(ə) onların istəkləri ilə razılaşmadı. Onlar gizli şəkildə Mədinədən çıxıb
Məkkəyə gəldilər, orada əməvilərin sərmayəsindən istifadə edərək
qoşun yığdılar (qoşuna Ayişə başçılıq edirdi) və Bəsrəni ələ keçirdilər. Əli
(ə) onların qarşısını almaq üçün yola düşdü. Bəsrənin yaxınlığında döyüş
başladı, nəticədə Əli (ə) onları məğlub etdi. Bu, tarixdə Cəməl müharibəsi
adı ilə məşhurdur.
QASİTİNLİLƏRLƏ MÜHARİBƏ
Müaviyə Əlinin (ə) xilafətindən çox-çox qabaq xilafətin müqəddiməsini
hazırlamışdı. İmam (ə) xilafətə seçiləndə dərhal onun işdən kənar-
laşdırılmasına dair hökm verdi, onun Şama hakim olması ilə əsla
razılaşmadı. Bu ixtilafın nəticəsində İraq və Şam orduları Siffeyn adlı
yerdə qarşılaşdılar. Əli (ə)-ın ordusunun qələbə çalmasına az qalırdı,
amma Müaviyə hiyləgərliyə əl atıb Əli (ə)-ın tərəfdarları arasında təfriqə
saldı. Nəhayət, İmamın (ə) qoşunundakı adamların çoxlu israrından sonra
o Həzrət məcbur qalıb Əbu Musa Əşəri və Əmr Asın hakim olmasına
razılıq verdi. O iki nəfər islam və müsəlmanların məsləhəti və mənafeyi
barədə tədqiqat aparmalı, sonradan öz nəzərlərini bildirməli idilər. İş o
yerə çatmışdı ki, əgər Əli (ə) onların hakimliyini qəbul etməsəydi, onu
öldürə bilərdilər. Nəticədə müsəlmanlar şiddətli böhrana düçar
olacaqdılar. Hakimlərin öz nəzərlərini elan edəcəkləri vaxt, Əmr As Əbu
Musanı aldatdı, Müaviyənin hiyləgərlikləri ifşa olundu. Bu hadisədən
sonra Əli (ə)-ın tərəfdarlarından bir qrupu o Həzrətin əleyhinə qiyam
edib iğtişaş yaratdılar. Onlar sonradan özlərinin qəbul etdikləri
«həkəmiyyət» məsələsinə görə o Həzrəti tənqid etdilər.
MARİQİNLİLƏRLƏ MÜHARİBƏ
Mariqinlilər (dindən çıxanlar-xəvaric) Həzrət Əlini həkəmiyyət məsə-
ləsini qəbul etməyə məcbur edənlər idi. Lakin bir neçə gündən sonra
peşman olaraq o Həzrəti bağladığı müqaviləni pozmağa vadar etmək
istədilər. Amma Həzrət Əli (ə) heç vaxt əhd-peymanını sındırmazdı.
Nəhayət, Əli (ə) ilə müharibəyə başladılar və məğlub oldular, lakin kin-
küdurət ürəklərdə qaldı. Əli (ə) 5 il hökumət etdikdən sonra 40-cı ilin
ramazan ayının 19-da mariqinlilərdən olan Əbdürrəhman ibn Mülcəm
tərəfindən şəhadətə yetirildi.