The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-03 07:24:06

Müsəlman ölkələrində kilsələr

Müsəlman ölkələrində kilsələr

51

görə məbəd dünyanın ən böyük prixodu sayılır.
1976-cı ildə Yepiskop Qremolinin Dubaya səfəri ərəfəsində

kilsəyə bitişik əlavə tikili-məktəb inşa edilir. Məktəbin inşa
olunmasında 16 000 daşdan istifadə edilmişdir. Tikintiyə nəzarəti ata
Eusebio həyata keçirmişdir. Məktəbin bu gün 2000-dən çox şagirdi
var və Körfəzdəki ən yaxşı İngilis orta məktəblərindən biri sayılır.
Bu, London Universitetinə bağlı təhsil ocağıdır və Advanced Level
sertifikatları vermək lisenziyasına da sahibdir. Burada yaxşı bir elmi
təhsil ilə yanaşı, həm də ruhani həyatın həqiqətləri və təcrübələri
aşılanır. Xristian uşaqlarına Katexizm öyrədilir; Müsəlman uşaqlar
Quran dərsləri və hindular, buddistlər və s. kimi digər dini inanclara
mənsub uşaqlara mənəvi elmlər öyrədirlər.

52

Müqəddəs Tomas Pravoslav Kafedralı, Dubay

Müqəddəs Tomas Pravoslav Kafedralı Malankara Pravoslav
Kilsəsinin ən məşhur prixodlarından biri sayılır. Pravoslav Kafedralı
Malankara Pravoslav Suriya Kilsəsinin Delhi Yeparxiyasına tabedir.
Dubayda ilk Malankara pravoslav cəmiyyəti rəsmi olaraq 2 dekabr
1968-ci ildə təsis edilmişdir. Cəmiyyət əvvəlcə Müqəddəs Tomas
Pravoslav Assosiasiyası adlanırdı və həftəlik toplantılar üzvlərin
yaşayış yerlərində həyata keçirilirdi.

Daha sonra cəmiyyətin üzvlərinin say artımı ilə əlaqədar
yığıncaq Deyra yaxınlığında yerləşən Qadınlar Cəmiyyəti Salonunda
keçirilməyə başlandı. 1960 və 1970-ci illərdə Əmirliklərdə neft
bumunun olması səbəbilə Keraladan gələn xristian əqidəli insanlar
arasında Dubayda böyük dini icma yaratma zərurəti yaranmışdır.
Belə ki, bu ərazilərdə rəsmi kilsənin tikilməsi labüd hal almış

53

və bu məsələ ilə bağlı ölkə hakimiyyət orqanlarına müraciətlər
ünvanlanmışdır.

1969 və 1972-ci illərdə Metropolitanların Dubaya səfəri zamanı
şəhərin sabiq hakimi Şeyx Rəşid bin Səid Əl Məktuma kilsə tikintisi
üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar müraciətlər edilmişdir.
1972-ci il aprelin 25-də kilsənin tikintisi üçün torpaq sahəsi hədiyyə
edilmişdir. 300-ə yaxın insan tutumu olan kilsə 1976-cı ildə Jozef
Mar Pakomis tərəfindən təqdis olunmuşdur. Lakin bu kilsənin
tutumu azlıq təşkil etdiyindən yeni kilsənin tikilməsi zərurəti
meydana gəlmişdir.

Yeni kilsə binasının tikintisinin təməl qoyma mərasimi 5
iyul 1991-ci ildə baş tutmuşdur. Məbədin inşası rekord müddətdə
yekunlaşmış, 12 iyul 1992-ci ildə Baselios Mar Thoma tərəfindən
təqdis edilmişdir. Yeni kilsə kompleksinin ofisləri, kitabxanası,
kiçik zalı və saxlanc yeri 1998-ci ildə inşa edilmişdir. 22 dekabr
2006-cı ildə kilsədə təmir bərpa işləri görülmüş əlavə tikili-dəhliz
artırılmışdır. Həmin gün ibadətgah katolikos Basellios Martoma
Didimos I tərəfindən təqdis edilərək “Müqəddəs Tomas Pravoslav
Kafedral”ı adlanmağa başlanır.

2014-cü ildə Kilsənin yaxınlığında Bazar günü məktəbi, inzibati
ofislər, konfrans otaqları, mətbəx və digər əlavə tikililərdən ibarət
çoxmərtəbəli kompleks inşa edilərək təqdis olunmuşdur.

54

Müqəddəs Paul Kilsəsi, Cənubi Ərəbistan

Müqəddəs Paul Kilsəsi Musaffah Cənubi Ərəbistan Apostol
Vikariatlığının bir hissəsi olaraq, Katolik Kilsəsinin Birləşmiş Ərəb
Əmirlikləri, Oman və Yəməndəki ərazi yurisdiksiyasına tabedir.
Müqəddəs Paul Kilsəsi Musaffah Birləşmiş Ərəb Əmirliklərinin
paytaxt şəhəri olan Əbu Dabidə inşa edilmiş ikinci kilsədir. Kilsə
4,560 kv/m sahədə yerləşir. İbadətlər əsasən ingilis və kütlənin
üstünlük təşkil etdiyi dillərdə yerinə yetirilir. Həftə ərzində 14-ə
yaxın dini ayin icra olunur.

Kilsənin torpağı Musaffada yaşayan böyük katolik icmasının
mənəvi ehtiyaclarını təmin etmək üçün 2011-ci ilin noyabrında Əbu-
Dabinin əmiri tərəfindən bağışlanmışdır. Təməlqoyma mərasimi 29
iyun 2013-cü ildə həvari Pyotr və Paulun bayramına təsadüf etmişdir.
Layihənin icrası bir neçə ay sonra avqust ayında başlamışdır. Gözəl
kompleksin tikintisi iki ildən az müddətə başa çatmışdır.

2015-ci il iyunun 11-də Şeyx Nəhyan bin Mübarək əl-Nəhyan və
kardinal Pietro Parolin, Roma Papası Fransizin baş katibi yepiskop
Petar Rajiçin, Ərəb yarımadasının apostol nunsisi Kamillo Ballinin
iştirakı ilə kilsə kompleksinin təntənəli açılış mərasimi keçirilmişdir.

55

Müqəddəs Assisi Françis Kilsəsi, Dubay, Cəbəl Əli

Müqəddəs Assisi Françiz Kilsəsi Dubayda Cəbəl Əli adlanan
yerdə Müqəddəs Məryəm Kilsəsi ərazisində yerləşir. 4 oktyabr
2000-ci ildə baş keşiş ata Daniel Kerofolini tərəfindən Kilsəyə xeyir
dua verilərək təməl qoyma mərasimi keçirilmişdir. Bütün Kilsə
binasının tikintisi bir il ərzində yekunlaşmışdır. Müqəddəs Assisi
Françiz Kilsəsi 15 noyabr 2001-ci ildə təqdis edilmişdir. Təqdis etmə
mərasimində xristian yuxarı silkinin rəhbər ruhani şəxsləri, Apostol
Vikariatlığına daxil olan müxtəlif prixodlardan 20-dən çox keşiş ilə
yanaşı, minlərlə inanclı xristianlar iştirak etmişdirlər.

Bu xristian məbədi Dubay Əmirliyində yerləşən sayca ikinci
kilsə olmaqla, Cəbəl Əli Azad Zonasında yaşayan, və çalışan xristian
əqidəli insanların dini ehtiyacını təmin edir. Cəbəl Əli kiçik bir dağ
səhrasında yerləşir.

Prixodun ümumi torpaq sahəsi 50.000 kvadrat metrdir və üç
hissədən ibarət olan ayrıca binadan ibarətdir. Kilsə, Assisi Prixod

56

Zalına bitişikdir. Kilsə ərazisində 15 zaldan ibarət olan Padu Mərkəzi
fəaliyyət göstərir. Bu zallarda dua oxuma ritualları icra olunur.
Yaşayış sahəsi və ofislər tikilinin digər tərəfində yerləşir. Burada 70
avtomobil üçün zirzəmi dayanacaq də mövcuddur.

Memarlıq baxımından kilsə şah əsəri kimi xarakterizə oluna
bilər. Kilsənin mərkəzində İsanın mozaika şəkli kilsəyə xüsusi
gözəllik qatır. Bu da təbii olaraq, inanc sahiblərinə qeyri-adi bir ilahi
cazibə bəxş edir.

57

Müqəddəs Lyuk Kilsəsi, Pakistan, Abbotabad

Müqəddəs Lyuk Kilsəsi Pakistan Pişəvər Yeparxiyasının
nəzdindəki Müqəddəs Luqaya həsr olunmuş Anqlikan kilsəsidir.
Kilsə 1864-cü ildə Hindistanının Abbottabad şəhərində yaradılıb.
Kilsənin tikintisinə 1854-55-ci illərdə start verilmişdir. Lakin
maliyyə çatışmazlığı və 1857-ci ildə Hindistan üsyanı ilə əlaqədar
tikintidə gecikmələr, qısa fasilələr olmuşdur. 1864-cü ildə kilsənin
tikintisi yekunlaşaraq Kəlküttə yepiskopu tərəfindən təqdis edilir.
Onun səlahiyyətləri Abbottabad özü, Haripur, Mansehra və Galyat
əraziləri daxil olmaqla Hazara bölgəsinin əksəriyyətini əhatə
etmişdir. Bununla yanaşı, Abbottabadda qədim xristian qəbiristanlığı
da onun səlahiyyət dairəsinə salınmışdır.

Bu kilsə qurulmazdan əvvəl yerli xristian icması müntəzəm
vikar və ya keşişlərə müraciət etməmişdi və bu xidmətlər bəzən
müxtəlif hərbi birliklərə tabe vəzifəli hərbi qulluqçuların və ya

58

Pişəvər və ya Ravalpindi şəhərindən olan vəzifəli şəxslər tərəfindən
təmin edilmişdir. 1864-cü ilin noyabr ayının sonlarından etibarən
1866-cı ilin aprel ayına qədər Revd Kellner Vikar və Kaplin idi.
Bundan sonra burada bir sıra görkəmli Vikar və Kaplinlər kilsəyə
rəhbərlik edirlər.

1947-ci ilin iyun ayından 1948-ci ilin aprelinə qədər, 1947-
ci ildə Pakistanın müstəqilliyi ilə yaranan qalmaqal nəticəsində
Müqəddəs Lyuk Kilsəsi fəaliyyətini dayandırıb. Daimi xidmətlər
yalnız Peşaverdə olan Daniel Rəşid Abbottabad və Hazara ziyarəti
zamanı bərpa olunmuşdur.

1970-ci ildə Pakistan Kilsəsi Anqlikan birliyi və Şotlandiya
Kilsəsinin, lüteranların, Birləşmiş Metodistlərin vasitəsi ilə quruldu.
Ardınca da, Müqəddəs Lyuk Kilsəsi rəsmi olaraq yeni yaranmış
Pişəvər Yeparxiyasının nəzdində yer aldı. Bundan sonra, kilsədə
yerli icmaya müntəzəm olaraq dini xidmətlər göstərən daimi keşişlər
təyin olunmağa başlandı.

59

Xanım Fatimə Kilsəsi, Pakistan, Kəraçi

Kəraçi Xanım Fatimə Kilsəsi Kraçi Roman Katolik
Arxiyeparxiyasının bir hissəsidir. Kəraçi şəhərində yerləşən dairəvi
arxitektural dizaynı olan və İkinci Vatikan Şurası tərəfindən təqdim
edilən qaydalara uyğun olaraq inşa edilən yeganə kilsədir.

Qızlar üçün orta məktəb Xanım Fatimə Kilsənin yaxınlığında
yerləşir. Prixodda missionerlik seminariyası da fəaliyyət göstərir.

Kilsənin fəaliyyəti 22 Avqust 1953-cü ildə təsdiqlənmişdir.
Alkuin Van Miltenburq (Kəraçinin mərhum baş yepiskopu)
yeni kilsənin sərhədlərini təyin etdi. 1955-ci ilin may ayında
müqəddəs Patrik Kafedralı nəzdində fəaliyyətə başlayan kaplinliyə
çevrilmişdir. 1957-ci ilin sentyabrında artıq müstəqil bir prixoda
çevrilmişdir. 13 iyul 1962-ci ildə indiki kilsə binasının təməl daşı
Vatikan səlahiyyətlisi Xavier Zupenin xeyir-duası ilə qoyulmuşdur.

60

8 sentyabr 1963-cü ildə kilsə təqdis edilərək xanım Fatiməyə həsr
edilmişdir. Bu ad Məsum Məryəmin Portuqaliyadakı kiçik Fatimə
kəndində möcüzəvi görünüşünə verilən addır. Əfsanəyə görə, Bakirə
Məryəm 1917-ci ildə üç çoban uşaqla zühur etmişdir. Kilsə fasadda
dairəvi böyük şüşələri olan bir formaya malikdir. Oturma yeri
qurbangah ətrafında yarım dairəvi bir formaya malikdir. Kilsə dövlət
tərəfindən qorunan abidə kimi irs siyahısına salınmışdır.

61

Şəfaətçi İsa Kilsəsi, İordaniya Haşimilər
Krallığı, Amman

Şəfaətçi İsa Kilsəsi İordaniya Haşimilər Krallığının paytaxt
şəhəri olan Ammanda yerləşir. Əhatə dairəsinə görə Qüds Yepiskopal
Yeparxiyasına üzv kilsələr arasında ən böyük kilsədir. Kilsə ərəb
icmasının evi olmaqla yanaşı, ingilisdilli Anqlikan icmasının toplantı
məkanıdır.

“Kilsənin Missiyası Cəmiyyəti” adlı missionerlər tərəfindən
qurulmuşdur. Missionerlər 1919-cu ildə fərdi evlərdə qeyri-
müntəzəm görüşlər təşkil etməyə başladılar. İlk Ərəb Yepiskop
cəmiyyəti 1927-ci ildə konstitusiyon əsaslarla təsis edilərək məktəb
auditoriyasında görüşlər keçirmişdir. Hazırkı strukturun bünövrəsi
1949-cu ildə Qüdsdəki sabiq Anqlikan yepiskopu Veston Stüard
tərəfindən qoyulmuşdur. 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra

62

Fələstinli bir sıra xristianlar Amman da daxil olmaqla, İordaniyanın
Şərq Sahilinə məcburən qovulmuşdular. Bu hadisə Şəfaətçi İsa
Kilsəsinin üzvlərinin sayının artmasına rəvac vermişdir.

Hazırda Şəfaətçi İsa Kilsəsi Qüdsdəki Yepiskop Yeparxiyasının
ən böyük kilsəsidir (təxminən 1700 kilsə üzvü). Bu say Qüds Şəhid
Corc Kafedral Kilsəsinin və Qüds Yeparxiyasının ilk tikilmiş kilsəsi
olan İsa Kilsəsinin üzvlərinin sayından çoxdur. Kilsə Göy qurşağı
yolunda birinci dairənin üstündə Yeparxiya ofisləri, Qızlar üçün
Əhliyyə Məktəbi, həmçinin Yeparxiya mərkəzinin yaxınlığında
yerləşir.

Günümüzdə kilsə icmasının məqsədi icma üzvlərinə müqəddəs
kitab olan İncili anlatmaq, öyrətmək, yeni fəaliyyətlərdə insanları
cəlb etmək, kilsənin idarəçiliyində ruhani şəxsləri yetişdirmək,
Qərbi Ammanda icmaya xidmətin göstərilməsi üçün yeni kilsənin
inşa edilməsindən ibarətdir.

2004-cü il yanvarda Baş yepiskop Rovan Uilliams yerli
Anqlikan icmasının üzlərini gücləndirmək və təşviq etmək üçün
xütbə söyləmişdir. Kilsə gənclər, kişilər, qadınlar və yaşlı üzvləri
üçün proqramlar tərtib edir. Kilsə 4 dəfə ibadət xidmətlərini,
Bazar məktəblərini, İncilin tədrisini həyata keçirməklə universitet
tələbələri, gənclər, müxtəlif yaş qrupundan ibarət şəxslər üçün
düşərgə liderliyi üzrə təlim məşğələ proqramları həyata keçirir.

63

Müqəddəs Qəlb Kafedralı, Pakistan, Lahor

Müqəddəs Qəlb Kafedralı 19 noyabr 1907-ci ildə Lahor
yepiskopu Fabian Estermans tərəfindən təqdis olunmuşdur. Kafedral
Belçikanın yardımı və materialları ilə yepiskop Godfroid Pelkmansın
(Lahor yepiskopu 1893-1904) vəsiyyətinə əsasən ucaldılmışdır. Onun
kökləri Pakistandakı Belçikalı kapusinlərin tarixi ilə əlaqədardır.
Kafedralın dizaynı Belçika memarı Eduard Dobbelers tərəfindən
Roma-Bizans üslubuna uyğun hazırlanmışdır.

Kafedral Lahor Roma katolik arxiyeparxiyasının başlıca
kilsəsidir. Pakistan Hökuməti tərəfindən Kafedralin 100 illiyinə dair
xüsusi bir xatirə poçtu möhürü buraxılmışdır. Papa XVI Benedikt də
Lahor kafedralının yubileyinə dair bir mesaj göndərmişdir. Pakistan
Apostol Nunsi baş yepiskop Adolfo Tito Yana Papa tərəfindən
Lahordakı yerli camaata ünvanlanmış xüsusi mesajını oxumuşdur.

64

2007-ci ildə ata Andrey Nisari Kafedralın direktoru təyin edilmişdir.
11 Mart 2008-ci ildə bombalanma nəticəsində məbədə ciddi

ziyan dəymişdir. Dəymiş zərərin aradan qaldırılmasını Belçika
dövləti öz üzərinə götürmüşdür.

2011-ci ildə Kafedral qurulduqdan günümüzədək 20.000-dən
çox vəftiz və təxminən 5.500 nikah qeydə alınmışdır.

65

Müqəddəs Vinsent De Paul Kafedralı, Tunis

Müqəddəs Vinsent De Paul Kafedralı Tunisdə yerləşən Roma-
Katolik kilsəsidir. Kafedral xeyriyyəçi himayəçi müqəddəs Vinsent
de Paula həsr edilmişdir. Bu məbəd Tunisin Arxiyeparxiyasının taxt-
tacı hesab edilir. “Ville Nouvelle”dəki İstiqlaliyyət adlanan yerdə
Fransa səfirliyinin qarşısında Həbib Burquiba və Fransa prospektinin
kəsişməsində yerləşir.

Tanınmış memar L. Bonnet-Labranş tərəfindən hazırlanan kilsə
Mavrit, Qotik dirçəliş və Neo-Bizans arxitekturası ənənələri daxil
olmaqla qarışıq üslubda tikilmişdir. Tikinti 1893-ci ildə başlamışdır
və kilsə 1897-ci ildə açılmışdır, maliyyə çatışmazlığı nəticəsində
müəyyən gecikmələr olmuşdur.

Kardinal Çarlz Lavigeri 7 noyabr 1881-ci ildə “La Marine”

66

prospektinin aşağı hissəsində kilsənin təməl daşını qoymuşdur.
Bu kilsə Müqəddəs Luis Kafedralı olan arxiyeparxiya və ya yarım
kafedral xarakteri daşıyırdı. Yarım kafedral məbəd qısa zamanda
ərsəyə gəlmişdir. Lakin məbədin yerləşdiyi yerin səthinin korlanması
səbəbindən yeni kilsənin tikintisinə ehtiyac yaranmışdır.

Tunisin Fransadan müstəqillik əldə etməsindən sonra Tunisdə
Roma katoliklərinin sayı sürətlə azalmağa başlamışdır. 1964-cü ildə
Tunis Respublikası ilə Vatikan arasında əldə edilən razılaşmaya
əsasən, Karfagen Akropolium da daxil olmaqla, sözügedən
binaların ictimai istifadə üçün Tunis dövlətinə təhvil verilmişdir.
Lakin Müqəddəs Vinsent de Paul Kafedralı Tunisdə Roma Katolik
Kilsəsinin mülkiyyəti və tabeçiliyi altında qalmışdır.

67

Müqəddəs Auqustin Bazilikası, Əlcəzair

Müqəddəs Auqustin Bazilikası Əlcəzairin Ənnəba şəhərində
yerləşən Roma Katolik Bazilikası və yarım kafedralıdır. Məbəd
Müqəddəs Hippo Auqustinə həsr olunmuşdur.

Bazilika Konstantin Yeparxiyasının tabeçiliyindədir. Bazilika
quruluşu 1881-ci ildə başlanmış və 29 Mart 1900-cü ildə bitmiş,
kilsə 24 aprel 1914-cü ilədək heç nəyə həsr edilməmişdir. Bazilikada
Müqəddəs Auqustinin adına ucaldılmış heykəldə Müqəddəs
Auqustinin qol sümüklərindən birinin olduğu deyilir.

Müqəddəs Auqustin Bazilikası Roma şəhəri Vandallar tərəfindən
mühasirəyə alınarkən şəhid olan Müqəddəs Auqustinin şərəfinə
adlandırılmışdır.

68

Əlcəzair, Müqəddəs Qəlb Kafedralı

Əlcəzair Müqəddəs Qəlb Kafedralı Əlcəzairdə yerləşən Roma
katolik kilsəsidir. Tikintisi 1956-cı ildə tamamlanan məbəd Əlcəzair
Müqəddəs Filipp kafedralınının müsəlman Ketçau məscidinə
çevrilməsindən sonra paytaxtın yeni kafedralı olmuşdur. Əlcəzair
Müqəddəs Qəlb Kafedralı Əlcəzair arxiyeparxiyasının kafedral
kilsəsidir.

1962-ci ilin dekabrında kilsənin binası istifadəyə verilmiş və
1963-cü ildə təqdis edilmişdir. Binanın dizayneri memar Paul Herb
Cin Kutor və mühəndis Ren Sarqer ilə birlikdə binanın inşasını
yekunlaşdırmışlar. Binanın ölçüsü 52 metr uzunluğunda və 35 metr
genişlikdədir. Kilsə onun mərkəzi qülləsi ilə diqqəti çəkir.

Nefin girişində mozaikadan olan prixodda kiçik sənət əsərləri var.
Məbədin freskasının tarixi 324-cü ilə gedib çıxır. Qurbangah Karrara
mərmərindən hazırlanmışdır və çoxsaylı afrikalı müqəddəslərin
qalıqları burada saxlanır.

69

Benqazi Kafedralı, Liviya

Benqazi Kafedralı, Liviyanın Benqazi şəhərində Roma
katolik kilsəsidir. Şəhərin mərkəzində yerləşir. Benqazi Kafedralı
1929-1939-cu illərdə inşa edilmiş və Şimali Afrikanın ən böyük
kilsələrindən biri olmuşdur. Bina sonra Ərəb Sosialist Birliyi üçün
qərargah olaraq istifadə edilmişdir. Məbəd daha sonra istifadəsiz
qalmışdır. 2009-cu ildən etibarən Kafedral və onun bütün sahəsi
İtalyan şirkəti tərəfindən yenilənir.

Bina Neoklassik arxitektura nümunəsidir və İtalyan memarları
Gudo Ottavo və Cabiati Ferrazza tərəfindən hazırlanmışdır. Məbəd
bazilika şəklində tikilmişdir. Girişdə altı ədəd sütun var. Bir sıra
çıraqlar isə kafedralda işıqlandırmanı təmin edir. Binanın içi
arabesklə bəzədilmiş və 3 hissəyə ayırlmışdır. Kilsə zəngi 6 ton çəkiyə
malikdir. Orijinal planlar göstərir ki, Kafedral nəzərdə tutulan plan
üzrə başa çatmamışdır; təsvirlər göstərir ki, üç mərtəbəli bir məbəd
qülləsi qurulmamışdır. Məbəd Şimali Afrikada ən böyük kilsələrdən
biri kimi qalmaqdadır. Lakin təyinatı üzrə istifadə edilmir.

70

Müqəddəs Ailə Kafedral Prixodu, Küveyt Şəhəri

Küveyt şəhərində Ərəb Körfəzi sahilindən qısa bir gəzinti yolu
uzaqlığında yerləşən Müqəddəs Ailə Kafedralı hündür və möhtəşəm
görünüşə malik olmaqla, təmiz mavi suların yaxınlığında qərar tutan
isti bir qumdaşı obrazı yaratmışdır. Katolik kilsəsi olan məbəd Küveyt
şəhərinin şərq hissəsində Qiblə yaşayış məntəqəsində yerləşir.

Prixod Küveytdə Şimali Ərəbistan Apostol Vikariatlığı
yepiskopunun oturduğu yerdir. Lakin Bəhreyndə yeni kafedralın
tikintisi ilə əlaqədar prixod kafedral statusunu itirərək prixod
statusunu saxlamışdır.

Bu məkan 50 ildən çox müddətdə ibadət yeri olmaqla bərabər
ölkədə Katolikliyin canlı simvolu kimi qalmışdır. Beləliklə, Küveytin
ilk yepiskopu Thephano Stella kafedralın dizaynı üçün Emilio
Tenca adlı Milanlı memara tapşırıq verir. Memarlıqda çox müasir
və unikal olan Kafedral 1956-cı ildə Əmir və Küveyt hökuməti
tərəfindən xeyir-dua verilən torpaqlarda ucaldılmağa başlanmışdır.
27 yanvar 1957-ci ildə ilk təməl daşı atıldığı gün olmuş, və 16 mart
1961-ci ildə Kafedral təntənəli şəkildə təqdis edilmişdir. Məbəd

71

Küveytin yepiskopu Stellanın qərarı ilə «Səhrada Müqəddəs Ailə»
adlandırılmağa başlandı. Kilsədə dini ayinlər ingilis, fransız, ərəb,
tamil və digər dillərdə icra olunur. Kilsədə Ərəbistanın müqəddəs
xanımı heykəli ucaldılmışdır.

Kafedral kompleksi altı əsas elementdən ibarətdir: Kafedralın
özü, yepiskopun iqamətgahı, yeni prixod zalı, resurs mərkəzi.
Kilsənin iki mərtəbəli yeni binası (oktyabr 1997-ci ildə açılışı
olmuşdur) gözəllik və dizayn baxımından yüksək səviyyədə inşa
edilmişdir. Geniş otaqlar, ofislər, katexizm sinifləri və özəl sovmə
prixodun fəaliyyəti üçün çox saylı imkanlar yaradır.

72

Müqəddəs Antoni Katolik Kilsəsi, Məsqət (Oman)

Oman Sultanlığının paytaxtı Məsqətin təxminən 230 km
şimalındaki Sohar şəhərində yerləşir. Müqəddəs Antoni Katolik
Kilsəsinin 4 fevral 1994-cü ildə Livan nünsisi və Körfəz Apostol
Nümayəndəsi yepiskop Pablo Puente tərəfindən rəsmi açılış
mərasimi baş tutmuşdur. İlk katolik ibadəti isə 15 Avqust 1993-cü
ildə yeni prixodun keşişi təyin edilmiş ata Eduard Saracini tərəfindən
təşkil edilmişdir.

Sohar Oman Sultanlığında paytaxt Məsqət yaxınlığında ən
inkişaf etmiş şəhər və qədim Omanın paytaxtı idi. Zəngin bir ənənəyə
sahib olan Sohar son dövrlərə qədər tarixi bir balıqçılıq şəhəri idi.
Bu gün isə görkəmli sənaye mərkəzinə çevrilmişdir.

1989-cu ildə yepiskop Giovanni Bernardo Qremolinin pastoral
səfəri zamanı Soharda yaşayan katoliklər bir ibadət yerinin
tikilməsinə dair arzularını baş keşişə bildirdilər. Onların zəruriliyinə
inandığında yepiskop Sultan Qabus Bin Saidə müraciət edərək

73

petisiya ünvanladı. 27 aprel 1991-ci ildə ölkə başçısı ona təqdim
edilən petisiyanı imzalayaraq kilsənin tikintisi üçün torpaq sahəsi
bağışlayır. 24 mart 1992-ci ildə yepiskop Qremolinin iştirakı ilə
Sudandakı Apostol Xüsusi nümayəndəsi və nünsisi arxiyepiskop
Ervin Yosif Ender tərəfindən kilsənin təməl daşı atılmışdır. Hazırda
kilsədə çox sayda katolik dini ayinləri icra edir.

74

Müqəddəs Pyotr və Paul Katolik Kilsəsi,
Ruvi (Oman)

Müqəddəs Pyotr və Paul Katolik Kilsəsi Oman Siro-Malankara
Katolik İcmasına məxsus xristian ibadət evidir. Məbəd Məsqət
şəhərinin əsas ticarət hissəsi olan Ruvidə yerləşir. Kilsə ata
Varfolomey Kestelin təşəbbüsü əsasında Oman Sultanlığının
rəhbərliyi tərəfindən ayrılmış olan torpaq sahəsində inşa edilmişdir.
Lakin prixodun tikintisi ata Barnabasa Maddiyə həvalə edilmişdir.

Kilsə 4 noyabr 1977-ci ildə kardinal Simon Lordusam tərəfindən
təntənəli şəkildə təqdis edildi. Ancaq 1990-cı ildə daha böyük bir
kilsənin qurulması zərurəti yarandı. 1995-ci ildə isə hazırki kilsə
kardinalı Jan Luis Tauran tərəfindən təntənəli şəkildə təqdis edildi.
Kilsədə dini ayinlər həftənin müəyyən günlərində və müxtəlif
dillərdə icra olunur.

75

Müqəddəs Fransiz Xavier Katolik Kilsəsi,
Salala (Oman)

Müqəddəs Fransiz Xavier Katolik Kilsəsi Oman Siro-Malankara
Katolik İcmasına məxsus xristian ibadət evlərindən biridir. 1979-cu
ildə Oman Sultanlığının Salala şəhərində kilsənin inşası başlanmışdır.
1981-ci il fevralın 20-də kilsə fəaliyyətə başlamışdır. Məbəd Məsqət
şəhərindən təxminən 1000k m məsafədə olan Salala şəhərində inşa
edilmişdir.

Bu Katolik Cəmiyyəti Ruvi tərəfindən hər ay ata Antonino
Fortuna tərəfindən ziyarət edilir. 1 may 1985-ci ildə həftəlik dini
ayinin təqdisi üçün yeni bir sovmə açılmışdır. Daha sonra kilsəyə
salonu, mürəkkəb divar və katexizm mərkəzi əlavə edilmişdir.
Prixod az sayda üzvlərə malikdir. Kilsədə dini ayinlər həftənin fərqli
günlərində və müxtəlif dillərdə müntəzəm olaraq icra olunur.

76

Merac Kafedralı, Qazaxıstan, Almatı

Merac Kafedralı (Zenkov Kafedralı olaraq da bilinir)
Qazaxıstanın Almatı şəhərində Panfilov Parkında yerləşən Rus
pravoslav kilsəsidir. 1907-ci ildə tamamlanan kafedral mismar
istifadə olunmadan sırf ağacdan hazırlanmışdır. Məbədin hündürlüyü
56 metr yüksəklikdədir və dünyanın ən hündür taxta binası olduğu
iddia edilir.

19-cu əsrin sonlarında Türküstanın ilk yepiskopları Almatıda
Rus Pravoslav Kilsəsinə ehtiyacın olduğunu müzakirə etmişdilər.
26 sentyabr 1903-cü ildə Türküstan və Daşkənt yepiskopu Paisi
(Vinogradov) kilsənin təməlini təqdis etmişdir. Tikinti 1904-1907-ci
illər arasında baş vermişdir.

Kilsədə zəng qülləsi 14 sentyabr 1906-cı ildə quraşdırılmışdır.
Kafedral 1911-ci il zəlzələsindən minimal ziyanla qurtardı, bəzi

77

dindarlar bunu ilahi qüvvənin müdaxiləsi kimi başa düşmüş,
digərləri isə memar Andre Pavloviç Zenkov tərəfindən anti zəlzələ
üsullarından istifadə edildiyi kimi izah etmişlər.

Kafedralın daxili strukturu Moskvada və Kiyevdəki sənət
sexlərində hazırlanmışdır. İkonostas N. Xludov tərəfindən
çəkilmişdir. Rus İnqilabından sonra kafedral Qazaxıstan
Sovet Sosialist Respublikasının Mərkəzi Dövlət Muzeyi kimi
istifadə edilmişdir. 1930-cu ildən 1940-cı illərə qədər mühüm
ictimai təşkilatlar tərəfindən istifadə edilmişdir. Almatıdakı ilk
radiostansiyalar kafedralın zəng qülləsində yerləşdirilimişdir.
Kafedral üzərində bərpa işləri 1973-cü ildə başlanmış və 1976-cı ilə
qədər davam etmişdir. 1995-ci ilin may ayında Kafedral üzərində
nəzarət Rus pravoslav kilsəsinə qaytarılmışdır. Əlavə bərpa işindən
sonra 1997-ci ildə dini xidmətlər üçün yenidən açılmışdır.

78

Uspenski Kafedralı, Qazaxıstan, Astana

Uspenski Kafedralı Qazaxıstan paytaxtı Astanada yerləşən Rus
pravoslav kilsəsidir. 68 metr yüksəkliyə malik kafedral 2006 və
2010-cu illər arasında inşa edilmişdir. Təxminən 2000 kvadratmetr
ərazini əhatə edən məbəd, təqribən 4000 nəfər tutuma malikdir.
Rus pravoslav Yeparxiyasının Astana və Almatı ərazisindəki baş
kilsəsidir.

2004-cü ildə Qazaxıstanın paytaxtı Astanada yeni bir kafedralın
tikintisinə başlanılmışdır. Kafedralın təməlqoyma və təqdis edilmə
mərasimi 2006-cı il yanvarın 14-də baş tutmuşdur. Burada ilk ayin
2006-cı ildə Pasxa bayramı ərəfəsində yeni binada qeyd olunmuşdur.

2007-ci ilin yanvar ayında kilsənin inşası Layihə Fondunun və
Astana şəhərinin vəsaiti hesabına davam etdirilmişdir. Rusiyadan
zənglərin alınması üçün müqavilə 2007-ci ilin sentyabr ayında
imzalanmışdır. Həmin ildə zəng qülləsi quraşdırılmışdır. Kilsənin

79

binasının yenidən qurulması 2008-ci ildə başlanmışdır. Kompleks
ətrafında qranit çəpər və ağaclar salınıb, sovmə tikilmişdir.

2009-cu ildə keçirilmiş Pasxa bayramında binanın fasadı
tamamlanmış və xarici divarları ağ mərmərli örtük ilə əhatələnmişdir.
Eyni ilin avqust ayında Astana və Almatının Metropolitinin və
Rusiya Federasiyasının Qazaxıstandakı səfirinin iştirakı ilə beş
zolaqlı qübbənin açılış mərasimi baş tutmuşdur.

18 yanvar 2010-cu ildə Moskva Patriarxı və bütün Rus Patriarxı
I Kirill tərəfindən kilsənin açılış və təqdis olunma mərasimi
keçirilmişdir.

Mündəricat

Müqəddəs Mark Koptik Pravoslav Baş Kilsəsi, Misir .. ...................3
Müqəddə Georgi kafedralı, Türkiyə................................................. 5
Məryəm ananın dünyaya gəldiyi kilsə, indoneziya, Surabaya.......... 7
Müqəddəs Luis Kafedral (baş kilsə), Beyrut –Livan........................ 8
Müqəddəs Məryəm Ana kilsəsi, Bukit Mertajam, Malayziya.......... 9
Müqəddəs Patrik Kafedralı, Pakistan..............................................11
Parameos koptik pravoslav monastır, Misir................................... 12
Müqəddəs Andrey kilsəsi, Sinqapur.................................................13
Müqəddəs Rozari Kilsəsi, Banqladeş.. ...........................................15
Müqəddəs Qəlb kilsəsi, Manama-Bəhreyn......................................16
Məryəm Ana kilsəsi, Suriya.............................................................17
Yəmən, Ədən...................................................................................18
Türkiyə, Krım Memorial Kilsəsi.......................................................19
KasablankaKafedralıMərakeş........................................................20
Müqəddəs Pyotr Kafedralı, Mərakeş...............................................21
Bizim Vəftiz Xanım Kafedralı, Mərakeş............................................22
Müqəddəs Andrey Kilsəsi, Mərakeş, Tanjer.....................................23
Qələbələr Xanımı Kafedralı, Seneqal, Dakar..................................24
Sülh Xanımı Bazilikası, Fil Dişi Sahili, Yamoussoukro...................26
Qraçanitsa Monastırı, Kosovo.......................................................27
Müqəddəs Antoni Padua Kilsəsi, Türkiyə.......................................29
Müqəddəs Məryəm Rozariya Kilsəsi, Qətər.....................................31
Müqəddəs İosif Kafedralı, Əbu Dabi..............................................32
Əbu Dabi Yevanqelik İcma Kilsəsi..................................................34
MüqəddəsMixayilKatolikKilsəsi,Şərca...........................................35
Müqəddəs Apostol Filipp Rus Kilsəsi, Şərca...................................36

Müqəddəs Məryəm Katolik Kilsəsi, Dubay.....................................37
Müqəddəs Tomas Pravoslav Kafedralı, Dubay...............................38
Müqəddəs Paul Kilsəsi, Cənubi Ərəbistan.....................................40
Müqəddəs Assisi Françis Kilsəsi, Dubay, Cəbəl Əli........................41
Müqəddəs Lyuk Kilsəsi, Pakistan, Abbatabad.................................43
Xanım Fatimə Kilsəsi, Pakistan, Kəraçi.........................................45
Şəfaətçi İsa Kilsəsi, İordaniya Haşimilər Krallığı, Amman...........47
Müqəddəs Qəlb Kafedralı, Pakistan, Lahor....................................49
Müqəddəs Vinsent De Paul Kafedralı, Tunis...................................51
Müqəddəs Auqustin Bazilikası, Əlcəzair.........................................52
Əlcəzair, Müqəddəs Qəlb Kafedralı................................................53
Benqazi Kafedralı, Liviya...............................................................54
Müqəddəs Ailə Kafedral Prixodu, Küveyt Şəhəri............................55
Müqəddəs Antoni Katolik Kilsəsi, Məsqət (Oman).........................57
Müqəddəs Pyotr və Paul Katolik Kilsəsi, Ruvi (Oman)..................58
Müqəddəs Fransiz Xavier Katolik Kilsəsi, Salala (Oman).............59
Merac Kafedralı, Qazaxıstan, Almatı..............................................60
Uspenski Kafedralı, Qazaxıstan, Astana.........................................62

Ölkələr üzrə

Türkiyə, Misir, İndoneziya, Malayziya, Pakistan, Sinqapur,
Suriya, Banqladeş, Bəhreyn, Livan, Yəmən, Mərakeş, Əlcəzair,
Tunis, Liviya, BƏƏ, Pakistan, Qətər, Küveyt, Oman, Qazaxıstan,

Seneqal, İordaniya Haşimilər Krallığı, Fil Dişi Sahili

Çapa imzalanmışdır: 16.09.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000


Click to View FlipBook Version