51
yanaşın. Vikipediya etiketinə riayət edin və şəxsi hücumlarla məşğul
olmayın. Konsensus tapmağa çalışın, redaktə müharibələrindən uzaq
olun və fikrinizi bildirmək üçün Vikipediya qaydalarını pozmayın. Xoş
niyyətli olun və digərlərinin də xoş niyyətli olduğunu fərz edin. Yeni
gələnlərə qarşı açıq olun və onları xoş qarşılayın. Münaqişələr yarandıqda
müvafiq müzakirə səhifələrində sakitcə müzakirə edin və mübahisələrin
həlli qaydalarını tətbiq edin; unutmayın ki, Azərbaycandilli Vikipediyada
redaktə və müzakirə edə biləcəyiniz çox sayda məqalə var.
5. Vikipediyanın dəyişməz qanunları yoxdur. Vikipediyanın prinsip
və qaydaları var, amma bunlar dəyişməz deyil; onların məzmunu və izahı
zamanla inkişaf edə bilər. Prinsiplər və qatı qaydalar şifahi sözlərdən
artıqdır, amma inkişaf edən Vikipediya bəzən müəyyən istisnalar etməyə
ehtiyac duyur. Cəsur olun, amma məqalələri yeniləyərkən ehtiyatsızlığa
yol verməyin. Səhv etməkdən qorxmayın: hər bir səhifənin bütün keçmiş
versiyaları saxlanılır, beləcə sizin səhvlər asanlıqla düzəldilir.
Səsvermə və seçkilər
Vikipediyada məqsədindən asılı olaraq müxtəlif növ səsvermə
və seçkilər keçirilir. Vikipediyanın ensiklopedik dəyərə malik olması
baxımından ən dolğun və bitkin seçilmiş məqalələrin, yaxşı məqalələrin,
seçilmiş siyahıların, seçilmiş portalların, həmçinin istifadəçilərin
seçilmiş şəkil olması üçün təqdim etdiyi və vikicəmiyyət tərəfindən
seçilən şəkillər səsvermə yolu ilə seçilir.
Sadalananlardan əlavə Vikipediya qaydalarının qəbulu üçün
də müxtəlif səsvermələr keçirilir. AzVikidə 23 fevral 2011-ci ildən
qüvvədə olan “Qaydaların qəbulu üçün səsvermə” qaydasına görə rəsmi
prinsiplərin qəbul olunması ilə əlaqədar səsvermə müddəti 15-25 gündür.
Bu müddət səsverməni açan istifadəçi tərəfindən müəyyən olunur və açıq
şəkildə elan edilir.
52
Statusundan asılı olmayaraq istənilən istifadəçi rəsmi şəkildə qəbul
olunmayan Vikipediya qaydalarında redaktələr edə, qaydalarla bağlı yeni
səhifə yarada və Vikipediya qaydalarının rəsmi şəkildə qəbul olunması
üçün səsvermə keçirə bilər.
Vikipediyada idarəçilərin, bürokratların və digərlərinin seçilməsi
zamanı da səsvermələr keçirilir.
Göründüyü kimi səsvermə və seçkilər müxtəlifdir və müəyyən
edilmiş qaydalara uyğun aparılır. AzVikidə səsvermədə iştirak edən hər
bir istifadəçinin səsvermə hüququ belə müəyyən edilmişdir:
a) Azərbaycanca Vikipediyadakı səsvermələrdə ancaq qeydiyyatdan
keçmiş istifadəçilər iştirak edə bilər.
b) Qeydiyyatdan keçmiş istifadəçinin hər hansı bir səsvermədəki
səsinin etibarlı sayılması üçün aşağıdakı şərtlərdən ən azı biri yerinə
yetirilməlidir:
1). İstifadəçi səsvermənin başlandığı tarixdən ən azı üç ay əvvəl
qeydiyyatdan keçmiş olmalı və bu tarixədək ən azı 200 redaktə etmiş olmalıdır.
2). İstifadəçi səsvermənin başlandığı tarixədək ən azı 600 redaktə
etmiş olmalıdır.
Qeyd etmək lazımdır ki, istifadəçi səhifəsi, istifadəçi müzakirəsi
və kiçik redaktələrin sayı yuxarıda göstərilən minimum redaktə sayının
yarısından az olmalıdır.
Səsvermə sonunda qərar çıxarılması üçün sadə çoxluq, yəni 50%+1
miqdarında səs kifayətdir. Burada iki şərt var:
a) Səsvermənin baş tutmuş sayılması üçün ən azı 10 istifadəçi bu
səsvermədə iştirak etməlidir.
b) Səsləri nəzərə alınmayan istifadəçilərin sayı ümumi səs verənlərin
sayına aid edilmir.
Səsvermə zamanı bütün Vikipediya əhalisi nəzakətli və xoşniyyətli
olmalı, təhqir və təzyiqə yol verilməməlidir.
53
Qayda pozuntuları və onların qarşısının alınması
Vikipediya qaydalarına bəzən istifadəçilərin bəziləri tərəfindən əməl
edilmir və nəticədə qayda pozuntuları yaranır. Bu qayda pozuntuları
müxtəlif cür ola bilər.
Vikipediyanın mötəbərliyinə və nüfuzuna qəsdən xələl yetirmək
məqsədi ilə məqalələrin məzmununun silinməsi, zərərli əlavələrin
edilməsi məqsədi güdən hallar vandalizm adlanır. Vandalizm məqsəd və
metodlarına görə iki növə bölünür:
Məqsədinə görə vandalizmin zarafat xatirinə, diqqəti cəlb etmək
məqsədi ilə, qisas məqsədi ilə, ideoloji, mistifikasiya, Robin Qud, spam-
vandalizm kimi növləri var.
Metodlarına görə isə vandalizmin çətin müəyyən olunan, görünməz,
ad dəyişdirmə, istiqamətləndirmə, şəkil yükləmə, müəllif hüquqları,
geriyə qaytarma, uşaq vandalizmi, bot vasitəsilə vandalizm kimi növləri
var.
Həyata keçirilən bu və ya bunlara bənzər bütün vandalizm halları
idarəçilər və yaxud da təcrübəli, fəal istifadəçilər tərəfindən və ya da
xüsusi botlar tərəfindən aradan qaldırılır. Sistematik olaraq vandalizm
törədən hər bir istifadəçiyə əvvəlcə xəbərdarlıq edilir. Bunun üçün
istifadəçinin müzakirə səhifəsinə vandalizm şablonu yerləşdirilir.
Əgər istifadəçi qaydaları pozmaqda və tövsiyələrə əməl etməməkdə
davam edərsə, həmin istifadəçinin Vikipediyadakı fəaliyyəti idarəçilər
tərəfindən texniki baxımdan məhdudlaşdırıla bilər. Bir sıra inzibati
tədbirlər görülməklə yanaşı qaydaları kobudluqla pozduğu halda
istifadəçiyə qarşı müəyyən və yaxud da qeyri-müəyyən müddətə, hətta
zərurət olarsa qlobal blok da tətbiq edilə bilər.
Bəzi hərəkətlər vandalizmə oxşasa da, vandalizm sayılmır. Belə
hərəkətlərə səbəbkarlar adətən təcrübəsiz istifadəçilər olur. Təcrübəsiz
istifadəçilərin fəaliyyətinə sınaq dəyişiklikləri, genişləndirilmiş sınaq
54
dəyişiklikləri, vikilayihənin imkanlarının öyrənilməsi, tərəfsizliyə riayət
olunmaması, “cəsarətli düzəlişlər”, şəxsi tədqiqatların əlavə olunması,
səhvlər, gözlənilməz dəyişikliklər aiddir. Bu cür dəyişikliklər idarəçilər
və yaxud da təcrübəli fəal istifadəçilər tərəfindən müəyyən olunduğu
zaman geri qaytarılır. Xoş məramla verilən həvəsləndirici ulduz və başqa
tip mükafatlar, eləcə də istifadəçinin xahişi ilə onun xüsusi səhifələrində
edilən estetik dəyişikliklər “vandalizm” hesab edilmir.
Səhifələrə neytrallıq qaydasını pozan qeyri-leqal reklamların əlavə
edilməsi də daxildir. Bir qayda olaraq məzmuna aidiyyatı olmayan reklam
məqsədli xarici keçidlərin əlavə olunması spam hesab olunur. Vikipediya
qaydalarına uyğun olaraq, spam dərhal silinməli, onu yayanlar isə
administrativ vasitələrlə və ya bloklama ilə cəzalandırılmalıdırlar.
Vikipediya qaydaları bir çox halda müzakirələr zamanı pozulur. Qeyd
edək ki, müzakirələr yalnız Vikipediyanın inkişafı naminə aparılmalıdır.
Müzakirələrin sonunda konsensus əldə edilməlidir. Odur ki, şəxsi
müstəviyə keçən bər hansı bir müzakirə Vikipediyanın fəlsəfəsinə ziddir.
İstifadəçinin digər istifadəçiyə qarşı pis münasibəti müzakirələrdə əks
oluna bilməz.
Müzakirə zamanı digər istifadəçilərə qarşı təhqir, rişxənd, istehza,
özünü böyük tutma, böhtan dolu yazılarla çıxış edən istifadəçinin
fəaliyyəti dayandırılmalıdır. Nəzərə almaq lazımdır ki, müzakirələrdə
müəllif deyil, məqalə müzakirə edilməli və etirazlar yalnız müzakirə
olunan səhifədəki məsələlərlə bağlı olmalıdır. Unutmaq olmaz ki, şəxsi
münasibətlər və təhqirlər Vikipediyanın ümumi işinə xələl gətirir və
digər istifadəçiləri işlərindən yayındırır.
Yuxarıda qeyd edilən qayda pozuntuları zamanı özünü təhqir
edilmiş hesab edən istifadəçinin idarəçilərə müraciət etməsi məsləhətdir.
İlk növbədə istifadəçinin həqiqətən də təhqir olunması müəyyənləşməli;
əgər təhqir faktı varsa, təhqir edən şəxs üzr istəməlidir. Əgər təhqir edən
55
şəxs günahkar olduğunu etiraf etmirsə və ya müraciətlərə cavab vermirsə,
Vikipediya qaydalarına uyğun olaraq idarəçi tərəfindən cəzalandırılır.
Əgər idarəçilər təhqir faktını qəbul etmirlərsə və ya qəbul etsələr
də hər-hansı səbəb gətirərək təhqir edəni cəzalandırmaqdan boyun
qaçırırlarsa, təhqir olunduğunu iddia edən istifadəçi “Vikipediya:Kənd
meydanı” səhifəsinə müraciət edərək, problemi müzakirəyə çıxara bilər.
Əgər sübut olunsa ki, istifadəçi günahkar olduğu halda idarəçi tərəfindən
bilərəkdən cəzalandırılmayıb, o halda həmin idarəçiyə xəbərdarlıq
edilməli və fəaliyyəti nəzarətə götürülməlidir.
56
V hissə. Səhifələrdə fəaliyyət
Vikilayihələrdə fəaliyyətə başlamaq
Vikilayihələrdə fəaliyyətə başlamaq üçün qeydiyyatdan keçmək
heç də vacib şərt deyil. Lakin qeydiyyatdan keçmiş istifadəçilərin
qeydiyyatdan keçməyənlərlə müqayisədə müəyyən üstünlüklərinin
olması bu prosesin həyata keçirilməsini məqsədəuyğun edir.
Vikilayihələrdə qeydiyyatdan keçmək prosesi çox az vaxt aparan və
sadə bir işdir. Bu proses sadəcə tələb edilən məlumatları vacib bölmələrə
əlavə etməklə tez bir vaxt ərzində yerinə yetirilir.
Bunun üçün hər hansı vikilayihə səhifəsinin üst yuxarı sağ
küncündə “Hesab yarat” düyməsinin üzərinə sıxmaqla başlanılır. Bu
zaman “Yeni hesab aç” səhifəsi açılır. Bundan sonra “İstifadəçi adı”
seçmək lazımdır. Hər bir istifadəçi özünə yaxşı istifadəçi adı seçməlidir.
Hansı ki, bu ad onun əsl adı və yaxud ad və soyadı, həmçinin hər
hansı uyğun istifadəçi adı ola bilər. İstifadəçi adı reklam, təbiliğat və
təxribat xarakterli olmamalıdır. Çünki belə adlar Vikipediyada qadağan
edilmişdir; onlar müəyyən edildiyi an “uyğunsuz istifadəçi adı” səbəbilə
dərhal bloklanırlar. İstifadəçi adı digər istifadəçilərin artıq mövcud olan
adları ilə də çox oxşar olmamalıdır. Ona görə ki, belə adlar qarışıqlıq
və narazılıq doğura bilər. “İstifadəçi adı” qeyd edildikdən sonra yeni
istifadəçidən “Parol” daxil etməsi tələb edilir. Parol üçün müxtəlif rəqəm
və hərflərdən istifadə edilə bilər. Bu zaman 6 və ya 8 işarədən istifadə
etmək olar. Rəqəm və hərflərin qarışığından təşkil olunmuş parollar daha
etibarlı sayılır. Yeni istifadəçi parolunu unutmamalıdır.
Parol təkrar daxil etdikdən sonra elektron poçt ünvanı daxil edilir.
Lakin bu məcburi deyil, sadəcə istifadəçinin digər istifadəçilərlə asan
əlaqə yaratması üçün vacibdir. Beləliklə, elektron poçt ünvanını daxil
edib-etməməsini istifadəçi özü müəyyənləşdirir. Bundan sonra üzərindəki
57
təhlükəsizlik nəzarəti ilə bağlı kod olan şəkildəki söz və ya rəqəmlər
göstərilən ardıcıllıqda daxil edilir. Əgər oxumaqda çətinlik çəkilərsə
o zaman “Yenilə” düyməsinə sıxaraq “CAPTCHA”nı dəyişdirmək
mümkündür.
Səhifədə tələb edilən məlumatlar daxil etdikdən sonra onların
düzgünlüyünə əmin olunmalıdır. Sonda “İstifadəçi hesabı yarat” düyməsi
vasitəsilə qeydiyyatdan keçmə prosesi başa çatır.
Göründüyü kimi qeydiyyatdan keçmək asandır və burada hər hansı
şəxsi məlumatların göstərilməsi tələb edilmir.
Hər bir yeni istifadəçi adətən redaktə qaydalarına bələd olmadığı
üçün, əvvəlcə müəyyən qədər çətinlik çəkə bilər. Amma nəzərə almaq
lazımdır ki, bütün təcrübəli istifadəçilər də eyni mərhələləri keçmişlər.
Yeni istifadəçilər üçün məsləhətdir ki, ilk olaraq təcrübə toplasınlar.
Bunun bir sıra yolları var. Məsələn: Azərbaycanca Vikipediyada
əsasən yeni istifadəçilər üçün nəzərdə tutulmuş “Qaralama dəftəri”
(Vikipediya:Qaralama dəftəri) mövcuddur. Həmçinin bir sıra “YouTube”
kanallarında da Vikipediyada fəaliyyətlə bağlı müxtəlif dillərdə çox
sayda maarifləndirici videolar var.
Yeni istifadəçilər “Qaralama dəftəri”ndə bir növ “sınaq işləri” aparır,
yazı-pozu qaydalarını öyrənirlər. İstənilən istifadəçi burada belə desək
“məşq edə bilər”. Digər səhifələrdən fərqli olaraq bu səhifədə “Əsas
redaktə” düyməsinə sıxmaqla deyil, həmin düymənin sağında yerləşən
“Mövzu əlavə et” düyməsinə sıxaraq mətn və ya mövzu əlavə etmək
münasibdir.
İstifadəçiyə aid səhifələr
Qeydiyyatdan keçmiş hər bir istifadəçiyə avtomatik olaraq, bilavasitə
ona aid olan iki səhifə verilir:
*istifadəçinin şəxsi səhifəsi olan “İstifadəçi” səhifəsi;
58
*istifadəçinin müzakirə səhifəsi olan “İstifadəçi müzakirəsi”
səhifəsi.
İstifadəçi səhifəsi Vikipediya məqaləsi hesab edilmir, o,
vikipediyaçıya istifadəyə verilmiş veb-fayldır. Bu faktı göstərmək üçün
istifadəçi öz səhifəsinə “İstifadəçi” şablonunu əlavə edə bilər.
İstifadəçi səhifələri Vikipediyanın məqalə kateqoriyalarına daxil
edilmir. Onlar yalnız “Vikipediya:İstifadəçilər” kateqoriyasında olan
altkateqoriyalara daxil edilə bilər.
İstifadəçi səhifələri açıqdır, yəni səhifələrə başqalarının baxmasına
icazə verilir. Texniki əməliyyatlar, zərurət və antivandalizm halları istisna
olmaqla istifadəçinin icazəsi olmadan onun şəxsi səhifəsində, həmçinin
müzakirə səhifəsində redaktə edilməsi etik hesab edilmir; bəzən belə
hallar vandalizm kimi qəbul edilir.
Öz istifadəçi səhifəsinin silinməsini istəyən istifadəçinin idarəçilərə
müraciət etməsinə ehtiyac yoxdur. Səhifəyə {{Sil}} şablonunun daxil
edilməsi kifayətdir. Şablonu yalnız istifadəçinin özü daxil edə bilər.
Bir müddətdən sonra idarəçilərdən biri həmin şablona əsasən səhifəni
silə bilər. Həmçinin, silinmiş istifadəçi səhifəsini bərpa etmək üçün də
idarəçiyə müraciət etməlidir.
İstifadəçi səhifəsində yerləşdirilə bilən məlumatlar əsasən bunlardır:
• dilləri hansı səviyyədə bilməsi haqqında;
• istifadəçi ilə necə əlaqə yaradıla bilməsi haqqında;
• istifadəçi vikitətildə olduğu üçün və ya hər hansısa səbəbə görə
Vikipediyada olmadığı haqqında;
• yaşadığı və gəzdiyi ölkələr haqqında;
• müraciət forması haqqında;
• orfoqrafik və qrammatik səhvlərinin düzəlişi ilə bağlı;
• yaşı, təhsili, maraqları, hobbisi, elmi dərəcəsi və ixtisası
haqqında;
59
• digər viki-layihələrdə iştirakı haqqında;
• Vikipediyadakı statusu haqqında (idarəçi, bürokrat və s.);
• Vikipediyaya töhfələri və mükafatları haqqında;
• ona müraciət edilə biləcək mövzular haqqında;
• Vikipediya ilə əlaqədar ən çox müraciət etdiyi informasiya və
səhifələrin siyahısı;
• Vikipediyanın, Vikimedia Fondunun faydalı məlumatlarına,
Vikipediya ilə əməkdaşlıq edən digər saytlara keçidlər;
• İstifadəçinin digər dillərdəki şəxsi səhifələrinə yönəlmiş
intervikilər.
İstifadəçi müzakirəsi səhifəsində isə qeydiyyatdan yeni keçən və
adətən ən azı bir redaktə etmiş istifadəçilər salamlama ilə qarşılanırlar.
Bu səhifədə istifadəçiyə yönəlmiş müzakirələr aparılır. Qeyd etmək
lazımdır ki, şəxsi məsələləri və Vikipediyaya aid olmayan müzakirələri
burada aparmaq olmaz.
İstifadəçilər müzakirə apararkən neytrallıq, nəzakət və etik qaydalara
riayət etməlidirlər. Müzakirələrdə əks tərəfin yazdıqlarını diqqətlə
oxumaq vacibdir. Qarşı tərəfin müzakirəsini tam oxumadan müzakirənin
davam etdirilməsi etik deyil. Müzakirələrdə təhqirə, hədə-qorxuya
keçmək qadağandır. İstehza və qarşı tərəfin ləyaqətinin alçaldılması
vandalizm kimi qəbul olunur və müzakirəni bu müstəviyə çıxaran
istifadəçi xəbərdarlıq edilmədən bloklanır. Başqalarının yazdıqları mətnin
silinməsi və ya redaktəsi qəti qadağandır. Müzakirə səhifələrindəki mətn
müəllif tərəfindən mütləq imzalanmalıdır. Yeni istifadəçilər “Redaktə
paneli”ində yerləşdirilən “İmza” düyməsini sıxmaqla imzalarını qoya
bilərlər. Müzakirə mətninin sonuna imza atmağın digər üsulu isə 4
tildadan (~~~~) istifadə etməklə yerinə yetirilir.
Müzakirə səhifələri forum və ya çat deyil. Odur ki, müzakirələr
yalnız mövzu ətrafında aparılmalıdır. Müzakirələr zamanı başqalarının
60
yazılarının silinməsi, dəyişdirilməsi saxtakarlıq kimi qiymətləndirilir və
istifadəçi bu hərəkətinə görə bloklana bilər.
İstifadəçi səhifəsindən fərqli olaraq istifadəçinin müzakirə
səhifəsinin silinməməsi, vaxtaşırı arxivləşdirilməsi məqsədəuyğundur.
Yalnız bu vandalizm və mənasız atmacalara şamil edilmir.
Məqalələr
Hər bir istifadəçi özünə maraqlı olan ensiklopedik mövzuda
məqalə yaratmaqda azaddır. Cəmiyyət üçün vacib və aktual olan, amma
istifadəçiyə maraqlı görünməyən mövzulara üstünlük vermək heç də
vacib şərt deyil. Əvvəlcədən mövzu haqqında ətraflı məlumatın olması
da böyük əhəmiyyət kəsb etmir. Əsas məsələ, bu mövzunu öyrənmək
həvəsinin olmasıdır. Bununla belə, yaradılan məqalənin mövzusuna dair
əsaslı məlumatı haradan əldə etməyin mümkünlüyü barədə təsəvvürün
olması da çox əhəmiyyətə malikdir.
Vikipediyada məqalələrin adları olduqca sadə, əgər bir neçə variant
mövcud olarsa, ən çox işlədiyi şəkildə, adlıq halda olur və tək isim kimi
adlandırılır. Məqalə adı mümkün qədər qısa və aydın olmalıdır. Məsələn,
tam adı “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu” haqqında
olan Vikipediyadakı məqalənin adını sadəcə “Mənəvi Dəyərlərin Təbliği
Fondu” kimi yazmaq kifayətdir. Azərbaycanca danışan oxucunun ən çox
tanış olduğu varianta üstünlük verilməlidir, bu mübahisə yaradarsa, o
zaman Azərbaycan dilində nəşr olunmuş olan ensiklopediya (Azərbaycan
Sovet Ensiklopediyası, Azərbaycan Milli Ensiklopediyası və s.), dərslik
və ya akademik nəşrlərdə istifadə olunmuş varianta üstünlük verilməlidir.
Əgər başlıq, yəni ad birmənalı deyilsə, dəqiqləşdirmək məqsədilə adın
qarşısında mötərizədə açıqlama verilir. Məsələn: AzVikidə “Laçın
(dəqiqləşdirmə)” səhifəsində Laçın şəhəri haqqında olan məqalə “Laçın”,
61
Laçın rayonu haqqında olan məqalə “Laçın rayonu” adlanır. Eyniadlı
digər məqalələrin adına isə mötərizədə açıqlaması da əlavə olunub:
“Laçın (xalq mahnısı)”, “Laçın (qəzet)” və s. Şəxslər haqqında məqalələr
adla başlayaraq adlandırılır. Məsələn: “Qurban Qurbanov”. Əgər adlar
birdən çoxdursa, bütün adlar sadalanır. Məsələn: “Mirzə Ələkbər Sabir”.
Monarxların adları nömrə ilə və əgər varsa ləqəb ilə adlandırılır. Məsələn:
“I Şah Abbas”.
Vikipediyada yeni məqalə yaradarkən və ya mövcud məqalənin
adını dəyişdirərkən vikipediyaçılar tərəfindən əməl edilməsi zəruri olan
aşağıdakı qaydalar vardır:
a) Başlıqda xüsusi hallar istisna olmaqla ikinci və sonrakı sözlər
kiçik hərflə yazılmalıdır.
b) Azərbaycan dilində olan sözlərə üstünlük verilməlidir.
c) Qısa və açıqlayıcı olmalıdır. Adlandırarkən çalışmaq lazımdır ki,
qısa adlardan istifadə edilsin, lakin adın açıqlayıcı olması əsas şərtdir.
Adlandırma zamanı adların tək halda olması vacibdir. Bu qayda qəbul
olunmuş elmi terminlərə, etnos adlarına və s. aid edilməməlidir.
ç) Vikipediyada şəxs haqqındakı məqalənin adının həmin şəxsin ən
məşhur, geniş yayılmış adı ilə eyni olması bir qayda olaraq qəbul edilir.
Ancaq bununla bərabər Azərbaycan dilində olan formaları seçilməlidir.
Sıranın <Ad> <Soyad> olması ən geniş yayılmış haldır. Azərbaycan
Respublikasında sovet dövründən qalmış adət olan <Soyad>, <Ad>,
<Ata> adı istifadə olunmamalıdır.
d) Tayfa, xalq, etnos, sülalə adları –lar/-lər şəkilçisi (cəm şəkilçiləri)
əlavə edilərək adlandırılır.
e) Dillərə aid məqalələr yaradılarkən:
1) <Millət adı> <dili> formasında yazılır.
2) Dilin rəsmi adından istifadə olunur.
ə) Proqramlaşdırma dilləri ilə əlaqədar başlıq Azərbaycan versiyası
62
ilə adlandırılır. Orijinal ingiliscə adlardan istiqamətləndirmə səhifəsi də
qoymaq arzu olunandır.
Lakin, azərbaycanca hamı tərəfindən qəbul olunmuş versiya
(məsələn: Java dilini bəziləri Cava, bəziləri isə Yava olaraq adlandırır)
və ya ümumiyyətlə yerli yazılışı yoxdursa (məsələn: C#, .NET), orijinal
yazı variantının saxlanılması daha məqsədəuyğundur.
f) Naviqasiya şablonları adətən cəm halda işlənir, məsələn:
{{proqramlaşdırma dilləri}}. Lakin, bütün elementləri cəmləyən tək bir
məfhum mövcuddursa, tək haldan istifadə edilə bilər. Məsələn: {{Günəş
sistemi}}.
g) Kateqoriyalar da bu qaydaya tabedir və çox vaxt cəm halda
işlənir. Məsələn: “Şəhərlər”; “Şəhər” yox. Əslində, “Şəhər” kateqoriyası
da mövcud ola bilər, yalnız bu cür kateqoriya konkret şəhərlər üçün
deyil, şəhər ilə bağlı digər anlayışlar üçün işlənir, məsələn: paytaxt,
urbanistika və s.
Məqaləyə ad seçərkən istifadəçilərin axtarış sorğularına daha
çox uyğun olan sözlər nəzərə alınmalıdır. Bu həm də Vikipediya
istifadəçilərinin sayının artmasına xidmət edir.
Hər bir istifadəçi yaradacağı məqalənin mövcud olub-olmamasını
qabaqcadan müəyyən etməlidir. Qeyd edək ki, vikilayihələrdə mövcud
məqalələr göy, mövcud olmayan məqalələr isə qırmızı rəngli daxili
keçidlərlə verilir. Bunun üçün istifadəçi müvafiq adı Vikipediya səhifəsinin
yuxarı sağ küncündə yerləşən “Vikipediyada axtar” sətrinə daxil edir və
axtar düyməsi sıxılır. Axtarışın nəticələri keçidlər şəklində görüntülənir.
Əgər müvafiq mövzuda məqalə artıq varsa, həmin keçid vasitəsilə
məqaləyə keçilir. Bu zaman qarşımızda redaktə üçün mövcud məqalə
görünür. İstifadəçi lazım olan dəyişiklikləri edir və məlumatları yerləşdirir.
Əgər istifadəçini maraqlandıran mövzuda məqalə yoxdursa, deməli,
onu yaratmaq mümkündür. Bunun üçün istifadəçi məqalənin adını yenə
63
də açılmış hər hansı vikilayihə səhifəsinin yuxarı sağ küncündə yerləşən
“axtarış sətri”nə daxil edir və axtar düyməsinə sıxır. Açılmış səhifədə
istifadəçiyə müvafiq başlıq altında qırmızı rəngdə olan keçiddə məqalə
yaratmaq təklif olunacaq; həmin keçidin üzərinə vurmaqla məqalənin
yazılması səhifəsinə keçmək olar.
İstifadəçi vikilayihələrdən birində yaratmaq istədiyi məqalənin
mövcud olub-olmamasını təyin etmək üçün başqa bir üsuldan istifadə edə
bilər. Belə ki, istifadəçi açılmış Vikipediya səhifəsinin ünvan qutusunda
http://az.wikipedia.org/wiki/ yazısının sonuna axtarılan məqalənin adını
düzgün olaraq yazır və “Təsdiq” (“Enter”) düyməsinə sıxır.
Yeni məqalə yaratmaq üçün təcrübəli istifadəçilər müxtəlif
üsullardan istifadə edirlər. Ancaq yeni, təcrübəsiz istifadəçilər üçün ən
asan üsuldan – “Kömək:Yeni məqalə yarat” səhifəsindən yararlanmaq
daha effektiv olardı. Bu səhifəyə daxil olan istifadəçi orada verilən
göstərişlərə əməl etməklə — səhifənin ortasındakı nazik xətlə çərçivəyə
alınmış boş sahəyə yaradılacaq məqalənin adını daxil edib “Məqalə
yarat” düyməsini sıxır. Bu zaman istifadəçi dərhal məqalənin qurulması
üçün xüsusi səhifəyə yönləndirilir.
Digər bir üsul isə məqalənin adını Vikipediyada açılan hər hansı bir
səhifənin yuxarı sağ küncündəki “Vikipediyada axtar” sətrinə yazaraq,
axtarış edilir. Açılmış səhifədə qırmızı rəngli keçidlə yeni məqalə
yaratmaq təklif olunur ki, həmin keçid vasitəsilə məqalənin yazılması
səhifəsinə keçilir. Məqalələrdə abzasdan istifadə edilmir; əvəzində bir
boş sətir buraxılır.
Mətnin məzmunu səhifənin orta hissəsinə — məqalənin mətnini
yazmaq üçün ayrılmış boş sahəyə yerləşdirilir. Mətn yığılarkən səhifənin
yuxarı və aşağı hissəsində verilmiş köməkçi alətlərdən istifadə edilir.
Nəzərə almaq lazımdır ki,
1) Vikipediyada reklam xarakterli məqalələr yaratmaq və ya mövcud
64
məqalələrə reklam xarakterli mətnlər əlavə etmək olmaz. Reklam
xarakterli məqalə və mətnlər tez bir zamanda silinəcəkdir.
2) Məqalələr Azərbaycan dilində və elmi-bədii üslubda yazılmalıdır.
Vikipediya ensiklopediya olduğuna görə burada mətbuat üslubunda
məqalə yazılmasına yol verilmir.
3) Məqaləni redaktə edərkən Azərbaycan dilinin orfoqrafiya
qaydalarına ciddi şəkildə əməl edilməli, heç bir ləhcəyə və ya şivəyə yol
verilməməlidir.
Məqalənin ilkin həcminin 500 işarədən az olmaması məsləhətdir.
Məqalələrin yazı stili elmi-bədii olmalıdır. Həmçinin məqalələri
yazarkən ən azı bu iki ümumvikipediya prinsipinə ciddi şəkildə əməl
etmək lazımdır:
Birinci: Yazılmış məqalənin neytrallığı prinsipi - Bu prinsipə
əsasən, yazılmış məqalənin məzmunu tamamilə tərəfsiz olmalı,
heç bir subyektiv fikri əks etdirməməlidir. Əgər bir fikir ətrafında
bir neçə versiya varsa onda bütün versiyalar bərabər şəkildə əks
olunmalıdır.
İkinci: Müəlliflik hüquqlarının qorunması - Vikicəmiyyətin əsas
məqsədi pulsuz və ümumi istifadə oluna biləcək bir bilik bazasının
yaradılmasıdır. Buna görə də Vikipediyaya müəlliflik hüquqları ilə
qorunmuş mətn, şəkil və ya media fayllarının əlavə edilməsi qəti
qadağandır. Əgər istifadəçi mənbənin müəlliflik hüquqları ilə qorunub-
qorunmadığını bilmirsə, onda bu cür mənbədən istifadə etməkdən
çəkinməlidir.
Mətn və ya məqalə hazır olduqdan sonra dəyişikliklərin yaddaşa
düşmədən necə görünəcəyini bilmək üçün səhifənin aşağısında verilmiş
“Sınaq göstərişi”nə baxılır. Həmçinin edilən dəyişikliklər olan versiyanı
və əvvəlki versiyaları müqayisə etmək üçün “Dəyişiklikləri göstər”
düyməsindən istifadə edilir. Bu mərhələləri keçdikdən sonra “Səhifəni
65
yayımla” düyməsi vasitəsilə dəyişikliklər ani olaraq yaddaşa qeyd edilir
və digər istifadəçilərin istifadəsinə verilir.
Vikipediya layihələrində bir çox hallarda eyni məqalənin bir neçə
adda yaradılmasına rast gəlinir. Bu cür məsələləri aradan qaldırmaq üçün
onları bir ad altında birləşdirmək daha məqsədəuyğundur. Vikipediyada
eyni mövzulu məqalələrin birləşdirilməsi adi haldır və məqalənin birinin
silinəsi üçün istifadəçi müxtəlif biliklərə malik olmalıdır. Əsas halda bu
işi idarəçilər və yaxud da təcrübəli istifadəçilər yerinə yetirə bilərlər. Bu
zaman hansı adın Azərbaycan dilində daha çox işləndiyini nəzərə alırıq
və daha çox işlənən ad saxlanılır. Əgər adın bir o qədər də əhəmiyyəti
olmazsa, o zaman istifadəçi məqalənin və ya mətnin tarixçəsinə diqqət
yetirir, ilk yaradılan mətni və ya məqaləni saxlamaqla əvvəlcə orada
olan faydalı məlumatları digər məqaləyə daxil edir. Bəzən məqalənin
birləşdirilməsi zamanı mübahisələr yaranarsa, məsələ məqalənin
müzakirə səhifəsində müzakirə olunur.
Vikipediyada bəzən qısa məzmuna malik və inkişaf etdirilməsi
mümkün olmayan məqalələrə də rast gəlinir. Bu zaman belə məqalələr
daha geniş məqalələrin tərkibinə əlavə edilə bilər.
Vikiləşdirmə
Vikipediyada məqalələrin asanlıqla oxunması, estetik baxımdan gözəl
görünməsi, habelə hər yerdə eyni stilin tətbiq olunması üçün məqalələrin
stili, formatı bir sıra vikiləşdirmə qaydalarına əsaslanır. Vikiləşdirmə
məqalələrə viki dilə aid işarələrin əlavə edilməsi və ya düzəliş edilməsi
prosesidir. Vikiləşdirmə dedikdə, məqaləyə daxili və xarici keçidlərin
yerləşdirilməsi, məqalənin bölmələrə ayrılması, kateqoriyaların və
şablonların yerləşdirilməsi, məqalənin vizual görünüşünü yaxşılaşdırmaq
üçün teqlərdən istifadə, həmçinin yazı üslubunun ensiklopedik üsluba
uyğunlaşdırılması və s. əlavə və düzəlişlər nəzərdə tutulur.
66
Vikipediyadakı məqalələrin görünüşündəki stil oxşarlıqlarını
saxlamaq üçün istifadəçilər tərəfindən qəbul olunmuş müəyyən qaydalar
qəbul edilmişdir. Bu qaydalara əsasən aşağıdakılar daxildir:
1). Məqalə adları və sinonimləri məqalədə əgər mümkündürsə, ilk
cümlənin lap əvvəlində yazılmalıdır, yazılışı qalın (bold) olmalıdır və
tire ilə ayrılmalıdır. Tire işərəsi yazıldıqda hər iki tərəfdən boşluq işərəsi
qoyulur.
2). Məqalə bölmələrə və altbölmələrə ayrılmalıdır.
3). Vurğulamaq istənilən sözlər kursiv ilə yazılır, böyük və ya qalın
yazılmamalıdır.
4). Müəyyən zaman kəsiyini göstərmək üçün rəqəmlər arasında
işlədilən tire işərəsi boşluqsuz yazılır. Məsələn: IX-X əsrlərdə, saat 11-
12 arasında, 23-25 noyabrda.
5). Defis işarəsi hər zaman boşluqsuz yazılır. Məsələn: açıq-qırmızı,
gecə-gündüz.
6). İllər tam yazılmalıdır. Məsələn: 1988-1992
7). İllərdən sonra -cı, -ci, -cu, -cü şəkilçiləri yazılır. Məsələn: 1875-
ci ildən.
8). Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri
əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur. Məsələn: 20-dən, 3-də,
2-yə, 6-nın, 5-i, 17-si.
9). Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi
ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır. Məsələn: 6-cı, 2-ci, 10-cu, 3-cü.
10). Paraqraf (§), nömrə (№), faiz (%), promil (‰) işarələri aid
olduqları rəqəmlərdən “ayrılmayan boşluq” işarəsi ilə ayrılır. Məsələn:
§ 14, № 28, 20 %. Ancaq “%” işarəsi sözləri qısaltmaq üçün istifadə
olduqda aid olduğu rəqəmlə birişik yazılır. Məsələn: 5%-lik həddi
keçmək üçün.
11). Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə
67
işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının
birinci sözünün birinci hərfi böyük yazılır. Məsələn: Qarabağ müharibəsi,
Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey
abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər
dənizi, Azadlıq meydanı, Şuşa qalası.
12). Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da
birinci hərfi böyük yazılır. Məsələn: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
13). Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi
adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır. Məsələn:
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər
İcra Hakimiyyəti.
14). Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan
Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik,
komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum,
teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının
tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi
böyük yazılır. Məsələn: Azərbaycan Respublikasının Nazirlər Kabineti,
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu,
Beynəlxalq Qadınlar Günü, Quba Rayon Təhsil Şöbəsi.
15). Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal,
kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana,
mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır. Məsələn: “İstiqlal”
ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə”
filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası,
“Badamlı” mineral suyu.
16). Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda
yazılır. Məsələn: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi gözəl”in ilk
tamaşası.
68
17). Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım
və s. sözlər rütbə, ləqəb və titul bildirib, sözlərdən əvvəl gəldikdə böyük,
sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır. Məsələn: Mirzə Fətəli,
Hacı Qara, Şeyx Nəsrullah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud,
Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım.
Hər bir istifadəçi məqalələri vikiləşdirə bilər. Həmçinin, digər
istifadəçilərin diqqətini cəlb etmək üçün vikiləşdirilməsinə ehtiyac olan
məqalələrə {{Vikiləşdirmək}} şablonu əlavə edilə bilər.
Mənbələr; daxili və xarici keçidlər
Vikipediyada məqalələr etibarlı, nüfuzlu və düzgünlüyünə şübhə
olmayan mənbələrə istinad etməlidir. Buna görə də üçüncü tərəf (tərəfsiz)
mənbələrin olması məqsədəuyğundur.
İstifadəçi məqalənin məzmununu qeyd etdikdən sonra məqalənin
altında “Mənbələr” və ya “İstinadlar” adında (və yaxud da hər ikisini)
bölüm yaradır və ora istifadə etdiyi bütün çap materiallarının (kitab,
qəzet və s.), müəlliflərin, nəşriyyatların adlarını, çap ilini və s. bu kimi
parametrləri qeyd edir. Bu halda internetdəki mənbələrdən istifadə daha
məqsədəuyğundur. Çünki həmin mənbələrin yoxlanılması daha rahat və
əlçatandır ki, bu da məqaləni yoxlayan digər istifadəçilərin fəaliyyətinin
səmərəliliyini artırır. Daha sonra “Həmçinin bax” adlı bölüm yaradır
və orada Vikipediya daxilində məqaləyə daha yaxın məzmunlu digər
məqalələrin adlarını göstərir. Bu bölməni mənbələrdən əvvəl də
göstərmək olar.
İstifadəçi Vikipediyaya hər hansısa əhəmiyyətli informasiyanı
daxil etmək istəyirsə, həmin informasiyaya istinadın olması və ya
etibarlı mənbənin göstərilməsi arzuolunandır. Əks təqdirdə isə müəyyən
müddətdən sonra həmin məlumatın məqalədən silinməsi ehtimalı
yüksək olur. Mətnə istinadların əlavə edilməsi ilk növbədə həmin mətni
69
məqaləyə daxil etmiş istifadəçinin üzərinə düşür, məqalədə mənbələri
qəsdən saxtalaşdıran istifadəçinin hərəkəti vandalizm hesab olunur.
Məqalədə etibarlı mənbələrin sayı nə qədər çox olsa məqalə bir o qədər
düzgün hesab edilir.
Etibarlı mənbələr əsasən bunlar qəbul olunur:
a) Akademik jurnallar və sair akademik mənbələrdə nəşr olunan
elmi məqalələr;
b) Dünyada tanınan və müəyyən nüfuza malik alimlərin əsərləri;
c) Mötəbər informasiya agentlikləri, mötəbər qəzetlər və rəsmi
dövlət saytları;
ç) Beynəlxalq aləmdə tanınmış və ya dövlət universitetlərində dərs
demiş və elmi dərəcəsi olan müəlliflərin rəsmi saytlarda və nəşrlərdə öz
ixtisasları üzrə yazıqları etibarlı mənbə hesab edilə bilər;
d) Britannika, Azərbaycan Milli Ensiklopediyası, Azərbaycan
Sovet Ensiklopediyası, Böyük Sovet Ensiklopediyası və mütəxəssislər
tərəfindən, dövlət dəstəyi ilə yaradılmış ensiklopediyalar.
Aşağıdakılar isə etibarsız mənbələr hesab edilir:
a) Şəxsi bloqlar;
b) Forum-saytlar və sosial şəbəkələr;
c) Şəxsi saytlar;
ç) Müxtəlif millətçi partiyalara məxsus saytlar;
d) Dinin qeyri-leqal təbliğini aparan saytlar.
Vikilayihələrdə ekstremist, millətçi mənbələrdən istifadəyə
müsbət yanaşılmır. Bu cür mənbələrə psevdoelm, təftişçi tarix, şovinist
nəzəriyyələr və oxşarlar daxildir.
Hər hansı mənbənin etibarlı olması haqda yazılanlara kortəbii
inanmaq olmaz. Mənbədə verilmiş müəllifin elmi dərəcəsi varsa, bu o
demək deyil ki, onun yazdıqları bütün sahələrdə etibarlı sayılır. Yalnız
müvafiq sahədə tanınmış ekspertin yazdıqları etibarlı mənbə sayıla bilər.
70
Bir çox hallarda məqalədə ifadə edilən fikirlərə mənbə əlavə etməyə
ehtiyac duyulmur. Bu cür hallara aşağıdakılar aiddir:
a) Hamıya məlum olan faktlar barədə mənbə tələb etmək düzgün
deyil. Məsələn: “Bakı Azərbaycanın paytaxtıdır” və buna bənzər
məlumatlar üçün mənbə tələb edilmir.
b) Məqalənin özündə hər hansı mənbə göstərilirsə, sonda məqaləyə
mənbə tələb etmək düzgün deyil. Məsələn: incəsənət nümunələri
(şəkillər, heykəllər və s.), filmlər və kitablar, kompüter oyunları və
digər proqramlar haqqında məqalələrə mənbə tələb olunmur. Belə ki,
məqalənin özündə bu informasiya verilməlidir. Lakin həmin məqalədə
hər hansı fakt göstərilirsə, həmin faktla əlaqədar mənbə tələb olunmalıdır.
Hər hansı mötəbər mənbə göstərilmədən verilən iddia şübhə
doğurarsa, həmin mətni məqaləyə daxil etmiş istifadəçi mötəbər mənbə
göstərməyə borcludur. Çünki etibarlı mənbə göstərilmədikdə iddia
məqalədən silinə bilər. Əgər etibarlı mənbə məqalədən əsassız olaraq
silinərsə və silinərkən heç bir ciddi səbəb göstərilməzsə, belə fəaliyyət
vandalizm hesab edilir. Bu zaman istifadəçiyə xəbərdarlıq edilməli və
istifadəçi etibarlı mənbəni nə üçün sildiyini mütləq izah etməlidir.
Bəzi hallarda mənbə etibarsız sayıla və silinə bilər:
a) Etibarlılığı şübhə doğuran mənbə etibarlı mənbələr ilə təkzib
edilirsə, bu mənbə ertibarsız hesab olunaraq məqalədən silinə bilər.
b) Dini və irqi ayrıseçkiliyə, millətlər arasında ədavətin yaranmasına
və qızışdırılmasına xidmət edən istənilən yazı mənbə ilə birlikdə
məqalədən silinməlidir.
c) Şəxs haqqında yazılanlar həmin şəxsin təhqir olunmasına və
alçaldılmasına yönəlibsə, o zaman həmin məlumatların və mənbənin
məqalədən silinməsinə icazə verilir.
Vikipediya məqalələrində əsasən iki növ keçidlərdən – daxili və xarici
keçidlərdən istifadə edilir. Hər bir mətnə (məqaləyə) müxtəlif keçidlərin
71
əlavə edilməsi normal qəbul olunan haldır. Keçidlər məqalənin oxunuşu
zamanı onun izahını sadələşdirir, əlavə biliklərin əldə edilməsinə kömək edir.
Vikipediyada məqalələr, layihələr və dil bölmələri arasında
əlaqələndirici vasitələrdən biri daxili keçidlərdir. Düşünülmüş keçidlər
məqaləni oxunaqlı və zəngin edir; digər istifadəçilər daxili keçidlərlə
məqalənin məzmunu ilə dərindən tanış olur, müxtəlif mövzulara maraq
göstərirlər. Həmçinin, keçidlər vasitəsilə yeni məqalələrə tələbat yaranır.
Yersiz keçidlər vasitəsilə isə ən yaxşı məqaləni korlamaq da mümkündür.
Məqalə içərisində ilk qarşılaşmada məqalə ilə əlaqəli olan
[[Sumqayıt]] şəklində daxili keçidlərdən istifadə edilməsi tövsiyə
olunur. Əsas məqsəd oxucunun oxuduğu məqalə ilə əlaqəli vikilayihədə
mövcud olan və mövcud olmayan digər məqalələrə asanlıqla keçid edə
bilməsini təmin etməkdir. Lakin mühüm keçidləri kifayət qədər uzaq
aralıqlarla təkrar istifadə etmək məqsədəuyğundur. Bir qayda olaraq
məqalə başlıqlarının keçid olmaması qəbul olunur. Hər bir abzasda heç
olmazsa ən azı 1-dən 3-ə qədər daxili keçidin olması məqsədəuyğundur.
Daxili keçidin olması həm də məqalənin ümumi statistikaya düşməsini
təmin edir.
Vikipediya saytından digər saytlara nəzərdə tutulan keçidlər xarici
keçidlər adlanır. Onlar saytın tam adı yazılmaqla ən sonda olan “Xarici
keçidlər” bölməsində yerləşdirilir. Burada isə internetdə mövcud olan,
mövzu ilə əlaqədar, amma mənbə kimi istifadə olunmamış keçidlər
göstərilə bilər. Bir şərtlə ki, göstərilən linklər spam olmasın. Çünki
nəticədə spam səhifədən dərhal silinəcək, bunu yerləşdirən istifadəçiyə
isə idarəçilər tərəfindən müəyyən məhdudiyyətlər qoyula bilər.
Şəkillərin və digər faylların yüklənməsi
Hər bir istifadəçi şəkil yükləmək üçün əvvəlcə qeydiyyatdan
keçməlidir. Sonra yükləmək istədiyi hər hansı faylı kompüterin “iş
72
masasına”na və ya özünə münasib olan bir qovluğa yerləşdirir. Bu zaman
o yükləməli olduğu faylı mümkün olduğu qədər düzgün adlandırmağa
çalışmalıdır. Sonra istifadəçi kursoru sol paneldəki “Alətlər sandığı”ndakı
“Fayl yüklə” düyməsinə sıxır. Bundan sonra ondan faylın harada
yerləşdiyi tələb olunur. Bu zaman faylın başlanğıc adı sətrinin sonundakı
“Обзор” düyməsinə daxil olunur. Bundan sonra monitorun ekranında
yeni pəncərə açılır. Açılmış yeni pəncərənin sol tərəfindəki bölmələr
qrafasından “iş stolu”na və ya müvafiq qovluğa daxil olduqdan sonra
yüklənəcək faylı seçilir. Sonra pəncərənin aşağısında “Açın” (“Open/
Открыть”) düyməsini sıxmaq lazımdır. Sonda səhifənin sonundakı
“Faylı yüklə” düyməsinə daxil olunur; fayl yüklənir.
Ümumiyyətlə məsləhətdir ki, fayllar lokal vikilərə yox, Vikimedia
Kommonsa yüklənsin. Çünki həmin fayllardan tək bir layihədə yox,
bütün Vikimedia layihələrində istifadə mümkündür. Həm də bununla
azad şəkillər və multimedia anbar mərkəzinin yaradılmasına köməklik
edilir. Qeydiyyatdan keçmiş hər bir istifadəçi azad istifadə üçün
lisenziyaya malik olan bütün şəkil, səs, videoçarx və s. multimediya
faylları Kommonsa yükləyə bilər. Şəxsən mən lokal vikilərə artıq
uzun müddətdir ki, fayl yükləmirəm. Bütün belə fəaliyyəti Vikimedia
Kommonsda həyata keçirirəm. Xüsusilə qeyd etmək istəyirəm ki,
həmin layihəyə həm mənim, həm də digər aktiv istifadəçilərimizin
yüklədiyi faylların böyük əksəriyyəti milli-mənəvi dəyərlərimizlə
bağlıdır.
Vikimedia Kommonsa fayl yükləmək üçün əvvəlcə yüklənəcək
fayl kompüterin “iş stolu”na və ya münasib bir qovluğa yerləşdirilir.
Sonra sol paneldəki “Alətlər sandığı”ndakı “Fayl yüklə” (“Upload file”)
düyməsindən istifadə edilir. “Fayl yüklə” düyməsini sıxan zaman açılan
yeni səhifədəki təlimatlarla tanış olduqdan sonra “Sonrakı” (“Next”)
düyməsinə sıxılır. Açılan növbəti səhifədə “İstədiyiniz media-faylı seçin”
73
(“Select a media file to donate”) düyməsinə sıxmaqla yüklənəcək faylı
açılan pəncərə vasitəsilə seçilir. Bunun üçün yüklənməli olan fayl seçilir.
Sonra pəncərənin aşağısındakı “Open/Открыть” düyməsinə basılır. Fayl
yükləndikdən sonra “Davam etmək” (“Continue”) düyməsinə sıxdıqda,
açılan səhifədə olan bölmələrdən birini seçib səhifənin aşağısındakı
“Sonrakı” (“Next”) düyməsinə sıxmaqla “Açıqlama” (“Describe”)
səhifəsinə keçilir. Bu səhifədə * işarəsi olan bütün bölmələr mütləq
doldurulmalıdır. Bütün bəndlər tamamlandıqdan sonra səhifənin
aşağısında, sağ küncdə yerləşən “Sonrakı” (“Next”) düyməsinə sıxmaqla
şəkil yüklənir və istifadəyə hazır olur. Daxil edilmiş fayllar üzərində
istənilən vaxt redaktələr etmək mümkündür.
Unutmaq olmaz ki, hər bir şəklin (faylın) uyğun izahı, mənbəsi,
lisenziyası, kateqoriyası olmalıdır. Əks halda daxil edilmiş fayl bir
müddət sonra Vikimedia Kommonsdan silinəcəkdir. Əgər istifadəçi
bu qayda və üsulları bilmirsə, bununla bağlı Kənd meydanında sual
verə bilər. Suallar müəyyən vaxt ərzində fəal istifadəçilər və idarəçilər
tərəfindən cavablandırılır.
Kateqoriyalar
Vikipediyada yaradılan ən kiçik məqalə səhifəsi, şəkil, səs faylı və
digər səhifələr hansısa bir kateqoriyaya daxil edilir. Sonda bu kateqoriyalar
vahid kateqoriya — “Ana kateqoriyalar” adlı kateqoriyada birləşir.
Vikilayihələrdə axtarış zamanı asan olsun deyə, xarici keçidlərdən sonra
bir sətir boş qoyaraq, məqalənin daxil olduğu kateqoriyaların siyahısını
göstərmək lazımdır. Kateqoriya yunanca (κατηγορία) “fikir bildirmə,
ittiham” mənasını ifadə edir.
Kateqoriyanı əlavə etmək üçün böyük mötərizənin ([[]]) daxilində
“Kateqoriya:” sözündən sonra məqalənin hansı kateqoriyaya uyğun
olduğu qeyd edilir. Kateqoriyanın qeyd edilməsi axtarışı asanlaşdırır,
74
məqalələri eyni qruplara ayırır, istifadəçilərin bu və ya digər kateqoriyada
olan məqalələri də nəzərdən keçirməsinə imkan yaradır.
Vikipediyada “Ana kateqoriyalar” da vardır ki, bu kateqoriyalar
əsas kateqoriyalardır. Digər kateqoriya və alt kateqoriyalar isə bu
kateqoriyalara daxildir. Qeyd etmək lazımdır ki, bir məqaləyə bir
deyil, bir neçə kateqoriya əlavə etmək olar. Kateqoriyaların qoyulması
Vikipediyada axtarışı sadələşdirməklə semantikanı təmin edir.
Şablonlar
Hər bir istifadəçi təcrübə topladıqca şablonlarla və onların istifadə
qaydaları ilə yaxından tanış olur. Azərbaycan dilində şablon sözünün bir
neçə mənası vardır. Ən çox istifadə edilən formalardan ülgü, qəlib, məcazi
mənada çeynənmiş, bayağı, basmaqəlifeyi (basmaqəlib) mənalarında
istifadə edilir. Vikilayihələrdə istifadə edilən şablon sözü “ülgü”, “qəlib”
mənalarına daha uyğundur.
Belə ki, hər dəfə eyni sözləri yazmaq və yaxud köçürmək əvəzinə
bir şablondan istifadə etməklə məqalələri, faylları, istifadəçiləri və
digərlərini asanlıqla müxtəlif qruplara bölmək mümkündür. Hazır
şablonu məqalə, şəkil, kateqoriya, layihə və digər səhifələrə əlavə etmək
üçün ikiqat fiqurlu mötərizənin içərisinə həmin, yəni istifadə ediləcək
şablonun adını yazmaq lazımdır.
Vikipediya layihələrində yetərincə müxtəlif şablonlar mövcuddur
və təcrübəli istifadəçilər tərəfindən yeniləri yaradılmaqda davam edir.
Vikilayihələrdə şablonları axtarmaq üçün “Axtar” qutusunda yazılmış
“Axtar” sözünün yerinə Şablon:<Şablonun adını yazır> və axtarış
verərək tapmaq olar.
AzVikidə qeydiyyatdan keçmiş yeni istifadəçilərin ilk tanış
olduğu şablon adətən salamlama şablonu olur. Belə ki, onun müzakirə
səhifəsi təcrübəli istifadəçi və idarəçilər tərəfindən salamlama
75
({{xoşgəldiniz}}~~~~ və yaxud qısaca {{xg}}~~~~ şəklində)
şablonundan istifadə edilməklə yaradılır. Bir sıra vikilayihələrdə bu iş
botlar vasitəsi ilə həyata keçirilir. Bu şablon vasitəsilə yeni qeydiyyatdan
keçmiş vikipediyaçı üçün fəaliyyətə başlamazdan əvvəl Vikipediya
qaydaları ilə tanış olmaq tövsiyə olunur. Həmçinin, şablonda məqalələrin
stili, yaradılması, mövzu axtarışı, redaktə qaydaları haqqında səhih
məlumat verilir. Qeyd etmək lazımdır ki, qeydiyyatdan keçməmiş
(anonim) istifadəçilərin müzakirə səhifələrində müzakirələr salamlama
şablonu yerləşdirilmədən aparılır.
Vikipediyada qısa yol adı altında bir neçə ümumi şablon vardır. Bu
şablonlarla “Vikipediya:VP” səhifəsindən tanış olmaq olar. Məsələn:
Vikipediya qaydalarına keçid vermək üçün istifadəçi öz səhifəsinə
{{qısayol|VP:VQ}} şablonunu əlavə edir. Bununla da keçid olduqca
asanlaşır.
Bundan əlavə Vikipediyada {{aydınlaşdırma}}, {{dəqiqləşdirmə}}
və {{vikiləşdirmək}} kimi ümumi şablonlara da rast gəlinir.
“Aydınlaşdırma” və “Dəqiqləşdirmə” şablonları eyni ad altında bir neçə
məqalənin olduğu halda həmin səhifələrə yerləşdirilir.
Bir çox şablonlar var ki, onlar hər hansı bir qrup halında olan
məqalələr haqqında ətraflı məlumat yaratmaq xarakteri daşıyır. Məsələn:
{{Azərbaycan}}, {{Azərbaycan valyutası}}, {{Azərbaycanın milli
qəhrəmanları}} və başqa şablonları nümunə göstərmək olar.
Qeydiyyatdan keçmiş istifadəçilər layihəyə şəkil, səs faylları
yükləyərkən şəklin izahı və kateqoriyası ilə yanaşı ona lisenziya da əlavə
etməlidirlər. Lisenziyalar şablon şəklində səhifələrə yerləşdirilir. Hər
bir şəkil və ya səs fayllarına müxtəlif lisenziyalar verilir. Fayllar azad
və qeyri-azad lisenziyalar altında yayımlandığı kimi Vikipediyada da
bu növ lisenziyalar (şablonlar) mövcuddur. Bu şablon lisenziyalarından
biri olan “Şəkil məlumatı” şablonunda şəkil haqqında, şəklin yaradıldığı
76
tarix, şəklin əldə edildiyi mənbə, şəklin müəllifi bölmələri istifadəçi
tərəfindən düzgün doldurulmalıdır. İcazə bölməsində isə şəklin hansı
lisenziyaya uyğun yayımlandığı qeyd edilir. Bu bölmədə istifadə edilən
şablonların sayı çoxdur və onlar müxtəlif qruplara ayrılır.
Müəlliflik hüququnun qüvvədə olma müddəti bitmiş fayllar, müəlliflik
hüququ ilə qorunmayan fayllar, həmçinin xarici ölkə qanunvericilikləri
ilə qorunmayan fayllar və digər bir çox şəkil və faylların yayımlanması
zamanı azad lisenziyalardan istifadə olunur. Məsələn: {{GFDL}}
({{GFDL-self}}), {{PD-AZ-exempt}}, {{PD-Old}} ({{PD-Old-100}},
{{PD-Old-70}})
Vikipediya layihələrində bəzən istifadəsi azad olmayan fayllardan
da istifadə edilir. Bu tip faylları lisenziyalaşdıran zaman hər bir sahəyə
və faylın növünə uyğun lisenziyalardan istifadə edilir. Məsələn, musiqi
albomlarının üzlükləri üçün {{albom üzlüyü}}, film afişaları üçün
{{afişalar}}, film səhnələri üçün {{film səhnələri}} şablonlarından
istifadə etmək olar.
Müəssisə və təşkilatların fəaliyyətlərini və markalarını bir adla ifadə
etmək üçün yaddaşlarda qalmasına təsir edə biləcək simvol görüntüsü
olan loqotipləri (loqoları) lisenziyalaşdırmaq üçün {{loqo}} lisenziya
şablonundan istifadə edilir. Bu lisenziya ilə birlikdə məlumatlandırıcı
şablon olan {{trademark}} lisenziya şablonu da yerləşdirilir.
AzVikidə bir neçə cümləlik məqalələrə rast gəlmək mümkündür.
Əslində istifadəçilərin bir neçə cümləlik məqalələr yaratması normal
haldır. Çünki Vikipediya istifadəçiləri digərlərinin başlatdığı bu cür kiçik
məqalələri vaxt ötdükcə zənginləşdirirlər. Bu yolla bir neçə cümləlik
məqalə bir müddət sonra mükəmməl bir məqalə şəklinə düşə bilər.
İstifadəçilər tərəfindən yaradılmış bir-iki cümləlik məqalələrə müxtəlif
mövzulara uyğun yüzlərlə qaralama şablonları əlavə etmək olar. Məsələn:
{{vikipediya-qaralama}}, {{kənd-qaralama}}, {{hərb-qaralama}},
77
{{ədəbiyyat-qaralama}}, {{mədəniyyət-qaralama}}, {{rəqs-qaralama}}
və digərlərini nümunə göstərmək olar.
Bir çox məqalələrdə {{iş gedir}} şablonuna təsadüf edilir ki, bu
da digər istifadəçilərə həmin məqalələrdə işlərin davam etdiyini xəbər
verməkdən ibarətdir. Belə şablonlar yerləşdirilmiş səhifələrdə son 7
gün ərzində heç bir redaktə (dəyişiklik) edilmədikdə aktiv istifadəçilər
tərəfindən oradan götürülür.
Bir sıra şablonlar var ki, onlar kateqoriya səhifələrində istifadə edilir.
Məsələn: bəzi kateqoriyaların adı ilə eyni adda məqalələr mövcud olur
ki, belə hallarda həmin kateqoriya səhifəsinin yuxarısına {{catmore}}
şablonu əlavə edilir.
Vikipediyada məlumatları nəzərdən keçirən istifadəçilər bəzən
yararsız, qeyri-ensiklopedik, məna ifadə etməyən səhifələrlə, naməlum
lisenziyaya malik fayllarla rastlaşır. Bəzən isə istifadəçi özünün yaratdığı
mövzu və ya daxil etdiyi faylı silmək istəyir. Səhifələri silmə fuksiyası
isə idarəçilərə aiddir. Buna görə də silinməsi zəruri olan səhifələrə
istifadəçilər tərəfindən “sil” şablonunu ({{sil|<Silmə səbəbini buraya
qeyd etmək vacibdir>}} şəklində) əlavə edir. Bu zaman həmin məqalələr
“Vikipediya:Silinəcək səhifələr” kateqoriyasına düşür və idarəçilər
tərəfindən yoxlanılaraq silinir. Ancaq istifadəçi unutmamalıdır ki, bir
çox halda bu şablon əlavə edilən zaman onun təklifi əsaslı olmalıdır. Əks
təqdirdə istifadəçilər arasında müzakirələrə və narazılığa səbəb olacaq
hal yarana bilər. Əgər məqalə, fayl və digər resurs hər hansı səbəbdənsə
istifadəçinin xoşuna gəlmirsə o, bunu əsaslandırmalıdır. Əgər məqalənin
silinməsi ilə əlaqədar mübahisə yaranarsa “Vikipediya:Silinməyə namizəd
səhifələr” adlı layihəyə müraciət olunmalıdır. Bunun üçün səhifənin adı
və silmə səbəbi iddiaçı tərəfindən daxil edilir. Arqumentlər göstərilir.
Müzakirə aparılır. Son qərarı müzakirədə iştirak edən idarəçilərdən
biri verir. Səhifənin Vikipediyada qalması ilə bağlı ciddi arqumentlər
78
göstərilməzsə məqalə silinir. Səhifənin Vikipediyada qalması ilə əlaqədar
müzakirələr maksimum 15 gün ərzində sona çatmalıdır. Müzakirə zamanı
bütün istifadəçilərin fikri eynidirsə qərar daha tez müddətdə verilə bilər.
Bütün vikilayihələrdə istifadəçi səhifələrində istifadə edilən
istifadəçi şablonları əsasən yaşadıqları ölkələrinə, dillərinə, statuslarına,
peşələrinə, dinlərinə, vərdişlərinə, cinslərinə, maraqlarına, bacarıqlarına,
fəaliyyətlərinə, bürclərinə, hobbilərinə və digər xüsusiyyətlərinə görə
istifadəçiləri bir neçə qrupa və yarımqrupa ayırır. Hər hansı bir istifadəçi ilə
müzakirələr aparmadan öncə onun haqqında bir sıra müxtəlif məlumatlar
əldə etmək üçün istifadəçi səhifəsinə daxil olmaq kifayətdir. İstifadəçi
səhifəsində qərar tutan məlumatların əsas hissəsi şablonlar vasitəsilə
yerləşdirilir. Bu şablonlar vasitəsilə istifadəçilər öz istifadəçi səhifəsini
zövqünə və bacarığına uyğun şəkildə tərtib edir. Bunlara bənzər digər
istifadəçi şablonları ilə yaxından tanış olmaq üçün “Vikipediya:Şablon
istə” səhifəsində olan şablonlara diqqət yetirmək kifayət edər.
Portallar
Portal konsepsiyası ilk olaraq Vikipediyanın polyak və alman
dillərində olan bölmələrində hazırlanmışdır. Sonradan isə ayrıca ad
fəzası kimi Vikipediyanın bütün dil bölmələri üçün nəzərdə tutulmuşdur.
Portallar oxuculara və istifadəçilərə xüsusi mövzularda oxşar maddələri
izləyərək, onlara yol göstərilməsi üçün nəzərdə tutulmuşdur. Portallar
əsasən axtarılan mövzularla bağlı başlanğıc nöqtəsi hesab olunurlar. İdeal
vəziyyətdə olan portallar adətən aşağıdakılardan ibarət olur:
Seçilmiş bir məqalə və şəkil;
Mövzu üçün əsas kateqoriyaya və mümkünsə, alt kateqoriyalara
keçidlər;
Mövzu ilə əlaqəli ümumi məlumat və müvafiq keçidlər;
Digər portallara keçidlər;
79
Müvafiq vikilayihələrə keçidlər;
Ortaq iş layihələrinin təqdimatı və sairə.
Hər bir portalın aktuallığını qoruması üçün hər zaman istifadəçilərə
ehtiyac vardır. Portallar hər kəs tərəfindən dəyişdirilə bilər. Ancaq
başqalarının daha əvvəl bu sahədə gördükləri mövcud işlərə diqqət
yetirmək faydalıdır.
Portallarla əlaqədar məlumatlarla, onların siyahısı ilə AzVikinin
“Vikipediya:Portallar” səhifəsində ətraflı tanış olmaq mümkündür.
İntervikilər
Vikilayihələrin heç biri yalnız Azərbaycan dilində mövcud deyildir.
Vikilayihələr dünyanın müxtəlif dillərində mövcud olan beynəlxalq
ensiklopediyadır. İnterviki linklərinin artırılmasında da əsas məqsəd
müxtəlif dil bölmələri arasında əlaqə yaratmaqdır.
Bunun üçün istifadəçilər Vikipediyada yaratdıqları məqalənin
adını (əgər bunu bacarırsa) aidiyyatı üzrə müvafiq dilə tərcümə edərək,
həmin məqaləni xarici dil bölmələrində axtarıb tapırlar. Sonra tapılan
səhifənin sol tərəfində yerləşən kiçik bölmənin axırında “Başqa dillərdə”
(“Languages”) bölməsində qərar tutan dil adlarının sonunda “Keçidləri
redaktə et” (“Edit links”) düyməsinə sıxırlar. Bu zaman istifadəçi digər bir
layihəyə — Vikidata layihəsinə keçid almış olacaqdır. Açılmış səhifədə
məqalənin digər dillərdə adları verilmiş cədvəl görüntülənir. Cədvəlin
sonunda bir sətir boş buraxılmış və sətirin sonunda “Əlavə et” (“add”)
düyməsi verilmişdir. Düyməyə sıxan zaman istifadəçi üçün cədvələ
uyğun iki qutu açılır. Birinci qutuya məqalənin yaradıldığı dil bölməsinin
kod adı daxil edilir, qarşıdakı qutuya isə məqalənin adı əlavə edildikdən
sonra sətrin sonunda verilmiş “yadda saxla” (“save”) düyməsinin üzərinə
sıxmaqla yaddaşa verilir. Beləliklə, istifadəçi tərəfindən yaradılmış
məqalə digər dillərdə olan məqalələrin dil bölmələrinə əlavə olunur.
80
İnterviki linklərini əlavə edən zaman, istərsə də digər məsələlərin
həlli zamanı hər hansısa problemlərlə rastlaşan yeni istifadəçilər
cəsur olmalı və çəkinmədən digər təcrübəli istifadəçilərdən kömək
istəməlidirlər.
Müzakirələr
İstifadəçilər arasında anlaşılmazlıqları və mübahisələri aradan
qaldırmaq, Vikipediya məqalələrinin zənginləşdirilməsində optimal
variantlar seçmək üçün hər bir məqalənin və ya faylın müzakirə səhifəsi
vardır. İstifadəçilər tərəfindən yaradılmış hər bir məqalənin və yaxud
da faylın müzakirə səhifəsi mövcud olur. Müzakirə səhifələrində gedən
müzakirələrin başlıca məqsədi konsensus qurmaq və neytral nəzər
nöqtəsinə nail olmaqdır.
Məqalənin, faylın və ya layihənin müzakirə səhifəsinin aparılması
zamanı bir sıra qaydalara əməl edilməsi lazımdır. Müzakirə səhifəsində
əməl ediləcək əsas qaydalar bunlardır:
a) Məqalənin müzakirə səhifəsində aparılan müzakirələr zamanı
Vikipediyanın əsas prinsipləri gözlənilməlidir.Yəni istifadəçilər müzakirə
apararkən neytrallıq, nəzakət və etik qaydalara riayət etməlidirlər;
b) Müzakirələrdə təhqirə, hədə-qorxuya keçmək qadağandır! İstehza
və qarşı tərəfin ləyaqətinin alçaldılması vandalizm kimi qəbul olunur
və müzakirəni bu müstəviyə çıxaran istifadəçi xəbərdarlıq edilmədən
bloklanır!
c) Başqalarının yazdıqları mətnin silinməsi və ya redaktəsi qəti
qadağandır! İstifadəçi öz yazdığı mətndə redaktə ermək fikrindədirsə,
xətt çəkmək üsulundan istifadə etməsi daha düzgündür;
ç) Müzakirə səhifələrindəki mətn müəllif tərəfindən mütləq
imzalanmalıdır! Bu zaman dörd tildadan (~~~~) istifadə edərək imza və tarix
əlavə edilir.
81
d) Müzakirə səhifələri forum və ya çat deyil! Odur ki, müzakirələr
yalnız mövzu ətrafında aparılmalıdır;
e) İstifadəçi öz müzakirə səhifəsində mövcud olmayan səhifələrə
istiqamətləndirilmiş keçidləri ləğv edə və yaxud da mövzuya uyğun
olaraq düzgün istiqamətləndirə bilər;
ə) İstifadəçi digər istifadəçilərin, həmçinin bütün müzakirə
səhifələrində mövcud olmayan səhifələrə istiqamətləndirilmiş saxta
keçidləri ləğv edə və yaxud da mövzuya uyğun olaraq düzgün
istiqamətləndirə bilər;
f) Müzakirələr zamanı başqalarının yazılarının silinməsi,
dəyişdirilməsi saxtakarlıq kimi qiymətləndirilir və istifadəçi bu
hərəkətinə görə bloklana bilər;
g) İstifadəçinin müzakirə səhifəsində özünün – artıq şərh verilmiş
yazılarının mənalarının dəyişdirilməsi və gizlədilməsi, müxtəlif mətnləri
keçmiş müzakirələrə daxil etməklə yanlış fikir yaradılması vandalizm
kimi qiymətləndirilir və istifadəçi bu hərəkətinə görə bloklana bilər;
h) Müzakirələrdə əks tərəfin yazdıqlarını diqqətlə oxumaq vacibdir.
Qarşı tərəfin müzakirəsini tam oxumadan müzakirənin davam etdirilməsi
etik deyil;
x) İstifadəçi hər hansı mübahisəli məsələdə və ya səsvermə
zamanı fəal istifadəçilərin müzakirə səhifələrinə daxil olaraq təbliğat
aparmamalıdır.
j) Müzakirələr zamanı digər istifadəçilərin adlarının bilərəkdən
dəyişdirilməsi, onların adından müzakirələrdə iştirak edilməsi,
redaktələrin aparılması, eləcə də müzakirələrdə anonim iştirak edilməsi
qəti qadağandır;
k) Müzakirələrdə müəllif deyil, məqalə müzakirə edilməlidir.
Etirazlar yalnız müzakirə olunan səhifədəki məsələlərlə bağlı olmalıdır;
q) Müzakirələr zamanı istifadəçiyə təzyiq göstərmək, keçmiş
82
müzakirələri yada salaraq Vikipediyaya yaraşmayan ab-hava yaratmaq
qadağandır və belə fəaliyyət istifadəçinin bloklanmasına səbəb ola bilər.
Kimin üçün yazmasına və onun xarici dilləri bilməsinə baxmayaraq,
Azərbaycandilli Vikipediyanın müzakirə səhifələrində tövsiyyə olunur
ki, müzakirələr Azərbaycan dilində aparılsın. Bu istifadəçinin yazısının
bütün vikicəmiyyət tərəfindən anlaşılması üçündür. Müzakirəni
Azərbaycan dilindən başqa bir dildə yazmaq məcburiyyətində qaldıqda,
onun Azərbaycan dilində tərcüməsini də yazmaq məqsədəuyğundur.
Redaktə müharibələri və mübahisələrin həlli
Uzun zaman konsensusa gələ bilməyən istifadəçilər məqaləni
ardıcıl olaraq öz istədikləri məzmuna qaytarırlar ki, bunun nəticəsində
Vikipediyada “redaktə müharibələri” baş verir. Ümumi konsensusa
gəlinməzsə, redaktə müharibəsi adətən idarəçilərdən birinin məqaləni
mühafizə etməsi və həmçinin qayda pozuntusu olarsa, səbəbkar tərəfin
və yaxud da hər iki tərəfin bloklanması ilə sona çatır.
Redaktə müharibələri bir çox səbəblərdən yarana bilər. Məsələn:
Bir-birinin əksini təşkil edən siyasi fikir, dini dünya görüşü və digər
inanclarla əlaqədar səbəblər; həddindən artıq boş vaxt; dardüşüncə tərzi;
özünü üstün tutmaq və hər hansı bir istifadəçini xoşlamamaq və s.
Redaktə müharibəsinə cəlb edilmiş idarəçinin mətni mühafizə etməsi
düzgün addım sayılmır. Bunu yalnız neytral idarəçi etməlidir. Bu zaman
da yalnız bir tərəfin müdafiə etdiyi variantın seçilməsi düzgün deyildir.
Burada tərəfsizlik prinsipi əsas götürülür.
Təcrübəli istifadəçilərin tövsiyəsi belədir ki, dəyişiklik yalnız bir
dəfə geri alınmalıdır və daha sonra məqalənin müzakirə səhifəsində
müzakirələrə başlanılmalıdır.
İstifadəçi unutmamalıdır ki, 24 saat ərzində dəyişikliyi qəsdən
dörd dəfə geri qaytarmaq Vikipediya qaydalarına ziddir və Vikipediya
83
prinsiplərinin pozulması kimi qiymətləndirilməklə onun fəaliyyəti
texniki baxımdan məhdudlaşdırıla bilər.
Vikipediyada istifadəçilər arasındakı gərginliyin aradan qaldırılması
üçün yeganə və düzgün yol mübahisələrin həllidir. Mübahisələrin həlli
zamanı aşağıdakıları əsas götürmək lazımdır:
1). İstifadəçi mübahisələr zamanı mübahisənin predmetini digər
istifadəçinin şəxsiyyətində deyil, məqalənin məzmunu üzərində
cəmləməlidir.
2). Mübahisələrin həllində soyuqqanlı və uzaqgörən olmaq lazımdır.
3). Mübahisəli məsələləri müvafiq danışıqlar və ya müzakirə
səhifələrində açılan müzakirələr vasitəsilə həll etmək lazımdır.
4). İmkan daxilində hətta müvəqqəti barışığa gəlmək lazımdır.
5). Üçüncü tərəfə müraciət etmək lazım gələrsə, etibarlı, təcrübəli
və müstəqil mövqe sahibi olan qərəzsiz və bitərəf vikipediyaçı seçmək
lazımdır.
6). Vikipediyaya aid olmayan şəxsi xarakterli məsələlərlə bağlı
müraciət məqbul sayılmır.
Əgər iki və daha çox istifadəçi arasında hansısa məqalənin məzmunu
barəsində ortaq məxrəcə gəlmək mümkün olmursa, əgər istifadəçilər arasında
hansısa məsələ barəsində mübahisə yaranırsa və onu həll etmək mümkün
olmursa, əgər hansısa istifadəçinin hərəkəti digərinin fikrincə Vikipediya
qaydalarını pozursa (Vikipediya:Neytral mövqe və s.), onda bir tərəfin
aşağıda göstərilən yollardan biri ilə mübahisəni həll etməsi məsləhət bilinir:
1). Mübahisə kəskin deyilsə sadəcə xoş söhbətlə məsələni həll
etməyə çalışın.
2). Çalışın ki, digərlərini məsələnin həllinə cəlb edəsiniz və yaxud
da digərləri öz vasitəçiliyini təklif edərsə mütləq qəbul edin.
3). Əgər daha ciddi müzakirəyə ehtiyac varsa Kənd meydanında
yeni müzakirə bölməsi açın.
84
4). Əgər vacib hesab edirsinizsə idarəçilərə müraciət edin və
onların addımlarına qədər yeni hərəkət etməyin. Mübahisənin həlli çox
çətindirsə, bu barədə səsvermə keçirilməsi üçün idarəçilər qarşısında
məsələ qaldırmaq olar. Bunun üçün azı iki idarəçiyə müraciət kifayət
edir. İdarəçilər bu məsələdə düzgün saydıqları qərarı qəbul etməkdə
sərbəstdirlər.
Onu da qeyd edim ki, istifadəçilərin məsələnin həlli üçün bu
ardıcıllığın istənilən pilləsindən başlamaq hüququ vardır.
85
VI hissə. Digər vikilayihələr
MetaViki
İngiliscə adı “Wikimedia Meta-Wiki” olan bu layihə internetdə
vikilayihələrin əsas əlaqələndirmə komissiyasıdır. Vikipediya
istifadəçiləri arasında qısaca olaraq “Meta” kimi tanınır. Sayt 2001-ci
il noyabrında ingiliscə “Meta-Wikipedia” kimi yaradılsa da, hazırda
müxtəlif sahələr üzrə fəaliyyət göstərir.
MetaViki hazırda vikimediyaçıların (o cümlədən vikipediyaçıların)
əsas ünsiyyət və müzakirə məkanlarından biridir.
Əvvəlcə saytda bütün müzakirələr ingilis dilində aparılırdı. Amma
mühərrikinin təkmilləşdirilməsindən sonra MetaViki Vikimedianın
bütün dil bölmələrinin ictimaiyyəti tərəfindən istifadə edilən çoxdilli
müzakirə forumuna çevrilmişdir.
İnternet ünvanı: https://meta.wikimedia.org
Vikixəzinə
İngiliscə adı “Wikimedia Commons” olan bu layihə azərbaycanlı
vikiçilər tərəfindən həm də Vikimedia Kommons və ya Vikianbar
adlandırılır. Bu layihə şəkil, səs, videoçarx və s. multimediya fayllarının
saxlandığı virtual qlobal layihədir. Vikixəzinə qlobal olduğundan
onun dil prinsipinə əsasən bölünməsi vacib olmadığı üçün çoxdilli
layihə hesab olunur. Vikixəzinədə materialları azad surətdə yaymaq,
dəyişmək və istənilən məqsəd üçün – o cümlədən kommersiya məqsədi
üçün istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 50
milyondan çoxdur.
Vikixəzinəyə yüklənən fayllardan dil bölümündən və ya layihədən
asılı olmayaraq bütün istifadəçilər azad istifadə edə bilərlər. Ona görə
də Vikixəzinəyə yüklənən bütün fayllar hüquqi cəhətdən azad istifadə
86
üçün tam sərbəst olmalı və müəlliflik hüququ ilə bağlı heç bir problemi
olmamalıdır. Faylların istifadəsində hər hansı məhdudiyyət qoyula
bilməz.
Vikixəzinə mediafayl toplanması istiqamətində müzeylər, arxivlər
və şəxsi kolleksiyaçılarla əməkdaşlıq edir. Verilən materiallar azad
istifadəyə verilir və sistemləşdirilir. Belə əməkdaşlığın diqqəti cəlb edən
bəzi nümunələri bunlardır:
2005-ci ilin aprelində “Directmedia” adlı alman saytı
Vikixəzinəyə 10 min şəkil təqdim etmişdir;
2006-cı ilin sentyabrında İsveçrənin nəhəng “Picswiss” saytından
sərbəst şəkillərin Vikixəzinəyə yüklənməsi başlanmışdır;
2007-ci ilin yazında “Pearson Scott Foresman” Vikimedia
Fonduna 16 qutu şəkil göndərmişdir;
2008-ci ilin dekabrında Almaniya federal arxivi 80 min şəkil
təqdim etmişdir;
2009-cu ilin martında “Deutsche Fotothek” təsviri sənət
kitabxanası vikixəzinəyə 250 min nümunə təqdim etmişdir;
2009-cu ilin oktyabrında Tropenmuseum İndoneziya
mövzusunda 35 min şəkil təqdim etmişdir.
Sadalanan bu nümunələr kimi xeyli misal göstərmək olar.
Çünki bu proses mütəmadi olaraq davam edir. Ancaq bu məqamda
belə misallardan birini xüsusi vurğulamaq istəyirəm. Belə ki, mən
müvafiq məsələ ilə bağlı Vikipediya üçün köməklik istəyi məqsədilə
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytına e-məktub
yazmışdım. Məktubun qısaca məzmunu belə idi ki, Azərbaycan
Respublikası Prezidentinin rəsmi internet saytında olan şəkillərin
və s. materialların internet ünvanı, dərc olunma tarixi göstərilmək
şərtilə Vikipediya onlayn ensiklopediyasında və digər vikilayihələrdə
istifadəsi üçün icazə verilsin. Təklifimə müsbət yanaşılmış, 2017-
87
ci ilin oktyabrında müvafiq icazə ilə bağlı müvafiq bildiriş 3 dildə
- Azərbaycan, rus və ingilis dillərində olmaqla president.az saytında
yerləşdirilmişdir. Həmin bildirişin bilavasitə Vikixəzinə ilə bağlı olan
hissəsi belədir:
“...Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında
yerləşdirilən materialların – mətnlərin, foto-şəkillərin, video və audio
yazıların tam həcminin və ya onların müəyyən hissələrinin kütləvi informasiya
vasitələrində, internet resurslarında və informasiya daşıyıcılarında istifadə
edilməsinə məhdudiyyət qoyulmur. Bu, həmçinin, televiziya kanalları,
radiostansiyalar, qəzetlər, jurnallar, elmi nəşrlər və ensiklopediyalara da
(onlayn ensiklopediyalar da daxil olmaqla) şamil edilir.
Saytın bütün materialları “Creative Commons Attribution 4.0
International” lisenziyasına uyğun olaraq yerləşdirilmışdir...”
Bundan sonra Azərbaycan Respublikası Prezidentinin rəsmi
internet saytında olan şəkillərin Vikixəzinəyə yüklənilməsi
istiqamətində bir çox maneələr aradan qalxmış, dövlətimizin
maraqlarının, vətənimizin milli-mənəvi dəyərlərinin qorunması
və düzgün təbliği istiqamətində vikilayihələr üçün zəngin baza
formalaşdırılmağa başlanmışdır.
Lakin bir problem qalmaqdadır. Bu FOP (Freedom of panorama)
problemidir. Belə ki, Azərbaycan Respublikasının “Müəlliflik
hüququ və əlaqəli hüquqlar haqqında” 5 iyun 1996-cı il tarixli,
115-IQ nömrəli Qanunu ilə ölkə ərazisində panorama azadlığı
məhdudlaşdırıldığından, Azərbaycanı təbliğ edən bir sıra fotoların
(sərbəst giriş üçün daim açıq olan yerlərdəki əsərlərdən istifadə)
Vikipediyada yerləşdirilməsinə icazə verilmir. Beləcə, gündən-günə
inkişaf edən, gözəlləşən ölkəmizin, şəhərlərimizin görüntülərinin
dünya mediasına çıxarılması, küçələrimizi bəzəyən dəyərli memarlıq
abidələrinin, müasir tikililərin, eləcə də heykəl və digər bu kimi
88
abidələrin fotolarının Vikilayihələrdə yayılması məhz Azərbaycan
qanunvericiliyinə istinad edilərək məhdudlaşdırılır. Bununla bağlı
olaraq, müvafiq qanunda dəyişiklik edilməsi məqsədilə Azərbaycan
Respublikasının Milli Məclisinə müraciət ünvanlasaq da, hələ ki,
konkret bir nəticə yoxdur.
İnternet ünvanı: https://commons.wikimedia.org
Vikikitab
İngiliscə adı “Wikibooks” olan bu layihə elektron kitabların birgə
hazırlanması layihəsidir. İdeyaya görə azad tərtib edilən kitabların xüsusi
yeri olmalıdır. Hazırda bu layihədə həcmcə böyük olmayan məqalələr
də mövcuddur, lakin gələcəkdə informasiya çoxaldıqca onların bir yerə
yığılaraq kitab halında təqdim olunması gözlənilir.
Onun Azərbaycan dilində bölməsi mövcuddur. Həmin bölmədə
böyük zövqlə “Azərbaycan poçt markalarının kataloqu”nu hazırlamışam
ki, maraqlanan istifadəçilər, xüsusilə də kolleksiyaçılar orada üzərində
milli-mənəvi dəyərlərimizlə bağlı da bir sıra təsvirlərin olduğu poçt
markalarımıza baxa bilərlər. Bundan başqa Vikikitabda reseptlər layihəsi
var ki, həmin layihə vasitəsilə istifadəçilər milli və müxtəlif ölkələrə aid
mətbəxlərlə tanış ola, öz töhfələrini verə bilərlər.
İnternet ünvanı: https://www.wikibooks.org
Vikisitat
İngiliscə adı “Wikiquote” olan bu layihə aforizmlər, sitatlar, məşhur
adamların söylədikləri, atalar sözləri, qanadlı, mnemonik ifadələr və
devizlər saxlanan kataloqdur. Burada mənbəyi göstərilmiş sitatları
müəllifin icazəsi olmadan istifadə etmək mümkündür.
Onun Azərbaycan dilində bölməsi mövcuddur.
İnternet ünvanı: https://www.wikiquote.org
89
Vikimənbə
İngiliscə adı “Wikisource” olan bu layihə müəllif hüquqlarının
qorunması haqqında qanunların aid edilmədiyi mətnlərin şəbəkə
kitabxanasıdır. Buradakı monoqrafiyaların, məqalələrin, kitabların
dəyişdirilməsinə ehtiyac yoxdur. Məsələn: tarixi məqalələr analizə
məruz qala bilərlər, lakin, onların dəyişdirilməsi vacib deyildirsə, həmin
məqalələr olduğu kimi saxlanılır və dəyişdirilməsinə icazə verilmir.
Onun Azərbaycan dilində bölməsi mövcuddur.
İnternet ünvanı: https://wikisource.org
Vikilüğət
İngiliscə adı “Wiktionary” olan bu layihə izahedici məqalələr,
tezauruslar və tərcümələrin saxlandığı saytdır. Bu layihə müxtəlif dillərdə
hazırlanan azad lüğətlər üçün nəzərdə tutulmuşdur.
Onun Azərbaycan dilində bölməsi mövcuddur.
İnternet ünvanı: https://www.wiktionary.org
Vikixəbər
İngiliscə adı “Wikinews” olan bu layihə ensiklopediya kontekstində
cari hadisələr haqqında məlumat verən internet ensiklopediyasıdır. Digər
layihələrdə olduğu kimi burada da əsas şərt neytrallığın gözlənilməsidir.
Xarici mənbələrdən əldə edilmiş xəbərlər burada orijinal və ya qısa
xülasə şəkildə verilə bilər. Layihənin əsasən iki məqsədi vardır: digər
nəşriyyatlara alternativ və azad xəbərlərin təqdim olunması və hər bir
xəbərin diqqətlə yoxlanması.
Bu layihə jurnalistika ilə maraqlanan, bu sahədə təhsil alan gənclər
üçün, onların təkmilləşməsi üçün geniş imkanlara malikdir.
İnternet ünvanı: https://www.wikinews.org
90
Vikiversitet
İngiliscə adı “Wikiversity” olan bu layihə virtual məkanda
Vikiuniversitetdir. Bu layihəni pulsuz dərs vəsaitləri və kursları təqdim
edən onlayn cəmiyyəti də adlandırmaq olar. Layihəyə dərsliklər, tədrisdə
istifadə olunan kitablar və mütəxəssislərin və müəllimlərin tədris
sahəsində təcrübələri səhifələrdə yığılır.
Vikiversitet layihəsində müxtəlif səviyyədə tədris cəmiyyətləri
yaradılmışdır. Hər bir cəmiyyətin öz təyinatı və məqsədi mövcuddur.
İnternet ünvanı: https://www.wikiversity.org
Vikisəyahət
İngiliscə adı “Wikivoyage” olan bu layihə gəzinti yerləri və səyahət
məsələlərinin könüllülər tərəfindən yazıldığı pulsuz səyahət bələdçisidir.
Açıq çoxdilli layihə olub, turizmin inkişafı üçün nəzərdə tutulmuşdur.
Ona görə də bu layihəni “Vikiturizm” də adlandırmaq mümkündür.
Qeyd edim ki, bu layihə 2012-ci ilin noyabr ayından Vikimedia
Fondunun layihəsi olmuşdur. Layihədə ölkələrin təbiəti, turizm və
istirahət mərkəzləri, otel və restoranlar haqqında məlumat verilir.
İnternet ünvanı: https://www.wikivoyage.org
Vikiverilənlər
İngiliscə adı “Wikidata” olan bu layihə ilk növbədə interviki
linklərinin səhifələrə əlavə edilməsini nəzərdə tuturdu. Ümumilikdə
isə vikisəhifələrdə toplanmış verilənlərin mərkəzləşdirilmiş
mühafizəsini təmin edən layihədir. Bu verilənlərə misal olaraq
intervikiləri, statistik məlumatları (məsələn: doğum tarixi, əhalinin
sayı və s.) göstərmək olar.
Vikiverilənlər bazasına müxtəlif dillərdə informasiya daxil etmək
91
mümkündür.
Mütəmadi olaraq təkmilləşən bu layihənin artıq xeyli sayda
zəngin funksiyaları var ki, onların bir hissəsi Azərbaycan dilində olan
Vikilayihələrdə tətbiq olunur.
İnternet ünvanı: https://www.wikidata.org
Vikiİnkubator
İngiliscə adı “Wikimedia Incubator” olan bu layihə tanınan dillərin
Vikimedia layihələrinin (Vikipediya, Vikilüğət, Vikikitab, Vikixəbər,
Vikisitat, Vikisəyahət) yaradılması üçün nəzərdə tutulmuşdur. Burada
yaradılan test layihələri təsdiqlənmiş digər layihələr kimi istifadə edilər
bilər. Layihələrin inkubatordan çıxması üçün yekun qərar Dil komitəsi
tərəfindən verilir.
İnternet ünvanı: https://incubator.wikimedia.org
Vikinövlər
İngiliscə adı “Wikispecies” olan bu layihə əsasən təbiət (botanika
və zoologiya) elmlərinə aiddir. Layihənin məqsədi dünyada olan bütün
bioloji növlər haqqına verilənlər bazasının hazırlanmasıdır. Hər bir
canlı təbii ki, öz səhifəsinə malik olmalıdır. Bu baxımdan layihə ilk
növbədə botanika ilə məşğul olanlar və maraqlananlar üçün nəzərdə
tutulmuşdur.
İnternet ünvanı: https://species.wikimedia.org
MediaViki
İngiliscə adı “MediaWiki” olan bu layihə Vikipediyanın yaradılması
və idarə olunması üçün proqram mexanizmidir. Alman tələbəsi Manqus
Manke tərəfindən xüsusi olaraq Vikipediya üçün yazılmışdır. Əvvəl
Perl dilində yazılmış UseModWiki proqramı istifadə edilirdisə, sonralar
92
proqramın PHP dilində yazılması qərara alınır və MediaWiki adlandırılır.
“MediaWiki” sözü multimedia və wiki sözlərindən yaranmışdır.
İnternet ünvanı: https://www.mediawiki.org
TransleytViki
İngiliscə adı “TranslateWiki” olan bu layihə veb proqramı şəklində
olan tərcümə platformasıdır. Dil biliyini inkişaf etdirmək istəyənlər
üçün səmərəli bir layihədir.
Bu layihə MediaViki proqramı ilə yaradılmışdır. MediaVikidə olan
bütün mətn və məzmunları tərcümə etmək üçün istifadə olunur. Bundan
başqa OpenStreetMap, Mifos, Encyclopedia of Life və MantisBT
layihələrində də istifadə olunur.
İnternet ünvanı: https://translatewiki.net
93
İstifadə olunmuş mənbələr
1. Rasim Əliquliyev, İradə Ələkbərova. “Vikipediya. Virtual
ensiklopediya”. Bakı, AMEA İnformasiya Texnologiyaları İnstitutu,
“İnformasiya texnologiyaları” nəşriyyatı, 2010.
2. Tərxan Paşazadə, “Milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində
elektron ensiklopediyanın - Vikipediyanın rolu” // “Dövlət və Din”
İctimai fikir toplusu, № 01 (15), Bakı, yanvar-fevral 2010, səh. 101-
108.
3. “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-
kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli,
2664 nömrəli Sərəncamı.
4. “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-
kommunikasiya Texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nın təsdiq olunması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 28 mart 2013-cü il tarixli, 2815 nömrəli Sərəncamı.
5. Sultan Hümbətov, Tərxan Paşazadə (redaktor). “VikiHərəkat” layihəsi
çərçivəsində hazırlanmış “Vikipediyaçının masaüstü kitabçası”. Bakı,
2013.
6. Tərxan Paşazadə. “Vikipediyaçının köməkçisi” (Vikipediyada yeni
fəaliyyətə başlayan istifadəçilər üçün köməkçi vasitə). Bakı, 2017.
7. Tərxan Paşazadə. “Vikipediyada mədəni irs və turizm; Vikisəyahət” //
Gənclərin III Beynəlxalq Mədəni İrs və Turizm Forumunun Xülasələr
kitabı (1-2 fevral 2018). Bakı, 2018, səh. 11-12.
8. Tərxan Paşazadə. “Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı kontentlər
Vikipediyada” // Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100
illiyinə həsr olunmuş Türk Dünyası Dövlətçilik İrsi, I Beynəlxalq Ağsu
Simpoziumunun materialları (Ağsu, 2018-ci il).
9. “Bir qrup vikipediya redaktoru Milli Məclisə müraciət etdi”. gulustan.
94
info, 12.06.2013 / arxiv linki: http://archive.is/U7yAb.
10. Həqiqət İsabalayeva. ““Vikipediya”nın Azərbaycan bölməsinin
inkişafına hər kəs öz köməyini göstərməlidir”. ictnews.az, 05.10.2013
/ arxiv linki: http://archive.is/iuSsw.
11. Həqiqət İsabalayeva. ““Vikipediya” onlayn ensiklopediyasında
Azərbaycan dilində olan məqalələrin sayı 100 minə çatdırılıb”. ictnews.
az, 28.03.2014 / arxiv linki: http://archive.is/ITUhj.
12. “I Milli Vikipediya Forumu keçirilib”. publika.az, 11.03.2014 / arxiv
linki: http://archive.is/5m8DD.
13. Ramil Cəbrayıl. “Övladlar atanı geridə qoydu və ya vikipediyaçılar
ailəsi”. karabakhmedia.az, 02.12.2015 / arxiv linki: http://archive.
is/95dDX.
14. Ramil Cəbrayıl. “İnformasiya müharibəsində təmənnasız xidmət
göstərən tədqiqatçı”. karabakhmedia.az, 07.08.2017 / arxiv linki:
http://archive.is/MeubD.
15. ““Virtual Məkanda Azərbaycan” layihəsində “Vikipediya” təlimi”.
“525-ci qəzet”, 14.03.2018 / arxiv linki: http://archive.is/dKYY2.
16. “Azərbaycanda vikipediyaya dair ilk dissertasiya işi müdafiə olunub”.
nauka.gov.az, 19.03.2018 / arxiv linki: http://archive.is/0284b.
17. Günay Məmmədova. “Qubada vikipediyaçılar üçün “Bahar
düşərgəsi”ndə 2 gün”. lib.az, 05.06.2018 / arxiv linki: http://archive.is/
A8J6h.
18. “Mərkəzi Elmi Kitabxana “Vikipediya”da “Azərbaycan Xalq
Cümhuriyyəti ayı”nın nəticələrini təqdim edib”. azertag.az, 20.06.2018
/ arxiv linki: http://archive.is/J9SZM.
19. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında olan
şəkillərin Vikixəzinəyə yüklənilməsinə imkan verən bildirişin arxiv
linki: http://archive.is/NcVaq.
95
Qeyd:
Bu kitab müəllifin 2017-ci ildə dərc olunmuş, Birləşmiş Millətlər
Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında İKT
infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin
modernləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış “Vikipediyaçının
köməkçisi” kitabçasının əsasında mövzuya uyğun təkmilləşdirilərək
hazırlanmışdır. Həmin kitabın da hazırlanması zamanı da müəllifin
şəxsi təcrübəsi ilə yanaşı, Vikipediyakı və Vikimedia Fondunun digər
layihələrindəki materiallardan və 2013-cü ildə “VikiHərəkat” layihəsi
çərçivəsində AzVikinin idarəçisi Sultan Hümbətovla birlikdə müəllifin
də iştirakı ilə hazırlanmış “Vikipediyaçının masaüstü kitabçası”ndan
istifadə edilmişdir.
Mündəricat
Ön söz....................................................................................................3
Müəllifdən.............................................................................................5
Birinci bölmə: Vikipediya ilə tanışlıq.................................................8
I hissə. Vikipediyanın tarixçəsi..............................................................8
*“Wikipedia” nə deməkdir?...................................................................8
*Nupediya..............................................................................................8
*Vikipediyanın fəaliyyətə başlaması......................................................9
*Vikimedia Fondu................................................................................11
*Vikimaniya.........................................................................................11
*Vikilayihələrin maliyyələşməsi..........................................................13
*Vikipediya nə deyil? .........................................................................14
*Statistik göstəricilər............................................................................16
II hissə. Vikipediya Azərbaycanda....................................................18
*Azərbaycanca Vikipediya...................................................................18
*Vikipediya Azərbaycan dilinin ərəb qrafikalı əlifbasında..................21
*Azərbaycanda vikiçilik......................................................................22
*Mövzulu ay.........................................................................................28
*Viki Abidələri Sevir............................................................................30
*Viki Yeri Sevir....................................................................................31
*100vikigün.........................................................................................32
*Təlim və təqdimatlar...........................................................................33
* Vikipediyaçılar ailəsi.........................................................................34
III hissə. Vikipediyanın faydaları və zərərləri.................................36
*Vikipediyanın əhəmiyyəti...................................................................36
*Dilimizin qorunmasında və inkişafında Vikipediyanın rolu................37
*Vikipediyanın elm və təhsildə tətbiqi..................................................39
*Vikipediya məşğulluğun təmin olunması vasitəsi kimi.......................41
*Vikipediyanın mənfi təsirləri...............................................................42
*Vikipediyanın qadağan edilməsi..........................................................43
İkinci bölmə: Vikipediyada fəaliyyət.................................................46
IV hissə. Vikicəmiyyət...........................................................................46
*Vikipediya əhalisi................................................................................46
*Rəsmi prinsiplər və Vikipediya qaydaları............................................49
*Səsvermə və seçkilər............................................................................51
*Qayda pozuntuları və onların qarşısının alınması...............................53
V hissə. Səhifələrdə fəaliyyət...............................................................56
*Vikilayihələrdə fəaliyyətə başlamaq....................................................56
*İstifadəçiyə aid səhifələr.......................................................................57
*Məqalələr.............................................................................................60
*Vikiləşdirmə........................................................................................65
*Mənbələr; daxili və xarici keçidlər......................................................68
*Şəkillərin və digər faylların yüklənməsi..............................................71
*Kateqoriyalar.......................................................................................73
*Şablonlar..............................................................................................74
*Portallar...............................................................................................78
*İntervikilər...........................................................................................79
*Müzakirələr..........................................................................................80
*Redaktə müharibələri və mübahisələrin həlli......................................82
VI hissə. Digər vikilayihələr.................................................................85
*MetaViki..............................................................................................85
*Vikixəzinə............................................................................................85
*Vikikitab..............................................................................................88
*Vikisitat...............................................................................................88
*Vikimənbə...........................................................................................89
*Vikilüğət..............................................................................................89
*Vikixəbər.............................................................................................89
*Vikiversitet..........................................................................................90
*Vikisəyahət..........................................................................................90
*Vikiverilənlər.......................................................................................90
*Vikiİnkubator.......................................................................................91
*Vikinövlər............................................................................................91
*MediaViki............................................................................................91
*TransleytViki.......................................................................................92
İstifadə olunmuş mənbələr.....................................................................93
“Vikipediyada milli-mənəvi dəyərlər.
Vikipediya nədir, nə deyil?”
© Tərxan Paşazadə, 2018
[email protected]
Çapa imzalanmışdır: 24.10.2018
Kağız formatı: 60x90 1/16
Tiraj: 3000