The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-05-06 01:21:17

Azərbaycanda multikulturalizm

Azərbaycanda multikulturalizm

Ayıq Səmədov

Azərbaycanda multikulturalizm:
tarixilik və müasirlik

Bakı-2018

Ayıq Səmədov

Azərbaycanda multikulturalizm:
tarixilik və müasirlik

3

Azərbaycanda multikulturalizmin
meydana gəlməsi

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və yeni
tarixi şəraitdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyətdəki
etnik-mədəni müxtəlifliyin tənzimlənməsində mühüm nailiyyətlərin
əldə olunmasına səbəb olmuşdur. Bunun mühüm bir göstəricisi kimi
ilk növbədə cəmiyyətdə dərinləşən inteqrasiya prosesləridir. Yaşadıqları
cəmiyyət daxilində müxtəlif etnik qrupların və dini icmaların birləşmələri,
inteqrasiya olmaları olduqca böyük əhəmiyyət kəsb edir, etnik və dini
zəmində baş verəcək münaqişələrin qarşısını alır.

Məlum olduğu kimi, müasir dövrdə dünyanın bir sıra dövlətlərində
etnik və dini zəmində münaqişələr baş verir. Bundan başqa Azərbaycan
Respublikasının multikulturalizm siyasəti sahəsində əldə etdiyi
nailiyyətlər onun beynəlxalq münasibətlər sistemində uğurlu xarici
siyasətinin əsas səbəblərindən biridir. Ölkəmiz multikulturalizm siyasəti
sahəsində əldə etdiyi böyük nailiyyətlərə görə dünyanın əsas multikultural
mərkəzlərindən birinə çevrilmişdir. Artıq dünyada “Azərbaycan
multikulturalizmi”, “multikulturalizmin Azərbaycan modeli” terminləri
siyasi leksikonda geniş istifadə olunmaqdadır. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, “həm siyasi sahədə, beynəlxalq münasibətlərin
tənzimlənməsində, həm də ölkədaxili proseslərin inkişafında,
multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir”.

Tarixən Azərbaycanda multikultural dəyərlərin meydana
gəlməsinin obyektiv və subyektiv səbəbləri vardır. Bu da qeyd

4

olunmalıdır ki, multikulturalizmin məhvə doğru getdiyini qeyd edənlər
bu hissdən, bu tərzdən məhrum olanlardır. Nə qədər ki, dünyada
insan var və humanizm, multikulturalizm, mədəniyyətlərarası dialoq,
tolerantlıq məsələləri də öz aktuallığını qoruyacaqdır.

Bu gün Azərbaycan artıq dünyanın nəzərində nümunəvi bir
dövlətdir. Əlbəttə, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq,
dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilmişdir və bundan
xalqımız da, dövlətimiz də qürur duymaqdadır. Ölkə prezidenti cənab
İlham Əliyev çıxışlarından birində bildirmişdir ki, multikulturalizm
ölkəmizin ayrılmaz parçasına çevrilmişdir: “Multikulturalizm
Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. Bu gün Azərbaycan
artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Biz
diqqəti ona görə bu məsələlər üzərində cəmləşdiririk ki, bu mövzuya
yanaşmalar müxtəlifdir. Təəssüf ki, belə fikirlər də var ki, bəzi ölkələrdə
multikulturalizm iflasa uğramış, özünü doğrultmamışdır. Bunlar çox
narahatlıq doğuran bəyanatlar, tendensiyalardır. Əgər bu, həqiqətən,
belədirsə, onda bu, ciddi müzakirə mövzusudur. Azərbaycanda isə
belə hesab edirəm ki, biz öz siyasətimizlə də, cəmiyyətin durumu
ilə də sübut edirik ki, elə deyil, multikulturalizm yaşayır. O yaşayır,
möhkəmlənir, dərin köklərə malikdir və gələcəkdə bəşəriyyətin
inkişafının yeganə yoludur”.

Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın
təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun
aliliyidir. Vicdan azadlığı, təhsil və elmə əlçatanlığın olması, insanların
sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın
əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm
və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə

5

etibarilə isə cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.
Beləliklə, müxtəlif siyasi, iqtisadi və coğrafi şəraitlərdə yaşayan
xalqların ədalətə çıxışı məhz ilk növbədə çoxmədəniyyətliliyin təmin
edilməsindən asılıdır. Çünki multikulturalizmin olması cəmiyyətdə
bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə,
ədalətin bərqərar olması deməkdir.

Multikulturalizm haqqında diskursun təşkil edilməsi isə dünyada
ədalətə və sülhə çağırışdır. Ölkəmizin Vitse Prezidenti, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətlərinin
rəngarəngliyinə hörmətin tarixən qədim olduğunu və yalnız dialoq və
dözümlülük vasitəsilə insanları bir araya gətirə bilmək üçün buna səy
göstərildiyini qeyd etmişdir. Multikulturalizmi bir dəyər sisteminə
çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində
aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif
mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni
elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişiklik və inkişaf
prosesində yaxından iştirak edirlər. Bir sözlə, Azərbaycan bu sahədə
dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilmişdir. Azərbaycan
hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə
tapınanların azad yaşadığı bir dövlətdir. Əsrlər boyu formalaşan və
bu gün də özünün yüksək həllini tapan məsələlər xalqların firavan
taleyi ilə bağlıdır. Bütün bunlara rəğmən qürur hissi ilə deyə
bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq,
dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilmişdir. Gəlin
görək, Azərbaycan multikulturalizmi necə meydana gəlmişdir, onun
formalaşması və inkişafı hansı mərhələlərdən keçmişdir?

6

Qədim azərbaycanlıların mifik
təsəvvürlərində tolerantlıq

Hər bir xalqın tarixinin, ilkin ictimai fikrinin öyrənilməsində
miflər mühüm əhəmiyyət kəsb edir. Xalqların ictimai fikir tarixi
əvvəlcə mifologiya şəklində olmuş, sonra qədim dinlər, inanclar
sistemi gəlmişdir. Mifoloji şüur ictimai şüurun formalarından biridir.
Bu, qədim insanın hələ təbiətdən ayrılmadığı, fövqəltəbii qüvvələrin
təsiri nəticəsində yaranan ilkin emosional şüur formasıdır. Mifoloji
şüur fərdə, mifoloji düşüncə isə kollektivə məxsusdur. L.Brül mifoloji
düşüncəni məntiqəqədərki təfəkkür, şüur tipi kimi qiymətləndirir.
Bəşəriyyətin lap qədim çağlarında, insanın özünü təbiətdən ayırmadığı
dövrdə mifoloji şüurun da söykəndiyi xaotik təfəkkür tərzi olmuşdur
ki, buna da ədəbiyyatda Mifoloji təfəkkür deyilir. Mifoloji təfəkkürdə
yaranan ideyalar, mifoloji şüurun yaratdığı isə konkret məhsuldur.
Yəni mifoloji təfəkkürdə qədim insanları öz dünyaları ilə bağlayan
ilk ibtidai “dini” təsəvvürlərin formalaşması əsas yer tutur, mifoloji
şüura isə dini-mifoloji strukturların sabitləşməsi və onların ibtidai
cəmiyyəti idarə edən qüvvəyə çevrilməsi xasdır. Mifoloji təfəkkürdə
ibtidai insanların təbiət qüvvələri qarşısında keçirdiyi qorxu hissi
başlıca rol oynayır. Mifoloji şüurda isə qorxu müəyyən inam və
sitayişlərlə, dini mərasim və rituallarla əvəz olunmuşdur.

İbtidai təfəkkürdən sonra mifoloji şüurun formalaşması, əsasən,
qədim dünyanın mənzərəsinin xaotik quruluşdan harmonik quruluşa
- nizamlılıq, sistemlilik, tarazlılıq düzümünə başlaması ərəfəsinə
təsadüf edir.

7

Mif dünyanın işarələrlə, sakral obrazlarla dərkidir. Mifologiyaya
verilən təriflərdən biri belədir: “Mifologiya dünyanı özünəməxsus
qanun və vasitələrlə biçimləyən və izah edən dinamik işarələr
sistemidir”. Yəni mifologiya qədim dövrlərə aid olan gerçəkliyi
simvollarla izah edən bir sistemdir. Mirzə Kazımbəy bu barədə
yazırdı: “Əfsanəsiz xalq, rəvayətsiz ölkə yoxdur, köçəri xalqlarda
əfsanə şifahi hekayələr şəklində nəsildən-nəslə keçir, yarım-mədəni
xalqların inanclarının özülünü, yazılarının başlıca məzmununu,
ədəbiyyat və tarixlərini təşkil edir, maariflənmiş xalqların qoruyub
saxladığı müqəddəs irslər onların təxəyyülünə qida verir”.

Miflər sinifli cəmiyyətə qədər xalqların tarixinə işıq salır,
onun öyrənilməsində əhəmiyyətli bir mənbəyə çevrilir. Qədim
Azərbaycanlıların yaratdığı müxtəlif xarakterli miflər zamanın
sərhədlərini aşaraq Azərbaycan ərazisində yaşayan tayfaların dünya
duyumunu, əxlaq tərzini, ailə-məişət həyatını, təbiətə, ətraf mühitə
olan münasibətini və s. öyrənməyimizə yardımçı olur. Bu baxımdan
mif xalqımızın tarixinin tədqiqində, onun tarixi dərkində əhəmiyyətli
rol oynayır. “...mif xalqın özü haqqında söylədiyi ən bakir, ən
kamil həqiqətin bədii ifadəsidir”. Mif xalqların tarixində ilkindir,
başlanğıcdır. Hansı xalqın mifik təfəkkürü güclüdürsə onun tarixdəki
sonrakı mövqeyi də güclü olur. Çünki siyasi təfəkkürün genezisi
mifologiya ilə bir başa bağlıdır. Məşhur folklorşünas alim Y.Lotman
deyirdi ki, “Kim əcdadının adını çəkə bilirsə, o siyasi cəhətdən
mövcuddur”.

Mifologiya konkret etnik-mədəni birliklərin arxaik dövrlərdə
meydana çıxan universal sistemidir. M.Kazımbəy mifologiyanın
mahiyyətindəki universalizmə diqqət çəkərək yazırdı ki, mifoloji

8

mətnlər “bütün xalqlarda və tayfalarda eynidir” və bütün fərqlər
ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən
amillər ilə bağlıdır. Ortaq xarakter daşıyan mifoloji abidələrin bir
çoxlarının sonrakı dövrlərdə də müxtəlif türk xalqlarında izlərinə
rast gəlmək mümkündür. Məsələn, türklərin yaranış əfsanələrindən
olan “Ergənəkon”dan çıxış və xilasedici bozqurdla bağlı miflər bir
çox türk xalqlarında xeyli deyim və inancların meydana gəlməsinə
səbəb olmuşdur. Qeyd edək ki, qurd bir totem kimi türk xalqlarının
demək olar böyük əksəriyyətində tarixən ulu əcdad, xilasedici,
yolgöstərən, müqəddəs bir varlıq kimi qəbul edilmiş və xalqın
mifoloji təfəkküründə, zoomorfik təssəvvüründə özünəməxsus parlaq
bir yer tutmuşdur. Qurdun qorxmazlıq, toxunulmazlıq simvolu kimi
xalqın mifik dünya görüşündə özünə yer tutması el arasında qurdun
bədən əzalarına qarşı müxtəlif münasibətlərin bu günə qədər qorunub
saxlamasında da öz əksini tapmışdır.

Bugünkü ayrı-ayrı dillər və etnoslar da çox-çox qədimlərdə
mövcud olmuş müəyyən etnolinqvistik (yaxud etnik-mədəni)
birliklərdən törəmişdir. Belə birliklər dövründə isə mifoloji düşüncə
hakim idi və mifoloji sistem cəmiyyətin ideologiyası kimi fəaliyyət
göstərirdi. Hər bir etnik sistem isə mifoloji irsi tam yox, qismən
mənimsəyib yaşada bilir. Bütün bunlar tarixi faktorla, ictimai
proseslərlə bağlıdır.

9

Tarixi faktor

Tarixən Azərbaycan çoxmədəniyyətli bir dövlətdir. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “leksikonumuzda nisbətən yeni söz
olan multikulturalizm ənənələri Azərbaycanda əsrlər boyu həmişə
mövcud olmuşdur. Sadəcə, müxtəlif cür adlanmış, lakin mahiyyətini
dəyişməmişdir”. Azərbaycan tarixinin bütün mərhələlərində onun
ərazisində müxtəlif xalqların nümayəndələri birgə, əmin-amanlıq
şəraitində yaşamışdır. Burada məskunlaşmış milli azlıqlar etnik,
dini, irqi mənsubiyyətinə, etnik-mədəni dəyərlərinə görə əhalinin
çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmamış
və diskriminasiyaya məruz qalmamışlar. Tarixi faktor Azərbaycanda
multikultural cəmiyyətin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Coğrafi faktor

Azərbaycan olduqca əlverişli bir coğrafi məkanda yerləşir. Onun
ərazisi müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu
məkandır. Müxtəlif xalqların tarixi təcrübəsinə əsasən, belə ərazilərdə
yerləşən ölkələrin xalqları müxtəlif etnik, irqi, dini və mədəni qrupların
nümayəndələri ilə qarşılaşaraq onlarla iqtisadi-ticarət və mədəni
əlaqələrini inkişaf etdirmişlər. Bu isə öz növbəsində belə ərazilərdə
multikultural mühitin formalaşması üçün əlverişli şərait yaratmışdır.
Məlum olduğu kimi, ölkəmizin ərazisi müxtəlif sivilizasiyaların,

10

mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Buradan qədim
İpək Yolu keçmiş, ölkəmizin bu əlverişli coğrafi məkanda yerləşməsi
onun etnik-mədəni müxtəlifliyə malik olan bir cəmiyyət kimi
formalaşmasında və inkişafında əhəmiyyətli rol oynamışdır.

Beləliklə, mahiyyətcə obyektiv xarakter daşıyan tarixi və coğrafi
faktorlar Azərbaycan multikulturalizminin meydana gəlməsi və
formalaşması prosesində həlledici mahiyyət kəsb edir.

Subyektiv səbəblər

Lakin Azərbaycan multikulturalizminin meydana gəlməsində və
formalaşmasında qeyd olunan tarixi və coğrafi səbəblərlə bərabər su-
byektiv səbəblərin də mühüm rolu olmuşdur.

Azərbaycan tarixinin müxtəlif mərhələlərində ölkə başçıları
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəliflikləri elə
tənzimləmişlər ki, burada etnik və dini zəmində ciddi münaqişələr
baş verməmişdir. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə
Bakı dünyanın çoxmədəniyyətli şəhərlərindən biri olmaqla bərabər
burada etnik, dini və mədəni zəmində əhali arasında qarşıdurma,
münaqişə müşahidə olunmamışdır. Milli Məclisdə ölkədə yaşayan bir
neçə xalqın nümayəndələri deputat kimi fəaliyyət göstərirdi. Burada
bəzi milli azlıqların siyasi təşkilatları da təmsil olunmuşdur. Bundan
başqa, hökumətin tərkibində də milli azlıqların nümayəndələri
yüksək vəzifələr tuturdu. Onlardan bəzisi hətta nazir vəzifəsinə təyin
olunmuşdu.

Azərbaycanda əlverişli multikultural mühitin olması tarixin
müxtəlif mərhələlərində təqib olunan xalqların nümayəndələrinin

11

kütləvi şəkildə bura köçməsinə səbəb olmuşdur. Hələ təxminən 2600
il bundan əvvəl yəhudilər İsraildən Azərbaycana pənah gətirmişlər.
E.ə. 586-cı ildə yeni Babil hökmdarı II Navuxodonosor iudey
üsyanını qan içində boğaraq, Qüdsü dağıdır və onların baş məbədini
yerlə yeksan edir. Bütün bu hadisələrin nəticəsində yəhudilərin böyük
əksəriyyəti ölkədən çıxarılır. Yəhudilərin böyük bir hissəsi İsraili tərk
edərək Azərbaycana pənah gətirir.

Qeyd olunduğu kimi, Azərbaycandakı multikultural mühit
ölkənin müstəqillik illərində daha da yaxşılaşdı. 18 oktyabr 1991-ci
ildə Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması, xüsusilə
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının istəyi
ilə hakimiyyətə gəlişi ölkədə multikultural mühiti əsaslı şəkildə
yaxşılaşdırdı. Müstəqil Azərbaycanda multikulturalizm siyasətinin
əsasını Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdu. Müasir
dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin
siyasəti uğurla davam etdirməkdədir.

Azərbaycan multikulturalizminin meydana gəlməsi prosesinin
subyektiv səbəblərindən, bu prosesdə subyektiv faktorun rolundan
danışarkən Azərbaycan xalqının rolunu xüsusi qeyd etmək vacibdir.
Məlum olduğu kimi, Azərbaycan xalqının qonaqpərvərliyi, başqa
xalqların, etnik qrupların, dini icmaların nümayəndələrinə tolerant
münasibəti onun milli xüsusiyyətləridir. Tarixin bütün mərhələlərində
Azərbaycan ərazisində məskunlaşmış milli azlıqlar etnik, dini, irqi
mənsubiyyətinə, etnik-mədəni dəyərlərinə görə ölkənin avtoxton
əhalisi olanAzərbaycan türkləri tərəfindən heç vaxt təqib olunmamış və
ayrı-seçkiliyə məruz qalmamışlar. Bu, multikulturalizmin Azərbaycan
xalqının həyat tərzi olmasından xəbər verir. Multikulturalizmin

12

xalqın dəyişməz həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək
mərhələsini təşkil edir.

Azərbaycanda digər ölkələrdə olduğu kimi sosial hadisə
kimi meydana gələn multikulturalizm özünün sonrakı inkişaf
mərhələlərində dövlət siyasəti müstəvisinə ucalmışdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikası multikulturalizmi
dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Bu mərhələlərin
reallaşmasında əsas rol dövlətə məxsus olsa da, Azərbaycan
xalqının milli xüsusiyyətindən irəli gələn cəmiyyətdəki etnik-
mədəni müxtəlifliyə xalqın tolerant münasibəti multikulturalizmin
dövlət siyasəti kimi bərqərar olmasında əhəmiyyətli rol oynamışdır.
Multikulturalizmin Azərbaycanda dövlət siyasəti olması isə öz
növbəsində onun xalqın həyat tərzi kimi möhkəmlənməsinə xidmət
edir. Başqa sözlə desək, Azərbaycanda multikulturalizmin dövlət
siyasətinə və xalqın həyat tərzinə çevrilməsi bir-birinə qarşılıqlı
təsir göstərir. Hər ikisi Azərbaycan multikulturalizminin meydana
gəlməsinin, formalaşmasının və inkişafının subyektiv səbəbləri
olaraq bir-birilə sıx bağlıdır.

Obyektiv və subyektiv səbəblərin təsiri ilə meydana gələn
Azərbaycan multikulturalizmi uzun tarixi inkişaf yolu keçmişdir.
Tolerantlıq və multikulturalizm ideyaları Azərbaycan ictimai
şüurunun müxtəlif formalarında öz əksini tapmışdır.

Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm
dini azadfikirliliyin və tolerantlığın olmasına, həm də yeni dini
cərəyanların zaman-zaman yaranmasına və inkişafına zəmin
yaratmışdı. Azərbaycanımız olduqca unikal bir mədəniyyətə malikdir.
Bu torpaqda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət

13

sistemlərinin təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda
müxtəlif din, xalq və cəmiyyətləri (atəşpərəstlik, türk, İran, Qafqaz,
Yəhudilik, Xristian, İslam, Şərq, Qərb, slavyan, sosializm və s.)
özündə ehtiva edən müasir dünya sivilizasiyasını formalaşdıran
mədəniyyətləri çulğalaşmış, dünyanın inkişafı üçün nümunə olan
inkişaf modelləri yaranmışdır.

İndi də Azərbaycanda multikulturalizmin təməl prinsiplərinin
formalaşmasında dini – etiqadlara, adət - ən ənələrə və inanclara
nəzər salaq.

Zərdüştilik

Zərdüştilik dünyanın qədim dini təlimlərindən biridir. Bu dini
təlim onun banisi Zərdüştün adı ilə bağlıdır. Zərdüşt e.ə. VI əsrdə
yaşamışdır. Orta əsrlərin bir çox müsəlman müəllifləri, eləcə də müasir
tədqiqatçılar bu peyğəmbərin vətəninin Azərbaycan olduğunu deyirlər.

Zərdüştilik tarixən Azərbaycan ərazisində yaranaraq digər
ərazilərə yayılmışdır. Adətən, atəşpərəstliyi zərdüştilik dini ilə
eyniləşdirirlər. Əslində zərdüştilik atəşpərəstliyin içindən çıxsa da,
müstəqil din kimi yaranmışdır. Halbuki, hər iki inam müstəqil din
sahələri kimi meydana gəlmişdir və onların yaranması bilavasitə
Azərbaycan ərazisi və xalqı ilə bağlıdır.

Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə
zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamın
cəsədini murdar hesab etdikləri üçün torpağa tapşırmır, dağlarda
hazırladıqları xüsusi yerlərdə saxlayırdılar ki, qurd-quş yesin. Yalnız
bundan sonra təmizlənmiş sümüklər yığılaraq dəfn edilirdi.

14

Zərdüştilik dininə qədər dünyada müxtəlif dinlər və inanclar
olmuşdur. Amma onların hamısı məhəlli xarakter daşıyaraq demək
olar ki, yarandığı bölgənin sərhədlərini aşa bilməmişdir. Üç
böyük imperiyanın dövlət dini olmuş zərdüştilik nəinki məhəlli
din anlayışının sərhədlərini aşmış, hətta ilk dəfə qədim dünyada
mükəmməl din, dünyagörüşü, əxlaq və məişət, mənəviyyat prinsipləri
toplusu yaratmışdır. Bu dinin özəlliyi ondadır ki, onun yaradıcısı
sayılan Zərdüşt özünə qədər mövcud olan ilahların hamısını rədd
edərək yeganə Allah – Hörmüzü kainatın və bütün canlı varlığın
yaradıcısı kimi irəli sürmüşdür. Bu baxımdan, bütpərəstlikdən
fərqlənən Zərdüştilik bütpərəst dinlərlə səmavi dinlər arasında ayrıca
bir mərhələ təşkil edir.

Bu dinin əhatə dairəsi yalnız Azərbaycanın tarixi əraziləri və
Yaxın Şərqlə məhdudlaşmamış, Qərbə, xüsusilə qədim yunan və
Hind mədəniyyətinə ciddi təsir göstərmişdir. Tarixi faktlar, eləcə də
bizə gəlib çatmış yunan tarixçi və filosoflarının əsərləri sübut edir ki,
zərdüştiliyin müqəddəs kitabı olan Avesta, xüsusilə, bu kitabı yaradan
maqlar, onların təlimində və atəşpərəstlik dinində islahat aparmış
Zərdüşt yunan mədəniyyətinin inkişafında böyük rol oynamışdır.
Bəlkə elə buna görədir ki, ingilis tədqiqatçısı Meri Boys Zərdüştiliyin
bəşəriyyətə bütün digər etiqad növlərindən daha artıq dərəcədə təsir
göstərdiyini iddia edir.

Əksər tədqiqatçılar təsdiqləyir ki, Zərdüştün dövrünə qədər
analoqu olmayan ideyaları nəinki onun ardıcıllarına, hətta qədim
dövrün bir çox alimlərinə – Platona, Aristotelə, Hermippinə və
başqalarına güclü təsir göstərmişdir. Uzun tarixi dövr ərzində dövlət
dini statusunu qoruyub saxlayan zərdüştilik VII əsrdən etibarən, yəni

15

İslamın yayılması ilə əlaqədar zəifləməyə başlamışdır. Təsir dairəsi
bu qədər geniş olan, Hindistanda və İranda indiyədək mənsubları
yaşayan zərdüştilik Azərbaycanın tarixi ərazilərində yaranmış və
Azərbaycan xalqının bəşəriyyətin mədəni dəyərlər sisteminə ərməğan
etdiyi ilk böyük töhfə olmuşdur.

Zərdüşti əqidələri e.ə. III əsrdən etibarən ehkam səciyyəsi
daşımağa başlamışdır. Azərbaycan ərazisində Dərbəndə qədər
zərdüştilik sasanilərin hərbi-siyasi uğurları ilə bağlı olaraq yayılmağa
başlamışdır. Yeni dinin təbliği məqsədilə bu ərazilərə iranlı zərdüştilər
köçürülürdü. Eyni zamanda Azərbaycanda zərdüştilik yerli
xüsusiyyətlər də kəsb etmişdir. Azərbaycan ərazisində nüfuz dairəsini
genişləndirmək üçün sasanilərlə bizanslılar arasında şiddətli mübarizə
getmiş, nəticədə gah zərdüştilik, gah da xristianlıq güclənmişdir.
Belə bir şəraitdə bölgəyə gələn İslam sürətlə və nisbətən dinc yolla
yayılmaq imkanı əldə etmişdir.

Zaman etibarilə etnik-mədəni sistemlərin diferensiasiyasının
formalaşmağa başladığı və ictimai əmək bölgülərinin bir-birini
əvəzləməsi dönəmlərinin təlimi kimi ortaya çıxan Zərdüştilik
yayıldığı arealda toplumun həyatına bir sıra yeniliklər gətirmişdi.
Zərdüştiliyin cənnət-cəhənnəm, qiyamət günü, ruhların dirçəlməsi
və s. kimi doktrinaları sonralar başqa dinlərdə, o cümlədən səmavi
dinlərdə də öz əksini tapmışdır. Zərdüştiliyin yayıldığı areal fərqli
etnik mənsubiyyətə və mədəni düşüncələrə malik insanların, eləcə
də müxtəlif inanc sahiblərinin birgə yaşadığı məkan idi. Bu din
özlüyündə müxtəlifliyə dözümlü münasibət göstərməklə, müəyyən
zaman kəsiyində ümumbəşəri xarakter daşıyan universal mədəni
dəyərlər toplusunu formalaşdıra bilmişdi. Həmin dəyərlərdə öz əksini

16

tapan bir çox ideya və prinsiplər müasir anlayışlarla ifadə etdiyimiz
tolerantlıq və multikulturalizmdə də öz əksini tapan bir çox ideya və
prinsiplərlə üst-üstə düşür.

İlk vəhy dini kimi tarixə düşən Zərdüştilik insanları ədalətə,
əxlaqi təmizliyə səsləyərək, zorakılığa, ədalətsizliyə, müharibələrə,
qarət və qətllərə qarşı çıxırdı. Bu təlim insanlara etnik və dini
mənsubiyyətinə, rənginə, sosial statusuna və s. görə fərq qoymurdu.
Sülh cəmiyyəti qurmaq istəyərək toplumun həyatında sosial ədalətin
bərqərar olmasınaı və rifah cəmiyyətinin qurulmasını arzu edirdi.
Zərdüşt öz dualarında bütün yaranmışlar, o cümlədən insanlar
üçün fərq qoymadan rifah diləyirdi. Zərdüştiliyin dini kitabı olan
“Avesta”da deyilir: “Ey Məzda, əllərimi duaya qaldıraraq birinci,
varlıq nemətini almış bütün yaranmışlar üçün Sipəntəməinudan
(müqəddəs ağıldan) rifah istəyirəm. Həm də, ey Ordibehişt, Bəhməni
və Keuşurvəni sevindirəcəyimi (istəyirəm)” (“Qatalar Yəsna, 28-ci
Hat, “Əhnəvəydqat” 1).

Qeyd edək ki, dini ideologiya tarixində, bu dini təlim ilk dəfə
olaraq sosial Şər və ictimai bəla problemini qaldırmış, ona qarşı
mübarizə imkanlarından söz açmışdır. Zərdüşt Xeyirlə Şərin fərqli
olduğunu irəli sürmüş, onları bir-birindən ayırmış və onlar arasında
daim mübarizə getdiyini söyləmişdir: “O pak gövhər xəbis gövhərə
belə demişdir: “Biz ikimiz nə düşüncə, nə tərbiyə, nə ağıl, nə din, nə
söz, nə davranış, nə inam və nə də ruhda bir-birimizə uyğun gəlirik”.
(Yəsna, 45-ci Hat, “Uştəvəydqat” 2). Zərdüştilik bu mübarizədə
insanın xeyir və şər düşərgələrindən birini seçmək imkanı və
azadlığı tanısa da, sosial Şər ilə mübarizədə insanın roluna böyük yer
vermişdi. Zərdüştiliyin peyğəmbəri hesab edirdi ki, insan Xeyirin,

17

Doğrunun və Vicdanın Şər, Yalan və Qaranlıq üzərində qələbəsinə
kömək etməlidir və bunun üçün “Avesta”da insanlara “doğruluq və
uğurlu davranış çəmənində məskən salmaq” kimi mükafatlar da vəd
olunurdu. Qatlarda bu haqda deyilirdi: “Doğruluq tərəfdarının xeyrini
istəyən başçı, kəndli və ya din rəhbəri, eləcə də heyvanları qorumağa
səy göstərən adam doğruluq və uğurlu davranış çəmənində məskən
salacaq” (Yəsna, 33-cü Hat, “Əhnəvəydqat”, 3).

Etiqad azadlığı, yaxud “Hər kəsin sərbəstliklə öz dinini seçib
qəbul” edə bilməsi, dini müxtəliflik və başqalarına dözümlü münasibət
göstərmək kimi prinsiplər, dini tolerantlığın və multikulturalizmin
əsasında dayanan başlıca prinsiplərindən sayılır. Zərdüştilik dini də
insanlara etiqad azadlığı, inanclarla bağlı seçim sərbəstliyi verir və
bununla bağlı hər cür zorakılığı rədd edirdi. “Avesta”da bu haqda
deyilir: “Ey Məzda, dünyanın başlanğıcında bizim üçün din yaratdın.
Ruha bədən qəlibini verdin, ona özünə xas olan ağıl xüsusiyyətini
bağışladın, davranış öyrətdin ki, hər kəs sərbəstliklə öz dinini seçib
qəbul etsin” (Yəsna, 31-ci Hat, “Əhnəvəydqat”, 11).

Qeyd edək ki, Zərdüştiliyin (Zorastirizmin) hökmran olduğu
Əhəmənilər və Sasanilər dövlətlərində hakim elitanın başqa dinlərə
də tolerant münasibəti olmuşdur. Belə ki, Əhəməni hökmdarı Kir
zərdüşti olsa da öz dinini nəzarətdə saxladığı ərazilərin xalqlarına
sırımaq cəhdləri olmamışdır. Kir Babil sürgünündən sonra yəhudilərə
Qüdsə qayıtmağa və orada məbədlərini qurmağa icazə vermişdi.

Zərdüştilik fəlsəfəsinin yəhudilərin sürgün sonrası iudaizm dininə
xeyli təsiri olmuşdur. Böyük Dara da zərdüştilikdə olmuş və başqa
dinlərə tolerant münasibət sərgiləmişdir. Zərdüştiliyin dövlət dini
kimi qəbul edildiyi Sasanilərdə də digər dinlərə dözümlü münasibət

18

olmuşdur. Sasanilərin hökmran olduğu ərazilərdə iudaizmin və
xristianlığın yayılması dediklərimizə sübut kimi qiymətləndirilə bilər.

Zərdüştlük və onun dini kitabı olan “Avesta”da müxtəlif etnik
mənsubiyyətə malik, mədəni özünəməxsusluğa və inanclara sahib
insanların qarşılıqlı əlaqələri əsasında formalaşan sosial həmrəyliyə
çağırışlar edilir: “Ey Məzda Əhura, ona azadlıq yolunu açdın ki,
kəndliyə, ya kəndli olmayana tərəf meyl etsin”. (Yəsna, 31-ci Hat,
“Əhnəvəydqat”, 9).

Zərdüşt insanların bir arada yaşaya biləcəyi ədalətli cəmiyyətin
qurulmasını arzulayır, qəzəbin, zülmün aradan qaldırılmasını istəyir:
“Qəzəb aradan getməlidir. Dostu pak şəxsiyyət olan doğru din
vasitəsilə müqəddəs ruhun mükafatına nail olmaq istəyənlər, zülmü
özünüzdən uzaqlaşdırın (Yəsna, 48-ci Hat “İspentəməydqat”, 7).

Zərdüşt sülh cəmiyyətinin tərəfdarıdır. O müharibələrin və
dağıntıların əleyhinədir, “get-gəl azadlığının” tərəfdarıdır. Yaşamaq,
mülk toxunulmazlığı və s. kimi insanların təməl haqq və hüquqlarının
müdafiəçisidir. “Avesta”da deyilir: “Mən müharibələri rədd edib,
silahı bir yana tullamağı istəyən Məzda dininə inanıram… kəndlərin
dağılmasının, mal-qara talanının və oğurluğun əleyhinəyəm… get-
gəl azadlığı, mənzil, mülk toxunulmazlığı tərəfdarıyam”.

Göründüyü kimi, hələ qədim zamanlarda və ilk orta əsrlərdə
Zərdüştiliyin ictimai fikrə təqdim etdiyi və reallaşdırdığı bir sıra
ideyalar, sonrakı dövrlərdə Azərbaycanda tolerant və multikultural
ənənələrin formalaşmasına təsir edən amillərdən olmuşdur.

19

Manilik

Artıq b.e I minilliyin ilk əsrlərində Qərbi Midiyanın (yaxud o
zaman adlandırıldığı kimi, Atropaten Midiyasının) vilayətlərində
o dövr üçün səciyyəvi olan ictimai ədalətlə səciyyələnən dini-etik
təlimlərdən biri olan Manilik geniş yayılmışdı. Manilik adı almış dini
hərəkatın banisi Mani (216-274 və ya 276) hesab olunur. Bu təlim
rəsmi Zərdüştiliyə qarşı yönəlmişdi, odur ki, zərdüştilik onu küfr
(kafirlik, dinsizlik) hesab edirdi. Zamanında Mani, həmçinin istedadlı
rəssam, filosof və mühəndis kimi məşhurlaşmışdı. Onun istedadlı bir
rəssam olduğu Firdovsinin (934-1020/1030), Nizaminin (1141-1209),
Hafizin (təqr. 1325-1389/1390) xatirələrində və ayrı-ayrı əsərlərində
öz əksini tapmışdır.

Mani iyirmi dörd yaşında özünü peyğəmbər elan edərək öz
missioner fəaliyyətinə Şərqdə (Həmədanda) başlamışdır. Mani
yazdığı “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya”
(“Nəsihətnamə”), “İncil”, “Şapurakan”, “Dualar kitabı” və s. kimi
kitablarında yaratdığı yeni dini təlimin əsasları öz əksini tapmışdır.

Bütün mövcud dinləri bir araya gətirərək vahid bir din yaratmağı
Mani özünün başlıca missiyası hesab edir və yaratdığı yeni dini yeganə
düzgün din hesab edərək, “ona hər bir ölkədə və bütün dillərdə etiqad”
edilə biləcəyini bildirirdi. O yazırdı: “Əvvəlki dinlər yalnız bir ölkədə
mövcud idi və bir dildə idi. Yalnız mənim dinim elə xüsusiyyətlərə
malikdir ki, ona hər bir ölkədə və bütün dillərdə etiqad edə bilərlər.
Onu ən ucqar ölkələrdə təbliğ edəcəklər”. O, öz dininin vəhy dini
olduğunu və yeni dini yaymaq üçün Tanrı tərəfindən göndərildiyini

20

bildirirdi. Maniliyin teologiyasında adı çəkilən allahlardan biri İlahi
Əkizi ona xitabən deyir: “Sən yalnız bu dinə deyil, bütün insanlara,
bütün məktəblərə, bütün şəhərlərə, bütün ərazilərə göndərildin. Bu
ümid sənin vasitənlə hər bir bölgəyə, hər bir ölkəyə elan ediləcək və
açıqlanacaq”. Türk filosofu Orxan Hançerlioğlu “Düşüncə tarixi”
əsərində bu qənaətə gəlir ki, Maniliyin dinləri sintez etməkdə əsas
məqsədi dinlərarası savaşları aradan qaldırmaq idi.

Zamanında geniş yayılmış zərdüştilik, xristianlıq, buddizm və
s. kimi dinlərin bir sıra ideyalarından bolluca faydalanan Manilik
sinkretik xarakterə malik bir din idi. Dəyərli araşdırıcı A.Schimmel
hesab edir ki, Mani gəzdiyi və missionerlik fəaliyyəti ilə məşğul
olduğu ölkələrdə öz dinini həmin ölkələrdə yayğın olan dinlərin
ideyalarından faydalanmaqla onlara uyğunlaşdırırdı. Məsələn,
o, Türküstanda olarkən burada hakim etiqad olan buddizmin
simvollarından, xristianlığın yayıldığı Qərbdə isə, daha çox
xristian dininin elementlərindən istifadə edirdi. “Hətta xristianların
yaşadığı bölgələrdə İsanın vəd etdiyi “təsəlliverici” (Paraklet),
buddizmin yayıldığı ərazilərdə isə Buddanın sözlərini istifadə
edərək insanlığın qurtuluşu üçün lazımlı olan gizli gerçəkləri vəhy
etmək üçün göndərildiyini iddia etmişdir”. Mani yaxşı tanış olduğu
zərdüştilik, xristianlıq və buddizm kimi dinləri düzgün dinlər kimi
qiymətləndirirdi. Ancaq o hesab edirdi ki, insanlar bu dinləri düzgün
qiymətləndirə və başa düşmədiklərinə görə onu təhrif edərək bərbad
hala salmışlar. Maniyə görə o, tanrılar tərəfindən “yer üzərinə
göndərilmişdir ki, əsl dini bərpa etsin”. “Dualar kitabı”nda onun
Sasani hökmdarı Bəhramla dialoqu bu cəhətdən maraqlıdır:

Bəhram: – “Bütün bunları kimdən öyrəndin”?

21

Mani: – “Göndərilən kitablardan” – cavabını verir
Maniliyi fərqləndirən xüsusiyyətlərdən biri də yayıldığı ərazilərin
çoxdinli və çoxmədəniyyətli statusunu zorla aradan qaldırmağa cəhd
göstərməməsi ilə bağlıdır. Mani öz təlimini yayarkən heç bir siyasi
və sosial dəyişiklik etmək vəzifəsini qarşısına məqsəd qoymur. Onun
təlimini yaymaq metodu missionerlik – dilətutma və inandırmadır.
Manilik digər din və mədəni qrupları rədd etmir və yayıldığı ərazilərdə
öz dinlərini toplumun dini və mədəni dəyərlərinə uyğunlaşdırmağa
çalışırdı. Manilikdə tolerant düşüncə hakimdir, çünki, bu din insanları
öz dinlərini zorla dəyişdirməyin və şiddətin əleyhinədir. Bu din silki
fərqliliyi qəbul etsə də hər cür istismarın əleyhinədir və ümumi
bərabərliyi təbliğ edirdi.
Mani silklərarası asılılığa, iyerarxiyaya (aşağıdan yuxarı tabeçilik
qaydasına) qarşı çıxır, eyni zamanda “aşağıların” “yuxarıların”
var-dövləti əleyhinə etirazını əks etdirirdi. Mani dini ayinlərin
sadələşdirilməsinə çalışır və insanları istismarın hər bir – istər dünyəvi,
istərsə də ruhani növünə qarşı mübarizəyə istiqamətləndirirdi. Mani
İlk insanın dili ilə Həyat Ruhundan Hüzur və Sülh diləyir: “Hüzur
üçün gəl! Sülh və sükunət xəzinəsi üçün gəl” deyir. O hesab edirdi ki,
nur ruhu, zülmət isə bədəni (materiyanı) təmsil edir. Dünya inkişafı
prosesinin məqsədi qəlbində yer tapmış nur ünsürlərini materiyanın
(bədənin) hakimiyyətindən azad etməkdir. Maniyə görə, Allah
dünyada şəri yaratmamışdır və deməli, dünyanı da o yaratmamışdır,
çünki dünya (materiya şərdir, zülmətdir) – materiya Allahdan asılı
olmayaraq mövcuddur, insan isə materiya ilə nurun qarışığıdır. Nurun
hissəciklərinin materiyadan (bədəndən) azad olmasına yalnız qatı
asketizm vasitəsilə nail olmaq mümkündür.

22

Mani dünyaya şərin tam təcəssümü kimi baxırdı. O, elə hesab
edirdi ki, daha yaxşı olar ki, insan dünya işlərindən imtina etsin, öz
həyatını tərki-dünyalıqla və ibadətlə keçirtsin. Belə olsa, insanın ruhu
səmalara ucala bilər. Hər cür istismarı rədd edən, insanlar arasında
bərabərliyi arzulayan Manixeyçilik tolerant bir cəmiyyət, asayiş və
rahatlığın qorunduğu bir cəmiyyət olmasını təbliğ edirdi.

Məzdəkilik

İlk orta əsrlərdə (V əsrdə) Azərbaycanda yayılan başqa bir dini-
etik təlim və adını öz banisi Məzdək-Bamdadın adından götürmüş
məzdəkilər təlimi idi. Məzdək-Bamdad V əsrin 50-ci illərində
anadan olmuş, bəzi mənbələrə görə 528/529- cu illərdə, bəzilərinə
görə isə 524-cü ildə ölmüşdür. Öz ideyalarını İranın cənub-şərqində
(Həmədan şəhərində) yaymağa başlayan Məzdəkin yaratdığı bu
təlim qısa müddətə olsa da, Sasani kimi böyük bir imperiyanın
dövlət dininə çevrilə bilmək imkanını da qazanmışdı. Öz ideyalarına
görə məzlum təbəqənin arzu və istəklərinin ifadəçisinə çevrildiyi
üçün zamanında, həm də güclü antifeodal hərəkata çevrilə bilmişdi.
Sosial tərəfi ilə daha güclü olan məzdəkiliyin başlıca ideyalarından
biri cəmiyyət üzvləri arasında sosial-siyasi və iqtisadi sahələrdə
bərabərliyin təmin olunması ilə bağlı idi. Məzdək deyirdi: “Allah
öz nemətlərini yaratmışdır ki, insanlar onları öz aralarında tən
bölsünlər. Ancaq insanlar bir-birinə qarşı ədalətsizlik edirlər. Ona
görə də əmlak varlılardan alınıb yoxsullar arasında bölünməlidir”.

Məzdəkilər əxlaqi normaların təmin olunduğu bir ortamın
olmasını arzu edirdilər. Onlar oğruluğu, yalanı, zülmü pisləyir,

23

istismarın hər cür formasına qarşı çıxırdılar. Məzdəkin fikrincə,
“insan özünə oxşayanı (insanı) öldürməməli, ət yeməməlidir,
ancaq o İşığın Qaranlıq üzərində qələbəsinə, cəmiyyətin bütün
üzvləri arasında dözümlülüyün (indi dəbdə olan terminlə desək,
tolerantlığın) və qardaşcasına məhəbbətin artmasına kömək
etməlidir”. Məzdək toplumda sosial bəlanı doğuracaq bütün
amillərə qarşı mübarizə aparmağın zəruriliyini irəli sürürdü. O
cəmiyyətin həyatında bərabərhüquqluluğun, dostluq və qardaşlığın
təmin edilməsi üçün acgözlük, paxıllıq, hərislik və s. kimi qeyri-
əxlaqi halları doğuran səbəblərin kökünü kəsməyin zəruriliyini irəli
sürürdü. Məzdək hesab edirdi ki, əmlak bərabərliyinin mövcud
olmadığı cəmiyyətdə istismarın kökü kəsilə bilməz. Bu barədə o,
deyirdi: “Tanrı torpaqdan yeməyi və bütün ehtiyacları, xalq onları
aralarında bərabər bölüşsün deyə yaratmışdır. Heç bir kimsə
digərinin payından alıb götürə bilməz. Hər kəsin varlıq baxımından
bərabər olması üçün, qətiliklə birinin ortaya çıxıb zəngindən
götürərək kasıba verməsi lazımdır. Hər kim olursa olsun, kimsənin
bir başqasından daha çox varlığa, mal-mülkə və birdən çox qadına
sahib olmağa haqqı yoxdur...”

Məzdəkiliyin ardıcılları belə hesab edirdilər ki, keçmişdə xeyir
qüvvələr şər qüvvələr üzərində qalib olduğu üçün insanlar sülh
və dostluq şəraitində yaşamışlar. Ancaq tarixi inkişafın müəyyən
pilləsində əks proses baş vermiş, şər qüvvələr təsadüfən xeyir
qüvvələrə qalib gəlmişdir. Elə bu zamandan Yer üzündə şər, paxıllıq,
oğurluq və müharibələr meydana gəlmişdir. O, deyirdi: “İnsanlar
qibtə, əzab, qisas, yoxsulluq, ehtiras kimi beş şeytan tərəfindən
düzgünlükdən uzaqlaşdırılar. İnsanlar bütün bunları məğlub etmək

24

və yaxşı bir inanc yolunda getmək üçün ortaq qadın-kişi bərabər
haqlarına sahib olmalıdırlar...”

Səmavi dinlərə qədər Azərbaycan ərazilərində bütpərəstlik
hökm sürmüşdür. Amma bu dövrdə bəzi inanclara, xüsusilə, oda,
suya, ağaca və səma cisimlərinə inam daha güclü olmuşdur. Min
illər keçməsinə baxmayaraq, bu inamın əlamətləri insanların
yaddaşında qalmış və bu gün də onların həyat tərzində özünü büruzə
verməkdədir. Məsələn, ilk insandan üzü bəri oda bütün dövrlərdə
qoruyucu, müqəddəs təmizləyici qüvvə kimi baxılmışdır. Odun hər
cür çirkinliyi yox etdiyinə və insanlara təmizlik gətirdiyinə inam
bəslənmişdir. Ümumiyyətlə, həyatın mövcudluğunu şərtləndirən əsas
komponentlər kimi od, su, torpaq və hava İslamın yayılmasına qədər
Azərbaycan ərazilərində yaşayan insanların etiqadında önəmli yer
tutmuşdur. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində
meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin
böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və
mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu
göstərir. Azərbaycan ərazisində Atropatenanın dini mərkəzi Qazaka,
Bakı, Şamaxı, Salyan və Lənkəranda atəşgədələr olmuşdur.
Suraxanıdakı atəşgah Hindistandan gələn atəşpərəstlərə xidmət üçün
XVIII əsrdə tikilmişdir.

Qafqaz Albaniyasında atəşpərəstlik xristianlıq tərəfindən təqibə
məruz qalsa da, mövcudluğunu qoruyub saxlaya bilmişdir. İslamın
Azərbaycana gəlişi ilə atəşpərəstlik tədricən əhəmiyyətini itirmiş və
aradan qalxmışdır.

25

Bütpərəstlik

Çoxallahlılıqla bağlı inancların məcmusu kimi bütpərəstlik ibtidai
dinlərin zəminində yaranmışdır. Azərbaycan əhalisinin bütpərəstlik
təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm (ruh
mənasını daşıyan latın sözü “anima”dan əmələ gəlmişdir. Ruhların
mövcudluğuna, heyvanların, bitkilərin, cansız cisimlərin, təbiət
qüvvələrinin ağlı olduğuna, onların fövqəltəbii qüvvəyə malik
olduğuna etiqad animizm adlanır), fetişizm (cansız cisimlərə, qayalara,
ağaclara, gildən düzəlmiş bütlərə, insanabənzər təsvirlərə sitayiş
fetişizm adlanır), totemizm (bir soya, tayfaya mənsub adamlarla bir
heyvan və ya bitki növü, bəzən də hansısa təbiət hadisəsi arasında
əlaqə, mənşə və qan qohumluğu olduğuna inanc), şamanlıqdan
(sehrçinin, türkəçarəçinin vəcd halında cuşa gələrək ruhlarla əlaqə
yaratması, şər ruhları qovması) tutmuş tanrıçılığa qədər müxtəlif
xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar
ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir.
Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çıraqlıda qədim tarixə
malik iri daş bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə
gil heykəllər aşkar etmişdir. Dədə Qorqud dastanlarında tanrıçılıq
inanclarına aid nümunələr tapmaq mümkündür.

Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil
olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən
təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər
sisteminin təşəkkülündə birgə iştirak etmişdir. Qədim Azərbaycan
ərazisində ölmüş əcdadların ruhlarına, qayalara və ağaclara (qayın,

26

palıd və s.), müxtəlif təbiət hadisələrinə və səma cisimlərinə pərəstiş
güclü olmuşdur. Tanrı xan adı ilə tanınan palıd ağacına da pərəstiş
edilir, at qurban kəsilirdi. Movses Kalankatvasi Alban hökmdarlarının
xristianlığı yaymaq üçün bütpərəstliyə qarşı çağırışları, ağac bütləri
kəsib atmaları barədə məlumat vermişdir.

Yəhudilik

Azərbaycan xalqının bu zənginliyini təsdiqləyən və min
illər ərzində ondan faydalanan xalqlardan biri də yəhudilərdir.
Azərbaycanda məskunlaşma tarixi 2600 il öncəyə gedib çıxan
yəhudilərin bu böyük tarixi dövr ərzində azərbaycanlılar tərəfindən nə
vaxtsa dini ayrı-seçkiliyə məruz qalmalarına dair heç bir fakt yoxdur.

Yəhudilər Azərbaycana gəlməmişdən bu ərazilərdə müxtəlif
dinlər və inanclar olmuş, lakin onların heç biri kənardan gəlməmiş,
burada formalaşmışdır. Bu baxımdan, Azərbaycana kənardan gəlmiş
ilk din olan yəhudilik həm də bu ərazilərdə yayılan ilk səmavi
dindir. Azərbaycanda ən qədim yəhudi icması sayılan dağ yəhudiləri
bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci xram adlanan
məbədin sökülməsi nəticəsində vətənlərini tərk etmiş qədim yəhudi
qəbilələrinin nəslindəndir.

Azərbaycanda üç yəhudi icması – dağ, əşkinazi və gürcü yəhudiləri
icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı təxminən
16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i
Bakıda, 4.000-i Qubada, min nəfəri isə digər şəhərlərdə yaşayır. Dağ
yəhudiləri hazırda ölkədəki bütün yəhudi diasporu arasında çoxluq
təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti

27

Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700
nəfərdir. Onların ölkəmizə gəlişi əsasən XIX əsrin sonuna, sənaye
bumu dövrünə təsadüf edir.

Bir fikrə görə, ən qədim yəhudi icmalarından olan dağ yəhudiləri
mənşəcə bir vaxtlar Assuriya və Babil şahları tərəfindən Fələstindən
çıxarılmış və Midiyada məskunlaşdırılmış İsrail oğulları nəslindəndir.
Onların əcdadları yəhudiliyə ilk iman gətirmiş insanlar olmuş,
Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan
bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib
edənlər arasında olmamışlar. Elə Midiyada ikən onlar tatlarla qaynayıb
qarışmışlar. Bunun təsiri altında dağ yəhudiləri fars dilinin qədim
arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar.

Başqa tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza
Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən
köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır,
bu şəhərlərdə Mesopotamiyadan köçürtdüyü farsları və yəhudiləri
yerləşdirirdi. Dağ yəhudilərinin danışdığı tat dili də həmin dövrdən
miras qalmışdır.

Hər halda deyə bilərik ki, dağ yəhudiləri Azərbaycana sasanilərin
siyasəti ilə bağlı olaraq 15 əsr bundan qabaq gəlmiş, imperiyanın
təhlükəsizliyini təmin etmək məqsədilə sərhəd məntəqələrində
yerləşdirilmiş, yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-
ənənələrini, həyat və düşüncə tərzini qoruyub saxlamışlar. Dağ
yəhudiləri əqidə məsələlərində əşkinazi yəhudilərlə müqayisədə daha
ortodoksaldır.

Hazırda Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə
sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Sloboda qəsəbəsi

28

bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadığı
yeganə yerdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi
icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə
əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət
mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini yaratmışlar.
2003-cü il martın 9-da Bakıda Avropada ən böyük yəhudi sinaqoqu
açılmışdır.

Yəhudi dininə mənsub insanlar təkcəAzərbaycanda yox, dünyanın
əksər ölkələrində yaşayırlar və məlum məsələdir ki, onlara münasibət
hər yerdə eyni deyil. Amma Azərbaycanda bu dinin mənsublarına
bütün tarixi dövrlərdə münasibət birmənalı olmuş, hansısa yəhudi
nə vaxtsa özünü “ögey övlad” kimi hiss etməmiş, əksinə, böyük
bir ailənin bərabərhüquqlu üzvü kimi həmişə Azərbaycanın rifahı
və inkişafı üçün çalışmışdır. Ümumiyyətlə, yəhudilərə göstərilən
münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə oluna bilər. Bu
fikir təkcə azərbaycanlıların və bu ölkədə yaşayan yəhudilərin yox,
həm də başqa dövlətlərin, o cümlədən İsrail vətəndaşı olan yəhudilərin
təsdiqlədiyi həqiqətdir.

Xristianlıq

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində,
hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə
nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra
yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi
möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk

29

xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu
dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin
adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey
Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ
edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir.
Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən əvvəl tikilmişdir.

313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad
üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı
dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın
yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır.

Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan
ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə
ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə
feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırlar. Bölgədə
kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban
dilinə tərcümə edilirdi.

Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə
İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı
dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşamış və ümumi
mədəniyyətimizin formalaşmasında yaxından iştirak etmişlər. Üstəlik
müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin müxtəlif qolları –
pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə
yayılmış və yaşamaq hüququ qazanmışdır.

Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra
bölgədə fərqli dini mühit formalaşmışdır ki, onun təsiri hələ də davam
etməkdədir. Çünki Rusiyanın işğalından sonra xristianlığın pravoslav
və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali

30

Azərbaycana köçürülmüş və bununla da ölkə əhalinin tərkibində
istər din, istərsə də məzhəb baxımından dəyişikliklər baş vermişdi.
Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin
inkişafı nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana
gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi daha
da zənginləşmişdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də
təsdiqləyir. 1913-cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian,
9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496
sektant, 262 nəfər təriqətçi yaşamış və həmin dövrdə Azərbaycanda
məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar,
məbədlər və s. fəaliyyət göstərmişdi. Məhz bu dövrdə Roma-katolik,
lüteran və bir sıra protestant icmaları formalaşmışdır. Bütün bunlar
onu göstərir ki, tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda
tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olmuş və təkcə
ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum
bəhrələnmişdilər.

Alban-udi xristian kilsəsi

Azərbaycanda xristianlığın tarixi alban kilsəsindən başlayır.
Qədim qaynaqlar sübut edir ki, alban kilsəsi nəinki Qafqazda, hətta
bütün xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol
mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm
də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban
məbədləri də təsdiqləyir.

Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi.
552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından,

31

xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın
rolu bir qədər zəifləməyə başlamışdı. VIII-IX əsrlərdə Azərbaycan
ərazisində müstəqil dövlətlər yarananda alban kilsəsi yenidən
avtokefal kilsə statusunu bərpa etmişdir.

Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi
qənaətinə görə, Şəkidə yerləşən, “Şərq kilsələrinin anası” sayılan və
günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian
məbədidir. Əslində dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti
Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri
xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə,
bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir.

Təəssüf ki,Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar
Ermənistan Azərbaycan xalqının tarixində böyük bir mərhələni
təşkil edən alban abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırmışdır.
Ermənistan işğal etdiyi ərazilərdə saxtalaşdırdığı alban məbədlərini
dünyada erməni abidələri kimi qələmə vermişdir. Halbuki, həm
tikilişinə, həm memarlıq xüsusiyyətinə, həm də dini atributlarının
formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban
ənənələri erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim
olduğunu təsdiqləyir.

Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin
hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban
kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq
və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya
qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz insanlara
çevrilməli idi. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən
çox bir dövrdə öz dininə, adət-ənənələrinə, tarixi vətəninə sadiq

32

qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi
ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Udili ziyalıların
təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi xristian icması yaradılmış və
müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir. İcmanın qeydiyyatı
Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi
ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Azərbaycan
hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və
Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa
edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ
rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi
açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi
və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması,
ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından
təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm
əhəmiyyət kəsb etməkdədir.

Alban-udi xristian dini icmasının qeydiyyata alınması formal
olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter,
məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir
hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada
10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o
cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində
yaşayır.

33

Pravoslavlıq

Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən
rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində
nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə
fəaliyyətə başlamışdır.

Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır
nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza
sürgünü başlanmışdır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə
Şamaxı qəzasında Altıağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında
Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı – Ruslar,
1844-cü ildə isə Gədəbəydə Slavyanka kəndlərini salırlar. 1868-ci
ildə Bakı quberniyasında 21 sektant kəndi var idi ki, burada 13 min
sektant yaşayırdı.

Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət
evlərinin inşasında azərbaycanlılar da fəal iştirak etmişlər. Məsələn,
Bakıda yeni “Aleksandr Nevski” kafedral kilsəsinin tikilməsinə həm
müsəlmanlar, həm də yəhudilər maliyyə yardımı etmişlər. Müsəlman
ruhanilər dindarları kilsənin tikintisinə yardım göstərməyə çağırmış,
hətta müsəlman qadınlar öz gümüş zinət əşyalarını metal zənglərə
əlavə olunması üçün kilsəyə bağışlamışlar. Başqa bir fakt: Arxangel
Mixail məbədi yanan zaman bir çox müsəlman onun bərpasına kömək
göstərmişdir. Pravoslav ruhanilər bunun səbəbini soruşduqda isə belə
cavab vermişlər: “Tanrının evi yanan şəhərə müsibət üz verər”.

34

Katoliklik

Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca
səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda
hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin
əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş
yayılmış, hətta bu dövrdə Azərbaycanın ən iri şəhərlərində katolik
monastırları və məktəbləri fəaliyyət göstərmişdir.

Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə
və tibb fəaliyyətindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər
verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində – neft
bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda
katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır.

Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu
tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar
olaraq yaradılmışdır. Prixod Tetri-Skarodakı (Gürcüstan) Roma-katolik
hərbi prixoduna tabe idi. 1882-ci ildə Bakı prixodu müstəqilləşir. 1895-
ci ildə Müqəddəs Məryəmin Bakirə Hamiləliyi şərəfinə kilsə, 1903-cü
ildə isə Bakı qəbiristanında Müqəddəs Xaç kilsəsi tikilir. 1909-1912-ci
illərdə Bakının gözəl memarlıq abidələrindən sayılan yeni Müqəddəs
Məryəmin Bakirə Hamiləliyi kilsəsi qotik üslubda inşa edilir. Sovet
dövründə kilsə dağıdılır. 1999-cu ildə Bakıda Roma-katolik icması
yenidən bərpa olunur. 2001-ci ildə icma öz ibadət evini yaradır. 22-23
may 2002-ci ildə Roma-katolik kilsəsinin sabiq başçısı Papa İoann II
Pavel Bakıda rəsmi səfərdə oldu. 2008-ci ildə Bakıda Roma-katolik
kilsəsi üçün inşa olunmuş yeni binanın açılışı olmuş, tədbirdə dövlət
rəsmiləri və xarici qonaqlar iştirak etmişdir.

35

İslam

Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-cu il)
başlanmışdır. Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan,
Beyləqan, Bərdə, Şirvan, Muğan və Arranı fəth edir, Xəzər sahili
boyunca Dərbəndə kimi irəliləyirlər. Tarixçi Bəlazurinin məlumatına
görə, artıq xəlifə Əli ibin Əbu Talibin hakimiyyəti dövründə (656-
661) Azərbaycan əhalisinin əksəriyyəti İslam dinini qəbul etmişdi.
Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri
ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb
yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali
vergiləri verməkdən imtina etdiyi halda hücumlar başlanırdı.

İslam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə
silah gücünə həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst
əhaliyə İslamı qəbul etmək təklif olunurdu, qəbul edənlərə
toxunulmurdu. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə
ödəyir və müsəlmanların himayəsi altında olurdular. İslamı qəbul
etməkdən imtina edənlər müsəlmanlarla döyüşməli olurdular. Sərhəd
məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri
möhkəmlətmək üçün xilafətin müxtəlif vilayətlərindən gələn
müsəlmanlar burada yerləşdirilir, İslamı qəbul etməyən yerli əhali bir
qədər kənara köçürülürdü.

Azərbaycanda islamlaşma prosesini bir neçə mərhələyə bölmək
olar. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə
qədər davam edən İslam fütuhatları dövrünü götürmək olar. Bu
mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin
öz müstəqilliyini itirməsi ilə bitir. Bu mərhələnin sonunda İslam

36

Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk
növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni
din tacir və sənətkarlar arasında yayılırdı, çünki ərəblər bu siniflərə
güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər
və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə
çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub
saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və
İraqda Büveyhilərin hakimiyyətə gəlməsinə qədərki dövrü əhatə
edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və
Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini
itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi
müstəqilliyini bərpa edir. Lakin yeni din olan İslam dini bölgədə
sürətlə yayıldığından xristianlığın nüfuz dairəsi bir qədər zəifləyir.
Bu dövrdə İslama mənsubluq şüuru güclənir, amma etnik köklərlə
bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin
ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür.
Babək hərəkatı (816-838) buna parlaq misaldır. Sərhəd məntəqələrində
İslam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında isə şiəlik fəallaşmağa
başlayır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055)
əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır
və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri
aparıcı məzhəblər olur. Sufilik də özünə xeyli ardıcıl tapır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII
əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir,
şiəliyin mövqeləri zəifləyir. Şafi məzhəbi aparıcı məzhəbə çevrilir,

37

sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar
İslamı xristianlığın təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı -
XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik
güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən
Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən nüfuzlu
nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə
təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı
- 1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin
qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı
- 1487) ardıcıllarından idi. İbrahim ibn Məhəmməd Gülşəni (vəfatı -
1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə
təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən
nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza
nüfuz etmişdir.

Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən
Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər
şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı
əmmamə bağlayırdılar. Buna görə də onlar “qızılbaşlar” adlanırdılar.
Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni
hənəfi məzhəbini yaymağa başladılar.

Tarixi faktlar təsdiqləyir ki, İslamın Azərbaycanda yayıldığı
dövrdə xalqın narazılığını əks etdirən etirazlar və qiyamlar baş vermiş,
amma bu etirazlar dinə yox, siyasi hakimiyyətə qarşı yönəlmişdi. Digər
tərəfdən, əgər İslam qılınc gücünə yayılsaydı, onun Azərbaycanda
ömrü bu qədər uzun olmaz və ümumxalq dininə çevrilməzdi. Dini
birlik şüuru etnik və ya milli birlik şüurundan daha güclü və əhatəli

38

olduğundan İslam yeni müsəlman sivilizasiyasının təməlində durdu
və türk xalqları bu dini qəbul etməklə nəinki daha əhatəli və zəngin
bir sivilizasiyaya qoşuldular, həm də bu sivilizasiyanın təşəkkülündə,
inkişafında, zənginləşməsində mühüm rol oynadılar.

Çünki on beş əsr boyunca bu coğrafiyada yaşamış və yaratmış
insanlar İslam mədəniyyətinin çiçəklənməsi üçün əllərindən gələni
əsirgəməmiş və bu mədəniyyətin layiqli və görkəmli nümayəndələrinə
çevrilmişdilər. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək
mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız
təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir
anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və
mədəniyyətini inkar etmiş olarıq. Azərbaycanda İslamla bağlı önəmli
məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə
yayılmışdır. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz
regionunda yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu
oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən qəbul
edilir.

Beləliklə, əlverişli coğrafi şərait, zəngin təbii sərvətlər, mərkəzi
ticarət yollarının üzərində və fərqli mədəniyyətlərin qovşağında
yerləşməsi, etnik və dini müxtəliflik, təsərrüfat və mədəni həyatın
yüksələn xətlə inkişaf etməsi, eləcə də bir sıra digər əlverişli amillər
Azərbaycanı bütün zamanlarda, o cümlədən Orta əsrlərdə də müxtəlif
xalqlar və mədəniyyətlərin daşıyıcıları üçün cazibədar etmişdir.
Azərbaycanın zaman-zaman böyük köçkün axınları ilə üzləşməsinə
baxmayaraq, müxtəlif xalqlar və etnik qruplar bu torpaqlarda həmişə
sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamış və öz identikliyini
qoruyub saxlaya bilmişdilər. Azərbaycan o məkanlardandır ki, burada

39

tarixən dünyanın qabaqcıl mədəni dəyərlərinin təbii, tarixi qovuşması,
qarşılıqlı faydalanması prosesi getmiş, eləcə də multikultural və
tolerantlığı özündə əks etdirən ənənələr formalaşmışdır.

VII əsrin əvvəllərində tarixi Azərbaycan torpaqlarında
zərdüştilik və xristian dinləri hakim mövqeyə malik, musəvilik
isə qismən mövcud olsa da, həmin dövrlərdən etibarən Ərəbistan
yarımadasında meydana gələn İslam dini tezliklə digər kənar
ərazilərə, o cümlədən Azərbaycanda da yayılmağa başladı və
ölkədə Ərəb xilafətinin hökmranlığı bərqərar olduğu dövrdə hakim
dinə və aparıcı ideologiyaya çevrildi. Azərbaycan torpaqlarında
İslamın hakim ideologiyaya çevrilməsinə baxmayaraq, digər dinlər,
xüsusilə də səmavi dinlər öz mövcudluğunu qoruyub saxlaya bildi.
Qeyd edək ki, orta əsrlərdə Azərbaycanda tolerant və multikultural
mühitin formalaşmasında, hakim ideologiyaya çevrilmiş İslamın
başqa dinlərə loyal və müsbət münasibəti əhəmiyyətli rol oynadı.
Çünki İslam düşüncəsi, onun fundamental əsasları sayılan müqəddəs
Qurani-Kərim müxtəlifliyə dözümlü münasibət sərgiləyərək, digər
din və mədəni qrupların mövcudluğunu qəbul edirdi. Quran “Sizin
hər biriniz üçün bir şəriət və bir yol təyin etdik” (“əl-Maidə”
5/48), “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“əl-Kafirun”
, 109/6) deyərək, hər kəsin seçdiyi özünəməxsus inanc ilə bir “yol”
qət edə bilmə imkanını tanıyır. İslamın müqəddəs kitabında bildirilir
ki, xalqlar arasında qarşılıqlı münasibət və etimad onların bir-birini
tanımasından keçir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından
yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və
qəbilələrə ayırdıq...» (“əl-Hucurat”, 49/13).

İslam etnik və irqi ayrı-seçkiliyi rədd edərək insanlar arasında

40

qarşılıqlı münasibətlərin qurulmasını təbliğ edirdi. Məhəmməd
peyğəmbərə aid edilən hədislərin birində deyilir: “Ey camaat, bilin
ki, sizin Allahınız bir və ata-ananız da birdir. Ərəbin qeyri-ərəbdən
üstünlüyü yoxdur. Qeyri-ərəb də ərəbdən üstün deyil. Qaradərili sarı
dəriliyə nisbətən üstün deyil. Fəqət üstünlük təqva ilədir! Mən Allahın
əmrini sizə söylədimmi?” Cavab verdi: “Bəli”. Peyğəmbər buyurdu:
“Bu sözləri eşidənlər, eşitməyənlərə yetirsinlər”. (“Təfsiri Qurtubi”
c. 9, səh. 6162).

İslam və onun fundamental əsasları sayılan Quran və Sünnədə
İslamın qəbul edilməsində zor və məcburiyyətin olmaması prinsipi
bəyan edilir: “Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq
doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs
Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirərsə,
o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən)
yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”
(“əl-Bəqərə”, 2/256).

İslam inancın güclə qəbul etdirilməsinin əleyhinədir. Quranda bu
iş Allahın iradəsinə bağlanır. “Əgər Rəbbin istəsəydi, yer üzündə
olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi
məcbur edəcəksən?! (Bu sənin işin deyil. Sənin işin ancaq İslamı
təbliğ etməkdir”) (“Yunus”, 10/99).

Tarixi faktlar da İslamın digər inanc sahiblərinə mülayim
davranmasını təsdiq edir. Görkəmli rus alimi V.V.Bartold yazırdı
ki, İslam zorakılıqla yayılmamışdır, bu dinin yayıldığı ərazilərdə
nə xristianlar, nə də zərdüştlər təqibə məruz qalmamışlar. Orta əsr
ərəb tarixçisi Yaqut əl-Həməvi ərəblərin Qafqazda yerli əhali ilə
bağladıqları müqavilələrdə öhdəlik götürməsindən bəhs edərək qeyd

41

edirdi ki, “... əhalidən heç kim öldürülməyəcək, əsir edilməyəcək,
atəşgədələrdən heç biri dağıdılmayacaq..., əhaliyə bayramlarda
öz rəqslərini ifa etməyə, əvvəllər nə edirdilərsə, onu etməyə mane
olmayacaqlar”. Digər tərəfdən bu dininin yayıldığı arealda İslam
tərəfindən bərabərlik, ədalət, doğruluq (“Bütün insanlar qardaşdır;
bütün insanlar Allah qarşısında bərabərdir”) və s. kimi əxlaqi
prinsiplərin vəd olunması, ayin (sitayiş forması) məsələsində sadəlik
və s. kimi amillər İslamı cazibədar edirdi. Buna qədim Şərqin dinlərinə
məxsus ayinçiliyin, xüsusən zərdüştilik üçün səciyyəvi olan ibadət
zamanı möminin pak olması tələbinin qalması da təsir göstərirdi.

Haşiyə

Şərqşünas alimlər qeyd edir ki, Mədinə şəhərinin özündə və
ətrafında yaşayan yəhudi və xristian dininə mənsub icma rəhbərlərini
Məhəmməd peyğəmbər hicrətin ikinci ilində bir araya gətirərək
tarixdə ilk dəfə olaraq sivilizasiyalar arasında böyük andlaşma
(müqavilə) imzalamışdı. Bu andlaşmanı Məhəmməd peyğəmbər özü
diktə edib yazdırmışdı. Andlaşmada göstərilirdi ki, dinindən asılı
olmayaraq bütün insanlar Allahın yaratdığı bəndədir. Bir bəndənin
digərinə zülm etmək, onun haqqını əlindən almaq və ya onun canına
qəsd etmək ixtiyarı yoxdur. “Tövrat” da, “İncil” də Allahın yer
üzünə nazil etdiyi müqəddəs kitablardır. Allahın birliyinə və səmavi
kitablara tapınanların dininə hörmətlə yanaşılmalıdır.

İslama və Qurana hörmət bəsləyən yəhudi və xristianlar da
müsəlmanlar kimi musəvi hüquqa malikdirlər. Onlara müxalif
olunmaz. Müsəlmanların sülhü birdir. Müttəqi möminlər ən düz yol

42

üstündədir. Müttəqilər birisini himayəsinə ala bilməz, möminlərin
arasına girə bilməz. Bütün möminlər buna riayət etməlidir. Özgə yol
onlara halal deyil. Qatilə yardım edən möminin cəzası Allahın qəzəbi
və lənətidir. Belə möminin nə fərzi, nə də tövbəsi qəbul olunmaz.
Sizin hər hansı bir məsələdə mübahisəniz düşərsə, onun həlli üçün
hakim Allah və onun rəsuludur. Əgər yəhudilər də, xristianlar da
mömindirsə, onlar da müsəlmanlarla bərabər tutulur və eyni hüquqa
malikdir. Bəni yəhudilər və İsaya sığınanlar möminlərə arxa çıxan
ümmətdirlər.

Bu andlaşmaya (müqaviləyə) qarşı çıxanlara birlikdə cavab verilir.
Bu andlaşma ilə razılaşan inasanlar bir-birini günah işlətməkdən
qorumalı, heç kimə zərər verməməlidir. Məzlum insanlara yardım
edilməlidir. Bu andlaşmaya tabe olanlar üçün Mədinənin içərisində
dava etmək qadağandır. Qonşu zərər vermirsə və günah işlətmirsə
xanə sahibi hesab olunur. Mədinə şəhəri hücuma məruz qalarsa
andlaşmaya imza atan insanlar sülh bərqərar edilənə kimi bir-birinə
kömək etməlidir. Bu andlaşmaya əməl edənlərə Allah mükafatını
verər. Bu andlaşma zalım və günahkar adamlara haqq qazandırmaz.
Mədinənin kənarında və içərisində yaşayan hamı təhlükəsizdir. Ancaq
zalımlar və qatillər istisnadır. Bu andlaşmanı qəbul edənlər arasında
yarana biləcək ixtilafı Allah və onun elçisi Həzrət Məhəmməd həll
edər.

İslam peyğəmbərinin yazdırdığı və o zamanın siyasi və mədəni
həyatında tolerantlığın əsasını qoyan bu sənəddə əsas hökmlər belə
sıralanır:

1. Bir ümmət olaraq birləşənlər bir-birinə ictimai yardım etmək
zərurətindədir;

43

2. Hər cür fitnə-fəsada mane olacaqlar;
3. Adam öldürmək qadağandır və qan bahası qüvvədədir;
4. Yəhudilər və xristianlar müstəqil din azadlığına malikdirlər.
Onların dinlərinə müdaxilə etmək olmaz;
5. Yəhudilər və xristianlar müsəlmanlarla müttəfiqdirlər və
onların dostanə münasibətləri davam edəcək;
6. Tərəflərdən biri 3-cü bir tərəflə müharibə edərsə, o birisi ona
yardım edəcək;
7. Heç bir tərəf müşriklərə kömək etməyəcək;
8. Mədinə içərisində hərb qadağandır;
9. Mədinəyə hücum olarsa bütün tərəflər onu qorumalıdır. Bir
tərəf düşmənlə sülhü qəbul edərsə, o biri tərəflər də qəbul etməlidir;
10. İstər Mədinədə, istərsə də kənarındakı adamlar təhlükəsizlik
içərisində yaşamalıdır.
Baxın, 14 əsr əvvəl yazılmış din azadlığını, onun birgəyaşayış
normalarını, insanın yaşamaq haqqını, mal və can təhlükəsizliyini
müdafiə edən bu müqavilə insan hüquqlarını qorumaq baxımından
bu günümüzlə necə səsləşir. Adam öldürməyi qadağan edir, zülm
və istibdadı yıxır, hər cür nahaq hərəkəti aradan qaldırır. Bu gün
İslam peyğəmbərinə hörmətsizlik göstərən söz azadlığı, demokratiya
uğrunda mübarizlər və onların tərəfdarlarının, Həzrət Məhəmmədin
bəşəriyyətə nələr bəxş etdiyini anlamaq üçün bu müqaviləyə
nəzər salması kifayətdir. Tərəqqipərvər bəşəriyyət bunun böyük
əhəmiyyətini tarix boyu qeyd etmişdir.
Bu sənəd insanlara müəyyən hüquqlar verməklə yanaşı, onların
üzərinə bəzi vəzifələr və məsuliyyət də qoyur. Dünya o zamana qədər
belə bir inqilabın şahidi olmamışdır.

44

O zamana qədər bəşəriyyət istibdad, zülm və anarxiya içərisində
batıb qalmışdı. Məhəmməd peyğəmbərin dünyaya bəxş etdiyi
bu sənədin əks-sədası Ərəbistan üfüqlərindən aşaraq dünyaya
yayılmışdı. Bütün insanlıq bu yenilik qarşısında heyranlıqla dayandı.
Sivilizasiyalar arasında bağlanan bu müqavilə bəşəriyyətə təzə bir
istiqamət, yeni mütərəqqi yaşam tərzi bəxş etdi.

Qeyd edək ki, İslam dini özü ilə bərabər bəşəriyyətin tarixinə yeni
tipli bir mədəniyyət gətirdi. Bu mədəniyyət İslam dinini qəbul edən
millətlərin birgə səyi ilə meydana gətirdikləri ortaq bir mədəniyyətin
adı idi. İslam həm din olaraq, həm də bir dünyagörüşü və mədəniyyət
kimi özündən əvvəlki və mövcud dünyadakı mədəni dəyərlərdən
faydalanaraq bu mədəniyyəti ortaya qoya bilmişdir. Mirzə Kazım
bəy (1802-1870) yazırdı: “…bu təlimin çox ehkamları xalqın mövcud
mövhumi inancları, yaxud onun məişəti və özünü əhatə edən təbii
şəraitlə uyğunlaşırdı. Özü də o özündə yalnız bütpərəst ərəblərin deyil,
həm də xristianların da, yəhudilərin də, maqların da, budda dinindən
olanların da mövhumati inanclarını və ehkamlarını elə birləşdirmişdi
ki, bütün dinlərin nümayəndələrinin fikrinin heç olmasa bir hissəsini
(bir-biri ilə) uyğunlaşdıra bilmişdi”.

Orta əsrlərdə, İslamın hakim olduğu dövrlərdə ayrı-ayrı
xalqların mədəni özünəməxsusluğunu qoruyub saxlaya bilməsi
və bir çox fərqli məzhəblərin və dinlərin bir arada yaşaya bilməsi
İslam dünyasında tolerant və multikultural mühitin olması haqqında
mülahizələr yürütməyə imkan verir. Azərbaycan da İslam dünyasına
aid belə məkanlardan biri idi. Orta yüzilliklərdə Azərbaycanın
zəngin dini, etnik-mədəni ənənə-lərə, eləcə də inkişaf etmiş iri
şəhərlərə və təsərrüfat həyatına ma¬lik olması Azərbaycanı İslam

45

dünyasının qabaqcıl, inkişaf etmiş mərkəzlərindən birinə çevirmişdi.
Təbriz, Marağa, Ərdəbil, Şa¬ma¬xı, Gəncə, Naxçıvan, Bərdə və s.
kimi şəhərlər İslam mədə¬niyyətinin inkişaf etdiyi mərkəzlərdən
sayılırdı. Ancaq İslam mədəniyyətinin ciddi təsirlərinə bax¬mayaraq,
Azərbaycan ərazisində yaşayan xalqlar, o cümlədən azərbaycanlılar
mədəni özünəməxsusluğunu qo¬ruyub saxlaya bildilər.

İslamın hakim mövqe tutduğu orta əsrlərdə Azərbaycan ərazisində
xristianlıq və musəvilik kimi dinlər də paralel olaraq mövcud idi və
bu dinlərin daşıyıcıları öz inanclarını sərbəst həyata keçirə bilirdilər.

İslamın əhli-kitab dinlərinə loyal münasibəti bu dinlərə sitayiş
edən xalqların İslam arenasında sərbəst həyat sürmələrinə geniş
imkanlar yaradırdı. Orta çağlarda İslam dünyası, o cümlədən
Azərbaycanda yaşayan müxtəlif xristian və yəhudi icmaları İslam
dünyası içində öz dünyalarını yaratmışdılar. Kilsələr və sinaqoqlar
həmişə öz muxtariyyətliyini qoruyub saxlayırdı. Onlar müxtəlif
bağlaşmalarla özünə güvənc qazanırdı.

Akademik V.Bartold “Xəzəryanı ərazilərin İslam tarixində yeri”
adlı əsərində ərəblərin gəlişi dövründə nəsranilərə işarə edərək yazır:
“Ərəblər Sasanilərin sərhəd ərazilərini tutanda bu bölgələrin dini kimi
xristianlıqdan danışırlar, zərdüştlüyün ardıclları isə heç xatırlanmır.
Sasanilərin qərb ərazilərində nəsranilik xristianlığın xüsusi təlimi
şəklində təşəkkül tapdı. Onlar Bizansda təqib olunurdular. Burada isə
təqiblər olmadığı üçün nəsranilik hakim vəziyyətdə idi”.

XII-XIV yüzilliklər xristianlığın Azərbaycanda yenidən
çiçəkləndiyi bir dövrdür. Xüsusilə də, güclü Atabəylər dövlətinin
mövcudluğu dövründə, digər dini icmaların sərbəst həyat sürməsi
haqqında tarixi məxəzlərdə yetərincə məlumat var. Məsələn, bir

46

erməni salnaməçisinin məlumatında deyilir: Atabəy Eldəniz “…
xristianları sevir və ölkənin abadlığına qayğı göstərirdi”, o “xeyirxah
xasiyyəti və sülhpərvərliyilə fərqlənirdi”.

Təsadüfi deyil ki, məhz bu dövrlərdə Qarabağda xristian albanlar
qısa müddətə olsa da Həsən Calalın rəhbərliyində Xaçın çarlığı kimi
siyasi təsisat yarada bilmişdilər.

Səfəvilər dövründə də Səfəvi hökmdarları tərəfindən xristianlara
bir sıra hüquqlar verilmişdi. Bu hüquqlara əsasən kilsə rəhbəri öz
ixtiyarı ilə ruhani rəislərini tutduğu vəzifədən azad edir, keşişləri
ruhanilikdən ayırır, dini ayinlər haqqında qərar verir, nikah işlərini
idarə edirdi. I Abbas 1599-cu ildə Səfəvi imperiyasının ərazisində
xristianlığın təbliğinə icazə verən fərman imzalamışdı.

1623-cü ildə Şah Abbas imzaladığı bir ticarət müqaviləsi ilə
hollandiyalılara kilsə və dini mərkəzlər qurmaları üçün imkan vermiş,
həmin əcnəbilərin, xüsusən də tacirlərin evindəki kimi rahat hərəkət
edə biləcəyi bir mühit yaratmışdı.

Orta əsrlərdə Azərbaycanda iudaist dininin daşıyıcısı olan
yəhudi icmaları da mövcud idi. Azərbaycanda müxtəlif adlarla (“dağ
yəhudiləri”, “tat cuhudları”, “tat yevreyləri”) tanınan yəhudilərin
məskunlaşması tarixi ilk orta əsrlərə gedib çıxır.

Yəhudilər əsasən sənətkarlıqla və ticarətlə məşğul olurdular. Orta
əsrlərdə ölkənin ayrı-ayrı bölgələrində ləl-cavahirat ticarəti onların
əlində cəmləşmişdi. Səfəvilər dövründə musəvi inanclı insanların
Səfəvi imperiyasının ərazisində sərbəst yaşaması üçün heç bir
maneə yox idi. Avropa ilə ticarət əlaqələrində yəhudi tacirləri xüsusi
mövqeyə malik idi.

Qeyd edək ki, orta əsrlərdə yəhudilər adətən məskunlaşdıqları

47

ərazidə öz icmalarını quraraq yerli əhali ilə eyni yaşayış məntəqəsində
yaşayırdılar. Lakin XVIII əsrdən etibarən Azərbaycanda ayrıca
yəhudi yaşayış məntəqələri yaranmağa başlayır. Azərbaycanda
məlum olan yəhudilərin ən qədim və ən iri yaşayış məntəqəsi Qudyal
çayının sol sahilində, indiki Qubada yaşayan yəhudilər qəsəbəsindən
təxminən 3 km. yuxarıda yerləşən Kulqat adlı yaşayış məntəqəsi
olmuşdur. Yəhudilər burada 1731-ci ildə məskunlaşmışdılar. Quba
xanı Hüseynqulu xanın dağ yəhudilərinə xoş niyyətli münasibəti
nəticəsində onun hakimiyyətinin ilk illərində Kulqatdan gələn
yəhudilər bu gün “Qırmızı qəsəbə” adlanan yəhudi yaşayış məskəninin
əsasını qoymuşlar.

Bu dövrlərdə Azərbaycanda yaranmış ikinci iri yəhudi yaşayış
məntəqəsi Şamaxı qəzasında yerləşən Mürcü kəndi sayılırdı. XIX
əsrin 70-ci illərində Şamaxı qəzasında yerləşən Mürcü kəndinin
əhalisi Göyçay qəzasına köçərək burada Mürcü Həftəran kəndinin
əsasını qoymuşlar. Yəhudilərin Azərbaycanın digər bölgələrində, o
cümlədən Oğuzda da kompakt şəkildə yaşaması məlumdur. Bu haqda
M.Bajenov 1894-cü ildə çap etdirdiyi bir məqaləsində yazırdı ki, dağ
yəhudiləri 200 il bundan əvvəl Vartaşendə (Oğuz) məskunlaşaraq
burada 60 bacadan ibarət “Cühudlar” adlı məhəllənin əsasını
qoymuşlar. Oğuzda yaşayan yəhudi əhalisinin əsas hissəsini İranın
Gilan vilayətindən çıxanlar təşkil edirdi. XIX əsrdə isə onlar Oğuz
yaşayış məntəqəsində yaşayan əhalinin 1/3-ni təşkil edirdi. 1885-ci
ildə yəhudilərin sayı burada 2282 nəfər idi.

Əsrlərlə Azərbaycan xalqı ilə iç-içə yaşayan yəhudilərə
Azərbaycanda həmişə dost münasibət olmuş, onlar bu torpaqlarda
sərbəst olaraq öz dini ibadətlərini yerinə yetirə bilmiş və onların

48

dini azadlığı üçün təhlükə olmamışdır. Eyni zamanda Azərbaycanda
yaşayan dağ yəhudiləri öz milli xüsusiyyətlərini qoruyub saxlasalar
da onların dilinə, adət ənənələrinə, məişət həyatına yerlilərin böyük
təsiri olmuşdur. Bu gün yəhudilərin işlətdiyi tat dilinin tərkibində
qədim yəhudi, türk, hətta ləzgi dilindən də alınma xeyli sözlər vardır.

Azərbaycan bədii-fəlsəfi düşüncəsində
tolerantlıq ideyaları

Orta əsrlər Azərbaycan poetik məktəbinin nümayəndələrinin
əsərlərində ümumbəşəri dəyərlərin təbliği məsələsi başlıca yerlərdən
birini tutur.

Söz sərrafı olan və bədii yaradıcılığın ən gözəl nümunələrini
yaradan Nizami Gəncəvinin əsərləri bu cəhətdən xüsusilə fərqlənir.
Onun yaradıcılığına əsasən deyə bilərik ki, şairin yaradıcılığında
multikultural və tolerantlıq elementlərinə rast gəlmək mümkündür.

Nizaminin “Yeddi gözəl” poemasında çoxmədəniyyətli mühitin
həyati bir mənzərəsi ilə rastlaşırıq. Müəllif yeddi iqlimdən olan
fərqli inanc sahibləri qadın tiplərini – hind, rum, slavyan, məqrib,
xarəzm, çin, türk qadınlarını hökmdar Bəhramın ətrafında bir araya
gətirir və bu qadınlar ona dünyanın müxtəlif bölgələrində baş vermiş
əhvalatları nəql edirlər. Əsəri tədqiq edən müasir araşdırmaçılar
burada orta çağ dünyasının kosmik modelinə diqqət çəkir, bu modeldə
məkanın yeddi iqlimə bölündüyü, hər iqlim və həmin iqlimdəki
ölkənin göyün bir qatına uyğun sayıldığını, yeddi gözəlin də ayrı-
ayrılıqda mənsub olduqları iqlimlərə uyğun simvollarla bəzədilmiş
saraylarda yerləşdirilməsini qeyd edərək maraqlı qənaətlərə gəlirlər.

49

Qənaətlərdən biri budur ki, əsərin baş qəhrəmanı Bəhramın hər iqlimə
aid bilinən ulduzun rəngində geyinərək həmin sarayları ziyarətini
kosmik harmoniyaya qoşulmanın simvolu kimi qavramaq lazım gəlir.
Əsərdə Bəhramın bir şəxsiyyət kimi kamilləşməsi prosesi də gedir. Və
bu kamilləşmənin məhz multikultural mühitdən keçərək baş tutması
oxucuda şüuraltı olaraq o fikri möhkəmləndirir ki, ümumən bəşərin
real tərəqqisində multikulturalizmin alternativi yoxdur.

Ümumiyyətlə, dahi Nizaminin bədii təfəkkürü multikulturalizm
impulsları ilə yüklü bir məzmunda olduğundandır ki, onun milyonlarla
müsəlman oxucusu, öz dillərinə tərcümələrdə onun əsərlərini oxuyan
xristianlar, yəhudilər, buddistlər və başqaları zaman-zaman bu
ovqatı yaşamalı olur. Onun son əsəri Makedoniyalı İsgəndərə həsr
etdiyi “İsgəndərnamə” poeması olmuşdur. İsgəndər, Nizaminin
yazdığına görə, öz vətənində görmədiyi bir çox real hadisələrə
həyatın möcüzələri kimi baxır. Əsərdə ən əhəmiyyətli mədəni hadisə
İsgəndərin «başçısızlar» ölkəsinə gəlib çıxmasıdır. O, buradakı
insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə
üsulunu gördükdə heyrət edir. Nəhayət İsgəndər şimal zülmətində
dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir,
əbədi həyat axtarır. İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən
yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə
xəbər verir. Beləliklə, İsgəndər Yunanıstanda deyil, şərqə səyahətləri
dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi
dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik
məqamına yüksəlir. Bu cəhətdən “İsgəndərnamə” Nizaminin bədii-
fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

O, makedoniyalı fateh və antik dövr yunan filosofları – Əflatun,

50

Sokrat, Aristotel və s. haqqında dərin məlumatlara malik olmuşdur.
Əsərlərindən də göründüyü kimi, o qədim yunan, hind filosoflarına
böyük rəğbət bəsləmiş, Əl-Fərabi, İbn Rüşd, İbn Sina və sair kimi İslam
mədəniyyətinin yetişdirdiyi nəhəng zəka sahiblərinin da yaradıcılığına
bələd olmuş və onların mirasına tez-tez müraciət etmişdir.

Y.E.Bertels şairin qonşu gürcü və erməni dillərinə də bələd
olduğunu və bəzi qədim mənbələri bu dillər vasitəsilə öyrəndiyini
ehtimal edir. Qeyd edək ki, Nizami Gəncəvi üçün şəxsiyyətin ən
yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə
rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars, ərəb, çinli,
hindli, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Onun
qəhrəmanları ədalət, xalq xoşbəxtliyi, yüksək məqsədlər uğrunda
mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin
yaradıcılığının aparıcı mövzularındandır.

Humanist şair müxtəlif dinlərə mənsub qəhrəmanların heç
birinin milliyyətinə, dini görüşlərinə qarşı çıxmır, fərqli fikir və
mədəniyyətlərə hörmətlə yanaşır. Nizami vahid din ideyasını irəli
sürməklə xalqlar, millətlər, milli etnik qruplar, tayfalar arasında
mövcud olan münaqişələrə son qoymaq istəyir. Nizami xalqların
adını çəkərək də onların mənsubiyyətinə hörmətlə yanaşır. O qara
dərili zəncinin açıq qəlbə və möhkəm xüsusiyyətə malik olduğunu
qeyd edərək irqi mənsubiyyəti əsasında insana qiymət verməkdən
çəkindirir:

Zəncinin zahiri qaradır, ancaq,
Sən ağzından çıxan saf sözlərə bax.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır!


Click to View FlipBook Version