Azad Nəhmədov
QLOBALLAŞMA VƏ
MƏNƏVİ DƏYƏRLƏR
(Qloballaşma dövründə mənəvi dəyərlərimizə təhdidlər)
Bakı – 2019
Bu kitab Mənəvi Dəyərlərin Təbliği Fondunun
maliyyə dəstəyi ilə çap edilmişdir
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Kömitəsinin
DK-483d-09/15 saylı, 13 sentyabr 2019-ci tarixli məktubu ilə
nəşrinə razılıq verilmişdir.
Kitabın adı: Qloballaşma və Mənəvi Dəyərlər
Müəllif: Azad Nəhmədov
Dizayner: Nicat Qəribov
PRINTING PUBLISHING PACKAGING
Azad Nəhmədov / 3
Giriş
XXI əsr bir çox mütəxəssislər tərəfindən qloballaşma
və inteqrasiya əsri adlandırlır. Bu, sivilizasiyanın inkişafı
üçün yeni bir modeldir. Xalqlar, millətlər və dövlətlər müasir
münasibətlər mərhələsinə qədəm qoymuşdur. Dövlətlərin,
xalqların iqtisadi, siyasi, ticarət və mədəni əlaqələrində, döv-
lətlərarası və beynəlxalq münasibətlər sistemində yeni for-
malar meydana çıxır.
İnsan varlığının həyatında baş verən köklü dəyişikliklə-
rin obyektiv prosesi dünya miqyasında dövlətlər, cəmiyyət-
lər, fərdlərarası ünsiyyət və fəaliyyətin tip və üsullarındakı
dərin yeniliklərlə şərtləndirlir. Elmi-texniki tərəqqi, nəqliyyat
vasitələrinin təkmilləşdirilməsi, iyirminci əsrin sonlarındakı
informasiya inqilabı “zaman və məkan” anlayışı aradan qal-
dıraraq “qlobal kənd” xüsusiyyətlərini qazanmış vahid dün-
ya düşüncəsinin gerçəkləşdirilməsinə şərait yaradır.
Rabitə texnologiyaları və nəqliyyat sahəsindəki inkişaf
dünyanın bütün ölkələrinin və bölgələrinin iqtisadiyyatını,
elmini, mədəniyyətini bir-birinə bağlamışdır. Kompüterləş-
dirmə, internet, peyk telekommnukasiyası heç bir sərhəd
və maneə bilməyən məlumat axınlarına və mübadiləsinə,
kommunikativ şəffaflığa səbəb olmuşdur. Ümumdünya in-
ternet şəbəkəsi öz qanun və qaydaları ilə yeni bir virtual
gerçəklik, yeni bir imperiya təşkil edir.
Əsas mahiyyəti elmi-texniki və informasiya inqilabı
olan qloballaşma, insan həyatının bütün sahələrinə - iqtisa-
diyyata, siyasətə, mədəniyyətə, dilə, təhsilə, mənəvi və əx-
laqi inkişafa, millətlərarası və konfessiyalararası münasibət-
lərə həlledici təsir göstərir. Bütün bu sahələr məlumatların
4 / Qloballaşma və Mənəvi Dəyərlər
mənimsənilməsi və mübadiləsinin sürətləndirilməsinə cəlb
olunaraq keyfiyyətcə yeni xüsusiyyətlər əldə edir.
XX əsrin II yarsından etibarən düyanın elmi-texniki,
sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət və digər sferalarda
əldə etdiyi yeniliklər, uğurlar, onun bu dövrə qədər əldə etdi-
yi nailiyyətlərdən qat-qat yüksək olmuşdur. Sözsüz ki, bu ye-
niliklər və uğurlar bəşər övladının həyat tərzinə, məişətinə,
düşüncəsinə öz təsirini göstərir.
Ümumi evimizin hər bir sakini əldə edilmiş nailiyyət-
lərdən faydalanmaq, onun müsbət təsirlərini öz gündəlik
yaşayışında görmək kimi bir bəşəri hüquqa malikdir desək,
yəqin ki, yanılmarıq. Lakin dünyadakı ayrı-ayrı regionların,
ölkələrin, xalqların iqtisadi, sosial, mədəni və s. cəhətdən
inkişafındakı müxtəliflik, qeyri-bərabərlik hər bir bəşər övla-
dının həmin nailiyyətləri öz yaşayışında görə və tətbiq edə
bilmdəyini nümayiş etdirir. İnsanlıq nəinki fərd olaraq bu
inkişafdan ümumi şəkildə faydalana bilmir, eyni zamanda
o, çoxsaylı şəxsi və bəşəri problemlərlə qarşı-qarşıya qalır.
Biz, bir tərəfdən bəşəriyyətin, bəşər övladının tərəqqisin-
dən danışırıqsa, digər tərəfdən bu tərəqqiyə paralel şəkildə,
“səbəb-nəticə” əlaqəsinin təzahürü kimi görünən, dünyanın
gələcəyi üçün təhlükə törədə bilən problemlər haqqında da
danışmalı oluruq.
Bu gün insanın lövbər saldığı liman olan Yer kürəsi
çoxsaylı çətinliklər ilə üz-üzə qalmışdır. Ətraf mühitin çirk-
lənməsi, qlobal istiləşmə, ozon təbəqəsidəki “qara dəliklər”
və digər ekoloji fəlakətə səbəb olan hadisələrdəki dramatik
proseslər, bir neçə saat ərzində insanlığı məhv edəcək nüvə
silahlarının kontroldan çıxacağı qorxusu, texnoloji tərəqqiyə
və təbii sərvətlərin çoxluğuna baxmayaraq milyonlarla insa-
nın gündən-günə aclıqla, susuzluqla üzləşməsi, etnik və dini
Azad Nəhmədov / 5
münaqişələrə görə baş verən müharibələr, terror artıq bü-
tün bəşəriyyət üçün təhlükə yaradır.
İnkişaf edən elm və texnologiyanın planetimizdə yeni
sivilizasiya gətirəcəyini gözləyərkən, mövcud sivilzasiyanı
müəyyən mənada məhv etməyə başlaması, bizim isə, bu
məhv etməni dayandıracaq bir iradəmizin belə olmaması
kimi görünməsi, ümumi evimizin – planatemizin həqiqətən
alovlar içində olduğunu göstərir.
XX əsrin II yarsından etibarən, xüsusilə, XX əsrin son-
ları – XXI əsrin ilk onilliklərində dünyanın siyasi, iqtisadi,
soial mühiti, ekoloji vəziyyəti, insanın təbiətə münasibəti ilə
əlaqəli olaraq yaranan bir çox narahatçılıqlar və baş verən
dəyişikliklər müxtəlif mərkəzlərin, institutların, sosioloqların,
iqtisadçıların, siyasətçilərin və digər qurum və mütəxəsislə-
rin diqqət mərkəzində olmağa başlamışdır. Belə bir halda
bəşər sivilzasiyasının, insanın gələcək inkişafı, həyat tərzi,
dünyanı əhatə edən planetar problemlərlə (iqlim dəyişikliyi,
buzlaqların əriməsi, su mənbələri, ərzaq təminatı, tükənən
təbii sərvətlər və s.) bağlı çıxışlarda, araşdırmalarda, təhlil və
proqnozlarda “qloballaşma” adlı termindən istifadə ediləmsi
genişlənmişdir.
Qloballaşma çağdaş dövrün ən mürəkkəb və ziddiyyətli
hаdisələrindən biri kimi ictimаi vаrlığın müхtəlif davranış-
larına, düşüncəsinə, həyat tərzinə, dünyanın mövcud və
gələcək nizamına təsir göstərməklə bəşəriyyətin, еləcə də
аyrı-аyrı fərdlərin tаlеyini müəyyən edən аmilə çеvrilmişdir.
İnsanın, onu əhatə edən dünyaya münasibəti, baş verən
proseslərə yanaşması, fərdi, etnik, icma və ya digər sosi-
al qrupun, dövlət və ya regional siyasi təşkilatların prizma-
sından, mövqeyindən deyil, daha çox “ümumi maraqları”,
“dünya vətəndaşlığı” mövqeyindən, “qlobal müstəvidə” mü-
nasibəti önə çıxır.
6 / Qloballaşma və Mənəvi Dəyərlər
Bu hаdisənin təbiətinə münаsibət müхtəlif оlsа dа,
tədqiqatçılar ümumilikdə оnu məkаn-zаmаn mаnеələrini
аrаdаn qаldırаn kоmmunikаsiyа tехnоlоgiyаlаrının inkişа-
fı, trаnsmilli münаsibətlərin və yеni bеynəlхаlq təsisаtlаrın
fоrmаlаşmаsı kimi səciyyələndirlər. İqtisadi, informasiya və
telekommunikasiya texnologiyaları sahələrindəki qloballaş-
ma prosesi elə bir həddə çatıb ki, artıq mütəxəssislər iqtisadi
baxımdan vahid, bütövləşən dünya haqqında danışmağın
mümkün olduğunu söyləyirlər.
Bəşəriyyət qarşısında dayanan iqtisadi, xammal, ərzaq,
ekoloji, demoqrafik və digər bu kimi qlobal problemlərin
həlli dünyanın iqtisadi, elmi-texniki, intellektual və mənəvi
resurslarının bütün ölkə, xalq, hətta hər bir kəsin gücündən
birgə razılaşdırılmış şəkildə istifadəsini tələb edir. Lakin, qlo-
bollaşma konsepsiyasının formalaşmasına təsir edən güclə-
rin, mərkəzlərin, dövlətlərin dünyada baş verən ictimai, si-
yasi və s. hadisələrə öz mənfəətləri konteksində yanaşması,
“bütünləşmə” adı altında milli kimliklərin, mədəniyyətlərin
“qlobal kimlik”, “qlobal mədəniyyət” içərisində “əriməsi”,
dünyanın müxtəlif hissələrinin radikal şəkildə bir-birindən
fərqlənən siyasi, sosial-iqtisadi, mədəni fərqlilikləri qloballaş-
ma prosesinin heç də müəyyən bir nizam üzrə getmədiyini
göstərir.
Sovet İttifaqının dağılması və bunun nəticəsi olaraq So-
yuq müharibənin və beynəlxalq münasibətlərdə bipolyar –
ikiqütüblü sisteminin başa çatmasından sonra belə bir fikir
formalaşdı ki, inkişaf etmiş ölkələr bu meyilləri bəşəriyyətin
ümumi maraqlarına uyğun olaraq təşviq etmək missiyasını
öz üzərinə götürəcəkədir. Lakin özlərinin mütləq liderliyini
iddia edən Qərb dünyası, xüsusilə ABŞ, dünya ictimaiyyə-
tinə, bəzən “qlobalizm ideologiyası” adlandırılan “yeni real-
lıqları” öz baxış bucaqlarına uyğun şəkildə təklif etdi. Onlar
Azad Nəhmədov / 7
dünyannın tarixən formalaşan fərqliliklərini nəzərə alma-
dan, adət-ənənələri və başqa milli xüsusiyyətləri ilə “digər”,
qeyri-Qərb sivilizasiyalarını təmsil edən ölkələrə münasibət-
də öz “oyun qaydaları”nı və modellərini tətbiq edir, maliyyə
və iqtisadi qlobalizm tədricən silahlı gücün birbaşa istifadəsi
ilə müşayiət olunan hərbi qlobalizmə çevrilməyə başladı ki,
biz bunun praktiki nəticəsini keçmiş Yuqoslaviya, Əfqanıs-
tan, İraq, Liviya və s. ölkələrdə baş verən hərbi münaqişələr-
də, “rəngli inqilablar”, “ərəb baharı” və s. kimi adlandırılan
hadisələrdə görə bildik.
Qeyd etmək lazımdır ki, müasir qloballaşma proseslə-
ri, mütəxəssislərin fikrincə, ziddiyyətli xarakter daşıyır. Belə
ki, qloballaşma prosesi nəticəsində bir tərəfdən iqtisadi və
elmi-texniki tərəqqi, yüksək texnologiyaların və yeni rabitə
vasitələrinin inkişafı, beynəlxalq əməkdaşlığın genişlənməsi
və dərinləşməsi üçün yeni imkanlar açılır. Lakin, digər tərəf-
dən zəngin və kasıb ölkələr arasındakı uçurum genişlənir,
milli valyutalar və iqtisadiyyatzərər görür və iqtisadi prob-
lemlər kəskinləşir, ən yeni informasiya texnologiyalarının
köməyi ilə kütləvi şüurun idarə olunması – manipulyasiyası
üçün şərait yaranır.
Yeni dünya nizamının səciyyəvi cəhətlərindən biri də
qloballaşmanın getdikcə daha çox vüsət alması, Qərb dəyər-
lərinin bütün dünyaya yayılması, dövlətlər, millətlər və mə-
dəniyyətlər arasında milli sədlərin silinməsi, dünyanın vahid-
ləşməsi hesab olunur. Qloballaşma prosesi mədəniyyətlərin
bir-biri ilə mübadiləyə girməsinə şərait yaratmaqla onun
unifikasiyalaşmasına-qlobal mədəniyyətin yaranmasına,
eyni zamanda müxtəlif mədəniyyətlərin tədricən “əriyərək”
zəifləməsinə səbəb olur.
Qlobal aktorların artan itisadi, siyasi təzyiqləri, cəmiy-
yətin sturkturundakı nizamsız dəyişikliklər, xalqların, millət-
8 / Qloballaşma və Mənəvi Dəyərlər
lərin milli süuruna mənfi yönümdəki təsirlər milli dövlətlərin
təhlükəsizliyi ilə bağlı problemlər meydana gətirmişdir. Bü-
tün bunlar isə qloballaşmanın müsbət cəhətləri ilə yanaşı
mənfi tendesiyaları da özündə ehtiva etdiyini göstərir.
Hazırldağımız kitabda qloballaşma mövzusu, qloballaş-
ma probleminin bütün müxtəlifliyini tamamilə əks etdirmək
mümkün deyil. Buna baxmayaraq kitabda qloballaşmanın
mahiyyəti, tarixi, bu prosesə olan yanaşmalar, onun çox
cəhətli xüsusiyyətləri, həmçinin qloballaşmanın milli dövlət-
çilik, milli kimlik, mədəniyyət, mənəvi dəyərlər, ailə institu
üzərindəki təsirini, onun doğurduğu təhdidlər haqqında mə-
lumat verməyə çalışmışıq.
Qeyd edək ki, kitab hazırlanarkən Türkiyə, Rusiya və
digər xarici ölkələrin, həmçinin yerli alimlərin, mütəxəssislə-
rin, araşdırmaçıların qloballaşma, onunla bağlı olan sahələr
və toxunduğumuz mövzular üzrə müxtəlif istiqamətli kitab
və məqalələrindən, internet resurslardan istifadə edilmişdir.
I FƏSİL
QLOBALLAŞMA
HAQQINDA
Azad Nəhmədov / 11
Qloballaşma
XXI yüzilliyin astanasında bəşər sivilizasiyasının inkişa-
fında ölkələr və xalqlar arasında yaxınlaşma, planetar miq-
yasda vahid iqtisadi və informasiya məkanının yaranması,
bilik və texnologiyanın intensiv mübadiləsi meylləri aydın
şəkildə özünü büruzə verdi ki, bu tendensiyalar qloballaş-
ma adı ilə ifadə edilir. III minilliyin əvvəllərindəki dünya-
mızda qloballaşma fenomeninin özümüzə, cəmiyyətimizə,
mədəniyyətlərə və bütövlükdə dünya haqqında anlayışımı-
za dərindən təsir edən və dəyişdirən prosesləri təyin edən
bir elementə çevrildiyi görünür. XX əsrin sonu - XXI əsrin
əvvəlləri dünya elmi ictimaiyyətinin qlobal proseslərə, onun
mahiyyətinə, nəzəri əsaslarına və konseptual modellərinə
get-gedə artan diqqəti ilə müşayiət olunur.
XXI əsri hamı yekdilliklə dünya iqtisadiyyatının qlobal-
laşması, transmilli iqtisadi strukturların və maliyyə struktur-
larının fəaliyyət sahələrinin dünya miqyasında genişlənməsi,
kapitalın, malların, işçi qüvvəsinin getdikcə artan yerdəyiş-
məsi əsasında iqtisadi qarşılıqlı asılılığın daha da güclənməsi,
insanların hərəkət və ünsiyyət imkalarının getdikcə artması
kimi qəbul edir. Yeni əsr, eyni zamanda, bəşəriyyətin qar-
şısında dövlətlərin, millətlərin, xalqların və mədəniyyətlərin
çoxluğundan vahid dünyaya və hökumətə keçmək prinsi-
pini müdafiə edən mondializm (fransızca mondial dünya,
ümumdünya deməkdir) konsepsiyasının gerçəkləşməsinin
başlanğıcı kimi dayanır, habelə, bir tərəfdən, informasiya
inqilabının, digər tərəfdən isə, biotexnoloji inqilabın geniş-
lənməsi ilə səciyyələnir.1
1. Ramiz Mehdiyev. “Azərbaycan: qloballaşma dövrünün tələbləri”. Bakı, “XXI -
Yeni Nəşrlər Evi”.-2005.
12 / Qloballaşma və Mənəvi Dəyərlər
Qloballaşma bir çox sahədə müzakirəyə səbəb olan,
müsbət və ya mənfi olaraq dəyişən dünya nizamından “ca-
vabdeh sayılan” anlayışların başında gəlir. Kiminə görə fə-
lakətin ta özü, kiminə görə isə müasir dünya üçün lazımlı
olan və yaşanması vacib olan bir proses olaraq qəbul edilən
qloballaşma, özünü əvvəl iqtisadi sahədə göstərmiş daha
sonra siyasi, ictimai və mədəni sahələrə nüfuz etmişdir.
Bəlkə də bəşər tarixində ilk dəfə olaraq qlobal müstə-
vidə bütün bəşəriyyətə təsir etmək, onu yönləndirmək və
ya vahid şəkilə salmaq imkanı meydana çıxmışdır. Demok-
ratiya, dünyəvilik, qanunun aliliyi və insan hüquqları kimi
dəyərlər bütün insanlıq üçün ortaq hala gəlmişdir. Qlobal-
laşma insan həyatının və fəaliyyətinin bütün sahələrinin – si-
yasi, maliyyə, elmi, texniki, dini, mədəni və s. birləşməsini,
inteqrasiyasını təmin edir.
Qloballaşma termini etimoloji cəhətdən latın termini
olan “qlobus” - yəni Yer kürəsi sözü ilə əlaqədardır. Bu və
ya digər proseslərin ümumdünya xarakter daşıdığını ifadə
etdiyini göstərən qloballaşma, ən sadə formada desək, in-
sanlar arasında qarşılıqlı əlaqənin planetar miqyasda təzahü-
rüdür. Digər sözlə, hər hansı bir hadisənin lokal miqyasdan
çıxaraq, genişlənməsi və onun ümumdünya xarakter alma-
sı, bu prosesin qloballaşmasından xəbər verir.
“Qloballaşma dedikdə, dünyanın iqtisadi, siyasi,
elmi, texniki, mədəni sahədə unifikasiyalaşması –
eyni funksiyalı obyektlərin, elementlərin vahid stan-
darta, formaya salınması və inteqrasiyası – ayrı-ayrı,
bənzərsiz, müstəqil sosial obyektlər və hadisələr ara-
sında əlaqənin qurulması başa düşülür.”
Qloballaşma ölkələr arasındakı iqtisadi, siyasi, sosial
əlaqələrin genişlənməsi və inkişafı ilə yanaşı, ideoloji müxtə-
lifliyə söykənən qütbləşmənin çökməsi, fərqli ictimai mə-
Azad Nəhmədov / 13
dəniyyətlərin, ölkələr arasındakı əlaqələrin sıxlaşması kimi
fərqli görünən ancaq bir-biri ilə əlaqəli faktlar ehtiva etdiyi,
bir mənada maddi və mənəvi dəyərlərin və bu dəyərlər çər-
çivəsində meydana gəlmiş təcrübənin milli sərhədləri aşaraq
dünya miqyasına yayılması olaraq təyin olunur. Bu baxım-
dan qloballaşma, fərqli sosial mədəniyyətlərin və inancların
tanınması, ölkələr arasında hər cür əlaqələrin yayılması və
intensivləşməsi, ideoloji fərqliliklərə söykənən qütblərin or-
tadan qalxması nəticələrini doğuran qaçınılmaz bir proses-
dir. Bunun əsas səbəblərini alman alimi U.Bek belə izah
edir: “Beynəlxalq ticarət sahəsində kontraktların məkanının
genişlənməsi, maliyyə bazarları və transmilli şirkətlərin nü-
füz və təsirinin güclənməsi; informasiya və kommunikasiya
texnologiyaları inqilabının davam etməsi; insan hüquqları-
nın qorunması tələblərinin irəli sürülməsi və qlobal prinsipə
çevrilməsi; dünyanı əhatə edən mədəniyyət industriyasının
təşəkkül tapması və qlobal yayınlanması; dünya siyasəti
sahəsində dövlət-hökumətlərlə yanaşı təsiri get-gedə artan
üçüncü sektor – şirkətlər, qeyrişirkətlər, qeyri-hökumət təş-
kilatları, beynəlxalq qurumlar kimi təsisatların formalaşması;
qlobal yoxsulluq və dilənçilik problemi, ətraf mühitin qlobal
böhranı məsələləri; lokal səviyyələrdə mədəni münaqişələr
problemi”2 və s.
Qloballaşma sistem olaraq sanki bir orqanizm kimi
fəaliyyət göstərir. Belə ki, Yer kürəsinin istənilən nöqtə-
sində baş verən hadisə “yerli”, regional müstəvidəki ma-
neələri dəf edərək qlobal səviyyədə əks-səda doğura, hətta
ən ucqar ərazilərə belə təsir edə bilir. Bir çoxlarımız fərqində
olmasaq da, qloballaşmanın təsirini və əlamətlərini hər gün
həyatımızda görə bilərik.
2. Rəbiyyət Aslanova. Qloballşama və Mədəni Müxtəliflik. Bakı.-2004.-S.12
14 / Qloballaşma və Mənəvi Dəyərlər
Robin Uilliams qloballaşmanın iqtisadi sahədəki və xü-
susilə gündəlik yaşayışmızdakı təsirini gözəl təsvir edən bir
bənzətməsi vardır. O qeyd edir: “Baş ofisi Amerikada yer-
ləşən beynəlxalq bir şirkətin London ofisində işləyən gənc
ingilis işi bitdikdən sonra yapon istehsalı olan avtomobili
ilə evinə qayıtdı. Alman mətbəx qablarını idxal edən bir
şirkətdə işləyən həyat yoldaşı, çox kiçik italyan maşını ilə
asanlıqla hərəkət edə bildiyi üçün evinə ondan əvvəl gəldi.
Yeni Zelandiya pirzolası, Kaliforniya yerkökü, Meksika balı,
fransız pendiri və ispan şərabı ilə bir süfrədə yeməklərini
yedikdən sonra, Finlandiya istehsalı olan televizorda ingilis-
lərin Folkland Adalarını tutmalarına dair proqram izlədilər.
Proqramdan sonra ingilis olmağın məmunluğundan sevin-
dilər. Bu təmsil qloballaşmanın daha çox iqtisadi ölçüsünü
vurgulamaqla birlikdə, onun iqtisadiyyatı də içinə alan daha
əhatəli bir anlayış olduğu görülür.
1960-cı illərdən etibarın haqqında bəhs olunmağa baş-
lanılan qloballaşma anlayışı 1980-ci illərdən daha çox is-
tifadə olunan bir nöqtəyə çataraq, 1990-cı illərdə artıq
üzərində elmi dəyərləndirilmələr aparılan və indiki dövrdə
dünyada baş verən hadisələrin izah edilməsinin ələ alındığı
tədqiqatların əsas mövzusu olaraq seçilən bir fenomen ol-
muşdur.
Azad Nəhmədov / 15
Qloballaşmanın termin kimi
işlədilməsinin tarixi
Qloballaşma anlayışına baxışlarda ortaq məxrəcə gəlin-
məyən yeganə məqam qloballaşmanın hansı şəkildə müəy-
yənləşdirilməsi məsələsi deyil, həmçinin bu terminin ilk dəfə
nə vaxt və kim tərəfindən işlədilməsi də başqa bir mübahisə-
li məsələdir. Qloballaşma anlayışının ilk istifadəsi ilə bağlı
müzakirələrdə fərqli arqumentlər irəli sürülür. Arqumentlər-
dən birinə görə, ingilis iqtisadçısı U.Forster (William Fors-
ter Lloyd, 1794-1852) 1833-cü ildə “Dünyada mənbələrin
(təbbi ehtiyatların) yayılması və istifadəsi” mövzusunda yaz-
dığı məqaləsində qloballaşma anlayışından ilk dəfə istifadə
etmişdir. Başqa bir iddiaya görə “qloballaşma” sözünü (“in-
tensiv beynəlxalq ticarət” mənasında) ilk dəfə Karl Marks
1850-ci ilin sonunda Engelsə yazdığı məktublardan birində
istifadə etmişdir. Marks məktubda yazırdı: “İndi dünya ba-
zarı həqiqətən mövcuddur. Kaliforniyanın və Yaponiyanın
dünya bazarına çıxışıyla qloballaşma baş verdi”.
Müasir baxımdan qloballaşma termin kimi XX əsrin or-
talarında meydana gəlmişdir. Qloballaşma ifadəsi 4 aprel
1959-cu ildə “The Economist” dərgisində3 və 1961-ci ildə
dərc edilmiş “Webster’s Third New International Dictionary
of English Language Unabriged” lüğətində yer almışdır.4
3. Fulya Kıvılcım: “Küreselleşme kavramı ve küreselleşme sürecinin gelişmekte
olan ülke Türkiye açısından değerlendirilmesi”. “Sosyal ve Beşeri bilimler” dergisi.
Cilt 5, №1. 2013.
4. Webster’s Third New International Dictionary of the English Language,
Unabridged (Webster’s Third yaxud W3 kimi də bilinir) 450.000-dən çox qeydləri
ehtiva edir.
16 / Qloballaşma və Mənəvi Dəyərlər
Qloballaşma anlayışının ilk dəfə 1960-cı illərdə kana-
dalı kulturoloq və filoloq, professor Marşal Maklüen (Her-
bert Marshall McLuhan) tərəfindən istifadə edilməsi də irəli
sürülən arqumentlərdən biridir. M.Maklüen 1962-ci ildə
yazmış olduğu “Gutemberg Galaxy” (“Quttenberqin qalak-
tikası”) adlı kitabında yeni dünya nizamından bəhs edərkən
“global kənd” anlayışından istifadə etməklə qloballaşma
ifadəsini ilk dəfə elmi ədəbiyyata gətirmişdir. M.Maklüen
kitabında, qloballaşmanı “dünyanın bir hissəsinin, xüsusən
rabitə texnologiyalarının inkişafı nəticəsində “qlobal kənd”
halına gəldiyini” ifadə edərək tərif etmişdir.
Başqa bir iddiaya görə Kaliforniya universitetinin pro-
fessoru, amerikalı bioloq və ekoloq Q. Hardi (Garrett James
Hardin, 1915-2003) 1968-ci ildə “Science” jurnalında isti-
fadəsi bütün insanlar üçün açıq olan resursların istehlakının
xüsusiyyətləri (“The Tragedy of the Commons” adlı məqalə)
mövzusunda dərc olunan məqaləsində qloballaşmanın bu
günki mənasında işlətmişdir.
Qloballaşma ilə bağlı olan digər bir fikirə görə müasir
anlamında termin kimi “qloballaşma” professor Teodor Le-
vitin 1983-cü ildə “Harvard biznes revyu” jurnalında çap
olunan “Bazarların qloballaşması” məqaləsi ilə elmi dövriy-
yəyə daxil olması qəbul edilir. T.Levit bu termin ilə transmilli
korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların bir-bi-
rinə qovuşması fenomenini ifadə etmişdir.
“Qloballaşma” terminin akademik status alaraq geniş
yayılması və populyarlaşmasını Aberdin Universitetinin
müəllimi, amerikalı sosioloq Roland Robertsonun “Moder-
nization, Globalization and the Problem of Culture in the
World-Systems Theory”, “Globalization Theory and Civili-
Azad Nəhmədov / 17
zation Analysis” və “Globalization: Social Theory and Glo-
bal Culture” adlı araşdırmaları ilə bağlayırlar. Onun tərə-
findən yazılmış “Globalization: Social Theory and Global
Culture” (“Qloballaşma: Sosial nəzəriyyə və qlobal mədə-
niyyət”) adlı kitabın qloballaşma mövzusunda ilk tədqiqatın
olduğu iddia edilmişdir.
18 / Qloballaşma və Mənəvi Dəyərlər
Qloballaşma prosesinin tarixi
Bir çox elm adamı hesab edir ki, qloballaşma təxminən
son onilliklərdə mövcud olan, nisbətən yeni bir termin olma-
sına baxmayaraq, bir hadisə kimi bu proses artıq yeni deyil.
Belə ki, müxtəlif yanaşma və fikirlərə dayanaraq bir proses
kimi nəzərdən keçirildikdə, qloballaşmanın başlanğıc tarixini
insanların yer üzünə yayılmasının başladığı ilk dövrlərə qə-
dər uzatmaq mümkündür. Əgər bir insan toplumunun digər
insan toplumları ilə ünsiyyət qurması qloballaşma sayılırsa,
bu zaman qloballaşmanın tarixinin ilk əsrlərdən başladığını
demək olar.
Amerikalı mütəxəsis olan Cared Daymond (Jared Dia-
mond) “Guns, Germs and Steel” adlı əsərində qloballaşma
konsepsiyasının universal bir təkamül prosesi ilə birlikdə qu-
rulduğunu bildirir.
Yel Universitetinə aid “Yale Global”da qloballaşmanın
tarixi başlanğıcı haqqında belə deyilir: “Qloballaşma, Afri-
kadan dünyanın digər bölgələrinə insanların ilk hərəkəti ilə
başlayan tarixi bir quruluşdur. Əvvəl qısa, sonra daha uzun
məsafəli səyahətlər nəticəsində miqrantlar, tacirlər və digər-
ləri hər zaman fikirlərini, adət-ənənələrini və istehsal etdik-
lərini yeni yerlərə gətirmişlər.”
Bir sıra iqtisadi tarixçilər hələ qədim dövrlərdə qlobal-
laşmanın və qlobal iqtisadiyyatın mövcudluğu fikrini müda-
fiə edirlər. Məsələn, Kline, Kol, Kardilias kimi bir sıra digər
iqtisadi tarixçilər tərəfindən irəli sürülmüş və əsaslandırılmış
konsepsiyaya görə, Mesopatamiyadakı Babil və Assur döv-
lətlərinin çiçəkləndiyi dövrdə və bir qədər əvvəlki dövrlərdə
(e.ə. III-II minilliklərdə) Aralıq dənizinin şərq hövzəsində, bir
Azad Nəhmədov / 19
sıra qonşu dövlətləri və xalqları əhatə edən, bir-birindən az
və ya çox müstəqil olanfərqli iki “dünya sistemi”, iki qlobal
iqtisadiyyat meydana çıxmışdır. Yel Universitetinin baş elmi
tədqiqatçısı, amerikalı sosioloq və iqtisadi tarixçi İ. Vallerş-
tayn (Immanuel Maurice Wallerstein) “dünya sistemi” adlan-
dırdığı qlobal iqtisadiyyatın antik dövrdə Roma imperiyası
və Qədim Çində mövcud olduğunu qeyd etmişdir.
Müxtəlif dövrlərdə bəşər tarixində xalqların, dövlətlərin
birləşməsinə, qaynayıb-qarışmasına, indiki anlamda inteq-
rasiyasına, vahid siyasi, iqtisadi və sosial-mədəni məkana
çevrilməsinə dəfələrlə cəhdlər olmuşdur. Dünya tarixinin
gedişatında ayrı-ayrı sərkərdələr, güclü, böyük imperiyalara
çevrilən dövlətlər zaman-zaman bu iddia ilə çıxış edərək,
silah gücünə böyük ərazilər tutmuş, ayrı-ayrı xalqları, dövlət-
ləri tabe etdirmiş, bütün dünyanı (həmin dövr üçün məlum
olan dünyanı) fəth edərək öz hakimiyyətləri altına salmğa,
dünya hökmdarı olmağa cəhd etmişlər.
Bu missiyanı bir qədər başqa formada öz üzərinə gö-
türən dünyəvi dinlərin də heç biri bütün bəşəriyyətin vahid
bayraq altında birliyinə nail olmasa da, dünyanın böyük bir
hissəsində, geniş ərazilərdə məskunlaşan xalqlar üzərində
öz prinsiplərinin, ortaq dəyərlərin müxtəlif dərəcədə təmin
olunmasına səbəb olmuşlar.
Maks Veberin təhlilinin mərkəzində yer alan, demək
olar ki, bütün “dünya dinləri” (əsasən səmavi dinlər) öz “fəth-
ləri” və ya oxşar ideologiyalar vasitəsilə qlobal genişlənməyə
hədəflənmişdir. Məsələn, xristianlığın qloballaşması 313-cü
ildə Roma imperatoru Konstantinin xristianlığı imperiyanın
rəsmi dini elan etməsi ilə başlamışdır. Beləliklə, xristianlıq
təkcə Avropanın deyil, bir çox cəmiyyətlərin də dininə çev-
rilmişdir. İslamın qloballaşması mövcud olan bir imperator-
luq vasitəsilə deyil, demək olar ki, “yoxdan” bir imperiyanın
qurulması ilə mümkün olmuşdur. Əməvilər və Abbasilər,
20 / Qloballaşma və Mənəvi Dəyərlər
digər imperiyaların (məsələn, Bizans imperiyasnın əyaləti
olan Misirin və Zərdüşt İranın) ərazilərini bir araya gətirərək
yeni və özlərinə xas bir mədəniyyət ortaya çıxarmışlar.
Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin “Küresel-
leşmenin Boyutları Ve Etkileri” adlı yazısında qeyd edilir ki,
qloballaşma yeni bir fenomen deyil, bu gün onun üçüncü
mərhələsi baş verir. Qloballaşmanın bu mərhələlərini araş-
dırsaq, ilk qloballaşma mərhələsi 1490-cı ildə merkantiliz-
min təsiri altında baş vermiş və müstəmləkəçilik ilə nəti-
cələnmişdir.
İkinci mərhələ 1890-cı ildə sənayeləşmə və onun ehti-
yacları nəticəsində yaşanmış və müstəmləkəçilik imperializ-
mə çevrilmişdir.
Üçüncü qloballaşma 1970-ci ildə transmilli şirkətlərin
yaranması, 1980-ci illərdə komnukasiya inqilabı və 1990-cı
ildə SSRİ-nin dağılması və Qərbin rəqibinin olmaması ilə
başlamışdır. Yaşadığımız son qloballaşma mərhələsi, infor-
masiya, rabitə və istehsalın təşkilində baş verən böyük dəyi-
şikliklə əlaqədardır.
Qloballaşmanın ortaya çıxmasının vacib parametrlərin-
dən biri də kapitalizm sistemidir. Bu baxımdan, qloballaşma-
nın başlanğıcı ilə əlaqədar olaraq qəbul edilən görüşün baş-
lanğıcı, sərhədləri aşaraq qarşılıqlı iqtisadi əlaqələrin ilk dəfə
meydana gəldiyi XVI əsrdir. Bu dövrdə İspaniya, Portuqali-
ya, İngiltərə, Fransa və Hollandiya kimi müstəmləkə imperi-
yalarındakı bir çox qərb şirkətləri qlobal bir şəkil aldılar. XVI
əsrdən bəri Qərbi Avropada məşhurlaşan və zamanla bütün
dünyanı əhatə edən kapitalizm XIX əsrdə Sənaye İnqilabı
ilə yeni bir miqays qazandı. Sənaye İnqilabı əhəmiyyətli tex-
noloji imkanlar ortaya çıxarmış və Qərb ilə dünyanın digər
bölgələri arasında böyük fərqliliklər doğurmuşdur. İnqilabın
İngiltərədən başlayaraq digər Avropa ölkələrinə yayılması
Azad Nəhmədov / 21
ilə rəqabət mühiti formalaşdı və bu rəqabət mühiti yeni mü-
haribələr və müstəmləkələrin işğalına şərait yaratmış oldu.
Buxarlı maşınlarla birlikdə istehsal və sərmayənin artımı
meydana gəlmiş, buna bağlı olaraq da yeni bazar axtarışla-
rı ortaya çıxmışdır. Bazarın genişləndirilməsi düşüncəsi də
müstəmləkəçiliyi doğurmuş və milli sərhədlər asılmışdır ki,-
bu, qloballaşmanın imperializmin mərhələsini təşkil edirdi.
Bir çox elm adamı hesab edir ki, qloballaşma təxminən
son onilliklərdə mövcud olan, nisbətən yeni bir termin ol-
masına baxmayaraq, bir hadisə kimi bu proses artıq yeni
deyil və XIX əsrin sonlarında fəal inkişaf etməyə başlamış-
dır. Məsələn, Dünya Bankının, bankın baş vitse-prezidenti
və baş mütəxəssisi Nikolay Sternin rəhbərliyi ilə hazırlanan
“Qloballaşma, böyümə və yoxsulluq. Qlobal iqtisadiyya-
tın qurulması” məruzəsində qeyd edilir ki, qloballaşmanın
1870-1914-cü illəri əhatə edən ilkin dalğası iki amilin –
ucuz nəqliyyat (buxar donanmasına keçid səbəbi ilə) və daha
aşağı tarif maneələrinin nəticəsində mümkün olmuşdur.
1914-1945-ci illər dünya tarixinə millətçiliyə qayıdış və
qloballaşmanın rədd edilməsi kimi keçmişdir. Birinci Dün-
ya Müharibəsinin başlaması ilə qızıl standart5 sistemin çök-
məsi, milliyyətçiliyə və proteksionizmə qayıdış baş vermiş,
İkinci Dünya Müharibəsi isə dünya iqtisadiyyatının daha da
parçalanmasına öz “töhfə”sini vermişdir.
XX əsrin son rübündə qloballaşmanın sürətlənməsi iki
ihadisədən irəli gəlir. Bunlar Şərq Blokunun dağılması ilə li-
beral iqtisadi modelin dünyada genişlənməsi və nəqliyyat və
5. Qızıl standart (gold standart) – valyuta sistemi qəti müəyyən edilmiş valyuta
kursuna və aşağıdakı əsas şərtlərə əsaslanır. Ölkənin pul vahidinin qızıl
məzmununun müəyyən edilməsi. Ölkə daxilindəki nağd pul kütləsi ilə ölkənin
qızıl ehtiyatı arasında nisbətin gözlənilməsi. Qızılın sərbəst idxal və ixracına heç
bir maneənin olmaması. 1879- 1934-cü illərdə qızıl standart mövcud olmuşdur.
Mənbə: “Dövlət maliyyəsi terminləri lüğətİ”. Müəllif qrupu: Dr.İnqilab Əhmədov,
Kənan Aslanlı Şəhriyar Əhmədov, Bakı.2008. səh. 93
22 / Qloballaşma və Mənəvi Dəyərlər
rabitə texnologiyaları sahəsindəki inkişafdır. Soyuq mühari-
bənin sona çatması ilə iki qütüblü sistemdən bir qütüblü dün-
ya nizamına keçid baş vermiş və beynəlxalq aləmdə mövcud
tarazlıqlar pozulmuşdur. Tarazlıqların pozulması, yeni axta-
rışları da özü ilə gətirmişdir. Şərq Blokunun dağılması ABŞ-
ın iqtisadi və siyasi baxımdan super gücə çevrilməsinə səbəb
olmuşdur. Digər tərəfdən, informasiya sahəsindəki yenilik-
lər də qloballaşma prosesinə sürət qazandırmışdır. M. Klen
qloballaşmanı (“mondializasiya”) texniki tərəqqi, qlobal miq-
yasda beynəlxalq mübadilə şəbəkəsinin inkişafı, iki qütblü
dünyanın yox olmasına gətirib çıxaran Soyuq Müharibənin
sona çatması ilə əlaqələndirmişdir.
Qloballaşma prosesinin tarixinə aid yuxarıda qeyd edilən
və digər nümunələr göstərir ki, dünyanı “vahid məkan” kimi
təsəvvür edilməsi yeni bir hal deyil. Ayrı-ayrı dövrlərdə, ix-
tiyari və ya qeyri-ixtiyari olaraq vahid dünya məkanının ya-
radılmasına təşəbbüslər olmuş, yaxud da bunun üçün bəşər
tarixində baş verən siyasi, iqtisadi, ictimai, hərbi hadisələrin
səbəb olduğu müəyyən şərait yaranmışdır. Bu səbəbdən qlo-
ballaşmanın məzmun baxımından yeni bir proses olmadığı,
əksinə qədim dövrlərədək uzanan bir mənşəyə sahib oldu-
ğu, dünya tarixinin böyük bir hissəsinin “kiçik qloballaşma
seriyaları” ilə zəngin olduğu görülür. Sadəcə müsair dövrdə
yaşanan qloballaşma prosesini tarixin müxtəlif dövrlərində
görülən qloballaşma seriyalarından fərqləndirən əsas fərq
texnoloji inkişaflardır. Bu günkü texnoloji inkişaflar bəşər
tarixində misli görünməmiş bir sosial-mədəni inteqrasiyanı
təmin etmək gücünə malikdir. Yəni bu gün yeni olan şey
budur ki, dünyamız sürətlə vahid və qloballaşan forma və
məzmununa görə dəyişən sosial məkana çevrilir. Ümimiləş-
dirərək qeyd edə bilərk ki, qloballaşma prosesinin başlanğıc
tarixi, onun hansı mənbədən hesablanması və hansı baxış
bucağından dəyərləndirilməsindən asılı olaraq dəyişir.
Azad Nəhmədov / 23
Qloballaşma prosesinə yanaşmalar
Qloballaşma anlayışı, başda akademik və iqtisadi da-
irələrdə olmaqla ən çox müzakirə olunan anlayışlardan
biridir. Xüsusilə akademik dairələr tərəfindən qloballaşma
nədir, qloballaşmanın səbəbləri və qloballaşma prosesinin
nəticələri, qloballaşmanın müsbət və mənfi tərəfləri fərqli
düşüncə tərzləri nəzərə alınmaqla izah olunur. Belə ki, qlo-
ballaşma prosesi ilə bağlı müxtəlif yanaşma və təriflər irəli
sürülərkən, bu zaman həmin anlayışa tərif verənin prosesə
hansı baxış bucağından yanaşması əhəmiyyətli rol oynayır.
“Qloballaşma” sözünün özü göstərir ki, bu proses çox
əhatəli, miqyaslı və total məzmunlu bir prosesdir. Onu tə-
dqiq edənləri haqlı olaraq belə bir sual maraqlandırır ki, qlo-
ballaşma artıq keçilmiş yüzillik və minilliklərdə baş verən-
lərin təkrarıdır, yoxsa insanların, millətlərin və dövlətlərin
qarşıdurmasını həll etməyə yönələn, pozitiv yeni keyfiyyət
məzmunlu bir prosesdir? Onun gedişində kimlər udacaq və
kimlər uduzacaq?6
Qloballaşma hər kəsin diqqətini çəkir, çünki onun
köməyi ilə ya bəşəriyyət üçün yeni təhlükələrin olduğunu
sübut etməyə çalışırlar, ya da əksinə, dünyanın çiçəklənmə-
sini proqnozlaşdırırlar. Qloballaşma müxtəlif yollarla tərif
olunur: bir proses olaraq, bir fenomen olaraq və ya qlobal-
laşma ilə modernləşməni eyniləşdirir, bəziləri qloballaşmanı
mif hesab edir.
Hugo Radice qeyd edir ki, “qloballaşma fenomeni coğ-
rafiyaşünaslar və sosioloqlardan tutmuş iqtisadçılara və po-
litoloqlara qədər müxtəlif ixtisas sahələrinin diqqət mərkə-
6. Rəbiyyət Aslanova. Qloballşama və Mədəni Müxtəliflik. Bakı. 2004. S.18
24 / Qloballaşma və Mənəvi Dəyərlər
zində yer alan bir anlayış olmuş, neoklassik iqtisadiyyat və
post-modern sosial nəzəriyyədən beynəlxalq münasibətlərə,
realist nəzəriyyələr və marksizm paradiqmalarda müzakirə
edilmişdir.”
Ziqmund Bauman “Globalization: The Human Con-
sequences” kitabında qeyd edir ki, “hər kəsin dilində sürətlə
bir şüar halına gələn, sehrli bir sözcüyə, mövcud və gələcə-
kistənilən sirlərinin qapılarını açacaq bir açara çevrilən, dəb-
də olan bir sözcük – qloballaşma ifadəsi var. Qloballaşma
– bəzilərinə görə xoşbəxtliyimiz üçün vacib olan, digərləri
üçün isə bütün bədbəxtliklərin səbəbi olan bir məhfumdur.
Ancaq hər kəsin birləşdiyi nöqtə, qloballaşmanın həm geri
dönüşü olmayan, həm də hər birimizə eyni ölçüdə və eyni
şəkildə təsir edən bir proses, dünyanın qaça bilməyəcəyi
aqibətidir.”7
Corc Modelski (George Modelski) “qloballaşma dünya-
nın böyük mədəniyyətləri arasındakı artan əlaqənin tarixi-
dir” – deyə qeyd edir. Qloballaşma anlayışı ən qədim mə-
dəniyyətlər arsında nizamsız şəkildə fasilələrlə ortaya çıxan
qarşılaşmalara qədər uzanan, uzun müddətli tarixi bir pro-
sesdir. Modelskiyə görə qloballaşma xalqlar, mədəniyyətlər
və siyasi cəmiyyətlər arasında ümumi həmrəyliyin genişlən-
məsinin və dərinləşməsinin tarixi prosesini əhatə edən bir
anlayışdır.
Klaus Legevi (Claus Leggewie) isə qloballaşma yerinə
“dünyanın sərhədsizləşməsi” anlayışının istifadə olunmasını
təklif etdiyi araşdırmasında qeyd edilən “sərhədsizləşmənin”
sərhədlərin ortadan qaldırılması mənasını vermədiyini irəli
sürmüşdür.
7. Qeyd edilən kitabın rus dilində tərcüməsi: Глобализация последствия для
человека и общества. Mосква. 2004. C. 6-7.
Azad Nəhmədov / 25
Görkəmli rus filosofu A.S.Panarin isə qloballaşmanı
“bir zamanlar insanları bir-birindən təcrid edən, eyni za-
manda nizamsız xarici təsirlərdən qoruyan ənənəvi ərazi,
sosial-mədəni və dövlət-siyasi baryerlərinin zəifləməsi və
proteksionist omayan yeni beynəlxalq qarşılıqlı əlaqə və ası-
lılıq sistemin formalaşması prosesi” olaraq təyin edir.
Bir çox tədqiqatçılar qloballaşma məhfumunu əsasən
iqtisadi anlayış kimi qəbul edərək, onu sırf iqtisadi səbəblər-
lə əlaqələndirirlər. Rusiyalı tarixçi və politoloq, beynəlxalq
münasibətlər üzrə mütəxəsis olan A.Utkinin fikrinə görə,
qloballaşma milli iqtisadiyyatların vahid, ümumdünya siste-
mində birləşməsidir ki, bu birləşmə sərmayənin sürətli yer-
dəyişməsinə, informasiyanın açıqlığına, texnoloji inqilaba,
əmətənin, kapitalın və əməyin hərəkətində liberal prinsip-
lərə riayət edilməsinə, komnukativ yaxınlaşmaya əsaslanır.
C.Soros qloballaşmaya tərif verərkən qeyd edir: “Mən
qloballaşmanın dar tərifini qəbul etmişəm: qloballaşma de-
dikdə kapitalın azad yerdəyişməsini və milli iqtisadiyyatların
qlobal maliyyə bazarları və transmilli korporasiyalardan ası-
lılığını başa düşürəm”.
Peter Dickenə görə qloballaşma beynəlmiləşmədən daha
üst və kompleks bir anlayış olub, ölkə və bölgə sərhədləri
daxilində mal və xidmət axınının artmasını təmin edən və
beynəlxalq aləmdə iqtisadi fəaliyyət bölgüsünü artıraraq xalq-
ların funksional inteqrasiyasını təmin edən bir fenomendir.
David Harveyə görə qloballaşma dünyanın kiçilərək sıx-
laşması, rabitə və informasiya texnologiyaları sahəsindəki
inkişafın xəbərləşmə və nəqliyyatı daha asan, daha sürətli
və daha ucuz hala gətirməsinin və beləliklə qarşılıqlı asılılı-
ğın artmasının nəticəsidir. D.Harveyin “zaman-məkan sıxış-
ması” olaraq da təyin etdiyi bu vəziyyət, dünyanın “tək bir
məkan” olaraq kiçilməsini, yəni M. Luhanın təbiriylə dün-
26 / Qloballaşma və Mənəvi Dəyərlər
yanın “qlobal kəndə” çevrilməsini sürətləndirmişdir. Beləlik-
lə, məlumatı toplamaq, dəyərləndirmək, istifadə etmək və
istehsalata tətbiq etmək daha sürətli və daha səmərəli hala
gələrkən, sosial quruluşa təsir edən idarəetmə, istehsal, is-
tehlak və bölgü sahələrində köklü dəyişikliklər baş vermişdir.
Fəlsəfə elmləri doktoru Sakit Hüseynov yazır ki, qlo-
ballaşma – beynəlxalq səviyyədə inteqrasiya prosesinin ən
yüksək mərhələsi olub dünya ölkələrinin mədəniyyət, iqti-
sadiyyat və institusional yaxınlaşmasıdır. İqtisadi baxımdan
qloballaşma ümumdünya investisiya və inteqrasiya mühiti-
nin yaradılmasıdır. Siyasi kontekstdə isə qloballaşma müasir
beynəlxalq geosiyasi mərkəzlər arasında siyasi mübarizə və
siyasi rəqabətə əsaslı təsir göstərən amillərdir.
Kazqana görə qloballaşma ciddi bir fenomen və reallıq
olub, son dərəcə dağıdıcı nəticələr və problemlər yaradır
və bütün parlaq açıqlamalara baxmayaraq, böyük kapitalın
düşdüyü böhrandan xilas olmaq axtarışından başqa bir şey
deyil.
Cessopa görə qloballaşma neo-liberalizmin “insani bir
maska” ilə bazara təqdim edilməsi layihəsidir. Bu layihə
son zamanlarda gözlənilməz böhranlarla və müqavimətlə
qarşılaşmışdır. Bu layihənin reallaşması uğrunda insanlığın
dünya miqyasında ödədiyi əvəz, getdikcə artan yoxsulluq,
işsizlik və sosial təcrid olmuşdur.
Tomas Fridman qloballaşma sistemini izah edərkən,
hər biri digəri ilə üst-üstə düşən və digərlərinə təsir göstərən
üç tarazlıqdan bəhs edir. Bunlar, milli dövlətlər arasındakı
ənənəvi tarazlıq, milli dövlətlər və bazar arasındakı tarazlıq
və milli dövlətlərlə fərdlər arasında olan tarazlıqdır.
İlk tarazlıqda ABŞ-ın ön sırada olduğu bir siyasi kon-
yunktur var. Buna görə ABŞ qlobal sistemdə yeganə super
Azad Nəhmədov / 27
gücdür və bütün digər dövlətlər ABŞ-dan asılıdır və ABŞ-ın
mövcudluğu sistemin sabitliyi üçün çox vacibdir.
İkinci vacib tarazlıq, milli dövlət və bazarlar arasındakı
tarazlığ, qlobal bazarın bütün dünyada milli dövlətlərə təsi-
retmə və hökumətləri hakimiyyətdən salmaq gücünə sahib
olması ilə bağlıdır. Bazarlar o qədər güclüdür ki, «səni məhv
edə bilər» və bu bazarların aktorları zaman-zaman ABŞ,
həmçinin zaman-zaman “super bazarların gizli əlləri”dir.
Üçüncü tarazlıq isə, fərdlər və milli dövlətlır arasındakı
münasibətlərin almış olduğu formadır. Friedmanın sözlərinə
görə, qloballaşma insanların hərəkəti və girişini məhdudlaş-
dıran bir çox divarları yıxmışdır. Bundan əlavə, bu müddətdə
dünyanı rabitə şəbəkəsi ilə təchiz edən qloballaşma, fərdləri
həmişəkindən daha da artıq gücləndirmişdir. Beləliklə, biz,
indi «supergüclənmiş fərdlər»in olduğu dünyada yaşamaq-
dayıq.
Alman professoru, sosioloq U.Bek (Ulrich Beck) qlo-
ballaşma anlayışının təhlili zamanı üç anlayışı fərqləndirir:
“qloballaşma” (Globalızatıon), “qloballıq” (Globality) ve
“qlobalizm” (Globalism).
Bek qloballaşmanı (Globalızatıon) bəşəriyyətin vahid
iqtisadi sisteminin inkişaf ideologiyası olan qlobalizm ilə qa-
rışdırılmamasına diqqət çəkir. Bekin fikrincə, neoliberal iq-
tisadiyyatın bütün digər sahələrdə üstünlüyünü önə çıxaran,
dünya bazarının bütövlüyünə işarə edən və milli dövlətləri
bir “müəssisə” olaraq bu bazarda yerləşdirən yanaşma neo-
liberal iqtisadi qloballaşmanı bir ideologiya olaraq göstərir.
Bu “iqtisadi olanın imperializmi” və ya hökmranlığı olaraq
düstura edilə neoliberal ideoloji yanaşma qloballaşma ideo-
logiyası – qlobalizm (Globalism) olaraq adlandırıla bilər.
28 / Qloballaşma və Mənəvi Dəyərlər
Qlobalizm müəyyən iqtisadi subyektlərin davranış mo-
dellərini təyin edən birqütüblü fəaliyyət strategiyası olduğu
halda, qloballaşma, qlobal sosial-iqtisadi və siyasi prosesin
onun obyektlərinə təsirini təsvir edir.
Bek, “dünya cəmiyyəti” anlayışına uyğun olaraq coğrafi
cəhətdən uzaq cəmiyyətlərin çoxmiqyaslı münasibətlər şə-
bəkəsində bir-biri ilə iç-içə olmasını “qloballlıq” olaraq təyin
edir. Bekə görə “qloballıq” (qlobalçılıq) ifadəsi o hadisələri
əks etdirir ki, bundan sonra planetimizdə nəyin baş vermə-
sindən asılı olmayaraq onu lokal şəkildə məhdudlaşdırmır.
Bütün ixtiralar, qələbələr və fəlakətlər bütün dünyaya aiddir
və biz həyatımızı və hərəkətlərimizi, təşkilat və institutlarımı-
zı “yerli – qlobal” oxuna uyğun olaraq yenidən istiqamətlən-
dirməyə və yenidən təşkil etməyə borcluyuq.
Göründüyü kimi, mütəxəsislərin qloballaşma problemi
ilə bağlı fikrləri bir qütblü deyil. Belə ki, qloballaşma anlayı-
şına dair fikir və yanaşmaları yeni dünya nizamından məm-
nun olanlar və ya olmayanlar kimi ümumi bir tərifdə izah
etmək mümkündür. Bu iki ifrat münasibət arasında qlobal-
laşmanın “şişirtmə” olduğunu irəli sürənlər də var.
Bir qisim insanlar qloballaşmanı daha yaxşı bir həya-
ta nail olmaq ümidi kimi yanaşırlar. İnsan dünyanın hansı
ölkəsində yaşamağını, işləməyini, təhsil alacağını və s. seç-
mək, dünyada necə hərəkət etmək hüququna malik olur.
Digər bir hissə qloballaşmaya bəşəriyyətə və dünyaya təh-
lükə yaradan bir proses kimi yanaşır ki, bu zaman qlobal
istiləşmə, ətraf mühitin çirklənməsi, nəzarətsiz miqrasiya,
işsizlik, ənənəvi dəyərlərin məhv edilməsi və s. problemlər
önə çıxarılır.
Qloballaşmanı bəşəriyyətin qarşılıqlı asılılığının artması,
yeni bir qlobal birliyin meydana gəlməsinə səbəb olan, bü-
tün iqtisadi, siyasi və mədəni fərqləri aradan qaldıran dəyiş-
Azad Nəhmədov / 29
məz və dönməz bir proses kimi də şərh edirlər. Qloballaşma
ilə belə bir mülahizələr meydana çıxdı ki, bundan sonra dün-
yada hər şey ədalətli olacaq.
Bu gün qloballaşma fenomeninin müsbət inkişaf kimi
qiymətləndirənlər dünyəvilik, liberal demokratiya, azad ba-
zar iqtisadiyyatı və qanunun aliliyi kimi mövzuları bəşəriyyət
üçün bir xilas kimi görür və bunun qaçılmaz bir nəticə oldu-
ğunu iddia edirlər. Hətta amerikalı politoloq Frensis Fuku-
yama liberal demokratiyanı cəmiyyətin ideal bir modelinə
çevirərək,onu “tarixin sonu” olaraq göstərmişdir.8
8. 1952-ci ildə anadan olmuş Yapon mənşəli Amerikan politoloq Frensis
Fukuyama(Francis Fukuyama),əsasən,1992-ci ildə yazdığı “Tarixin sonu və son
insan”(The End of History and the Last Man) adlı əsərinə görə tanınır. F.Fukuyama
1989-cu ildə “The National Interest” jurnalında çap olunan “Tarixin sonu”
essesini genişləndirərək,1992-ci ildə özünün ən məşhur əsəri — “Tarixin sonu
və son insan” əsərini yazır. “Soyuq müharibə”nin başa çatmasından sonra xeyli
populyarlıq qazanan kitabda Fukuyama qeyd edir ki,Qərb liberal demokratiyasının
gəlişi insanın sosiomədəni təkamül prosesinin və bəşəriyyətin ideoloji inkişafının
son mərhələsindən xəbər verir. Fukuyamanın mövqeyi dünya antoqonist tarixinin
kommunizmin kapitalizmi sıradan çıxaracağı ilə başa çatacağını düşünən Karl
Marksın mövqeyi ilə ziddiyət təşkil edir. Fukuyamanın liberalizm anlayışı və
liberalizmin hakimiyyətini dünyanın sonu sayması iki prinsipə əsaslanır .Bunlardan
birincisi müasir elm və texnologiyanın inkişafı ilə əlaqədardır.Müasir elm və
texnologiyanın imkanlarından yararlanma,bunlar vasitəsilə iqtisadi inkişaf və
beynəlxalq arenada rəğbət qazanma qayəsi iqtisadi liberalizmi bütün dövlətlər üçün
zəruri edir.İkinci prinsip isə Hegelin dialektika anlayışı və irəliləmə fikridir.Hegelə
görə irəliləmə,qüsurlu olandan daha qüsursuz olana doğru gedişi simvolizə edir.
(https://azdiplomat.wordpress.com/2015/01/22/tarixin-sonu-v%C9%99-son-insan/)
Frensis Fukuyama “IPG” portalına verdiyi müsahibəsində ona ünvanlanan
“Tarixin sonu və sonuncu insan” kitabında liberal demokratiyanın qələbəsini elan
etmisiniz. 25 il sonra liberal demokratiya həqiqətən geriyə addım kimi görünür
və əksər ölkələr tərəfindən təzyiqə məruz qalır. Bu, o deməkdir ki, liberalizm
əsri sona çatır?” – sualına cavabında qeyd edir:“Mən demokratiyanın hər yerdə
qələbə qazandığını iddia etməmişəm. “Tarixin sonu və sonuncu insan” kitabında
qoyulan məsələ tarixin istiqamətidir, ona görə burada ümumiyyətlə başa çatmaq
deyil, obyektivliyin sonu nəzərdə tutulur. 150 il ərzində marksistlər tarixin sonunun
kommunizm olduğunu və bizim bu istiqamətdə inkişaf etdiyimizi deyirdilər. Mən isə
başqa fikir səsləndirmişəm: hamımız inkişaf ediriksə, onda bu, bazar iqtisadiyyatına
bağlı liberal demokratiya şəraitində mümkün olacaq və əvvəlki kimi bunun doğru
fikir olduğunu düşünürəm. Bu layihənin başa çatdığını bəyan etmək vaxtından
əvvəl atılmış addım olacaq. ...”
30 / Qloballaşma və Mənəvi Dəyərlər
Antiqlobalistlər hesab edir ki, qloballaşma prosesi trans-
milli şirkətlərin və inkişaf etmiş Qərbin fəaliyyətinin nəticəsi-
dir. Onlar belə düşünür ki, bu proses özü-özlüyündə antide-
mokratik, elitar, bir çox hallarda dağıdıcı xarakter daşımaq-
la ayrı-ayrı ölkələri və insanlığı davamlı inkişafdan məhrum
edir. Beynəlxalq təşkilatların və institutların funksiyalarını
artırmaqla qloballaşma milli dövlətləri zəiflədir və xalqların
suveren hüquqlarını məhdudlaşdırır. Onlar əmindirlər ki,
müasir dünyamızdakı qlobal istiləşmə, ətraf mühitin çirklən-
məsi, ənənəvi dəyərlərin dağılması, nəzarət edilməz miqra-
siya prosesləri, iş yerlərinin bağlanması və s. məhz bu pro-
sesin doğurduğu nəticələrdir.
Qloballaşmanın əleyhdarları hesab edirlər ki, beynəlxalq
ticarətin liberallaşdırılması inkişaf etməkdə olan ölkələrə in-
kişaf etmiş ölkələrin bazarlarına daxil olmaqda məhdudiy-
yətləri saxlamaqla ticarət baryerlərini aradan qaldırır. Buna
görə də, bu proses dünyanın ayrı-ayrı regionları arasında
qeyri-bərabərliyi artırmaqla onların arasında “assimetrik ası-
lılığın” yaranmasına gətirib çıxarır. Yeni Şimal, yəni səna-
ye baxımdan inkişaf etmiş dünya “qloballaşma” prosesinin
əsas “meneceri” rolunda, dünyanın digər bölgələri bu pro-
sesin əsasən subyektləri rolunda çıxış edirlər.
Qloballaşma ilə bağlı başqa bir baxış marksist yazarlar
tərəfindən bildirilmişdir. Onlara görə qloballaşma, kapitalist
dünyasının “Soyuq müharibə”dən sonra qazandığı ideoloji
müharibəni iqtisadi sahədə də gerçəkləşdirmək və üstün-
lüyünü bütün dünyaya hakim etmək məqsədilə beynəlxalq
kapital tərəfindən başladılan bir prosesdir.
Türkiyəli marksist iqtisadçı Korkut Boratav qloballaş-
manı bir proses deyil, ideologiya olaraq və “paltarını dəyiş-
dirən” bir imperializm kimi görür. K. Boratav qloballaşmanı
“Termin dəyişikliyi ideoloji bir məqsəd daşıyır. Bu imperi-
Azad Nəhmədov / 31
alizmə haqq qazandırmaq və imperializmə qarşı ümidsiz-
lik yaratmaq üçün yaradılan” bir termin kimi xarakterizə
edərək, qloballaşmanın əslində imperializmin özü olduğuna
diqqət çəkir.
Türkiyəli digər mütəxəssis Levent Yaylagül isə qlobal-
laşmanı hegemonluq olaraq xarakterizə edir. O, qloballaş-
maya «Qloballaşma deyilən proses, SSRİ-nin dağılması ilə
ABŞ-ın rəhbərlik etdiyi transmilli şirkətlərin hegemonluğu-
nun adıdır. Dünyadakı bütün dövlətlər və millətlər bu hege-
monluğa boyun əyirlər” şəklində yanaşaraq, qloballaşmanı
bu şəkili ilə “istədiyini etdirmək üçün təzyiq edən” bir xüsu-
siyyətin arxasında gizlənmiş, məcburi demokratiya deyim-
lərinə əsaslanan və vahid bir məkan yaratmağı hədəfləyən
bir görüntü ərz edən bir sistemlə qarşı-qarşıysa olduğumuza
işarə edir.
Ümumiyyətlə qloballaşma əleyhdarları qloballaşmanı
beynəlxalq kapital və güc mərkəzlərinin dünyanı daha ge-
niş şəkildə işğal etmək səylərinin “bəzəkli kamuflyajı” kimi
təqdim edərk, onu yeni bir müstəmləkəçilik siyasəti adlandı-
rırlar. Bu mənfi yanaşmaya görə, qloballaşma, dünyanı ki-
çildərək, dünyada baş verən bütün gərginlik və münaqişələri
müasir komnukasiya şəbəkəsi vasitəsi ilə “yataq otaqları-
na”qədər daşıyır. Bundan əlavə, Soyuq Müharibə dövrünün
ideoloji qarşıdurmaları etnik, dini və milli qruplar arasındakı
qarşıdurmalarla ilə əvəz olunmuşdur.
Bir sıra şəxslər iddia edir ki, qloballaşma öz geosiyasi
rəqiblərinin zəiflədilməsi və ya məhv edilməsi üçün ABŞ
tərəfindən alət kimi istifadə olunur. Onlara görə, bu gün
bütün dünyada hegemon bir güc olaraq ortaya çıxan hakim
qlobalizmi, əsasən Qərb mərkəzli, Amerika həyat tərzini tə-
rifləyən və Amerika siyasi, iqtisadi və mədəni imperializmi-
nin qəddar modernləşdirilmiş gücünün üstünlük təşkil etdiyi
32 / Qloballaşma və Mənəvi Dəyərlər
“qlobal kütləvi mədəniyyət” təmsil edir. Amerika qlobaliz-
mi olaraq təyin edə biləcəyimiz dominant fikir, qloballaşma
prosesini öz siyasətləri çərçivəsində istiqamətləndirir. Bu
vəziyyət bugünkü qloballaşma prosesinin bütünlüklə “Ame-
rikanlaşma” ilə bərabər düşünülməsinə səbəb olur. Bu an-
layışa görə qloballaşma, dünyada iqtisadi, siyasi və mədə-
ni əlaqələrin ABŞ tərəfindən şəkilləndirilməsi prosesi kimi
təsəvvür edilir. “Losing Control? Soverenity in an Age of
Globalization” adlı kitabında Saskia Sassen qloballaşmanı
Sovet İttifaqının dağılması ilə başlayan bir proses, xüsusilə
Amerika Birləşmiş Ştatlarının dünya hakimiyətini güçləndi-
rilməsi və amerikan populyar mədəniyyətinin genişləndiril-
məsi faktı olaraq görür.
Digərləri qeyd edirlər ki, qloballaşma spekulyativ iq-
tisadiyyatın, istehsalın və malların satışının inhisarına və
sərvətlərin kiçik insan qrupunun (“dünyanı idarə edən
sinifin”) xeyrinə yenidən bölüşdürülməsinə imkan yara-
dır. Qloballaşma tərəfdarları iddia edirlər ki, bütün müasir
proseslər və onlarla bağlı neqativ hadisələr təbii xarakterə
malikdir və onları idarə etmək mümkün deyil, qloballaş-
ma tənqidçiləri isə, əksinə, əmindirlər ki, böyük dövlət-
lər neqativ təsirləri əhəmiyyətli dərəcədə azalda bilərlər.
Onların fikrincə, buna bütün sahələrdə ağıllı proteksionist
(himayədar) siyasət vasitəsi ilə – xarici ticarət sahəsində,
kapitalın hərəkəti, immiqrasiyalar, həmçinin valyuta siste-
minin reformasiyası vasitəsi ilə nail olmaq olar.
E. Giddens qloballaşmanı ictimai-siyasi münasibətlə-
rin möhkəmlənməsi prosesi kimi şərh edir. O, qeyd edir
ki, onun əsas xüsusiyyəti məkan olaraq bir-birindən uzaq
hadisələrin dərhal bir-birlərinə təsir etmək qabiliyyətinin
olmasıdır. Giddens qloballaşma ilə birlikdə “dünyanın kök-
lü bir dəyişiklik prosesinə girdiyini və təməli iqtisadiyyata
Azad Nəhmədov / 33
söykənən bu dəyişiklik müddətinin yer üzünün müəyyən bir
bölgəsi ilə məhdudlaşmadığını, zamanla hər ölkəni əhatə
edəcəyini” irəli sürmüşdür.
Amerikalı iqtisadçı, “Nobel” mükafatı laueratı (2001),
ABŞ-ın eksprezidenti Bill Klintonun iqtisadi məsələlər üzrə
məsləhətçisi, 1997-2000-ci illərdə Dünya bankının baş iqti-
sadçısı, Kolumbiya Universitetinin professoru Cozef Stiqlis
qloballaşmanı kəskin tənqid edən şəxslərdəndir. O, yazdığı
kitab və məqalələrdə çoxsaylı faktlar və nümunələrlə qlobal-
laşmanının sənayeni dağıtdığını, işsizliyin, yoxsulluğun art-
masına imkan yaratdığını,elmi-texniki inkişafı tormozladığını
və planetdə ekoloji problemləri dərinləşdirdiyini sübut edir.
C.Stiqlis qlobal institutların (Ümumdünya Ticarət Təşkilatı,
Beynəlxalq Valyuta Fondu — hansılar ki, onun fikrinə görə,
qloballaşmadan və onun ideologiyasından bir neçə ən inki-
şaf etmiş dövlətlərin xeyrinə, əksəriyyətinin zərərinə istifa-
də edirlər.) siyasətini tənqid edir.
C.Stiqlis “Globalisation and its discontents” kitabının
önsözündə qeyd edir ki; “Məni həmişə iqtisadi inkişaf prob-
lemləri maraqlandırmışdır və müşahidə etdiyim şeylər həm
qloballaşma, həm də inkişaf barədə fikirlərimi kökündən
dəyişdirdi. Bu kitabı ona görə yazdım ki, Dünya Bankında
olarkən qloballaşmanın inkişaf etməkdə olan ölkələrə və xü-
susən də onların ən yoxsullarına necə dağıdıcı təsir göstərə
biləcəyini öz gözlərimlə gördüm. Mən hələ də qloballaşma-
nın, sərbəst ticarətin qarşısındakı maneələrin aradan qaldı-
rılması və milli iqtisadiyyatların daha sıx inteqrasiyası üçün
“xeyirxah bir güc” ola biləcəyinə və Yer kürəsinin bütün sa-
kinlərinin, o cümlədən hazırda yoxsul olanların da həyatını
yaxşılaşdıracaq bir inkişaf potensialına sahib olduğuna ina-
nıram. Ancaq eyni zamanda əminəm ki, bu hədəfə çatmaq
üçün həm ticarət maneələrini aradan qaldırmaqda mühüm
34 / Qloballaşma və Mənəvi Dəyərlər
rol oynayan beynəlxalq ticarət sazişləri sahəsində, həm də
inkişaf etməkdə olan ölkələrə qarşı siyasət sahəsində qlo-
ballaşmanın idarəetmə mexanizmlərini kökündən, yenidən
nəzərdən keçirmək lazımdır.”9
D.Held (David Held), D.Qoldblat (David Goldblatt), A.
Makqrev (Anthony McGrew) və Conatan (Jonathan) həm-
müəllif olduqları “Global transformatıons: Politics, Econo-
mics and Culture” adlı kitabda “Qloballaşmanın ən adekvat
konseptual ifadəsi nədir?, Onun səbəb-nəticə dinamikasını
və struktur nəticələrini necə xarakterizə etmək olar?” sual-
ları ətrafında fərqli nöqtələrin istisna olunmadığını qeyd edir
və bu məsələlərin müzakirəçilərini, nümayəndələrini hiperg-
lobalist, skeptik və transformist adlandırılan üç məktəbə bö-
lürlər. Bu məktəblərin hər biri qloballaşmanı başa düşməyə
və izah etməyə çalışaraq, bu sosial fenomenə öz yanaşma-
sını təqdim edir. Məsələn, K. Omaye kimi hiperqlobalistlər
üçün fərqləndirici xüsusiyyəti hər yerdə insanların dünya
bazarında hökm sürən qaydalardan getdikcə daha çox asılı
olan müasir qloballaşma yeni bir dövr deməkdir.
9. Eyni adlı kitabın rus dilində tərcüməsi: Стиглиц Джозеф Юджин.
Глобализация. Тревожные тенденции. Издательство “Мысль”. 2003.
Azad Nəhmədov / 35
Radikallar
Hiperglobalist və ya radikallardan bəhs edildiyi zaman
ağıla gələn ilk adlar Kenichi Ohmae, Francis Fukuyama
və Thomas Freidmandır. Onların fikrincə, sənaye siviliza-
siyasının məhsulu olan milli dövlətlər qloballaşma prosesi
ilə paralel olaraq öz əhəmiyyətini itirmişdir. Artıq qlobal
bazar siyasətin yerini almışdır; çünki bazar mexanizmi hö-
kumətlərdən daha rasional (rasional : [lat.] Ağıl və məntiqə
əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq) şəkildə
işləyir. Qlobal bazarın inkişafı cəmiyyətdə daha yüksək ra-
sionallığa işarə edir. Günümüzdə siyasətçilərlə daha az ma-
raqlanılır, çünki onlar həyatımızdakı əhəmiyyətini və təsirlə-
rini itirirlər. Siyasətçilər yerli və ya beynəlxalq miqyasda hələ
də təsirli olsalar da, qlobal iqtisadiyyatın hərəkətlərinə təsir
etmək gücünə sahib deyillər. Bu mənada dünya ölkələrinin
çoxunda, vətəndaşların siyasətlə daha az maraqlanmaları ya
da siyasətçilərin vətəndaşlar üzərində daha çox xəyal qırıq-
lığı yaratmaları qloballaşma prosesinin bir nəticəsidir. Bir
başqa ifadə ilə, radikallara görə, birjalar artıq dövlətlərdən
daha güclüdür. Radikallar, dünya cəmiyyətinin, ənənəvi mil-
li dövlətlərin yerini aldığı (ya da alacağı) və yeni ictimai təş-
kilatlanma şəkillərinin meydana çıxmağa başladığı düşüncə-
sindədirlər. Qloballaşma tərəfdarlarının digər bir arqumenti
isə gedərək artan qlobal bir iqtisadiyyatın mövcudluğunun
artdığı şəklindədir.
36 / Qloballaşma və Mənəvi Dəyərlər
Skeptiklər
Radikallara qarşı fikir olaraq onların tam qarşısında
iştirak edən skeptiklər, qloballaşma əleyhdarları olaraq da
xatırlanırlar. Qloballaşma əleyhdarı olaraq ağla gələn ilk ad-
lar Noam Chomsky, Paul Hurst, Grahame Thompson və
Immanuel Vallerştayndrr. Skeptiklər hər cəhətdən qlobal-
laşmaya şübhə ilə yanaşırlar. Yaşadığımız dünyada heç bir
şeyin yeni olmadığını iddia edirlər.
Skeptiklər, XIX əsrdən etibarən malların, investisiyala-
rın və işçi qüvvəsinin dünya miqyasında hərəkətini xarak-
terizə edən statistik məlumatları müqayisə edərək, iqtisadi
qarşılıqlı asılılığın müasir səviyyəsinin tarixdə bənzərinin
olmaması haqqındakı fikirləri qəbul etmirlər. Onlar, qlobal-
laşmanın keçmişinə baxaraq, əvvəlki dövrdə də əhəmiyyətli
dərəcədə pul və mal hərəkətinin mövcud olduğunu söyləyir-
lər. Skeptiklər, dünya iqtisadiyyatındakı maneələrin qaldırıl-
ması yönündə hazırda baş verən hadisələrin yüz il əvvələki
bənzər bir vəziyyətə qayıtmaqdan başqa bir şey olmadığını
iddia edirlər.
P. Hurst və J. Thompson qloballaşma adlı bir məfhu-
mun olmadığını, indi qloballaşma deyilən anlayışın daha
əvvəlki dövrlərdə mövcud olduğunu və hətta əvvəllər bu mə-
naya daha aydın və daha bütünləşmiş bir izah verdiyini iddia
edirlər. Onlar bu anlayışın arxasında dünya iqtisadiyyatı çər-
çivəsində, milli hökumətlərin güclü olduğu üç əsas regional
blokun getdikcə daha çox fərqlənməsi həqiqətinin gizləndiyi
faktının dayandığını qeyd edirlər.
Azad Nəhmədov / 37
Transformatorlar
Nəhayət, sıralarında J. Rosenau və E. Giddens kimi
əsas fiqurlar olan transformatorlar üçün müasir qloballaşma
tarixən bənzəri olmayan kimi görünür. Onların nəzər nöqtə-
sinə görə, dünyanın hər yerindəki dövlətlər və cəmiyyətlər
daxilən daha çox əlaqəli, lakin yüksək dəyişkən bir dünyaya
uyğunlaşmağa çalışdıqları dərəcədə özləri də dərin dəyişik-
liyə uğrayırlar.
Qloballaşmanın nə olduğu, onun izahı və nə vaxt
meydana gəldiyi ilə bağlı yekdilliyin olmadığı kimi, belə
bir anlayışın olub-olmaması da mübahisəli məsələlərdən-
dir. Qloballaşma ilə bağlı çoxlu ifadələr vardır ki, bunların
çoxu müəyyən bir güc mərkəzinə xidmət etmək məqsədi
ilə meydana çıxmışdır. Bu amil isə istər-istəməz konsepsi-
yanın fərqli mənalarda, fərqli məqsədlər üçün istifadəsinə
səbəb olur. İspan əsilli, amerikalı sosioloq və siyasi iqtisadçı
Quillen (Mauro F. Guillen) aşağıdakı suallar ətrafında qlobal-
laşma ilə bağlı fikirlər arasındakı əsas fərqləri ümumiləşdirir:
Qloballaşma adlı anlayış varmı? Qloballaşma inteqrasiyaya
səbəb olurmu? Milli dövlət anlayışı ortadan qalxırmı? Qlo-
ballaşma müasirliyin davamıdırmı? Bu proses qlobal mədə-
niyyət formalaşdırırmı?
Digər tərəfdən, bir çox başqa mütəfəkkirlər iqtisadi, si-
yasi və ya mədəni qloballaşmanın mövcud olduğu barədə bir
fikir ifadə edirlər.
Giddens, Friedman, Robertson və digər bir çox mütəfək-
kirlər qloballaşmanın bütün cəmiyyətləri bir iqtisadi-siyasi və
mədəni birliyə (qlobal inteqrasiya), bir araya gətirəcəyi fik-
rinə qarşı çıxır. Digər tərəfdən, Con Meyer və Daniel Bell
38 / Qloballaşma və Mənəvi Dəyərlər
kimi mütəfəkkirlər qloballaşmanın inteqrasiyaya aparacağı-
nı təkid edirlər.
Göründüyü kimi insanların qloballaşma problemi ilə
bağlı fikrləri bir qütblü deyil. Qloballaşma anlayışı ələ alı-
narkən daha çox onun iqtisadi miqyasına ağırlıq verililir və
bu istiqamətdə açıqlamalar edilir. Lakin qloballaşma prose-
sinin yalnız sırf iqtisadi prizmadan əsaslandıraraq izah edil-
məsi onun ümumi mahiyyətini dar çərçivəyə salmış olur.
Çünki bu istiqamətdə aparılan tədqiqatlar, araşdırmalar,
qloballaşmaya fərqli münasibətlərin mövcudluğu onun təkcə
iqtisadi bir proses deyil, həm də bu prosesin sosial, mədəni
və siyasi cəhətlərinin olduğunu göstərir.
Bəzi insanlar qloballaşmanı daha yaxşı bir həyata nail
olmaq ümidi kimi yanaşırlar. İnsan dünyanın hansı ölkə-
sində yaşamağını, işləməyini, təhsil alacağını və s. seçmək,
dünyada necə hərəkət etmək hüququna malik olur. Digər bir
hissə qloballaşmaya bəşəriyyətə və dünyaya təhlükə yaradan
bir proses kimi yanaşır ki, bu zaman qlobal istiləşmə, ətraf
mühitin çirklənməsi, nəzarətsiz miqrasiya, işsizlik, ənənəvi
dəyərlərin məhv edilməsi və s. problemlər önə çıxarılır.
II FƏSİL
QLOBALLAŞMA VƏ
MƏNƏVİ DƏYƏRLƏR
Azad Nəhmədov / 41
Qloballaşma və Milli Dövlət
Bütün dünyada sürətli dəyişiklik və yeniliklər prosesi
olaraq qəbul edilən, iqtisadiyyatdan siyasətə, mədəniyyət-
dən və ictimai quruluşa qədər bir çox sahəyə təsir göstərən
qloballaşmanın siyasi miqyası haqqında danışarkən ağı-
la gələn ilk şey qloballaşmanın milli dövlət üzərində təsiri
nəzərdə tutulur. Belə ki, öz institutunu və dəyərlərini yardan
bu prosesin milli dövlət və milli kimlik üzərindəki təsiri də sıx
şəkildə hiss olunur.
Siyasi olaraq qloballaşma, günümüzün qloballaşma pro-
seslərindən əvvəl beynəlxalq sistemin əsas müəyyənedici ak-
torları olan milli dövlətlərin öz səlahiyyətlərini milli və trans-
milli təşkilatlarla bölüşmək məcburiyyətində qalmasıdır.
Milli dövlət məsələsi qloballaşma ilə bağlı müzakirələrin
başında yer alır. Milli dövlət millətlərin qarşılıqlı prinsipi olan
milli suverenlik və dövlət suverenliyinə söykənən beynəlxalq
sahədə bərabərliyi nəzərdə tutur.
Milli dövlət XVIII əsrin sonunda Fransada, dövlətin
mövcudluğuna xas olan təməl quruluşların millət prinsipinə
əsaslandığı bir dövlət forması olaraq meydana gəlmişdir.
Milli dəyərlərin ictimai və siyasi quruluşun formalaşmasında
ön plana çıxdığı bu dövlət formasına XIX əsrdən bəri ya-
yılmağa başlayan milliyyətçilik və demokratiya hərəkatları
böyük təsir göstərmişdir, XX əsrin ikinci yarısından etibarən
dünyada geniş yayılmışdır.
Qloballaşma Yeni dövrdə təşəkkül tapan Vestfaliya bey-
nəlxalq münasibətlər sisteminin prinsiplərində irəli sürülən
və təsbit edilən millət və onunla əlaqəli olan milli dövləti
konsepsiyası da daxil olmaqla, ictimai fenomenlərin, pro-
42 / Qloballaşma və Mənəvi Dəyərlər
seslərin və institutların dərin bir şəkildə yenidən qurulması-
na səbəb olmuşdur.
Qlobal informasiya cəmiyyətinin formalaşması və
mövcud beynəlxalq münasibətlər sisteminin dəyişiklikləri
prosesində, vacib və aktual bir vəzifə kimi bu şəraitdə milli
dövlətin rolunu və tarixi perspektivlərini müəyyənləşdirmək
gərəkdir.
Qərb siyasət elmində bu problemin öyrənilməsinə əsas
yanaşmaları geniş şəkildə əks etdirən iki istiqaməti ayırmaq
olar. Siyasi realizmin nümayəndələri H. Bull, R. Gilpin, G.
Morgenthau, K. Valtz və başqaları dövləti dünya siyasi are-
nasında əsas aktyor hesab etsələr də, eyni zamanda Dünya
Bankı və BVF kimi digər “oyunçuların” əhəmiyyətini də qə-
bul edirlər.
Liberal beynəlmiləlçiliyin tərəfdarları – R. Cohan, J.
Nye, C. Rozenau müvafiq hakimiyyət səlahiyyətlərinə malik
olan və dünya federasiyası və yaxud konfederasiya tipinə
uyğun olaraq təşkil edilmiş, transmilli hakimiyyətə sahib
olan, dünya hökumətinin mövcudluğunu nəzərdə tutan bey-
nəlxalq idarəetmə orqanı kimi müəyyən bir şeyin yaradılma-
sı fikirlərini irəli sürmüşlər.
Beynəlxalq münasibətlər nəzəriyyəsində postklassiklər
adlandırılan cərəyanın nümayəndələri (tərəfdarları C. Ro-
zenau, E. Şempel, C. Metyuz və b.) hesab edirlər ki, qlo-
ballaşma dövlətlərin xarakterinə və vəzifələrinə ciddi təsir
göstərərək, onları transmilli vəziyyətə gətirmişdir. İndi döv-
lətlər getdikcə öz yerini transmilli korporasiyalara, qey-
ri-dövlət aktorlarına təhvil verir ki, bu da geniş beynəlxalq
birliyə, vahid məqsəd və maraqlara can atan ümumbəşə-
ri cəmiyyətə yol açır. Onların fikrinə görə, vahid norma,
Azad Nəhmədov / 43
vahid qanun, vahid ümumdünya hökuməti – bəşəriyyətin
perspektivi yalnız bu dəyərlərlə bağlıdır.10
U. Bekə görə “...Qloballaşma elə bir proseslərdir ki,
milli dövlətlər və onların suverenlikləri transmilli aktоrlların
toruna düşür və onların hakimiyyət imkanlarına, yekcinslili-
yinə və faəliyyət istiqamətlərinə tabe olurlar.”11
Bu bir həqiqətdir ki, cəmiyyətin qloballaşma prosesi bu
gün transmilli sənaye şirkətləri və maliyyə və sənaye qrup-
ları tərəfindən fəal şəkildə dəstəklənir. Qloballaşma onlar
tərəfindən öz iqtisadi və geosiyasi hədəflərinə çatmaq üçün
istifadə olunur. Bu hədəflər inkişaf etməmiş və inkişaf et-
məkdə olan ölkələrin milli iqtisadiyyatlarını məhv etmək və
xammal, maliyyə və intellektual mənbələrindən istifadə et-
məklə təmin olunan qlobal maliyyə və iqtisadi hökmranlığa
nail olmaqdan ibarətdir.
Dünya birliyinin qloballaşmasının inkişafının təhlili trans-
milli şirkətlərin artan rolunu göstərir. XXI əsrin əvvəllərində-
ki statistikaya görə dünyada 830 min xarici filiala nəzarət
edən 64 mindən çox transmilli şirkətlər möcuddur. Bütün
bunlar beynəlxalq şirkətlərin və bankların qloballaşmanın
hərəkətverici qüvvəsi olduğunu göstərir. Qlobal iqtisadiy-
yatın və qlobal siyasətin güclü təsiri altında, milli dövlətin
bir sıra vacib funksiyaları yerinə yetirmək üçün sərbəstliyi,
özünü təmin etməsi və qabiliyyəti azalmağa başlayır. Dün-
ya siyasətinin yeni, daha güclü və dinamik aktorları olan
transmilli korporasiyalar və beynəlxalq qeyri-hökumət təşki-
latları ön plana çıxır. Onlar milli sərhədləri mümkün qədər
şəffaflaşdırmağa, hətta milli hökumətlərin nüfuz dairəsinə
və suverenliyinə məhəl qoymayaraq yalnız öz maraqlarını
yeritməyə çalışırlar.
10. Ə.Həsənov. Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın Xarici Siyasəti.
Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı. -2005. -S.22
11. Бек У. Что такое глобализация?. Москва. -2001.-С. 28
44 / Qloballaşma və Mənəvi Dəyərlər
D. Friedmana görə, iqtisadiyyat qlobal miqyasda getdik-
cə daha çox bir-birindən asılı olduqda, yerli və regional ha-
kimiyyət vətəndaşlarının gündəlik həyat problemlərini həll
etmək üçün mövcud mexanizmlərdən daha az istifadə edə
bilir. Modern dövlətin öz ərazisi üzərindəki nəzarəti digər
dövlətlərin (ilk növbədə dünya və regional supergüclərin)
iqtisadi, hərbi, siyasi və informasiya müdaxiləsi, həmçinin
inteqrasiya proseslərinin inkişafı və müxtəlif növ dövlətlə-
rarası birlik və blokların formalaşması səbəbindən getdikcə
daha da məhdudlaşır. Dövlətlərin ərazi üzərində nəzarət va-
sitələrinə sahib olan transmilli şirkətlərin və digər transmil-
li təşkilatların mənafelərinə tabeliyi artır. Bu, həm qlobal-
laşma, həm də dövlətin rəqabət aparmaq və funksiyalarını
lazımi səviyyədə yerinə yetirmək qabiliyyətinin azalması ilə
əlaqəli çox vacib bir məqamdır.
İçində olduğumuz qloballaşma prosesi ilə birlikdə, klas-
sik suverenlik anlayışındakı dəyişmə, effektiv dövlət anlayı-
şında görülən zəifləmə, qloballaşma ilə birlikdə ortaya çıxan
təhlükəsizlik problemləri milli dövlətlərin gələcəyi ilə bağlı
mübahisələri də meydana çıxmışdır.
Klassik suverenlik anlayışındakı dəyişmə, qloballaşma-
nın siyasi sahədə doğurduğu ən əhəmiyyətli nəticələrin ba-
şında gəlir. Milli dövlətin suverenlik quruluşu, Vestfaliya su-
verenliyinin12 sərhədləri daxilində milli suverenlik anlayışını
özündə cəmləşdirən bir dövlət modelidir. Xarici hakimiyyət
orqanlarının kənarlaşdırılması və daxili işlərə qarışmaması
Vestfaliya suverenliyinin əsas prinsiplərindən biridir. Qlobal
yeniliklər beynəlxalq münasibətlərdə bir sıra dəyişikliklərə
səbəb olmuş və milli dövlətlər qlobal problemlər qarşısında
qeyri-adekvat olmağa başlamışlar.
12. Vestfaliya sülh müqaviləsi 1648-ci ilin may və oktyabr aylarında imzalanmış
və beynəlxalq münasibətlərdə suveren dövlət prinsipini meydana gətirmiş sülh
müqaviləsidir.
Azad Nəhmədov / 45
XXI əsrdə Vestfaliya beynəlxalq münasibətlər sistemi
kəskin bir böhran yaşayır. Bir çox tədqiqatçılar bu faktı milli
dövlətlərin qəti tənəzzülünün və Yeni dövrün “nation-state”
(“millət-dövlət) əlaqəsinə əsaslanmayan yeni dünya nizamı-
na keçidin bir əlaməti kimi şərh edirlər. Belə ki, müstəqil və
bərabərhüquqlu dövlətlərin, beynəlxalq hökumətlərarası və
qeyri-hökumət təşkilatlarının iştirak etdiyi müasir beynəlxalq
münasibətlər bir tərəfdən beynəlxalq hüquq normalarına
söykənərək, sivil-birgəyaşayış qaydalarına cavab verən yeni
dünya nizamını təlqin edir, digər tərəfdən, bu nizamda rəh-
bər və dünya siyasətində hegemon olmaq uğrunda mübarizə
aparan yeni-yeni mərkəzlər (dövlətlər) öz iddialarını ortaya
qoyur. XXI əsrdə dünyada hegemonluq uğrunda mübarizə
əsasən bir ideya və bayraq altında aparılır ki, bunun da müa-
sir adı “qloballaşma”dır.13
Qloballaşma ilə birlikdə dünya siyasətinin transmilliləş-
məsi milli dövlətlərin sərhədlərini, onların daxili həyatını şəf-
faflaşdırmış və suveren dövlət hüquqlarını ayrıca götürülmüş
bir dövlətin daxili monopoliyasından çıxararaq beynəlxalq
proses və tendensiyalardan asılı vəziyyətə salmışdır.
Qloballaşma problemlərinin tədqiqatçılarının əksəriyyə-
ti hesab edir ki, hadisələrin inkişafında radikal bir ssenari
gözləmək olar. Onlar milli dövlətlərin tamamilə yox olaca-
ğını proqnozlaşdırırlar ki, bu da klassik «suverenlik» anlayışı-
nın transformasiyası və milli dövlətlərə məxsus bütün funk-
siyaların transmilli birliklərə verilməsi deməkdir.
Bəzi alimlər fərziyyələrində daha diqqətli davranaraq,
yalnız milli dövlətlər və transmilli aktorlar arasında funksi-
yaların bölünməsindən danışırlar. Fransız mütəxəssisi M.
Roqalski dövlətlərin neoliberal siyasətinin təsiri altında bö-
yük ölçüdə inkişaf edən qloballaşmanın ziddiyyətli xarakte-
13. Ə.Həsənov. Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın Xarici Siyasəti.
Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı.- 2005.-S 22
46 / Qloballaşma və Mənəvi Dəyərlər
rinə işarə edərək, neoliberalların milli istehsal sistemlərinin
beynəlxalq rəqabətin tələblərinə uyğunlaşdırılmasında get-
dikcə daha çox aparıcı rol oynayan dövlətlərin zəifləməsi
barədə dediklərinin əksinə olaraq əslində, dövlətin funksiya-
larında dəyişiklik olduğunu vurulayır.14
İstənilən halda, qloballaşmanın təsiri ilə milli dövlətlərin
rolunun dəyişəcəyinə heç kim şübhə etmir. Nəzərə alsaq
ki, siyasi qloballaşma milli dövlətlər arasındakı sərhədlərin
“əridilməsi”ni həyata keçirən transmilli tendensiyadır. Siya-
si qloballaşma şəraitində milli maraq məfhumu və prinsipi
ikinci plana atılır, bununla da transmilli strateji hədəflər və
maraqlar ön plana çəkilir. Buna müvafiq olaraq hər hansı bir
milli dövlətin milli maraqlarının təmin olunması özlüyündə
avtomatik olaraq “qloballaşma oyunu”nun ssenaristlərinin
transmilli maraqlarının təmin olunması ilə ayrılmaz bağlılıq
kəsb edir. Məsələni bu rakursdan qiymətləndirən F. Kratoç-
vil qeyd edir ki, qloballaşma tendensiyasının fonunda “milli
maraq” “ictimai maraq”dan, “transmilli maraq” isə “milli
maraq”dan daha üstün önəm kəsb etməyə başlayır. Onun
yanaşmasına görə, “milli maraq” fenomeni beynəlxalq
münasibətlər sisteminin aparıcı prinsipidirsə, qloballaşma
tendensiyasının intensivləşdiyi zaman və məkan şəraitində
artıq “transmilli maraq” daha qabarıq və təsirli mahiyyətə
sahibdir: “ İctimai maraq anlayışından daxili etirazlara qarşı
nemətin, sərvətin artırılması məqsədilə istifadə edilib. “Milli
maraq” anlayışından xarici siyasi strateji məqsədlərin təmin
olunması üçün istifadə olunub. “Transmilli maraq” məfhu-
mu isə milli dövlətlərin fövqündə dayanan qlobal aktorla-
rın dünya miqyasındakı strateji tələbatlarının ödənilməsinin
önəmini ifadə etmək dövriyyəyə buraxılıb”.15
14. Л. А. Зубченко: “Роль национального государства в условиях глобализации”.
Журнал “Экономические и социальные проблемы России”. -2001.- №4.- С. 77
15. Nurlan Qələndərov: “Geosiyasi proseslər və qloballaşma kontekstində milli
identiklik məsələsi”. “GEO strategiya” jurnalı. -2014.-№ 5(23)-S.32-35
Azad Nəhmədov / 47
Qloballaşma və Milli Kimlik
Müasir dövrün önə çıxan anlayışlarından biri, XX əsrin
50-60-cı illərdən bəri ictimai elmlər ədəbiyyatında daha va-
cib hala gələn, fərqli forma və məzmunda müəyyən edilən
kimlik anlayışı bir çox digər anlayışlarla sıx əlaqədə olmuş-
dur. Bunlara fərdlər, dövlətlər, ailələr, din, siyasət, mədə-
niyyət, modernizm, postmodernizm və qloballaşma kimi
anlayışlar daxildir.
Uiksin (Jeffrey Weeks) ifadəsinə görə kimlik, bəzi in-
sanlarla nələrimizin ortaq olduğuna ve sizi başqalarından
nəyin fərqləndirdiyinə bağlı bir aid olma məsələsidir.
Kimlik özünəməxsusluğu bildirən, bir sıra oxşar əlamət-
ləri özündə ehtiva edən xüsusiyyətlərin cəmidir. Kimlik an-
layışını araşdırarkən sosial, kollektiv, dini, etnik, milli, yerli,
mədəniyyət, dil, siyasi, fərdi və s. xüsusiyyətləri müəyyən
edən kimliklərin olduğunu görmək mümkündür. Kimliyi for-
malaşdıran, onu “qidalandıran” əsas mənbə kimi iki faktoru
xüsusilə vurğulamaq olar. Birincisi, təbiətən yaranan kimlik
– yaş, cinsiyyət, fiziki quruluş, etnik mənsubiyyətimizi əhatə
edən kimliyimiz, ikincisi isə öz səylərimiz və sosial mühitin
təsiri ilə əldə etdiyimiz dəyər, peşə, dindarlıq, həyat tərzi və
s. özündə ehtiva edən kimliyimizdir.
Milli kimlik bir millətin, xalqın tarixin müxtəlif prosesləri
nəticəsində yaranan, formalaşan özünəməxsus düşüncə və
həyat tərzi, dil, adət və ənənələr, ictimai dəyər prinsipləri və
qaydalarından meydana çıxan bir qrup xüsusiyyətləri ifadə
edir. Bütün bunlar milli-mənəvi dəyərlər kompleksinin tər-
kib hissələridir. Milli-mənəvi dəyərlər isə bir xalqın kimliyini
təsdiq edən şəxsiyyət vəsiqəsidir.
48 / Qloballaşma və Mənəvi Dəyərlər
Milli kimlik düşüncəsi, bir çox müasir fikir kimi, xüsusilə
Fransız inqilabı zamanı və sonrasında formalaşmışdır. Milli
dövlətlərin ortaya çıxması ilə, milli sərhədlər daxilində yaşa-
yan vətəndaşların milli kimlikləri ən vacib kimlik nöqtəsini təş-
kil etməyə başlamış və o vaxta qədər əhəmiyyətini qoruyan
dini və etnik kimliklər əvvəlki funksiyalarını itirmişlər. Dövlət,
vətəndaşlarını vahid bir kimlik altında toplamaq üçün bir si-
yasi fəaliyyət seçmişdir. İnsanların ortaq milli kimlik altında
toplamaq vasitəsi milli dil və mədəniyyət olmuşdur.
Giddensə görə milli kimlik tarixi-mədəni şərtlərin ya-
ratdığı psixoloji mənsubiyyətdir. Milli kimliyi “kollektiv mə-
dəniyyət kimliyin bir növü” olaraq təyin edən Antoni Smit
milli kimliyi təşkil edən əsas xüsusiyyətləri aşağıdakı kimi
sadalayır:
1. Tarixi torpaq – ölkə və ya yurd;
2. Ümumi miflər və tarixi yaddaş;
3. Ortaq kütləvi ictimai mədəniyyət;
4 Cəmiyyətin bütün üzvləri üçün geçərli olan ümumi
qanuni hüquq və vəzifələr;
5. Cəmiyyət üzvlərinin ölkədə boyu sərbəst hərəkətə
sahib olduqları ortaq bir iqtisadiyyat.
Kimlik məsələsi qloballaşma prosesinin ən böyük prob-
lemlərindən biridir. Kimliyin, kollektiv şüur səviyyəsində
formalaşması milli dövlət sistemi vasitəsilə həyata keçirilir.
Kimliyin ən əhatə edici növü olan milli kimlik, fərqliliklə-
ri “eyni qabda əridərək” homogen bir cəmiyyət yaratmaq
məqsədini daşıyır. Milli kimlik milli dövlətə bağlılığın göstə-
ricisidir. Buna görə də milli kimlik və ya milli dövlət qurulu-
şunda ortaya çıxan hər hansı bir kənar təsir hər ikisinə təsir
edir.
Azad Nəhmədov / 49
Dövlət, millət, cəmiyyət və ya mədəniyyət varlığı baxı-
mından kimlik, cəmiyyəti formalaşdıran fərdlərin ortaq
varlıqlarla bütünləşmələri, ortaq ideallar və rəmzlər içində
birləşmələri, ortaq qayğıları, sevinci, qüruru, şərəfi bölüş-
mələridir.
Kimliyin əsas komponentlərindən biri olan mənsubiy-
yət hissi bir tərəfdən “biz”-in təyin edilməsi üçün lazımlı olan
ortaq nöqtələri müəyyən edərkən, digər tərəfdən “başqa-
ları”nı damüəyyən edir. “Biz” və “onlar” fərqliliyi kimliyin
müəyyən edilməsində önəmli yerə sahibdir. Kimlik his-
si, istər fərdi, istərsədə kollektiv mənada olsun, “mən” və
“biz” ilə “digəri” arasındakı ziddiyyətlər üzərinə əsaslanır.
Buna görə də qarşılaşdırma (müqayisə) və fərqlilik kimliyin
ayrılmaz hissələridir. “Biz” və “digər” arasındakı qarşılaşdır-
ma olmadan “biz” hissi, “kimlik şüuru”nun formalaşması
mümkün olmayan kimi görünür. Milli kimlik milli dövlətdən
törəyən və millətin formalaşmasında iştirak edən bütün fərdi
kimlikləri özündə cəmləşdirən mənəvi bir varlıq kimi ifadə
olunur. Milli kimliyin kollektiv kimlik kimi siyasi mənaya sa-
hib olması üçün müvafiq ictimai-siyasi çərçivə tələb olunur
ki, bu çərçivənin qurulması milli dövlət quruluşunun yaran-
ması ilə reallaşmışdır.
Günümüzdəki hakim görüşlərə görə “millət”, eyni coğ-
rafi ərazidə yer alan, iqtisadi, siyasi, sosial-mədəni sistem-
lərin üst-üstə düşməsi ilə birlikdə alt-mədəniyyətlərin domi-
nant mədəniyyət ilə bütünləşməsidir. Sadə dillə izah etsək,
millət hər şeydən əvvəl ümumilik, insanların müəyyən ümu-
miliyi əsasında formalaşan icmadır. Bu icma heç bir zaman
irqi və ya tayfa ittifaqı əsasında ortaya çıxmayıb. Məsələn,
mövcud italyan milləti romalılardan, almanlardan, etrusklar-
dan, yunanlardan, ərəblərdən meydana gəlib. Fransız milləti
qallar, romalılar, ingilislər, almanlardan ibarət idi. Azərbay-
50 / Qloballaşma və Mənəvi Dəyərlər
can milləti dedikdə də bu ərazidə yaşayan ləzgi, saxur, talış,
erməni, türk, rutul, gürcü və bir çox etnik qrupun vahid for-
mada birləşdiyi bir icma başa düşülür.
Bu gün müşahidə olunan qloballaşma və transformasi-
ya prosesləri, ənənəvi kimlik formalarını pozaraq, əvvəlki
ənənələr çərçivəsində formalaşan kimlik strukturunu şübhə
altına almış olur. Belə ki, müasir dövrdə mövcud tendensiya
fərdi və kollektiv kimliklərdən kənara çıxan transmilli kimli-
yin yaradılmasından ibarətdir. Qloballaşma prosesi ilə milli
kimliklər erroziyaya (aşınmalara) uğrayır və “alt kimlik” və
“üst kimlik” kimi anlayışlar üzərində dayanılır.
Türkiyəli araşdırmaçı yazar Feyzullah Eroğlu kimlik
problemi və qlobal mədəniyyət əlaqəsini “Qloballaşmanın
küləkləri həm milli kimlikləri sıxışdıraraq, fərdlərdə kimlik
böhranı yaradır, həm də müəyyən zamanlarda milli kimlik-
lərdə qırılmalara səbəb olaraq alt kimliklərin ön plana çıxma-
sına səbəb olur” şəklində izah edir. Bunun nəticəsi olaraq,
demək olar ki, hər bir mədəniyyət sistemində, milli kimliyin
çətiri altında müxtəlif alt kimliklərin ortaya çıxması və hətta
bir partlayışın olması haqqında danışmaq olar.
İnkişaf etmiş ölkələrin (burada Qərb və ABŞ) mədə-
niyyət və dəyərləri üst kimlik olaraq ifadə edilərkən, inki-
şaf etməkdə olan və ya geri qalmış üçüncü dünya ölkələri
alt kimlik qrupuna girir. Üst kimlik, alt kimliyə əhəmiyyətli
müstəvidə təsir edir. Bu hal, milli kimlik üçün bir təhdid ün-
sürü meydana gətirir. Belə ki, alt kimlik qrupuna daxil olan
inkişaf etməkdə olan ölkələr üzərində üst kimliyin təsirinə
qarşı bir reaksiya olaraq ortaya çıxan dini və etnik mənşəli
hərəkətlər milli kimlik üçün əhəmiyyət daşıyan sosial ho-
mogenliyə mənfi istiqamətdə təsir edir.
Qloballaşma prosesinin demokratiya, insan hüquqları
və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə sahib bir üst