstəkar Zülfuqar bəy Hacıbəyli,
rəssamı Əzim Əzimzadə idi. Dərginin  səhifələrində Firidun bər
Köçərli, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Zülftiqar Hacıbəyli,
Əlabbas Müznib, Əmin Abid, Məhəmməd Hadi və başqaları çıxış
edirdilər. İlk nömrəsi 1920-ci ilin əvvəlində çıxmış “Qurtuluş” dərgisi 
da ədəbi-mədəni sahədə xeyli iş görmüş, Azərbaycan xalqının  milli
mədəniyyətinin təbliğinə çalışmışdır. Vətənpərvər və milliyyətçi
ziyalılardan Abdulla Şaiq, Hüseyn Cavid, Salman Mümtaz, Feyzulla
Sacid, Əli Yusif, Əbdürrəhman Dai və başqaları bu dərgi ilə əməkdaşlıq
etmişlər [3.s.165]. Ümumiyyətlə, 1918-1920-ci illərin mətbuatı o
dövrə qədərki Azərbaycan milli mətbuatının – “Əkinçi” (1875-1877),
“Ziya” (1879-1880), “Ziyayi-Qafqaziyyə” (1880-1884), “Kəşkül”
(1883-1891), “Şərqi-Rus” (1903-1905), “Həyat” (1905- 1906),
“İrşad” (1906), “Füyuzat” (1906-1907) və sair qəzet və jurnalların
demokratik ənənələrinin yekun mərhələsi idi. ADR dövründə ədəbi
prosesi tənzim edənlər və yaradanlar – Məhəmməd Əmin Rəsulzadə,

73

Mirzəbala Məmmədzadə, Əlimərdan bəy Topçubaşov, Həsən bəy
Ağayev, Fətəli xan Xoyski, Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Üzeyir və Ceyhun bəy Hacıbəyli qardaşları, Hüseyn Cavid,
Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla
Şaiq, Salman Mümtaz, Əlabbas Müznib və başqaları idilər. Xüsusən,
“Cümhuriyyət şairi” Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin
Abid (Gültəkin), Cəfər Cabbarlı, Bədri Seyidzadə, Mürşid, Davud
(Ağamirzadə), Əli Şövqi kimi gənclərin şeirləri el arasında sürətlə
yayılır, marşa, himnə, nəğməyə çevrilirdi. Azərbaycanın istiqlalına,
milli dövlətə, bayrağa və gerbə, türkçülük idealına, ümumbəşəri və
islami dəyərlərə həsr olunmuş ən yaxşı ədəbi-bədii, elmi-publisistik,
fəlsəfi-tarixi əsərlər məhz ADR dövründə yaranmışdır. Azərbaycanın
tam müstəqilliyi və istiqlalı ideyası əksər ziyalıları bir bayraq
altında birləşdirir və ədəbi hərəkat da ən çox bu yöndə irəliləyirdi.
İstiqlal hərəkatının ideoloqları Avropada və Rusiyada vüsət tapan
xristian birliyi hərəkatı müqabilində “türkləşmə, islamlaşma və
müasirləşmə” ideyasını irəli sürür və onun qələbəsinə çalışırdılar.
Bu ideya Azərbaycanda siyasi, sosioloji və fəlsəfi istiqamətə yönəlir,
azərbaycançılıq təlimi ilə qaynayıb-qarışırdı.

Tarixi faktlar göstərir ki, Azərbaycanda istiqlal ideyası müxtəlif
inkişaf mərhələləri keçmişdir.  1870-ci illərdən  M.F.Axundovla
başlayaraq, H.B.Zərdabi, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Sabir,
Ü.Hacıbəyli  və bir çox maarifçilərin, H.Z.Tağıyev başda olmaqla türk
burjaziyası və aydınlarının  fəaliyyəti  ilə  yüksəliş mərhələsi keçirmiş
marifçilik hərəkatı 1905-1907-ci illər I Rus İnqilabı  nəticəsində
Çar Nikolayın qəbul etdiyi “Azadlıq Manifestinin” imzalanması ilə 
yeni siyasi mərhələyə qədəm qoymuşdur.  Rusiya işğalı altında olan

74

türk-müsəlman xalqları Çar Manifestində elan olunan azadlıqlardan
bəhrələnmək məqsədilə geniş mübarizəyə başlamışdılar. Cənubi
Qafqaz türkləri  Çar Rusiyasından öz milli haqlarını tələb etmək 
məqsədilə Ə.B.Topçubaşovun  liderliyi ilə  “Rusiya Müsəlmanları
İttifaqı” Partiyası yaratmışdı. Eyni zamanda Rusiya Dövlət Dumasında
Ə.B.Topçubaşov liderliyində “Türk-Müsəlman Fraksiyası” fəaliyyət
göstərmişdir.  Rusiya türk müsəlmanlarının haqları uğrunda mübarizə
1917-ci il fevral-burja inqilabına qədər Rusiya müsəlmanları İttifaqı
Partiyası və Dövlət Dumasındakı Türk-Müsəlman Fraksiyası
vasitəsilə  sivil, demokratik, qanuni – leqal yollarla Ə.B.Topçubaşov
liderliyində həyata keçirilmişdir.

1917-ci il Rusiyada gerçəkləşən  Fevral-burjua inqilabından sonra
Rusiya Türklərinin gələcəyi və müqəddəratı ilə bağlı  Bakıda keçirilən
Qafqaz  Müsəlmanlarının Qurultayında və 1917-ci ildə Moskvada
keçirilən Rusiya müsəlmanlarının Moskva qurultayında Azərbaycan
Milli Hərəkatı M.Ə.Rəsulzadənin liderliyi ilə yeni bir siyasi mərhələyə
qədəm qoymuşdur.  M. Ə. Rəsulzadə liderliyində Azərbaycan xalqı
Rusiyanın  xalqların  ərazi muxtariyyətinə əsaslanmaqla federativ bir
dövlət quruluşuna çevrilməsi uğrunda mübarizəyə başlamışdı.  1917-
ci il mayın əvvəllərinə kimi “Musavat” partiyasının liderləri və onların
tərəfdarları Rusiya bolşevik hərəkatının millətlərə milli müqəddarat 
hüququnun verilməsi  tələblərinə  uyğun olaraq  Rusiya imperiyası
tərkibində Azərbaycana mədəni-milli muxtariyyat verilməsini  tələb
etmişlər. 1917-ci ilin yazında Ümumrusiya müsəlmanlarının Moskva
qurultayında M.Ə.Rəsulzadənin məruzəsi əsasında  müsəlman
vilayətlərinə ərazi muxtariyyəti verilməsi tələbi irəli sürüldü. Qurultay
nümayəndələrinin əksəriyyəti (717 nəfərdən 446-sı) Rusiyanın

75

federativ respublikaya çevrilməsi lehinə səs verdi. Federalistlər
Əhməd Salikov başda olmaqla  tatar milli ziyalılarının  müdafiə
etdiyi unitaristlər üzərində qələbə çaldılar. 1917-ci ilin oktyabrında 
Rusiyada Leninin rəhbərliyi ilə baş verən bolşevik çevrilişindən sonra
isə  Azərbaycan türkləri M.Ə.Rəsulzadənin öndərliyində Milli İstiqlal
uğrunda mübarizəyə qədəm qoymuşdular.

Tarixi faktlar göstərir ki, Azərbaycan İstiqlal ideyasının
təbliğində və inkişafında “Hümmət” (1904), “Mücahid” (1905),
“İttifaqi-müsliman” (1906), “Ədalət” (1916), “İrşad” (1917), “Türk-
ədəmi mərkəziyyət” (1917) və bu kimi milli-demokratik və sosial-
demokratik partiyaların, xüsusilə” müsəlman demokratik “Musavat”
partiyasının müstəsna rolu olmuşdu.

Bakıda 1918-ci ildə  Rusiya Bolşevik Hökümətinin Bakı
komitəsinin (Bakı Komissarlığı)  sədri Şaumyanın  rəhbərliyi ilə
müsəlmanlara qarşı Erməni-Rus birləşmələri tərəfindən törədilmiş
mart  kütləvi soyqırımı istiqlalın aparıcı qüvvəsi olan “Müsavat”
partiyasının  milli dövlətçilik ideyalarına güclü təsir göstərdi, onu
Rusiya imperiyasını demokratik-federativ respublikaya çevirmək,
burada millətlərə muxtariyyət  hüququ  vermək ideyasından  imtina
etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə,
“Müstəqil Azərbaycan” ideyasını irəli sürməyə məcbur etdi.

76

XX əsrin 20-30 illərində İran və Türkiyədə
aparılmış islahatlar

Rza şahın İranda apardığı islahatlar

1925-ci ildə Qacar sülaləsini hakimiyyətdən kənarlaşdıraraq
İranın mütləq monarxı olan Rza Şah İranı klerikal təsirlərdən, ənənəvi
köçəri həyatdan və etnik fərqliliklərdən xilas edən dövlət sistemi
yaratmaq niyyətində idi. Bunun üçün də o, Avropa və Qərb dəyərləri
ilə yaradılmış təhsil sistemi, avropalılar kimi geyinən və həyat tərzi
sürən, evdən kənarda ictimai həyatda fəal iştirak edən qadınlardan
ibarət olan cəmiyyət təsis etmək istəyirdi. Onun hakimiyyətinin ilk
dövründə Əbdülhüseyn Teymurtaş, Nüsrət-Əd-Dövlə Firuz və Əli
Əkbər Davər kimi qərb təhsli ilə yetişmiş, avropapərəst insanlardan
ibarət tərəfdarları var idi. Onlar ölkəni müasirləşdirmək üçün
geyim tərzi, milli və dini adət-ənənləri Avropa və Qərb dəyərləri ilə
uyğunlaşdıran islahatları həyata keçirirdilər.

Şahın göstərişləri ilə Qərb təhsil sistemində təşkil edilmiş orta
və ali təhsil müəssisələri açılmışdı. Həmçinin onun rəhbərliyi ilə
1936-1941-ci illərdə çadra və hicabı ləğv etmək üçün təbliğat və
təşviqat işləri aparılırdı. Onların fikrincə çadra qadınların hərəkətinə
maneə törədir və onların ictmai həyatda, milli inkişafda iştirakının
qarşısını alırdı. Bu səbəbdən də hərəkat ənənvi dəyərləri qorumağa
çalışan ruhanilər tərəfindən kəskin tənqidə uğrayırdı. Qadın oyanışı
hərəkatının mənbəyi 1931-ci ildə qəbul edilmiş “Nikah haqqında
qanun” və 1932-ci ildə Tehran şəhərində təşkil edilmiş II şərqli
qadınlar konqresində axtarılmalıdır.

77

Rza Şah həmçinin dini azlıqların statusunu yüksəltmək üçün bir
sıra tədbirlər görməkdə idi. O, qərb üsullu paltarı məcburi şəkildə
yaymış və klerikal paltar ilə birlikdə çadra və hicabdan istifadəni
məhdudlaşdıran sərəncamlar imzalamışdı.

Rza Şahın bütün bu islahat cəhdləri ruhani sinfi tərəfindən kəskin
şəkildə müxalifətlə qarşılanırdı. 1928-ci ildə Şahın arvadı üzüaçıq
şəkildə Qumda yerləşən ziyarətgahı ziyarət edərkən, onun bu hərəkəti
oradakı bir molla tərəfindən etirazla qarşılanmışdı. Bundan qəzəblənən
Şah özünü Quma yetirmiş və həmin mollanı şəxsən döymüşdü. Elə
həmin ilin dekabrında o, qanun qəbul edərək xüsusi ruhani dərəcəsi
olan kəslərdən başqa hamının qərbli paltarları geyməsini əmr etmişdi.
Qərb üsullu şlyapaların kənarları olması səbəbilə onun namaz zamanı
səcdəyə maneə törətdiyini irəli sürən ruhani və dindarlar bu qanuna
etiraz edirdilər. Şah həmçinin hicabın aradan qaldırmaq üçün təşviqat
işləri görürdü. Yüksək təbəqənin qadınları onun dövründə hicabdan
tamamilə imtina etmişdilər.

Ruhaniləri şaha qarşı qəzəbləndirən digər addımlar isə qadınların
ictimai həyatda fəal şəkildə iştirak etməsi idi. Qadınların kişilərlə bir
yerdə təhsl almasına icazə verilmişdi. 1935-ci ildə qəbul edilən qanuna
əsasən qadınları qəbul etməyən kinoteatr, otel və restoranlar yüksək
məbləğdə cəriməyə məruz qalmalı idilər. Şahın göstərişinə əsasən
yas mərasiminin keçirilmə müddəti bir günlə məhdudlaşdırılmışdı.
Həmçinin məscidlərdə oturmaq üçün stul və skamyalar qoyulmalı idi.

30-cı illərin ikinci yarısında dindar xalq kütlələri və şahın
arasındakı problemlər daha da kəskin şəkil almışdı. Bu səbəbdən
1935-ci ildə Məşhəd şəhərində qiyam baş qaldırmışdı. Şəhərdə
yerləşən İmam Rza ziyarətgahıa toplanan xalq nümayəndələri Şahın

78

yeni Yezid olduğunu bəyan edən şüarlar səsləndirməkdə idilər. Dörd
gün ərzində polis və ordu üzvləri ziyarətgaha müdaxilə etməyə imtina
etdilər. Yalnız beşinci gün bir qrup əsgər ziyarətgaha daxil oldu və
etirazçılara atəş açdı. Bunun nəticəsində də yüzlərlə nümayişçi
öldürüldü. Bu hadisə isə Rza şahla ruhani və dindarlar arsındakı
münasibəti daha da kəskinləşdirdi.

79

Atatürkün apardığı islahatlar

1919-1923-cü illərdə Osmanlı dövlətinin Antanta dövlətləri
tərəfindən işğalına qarşı aparılmış Azadlıq müharibəsi ilə səciyyəvidir.
Bu dövrdə Sultan hökumətinin azadlıq mübarizəsi aparanlara
qarşı əks mövqedə durması səbəbindən onların arasında kəskin
münasibət yaranmışdır. 1923-cü ilin oktyabr ayının 29-da Türkiyə
Respublikasının yaradılması elan edildikdən sonra Qərb əsaslarına
söykənən və ənənəvi metodlardan imtina edən islahatlar zənciri
başlamışdır.

İlkin olaraq 1924-cü ilim mart ayının 3-də xilafət ləğv edilmişdir.
Burada onu da qeyd etmək lazımdır ki, xilafət məqamı Məhəmməd
peyğəmbərdən sonra ilk xəlifə Əbu Bəkrin zamanından başlayaraq,
bütün müsəlmanların rəhbəri hesab edilirdi. Bu institut dövrlər
keçdikcə deqradasiyaya uğrasa belə, öz mahiyyətindən uzaqlaşsa da,
əsas dindar kütlə üzərində mənəvi hakimiyyətini qorumaqda idi. Bu
addım özü-özlüyündə kifayət qədər inqilabi addım idi.

Türkiyə Parlamentinin xəlifəlik məqamının ləğvinin gətirdiyi
təbəddülatlar İslam dünyasında bir müddət müəyyən çaxnaşmalara
səbəb olmuşdur. O dövrlərdə Məkkə Şərifi olan Hüseynin (indiki
İordaniya krallarının əcdadı) bu məqamı öz adına bağlamaq cəhdləri
isə onun siyasi nüfuzunun azlığı səbəbindən baş tutmadı. Hicaz
torpağına o illərdə yiyələnən Əbdüləziz ibn Səud isə xəlifə deyil,
kral olmağa üstünlük verdi və bununla da xəlifəlik institutu tarixə
qovuşdu.

Xilafətin ləğv olunduğu gün Parlament təhsil sistemində islahata
çağıran qanun qəbul etdi və bununla da Qərb üsullu tədris bütün

80

ölkəyə şamil edildi. Mədrəsələr bağlandı və təhsil dövlət qurumlarının
nəzarəti altında vahid sistemə tabe oldu.

1925-ci il Türkiyə Respublikasının tarixində islahatlara daha
çox şahid oldu. Bu ildə ard-arda qəbul edilən qanunlarla əvvəlcə
noyabrın 25-də qərbli paltar üslubunun hər kəs üçün istifadəsi vacib
hala gətirildi. Fəs, əmmamə, əbanın geyinilməsi qadağan edildi.
Hər kəsin şlyapa geyinməsi qanunla məcburi hala salındı. Cəmi beş
gündən sonra növbəti qanunla təkkə və zaviyələr bağlandı. Ruhani
sinfinin əlindən bir çox imkanlar alındı. Sonrakı ildə də islahatlar
davam etdirildi. Şəriət hökmlərinə əsaslanan hüquq sistemi ləğv edildi.
İsveçrənin Mülki Məcəlləsinə əsaslanan Mədəni qanun qəbul edildi.
Bu qanunla birlikdə kişilərlə qadınların qanun qarşısındakı bərabərliyi
təmin olundu, çoxarvadlılıq ləğv edildi, boşanma, nikah, miras kimi
məsələlərdə müasir hüququn tələbləri həyata keçirildi. Həmçinin qeyri-
müsəlmanlarla müsəlmanların hüquq qarşısında eyniliyi təmin olundu.

Elə həmin ildə qəbul olunan bir digər qərarla təqvimAvropa üsuluna
əsaslandı, müsəlmanların əsrlərlə hicrətdən (Məhəmməd peyğəmbərin
Məkkədən Mədinəyə köçməsi) başlanan tarixi beynəlxalq standartlara
uyğunlaşdırıldı. Sonrakı ildə saat, çəki və ölçülər ənənəvi mənbələrə
görə yox, beynəlxalq qaydalara uyğunlaşdırıldı.

1928-ci ildə qanunla ərəb əlifbasına əsaslanan yazının yerinə latın
əlifbası qəbul edildi. Bununla da tədris sistemində keçirilən islahatlar
daha da dərinləşdirildi. Elə həmin illərdə qadınların hüquqları
məsələsinə daha da artıq diqqət yetirilməyə başlandı. Mədəni qanunla
başlanan qadınların haqları daha da artırıldı. Son nəticədə qadınların
1934-cü ildə səs hüququ almalarına imkan yaradıldı və 1935-ci ildə
Türkiyə Parlamentində ilk dəfə 18 qadın millət vəkili seçildi.

81

Bütün bu islahatlar zənciri cəmiyyətin dindar qismində müəyyən
müxalifətlə qarşılanırdı. Ənənəvi idarəetmə üsulu və dini dəyərlərə
söykənən və bu sistemi müdafiə edən şəxslər müxtəlif imkanlarla
dövlət sisteminin dəyişdirilməsinə maneə törətməyə çalışırdılar.
1925-ci ildə ilk olaraq Şeyx Səid adındakı bir ruhani İslam dinini
müdaifiə etmək şüarı ilə tərəfdarlarını toplayaraq Türkiyənin cənub-
şərqində silahlı üsyan qaldırdı. Üsyanın başçısı öz çıxışlarında üsyanın
səbəbinin mədrəsələrin bağlanması, təhsilin Təhsil Nazirliyinin
nəzarətə keçməsi, xilafətin ləğvi və bunun kimi islahatlarla bağlı
olduğunu dəfələrlə elan etmişdi. Bir aya yaxın davam edən üsyan
ordu tərəfindən yatırıldı və üsyana rəhbərlik edən şəxlər məhkəmə
qərarı ilə edam edildilər.

Həmçinin 1930-cu ildə bu dəfə dövlətin qərbində Menemen adlı
yerdə bir qrup şəxs şəriət bayrağı qaldıraraq şəriətin və xilafətin bərpa
ediləcəyini, qərp paltarı geyinənlərin kafir olduğunu irəli sürərək
şəhərdə hakimiyyəti ələ almaq istəyirdilər. Bu qiyam da elə həmin
gün yatırıldı.

Bunlardan başqa aparılan islahatlara müəyyən şəxslər tərəfindən
etiraz yaransa da, dövlətin qətiyyəti bu islahatların aparılmasına hər
hansı bir maneə yaradan qüvvələrin mövcudluğuna imkan vermədi.

82

Nəticə

Bu kitabda İslam dünyasında islahat aparılması işinə qısa bir nəzər
salınmışdır. Şübhəsiz ki, bu qədər qısa bir məzmunda onların hamısına
toxunmaq mümkün deyildir. Bunlara misal kimi Hindistanda aparılan
islahat və dəyişikliklər, həmçinin SSRİ-də dindarların yaşadığı
vəziyyət, bundan başqa İran İslam İnqilabı və onun İslam dünyasında
inikası kimi məsələlər, həmçinin müstəmləkə vəziyyətinə düşmüş
müsəlman ölkələrinin milli-azadlıq mübarizələrində dini təsirlər
araşdırmaya daxil edilməmişdir.

Ümumilikdə isə İslam dünyasında islahat və yenilik tələblərinin
zamanın vacib və zəruri addımları tələb etdiyi diqqətə çarpmaqdadır.
Bəzən oxuyucuya siyasi quruluşun detallarından və ya geyim kimi
məsələlərdən bəhs edilməsi uzunçuluq və lüzumsuzluq kimi görünə
bilər. Lakin bütün bu detalların özü-özlüyündə böyük anlamları vardır.
Həmçinin 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə
təsadüf etdiyindən onun tarixinə, keşməkeşli mübarizə səhifəsinə
nəzər salmaq zəruriyyət kəsb etməkdədir. Buna görə də tariximizin
şanlı səhifəsinə bu araşdırmada yer ayrılmasını vacib hesab etmişəm.

Sonda onu da qeyd etməliyəm ki dünya zamanla dəyişir, şərtlər,
cəmiyyyət, onu ifadə edən qaydalar eyni qalmır. Bununla da cəmiyyəti
ən kəskin şəkildə ifadə edən dəyərlərdən olan mənəvi dəyərlər və
onun ən vacib hissələrindən olan dini inanc da dəyişilir və zamanla
özünəməxsus şəkil alır. Bu inkişafın və təkamülün dövrümüzdə də
davam etdiyi, gələcəkdə də sürəcəyi də yəqin edilmiş həqiqətlər
sırasındadır. Yəni ki, bu dəyişikliklər hələ də davam edəcəkdir.

Bütün bəşər yaradıcılığında olduğu kimi bu kiçik araşdırma

83

da səhvlərdən və hansısa məsələdə subyektivlikdən xali deyildir.
Müəllif oxuyucudan əvvəlcədən üzr istəməyi özünə borc bilir. Ən
əsası da kitabı bu səhifəyə qədər oxumaq səbrini göstərən və onun
kiçik araşdırmasına qarşı təmkin nümayiş etdirən və onun zəhmətinə
layiqincə cavab verən şəxslərə dərin təşəkkürlərini bildirir.

Mündəricat

Giriş...............................................................................................3

İslam dünyasında islahat aparılmasının başlanğıc mərhələsi.........5
Sultan II Mahmudun islahatları......................................................7
Tənzimat dövrü.............................................................................11
Konstitutsiya uğrunda hərəkat......................................................15
Konstitutsiyanın elan edilməsivə parlamentin çağrılması...........18
Məhəmməd Abduh.......................................................................20
Cəmaələddin Əfqani.....................................................................28
Cədidçilik......................................................................................37
Musa Biqiyev................................................................................45

Azərbaycanda islahat hərəkatları
Mirzə Fətəli Axundov...................................................................49
XX əsrin əvvəllərində Rusiya İmperiyasında
milli və dini mübarizə..................................................................54

XX əsrin 20-30 illərində İran və
Türkiyədə aparılmış islahatlar
Rza şahın İranda apardığı islahatlar.............................................76
Atatürkün apardığı islahatlar........................................................79

Nəticə............................................................................................82

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version