Heydər Əliyev siyasəti: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Əziz həmvətənlər!
Sizi – respublikamızın yəhudi əhalisini Yeni il bayramınız –
Roş-Ha-Şana – münasibətilə ürəkdən təbrik edir, hamınıza can-
sağlığı və səadət arzulayıram.
Əsrlərdən bəri ölkəmizdə məskunlaşıb yaşayan yəhudilər
heç zaman Azərbaycanda təqiblərə və ayrı-seçkiliyə məruz qal-
mamış, milli-mədəni özünəməxsusluğunu qoruyub saxlayaraq,
respublikamızın ictimai-siyası və elmi-mədəni həyatında yaxın-
dan iştirak etmişlər. Azərbaycan milli müstəqillik qazandıqdan
sonra respublikamızda yaşayan digər xalqların nümayəndələri
kimi, yəhudilər də demokratik dövlət quruculuğu prosesində
fəal vətəndaşlıq mövqeyi nümayiş etdirir, ölkəmizin tərəqqisi və
inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Əziz həmvətənlər!
Hər il Azərbaycanda təntənə ilə qeyd olunan Roş-Ha-Şana ye-
nilik, tövbə, mənəvi saflıq bayramıdır.
Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə
xoşbəxtlik və sevinc gətirsin.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 sentyabr 2003-cü il
501
Heydər Əliyev siyasəti: TOLERANTLIQ
VATİKAN DÖVLƏTİNİN BAŞÇISI PAPA
II İOHANN PAVEL HƏZRƏTLƏRİNƏ
Möhtərəm Papa həzrətləri!
Vatikan dövlətinin milli bayramı – Müqəddəs taxta əyləşmə
günü münasibətilə Sizi və bütün katolikləri səmimi-qəlbdən təb-
rik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq
münasibətləri, səmimi dialoq xalqımızın iradəsinə uyğun olaraq
bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, humanizm idealları naminə nəcib
fəaliyyətinizdə uğurlar, dost Vatikan xalqına xoşbəxtlik və fira-
vanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2003-cü il
502
Kitab “AzərTAc“ın materialları
əsasında hazırlanmışdır
Kitabı çapa hazırlayanlar:
Nahid MƏMMƏDOV
Cahandar ƏLİFZADƏ
Texniki redaktor:
Oqtay ORUCOV
Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı 70x100 1/16.
Tiraj 500
”ŞƏRQ-QƏRB” NƏŞRİYYATI