Ayətullah əl-üzma Seyid Əli Hüseyni
Sistani cənablarının fətvaları
GENİŞ
İZAHLI ŞƏRİƏT
MƏSƏLƏLƏRİ
I cild
Bakı - 2018
Azərbaycan Respublikasının Dini Qurumlarla İş Üzrə
Dövlət Komitəsinin DK-395/Q saylı, 12 aprel 2018-ci il tarixli
məktubu əsasında «Zərdabi LTD» MMC-nin
mətbəəsində çap olunmuşdur.
Tərcümə: Bəxtiyar Hüseynov
Ayətullah əl-üzma Seyid Əli Hüseyni
Sistani cənablarının fətvaları,
“GENİŞ İZAHLI ŞƏRİƏT MƏSƏLƏLƏRİ”
Bakı, “Zərdabi LTD” MMC, 2018, 624 səh.
© “Zərdabi LTD” MMC, 2018
Kitabın çap hüquqları qorunur
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
ÖN SÖZ
Uca Allah bəndələrin irili xırdalı bütün davranış və danışıqları üçün
müdrikanə proqram və qaydalar təsis etdiyinə görə məsuliyyətli bir
müsəlman ilahi vəzifələri icra etmək üçün daima özünün mövcud və-
ziyyətdəki vəzifəsini öyrənməyə çalışmalıdır.
“Tövzih əl-məsail risaləsi”1 mükəlləflərin şəriət hökmləri sahəsində
bu ehtyaclarının bir hissəsini təmin etməyi öz üzərinə götürmüş və mö-
minlərin kitabxanalarının daimi və ayrılmaz bir parçasına çevrilmişdir.
Məlumatlı şəxslərə gizli deyil ki, mövcud risalələr on illər öncə şiə
dünyasının böyük mərcə-i təqlidi həzrət Ayətullah əl-üzma Bürucerdi-
nin nəzarəti altında qələmə alınmış və məsələləri həmin dövrün ehtiyac-
ları əsasında tənzimlənmişdir. Böyük fəqihlər də sonrakı illər ərzində
bəzi yeni məsələləri əlavə etdikdən sonra tərtibatında ciddi dəyişiklik
etmədən öz dəyərli rəylərini eyni mətnlə bəyan etmiş, mükəlləflərin di-
gər suallarının cavablarını isə ərəbdilli əsərlərində və həmçinin, şəxsi is-
tiftalar2 çərçivəsində cavablandırmışlar.
Lakin nəzərdə tutulan bir neçə suala cavab tapmaq üçün ərəb dilində
olan müxtəlif kitablardan istifadənin və müxtəlif istiftaların araşdırılma-
sının sıravi insanları hər zaman çoxlu sayda çətinliklərlə qarşı-qarşıya
qoyması nəzərə alınaraq qərara alındı ki, mətnində insanlar üçün müasir
dövrdə aktual olan hökmlər qismindən daha çox məsələnin daha müna-
sib bir tərtibatla baxıldığı bir risalə yazılsın.
Həzrət Ayətullah əl-üzma Sistaninin “Tövzih əl-məsail” risaləsi olan
bu risalə məhz bu məqsədlə onun Məşhəd, Qum və Nəcəfi-əşrəf şəhərlə-
rindəki dəftərxanalarının nəzarəti altında tərtib edilmişdir və aşağıdakı
xüsusiyyətləri özündə ehtiva edir:
1) Bu risalə məsələlərin təshih edilməsi və təkmilləşdirilməsi nəticə-
sində böyüyən həcmi nəzərə alınaraq iki cilddə tərtib edilmişdir.
1 Bu risalələr ana dilimizdə “İzahlı şəriət məsələləri”, “Şəriət hökmlərinin izahı” kimi adlarla
nəşr edilmişdir. Tərc.
2 İstifta (hərfən: fətva istəmək) - fətvanı öyrənmək məqsədi ilə verilən suala fətva şəklində
verilən cavab. Tərc.
6 Ayətullah əl-üzma Seyid Əli Sistani
2) Əvvəlki risalədə öz əksini tapmayan “etikaf”, “kəffarələr”,
“nəfəqələr” və “şüfə” kimi bəzi aktual mövzulara bu risalədə yer veril-
mişdir.
3) Cəmiyyətin bütün üzvlərinin, yaxud müəyyən sosial qrupların
qarşılaşdıqları bir çox şəriət məsələləri, əvvəlki məsələlərə əlavə edil-
mişdir.
4) Bir çox hallarda mətləbin daha aydın başa düşülməsi üçün
məsələlər təsnifat şəklində verilmişdir.
5) Nəzərdə tutulan mövzunun asan və tez tapılması üçün bütün
mövzulara başlıq verilmiş və risalənin əvvəlində də daha müffəsəl bir
mündəricata yer verilmişdir.
6) Əvvəlki risalədə mövcud olan bəzi məsələlər möhtəva, məna də-
yişikliyi olmadan redaktə edilmiş və əvvəlki risalənin köhnəlmiş misal-
ları hazırkı dövrdə aktual olan yeni nümunələrlə əvəz edilmişdir.
7) Nəzərdə tutulan məlumatın tapılmasını asanlaşdırmaq, yaxud bir
mövzunu təkmilləşdirmək məqsədilə bəzi hallarda bir məsələ əvvəlki
risalənin bir yerindən başqa bir yerinə köçürülmüş və mümkün olduqca
bir məsələnin mətndən çıxarılmamasına səy göstərilmişdir.
8) Bu risalənin hazırlanmasında istifadə edilən fiqh mənbələri bun-
lardan ibarətdir: aliməqam fəqihin “Ürvət əl-vüsqa”ya şərhləri (qeydlə-
ri), “Minhac əs-salihin”, “əl-Məsail əl-muntəxəbə”, əl-Fiqh lil-muğtəri-
bin” risalələri, fiqh mövzularına dair son görüşləri və fətva almaq üçün
özünə ünvanlanan suallara verdiyi cavablar. Həmçinin, mətnlərdə ixti-
laflı məqamlarla rastlaşdıqda həmin məsələlərlə bağlı müctəhidin özünə
sual ünvanlayaraq bu risalədə onun son və doğru nəzərinin bəyan edil-
məsinə çalışmışıq.
Uca Allahdan bizi danışıq və davranışlarımızda xətalardan qoruma-
sını, Əhli-beyt fiqh məktəbinə xidmət etməkdə müvəffəqiyyətə nail ol-
mağı və əməllərimizdə ixlaslı olmağı nəsib etməsini diləyirik.
Sonda öz peşəkar və fasiləsiz səyləri ilə bu önəmli işi ərsəyə gətirən
bütün əziz insanlara minnətdarlığımızı bildiririk. Uca Allah onlara yax-
şı işlər görənlər üçün nəzərdə tutduğu ən yaxşı mükafatları bəxş etsin!
Onların əsrimizin ilahi rəhbərinin (Uca Allah zühurunu tezləşdirsin!)
lütfünə nail olacaqlarına ümid edirik.
İLAHİ HÖKMLƏRİN ÖYRƏNİLMƏSİNİN
ƏHƏMİYYƏTİ VƏ QAYDASI
Hökmlərin öyrənilməsinin əhəmiyyəti
Aydın bir din olan İslamda xüsusi əhəmiyyətə malik olan ən önəmli
vəzifələrdən biri dərk edilməsi və həyata keçirilməsi insan xoşbəxtliyinin
zəmanətçisi olan dini hökmlərin öyrənilməsidir. İslamı özünə din seçən
insan onun proqramlarını həyatının bütün sahələrində kamil surətdə
qəbul etməli və öz davranışlarını dinin hökmlərinə uyğun tənzimləmə-
lidir. Belə bir vəzifənin icrası müsəlman fərddən dinin hökmlərini öz
yaşayışında həyata keçirmək üçün onlarla ehtiyac duyduğu, onun üçün
aktual olan qədər tanış olmağı tələb edir. Buna əsasən, Qurani-kərim və
hidayət yolunun bələdçiləri olan Əhli-beyt imamları bu məsələyə həd-
dən ziyadə təkidlə yanaşmış və hər kəsi dinin hökmlərini öyrənməyə
təşviq edərək ilahi hökmlərlə tanış olmamağın saysız-hesabsız zərərlə-
rindən qorunmağa çağırmışdır.
Bir kəlamında İmam Sadiqin (ə) belə söylədiyi nəql edilir:“Dürüst
bir insandan halal-haramla bağlı bir hədis öyrənmək sənin üçün dünya
və onun qızıl-gümüşündən daha yaxşıdır”. 1
Həmçinin, rəvayət edilir ki, bir kişi İmam Sadiqə (ə) deyir: “Mənim
bir övladım var. O, sizdən halal-haramla bağlı məsələləri soruşub öy-
rənməyi xoşlayır, əhəmiyyətsiz və özü üçün faydasız olan məsələləri
isə soruşmur”. Həzrət Sadiq (ə) ona belə cavab verir:“Məgər insanların
maraqlana biləcəyi halal-haramdan daha yaxşı bir mövzu vardırmı?!”2
Başqa bir hədisdə isə oxuyuruq ki, İmam Sadiq (ə) buyurur: “Allahın
dininin üzərində dərindən düşünün və (cahiliyyət dövründə yaşayan)
ərəblərə bənzəməyin”. Sonra sözlərinə belə davam edir: “Kim Allahın
dini xüsusunda dərindən düşünməzsə (elmli, bəsirətli olmazsa), uca
Allah qiyamət günü ona əsla lütf etməz və əməllərinin təmizliyini təs-
diqləməz”. 3
1 əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XV bab, səh. 229, 166-cı hədis.
2 əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XV bab, səh. 229, 168-cı hədis.
3 Kənz əl-fəvaid, “Fi zikr əl-elm” fəsli, səh. 240; əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli,
XV bab, səh. 228, 162-cı hədis.
8 Ayətullah əl-üzma Seyid Əli Sistani
Habelə, İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə Allahın se-
vimli Elçisinin (s) belə buyurduğu nəql edilir: “Mən həftənin bir gününü
dininin göstərişləri üzərində düşünməyə, dinini öyrənməyə ayırmayan
müsəlmana qarşı ikrah hissi duyuram”. 1
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Loğman oğluna nəsihə-
tində deyirdi: “Övladım! Gecə və gündüz, günün müxtəlif saatlarında
bilik əldə etmək üçün özünə vaxt ayır. Həqiqətən, sənə bundan imtina
etməkdən (elmdən uzaqlaşmaqdan) daha böyük bir itki üz verə bilməz”. 2
Həmçinin, İmam Sadiqin (ə) başqa bir dəyərli kəlamında belə bu-
yurduğu rəvayət edilir: “Bəsirətlə hərəkət etməyən (davranışlarını elmə
əsaslandırmayan) insan səhrada sərab (ilğım) arxasınca qaçan, hərəkə-
tinin sürəti yalnız uzaqlığını (məqsədi ilə arasındakı məsafəni) artıran
şəxsə bənzəyir”. 3
Önəmli məqamlardan biri də budur ki, dində fəqihlik, yəni dinlə
kamil surətdə tanışlıq, dini maarif və hökmlər xüsusunda bəsirət sahibi
olmaq Əhli-beyt imamlarının (ə) rəvayətlərində təkidlə tövsiyə olunur.
İmam Kazımın (ə) bu barədə belə buyurduğu rəvayət edilir: “Allahın
dini xüsusunda alim və fəqih olun. Çünki fiqh bəsirətin açarıdır, ibadə-
tin kamilliyidir, dünya və axirət həyatında uca məqamlara, ali dərəcələrə
çatmaq üçün bir vasitədir. Fəqihin abiddən üstünlüyü Günəşin (digər)
ulduzlardan üstünlüyünə bənzəyir və kim dinində dərin bilik sahibi və
fəqih olmazsa, Allah onun heç bir əməlindən razı qalmaz”. 4
Həmçinin, Həzrət Əlinin (ə) bir kəlamında belə buyurduğu nəql edilir:
“Alim olmaq istəyirsənsə, Allahın dinində fəqih (dərin bilik sahibi) ol!”5
Bir hədisdə Allahın elçisinin (s) belə buyurduğu nəql edilir: “Uca
Allaha dini dərindən dərk etməkdən daha üstün bir şəkildə ibadət edil-
məmişdir”. 6
İmam Sadiqin (ə) belə buyurduğu nəql edilir: “Uca Allah bir bən-
dəsinə xeyir və səadət bəxş etmək istəyirsə, onu dini xüsusunda dərin
idrak sahibi edər”. 7
Başqa bir rəvayətdə isə belə buyurduğunu oxuyuruq: “Uca Allah
bir cəmiyyətin xeyir və uğur qazanmasını istədikdə onun üzvlərini dini
biliklər xüsusunda dərin idrak sahibi edər. . . ”8
1 əl-Məhasin, “Məsabih əz-zuləm” fəsli, XIII bab, səh. 225, 149-cı hədis.
2 əl-Əmali (Şeyx Tusi), c. 1, 3-cü məclis, səh. 66.
3 əl-Əmali (Şeyx Müfid), V məclis, səh. 42, 11-ci hədis.
4 Tuhəf əl-uqul, səh. 410.
5 Qurər əl-hikəm və durər əl-kəlim, səh. 49, “Fil-fiqh vəl-fəqahət” fəsli, 264-cü hədis.
6 əl-Əmali (Şeyx Tusi), səh. 474, 1033-cü hədis (Qum nəşri).
7 Usul əl-Kafi, c. 1, səh. 32, 3-cü hədis, “Sifət əl-elm və fəzluhu və fəzl əl-uləma” babı.
8 Mustədrək əl-vəsail, c. 11, səh. səh. 190, 12-ci hədis, VI bab, “İstihbab ət-təxəlluq bi
məkarim əl-əxlaq”.
Geniş izahlı şəriət məsələləri 9
Aydındır ki, insan dini məsələlərin öyrənilməsində səhlənkarlığa
yol verə və bu məsələləri bilməmək bəhanəsi ilə ona çatdırılan ilahi və-
zifələrə əməl etməkdən boyun qaçıra bilməz.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “. . . Allah
qiyamət günü bəndədən soruşar: “Ey mənim bəndəm, üzərinə düşən və-
zifədən agah idinmi?” “Bəli!” – deyə cavab verərsə, ondan: “Elə isə bəs
nə üçün bildiyinə əməl etmədin?” – deyə soruşar. “Cahil idim”, - deyə
cavab verdiyi təqdirdə isə: “Bəs nə üçün əməl etmək üçün öyrənmədin?”
– deyə soruşar. . . ”1
FƏQİHLƏRƏ MÜRACİƏT ETMƏYİN ZƏRURİLİYİ
Allaha ibadətin əsil yolunu, doğru qaydalarını aydınlaşdırmaq və-
zifəsini daşıyan fiqh elmi dəyərli islamşünaslıq elmləri arasında ən
müqəddəs elmlərdən biridir. Sevimli Peyğəmbərimizin (s) və Əhli-beyt
imamlarının (ə) yaşadıqları dövrdə bu elmin çoxlu sayda tədqiqatçıları
olmuş, gözəçarpan dərəcədə inkişaf etmiş və dinin ardıcıllarının diqqət
mərkəzində olmuşdur. Xüsusən, İmam Baqir (ə) və İmam Sadiqin (ə)
dövründə öz inkişafının ən yüksək mərhələsinə çatmışdı və çox sayda
alim müxtəlif din və şəriət mövzularında bu iki Əhli-beyt imamının
dərslərində iştirak edərək dərin biliklərə yiyələnmişdilər.
Elmin insanların həyatına nur saçdığı həmin dövrdə şəriət hökmləri
o dərəcədə geniş araşdırılırdı ki, bir rəvayətdə Zürarə ibn Əyunun həcc
ilə bağlı məsələləri qırx il müddətində İmam Sadiqdən (ə) öyrəndiyi, an-
caq hələ də öyrəniləcək məsələlərin qaldığı söylənilir. Öz dilindən nəql
edilən həmin rəvayətdə Zürarə deyir: “Əbu Abdullaha (İmam Sadiqə
tərc. ): “Allah mənim canımı sənə fəda etsin! Qırx ildir ki, həcc ilə bağlı
sizə müxtəlif suallar verirəm, siz də (onları cavablandıraraq) mənə fətva
verirsiniz”, - deyə ərz etdikdə belə buyurmuşdu: “Zürarə! Sən Adəmdən
iki min il öncə də ziyarət yeri olan bir məbədlə bağlı bütün məsələlərin
qırx il ərzində açıqlanmasını istəyirsən?!”2
Məsum imamların (ə) yaşadıqları dövrdə ilahi hökmlərin bəyan
edilməsi vəzifəsi onların öhdəsinə düşürdü və onlar bir çox hallarda
bu vəzifəni seçkin şagirdlərinə də həvalə edirdilər. Zürarə, Məhəmməd
ibn Müslim, Əbu Bəsir, Əban ibn Təğlib kimi yüksək mənəvi keyfiyyət-
lərə və dərin biliklərə sahib olan şəxslər insanları halal-haram və dinin
müxtəlif hökmləri ilə bağlı maarifləndirirdilər və imamlar da insanları
onlara müraciət etməyə sövq edirdilər.
1 əl-Əmali (Şeyx Tusi), c. 1, Birinci məclis, səh. 8-9, 10-cu hədis; əl-Əmali (Şeyx Müfid),
İyirmi altıncı məclis, səh. 227-228, 6-cı hədis.
2 Vəsail əş-şiə, c. 11, səh. 12, 12-cü hədis.
10 Ayətullah əl-üzma Seyid Əli Sistani
O cümlədən, rəvayətlərdən birində Şüeyb Əqərqufinin öz dilindən
İmam Cəfər Sadiqdən (s): “Tez-tez bu və ya digər bir mövzuda məlumat
almaq üçün kiməsə sual verməyə ehtiyac duyuruq. Belə hallarda kimə
müraciət edək?” – deyə soruşduğunu və İmamın (ə) ona: “Əsədiyə, yəni
Əbu Bəsirə”, - deyə cavab verdiyini oxuyuruq. 1
Həmçinin, başqa bir rəvayətdə Abdullah ibn Əbu Yəfurun belə dedi-
yi nəql olunur: “Əbu Abdullaha (ə) ərz etdim: “Hər zaman sizi görə, hü-
zurunuza şərəfyab ola bilmirəm. Bir tərəfdən də tez-tez dostlarımızdan
(sizin ardıcıllarınızdan) hər hansı biri yanıma gələrək müəyyən mövzu-
larla bağlı suallarla müraciət edir və mən onların bütün suallarını cavab-
landıracaq qədər məlumata sahib deyiləm. (Bu xüsusda nə etməliyəm?)”
O buyurdu: “Nə üçün Məhəmməd ibn Müslimə müraciət etmirsən? Bil-
mədiklərini ondan soruş. O, biliklərini atamdan əxz etmişdir və onun
nəzərində hörmətli bir insan idi”. 2
Başqa bir rəvayətdə isə Əli ibn Müseyyib Həmədani deyir: “Həz-
rəti Rizaya (ə) dedim: “Mənim evim uzaqda yerləşir və hər zaman si-
zin yanınıza gələ bilmirəm. Dinimin təlimlərini (başqa) kimdən öyrənə
bilərəm?” “Həm dünya, həm də axirət məsələlərində etibarlı bir insan
olan Zəkəriyya ibn Adəm əl-Qummidən” – deyə cavab verdi. Ondan ay-
rıldıqdan sonra Zəkəriyya ibn Adəmin yanına gedərək ondan (cavablan-
dırılmasına) ehtiyac duyduğum şeyləri soruşmağa başladım”. 3
Habelə, Əbdüləziz ibn əl-Mühtədinin belə dediyi rəvayət edilir: “Ri-
zadan (ə) soruşdum: “Mən hər zaman sizinlə görüşə bilmirəm. Bəs dini-
min təlimlərini kimdən öyrənim?” “Yunis ibn Əbdürrəhmandan öyrən”,
– deyə cavab verdi”. 4
Bəzən isə Əhli-beyt imamları (ə) özləri yaxın şagirdlərinə göstəriş
verirdilər ki, insanlar üçün fətva versinlər. O cümlədən, rəvayətlərdə
İmam Baqirin (ə) Əban ibn Təğlibə: “Məsciddə (Mədinə məscidində)
otur və insanlara fətva ver, həqiqətən, şiələrim arasında sənin kimi bir
şəxsi görmək mənə xoşdur”, - deyə buyurduğu nəql edilir. 5
Nəhayət, Əhli-beyt imamlarının (ə) insanlar arasında yaşadığı dövr
başa çatır, Həzrət Mehdinin (ə. f) qaiblik dövrü başlayır və halal-haramın
bəyan edilməsi, cəmiyyətin ehtiyac duyduğu, insan həyatının müxtəlif
sferalarına dair dini təlimlərin açıqlanması bilavasitə bu vəzifənin icrası
üçün gərəkli olan bütün şərtlərə cavab verən fəqihlərin üzərinə düşür,
fətva və eləcə də təqlid xüsusi bir şəkildə kütləvi miqyasda rəvac tapır.
1 Vəsail əş-şiə, c. 27, səh. 142, 15-ci hədis.
2 Vəsail əş-şiə, c. 27, səh. 144, 23-cü hədis.
3 Vəsail əş-şiə, c. 27, səh. 146, 27-ci hədis.
4 Vəsail əş-şiə, c. 27, səh. 148, 34-cü hədis.
5 Mucəm-u rical əl-hədis, c. 1, səh. 144, Əlif-28, Əban ibn Təğlib.
Geniş izahlı şəriət məsələləri 11
TƏQLİDİN ZƏRURİLİYİNİN SƏBƏBİ
İslam sonuncu və ən mükəmməl ilahi məktəbdir, onun bütün təlim-
ləri insanların mənafeyinə uyğundur və onların həyata keçirilməsi ilə
bəşəriyyətin səadətini təmin etmək mümkündür. Çünki bəşəriyyəti ya-
radan, Adəm övladlarının həyatı üçün faydalı və zərərli olan şeylərdən,
onların fitri istək və ehtiyaclarından ən yaxşı agah olan uca Allahdır və
O, insan həyatının ibadət, iqtisadiyyat, əxlaq, mədəniyyət və s. sahələri-
ni əhatə edən, fərdi və ictimai vəzifələrini müəyyənləşdirən yaşam qa-
nun və qaydalarını peyğəmbərlər və onların canişinləri vasitəsilə onlara
bəyan etmişdir. Sevimli Peyğəmbərimiz (s) və haqq yolunun bələdçiləri
olan Əhli-beyt imamları (ə) tərəfindən bəyan edilmiş İslamın nicat bəxş
edən təlimlərini üç ümumi hissəyə bölmək olar:
1) Etiqadla bağlı biliklər, “üsul əd-din” (dinin əsasları); 2) əxlaq
məsələləri; 3) əməli hökmlər, “füru əd-din” (dinin şaxələri).
İlahi təlimlərin əməliyyə risalələrinin mövzusunu təşkil edən üçün-
cü hissəsi, yəni əməli hökmlər olduqca genişdir. Çünki bunlar insanların
ibadət, iqtisadiyyat, şəxsi, ailə və ictimai həyat, ədalət mühakiməsi, cə-
zalar və s. sahələrdə bütün hərəkətlərini əhatə edən hökm və qanunlar-
dır və ilahi göstərişlərin bu qismi ilə bağlı aşağıdakı məqamlara diqqət
yetirmək lazımdır:
a) Elmin müxtəlif sahələri vardır və bir insan bir sahə üzrə dərin
bilik və bacarıqlara sahib olduğu halda başqa bir sahədə məlumatsız
ola bilər. Nəticə etibarilə, o, ağlın hökmünə əsasən, mütəxəssisi ol-
madığı sahə ilə bağlı xüsuslarda həmin sahənin mütəxəssisinə mü-
raciət etməli və onun göstərişlərinə tabe olmalıdır. Məsələn, kosmik
tədqiqatlar mütəxəssisi olan bir şəxs xəstələndikdə xəstəliklər və
onların müalicə üsulları ilə bağlı lazımı biliklərə sahib olmadığına
görə mütləq mütəxəssis həkimə müraciət etməlidir. Bir həbin neçə
dəfə qəbul edilməli olduğuna, hansı ampulun inyeksiya edilməli ol-
duğuna həkim göstəriş verir. Çünki kosmik tədqiqatlar mütəxəssisi
onun göstərişlərinə tabe olmağı özünə borc bilir. Ümumiyyətlə, biz
bu və ya digər bir işi görmək istədikdə və onun necə həyata keçi-
rilməli olduğunu bilmədikdə həmin işin mütəxəssisinə müraciət
edərək ondan sözügedən işin icra qaydaları ilə bağlı məlumat alırıq
və hər hansı bir ixtisas və sənətə sahib olmaq istədikdə də həmin
sahə üzrə ən bilikli, ən bacarıqlı mütəxəssisə, müəllimə üz tuturuq.
Şəriət hökmləri, ilahi halal və haram da məhz bu qaydada öyrənilir
və bu məqsədlə dinin hökmləri üzrə mütəxəssis olan fəqihə müra-
ciət etmək lazımdır.
12 Ayətullah əl-üzma Seyid Əli Sistani
b) İlahi hökmlərin ümdə mənbəyi Qurani-kərim və əziz Peyğəm-
bərimizdən (s), habelə məsum Əhli-beyt imamlarından (ə) nəql olu-
nan hədislərdir (bu ikisi “səqəleyn”, yəni “iki ağır əmanət” adlandı-
rılır).
c) Qurani-məcid və Əhli-beytin (ə) hədislərində öz əksini tapan
məlumatların düzgün əldə edilməsi və dərk edilməsi heç də asan
bir iş deyil və müəyyən ixtisas və bacarıq tələb edir. Bir insan ərəb
dilçiliyi və Quranın təfsiri, dirayə (hədisşünaslıq), rical (ravişünas-
lıq), üsuli-fiqh (fiqhin metodologiyası) kimi müxtəlif islamşünaslıq
sahələrinə, habelə İslam şəriətşünaslarının, fəqihlərin rəylərinə dair
lazımı ixtisas bilik və bacarıqlarına sahib olmadıqca, necə deyərlər,
ilahi müvəffəqiyyət sayəsində ictihad dərəcəsinə nail olmadıqca Al-
lahın hökmlərini öz mənbələrindən öyrənib aşkara çıxara bilməz. Siz
risalə və “Tövzih əl-məsail” adlı kiçik həcmli bir kitab görürsünüz
və bəlkə də bilmirsiniz ki, bu risalə bir fəqihin ömrünün məhsuludur
və o, müvafiq ixtisasa yiyələnərək, böyük zəhmətlər hesabına dini
mənbələrə istinad etməklə həmin risalədə öz əksini tapan nəticələrə
gəlmiş və bu nəticələri insanlara təqdim etmişdir.
Beləliklə, açıqladığımız bu həqiqətlər nəzərə alınmaqla, özünəməx-
sus xüsusiyyətləri ilə geniş sferaları əhatə edən ictihad yolunu qət etmiş
fəqih alimlərə müraciət etməyin zəruriliyi aydınlaşır, müctəhidə təqlid
məsələsinin doğruluğu ağlın hökmünə, doğru məntiqi mühakiməyə
əsasən sübuta yetir və məlum olur ki, təqlid heç də kor-koranə tabeçilik
demək deyil (İslam dini bütün gücü ilə kor-koranə tabeçiliklə mübarizə
aparmış və Qurani-məcid bunu məzəmətə layiq olan ən rəzil xislətlər-
dən biri kimi təqdim etmişdir). Əksinə, təqlid dini məsələlərdə mütəxəs-
sis olmayan bir insanın mütəxəssisə müraciət etməsi deməkdir. İmam
Həsən Əskəridən (ə) nəql olunan aşağıdakı hədisdə bu mətləbin doğru-
luğunu dəstəkləyir:
“Fəqihlərdən kim nəfsini qoruyarsa (doğru yoldan, uca Allaha iba-
dət, bəndəlik yolundan bütün növ sapmalardan qoruna bilmək üçün
nəfsinə sahib çıxarsa), dinini qoruyarsa, nəfsinin istəklərinə qarşı çıxar-
sa, Mövlasının (Allahın) əmrinə müti olarsa, digər insanlar onlara təqlid
etməlidirlər”. 1
Söylənilənlərə əsasən, aydın olur ki, dini məsələlər və şəriət hökmləri
xüsusunda ictihad dərəcəsinə çatmayan, hökmlərin dəlil və mənbələri
ilə tanış olmayan insanların rəy bildirməsi yolverilməzdir və möminlərə
vacibdir ki, bütün dini hökmlər və şəriət məsələləri ilə bağlı aliməqam
mərcəi-təqlidlərə, etibarlı islamşünaslara müraciət etsinlər.
1 Vəsail əş-şiə, c. 27, səh. 131, 20-ci hədis.
TƏKLİF (MÜKƏLLƏFİYYƏT) VƏ
HƏDDİ-BÜLUĞ
Təklifin şərtləri
İnsan müəyyən şərtlərə cavab verdiyi təqdirdə ilahi hökmlərə, qay-
da-qanunlara riayət etməlidir. Bu şərtlər “təklif (mükəlləfiyyət) şərtləri”
adlandırılır. Onlardan hər hansı birinə cavab vermədiyi halda isə insan
mükəlləf deyildir. Bu şərtlərdən bəziləri aşağıdakılardır:
a) Əql: Təklifin ilk şərti mükəlləfin ağıl və təfəkkür qabiliyyətinə ma-
lik olmasıdır. Dəli olan və lazımı təfəkkür qabiliyyətinə malik olmayan
insan İslamda mükəlləf sayılmır və ağıl çırağı insanın daxilini aydınlat-
madıqca, insan iman və küfrü, haqq və batili, vacib və haramı ayırd et-
mək qüdrətinə malik olmadıqca öhdəsinə heç bir təklif düşmür. İnsanın
əql və təfəkkür qabiliyyəti təklifin əsası və ilahi mühakimənin meyarıdır.
Bir hədisdə İmam Baqirin (ə) belə buyurduğunu oxuyuruq: “Allah qi-
yamət günü bəndələrini mühakimə edərkən dünyada onlara bəxş etdiyi
əqlin qədərini (səviyyəsini) nəzərə alacaqdır”. 1
b) Qüdrət: Təklifin ikinci şərti qüdrət, yəni Allahın insandan tələb
etdiyi işi görmək bacarığıdır. Qurani-kərim bununla bağlı buyurur: “Al-
lah hər kəsi qüvvəsi yetdiyi qədər yükləyər (mükəlləf edər). . . ”2 Həm-
çinin, bir hədisdə İmam Hüseynin (ə) bu şərtlə bağlı belə buyurduğu
nəql edilir: “Allah taqətini aldığı hər bir bəndəsini itaətdən azad etmiş,
qüdrətdən məhrum etdiyi hər bir bəndəsinin üzərindən mükəlləfiyyəti
götürmüşdür”. 3
c) Həddi-büluğ: Təklifin üçüncü şərti həddi-büluğdur. Həddi-büluğ,
sayəsində insanın Allahın müxatəbi olmaq, bir sıra ilahi göstəriş və əm-
rlərin icrasının ona vacib olması, qadağan edilmiş işlərin ona haram ol-
ması, onun dini vəzifələri yerinə yetirməklə Allaha yaxınlaşmaq və bən-
dəlik, özünü Rəbbinə təslim etmə sınağından başıuca çıxmaq şərəfinə
nail olduğu mübarək bir hadisədir.
1 Üsul əl-kafi, Kitab əl-ql vəl-cəhl (Ağıl və cəhalət kitabı), səh. 11, 7-ci hədis.
2 Bəqərə surəsi, 286-cı ayə.
3 Tuhəf əl-uqul, səh. 246, Hikmətlər və moizələr fəsli.
14 Ayətullah əl-üzma Seyid Əli Sistani
Həddi-büluğun əlamətləri
Məsələ 1. Qızlar üçün həddi-büluğun əlaməti qəməri (sinodik, ay)
təqvimi ilə 9 yaşın tamam olmasıdır. 1 Oğlanların həddi-büluğa çatması-
nın əlaməti isə aşağıdakı dördş eydənbiridir:
1) qarnın altında, cinsiyyət orqanının üstündə sərt tüklərin çıxması;
2) üzdə və dodağın üstündə sərt tüklərin çıxması;
3) istər ayıq halda, istərsə yuxuda məni (sperma) ifrazı;
3) qəməri təqvimlə 15 yaşın tamam olması.
Sadalanan əlamətlərin hər biri insanın həddi-büluğa və eləcə də tək-
lif həddinə çatmasının əlamətidir və həmin andan etibarən təklifin digər
şərtləri də mövcud olduğu təqdirdə bütün ilahi göstərişlərin icrası insa-
na vacibdir. Qız həddi-büluğa oğlandan bir neçə il tez çatdığına görə qa-
dının mükəlləfiyyətə daha öncə qədəm qoyması onun Allahla ünsiyyətə
və kamala doğru hərəkətə daha sürətli hazırlığından xəbər verir.
Məsələ 2. Oğlanlarda sinə və qoltuq nahiyəsində sərt tüklərin çıxma-
sı, səsin qalınlaşması və s. həddi-büluğ əlaməti deyildir.
1 Deyilənə əsasən, qəməri təqvimlə təvəllüd tarixi bəlli olmayan, ancaq miladi təqvimlə
təvəllüd tarixi məlum olan qızlar, yaxud oğlanlar miladi təqvimi qəməri təqvimə çevirmək
istədikdə öncə qızlar miladi təqvimlə 9, oğlanlar isə 15 yaşlarının tamam olduğu günü
müəyyən etməli, sonra həmin tarixi qızlar 97, oğlanlar isə 162 gün geriyə çəkməlidirlər. Bu
qayda ilə onların qəməri təqvimlə 9, yaxud 15 yaşlarının tmam olduğu gün müəyyən edilir.
yaşın tamam olduğu gündən 97 gün çıxmalıdırlar.
Məsələn, 2000-ci il yanvar ayının 1-də dünyaya gələn bir qız 2009-cu il 1 yanvar tarixində
miladi təqvimlə 9 yaşını tamamlayır və o, 2008-ci il 26 sentyabr tarixindən etibarən həddi-
büluğa çatmış sayılır.
2000-ci il yanvar ayının 1-də dünyaya gələn bir oğlan 2015-cu il 1 yanvar tarixində miladi
təqvimlə 15 yaşını tamamlayır və o, 2014-ci il 23 iyul tarixindən etibarən həddi-büluğa
çatmış sayılır.
Qeyd etmək lazımdır ki, müxtəlif coğrafi mövqelərin mövcudluğu və ayların günlərinin
sayının eyni olmaması səbəbi ilə bəzən bu hesablamanın 1-2 gün xətalı (-+) olması
mümkündür. Buna görə bu hesablama xüsusunda iki gün həddində ehtiyata riayət etmək və
hesablamanın daha dəqiq olması üçün hər bir vəziyyətdə ayrıca hesablama aparmaq lazımdır.
TƏQLİD
Məsələ 3. Müsəlmanın “üsul əd-din”ə (dinin əsalarına) etiqadı idra-
ka əsaslanmalıdır və o, “üsul əd-din”də təqlid etməməlidir. Başqa sözlə,
o, “üsul əd-din”i bilən bir şəxsin sözünü sadəcə onun söylədiyini dəlil
gətirərək qəbul edə bilməz. Lakin əgər bir şəxs İslamın haqq inanclarına
etiqad bəsləyirsə və bunu izhar edirsə (hərçənd idrak əsasında olmasa
belə), həmin şəxs müsəlman və mömindir və İslam (müsəlmanlıq) və
iman (möminlik) ilə əlaqədar bütün hökmlər ona şamil olur.
Dinin hökmlərinə gəldikdə isə (dinin zəruri və qəti məsələləri istisna
olmaqla) insan ya müctəhid olmalı, hökmləri dəlillərə əsaslanaraq əldə
etməli, ya müctəhidə təqlid etməli, ya da ehtiyat yolu ilə vəzifəsini elə
icra etməlidir ki, mükəlləfiyyətini həyata keçirdiyinə dair yəqinlik hasil
etsin. Məsələn, əgər müctəhidlərdən bir qismi bir işi haram bilirsə, digər
bir qismi isə haram olmadığını söyləyirsə, həmin işi görməməli, həm-
çinin onlardan bəziləri bir işi vacib, bəziləri isə müstəhəb hesab edirsə,
həmin işi görməlidir. Beləliklə, müctəhid olmayan və ehtiyata da riayət
edə bilməyən şəxslərin müctəhidə təqlid etməsi vacibdir.
Məsələ 4. Hökmlərdə təqlid müctəhidin göstərişinə əməl etmək
deməkdir və kişi, həddi-büluğa çatmış, aqil, isnaəşəri şiə,1 halalzadə,
adil və yaşayan müctəhidə təqlid etmək lazımdır.
İnsan qarşılaşdığı məsələlərdə, ümumiyyətlə, müctəhidlərin fərqli
fətvaları olduğunu bilərsə, hərçənd fikir ayrılığının məhz hansı xüsus-
da olduğunu bilməsə də, “ələm” olan, yəni bilikləri başqalarından daha
artıq olan, Allahın hökmünü və təyin edilmiş vəzifələri ağıl və şəriət əsa-
sında mühakimə aparmaqla başa düşməkdə öz dövrünün bütün müctə-
hidlərindən daha bacarıqlı olan müctəhidə təqlid etməlidir.
Məsələ 5. Adil özünə vacib olan işləri yerinə yetirən və ona haram
olan işlərdən uzaq duran şəxsdir. Şəri üzrü olmadan vacib bir işi yerinə
yetirməyən, yaxud bir haram iş görən şəxs adil sayılmır və bu məsələdə
kiçik və böyük günah arasında fərq yoxdur. İnsan üçün ədalət (adillik)
bir neçə üsulla sübuta yetir:
1 İslam peyğəmbərindən (s) sonra onun Əhli-beytindən (ə) olan on iki imamı onun canişini
olaraq qəbul edən müsəlman. “İsnaəşəri”, “imami”, yaxud “cəfəri” adları ilə tanınan məzhəbə
mənsub olan şəxs. Tərc.
16 Ayətullah əl-üzma Seyid Əli Sistani
a) İnsanın özünün nəzərdə tutulan şəxsin ədalətinə yəqinlik hasil
etməli, yaxud onun adil olduğuna arxayın olmalıdır və bu arxayınlıq
məntiqli yolla hasil edilməlidir;
b) İki adil insan həmin şəxsin ədalət xislətinə sahib olduğunu təs-
diqləməlidir;
c) Araşdırılan şəxs zahirən yaxşı insan olmalı, danışıq və davra-
nışlarında şəriətə zidd hallar müşahidə olunmamalı, məsələn, qon-
şularından və ya ünsiyyətdə olduğu insanlardan necə bir insan ol-
duğu soruşulduqda onlar həmin şəxsin yaxşı bir insan olduğunu
təsdiqləməli və onun şəriətə uyğun olmayan bir hərəkətə yol verdiyi-
ni görmədiklərini bildirməlidirlər. Qeyd etmək lazımdır ki, müxtəlif
şəriət mövzularında ədalət anlayışının tərifi və isbat üsulları eynidir.
Məsələ 6. İnsanın müctəhid olmasını və eləcə də müctəhidlər arasın-
dan ələm olanını üç yolla müəyyən etmək olar:
1) İnsanın özünün yəqinlik hasil etməsi, məsələn, özünün bu
sahədə elm sahibi olması və müctəhidi və ələmi ayırd edə bilməsi.
2) Müctəhidi, yaxud ələmi tanıya bilən iki alim və adil insanın
bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi. Bu şərtlə ki,
başqa iki alim və adil insan onların dediklərinin əksini deməməlidir.
Bir şəxsin müctəhidliyi, yaxud ələmliyi hətta insanın etibar etdiyi, bu
məsələlərdə lazımi informasiyaya malik olan bir nəfər mütəxəssisin
məlumatı ilə də sübutunu tapa bilər.
Mütəxəssislər bu xüsusda fikir ayrılığına düşdükləri təqdirdə isə
daha bacarıqlı və məlumatlı olan qrupun şahidliyi qəbul edilir. Bu za-
man onların şahidliyinin həqiqətlə üst-üstə düşmə ehtimalı digər qrupla
müqayisədə daha güclü olmalı və bu daha güclü ehtimal başda həmin
iki qrupun məlumatları arasındakı ziddiyyət səbəbi ilə yaranan şübhə və
tərəddüdün bir tərəfə yönəlməsinə, digər qrupun məlumatının isə həmin
qrupla müqayisədə ürfən şübhəsiz hesab edilməsinə səbəb olmalıdır.
1) İnsanın məntiqi üsullarla bir şəxsin müctəhid, yaxud ələm ol-
duğuna əmin olması. Məsələn, müctəhid və ələmi müəyyən edə bilən
və sözlərindən yəqinlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin mü-
ctəhid, yaxud ələm olduğunu təsdiqləməsi.
Qeyd etmək lazımdır ki, əgər müctəhidi təyin etmək üçün heç biri
mümkün olmazsa, mükəlləf 12-ci məsələdə mərcə-i təqlidin vəfatı ilə
bağlı veriləcək izaha uyğun hərəkət etməlidir.
Məsələ 7. Bir müctəhidin risaləsində açıqladığı rəylər ümumi şəkil-
də üç qismə bölünür:
a) fətva;
b) vacib ehtiyat yaxud lazım ehtiyat;
c) müstəhəb ehtiyat.
Geniş izahlı şəriət məsələləri 17
“Vacibdir”, “haramdır”, “caizdir”, “caiz deyildir”, “əqva budur”,
“əzhər budur”, “zahir budur”, “əqrəb budur”, “bəid deyil” kimi ifadələr
fətva sayılır, müqəllid (təqlid edən) bu fətvalara əməl etməlidir və əgər
ələm müctəhid bir məsələdə fətva verərsə, müqəllid həmin məsələdə
başqa bir müctəhidin fətvasına əməl edə bilməz. “B” və “c” bəndləri 8 və
9-cu məsələlərdə izah ediləcəkdir.
Məsələ 8. Ələm müctəhid bir məsələdə fətva verməyərək: “Ehtiyat
budur ki, filan şəkildə hərəkət edilsin”,- deyərsə, müqəllid ya “vacib eh-
tiyat”, yaxud “lazım ehtiyat” adlanan bu ehtiyata uyğun hərəkət etməli,
ya da ələmlik ardıcıllığına riayət etməklə1 başqa bir müctəhidin fətvasını
icra etməlidir. Məsələn:
a) Əgər ələm müctəhid: “Vacib ehtiyat namaz qılanın namazın
birinci və ikinci rükətlərində Həmd surəsindən sonra daha bir surə
oxumasını tələb edir”, - deyirsə, müqəllid ya bu ehtiyata riayət et-
məli, ya da ələmlik ardıcıllığını nəzərə almaqla digər bir müctəhidin
fətvasına əməl etməlidir. Beləliklə, digər müctəhid təkcə Həmd surə-
sinin oxunmasını kafi hesab edirsə, sözügedən şəxs bu məsələdə ona
təqlid edərək ikinci surəni oxumaya bilər.
b) Əgər ələm müctəhid:“Vacib ehtiyata əsasən, insanın təyəm-
mümdə istifadə etmək istədiyi şey ələ hopacaq qədər tozlu olma-
lıdır”, - deyirsə, müqəllidi ya bu ehtiyatın tələbinə riayət etməli və
üzərində toz olmayan daşla təyəmmüm etməməli, ya da ələmlik ar-
dıcıllığına riayət etməklə başqa bir müctəhidin fətvasına əməl etmə-
lidir. Başqa müctəhid tozsuz daşa təyəmmümü doğru hesab edirsə,
sözügedən şəxs bu məsələdə ona təqlid edə və tozsuz daşdan istifadə
etməklə təyəmmüm edə bilər.
“Bu məsələ məhəll-i təəmmüldür (üzərində düşünülməli məqam-
dır)”, “məhəll-i işkaldır (müşkül məsələdir)”, “bu əməlin işkalı vardır
(düzgünlüyü söyləmək çətindir)”, yaxud “bu iş şübhədən xali deyildir”
kimi ifadələr də vacib ehtiyat hökmünə malikdir.
Məsələn, əgər ələm müctəhid: “İcarəyə verən öz mənzilini“ücrət
əl-misl”dən2 az məbləğə icarəyə verərsə və icarə müqaviləsinə icarəyə
götürənin ona müəyyən məbləğdə borc verməsini şərt qoyarsa, bu bor-
cun riba (sələm) sayılması şübhəsi vardır və mükəlləfiyyət etibarilə
1 Ələmlik ardıcıllığına riayət etmək o deməkdir ki, mükəlləf müraciət üçün öz mərcə-i təqlidi
ilə eyni elmi səviyyədə olan bir müctəhidi seçməli, elmi səviyyəsi mərcə-i təqlidi ilə eyni
olan müctəhid tapılmadıqda isə elmi səviyyəsi ondan sonra digər bütün müctəhidlərdən daha
yüksək olan bir müctəhidə müraciət etməli və həmin məsələdə ona təqlid etməlidir.
2 “Ücrət əl-misl” bir şeyin normal icarə məbləği, yaxud bir işin normal muzd məbləğidir və
icarə, yaxud əmək müqaviləsində müəyyən edilən məbləğdən az, çox, yaxud ona bərabər ola
bilər.
18 Ayətullah əl-üzma Seyid Əli Sistani
məhəll-i işkaldır”, - deyirsə, müqəllid ya bu qaydada mənzil icarəyə ver-
məkdən, yaxud icarəyə götürməkdən imtina etməli, ya da ələmlik sı-
rası ardıcıllığına riayət etməklə başqa bir müctəhidin fətvasına uyğun
hərəkət etməlidir. Həmin müctəhid bu qaydada icarəyə icazə verirsə və
onu riba hesab etmirsə, müqəllid deyilən qaydada hərəkət edə bilər.
Məsələ 9. Əgər ələm müctəhid bir məsələ ilə bağlı fətva verdikdən
sonra ehtiyat edərsə, məsələn: “Nəcasətə bulaşmış qabı kür həcmində
olan su ilə bir dəfə yusalar, pak olar, hərçənd, ehtiyat budur ki, üç dəfə
yuyulsun”,- deyərsə, müqəllidi bu ehtiyatın tələbinə əməl etməyə bilər.
Bu qəbildən olan ehtiyat “müstəhəb ehtiyat” adlandırılır. Həmçinin, bir
məsələ ilə bağlı öncə ehtiyatın tələbi, sonra ardınca müctəhidin fətvası
qeyd edildikdə, məsələn, müctəhid: “Ehtiyata əsasən, namazın üçüncü
və dördüncü rükətlərində təsbihati-ərbəə üç dəfə deyilməlidir, hərçənd
bir dəfə deyilməsi kifayətdir”, - dedikdə də hökm belədir. 1
Məsələ 10. Şəriət məsələləri ilə bağlı bir müctəhidin rəyini, göstərişi-
ni (istər fətva olsun, istərsə vacib, yaxud müstəhəb ehtiyat) öyrənməyin
dörd üsulu vardır:
a) müctəhidin özündən eşitmək;
b) müctəhid fətvasını nəql edən iki adil şəxsdən eşitmək;
c) sözünə etibar edilən bir şəxsdən eşitmək;
d)müctəhidin risaləsindən, yaxud ona ünvanlanan suallara fətva şək-
lində verdiyi yazılı cavabdan oxumaq. Sonuncu halda insan sözüge-
dən risalə, yaxud fətva məzmunlu cavabın düzgünlüyünə arxayınlıq
hasil etməlidir.
Məsələ 11. İnsan müctəhidin fətvasının dəyişdiyinə dair yəqinlik ha-
sil etməyincə onun risaləsində yazılana əməl edə bilər və əgər onun fət-
vasının dəyişdiyini sadəcə ehtimal edirsə, mövzunu araşdırması lazım
deyil.
Məsələ 12. İnsanın təqlid etdiyi müctəhid vəfat edərsə, onun ölü-
mündən sonrası ilə bağlı hökm sağlığındakı hökm kimidir. Beləliklə,
əgər həmin müctəhid diri müctəhidlə müqayisədə ələm olarsa və mükəl-
ləf, ümumiyyətlə, qarşısına çıxan məsələlərdə o iki müctəhidin fətvaları-
nın fərqli olduğunu bilərsə, hərçənd fikir ayrılığının məhz hansı məsələ-
də olduğunu bilməsə də, ona təqlid etməyə davam etməlidir. Yaşayan
müctəhid vəfat edən müctəhidlə müqayisədə ələm olduğu təqdirdə isə
yaşayan müctəhidə müraciət etməlidir. Əgər onların hansının ələm ol-
duğu məlum deyilsə, yaxud onların elmi səviyyəsi eynidirsə, bu halda
onlardan birinin daha təqvalı olduğu, yəni fətva verməkdə və şəriət
1 Əlbəttə, bu risalədə ehtiyat hallarını ayırd etmək üçün çalışmışıq ki, ehtiyatın müstəhəb
olduğu bütün hallarda “ehtiyat” sözündən sonra “müstəhəb” təyinini qeyd edək.
Geniş izahlı şəriət məsələləri 19
h ökmlərinin düzgün müəyyənləşdirilməsində rol oynayan xüsuslarda
daha ehtiyatlı olduğu, araşdırmaçı olduğu müəyyən edilərsə, ona təq-
lid etməlidir. Onlardan birinin daha təqvalı1 olduğu da müəyyən edilə
bilməzsə, öz hərəkətlərini onlardan hər hansı birinin fətvalarına uyğun-
laşdırmağa ixtiyarı vardır. Yalnız təklif (şəri vəzifə) ilə bağlı “elm-i icma-
li”,2 yaxud “höccət-i icmali”3adlandırılan hallar istisnadır. Belə hallarda
vacib ehtiyata əsasən, mükəlləf hər iki fətvaya riayət etməlidir. Qeyd et-
mək lazımdır ki, bu məsələnin başlanğıcında təqlid deyərkən sağlığın-
da müəyyən bir müctəhidin fətvalarına tabe olmağı özünə borc bilmək
nəzərdə tutulur və təqlidin gerçəkləşməsi üçün onun göstərişlərinə əməl
etmək şərt deyil.
Məsələ 13. İnsan həyatda olan bir müctəhidin icazəsi olmadan və-
fat etmiş müctəhidə təqlidində qalarsa, təqlid etməyən insan kimidir və
belə insan dünyadan köçmüş müctəhidə təqlid etmək məsələsində hə-
yatda olan və mərcə-i təqlid üçün tələb olunan bütün şərtlərə malik bir
müctəhidə müraciət etməli və bu məsələdə ona təqlid etməlidir.
Məsələ 14. Yaxşı ilə pisi ayırd edə bilən bir uşaq təqlid edərsə, onun
təqlidi doğrudur. Beləliklə, əgər uşağın həddi-büluğa çatmazdan öncə
təqlid etdiyi müctəhid vəfat edərsə, 12-ci məsələdə həddi-büluğa çatmış
insanlar üçün qeyd edilən hökm həmin uşağa da aiddir. Yalnız “elm-i ic-
mali”, yaxud “höccət-i icmali”hallarında iki rəy arasında ehtiyatın vacib
olması istisna təşkil edir və həddi-büluğa çatmazdan öncə ehtiyat ona
vacib deyildir.
1 Əvvəlki cümlədə izah edilən mənada. Tərc.
2 “Elm-i icmali” deyərkən o hallar nəzərdə tutulur ki, mükəlləf təklifin özündən əmindir
və bir işin ona vacib olduğunu bilir, ancaq həmin təklifin məhz hansı iş olması ona məlum
deyil. Məsələn: Fərz edin ki, bəzi səfər hallarında bir müctəhid namazı müxtəsər, digər bir
müctəhid isə bütöv qılmağı vacib bilir. Burada insan bilir ki, bir namaz qılmalıdır. Ancaq
bilmir ki, həmin namazı müxtəsər, yoxsa bütöv qılmalıdır. Belə bir məsələ “elm-i icmali”
hallarındandır.
Ancaq bəzi hallarda təklifin özü yəqin deyil. Məsələn, xüsusi bir halda bir müctəhid xümsü
vacib bilir, başqa bir müctəhid isə həmin halda xümsü vacib bilmir. Bu hal “elm-i icmali”
hallarından deyil.
Qeyd etmək lazımdır ki, “elm-i icmali” halları ilə əlaqədar hökmlər müxtəlifdir və onlardan
bəzilərində ehtiyata lüzum yoxdur. Ehtiyatın lazım olduğu, yaxud olmadığı halları dəqiqliklə
bilmək üçün fiqh üzrə ixtisas ədəbiyyatına müraciət etmək, yaxud məlumatlı insanlardan
soruşmaq lazımdır.
3 “Höccət-i icmali” elm-i icmali kimidir. Aradakı fərq budur ki, burada mükəlləfin özü təklifin
özündən əmin deyil, onun üçün hər hansı bir təklifin (“elm-i icmali” ilə əlaqədar hissədə izah
edildiyi kimi) mövcud olduğu ona tabe olmalı olduğu başqa bir dəlillə (öz əminliyindən
başqa bir dəlillə) – məsələn, müctəhidin fətvası ilə sabit olmuşdur.
20 Ayətullah əl-üzma Seyid Əli Sistani
Məsələ 15. Mükəlləf hansı məsələləri öyrənmədiyinə görə vacib bir
əməli yerinə yetirməyəcəyini, yaxud haram bir iş görəcəyini ehtimal
edirsə, həmin məsələləri öyrənməsi vacibdir.
Məsələ 16. İnsanın qarşısına barəsindəki hökmü bilmədiyi bir
məsələ çıxarsa, ehtiyat etməli, ya da qeyd edilən şərtlərlə təqlid etməli-
dir. Həmin məsələdə ələm müctəhidin fətvasını öyrənə bilmədiyi halda
isə ələmlik ardıcıllığına riayət etməklə ələmdən başqa bir müctəhidə təq-
lid edə bilər.
Məsələ 17. Bir insan başqa bir şəxsə bir müctəhidin fətvası ilə bağlı
məlumat verərsə, həmin müctəhidin sözügedən fətvası dəyişdikdə onu
bu dəyişiklikdən xəbərdar etməsi vacib deyil. Lakin fətvanı dedikdən
sonra səhv etdiyini və verdiyi məlumatın həmin şəxsin şəri vəzifəsinə
uyğun olmayan şəkildə hərəkət etməsinə səbəb olacağını başa düşərsə,
lazım ehtiyata əsasən, mümkün olduğu təqdirdə səhvini düzəltməlidir.
Məsələ 18. Mükəlləf bir müddət təqlidsiz hərəkət edərsə, burada üç
hal fərz edilə bilər:
1) Əgər onun əməlləri həqiqətlə, yaxud hal-hazırda onun mər-
cəi-təqlidi ola biləcək, təqlid etməli olduğu müctəhidin fətvasına uy-
ğundursa, bu halda onun keçmiş əməlləri, hərəkətləri düzgün sayılır.
2) Əgər onun əməlləri həqiqətlə, yaxud belə bir (1-ci bənddə qeyd
edilən xüsusiyyətlərə malik) müctəhidin fətvasına uyğun deyilsə,
burada dörd vəziyyət təsəvvür edilə bilər:
a) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olarsa, sözü-
gedən əməl batildir. Məsələn, namaz qılan şəxs “təkbirət əl-ehram”ı
deməzsə, ya rüku etməzsə, yaxud ayaq üstə namaz qılmalı olduğu
halda, oturaq halda qılarsa və ya namazını düzgün qaydada alınma-
mış dəstəmaz, qüsl, yaxud təyəmmümlə qılarsa, namazı batil sayılır.
b) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa və
insan “qasir cahil” olarsa, yəni məsələni öyrənməkdə səhləkarlığa
yol verməmişdirsə, bu halda sözügedən əməl doğrudur. Məsələn,
namaz qılan şəxs namazının Həmd və surəsini, yaxud rüku və səc-
dəsinin zikrlərini və ya təşəhhüdünü səhv oxuyarsa, ancaq onları öy-
rənməkdə səhlənkarlığa yol verməmişdirsə, onları bilmədiyinə görə
“müqəssir” deyilsə; yaxud namaz qılan səcdə halında əlini, yaxud
ayağının baş barmağını yerə dayamazsa və məsələni bilməməkdə və
öyrənməməkdə müqəssir olmazsa, namazı doğrudur.
c) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, an-
caq mükəlləf “müqəssir cahil” olarsa (yəni məsələni öyrənməməkdə
və bilməməkdə səhlənkarlığa yol vermişdirsə) və səhvin baş verdiyi
xüsus müqəssir cahilin səhv hərəkətinin əməlin batil olmasına səbəb
Geniş izahlı şəriət məsələləri 21
olduğu hallardan olarsa, bu halda həmin əməl batil sayılır. Məsələn,
“b” bəndində misal olaraq verilən hallarda məsələni öyrənməkdə
səhlənkarlığa yol verən və müqəssir olan namaz qılanın namazı batil
sayılır.
d) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, an-
caq insan müqəssir cahil olarsa, səhvin baş verdiyi xüsus məsələni
hətta üzrsüz və təqsir (səhlənkarlıq) ucbatından bilməməyin belə
əməlin batil olmasına səbəb olmadığı hallardan olarsa, hərçənd bu
halda insan qarşısına çıxan məsələni öyrənmədiyinə görə günahkar
sayılsa da, sözügedən əməl doğru sayılır. Məsələn, bir kişi və ya qa-
dın məsələni bilmədiyinə görə zöhr və əsr namazlarında surələri uca
səslə oxumuşdursa, yaxud bir kişi məsələni bilmədiyinə görə məğrib
və işa namazlarında surələri asta səslə oxumuşdursa və ya bir şəxs
məsələni bilmədiyinə görə namazlarında təsbihati-ərbəəni uca səslə
oxuyarsa, hərçənd məsələni öyrənməkdə səhlənkarlığa yol verərək
müqəssir olsa da, qıldığı namaz doğrudur.
3) Əgər insan keçmiş əməllərini hansı şəkildə həyata keçirdiyini
bilmirsə, məsələn, həddi-büluğa çatdığı ilk dövrlərdə namazını doğ-
ru qaydada qılıb-qılmadığını, yaxud orucunu düzgün tutub-tutma-
dığını xatırlamırsa, ancaq sözügedən əməlləri düzgün şəkildə həyata
keçirdiyini məntiqli əsaslarla ehtimal edirsə, bu halda da “Minhac
əs-salihin” risaləsində qeyd edilən bəzi hallar istisna olmaqla, onun
keçmiş əməlləri doğru sayılır.
Məsələ 19. Bu risalədə qeyd edilən müstəhəblərin bir çoxunun
müstəhəbliyi “sünnətlərin dəlillərində təsamuh”1 qaydasına əsaslanır və
bizim nəzərimizdə bu qaydanın mötəbərliyi sübuta yetmədiyinə görə
mükəlləf həmin işləri rəcaən, Allah tərəfindən bəyəniləcəyinə ümid edərək
görə bilər. Məkruhların çoxu ilə bağlı hökm də bu qəbildəndir və onlar-
dan Allah tərəfindən bəyəniləcəyinə ümid edərək çəkinmək lazımdır.
1 Dəlilləri zəif olan və kamil surətdə arxayınlıq hasil etməyən işlərin müstəhəbliyinə, yaxud
onların savablı olmasına (Allah tərəfindən mükafatlandırıcılacağına) hökm etmək. Tərc.
SULARLA ƏLAQƏDAR HÖKMLƏR
Suların növləri
Məsələ 20. Su ya mütləq (saf), ya da muzafdır (qarışıqdır). “Muzaf
su” qarpız və portağal şirəsi kimi müəyyən bir şeydən alınan, yaxud ar-
tıq su adlandırılmayacaq şəkildə palçıq və bu kimi şeylərlə qarışmış su-
dur. Bu qəbildən olmayan su isə “mütləq su”dur və beş qisimə bölünür:
Mütləq suyun növləri
1) Kür su
Məsələ 21. Qabının həcmi 36 kub qarış1 olan və təqribən 384 litrə
bərabər (və ya daha artıq) olan miqdarda suya “kür su” deyilir. Buna
əsasən, tillərinin hər birinin uzunluğu ən azı təqribən 72,6848 sm olan
qab kür həcmindədir. 2
Məsələ 22. İdrar və qan kimi özlüyündə nəcis olan bir şey, yaxud
paltar kimi nəcisə bulaşan bir şey kür həcmində olan suya dəyərsə, hə-
min su nəcasətin iyini, rəngini, yaxud dadını aldığı təqdirdə nəcis olur,
əks təqdirdə isə nəcis olmur.
Məsələ 23. Kür suyun iyi, rəngi, yaxud dadı nəcasət olmayan bir
şeyin vasitəsilə dəyişərsə, nəcis olmur. Məsələn, kür su həcmində olan
hovuzun içinə bir damla qanla nəcis olmuş bir qədər süd tökülərsə və
hovuzun suyu azacıq südə bənzəyərsə (süd iyi, yaxud rəngi və ya dadı
alarsa, ancaq muzaf həddinə çatmazsa), həmin su nəcis olmur. Ancaq
əgər qanı su hovuzuna tökərlərsə və onun rəngi qan vasitəsilə sarı rəngə
çevrilərsə, su nəcis olur.
Məsələ 24. Qan kimi özlüyündə nəcis sayılan bir şey həcmi kür ölçü-
sündən artıq olan suya dəyərək onun bir hissəsinin iyini, rəngini, yaxud
dadını dəyişərsə, suyun iyi, rəngi və ya dadı dəyişməyən hissəsi kür
1 Bir qarış orta hesabla 22 sm-ə bərabərdir.
2 Aydındır ki, əgər, məsələn, qabın eni deyilən ölçüdən (təqribən 72,6848 sm) az olarsa, ancaq
uzunluq, yaxud hündürlüyünün bu ölçüdən artıq olması hesabına deyilən həcm (36 kub
qarış) düzələrsə, eləcə də əgər qabın hündürlüyü bu ölçüdən az olarsa, ancaq uzunluğunun,
yaxud eninin bu ölçüdən artıq olması hesabına deyilən həcm alınarsa, qabın həcmi yenə də
kür ölçüsündə olur. Həmçinin, qab kürə, yaxud digər həndəsi fiqurlar şəklində də ola bilər.
İstənilən halda meyar qabın ümumi həcmidir.
Geniş izahlı şəriət məsələləri 23
həcmindən az olduğu təqdirdə bütün su nəcis olur, kür ölçüsündə və
ya daha artıq həcmdə olduğu təqdirdə isə suyun yalnız iyi, rəngi, yaxud
dadı dəyişən hissəsi nəcisdir.
Məsələ 25. Fəvvarə suyu kür suya qoşulmuş olarsa, nəcis olan suyu
təmizləyə bilər. Lakin damcılara çevrildikdən sonra nəcis suyun üzərinə
tökülərsə, onu pak etməz. Yalnız fəvvarənin üzərinə suyunun damcıla-
ra çevrilməmişdən öncə nəcis suya qoşulması üçün bir şey tutulduğu
təqdirdə onu pak edər və bunun üçün fəvvarənin suyunun nəcis su ilə
qarışması lazımdır.
Məsələ 26. Nəcasətlənmiş şeyi kür suya qoşulmuş kranın altında yu-
duqda həmin şeydən axan su kür su ilə əlaqəsi kəsilməmişdirsə, nəcasə-
tin iyini, rəngini, yaxud dadını götürməmişdirsə və nəcisin özü (cövhəri)
də onda yoxdursa, pakdır.
Məsələ 27. Kür suyun bir hissəsi buz bağlayarsa və donmamış hissə-
si kür həcmindən az olarsa, donmayan su nəcasətin ona təmas etməsi ilə
nəcis olur və buzun sonradan əriyən hissəsi də nəcis sayılır. Həmçinin,
əgər az (kür həcmindən az miqdarda olan) su nəcis olarsa və onun üzə-
rinə pak olan az su tökülərsə, az suların birlikdə həcmi kür suya çatana-
dək pak olmur.
Məsələ 28. Binaların, hamamların kranlarından, şəhərlərdə kran və
duşlardan axan boru kəmərləri vasitəsilə ötürülən su qoşulduğu mənbə
ilə birlikdə kür həcmindədirsə, kür su hökmünü daşıyır, ancaq axar su
sayılmır.
Məsələ 29. Bir qabı kür həcmində olan mənbəyə qoşulmuş kran su-
yunun altına tutduqda qabın içindəki su kran suyundan ayrılanadək kür
su hökmünə malikdir. Həmçinin, kür suya qoşulu olan kran suyunun
özü də kür su hökmünü daşıyır.
Məsələ 30. Kiçik hamam hovuzunun (habelə, vanna və cakuzinin)
suyu kür ölçüsündən azdırsa, qoşulduqda həcmi onun suyu ilə birlikdə
kür ölçüsünü keçən çən, rezervuar və ya başqa bir mənbəyə qoşulu ol-
duğu və nəcislə təmas zamanı iyi, rəngi, yaxud dadı dəyişmədiyi təqdir-
də nəcis olmur və kür su hökmünü daşıyır.
Məsələ 31. Kür su həcmində olan su əgər sonradan insan onun kür
ölçüsündən azalıb-azalmadığına dair şəkkə düşərsə, kür su kimidir.
Yəni nəcasəti pak edir və ona hər hansı bir nəcasət dəydiyi təqdirdə nə-
cis olmur. Kür ölçüsündən az həcmdə olan və insanın kür həcminə ça-
tıb-çatmadığına şübhə etdiyi su isə kürdən az su hökmündədir.
Məsələ 32. Kür olması şübhəli olan və əvvəllər də kür, yoxsa az su
olması məlum olmayan mütləq su, vacib ehtiyata əsasən, az su hökmün-
dədir.
24 Ayətullah əl-üzma Seyid Əli Sistani
Məsələ 33. Suyun kür olması iki üsulla sabit olur:
1) insanın özünün yəqinlik, yaxud arxayınlıq hasil etməsi;
2) iki adil şəxsin məlumat verməsi.
Əgər bir adil, yaxud etimad edilən və ya suyun ixtiyarında olduğu
şəxs xəbər verərsə, onun xəbəri arxayınlıq hasil etmədiyi təqdirdə, vacib
ehtiyata əsasən, suyun kür olmasını sabit etmir.
2) Az su
Məsələ 34. Yerdən qaynamayan və kür ölüçüsündən az həcmdə olan
su “az su” adlandırılır.
Məsələ 35. Az su nəcis şeyin üzərinə tökülərsə, yaxud nəcis şey ona
dəyərsə, nəcis olur. Lakin nəcis bir şeyin üzərinə yuxarıdan tökülərsə,
həmin şeyə dəyən hissəsi nəcisdir, dəyməyən hissəsi isə pakdır.
Məsələ 36. Nəcis olmuş bir əşyanı yuyarkən, yaxud yuduqdan sonra
ondan öz-özünə, yaxud sıxmaqla və ya bu kimi bir səbəblə ayrılan az
su “qüsalə” (yaxantı) adlanır və nəcisdir. Əlbəttə, su tökülməzdən öncə
nəcis olmuş əşyada özlüyündə nəcis sayılan bir şey mövcud olmadıqda
qüsalənin nəcisliyi vacib ehtiyata əsaslanır. İstənilən halda həmin əşya-
nın bir dəfə yumaqla pak olan, yaxud paklamaq üçün bir dəfədən artıq
yuyulmalı olan əşyalardan olmasının heç bir fərqi yoxdur1 və bir neçə
dəfə yumağa ehtiyac olan hallarda qüsalənin sonuncu dəfə və ya ondan
öncə çıxması arasında fərq yoxdur.
Məsələ 37. Sidik kanalının xarici dəliyi və anus dəliyini yumaq üçün
istifadə edilən az su aşağıdakı beş şərtlə dəydiyi şeyləri nəcis etmir:
1) nəcasətin iyini, rəngini, yaxud dadını götürməməlidir;
2) kənardan başqa bir nəcasət ona dəyməməlidir;
3) idrar və nəcislə birlikdə başqa bir nəcisin, məsələn qanın ifrazı baş
verməməlidir;
4) suda nəcis zərrələri görülməməlidir;
5) nəcasət sidik kanalının xarici dəliyi və anus dəliyinin ətrafına nor-
madan artıq yayılmamalıdır.
3) Axar su
Məsələ 38. Aşağıdakı şərtlə cavab verən suya “axar su” deyilir:
1) Bulaq, çay, kəhriz, yaxud qaynağını dağlarda yığılan qar kütlələ-
rindən götürən sular kimi təbii mənbəyi olmalıdır.
2) Axarlı olmalıdır, hərçənd süni yolla olsa da, axarlılığı təmin edil-
məlidir.
3) Ümumiyyətlə, axarlılığı davamlı olmalıdır.
Axar suyun sözügedən təbii mənbəyə birləşməsi vacib deyil. Beləlik-
lə, əgər təbii şəkildə ondan (mənbəyindən) ayrılarsa (məsələn yuxarıdan
1 Məsələn, az su ilə, fətvaya əsasən, iki dəfə yuyulmalı olan idrara bulaşmış paltar.
Geniş izahlı şəriət məsələləri 25
yerə damcı-damcı tökülərsə və axarsa), axar su hesab edilir. Lakin əgər
bir şey axar suyun mənbəyə birləşməsinə mane olarsa, məsələn, tökül-
məsinin, yaxud qaynamasının qarşısını alarsa, yaxud mənbə ilə əlaqəsini
kəsərsə, qalan (mənbə ilə əlaqəsi kəsilən) su hərçənd axarlı olsa da, axar
su hökmünü daşımır.
Məsələ 39. Axar su kür ölçüsündən az həcmdə olsa da, nəcasət ona
dəydikdə iyi, rəngi, yaxud dadı onun vasitəsilə dəyişmədikcə pakdır.
Məsələ 40. Axar suya hər hansı bir nəcasət dəyərsə, onun nəcasət va-
sitəsilə iyi, rəngi, yaxud dadı dəyişən hissəsi nəcisdir; mənbəyə birləşən
hissəsi kür həcmindən az da olsa, pakdır; digər tərəfdə qalan hissəsi isə
kür həcmində olduğu, yaxud dəyişməyən su ilə mənbə tərəfinin suyuna
birləşdiyi təqdirdə pak, əks təqdirdə isə nəcisdir.
Məsələ 41. Axarlılığı olmayan, lakin suyundan götürüldükdə yeni-
dən qaynayan bulağın suyu axar su hökmünü daşımır, yəni əgər ona
nəcasət toxunarsa və kür həcmindən az olarsa, nəcis olur.
Məsələ 42. Çayın kənarında yığılan və insanlar tərəfindən çayın bir
hissəsi sayılmayan su, hərçənd axar suya birləşmiş olsa da, axar su hök-
münü daşımır və suyun ümumi həcmi kür ölçüsündə olduğu təqdirdə
ona kür su ilə əlaqədar hökmlər şamil olur. Həmçinin, kanal və ya arx
vasitəsilə çaya birləşmiş hovuzun (sututarın) hərəkətsiz suyu axar su
hökmünü daşımır və onun ümumi həcmi kür ölçüsündə olduğu təqdir-
də kür su hökmünü daşıyır.
Məsələ 43. Yerin səthi ilə axan, lakin yerdən qaynamayan su kür
həcmindən az olduğu və ona nəcasət dəydiyi təqdirdə nəcis olur. Lakin
əgər yuxarıdan aşağıya doğru axarsa və nəcasət onun aşağısına dəyərsə,
yuxarı hissəsi nəcis olmur.
4) Yağış suyu
Məsələ 44. Nəcisə bulaşan, ancaq üzərində özlüyündə nəcis sayılan
bir şey olmayan əşyanın üzərinə bir dəfə yağış yağdıqda yağışın dəydiyi
yer pak olur. Yalnız sidiklə nəcis olan bədən və paltarı istisna olaraq,
vacib ehtiyata əsasən, iki dəfə yumaq lazımdır. Həmçinin, nəcis olmuş
qabın içi, vacib ehtiyata əsasən, üç dəfə yuyulmalıdır. Xalça, paltar və bu
kimi əşyaların yağış suyunda yuyulduqdan sonra sıxılması lazım deyil.
Əlbəttə ki, iki-üç damcı yağışın faydası yoxdur, yağıntı insanlar tərəfin-
dən “yağış yağır” deyilə biləcək şəkildə olmalıdır.
Məsələ 45. Yağış özlüyündə nəcis sayılan bir şeyin üzərinə yağarsa
və başqa bir yerə sıçrayarsa, özlüyündə nəcis olan həmin şey yağışla bir-
likdə sıçramadığı və sıçrayan su nəcasətin iyini, rəngini, yaxud dadını
almadığı təqdirdə pakdır. Məsələn, əgər qanın üzərinə yağış yağarsa və
ətrafa sıçrayarsa, sıçrayan suda qan zərrəsi olduğu, yaxud qanın iyini,
26 Ayətullah əl-üzma Seyid Əli Sistani
rəngini və ya dadını götürdüyü təqdirdə, nəcisdir. Əgər onda nəcasət
zərrəsinin, yaxud nəcasətin iyi, rəngi, yaxud dadının olub-olmaması mə-
lum deyilsə, pakdır.
Məsələ 46. Bir tikilinin tavanında, yaxud damının səthində özlüyün-
də nəcis sayılan bir şey olarsa, dama yağış yağdıqca nəcis şeyə dəyib
tavandan, yaxud navalçadan axan suda nəcasətin iyi, rəngi, yaxud dadı
olmadığı təqdirdə pakdır. Lakin yağış kəsildikdən sonra axan su nəcisə
dəydiyi məlum olduğu təqdirdə nəcis sayılır.
Məsələ 47. Üzərinə yağış yağan nəcasətlənmiş yer səthi pak olur. Ya-
ğış suyu yerin səthi ilə axarsa və yağıntı davam etdiyi halda üstü örtülü
olan nəcasətlənmiş bir yerə çatarsa, həmin yeri də pak edir.
Məsələ 48. Yağış suyunun bütün hissələrini əhatə etdiyi nəcasətlən-
miş torpaq, suyun torpağa dəyməsi nəticəsində muzaf suya çevrilməsi-
nin məlum olmaması şərti ilə pak olur.
Məsələ 49. Yağış suyu bir yerə yığıldıqda hərçənd həcmi kür ölçü-
sündən az olsa belə, yağış əsnasında nəcisə bulaşmış bir şey həmin suda
yuyularsa və su nəcasətin iyini, rəngini, yaxud dadını almazsa, həmin
nəcis şey pak olur.
Məsələ 50. Yağış suyu bir çuxura yığılarsa və həcmi kür ölçüsündən
az olarsa, yağış kəsildikdən sonra nəcasətin ona dəyməsi ilə nəcis olur.
Məsələ 51. Əgər nəcasətli yerə sərilmiş pak xalçanın üzərinə yağış
yağarsa və yağıntı əsnasında yağış suyu xalçadan yerə sirayət edərsə,
xalça nəcis olmur, əksinə yer də paklanır. Yalnız yağış suyunun muzaf-
laşdığı, yaxud özlüyündə nəcis olan şeyin xüsusiyyətləri ilə rəngi, iyi,
yaxud dadının dəyişdiyi hallar istisnadır.
Məsələ 52. Yağış suyu nəcis olan hovuzun üzərinə yağarsa, hovuzun
suyu yağış suyu ilə qarışarsa və bu suda özlüyündə nəcis olan şeyin xü-
susiyyətləri olmazsa, hovuzun suyu paklanır.
5) Quyu suyu
Məsələ 53. Yerdən qaynayan quyu suyu hərçənd həcmi kür ölçüsün-
dən az olsa da, nəcasət dəydikdə nəcasətin vasitəsi ilə iyi, rəngi, yaxud
dadı dəyişməyincə pakdır və pakedicidir.
Məsələ 53. Quyuya hər hansı bir nəcasət düşərək onun suyunun iyi-
ni, rəngini, yaxud dadını dəyişərsə, quyu suyunda yaranan bu dəyişik-
liyin aradan getməsi ilə su pak olur. Lakin bu halda quyu suyunun pak
olması, vacib ehtiyata əsasən, onun dəyişiklikdən sonra quyudan qayna-
yan su ilə qarışması şərtinə bağlıdır.
Geniş izahlı şəriət məsələləri 27
Sularla əlaqədar digər hökmlər
Məsələ 55. 20-ci məsələdə tərifi verilən muzaf su nəcis əşyanı pak
etmir və onunla dəstamaz və qüsl də batildir.
Məsələ 56. Dezinfeksiya tədbirləri çərçivəsində suyun tərkibinə
əlavə edilən və bəzən onun rəngini dəyişdirərək ağ rəngə çevirənxlor
qazı (ancaq həmin su bir qabda bir neçə saniyə saxlanıldıqda su saf və
rəngsiz halına qayıdır) suyu muzaf etmir və onun saf və rəngsiz vəziy-
yətinə qayıtmasını gözləmək lazım deyildir.
Məsələ 57. Muzaf su kür həcmində olsa belə, bir zərrə nəcasət ona
təmas edərsə, nəcis olur. Lakin yuxarıdan nəcis şeyin üzərinə töküldüyü
təqdirdə nəcis şeyə dəyən miqdarı nəcisdir, dəyməyən miqdarı isə pak-
dır. Məsələn, əgər gülabdandan nəcisə bulaşmış ələ gülab tökülərsə, ələ
dəyən miqdarı nəcis, dəyməyən miqdarı isə pak sayılır.
Məsələ 58. Nəcasətlənmiş muzaf su axar su, yaxud kür suya ürfən
ona artıq muzaf su deyilməyəcək surətdə qarışarsa, pak olur.
Məsələ 59. Mütləq olan və sonradan muzaf olma həddinə çatıb-çat-
madığı bəlli olmayan su mütləq su hökmündədir, yəni nəcis şeyi pak
edir və onunla dəstamaz almaq və qüsl etmək də doğrudur. Həmçinin,
muzaf olan və sonradan mütləq suya çevrilib-çevrilmədiyi bəlli olmayan
su muzaf su hökmündədir, yəni nəcis şeyi pak etmir və onunla alınan
dəstəmaz və qüsl də batildir.
Məsələ 60. Mütləq və ya muzaf olduğu bəlli olmayan və əvvəllər də
mütləq, yoxsa muzaf olması məlum olmayan su nəcis şeyi pak etmir və
onunla alınan dəstəmaz və qüsl də batildir. Bu suya hər hansı bir nəcasət
dəyərsə, hətta vacib ehtiyata əsasən, kür həcmində və ya daha artıq olsa
belə, nəcis olur.
Məsələ 61. Qan və idrar kimi özlüyündə nəcis sayılan bir şeyin üzə-
rinə tökülərək iyini, rəngini, yaxud dadını dəyişdirdiyi su, hərçənd kür və
ya axar su olsa da, nəcis olur. Hətta əgər suyun iyi, rəngi, yaxud dadı onun
daxilində olmayan bir nəcasətin, məsələn, suyun kənarındakı murdar ol-
muş bir leşin təsiri ilə dəyişərsə belə, lazım ehtiyata əsasən, nəcis olur.
Məsələ 62. İçinə qan və idrar kimi özlüyündə nəcis sayılan şeylərin
töküldüyü və iyini, rəngini, yaxud dadını dəyişdirdiyi su kür və ya axar
suya birləşmiş olarsa, ya üzərinə yağış yağarsa, yaxud külək yağış suyu-
nu onun üzərinə səpərsə və ya yağış əsnasında navalçadan axan yağış
suyu onun üzərinə axarsa, bütün bu hallarda həmin suda baş verən də-
yişiklik aradan qalxdığı təqdirdə pak olur. Lakin bunun üçün yağış, kür,
yaxud axar su həmin su ilə qarışmalıdır.
Məsələ 63. Nəcasətli əşyanı kür, yaxud axar suda yuduqda pak
olduğu yumada sudan çıxardıqdan sonra ondan tökülən su pakdır.
28 Ayətullah əl-üzma Seyid Əli Sistani
H əmçinin, əgər kür, axar, yaxud yağış suyu nəcasətli əşyanın üzərinə tö-
külərsə və onu pak edərsə, pak olduqdan və kür, axar, yaxud yağış suyu
ilə əlaqəsi kəsildikdən sonra ondan tökülən su pakdır. 1
Məsələ 64. Pak olan və sonradan nəcis olub-olmadığı məlum olma-
yan su pakdır, nəcis olan və sonradan pak olub-olmadığı məlum olma-
yan su isə nəcisdir.
Ayaqyolu (sidik və nəcis ifrazı)
ilə bağlı hökmlər
Ayaqyoluna çıxarkən vacib, yaxud haram olan hərəkətlər
Məsələ 65. İnsanın ayaqyoluna çıxarkən və eləcə də digər hallarda
bədəninin məhrəm yerlərini mükəlləf şəxslərdən, hərçənd bacı və ana
kimi məhrəmləri olsalar belə və həmçinin, yaxşı ilə pisi ayırd edə bil-
dikləri təqdirdə dəli və azyaşlı uşaqdan gizlətməsi vacibdir. Lakin ər və
arvadın məhrəm yerlərini bir-birindən gizlətməsi vacib deyil.
Məsələ 66. İnsanın məhrəm yerlərini məxsusi bir şeylə örtməsi vacib
deyil. Əgər, məsələn, əllə örtərsə, kifayətdir.
Məsələ 67. Ayaqyoluna çıxarkən, lazım ehtiyata əsasən, bədənin ön
hissəsi, yəni qarın və sinə qibləyə doğru tutulmamalı, yaxud arxası qib-
ləyə doğru durulmamalıdır və qiblə deyərkən insanınqibləni bildiyi və
hər hansı bir zərurət halı da olmadığı təqdirdə namazda üzünü tutmalı
olduğu tərəf nəzərdə tutulur.
Məsələ 68. Ayaqyoluna çıxarkən bir şəxsin bədəninin ön, yaxud arxa
tərəfi qibləyə doğru olarsa və sadəcə məhrəm yerləri qiblədən fərqli is-
tiqamətə çevirərsə, kifayət deyildir. Vacib ehtiyata əsasən, ayaqyoluna
çıxarkən məhrəm yerlərini də qibləyə və ya əks istiqamətə doğru çevir-
məməlidir.
Məsələ 69. Müstəhəb ehtiyata əsasən, istibra (istibra ilə əlaqədar
hökmlərqarşıdaizah ediləcəkdir) əsnasında, habelə sidik kanalının xa-
rici dəliyini və anus dəliyini təmizləyərkən də bədən üzü, yaxud arxası
qibləyə doğru tutulmamalıdır. Xüsusən, insanın sidik kanalında sidik
qaldığını və istibra ilə sidik qalığının ifraz olunacağını bildiyi halda bu
ehtiyat daha artıq önəm daşıyır.
Məsələ 70. İnsan naməhrəmin onu görməməsi üçün üzü, yaxud arxa-
sı qibləyə doğru oturmağa məcbur olarsa, lazım ehtiyata əsasən, arxası
qibləyə doğru oturmalıdır.
1 Pak olmazdan, yaxud kür, axar və ya yağış suyu ilə əlaqəsi kəsilməzdən öncə həmin əşyadan
tökülən, yaxud sıçrayan sularla bağlı hökm isə əvvəlki məsələlərdə qeyd edilmişdir.
Geniş izahlı şəriət məsələləri 29
Məsələ 71. Müstəhəb ehtiyata əsasən, uşağı ayaqyoluna çıxarkən
üzü, yaxud arxası qibləyə doğru oturtmaq olmaz.
Məsələ 72. Ayaqyolu çanaqları qəsdən, səhvən, yaxud məlumatsız-
lıq səbəbi ilə üzü və ya arxası qibləyə doğru yerləşdirilən məkanlarda,
vacib ehtiyata əsasən, insan elə oturmalıdır ki, üzü, yaxud arxası qibləyə
doğru olmasın.
Məsələ 73. Əgər mükəlləf qiblənin hansı istiqamətdə olduğunu bil-
mirsə, vacib ehtiyata əsasən, ayaqyoluna çıxması caiz deyil. Lakin qib-
lənin istiqamətinin öyrənilməsinə dair ümidini itirdiyi və gözləməyin
mümkün olmadığı, yaxud gözləməyin həddən ziyadə çətin və ya zərərli
olduğu hallar istisnadır. Təyyarələrdə, qatarlarda və gəmilərdə də buna
riayət olunmalıdır.
Məsələ 74. Dörd yerdə ayaqyoluna çıxmaq haramdır:
1) sahiblərinin icazə vermədiyi dalanlarda, həmçinin yoldan keçən-
lərə zərər törətdiyi təqdirdə ümumi küçə və yollarda;
2) ayaqyoluna çıxmaq üçün sahibinin icazə vermədiyi şəxsi mülkiy-
yət ərazisində;
3) bəzi təhsil müəssisələri kimi müəyyən şəxslərin istifadəsi üçün
vəqf edilmiş yerlərdə;
4) möminlərə qarşı hörmətsizlik olduğu və hətta hörmətsizlik ol-
madığı təqdirdə belə, möminlərin qəbirlərinin üzərinə. Yalnız həmin
yerin şəriət baxımından kiminsə mülkiyyətində olmayan, mənimsə-
nilməsi və istifadəsi üçün hər hansı bir maneə olmayan yer olması is-
tisna təşkil edir. Həmçinin, ayaqyoluna çıxmağın din və ya məzhəbin
müqəddəs şəxsiyyətlərindən, yerlərindən, rəmzlərindən birinə qarşı
hörmətsizliklə nəticələndiyi yerlər də bu qəbildəndir.
Sidik kanalının xarici dəliyi və anus dəliyinin
təmizlənməsi qaydası
Məsələ 75. Sidik kanalının xarici dəliyi yalnız su ilə pak olur və kür
su, şəhərdə kranlardan gələn su, yaxud az su ilə bir dəfə yuyulması ki-
fayətdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, az su ilə yuyulduqda iki
dəfə yuyulmalıdır və ən yaxşısı odur ki, üç dəfə yuyulsun.
Məsələ 76. Üç halda anus dəliyi yalnız su ilə paklanır:
1) nəcislə birlikdə başqa bir nəcasət, məsələn, qan ifraz olduqda;
2) anus dəliyinə ifraz olunan nəcisdən başqa bir nəcasət də bulaş-
dıqda (qadınlarda idrarın axaraq anus dəliyinə dəyməsi istisnadır);
3) anus dəliyinin ətrafı normal miqdardan artıq bulandıqda.
Digər hallarda isə su ilə yumaqla yanaşı anus dəliyini su ilə yumaq,
yaxud qarşıdakı məsələlərdə izah ediləcək qaydada parça, daş və bənzər
şeylərlə paklamaq da olar. Hərçənd su ilə yuyulması daha yaxşıdır.
30 Ayətullah əl-üzma Seyid Əli Sistani
Məsələ 77. Anus dəliyi su ilə yuyulduqda nəcis tamamilə təmizlən-
məlidir. Lakin nəcisin rənginin, yaxud iyinin qalmasının eybi yoxdur və
birinci dəfə üzərində nəcisdən bir zərrə belə qalmayacaq şəkildə yuyu-
larsa, ikinci dəfə yuyulması vacib deyil.
Məsələ 78. Quru və pak olduğu təqdirdə daş, kəsək, parça və bu
qəbildən olan şeylərlə anus dəliyini təmizləmək olar. Sadalanan şeylərin
anus dəliyini islatmayacaq dərəcədə az rütubətli olmasının eybi yoxdur.
Məsələ 79. Anus dəliyi daş, kəsək, yaxud parça ilə bir dəfə tamamilə
təmizlənərsə, kifayətdir. Lakin daha yaxşı olar ki, bu təmizləmə üç dəfə
təkrarlansın, hətta üç ayrı parça ilə yerinə yetirilsin. Üç dəfə təkrarlan-
maqla təmizlənmədiyi təqdirdə isə bu hərəkət anus dəliyi nəcisdən ta-
mamilə təmizlənənədək təkrar edilməlidir. Lakin nəcisin adətən su ilə
yuyulmadan getməyən izinin qalmasının eybi yoxdur.
Məsələ 80. Anus dəliyinin ehtiram göstərilməsi vacib olan şeylərlə, o
cümlədən uca Allahın, yaxud peyğəmbərlərin (Allahın salamı olsun on-
lara!) adları yazılmış kağızla təmizlənməsi haramdır, sümük və peyinlə
təmizlənməsinin isə eybi yoxdur.
Məsələ 81. İnsan sidik kanalının xarici dəliyi və ya anus dəliyini tə-
mizləyib-təmizləmədiyi ilə bağlı şübhəyə düşərsə, adətən həmişə sidik
və nəcis ifrazından sonra dərhal təmizləməsinə baxmayaraq, onu təmiz-
ləməsi lazımdır.
Məsələ 82. Namazdan sonra namaza başlamazdan əvvəl sidik kana-
lının xarici dəliyi və ya anus dəliyini təmizləyib-təmizləməməsi ilə bağlı
şəkkə düşərsə, qıldığı namaz doğrudur, lakin növbəti namazlar üçün
onu təmizləməlidir.
İS T İB R A
Məsələ 83. İstibra kişilərin idrar ifrazından sonra sidik kanalını ta-
mamilə boşaltmaq üçün etdikləri müstəhəb bir işdir və bu iş müxtəlif
qaydalarda görülür. Bu qaydalardan birinə görə, sidik ifrazından son-
ra anus dəliyi nəcisə bulaşmışsa, öncə onu təmizləmək, sonra sol əlin
orta barmağını anus dəliyindən cinsiyyət orqanının dibinədək üç dəfə
çəkmək, sonra baş barmaqla cinsiyyət üzvünün üst, şəhadət barmağı ilə
isə alt tərəfindən tutaraq sünnət edilən yerədək üç dəfə çəkmək, daha
sonra kanalda qalan sidik damcılarının ifraz olunması üçün cinsiyyət
üzvünün uc hissəsini (penis başını) üç dəfə sıxmaq lazımdır. Məninin
(sperma) istibrası isə onun ifrazından sonra kanalda qalan damcıların
xaric olması üçün sidiyə çıxmaq deməkdir.
Məsələ 84. Sidik kanalının xarici dəliyindən ifraz olunan (idrar və
spermadan başqa) mayelər üç növdür:
Geniş izahlı şəriət məsələləri 31
1) kişilərdə bəzən şəhvani təhrik nəticəsində ifraz olunan maye –
“məzy” (predeyakulyat);
2) bəzən mənidən sonra ifraz olunan maye – “vəzy”;
3) bəzən idrardan sonra ifraz olunan maye – “vədy”.
Bu mayelərin hamısı sidik kanalından ifraz olunduqdan sonra idrar,
yaxud spermaya qarışmadığı təqdirdə pakdır.
Sidikdən istibranın faydası budur ki, insan sidik ifrazının ardınca
istibra edərsə və sonra sidik kanalından sidik, yoxsa yuxarıda sadalanan
üç növ mayedən hər hansı biri olduğunu bilmədiyi şübhəli maye ifraz
olarsa, həmin şübhəli maye pak sayılır və dəstəmaz və qüslü də pozmur.
Lakin əgər istibra etməmişdisə, yenidən dəstəmaz almalı və həmin yeri
yumalıdır. Həmçinin, mənidən istibranın faydası bundan ibarətdir ki,
əgər insandan şübhəli bir maye ifraz olarsa və mənimi, yoxsa sadalanan
üç növ pak mayedən birimi olduğunu bilməzsə, həmin şəxs cünub sayıl-
mır. Lakin əgər istibra etməzsə, sidik kanalından bir maye ifraz olarsa və
onun məni olduğunu ehtimal edərsə, cünub sayılır.
Məsələ 85. Bir kişi sidikdən istibra edib-etmədiyi ilə bağlı şəkkə
düşərsə və sidik kanalından pak olub-olmadığını bilmədiyi bir maye if-
raz olarsa, bu maye nəcis sayılır və əgər dəstəmaz almışdısa, batil olur.
Lakin etdiyi istibranın doğru olub-olmadığı xüsusunda şəkk edərsə və
ondan pak olub-olmadığını bilmədiyi bir maye ifraz olarsa, bu maye pak
sayılır və dəstəmazı da pozmur.
Məsələ 86. İdrardan istibra etməyən, yaxud istibra edib-etmədiyinə
şübhə edən şəxs idrar ifrazından uzun müddət keçməsi səbəbi ilə kanal-
da idrarın qalmadığına əmin olarsa və sonra pak olub-olmadığına şəkk
etdiyi bir rütubət görərsə, bu rütubət pakdır və dəstəmazı da pozmur.
Məsələ 87. İnsan idrardan sonra istibra edərək dəstəmaz alarsa,
dəstəmazdan sonra ya idrar, ya da məni olduğunu bildiyi bir rütubət
görərsə, namaz və dəstəmaz tələb edən digər işlər üçün ehtiyatən qüsl
etməsi və dəstəmaz da alması vacibdir. Lakin əgər dəstəmaz almamışdı-
sa, yalnız dəstəmaz alması kifayətdir.
Məsələ 88. Qadın üçün idrar, yaxud mənidən istibra yoxdur və o,
özündə bir rütubət görərək sidik olub-olmadığına və ya məni olub-ol-
madığına dair şəkkə düşərsə, həmin rütubət pak sayılır və onun dəstə-
maz və qüslünü də pozmur.
Ayaqyolu ilə bağlı müstəhəb və məkruh işlər
Məsələ 89. Müstəhəbdir ki, insan ayaqyoluna çıxmaq üçün onu kim-
sənin heç bir vəchlə görə bilməyəcəyi bir yerdə otursun və ayaqyoluna
çıxdığı yerə daxil olarkən sol ayaqla girsin, çıxarkən isə sağ ayaqla çıxsın.
32 Ayətullah əl-üzma Seyid Əli Sistani
Həmçinin, müstəhəbdir ki, ayaqyolu əsnasında başını örtsün və bədəni-
nin ağırlığını sol ayağının üzərinə salsın.
Məsələ 90. Ayaqyoluna çıxarkən üzü Günəş, yaxud Aya doğru otur-
maq məkruhdur, lakin məhrəm yerlər bir vasitə ilə örtülərsə, məkruh sa-
yılmır. Həmçinin, yollarda, prospekt və küçələrdə, evlərin qapısı önün-
də və bar verən meyvə ağacının altında oturaraq ayaqyoluna çıxmaq
məkruhdur və hətta bəzən bu qəbildən olan yerlərdə ayaqyoluna çıxmaq
haramlıq ünvanı kəsb etməsi səbəbi ilə haram olur.
Məsələ 91. Ayaqyolunda nəsə yemək, həddən ziyadə ləngimək və
sağ əllə yuyunmaq məkruhdur. Həmçinin, ayaqyolunda danışmaq da
məkruhdur. Lakin əgər insan buna məcbur olarsa, yaxud uca Allahı zikr
edərsə, eybi yoxdur.
Məsələ 92. Ayaq üstə, suyun sıçradığı möhkəm yerlərə idrar etmək
məkruhdur. Həmçinin, heyvanların yuvasına, suya, xüsusən, axarı ol-
mayan suya, üzü küləyə doğru idrar etmək məkruhdur.
Məsələ 93. İdrar və nəcisi saxlamaq məkruhdur və əgər orqanizm
üçün ümumi zərəri olarsa, haramdır.
Məsələ 94. İnsanın namazdan, yuxudan və cinsi əlaqədən öncə və
sperma ifrazından sonra idrar etməsi müstəhəbdir.
NƏCASƏTLƏR
Nəcasətin növləri
Məsələ 95. Aşağıdakı on şey nəcasətdir:
1) idrar; 2) nəcis; 3) məni; 4) murdar; 5) qan; 6 və 7) it və donuz; 8)
kafir; 9) şərab; 10) nəcis yeyən heyvanın təri.
1 və 2) İdrar və nəcis
Məsələ 96. İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə
qanı sıçrayan bütün əti haram olan heyvanların sidik və nəcisi nəcasət-
dir. Buna əsasən, siçan, dovşan, pişik, yırtıcı heyvanların və bənzərləri-
nin ifrazatları nəcasətdir. Qanı sıçramayan əti haram olan heyvanların,
məsələn əti haram olan balığın, həmçinin, əti olmayan ağcaqanad və
milçək kimi kiçik heyvanların nəcis ifrazatı pakdır. Lakin,vacib ehtiyata
əsasən, qanı sıçramayan əti haram olan heyvanların idrarına nəcis kimi
yanaşmaq lazımdır.
Məsələ 97. Qarğa, qartal, yarasa və bu kimi yeyilməsi haram olan
quşların idrar və nəcisi pakdır. Hərçənd daha yaxşı olar ki, onlar xüsu-
sunda da ehtiyat edilsin.
Geniş izahlı şəriət məsələləri 33
Məsələ 98. İnsan nəcisi ilə qidalanmağa adət etmiş nəcisyeyən hey-
vanın, habelə donuz südü içən (qidalarla bağlı hökmlərdə izah ediləcək
qaydada) çəpişin və eləcə də insanın cinsi əlaqədə olduğu heyvanın si-
dik və nəcisi də nəcasət sayılır.
3) Məni (sperma)
Məsələ 99. Kişinin və sıçrayan qanı olan istənilən əti haram olan
erkək heyvanın mənisi nəcasətdir. Həmçinin, qadından şəhvani təhrik
olunma nəticəsində ifraz olan və 444-cü məsələdə izah ediləcək qayda-
da onun cənabətlənməsinə səbəb olan maye məni hökmündədir. Vacib
ehtiyata əsasən, qanı sıçrayıcı olan əti halal olan erkək heyvanların sper-
masınada nəcis kimi yanaşmaq lazımdır.
4) Murdar
Məsələ 100. İnsanın və təbii yolla tələf olmasından, yaxud şəriətdə
müəyyən edilmiş qaydalara uyğun olmayaraq kəsilməsindən, öldürül-
məsindən asılı olmayaraq sıçrayan qanı olan hər bir heyvanın cəsədi, leşi
nəcasət sayılır. Balıq sıçrayan qanı olmadığına görə suda ölsə də, pakdır.
Məsələ 101. Murdarın ruhu olmayan yunu, tükü,kürkü, sümüyü və
dişi pakdır. Yalnız bədəni bütünlüklə nəcasət sayılan it, donuz və əh-
li-kitab olmayan kafir istisna təşkil edir.
Məsələ 102. İnsanın, yaxud sıçrayan qanı olan heyvanın bədənindən
sağ ikən ət, yaxud ruhu olan başqa bir şey ayrılarsa, nəcisdir.
Məsələ 103. Dodaqların üzərindən, yaxud bədənin müxtəlif na-
hiyələrindən xırda dəri parçaları qoparılarsa, həmin ruhu olmadığı və
asanlıqla qopduğu təqdirdə pakdır.
Məsələ 104. Ölü toyuğun qarnından çıxan yumurta qabığı bərkləş-
məmiş olsa da, pakdır, lakin üstünü yumaq lazımdır.
Məsələ 105. Quzu və çəpiş otla qidalanmağa başlamazdan əvvəl
tələf olarsa, onların qursağındakı pendir mayası (qursaq mayası, yaxud
rennin fermenti) pakdır. Lakin maye olduğu məlum olmazsa, ölmüş
heyvanın bədəninə toxunan çöl tərəfini yumaq lazımdır.
Məsələ 106. Qeyri-müsəlman ölkələrindən idxal olunan müxtəlif növ
dərman, ətir, bitki yağı, ayaqqabı mazı, sabun, parça və s. məhsullar on-
ların nəcasətli olmasına dair yəqinlik hasil edilmədiyi təqdirdə pakdır.
Məsələ 107. Ət, yağ və dəri əgər şəriət qaydalarına uyğun olaraq
kəsilməyən heyvandan əldə edilmişdirsə, nəcisdir və bu qəbildən olan
dərilərdən hazırlanmış geyimlə qılınan namaz da doğru sayılmır. Lakin
əgər ət, yağ və dərinin şəriət qaydalarına müvafiq surətdə kəsilən hey-
vandan olduğuna dair məntiqli ehtimal vardırsa, pakdır, həmin d əridən
34 Ayətullah əl-üzma Seyid Əli Sistani
olan paltarla namaz qılmaq da caizdir və bu halda həmin ət, yağ və
dəri məhsullarında islami kəsim qaydalarının tətbiqini bildirən nişanın
olub-olmamasının heç bir fərqi yoxdur. Qeyd etmək lazımdır ki, bu qə-
bildən olan ət və yağın yeyilməsi, habelə halal kəsim nişanları ilə bağlı
hökmlər “Qidalarla bağlı hökmlər” fəslində açıqlanacaqdır.
5) Qan
Məsələ 108. İnsandan və sıçrayan qanı olan (damarı kəsildikdə
qanı sıçrayışla çıxan) hər bir heyvandan ifraz olan qan nəcasətdir. Buna
əsasən, sıçrayıcı qanı olmayan balıq və ağcaqanad kimi heyvanların qanı
pakdır.
Məsələ 109. Əti halal olan heyvan şəriətdə müəyyən edilmiş qayda-
da kəsilərsə və ondan adətən axan qədər qan axarsa, bədənində qalan
qan içilməsi haram olsa da, pak sayılır. Lakin nəfəsalma nəticəsində qan
heyvanın bədəninə geri qayıdarsa, yaxud heyvanın başı hündür yerdə
olduğuna görə qan normal sayılan miqdarda axmazsa, həmin qan nə-
cisdir və müstəhəb ehtiyata əsasən, əti halal olan heyvanın bədəninin
yeyilməsi haram olan yerlərində qalan qandan ehtiyat etmək lazımdır.
Həmçinin, əti halal olan vəhşi heyvan ov vasitələri ilə şəriətdə müəy-
yən edilmiş qaydada öldürülərsə, normal miqdarda qan axdıqdan son-
raonun bədənində qalan qan pakdır.
Məsələ 110. Kəsilmiş heyvanın bədənində qalan qanın pak, yoxsa
nəcis qan qismindən olduğuna dair şəkk yaranarsa, pak olduğuna hökm
edilir. Yalnız heyvanın şəriətə uyğun kəsilməmiş olduğuna hökm edil-
diyi hallar, hərçənd bu hökm onun bədənindən adətən axan qədər qan
axmaması ilə əlaqədar olsa da, istisna təşkil edir.
Məsələ 111. Yumurtanın içindəki qan nəcis deyil, lakin həmin qanın
qəbulu haramdır. Beləliklə, içərisindəki qan zərrəsi götürülərsə, yumur-
tanın qalan hissəsinin yeyilməsinin eybi yoxdur. Hərçənd, müstəhəb
ehtiyata əsasən, içərisində qan zərrəsi olan yumurta sarısını yeməkdən
çəkinmək lazımdır.
Məsələ 112. Bəzi hallarda süd sağarkən müşahidə edilən qan nə-
cisdir və sağılmış südün miqdarı kür həcmində olan bir qab qədər olsa
belə, onu nəcis edir.
Məsələ 113. Diş ətindən gələn qan ağız suyu ilə qarışması səbəbi ilə
itirsə, ağız suyundan çəkinmək lazım deyil.
Məsələ 114. Əzilmə nəticəsində dırnağın, yaxud dərinin altında yı-
ğılan ölü qan hüceyrələrindən ibarət laxtalar artıq qan adlandırılmaya-
caq haldadırsa, pak, qan sayıldığı və üzə çıxdığı təqdirdə isə nəcisdir.
Beəliklə, dırnaq, yaxud dəri qan bədənin zahiri hesab ediləcək şəkildə
Geniş izahlı şəriət məsələləri 35
(üzə çıxacaq şəkildə) deşildiyi təqdirdə qanın çıxarılması və həmin ye-
rin dəstəmaz almaq və ya qüsl etmək üçün yuyulması həddən ziyadə
zərərli,yaxud əziyyətli deyilsə, çıxarılmalıdır. Həddən ziyadə zərərlidir-
sə, yaxud əziyyət verəcəksə, bədənin təyəmmüm yerlərindən başqa na-
hiyələrində olduğu təqdirdə təyəmmüm etmək kifayətdir, təyəmmüm
yerlərində olduğu və əngəl sayıldığı təqdirdə isə həm təyəmmüm edil-
məli, həm də cəbirə dəstəmazı alınmalıdır. Bu məsələ cəbirə dəstəmazı
mövzusunda izah ediləcəkdir.
Məsələ 115. İnsan dərisinin altındakı qan hüceyrələrinin öldüğü-
nü, yoxsa ətinin əzilməsi nəticəsində bu vəziyyətə düşdüyünü bilmirsə,
pakdır.
Məsələ 116. Yemək qaynayarkən içinə bir damcı qan düşərsə, bütün
yemək və eləcə də qab nəcis olur və lazım ehtiyata əsasən, qaynama, hə-
rarət və od pakedici deyildir.
Məsələ 117. Yara sağalarkən onun ətrafında meydana gələn irin qan-
lı olub-olmadığı məlum olmadığı təqdirdə pak sayılır.
Məsələ 118. Yara yuyulduqdan sonra, yaxud sağalarkən üzərində
əmələ gələn qırmızı rəngli dəri qatı tərkibində qan olub-olmadığı mə-
lum olmadığı təqdirdə pakdır.
6 və 7) İt və donuz
Məsələ 119. Quruda yaşayan it və donuz nəcisdir. Onların hətta tükü,
sümüyü, pəncəsi, dırnağı, ağız suyu və digər rütubətləri də nəcisdir və
bu hökmdə onların növləri arasında fərq yoxdur.
8) Kafir
Məsələ 120. Kafir:
a) Allahın varlığını, yaxud təkliyini qəbul etməyən;
b) yaxud “Xatəm əl-ənbiya”nın (Peyğəmbərlərin sonuncusu Həzrət
Muhəmmədin (s) peyğəmbərliyini qəbul etməyən;
c) və ya peyğəmbərlərin sonuncusu olan Allahın ən əziz Elçisinin (s)
təkzib edilməsinə gətirib çıxaracaq şəkildə dinin zərurətlərindən biri-
ni inkar edən şəxsdir və sonuncu halda sözügedən zərurətin namaz,
oruc, zəkat və hicab kimi vacibatdan, şərab içmək, riba (sələmçilik)
və qina (haram musiqi) kimi haram işlərdən və ya məad (ölümdən
sonrakı həyata inam) və Peyğəmbərin (s) Əhli-beytinə (ə) sevgi kimi
inanc məsələlərindən olmasının heç bir fərqi yoxdur.
Buna əsasən, hər hansı bir dini seçməyən, yaxud İslamdan başqa bir
dini olan və ya İslam dinini seçən, ancaq uca Allah tərəfindən Peyğəm-
bərə (s) çatdırılan bəzi göstərişləri (Allahın elçisinin buyuruğu olduğu-
nu bildiyi halda) inkar edən insan kafirdir.
36 Ayətullah əl-üzma Seyid Əli Sistani
Ancaq İslamı özünə din seçən, lakin müsəlman mühitindən uzaq
olmaq, yaxud din əleyhinə şübhələrin təlqin edilməsi kimi səbəblərlə
xüms və hicab kimi dinin bəzi əməli hökmlərini Peyğəmbəri (s) və onun
buyuruğunu təkzib etmək niyyəti olmadan inkar edən insan hərçənd
haqq yoldan sapmış olsa da, kafir deyil.
Kafirlər, ümumiyyətlə, iki qismə bölünür: kitabi (əhli-kitab) kafir-
lər, yəni yəhudilər, xristianlar, zərdüştilər və qeyri-kitabi (əhli-kitab ol-
mayan) kafirlər, yəni yəhudi, xristian, yaxud zərdüşti olmayan kafirlər.
Onların pak, yoxsa nəcis olması ilə əlaqədar hökm sonrakı məsələlərdə
qeyd ediləcəkdir.
Məsələ 121. Əhli-kitab olmayan kafirin bütün bədəni, hətta tükü,
dırnağı və bədənindən ifraz olan rütubətlər də nəcisdir. Ancaq əhli-kitab
(yəhudilər, xristianlar və zərdüştilər) pakdır.
Qeyd etmək lazımdır ki, mürtədin, yəni İslamdan çıxan şəxsin pak,
yoxsa nəcis olması ilə bağlı hökm onun daxil olduğu qrupa aid olan
hökmdür. Beləliklə, əgər mürtəd şəxs kitabi kafir olarsa, pakdır, qey-
ri-kitabi kafir olduğu təqdirdə isə nəcis olur.
Məsələ 122. Həddi-büluğa çatmayan uşağın valideynləri, baba və
nənəsi əhli-kitab olmayan kafirdirsə, həmin uşağın da bədəni nəcisdir.
Lakin həddi-büluğa çatmayan uşaq yaxşı ilə pisi ayırd edə bilərsə və
müsəlman olduğunu izhar edərsə, bu halda onun bədəni pakdır. Vali-
deynlərindən üz çevirdiyi və müsəlmanlara rəğbət göstərdiyi, yaxud
həqiqəti araşdırma mərhələsində olduğu təqdirdə də onun bədəninin
nəcis olduğuna hökm etmək məhəll-i işkaldır, yəni vacib ehtiyata əsasən,
belə olan halda ehtiyatın tələbinə riayət etmək lazımdır.
Uşağın valideynlərindən, baba və nənəsindən hər hansı biri müsəl-
man olarsa, uşaq (226-cı məsələdə izah ediləcək şəkildə) pak sayılır.
Məsələ 123. Müsəlman olub-olmadığı məlum olmayan və müsəl-
manlığına dair bir əlamət də olmayan şəxs pakdır, lakin müsəlmanlığa
dair digər hökmlər ona şamil olunmur. Məsələn, müsəlman qadın onun-
la evlənə bilməz və müsəlman qəbiristanlığında dəfn edilməməlidir. Əl-
bəttə, belə bir şəxs müsəlman ölkələrindən birində dünyasını dəyişər-
sə, zahirən müsəlmanla bağlı bütün hökmlər ona şamil olunur. Ancaq
qeyri-müsəlman cəmiyyətlərində yaşayan, etiqadları və dinləri məlum
olmayan, lakin məntiqli ehtimalla müsəlman və ya kitab əhli olan kafir
olduqları güman edilən insanlar isə pakdır, lakin müsəlmanlarla bağlı
hökmlər onlara şamil olunmur.
Məsələ 124. Qulat (qalilər), yəni imamlardan (ə) birini Allah adlan-
dıran, yaxud Allahın onların vücudunda təcəlla etdiyini söyləyən şəxslər
və nəvasib (nasibilər), yəni imamlara (ə) düşmən olduqlarını göstərənlər
Geniş izahlı şəriət məsələləri 37
nəcisdirlər. Həmçinin, on dörd məsumdan (ə) birinin ünvanına ədavət
səbəbi ilə söyüş sayılan nalayiq sözlər sərf edən şəxsin bədəni nəcisdir.
Xəvaricə (xaricilərə) gəlincə, onların bir qismi Əhli-beytə (ə) qarşı
düşmən olduqlarını göstərirlər, nasibilərdən sayılırlar və nəcisdirlər,
digər bir qisminin isə Əhli-beytlə (ə) düşmənçiliyi yoxdur, hərçənd xə-
varicin fiqhi hökmlərinə tabe olduqlarına görə onlardan sayılsalar da,
pakdırlar.
9) Şərab
Məsələ 125. Şərab nəcisdir. Digər məstedicilər isə nəcis deyil, ancaq
onların istifadəsi istənilən halda haramdır. “Fuqqa” ilə bağlı hökm qar-
şıdakı məsələlərdə bəyan ediləcəkdir.
Məsələ 126. İstər texniki, istərsə tibbi spirtin bütün növləri pakdır.
İstisna olaraq, bir spirt maddəsinin şərabın buxarlandırılması, yaxud
distillə edilməsi üsulu ilə alındığı məlum olarsa, bu halda nəcisdir.
Məsələ 127. Üzüm suyu öz-özünə, yaxud bişirilməsi nəticəsində
qaynayarsa, pakdır, ancaq içilməsi haramdır. Şəraba çevrildiyi halda isə
içilməsi haram olmaqla yanaşı həm də nəcisdir. Həmçinin, qaynayan
üzümün yeyilməsi, vacib ehtiyata əsasən, haramdır, lakin o nəcis deyil.
Məsələ 128. Xurma, üzüm qurusu, kişmiş və onların suyu nə qədər
qaynasa da, pakdır və qəbulu halaldır. Lakin xurma, üzüm qurusu və
kişmiş suyu qaynayarsa və məstedici olduğu məlum olarsa, onların içil-
məsi haram olsa da, nəcis deyil.
Məsələ 129. Adətən arpadan hazırlanan və yüngül dərəcəli sərxoşlu-
ğa səbəb olan fuqqa haramdır və vacib ehtiyata əsasən, həm də nəcisdir.
Tibbi məqsədlər üçün arpadan hazırlanan, “mauşşəir” adlandırılan və
heç bir vəchlə sərxoş etməyən arpa suyu isə pak və halaldır.
10) Nəcisyeyən heyvanın təri
Məsələ 130. İnsan nəcisi ilə qidalanmağa adət edən, nəcis yeganə
qidası sayılan dəvənin təri nəcisdir. Həmçinin, vacib ehtiyata əsasən, bu
qəbildən olan digər heyvanların da təri nəcisdir.
Məsələ 131. Haram yolla (məsələn, zina, yaxud masturbasiya nəticə-
sində) cənabətlənən şəxsin təri pakdır və belə tərlə qılınan namaz doğ-
rudur. Hərçənd, müstəhəb ehtiyat budur ki, belə tərə bulaşmış bədən,
yaxud libasla qurumayınca və tərin özü qaldığı müddət ərzində, namaz
qılınmasın.
38 Ayətullah əl-üzma Seyid Əli Sistani
Nəcasətin təsbit edilməsi üsulları
Məsələ 132. İstənilən şeyin nəcis olması üç üsulla təsbit edilə bilər:
1) İnsanın özünün bu və ya digər bir şeyin nəcis olduğuna dair
yəqinlik, yaxud məntiqli üsulla arxayınlıq hasil etməsi. Əgər bir şe-
yin nəcis olduğunu güman edirsə, həmin şeyə nəcis hökmü şamil ol-
mur. Beləliklə, laqeyd insanların da yemək yediyi ictimai yerlərdə,
restoran və mehmanxanalarda əgər insan onun üçün gətirilən yemə-
yin nəcis olduğuna əmin deyilsə, orada qidalanmasının işkalı yoxdur
(ehtiyat tələb etmir).
2) Bir əşyanın ixtiyarında olduğu (və nəcasət və paklıq məsələsinə
riayət etməməkdə ittiham edilməyən) şəxsin həmin əşyanın nəcis ol-
duğunu söyləməsi, məsələn, insanın həyat yoldaşının, yaxud qulluq-
çusunun istifadəsində olan qab-qacağın və ya başqa bir əşyanın nəcis
olduğunu söyləməsi.
3) İki adil şəxsin nəcasətlənmə səbəbinə dair məlumat vermək,
məsələn: “Filan əşyaya qan (yaxud sidik) dəymişdir”, - demək şərti
ilə bir şeyin nəcis olduğunu söyləməsi. Bir şeyin nəcis olduğunu adil,
yaxud etimad edilən bir şəxs xəbər verərsə və onun sözü arxayınlıq
hasil etməzsə, vacib ehtiyat budur ki, insan həmin şeyə nəcis kimi
yanaşsın.
Məsələ 133. İnsan məsələ ilə bağlı məlumatsızlıq nəticəsində bir şe-
yin nəcis, yoxsa pak olduğunu, məsələn, siçanın ifrazatının pak olub-ol-
madığını bilmirsə, məsələni soruşmalı (öyrənməli), ya da ehtiyat edərək
ona nəcis kimi yanaşmalıdır. Ancaq məsələni bildiyi halda bir şeyin
pak olub-olmadığı xüsusunda şəkkə düşərsə, məsələn, həmin şeyin qan
olub-olmadığına şəkk edərsə, yaxud ağcaqanadın, yoxsa insanın qanı
olduğunu bilməzsə, həmin şey pakdır və onu araşdırmaq, yaxud soruş-
maq lazım deyildir.
Məsələ 134. İnsanın paklanıb-paklanmadığına şəkk etdiyi nəcis bir
şey nəcisdir. Əgər insan pak bir şeyin nəcasətlənib-nəcasətlənmədiyinə
şəkk edərsə, həmin şey pakdır və həmin şeyin nəcis, yaxud pak olmasını
başa düşməsi mümkün olsa belə, araşdırmasına gərək yoxdur.
Məsələ 135. İnsan hər birindən istifadə etdiyi iki qabın, yaxud iki
paltarın nəcasətləndiyini bilirsə, lakin hansının nəcisə bulaşdığını bil-
mirsə, hər ikisindən ehtiyat etməlidir. Lakin əgər, məsələn, öz paltarının,
yoxsa onun ixtiyarında olmayan və başqasının malı olan paltarın nəcis
olduğunu bilmirsə, öz paltarına pak paltar hökmü şamildir.
Geniş izahlı şəriət məsələləri 39
Pak şey necə nəcasətlənir?
Məsələ 136. Pak bir şey nəcis bir şeyə toxunarsa və onların ikisi də,
yaxud ikisindən biri rütubəti digərinə sirayət edəcək qədər yaş olarsa,
həmin pak şey də nəcasətlənir. Lakin əgər nəcasətdə vasitələr artarsa,
nəcasət ötürülmür. Məsələn, əgərsağ əl sidiklə nəcasətləndiyi halda qu-
ruduqdan sonra yeni bir rütubətlə sol ələ toxunarsa, bu toxunuş sol əlin
də nəcasətlənməsinə səbəb olur. Həmçinin, əgər sol əl quruduqdan son-
ra rütubətli halda bir əşyaya, məsələn, paltara toxunarsa, paltar da nə-
casətlənir. Lakin həmin libas başqa bir əşyaya rütubətli halda toxunarsa,
həmin əşyanın nəcasətləndiyinə hökm edilmir. Beləliklə, üçüncü vasitə
nəcasətlənir, lakin dördüncü vasitəni nəcasətləndirmir.
İstənilən halda əgər rütubət bir əşyadan digərinə ötürülməyəcək qə-
dər az olarsa, pak olan şey hətta bilavasitə özlüyündə nəcis olan şeyə
toxunsa belə, nəcasətlənmir.
Məsələ 137. Pak bir şey nəcis bir şeyə toxunarsa və insan onların
iksinin də, yaxud ikisindən birinin nəm olmasına və ya əgər nəm idisə,
nəmliyinin digərinə sirayət edəcək qədər olub-olmamasına şəkk edərsə,
həmin pak şey nəcasətlənmiş sayılmır.
Məsələ 138. İnsanın ikisindən birinin nəcis olduğunu bildiyi, lakin
dəqiq olaraq hansının pak, hansının isə nəcis olduğunu bilmədiyi iki
şeydən birinə pak olan başqa bir əşya sirayətedici rütubətlə toxunarsa,
həmin şeyə nəcis hökmü şamil olmur. Lakin aşağıdakı iki hal kimi bəzi
hallar istisnadır:
Birinci hal: Əvvəlki iki şeyin hər ikisi əvvəl nəcis idisə və onlardan
biri (hansı olduğu məlum deyil) paklanarsa, bundan sonra pak bir şey
(məsələn, insanın əli) onlardan birinə sirayətedici rütubətlə toxunarsa,
bu halda əlin nəcis olduğuna hökm edilir.
İkinci hal: Pak bir şey (məsələn, sağ əl) həmin iki şeydən birinə,-
başqa pak bir şey (məsələn, sol əl) isə digərinə sirayət edici rütubətlə
toxunarsa,1 bu halda sağ və sol əllərə də həmin əvvəlki iki şeylə bağlı
hökm şamil olur.
Məsələ 139. Şirə, bal, yağ, tomat pastası və s. bənzər məmulatlar on-
ların bir hissəsi qabdan götürüldükdə yeri boş qalmayacaq şəkildə axıcı
olarsa, onların bir zərrəsinə nəcis bulaşdıqda bütünlüklə nəcasətlənmiş
sayılırlar. Lakin əgər bu məmulatların üzərindən bir miqdar götürüldük-
də götürülən hissənin yeri boş qalarsa, hərçənd sonradan dolsa da, yalnız
nəcasətin toxunduğu yer nəcisdir. Beləliklə, əgər bu məmulatların içəri-
sinə siçan ifrazatı düşərsə, ifrazat düşən hissə nəcis, qalan hissə isə pakdır.
1 Bu halda olmalıdır ki, hər iki şey insanın tez-tez təmasda olduğu şey olmalıdır.
40 Ayətullah əl-üzma Seyid Əli Sistani
Məsələ 140. Döşəmə, parça və buna bənzər şeylər sirayət edəcək
qədər rütubətli olarsa, onların yalnız nəcasətin toxunduğu hissəsi nəcis
olur, digər yerləri isə hərçənd nəcasətlənən yerə bitişik olsa da, pakdır və
bu hökm xiyar, qovun və bənzər şeylərə də şamildir.
Məsələ 141. Milçək və ya ona bənzər bir heyvan öncə yaş halda olan
nəcis bir şeyin, sonra yaş halda olan pak bir şeyin üstünə qonarsa, bu
halda insan həmin heyvanın nəcasət götürdüyünü bildiyi təqdirdə pak
şey nəcis olur, bilmədiyi təqdirdə isə pakdır.
Məsələ 142. Əgər insanın bütün bədəni, yaxud onun bir hissəsi tərli-
dirsə və onun hər hansı bir yeri nəcasətlənərsə, tər oradan başqa bir yerə
axdığı təqdirdə tərin dəydiyi hər yer nəcasətlənir. Tər başqa bir yerə ax-
mazsa, yaxud onun başqa bir yerə sirayət etməsi şübhəli olarsa, bədənin
digər yerləri pakdır.
Məsələ 143. Burun, yaxud boğazdan gələn qatı ifrazatlar qanlı olarsa,
onların qanlı olan hissəsi nəcis, yerdə qalanı isə pakdır. Beləliklə, əgər bu
ifrazatlar ağız boşluğundan, yaxud burun dəliklərindən çölə çıxarsa, insa-
nın ifrazatın nəcasətlənmiş hissəsinin dəydiyinə əmin olduğu yerlər nəcis,
nəcasətlənmiş hissənin dəyib-dəymədiyinə şəkk etdiyi yerlər isə pakdır.
Məsələ 144. Dibində dəlik olan bir qab, məsələn, aftafa nəcasətlən-
miş bir yerə qoyularsa, altından axan su dayandığı və altına yığılaraq
aftafa suyu ilə eyni su sayıldığı təqdirdə aftafanın suyu nəcis olur, lakin
aftafanın suyu bərk axdığı təqdirdə içində qalan su nəcis olmur.
Nəcasətlərlə bağlı digər hökmlər
Məsələ 145. Nəcasətlənmiş şeylərin yeyilməsi və içilməsi, habelə
mükəlləf olan başqa bir şəxsə yedizdirilməsi haramdır. Lakin uşağa,
yaxud dəliyə yedizdirilməsi caizdir. Əgər uşaq və ya dəli özü nəcis qida
qəbul edərsə, yaxud nəcisə buşalmış əli ilə yeməyini nəcasətləyərsə və
onu yeyərsə, ona mane olmaq vacib deyil.
Məsələ 146. Paklana bilən nəcasətlənmiş şeylərin satılmasında və
“ariyə”yə1 verilməsində ehtiyata lüzum yoxdur. Lakin aşağıdakı iki şərt-
ləqarşı tərəfə həmin əşyanın nəcis olduğunu bildirmək lazımdır:
1) Qarşı tərəf üçün şəri mükəlləfiyyətlərin müəyyən hallarında iş-
kal (ehtiyat tələb edən hal) yaranması təhlükəsi olarsa, məsələn, nə-
cis şey yemək və içmək, yaxud vacib namazlarını qılmaq üçün aldığı
1 Ariyə bir tərəfin digər tərəfə müəyyən edilmiş zaman ərzində onun mülkiyyətində olan
müəyyən bir əşyadan, əmlakdan müqabilində hər hansı bir ödəniş etmədən və əşyanın,
əmlakın özünü qorumaq şərti ilə istifadə etməyə icazə verməsindən ibarət olan bir əqddir
(müamilədir). Tərc.
Geniş izahlı şəriət məsələləri 41
dəstəmaz və etdiyi qüslün batil olması təhlükəsi olarsa. 1Ancaq əgər
hökmlərə zidd hərəkət etmək təhlükəsi olmazsa, yaxud bəzi hökm-
lərə zidd hərəkət etmək təhlükəsi olarsa, məsələn, vacib namazını
qıldığı paltar nəcasətli olacaqsa, ona söyləməsi vacib deyil.
2) Qarşı tərəfin onun sözlərinə əhəmiyyət verəcəyini ehtimal edər-
sə. Ancaq əgər onun sözlərini nəzərə almayacağını bilirsə, söyləməsi
vacib deyil.
Məsələ 147. Əgər insan bir şəxsin nəcis bir şey yediyini və ya içdi-
yini, nəcasətli bir əşyadan istifadə etdiyini, nəcasətə bulaşmış geyimlə
namaz qıldığını, yaxud nəcasətlənmiş su ilə dəstəmaz aldığını görərsə,
aşağıdakı iki hal istisna olmaqla, onu məlumatlandırmaq vacib deyildir:
1) Sözügedən şəxsin gördüyü iş şərab içmək, donuz əti yemək,
yaxud ölümcül zəhər qəbul etmək kimi Müqəddəs şəriət təsisçisi-
nin (Allahın) mövzu ilə bağlı məlumatı olmayanların (yaxud hətta
mükəlləf olmayanların) belə həyata keçirməsinə razı olmayacağı qə-
dər mənfur bir iş olarsa.
2) İnsanın özünün şəri mükəlləfiyyətinə2 zidd hərəkət etməsi təh-
lükəsi olarsa, məsələn, sözügedən işi görən şəxslə onu məlumatlan-
dırmaması özünün ev əşyalarının nəcasətlənməsinə və onların nə-
casətlənməsi səbəbi ilə özünün də nəcasətli qidalarla qidalanmasına
və ya nəcasətlənmiş su ilə qüsl etməsinə, dəstəmaz almasına və vacib
namazını həmin dəstəmaz və qüsllə qılmasına səbəb olacaq şəkildə
yaxın ünsiyyətdə olarsa.
Məsələ 148. Bir insanın evinin, yaxud xalçasının bir hissəsi nəcis
olarsa və evinə gələn şəxslərin bədəninin, geyiminin, yaxud başqa bir
əşyasının sirayətedici rütubətlə həmin yerə dəydiyini görərsə, bunun sə-
bəbkarı özü olduğu təqdirdə 146-cı məsələdə qeyd edilən iki şərtlə onla-
ra söyləməlidir.
Məsələ 149. Ev sahibi yemək əsnasında yeməyin nəcasətli olduğunu
anlayarsa, 146-cı məsələdə qeyd edilən 2-ci şərti nəzərə almaqla qonaq-
lara söyləməlidir, qonaqlardan biri anladığı təqdirdə isə digərlərinə xə-
bər vermək vacib deyildir. Lakin 147-ci məsələnin ikinci bəndinə uyğun
hallarda yeməkdən sonra onlara deməlidir.
Məsələ 150. Əgər insanın ariyə etdiyi şey nəcasətlənərsə, onun sahi-
bini 147-ci məsələdə qeyd edilən iki şərtlə bundan agah etməlidir.
Məsələ 151. Uşaq bir şeyin nəcis olduğunu, yaxud bir şeyi yuduğunu
söyləyərsə, onun sözü qəbul edilmir. Lakin müməyyiz olan və paklıqla
1 Bu xüsusi mükəlləfiyyət hallarının təfsilatı haqqında məlumat əldə etmək üçün fiqhə dair
elmi kitablar müraciət etmək, yaxud elm əhlindən soruşmaq olar.
2 146-cı məsələnin birinci bəndində toxunulan şəri mükəlləfiyyət halları nəzərdə tutulur.
42 Ayətullah əl-üzma Seyid Əli Sistani
nəcasəti yaxşı dərk edə bilən uşaq bir şeyi yuduğunu söyləyərsə, həmin
şey onun istifadəsində olduğu, yaxud sözləri arxayınlıq doğurduğu hal-
da qəbul edilir. Həmçinin, bu xüsusiyyətə malik olan uşağın bir şeyin
nəcis olduğunu söyləməsi də bu qəbildəndir.
PAKLAYICILAR
Paklayıcıların növləri
Məsələ 152. On iki şey nəcasəti paklayır və onlara paklayıcılar
(mütəhhirat) deyilir:
1) su;
2) yer;
3) Günəş;
4) istihalə (bir haldan başqa hala keçmə);
5) inqilab (dəyişiklik);
6) intiqal (bir yerdən başqa yerə keçmə, köçürülmə);
7) İslam;
8) təbəiyyət (tabelik);
9) nəcisin özünün aradan qalxması;
10) nəcisyeyən heyvanın istibrası;
11) müsəlmanın qaibliyi;
12) kəsilmiş heyvanın qanının axması.
Paklayıcılarla bağlı hökmlər qarşıdakı məsələlərdə müfəssəl surətdə
izah ediləcəkdir.
1) Su
Əşyaların su ilə paklanmasının şərtləri
Məsələ 153. Su bir neçə şərtlə nəcasətlənmiş şeyi paklayır:
1) Mütləq olmalıdır. Beləliklə, qarpız suyu, gülab (qızılgül suyu) və
söyüd cövhəri kimi muzaf sular nəcis şeyi pak etmir.
2) Pak olmalıdır.
3) Nəcasətli şeyi yuyarkən paklama başa çatmamış su muzaflaşma-
malıdır. 1
4) Növbəti dəfə yumağa ehtiyac olmayan yumada su nəcasətin iyi-
ni, rəngini, yaxud dadını götürməməlidir, digər yumalarda isə nə-
casətin təsiri ilə suyun iyinin, rənginin, yaxud dadının dəyişməsinin
1 Bu hal üçün 159-cu məsələdə nümunə verilmişdir.
Geniş izahlı şəriət məsələləri 43
zərəri yoxdur. Məsələn, bir şey kür və ya ondan az həcmdə olan su ilə
yuyularsa və iki dəfə yuyulması lazımdırsa, hərçənd birinci dəfə su
nəcasətin rəngi, iyi, yaxud dadının təsiri ilə dəyişsə belə, ikinci dəfə
belə bir dəyişikliyin baş vermədiyi su ilə yuyularsa, paklanır.
5) Nəcasətlənmiş əşya yuyulduqdan sonra onun üzərində özlüyün-
də nəcis sayılan şeyin kiçik zərrələri qalmamalı, tamamilə aradan
getməlidir.
Qeyd etmək lazımdır ki, bəzi hallarda su ilə paklamada bir sıra digər
şərtlər də tələb olunur. Bu şərtlər qarşıdakı məsələlərdə bəyan ediləcəkdir.
Məsələ 154. Kür, axar, yaxud yağış suyu ilə yuyulmada qüsalənin
çıxması lazım deyil. Beləliklə, yuyularkən suyun hopduğu və sıxmaq,
yaxud bənzər bir üsulla çıxdığı geyim, xalça və s. əşyalar kür, axar və ya
yağış suyu ilə təmizləndikdə onlarda qalan suyun sıxmaq və s. üsullarla
çıxarılmasına gərək yoxdur.
Məsələ 155. Az su ilə paklamada qüsalənin ayrılması lazımdır və
bu lüzum az suyun qüsaləsi fətvaya əsasən nəcis hesab edildiyi hallarda
fətvaya, ehtiyata əsasən nəcis sayıldığı hallarda isə vacib ehtiyata əsas-
lanır. 1 Beləliklə, yuyularkən suyun hopduğu və sıxmaq, yaxud bənzər
bir üsulla çıxarıldığı geyim, xalça və s. əşyalar az su ilə təmizləndikdə
bu əşyalarda qalan suyu sıxmaq və s. üsullarla çıxarmaq (fətva, yaxud
ehtiyata əsasən) lazımdır.
Məsələ 156. Kəndirlə hörülmüş nəcasətli həsir kür, yaxud axar suya
salınarsa, özlüyündə nəcis sayılan şey onun üzərindən tamamilə yu-
yulub getdikdən sonra pak olur. Lakin onu az su ilə yumaq istədikdə
mümkün olan istənilən üsulla, hərçənd ayaqla tapdalamaqla olsa belə,
sıxmaq lazımdır ki, qüsalə ondan çıxsın. 2
Məsələ 157. İnsan saç və saqqalını az su ilə yuyarsa, tüklər həddən zi-
yadə sıx olmadığı təqdirdə qüsalənin çıxması üçün onları sıxmasına gərək
yoxdur. Çünki bu yumada qüsalə normal miqdarda öz-özünə çıxır.
Məsələ 158. Az su ilə təmizləmədə suyun nəcasətlənmiş şeyin üzə-
rinə tökülməsi şərt deyil, həmin şeyi suya salmaq da olar. Beləliklə, hə-
min şey bir dəfə yumaqla pak olan şeylərdəndirsə, nəcasətlənmiş şey
pak olur, lakin az su nəcis olur.
Məsələ 159. Yuyarkən rəngi çıxan rəngli parça kür, axar, yaxud ya-
ğış suyu ilə paklanırsa, su parçanın rənginin təsiri ilə muzaflaşmazdan
öncə onun hər tərəfini yuduğu halda həmin parça pak olur. Əgər az su
ilə yuyulursa, hərçənd sıxdıqdan sonra su parçanın rənginin çıxması
1 Qüsalənin nəcisliyi ilə bağlı hallar 36-cı məsələdə qeyd edilmişdir.
2 Az su ilə bağlı bu işin vacibliyi qüsalənin ehtiyata əsasən nəcis olduğu bəzi hallarda vacib
ehtiyata əsaslanır.
44 Ayətullah əl-üzma Seyid Əli Sistani
n əticəsində muzaflaşsa və süzülsə belə, sıxma əsnasında ondan muzaf
su çıxmadığı təqdirdə pak olur.
Əşyaların paklanması qaydaları
Ətrafımızdakı nəcasətlənmiş əşyalar iki qismə bölünür: qablar və
qab olmayanlar. Bu qisimlərin hər birinin paklanması ilə bağlı hökmlər
qarşıdakı məsələlərdə bəyan ediləcəkdir:
Qabların paklanması ilə bağlı hökmlər
Məsələ 160. Nəcasətlənmiş qabın içini az su ilə, həmçinin, vacib ehti-
yata əsasən, kür, axar və yağış suyu ilə də üç dəfə yumaq lazımdır.
Məsələ 162. Şərabla nəcasətlənmiş qab istənilən su ilə üç dəfə yuyul-
malıdır və müstəhəb ehtiyat budur ki, onu yeddi dəfə yusunlar.
Məsələ 162. İtin yaladığı, yaxud içindən su və ya başqa bir növ maye
içdiyi qabın öncə içini pak torpaqla sürtmək, sonra torpağını təmiz-
ləyərək iki dəfə az, yaxud kür və ya axar su ilə yumaq lazımdır. Həmçi-
nin, əgər itin içindən su (yaxud başqa bir maye) içdiyi qabda qalan suyu
başqa bir qaba tökərlərsə, həmin qaba da paklanma qaydası xüsusunda
itin içindən su,yaxud başqa bir maye içdiyi qab üçün olan hökm şamil
olur. Qeyd etmək lazımdır ki, bu hallarda öncə torpaqla sürtülmə, sonra
yuyulma həyata keçirilməlidir. Əgər əksinə edilərsə, qab pak olmur.
Məsələ 163. Əgər itin ağzının suyu qaba tökülərsə, yaxud təri, sidiyi
və s. ifrazatları onun içinə düşərsə, lazım ehtiyata əsasən, onu torpaqla
sürtmək və sonra üç dəfə yumaq lazımdır. Həmçinin, əgər itin bədəni-
nin başqa bir yeri, məsələn, əli, yaxud ayağı sirayətedici rütubətlə qabın
içinə dəyərsə, lazım ehtiyata əsasən, onu torpaqla sürtmək və sonra üç
dəfə yumaq lazımdır. İtin yaladığı qab olmayan şeylərə, məsələn, insa-
nın əlinə isə qabla bağlı olan hökm şamil olmur və onun torpaqla sürtül-
məsi lazım deyil.
Məsələ 164. İtin ağzını toxundurduğu qabın ağzı (boğazı) dar olar-
sa, torpağı onun içinə tökərək hər tərəfinə dəyənədək çalxalamaq, sonra
qeyd edilən qaydada yumaq lazımdır.
Məsələ 165. Donuzun yaladığı, yaxud içindən hər hansı bir maye
içdiyi, yaxud içində siçovul ölən qab az, kür, yaxud axar su ilə yeddi dəfə
yuyulmalıdır və torpaqla sürtülməsinə gərək yoxdur.
Məsələ 166. Nəcasətlənmiş gildən qayrılan, yaxud içinə nəcasətli su
hopmuş kuzə və ya başqa bir saxsı qab kür, yaxud axar suya salınarsa,
hər yanına su dəydikdə paklanır. Onun divarlarının iç hissəsini də pak-
lamaq istədikdə kür, yaxud axar suda o qədər qalmalıdır ki, su onun
hər yerinə hopsun. Qabda suyun onun divarlarının içinə nüfuz etməsinə
mane olan bir rütubət olarsa, öncə onu qurutmaq, sonra kür və ya axar
suya salmaq lazımdır.
Geniş izahlı şəriət məsələləri 45
Məsələ 167. Nəcasətlənmiş qabı az su ilə iki cür yumaq olar:
a) üç dəfəsu ilə doldurub boşaltmaqla;
b) üç dəfə içinə bir qədər su tökərək hər dəfə bütün nəcasətlənmiş
yerlərinə dəyəcək şəkildə çalxalamaq və sonra suyu çölə tökməklə.
Məsələ 168. Böyük mis qazan və saxsı küp kimi iri bir qabnəcis olar-
sa, onu üç dəfə su ilə doldurularaq boşaltdıqda pak olur. Həmçinin, içinə
üç dəfə yuxarıdan aşağıya doğru hər tərəfini əhatə edəcək şəkildə su tö-
külərsə və hər dəfə dibində yığılan su çölə tökülərsə, pak olur. Müstəhəb
ehtiyat budur ki, ikinci və üçüncü dəfə onun içində yığılan suyun boşal-
dılması üçün istifadə olunan qab yuyulsun.
Məsələ 169. Təndir, su hovuzu və bu qəbildən olan şeylərə qab hök-
mü şamil olmur və beləliklə, belə şeylər bir dəfə yumaqla pak olur. Əgər
təndir, yaxud su hovuzunda suyun axıb getməsi üçün bir dəlik və ya
boru yoxdursa və su onun içinə yığılırsa, onu az su ilə paklamaq istə-
dikdə pak olması üçün yığılmış suyu parça, süngər, qab, yaxud bənzər
şeylərlə çəkib boşaltmaq lazımdır.
Qabdan başqa əşyaların paklanması ilə bağlı hökmlər
Məsələ 170. Qab olmayan nəcasətlənmiş bir şey kür, axar, yaxud yağış
suyu ilə su bütün nəcasətlənmiş yerlərinə dəyəcək şəkildə bir dəfə yuyu-
larsa, paklanır və xalça, geyim və bənzər əşyalarda sıxmağa və ya bu kimi
işlərə (sürtmək və tapdalamaq kimi) gərək yoxdur. Qeyd etmək lazımdır
ki, yalnız bədən və ya libas idrarla nəcasətləndiyi təqdirdə, vacib ehtiyata
əsasən, kür su və yağış suyu ilə iki dəfə yuyulmalıdır, axar suda isə bir dəfə
yuyulmaqla da pak olur. Bu hökm yalnız geyim və bədənə aiddir və xalça,
kovrolit və geyim olmayan parçalara və bu kimi şeylərə şamil olmur.
Məsələ 171. Bədənin nəcasəti kür, yaxud axar su ilə aradan qaldırı-
larsa, bədən paklanır. Yalnız istisna olaraq əgər bədən idrarla nəcasət-
lənərsə, bu halda, vacib ehtiyata əsasən, kür su ilə bir dəfə yumaqla pak-
lanmır. Lakin bunun üçün bir dəfə yuyunduqdan sonra suyun altından
çıxaraq yenidən suya girməyə gərək yoxdur, əgər suyun altında onun
bədəndən axıb getməsi üçün həmin yerə əl çəkilərsə, sonra yenidən su
bədənə dəyərsə, kifayət edir.
Məsələ 172. Qab olmayan idrarla nəcasətlənmiş bir əşyanı az su ilə
yumaq istədikdə su əşyanın üzərinə bir dəfə tökülərsə və axıb gedərsə,
həmin əşyada idrar qalmadıqda paklanır. Lakin istisna olaraq libas və
bədən pak olması üçün iki dəfə yuyulmalıdır. İstənilən halda paltar, xalı
və bu qəbildən olan şeyləri az su ilə yuduqda (fətva, yaxud vacib ehtiya-
ta əsasən1) qüsaləsinin çıxması üçün onları sıxmaq lazımdır.
1 Bununla bağlı izah 155-cı məsələdə verilmişdir.
46 Ayətullah əl-üzma Seyid Əli Sistani
Məsələ 173. Bir şey hələ yeməklə qidalanmağa başlamamış südəmər
oğlan, yaxud qız uşağının idrarı ilə nəcasətlənərsə, həmin şeyin üzə-
rinə bütün nəcasətlənmiş yerlərinə dəyəcək şəkildə bir dəfə (hətta aza-
cıq həcmdə olsa belə) su tökülərsə və nəcasət suyun içində itmiş hesab
edilərsə, həmin şey pak olur. Lakin müstəhəb ehtiyata əsasən, həmin şe-
yin üzərinə bir dəfə də su tökülməlidir. Bu halda geyim, xalça və bənzər
şeylərin sıxılmasına gərək yoxdur.
Məsələ 174. Qab olmayan bir əşya idrardan başqa bir şeylə (qan, nə-
cis və məni kimi) nəcasətlənərsə, nəcasəti aradan qaldırmaqla onun üzə-
rinə bir dəfə az su tökərlərsə və su axıb gedərsə, paklanır. Lakin paltar və
bu qəbildən olan əşyaları isə (fətvaya, yaxud ehtiyata əsasən) qüsaləsinin
çıxması üçün sıxmaq lazımdır.
Əşyaların su ilə paklanması ilə bağlı digər hökmlər
Məsələ 175. İstənilən nəcasətlənmiş əşya nəcasətin özü onun üzə-
rindən qaldırılmayınca pak olmur. Lakin əşyada nəcasətin iyi, rəngi,
yaxud dadı qalarsa,ehtiyata lüzum yoxdur. Məsələn, qanla nəcasətlənən
bir paltar yuyularsa və qanın özü paltardan gedərsə, lakin qanın rəngi
paltarda qalarsa, həmin paltar pakdır və hətta rəngi yuyucu vasitələrlə
aradan qaldırmaq mümkün olsa belə, buna gərək yoxdur.
Məsələ 176. Paklamaq üçün əşyanın bir neçə dəfə yuyulmalı oldu-
ğu hallarda yuyulmaların ardıcıl həyata keçirilməsi vacib deyil. Buna
əsasən, iki dəfə yuyulmalı olan bir şey bir gün bir dəfə, başqa bir gün
də ikinci dəfə yuyularsa, kifayətdir. Həmçinin, qüsaləni çıxarmaq üçün
sıxmaq lazım gələn hallarda (məsələn, nəcasətlənmiş paltar az su ilə
yuyulduğu halda) əşyanın dərhal, yuyulmadan sonra fasilə vermədən
sıxılması şərt deyildir. Lakin bu iş qüsalə suyunun önəmli bir qisminin
paltarda qurumasına səbəb olacaq qədər təxirə salınmamalıdır.
Məsələ 177. Düyü, dənli paxlalı bitkilər, buğda və bu qəbildən olan
şeylərin üstü nəcasətlənərsə, digər şeylər kimi üzərinə su tökməklə,
yaxud suya salmaqla pak olur. Əgər onların içi nəcasətlənərsə, onların
içini də paklamaq istədikdə kür və ya axar suda o qədər saxlamaq lazım-
dır ki, su onların daxilinə nüfuz etsin. Əgər həmin şeydə suyun onun
daxilinə nüfuz etməsinə mane olan rütubət mövcud olarsa, öncə onu qu-
rutmaq, sonra kür, yaxud axar suya salmaq lazımdır.
Məsələ 178. Sabunun səthi nəcasətlənərsə, onu paklamaq olar, lakin
daxili nəcasətləndiyi təqdirdə onu paklamaq mümkün deyildir. İnsan
nəcasətlənmiş suyun sabunun daxilinə nüfuz edib-etməməsinə şəkk
edərsə, daxili pakdır.
Məsələ 179. Dişlərin arasında qalan nəcasətli qida qalıqları əgər ağız
su ilə (hərçənd az su ilə olsa da) yaxalanarsa və suyun nəcasətli qida
Geniş izahlı şəriət məsələləri 47
qalığının bütün hissələrinə təmas etdiyinə dair yəqinlik hasil edilərsə,
pak olur.
Məsələ 180. Metal, yaxud plastik maddələr kimi nəcasətlənmiş cisim
əridilərsə və əritmə nəticəsində onun daxili də nəcis olarsa, yenidən bərk
maddəyə çevrildikdən sonra su ilə yuyulduğu təqdirdə səthi pak olur.
Məsələ 181. Daş duz və bənzər şeylər nəcasətlənərsə, az su, yaxud
kür su və ya axar su ilə yuyulmasından asılı olmayaraq, yuyulduqda su
muzaflaşmadığı təqdirdə paklanır.
Məsələ 182. Ərimiş nəcasətli şəkərdən qənd hazırlayarlarsa və son-
raonu kür, yaxud axar suya salarlarsa, pak olmur.
Məsələ 183. İnsan bir əşyanı yuyaraq paklandığına əmin olarsa və
sonra nəcasətin özünü ondan tamamilə təmizləyib-təmizləmədiyinə
şəkk edərsə, nəcasətin özünün aradan qalxdığına yəqinlik, arxayınlıq
hasil etmək üçün onu yenidən yumalıdır. Lakin əgər sözügedən insan
vasvasılığa düçar olmuş şəxsdirsə, bu halda istisna olaraq şəkkinə etina
etməməlidir.
Məsələ 184. İnsan bir paltarı kür və ya axar suda yuyarsa və sonra
onun üzərində lil görərsə, lilin suyun paltara dəyməsinə əngəl törətdiyi-
ni ehtimal etmədiyi təqdirdə həmin paltar pakdır.
Məsələ 185. İnsan nəcasətlənmiş paltar və bu qəbildən olan bir şeyi
yuyarsa və yuduqdan sonra üzərində palçıq zərrələri, yaxud sabun qı-
rıntıları görərsə, həmin şeyin suyun paltara dəyməsinin qarşısını aldığı-
nı ehtimal etmədiyi təqdirdə həmin paltar pakdır. Lakin palçıq, sabun
qırıntısı və ya bənzərbir şeyin suyun nəcasətlənmiş yerə dəyməsinin
qarşısını aldığını bilirsə, yaxud bu xüsusda şəkki vardırsa, həmin yerin
nəcasətli olmasına hökm edilir.
Qeyd etmək lazımdır ki, əgər nəcasətli su palçıq və ya sabunun daxi-
linə nüfuz etmişdirsə, onların daxili nəcisdir, lakin paltarın üzərində
müşahidə olunan palçıq və ya sabunun üst tərəfi isə pak sayılır. Yalnız
paltarı sıxarkən palçıq və sabunun görünməyən nəcasətlənmiş hissəsi-
nin üzə çıxdığını bilirsə, bu hal istisna təşkil edir.
Məsələ 186. Nəcasətlənmiş ət və quyruq digər əşyalar kimi yuyulur.
Həmçinin, əgər nəcasətlənmiş bədən, paltar, yaxud qabda suyun onlara
dəyməsinə mane olmayan cüzi yağlılıq olarsa, digər əşyalar kimi yuyulur.
Məsələ 187. Qab, yaxud bədən nəcasətlənərsə, sonra suyun onlara
dəyməsinə mane olacaq dərəcədə yağlanarsa, həmin qab və ya bədən
üzvünü yumaq istədikdə öncə suyun onlara dəyməsi üçün yağlılığı ara-
dan qaldırmaq lazımdır.
Məsələ 188. Suyu özünə hopduran yer səthi, məsələn, səthi qum və
çınqılla örtülü olan yer nəcasətlənərsə, az su ilə də pak olur. Lakin qum
48 Ayətullah əl-üzma Seyid Əli Sistani
və çınqılların altı az suyun qüsaləsi ilə təmas etdiyinə görə ona az suyun
qüsaləsi ilə bağlı 36-cı məsələdə qeyd edilən hökm şamil olur.
Məsələ 189. Suyun nüfuz etmədiyi, daş və kərpiclə örtülü yer, möh-
kəm yer səthi nəcasətlənərsə, az su ilə pak olur. Lakin bunun üçün onun
üzərinə axacaq qədər su tökülməlidir və əgər onun üzərinə tökülən su
hər hansı bir məcra ilə axaraq çölə tökülməzsə, bir yerə toplanarsa, hə-
min yerin pak olması üçün yığılan suyu parça və ya qab kimi təmiz şey-
lərlə, yaxud sorucu bir alət vasitəsi ilə çəkib boşaltmaq lazımdır.
2) Yer
Məsələ 190. Yer aşağıdakı beş şərtlə ayağın və ayaqqabının altını
paklayır:
1) Yer pak olmalıdır.
2) Yer quru olmalıdır. Ancaq yerdə sirayətedici olmayan rütubətin
mövcudluğunun işkalı yoxdur (ehtiyat tələb etmir).
3) Lazım ehtiyata əsasən, nəcasət ayağın və ya ayaqqabının altına
nəcasətlənmiş yerdən sirayət etmiş olmalıdır.
4) Nəcisin özü, məsələn, qan və idrar, yaxud nəcasətə bulaşmış şey,
məsələn, nəcasətlənmiş palçıq ayaq və ayaqqabının altında qalarsa,
yerin üstündə yerimək, yaxud ayağı yerə sürtməklə aradan getmə-
lidir. Nəcasətin özü daha öncə aradan getmiş olarsa(idrara bulaşan
və yerlə təmasdan öncə quruyan ayaqqabı altı kimi), lazım ehtiyata
əsasən, yeriməklə, yaxud ayağı yerə sürtməklə pak olmur.
5) Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olma-
lıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində ye-
riməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur.
Məsələ 191. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı as-
faltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara
sürtməklə pak olmur.
Məsələ 192. Ayağın və ayaqqabının altının pak olması üçün hərçənd
daha az məsafəni yeriməklə, yaxud ayağın yerə sürtülməsi ilə nəcasətin
özü aradan getsə belə, daha yaxşı olar ki, on beş qulac1 və ya daha artıq
məsafə qət edilsin.
Məsələ 193. Ayaq və ayaqabının altının rütubətli olmasına ehtiyac
yoxdur, quru olsa da, yeriməklə paklanır.
Məsələ 194. Ayaq və ayaqqabının altı yeriməklə paklandıqdan sonra
onların altı ilə yanaşı kənarlarının adətən palçığa bulaşan hissəsi də pak
olur.
Məsələ 195. Əlini və dizini yerə qoymaqla yeriyən şəxsin əlinin içi,
yaxud dizi nəcasətlənərsə, vacib ehtiyata əsasən, yeriməklə pak olmur.
1 On beş qulac təqribən 7 m-ə bərabərdir.
Geniş izahlı şəriət məsələləri 49
Həmçinin, əsanın və protez ayağın altı, dördayaqlı heyvanların nalı, mo-
tosiklet və avtomobil təkərləri kimi şeylər bu qəbildəndir.
Məsələ 196. Yeridikdən sonra ayaq və ya ayaqqabının altında nə-
casətin iyi, yaxud rəngi və ya gözlə görünməyən kiçik nəcasət zərrələ-
ri qalarsa, ehtiyata lüzum yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən,
onların də aradan getməsi üçün kifayət edəcək qədər yerimək lazımdır.
Məsələ 197. Ayaqqabının içi yeriməklə paklanmır. Həmçinin, cora-
bın altı da, vacib ehtiyata əsasən, yeriməklə pak olmur. Yalnız corabın
altının dəri və bənzər materiallardan olduğu və onunla çöldə yeriməyin
normal sayıldığı hal istisnadır.
3) Günəş
Məsələ 198. Günəş yer, bina və divarı aşağıdakı beş şərtlə paklayır:
1) Nəcasətlənmiş şeydə sirayətedici rütubət olmalıdır. Beləliklə,
əgər quru olarsa, onu hər hansı bir vasitə ilə (hərçənd muzaf su və
ya nəcasətlənmiş su ilə olsa belə) islatmaq lazımdır ki, Günəş onu
qurutsun.
2) Nəcasətin özü həmin şeydə qalmamalıdır.
3) Günəş şüalarının qarşısını alan bir maneə olmamalıdır. Beləliklə,
əgər Günəş pərdə, bulud və bu kimi şeylərin arxasından işıq saça-
raq nəcasətlənmiş yeri qurudarsa, həmin şey pak olmur. Lakin bulud
Günəş şüalarının qarşısını ala bilməyəcək qədər seyrək, yaxud şüşə
(pəncərə, fasad və s. ) onun işıq saçmasının qarşısını ala bilməyəcək
qədər şəffaf olarsa, bu, ehtiyata lüzum yoxdur.
4) Günəş nəcasətlənmiş şeyi təkbaşına qurutmalıdır. Beləliklə, əgər
misal olaraq nəcasətlənmiş şey külək və Günəş vasitəsilə quruyarsa,
pak olmur. Lakin əgər ürfən (insanların nəzərində) quruma Günəş
şüalarının nəticəsi hesab edilərsə, ehtiyata lüzum yoxdur.
5) Günəş tikilinin nəcasətin sirayət etdiyi hissəsini bir dəfəyə qu-
rutmalıdır. Beləliklə, əgər nəcasətlənmiş yerin və binanın üzərinə
işıq saçaraq onun üst tərəfini qurudarsa, sonra növbəti dəfə onun alt
tərəfini qurudarsa, onun yalnız üst tərəfi paklanır, alt tərəfi isə nəcis
olaraq qalır.
Məsələ 199. Torpaq mənşəli olan, lakin mövcud vəziyyətində yer
səthi sayılmayan kuzə, təsbeh və möhür kimi daşınan əşyalar Günəşlə
paklanmır. Hal-hazırda yer örtüyünün tərkib hissəsi sayılan daş parçası
və bu qəbildən olan şeylər isə hərçənd daşına bilən şey olsa da, Günəş
vasitəsilə pak olur. Lakin ürfən yer örtüyünün tərkib hissəsi sayılmadığı
təqdirdə isə Günəşlə paklanmır. Məsələn, mozaika, daş, asfalt, yaxud
qırla örtülü yerə döşənmiş kərpic və gəc bu qəbildəndir.
Məsələ 200. Günəş nəcasətlənmiş həsiri paklayır, lakin əgər ip (kən-
dir) ilə hörülmüş olarsa, ipləri paklamır.
50 Ayətullah əl-üzma Seyid Əli Sistani
Məsələ 201. Ağaclar və onların yarpaq və meyvələri, bitkilər və otlar,
tikilidə istifadə olunan qapı, pəncərə, mismar və taxtalar, vacib ehtiyata
əsasən, Günəş vasitəsilə paklanmır.
Məsələ 202. Əgər nəcasətlənmiş yerə Günəş şüaları dəyərsə, sonra
insan Günəş şüaları dəyərkən yerin rütubətli olub-olmadığına, yaxud
rütubətinin məhz Günəş şüaları vasitəsilə quruyub-qurumadığına şəkk
edərsə, həmin yer nəcisdir. Həmçinin, əgər nəcasətin özünün onun üzə-
rindən gedib-getmədiyinə şəkk edərsə, həmin yer nəcisdir. Əgər hər
hansı bir şeyin Günəş şüalarının qarşısını alıb-almadığına şəkk edərsə,
vacib ehtiyata əsasən, həmin yer pak hesab edilmir.
Məsələ 203. Günəş şüaları nəcasətlənmiş divarın bir üzünə düşərsə
və onların vasitəsi ilə divarın Günəş şüalarını görməyən digər üzü də
quruyarsa, hər iki tərəfin pak olması bəid deyil (pak olur). Lakin əgər bir
gün divar, yaxud yerin səthini, başqa bir gün isə daxilini qurudarsa, bu
halda yalnız səth pak olur.
4) İstihalə (haldəyişmə)
Məsələ 204. Əgər nəcis şeyin mahiyyəti – ürfən – özlüyündə nəcis
olan şeylərdən olmayan bir şeyə çevriləcək şəkildə dəyişərsə, pak olur.
Daha dəqiq desək, bir şeyin növ surətinin– ürfən – pak olan başqa bir
şeyə çevrilməsinə istihalə deyilir. Məsələn:
1) nəcasətlənmiş taxtanın yanaraq külə, yaxud tüstüyə çevrilməsi;
2) itin duzlağa düşərək duza çevrilməsi;
3) bitkinin nəcis su və duzları özünə çəkərək gül, yarpaq və ya mey-
vəyə çevirməsi;
4) əti halal olan heyvanın içdiyi nəcasətlənmiş suyun, yediyi nəcis
qidanın onun orqanizmində idrara, peyinə, tərə və s. çevrilməsi.
Lakin dəyişiklik bir şeyin cinsi dəyişməyəcək şəkildə baş verərsə,
onun yalnız adı, yaxud xüsusiyyəti dəyişərsə, pak olmur. Məsələn:
1) Əgər nəcasətlənmiş buğdadan un hazırlayarlarsa, yaxud onunla
çörək bişirərlərsə, bu fiziki dəyişiklik istihalə hesab edilmir və sözü-
gedən çörək, yaxud un nəcasətlidir.
2) Əgər nəcasətlənmiş mütləq, yaxud muzaf suyu və ya idrar kimi
özlüyündə nəcis olan bir şeyi buxarlandırarlarsa, sonra həmin buxa-
rı distillə edərlərsə, əmələ gələn maye nəcisdir. Ancaq həmin buxar
maye damcılarına çevrilməmişdən öncə bədən, paltar, yaxud digər
əşyalara toxunarsa, onları nəcasətləndirmir.
Məsələ 205. Nəcasətlənmiş gildən hazırlanan kuzə və digər saxsı qab-
lar, dulusçuluq məmulatları nəcasətlidir. Lakin nəcasətlənmiş taxtadan
hazırlanan ağac kömürü onda ağac xüsusiyyətlərinin heç biri o lmadığı