51
istifadə etməyə çalışıblar. Təbii ki, udin xalqı da bundan ziyan çəkib.
Nic kəndində Udi Xalq Mədəniyyət Mərkəzi yaradılıb. Mərkəz
udilərin qədim adət-ənənələrinin inkişafı və mühafizəsi ilə məşğuldur.
Mərkəzin rəhbəri udi məktəbinin müəllimi, tarixçi Qeorgi Keçaaridir.
O, udi dilinə aid dərs vəsaitləri, Azərbaycan və dünya klassiklərinin
əsərlərinin udi dilinə tərcüməsi ilə məşğuldur. Onun əsas fəaliyyəti
qədim udi mədəniyyətini təbliğ etməkdir. Hətta, alban tayfalarından
olan etnoslarla maraqlanan məşhur Norveç alimi Tur Heyerdal Nic
kəndində olmuş, Udi Xalq Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış
olmuşdur. Norveç hökumətinin dəstəyi ilə Qeorgi Keçaari günümüzə
qədər qorunub saxlanılmış udi adət - ənənələrinə həsr olunmuş
kitablar yazmışdır.
Udilərin milli geyimləri ümumi Qafqaz geyim növü kimi idi.
Kişi geyim növü – köynək, uzun şalvar, arxalıq, çarıq, papaq sayılır.
Qadın geyim növünə - əlvan köynək, uzun tuman, arxalıq, çarıq və ya
başmaq və bel kəməri. Qadın baş geyimi daqta adlanır.
Udi qadınları keçmişdə üzləri bağlı gəzər, kişilərlə birgə
süfrə arxasında oturmaz, söhbətə qarışmaz, icazəsiz evdən bayıra
çıxmazdılar. Uşaqlar günün çox hissəsini həyətdə müxtəlif oyunlarla,
böyüklər isə əmək fəaliyyəti ilə məşğul olardı. Uşaqların tərbiyəsi ilə
14-15 yaşa qədər məşğul olunur, sonra onlar sərbəst sayılırlar.
Udilərin toy mərasimlərində milli rəqsləri, həmçinin “yallı”,
“uzundərə” kimi Azərbaycan xalq rəqsləri oynanılır. Cümə günü
şad gün sayılırdı. Adətə görə həmin gün başlanılan iş xeyirlə davam
edərdi.
Udi folkloru çox rəngarəngdir. Müxtəlif oyunlar, əyləncələr,
lirik və qəhrəmanlıq nəğmələri, rəqslər, əfsanə və rəvayətlər sırf
52
məişət həyatı ilə bağlı olub. Bir çoxları bu günümüzə qədər qorunub
saxlanılır. Hətta xristian dinini qəbul etdikdən sonra, digər alban
tayfaları kimi udinlər də keçmiş məişət həyatlarını və adət-ənənələrini
unutmamışlar. Keçmiş inanclarından, aya inam hələ də qalmaqdadır.
Udilərin 3 ibtidai məktəbi var. Udin dilində birinci sinif şagirdləri
üçün nəzərdə tutulmuş “Əlifba” dərsliyi var. Bu dərslik 1996-cı ildən
nəşr edilir.
Nic kəndinin əhalisinin məşğuliyyət sahəsi də müxtəlifdir. Geniş
əraziyə malik olan Nicin xeyli hissəsi meyvə bağları, əkin sahələri
ilə əhatəlidir. Burada yaşayan insanlar əsasən əkinçilik, bağçılıq,
tərəvəzçilik, heyvandarlıqla məşğuldurlar. Nicin əhalisinin 50%-ni
təşkil edən udinlərin digər məşğuliyyət sahəsi də var. Onlar arasında
şərabçılıq xüsusi yer tutur. Udinlər şərabı “Şalo” və “Vigombol”
adlanan üzüm sortlarından, arağı isə kənddə yetişən cır meyvələrdən
çəkirlər.
Bir müddət əvvəl heyvandarlıq sahəsində donuzçuluq xüsusilə
geniş yayılmışdı. Ancaq donuzlar arasında xəstəliyin – “donuz qripi”
virusunun yayılması kənddə bu heyvanların kökünün kəsilməsinə
səbəb oldu. Ancaq indi yenidən bu təsərrüfat sahəsinin inkişaf
etdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Donuzçuluqla
yanaşı, maldarlıq və quşçuluq da udin əhalisinin məşğuliyyət
sahələrindəndir. Udin xalqı xeyir və şər məclislərində ancaq özlərinin
hazırladığı spirtli içkilərdən istifadə edir.
Azərbaycanın mövcud problemi olan işsizlik problemi Nic
kəndində də özünü göstərir. Elə bu səbəbdəndir ki, udin gənclərin
əksəriyyəti işləmək üçün Rusiyaya üz tutub. Sovet dövründə kənddə
Konserv zavodu, Barama qəbul edən məntəqə, müxtəlif istehsal sexləri
53
fəaliyyət göstərdiyindən işsizlik olmayıb. Ancaq həmin müəssisələr
çoxdan bağlanıb, ona görə də gənclər iş üçün xaricə getmək istəyirlər.
Məhsul bayramı udinlərin təntənə ilə qeyd etdiyi bayramlardandır.
Bu bayram məhsul yığımı başa çatdıqdan sonra keçirilir. Yığılan
məhsulun bütün növlərindən kilsəyə gətirilir və orada stolun üstünə
düzülür. Sonra kilsəyə yığışan udinlər təntənə ilə məhsul bayramını
qeyd edirlər.
Yaşlı udilər deyirlər ki, sovet dövründə qeyd olunan “1 may”
bayramını onlar da möhtəşəmliklə keçirirmiş. Maraqlıdır ki,
Azərbaycan müstəqillik əldə etdikdən sonra respublikamız “1 may”
ləğv olunub, amma udinlər hələ də bu bayramı xüsusi coşqu ilə qeyd
edirlər.
Udin xalqı bir çox sahələrdə olduğu kimi, ailə-məişət
məsələlərində, nişan və toy mərasimlərinin keçirilməsində bəzi
qədim adətlərini bu günə kimi qoruyub saxlayıblar. Udinlərdə toy
adətləri, “Xüyər zombaksın”, “Xozamandluğ”, “Baliga” adlanan
mərhələlərdən ibarətdir. Toy “Taraxmoy” havasının çalınması ilə
başlayır və bir qayda olaraq iki gün - bazar və bazar ertəsi davam edir.
Musiqi səsi ilk olaraq oğlan həyətindən eşidilməlidir, əks halda bu
yaxşı hal hesab olunmur. Toy hər iki tərəfdə eyni vaxta başlanır, toyun
başa çatmasına 1- 2 saat qalmış oğlan evi qız evinə gedir. (Georgi
Keçaari, “Udilərdə ənənəvi toy mərasimləri”, Bakı: Agah, 2003-cü
il, səh -64.)
Udin xalqı arasında qohumlara qız vermək və almaq qadağandır.
Bu tələbin əsası hələ 488-ci ildə keçirilmiş “Aluen” məclisində
qoyulub və günümüzə qədər udin xalqı ona əməl edir. El arasında olan
inanca görə, gəlin və qayınana eyni bulağın suyundan içə bilməzdi.
54
Udin toylarında qızın alınıb-verilməsində dayı ən vacib sima hesab
olunur. (Tək udinlər deyil, məsələn, kazaklarda da 7 nəsildən yaxın
olan qohumdan qız almaq olmaz. Gürcülərdə nəinki qohum, hətta
yaxın qonşu və eyni soyadlılar evlənə bilməzlər. Belə əsaslandırılar
ki, eyni soyadlılar haradasa gətirib eyni nəslə çıxarır. Ruslar bütün
qohum-əqrabaya bacı-qardaş (brat-sestr, dvoyurodnu, troyurodniy)
deyib qətiyyən evlənmirlər. N.N.)
Udi xalqının bir sıra maraqlı adətləri var: qıza ad etmək məqsədi
ilə qız evinə gedən oğlan tərəfi xurcunda 1 bardaq çaxır, 1 qırmızı
alma, 1 soyutma toyuq aparır. Burada alma simvolik xarakter daşıyır.
Yəni qız almanın yarısını yeyib, yarısını oğlana göndərərsə, bu,
razılıq əlaməti kimi başa düşülür. Əks halda, qızın bu işə razı olmadığı
bilinir. Gəlini ata evindən çıxarıb oğlan evinə gətirən zaman yol boyu
oğlanın qohumları bəylə gəlini öz evlərinə dəvət edə bilərlər. Bəy
qızın dalınca gedəndə ağaca nişan atırlar. Toyda iştirak edənlərdən
və ya bəyin dostlarından bir nəfər bu nişanı salmalıdır. Nişanı salana
bəyin anası hədiyyə verir.
Udi toylarında “loşqoyin levet” adlı iri mis qazanlarda bişirilən
milli yemək olan sıyıq verilir. Düyü və mal ətindən hazırlanan bu
yeməyi yeməmiş toy iştirakçıları mərasimi tərk edə bilməz. A.
Yegeşeviç bildirdi ki, azərbaycanlılarla olan sıx münasibətlərin
nəticəsidir ki, udin toylarında artıq Azərbaycanın milli yeməyi olan
aş da verilir.
Kənddə azərbaycanlılarla sıx münasibətdə yaşamalarına
baxmayaraq udinlər və azərbaycanlılar arasında qız almaq-qız
vermək çox da yayılmayıb. Bu hala çox nadir hallarda rast gəlmək
mümkündür.
55
Udi xalqının olduqca ləzzətli mətbəxi var. Qoz dolması, kətə,
firrama, sıyıq bu yeməklər bu mətbəxin əsas nümunələrindəndir.
Udilərin yaşadığı Nic kəndi ərazisinə görə Qəbələdə birinci,
əhali sayına görə isə ikinci böyük kənddir. Bu kənddə yerləşən
tarixi baxımdan əhəmiyyətli olan Alban – udin kilsəsi Albaniyada
xristianlığın ilk təbliğatçısı olub. 25 ilə tikilən kilsə apostol Yeliseyə
həsr olunub. İri yaşıllıq bağça ilə əhatə olunan məbədin 4 böyük çinar
ağacı mühafizə olunur.
Kilsə böyük zaldan və onun üzərində ucaldılan çadırabənzər dam
ilə örtülmüş kiçik zəng qülləsindən ibarətdir. Kilsənin tikintisində
Qəbələnin dağlarından gətirilən daşlardan istifadə olunub. Təkcə
Qəbələ rayonunda yerləşən Alban kilsəsində deyil, eləcə də digər
ərazilərdə (Qax, Şəki rayonu-N.N.) olan Alban kilsələrinin tikintisində
də bu dağların daşlarından istifadə olunub. Çox yumşaq olan həmin
daşları asanlıqla istənilən şəklə salmaq mümkündür.
2003-cü ildə dövlət tərəfindən qeydiyyatına alınan kilsədə təmir
işləri aparılıb. Dünya tarixində bəlkə də heç bir yerdə rast gəlinməyən
qürur yaşayıb udinlər. Bu xalqın əqidəsi o qədər möhkəm olub ki, öz
tarixi dini əqidələrinin dəyişdirilməsinə etiraz olaraq, hətta bütünlükdə
dini ibadətlərdən imtina ediblər.
Nic kəndində hazırda fəaliyyət göstərən Alban kilsəsindən əlavə,
2 kilsə də mövcuddur. Fəaliyyətdə olan Alban kilsəsinin 3 keşişi
təhsillərinin artırmaq üçün 2009-cu ildə Yerusəlimə göndərilib. Udilər
gəncləri dini təhsil almaq üçün özləri Rusiyaya göndərmirlər. Çünki
Rusiya dini rəhbərliyi keçmişdə Alban kilsəsinin bağlanmasına səbəb
olub. Alban kilsəsinin hələ 1836-cı ildə Rus Sinodunun qərarı ilə
Erməni kilsəsinə təhvil verilməsi udin xalqının məhvinə yönəlmiş bir
56
addım olub. VII əsrin əvvəllərində ərəblər Azərbaycanı işğal edərkən
İslamı qəbul etdirmək üçün xristianları çox sıxışdırmayıblar, əsasən
bütpərəstlərə qarşı mübarizə aparıblar. Düzdü VII əsrə qədər udinlər
arasında da bütpərəstlər çox olub, indidə qalır. Amma udinlər o vaxt
öz dinlərini qoruyub saxlaya bilib.
Kilsə təmir olunub istifadəyə verildikdən sonra udinlər dini
bayramları olan pasxa və qara bayramı orada qeyd edirlər. Nic
kəndində “Cotari” kilsəsinin ərazisində udin xalqı hər il “Kala
Axsibay” bayramını qeyd edir. “Kala Axsibay” udin dilində böyük
bayram deməkdir. 1836-cı ildə bir sıra səbəblərə görə, Alban kilsəsinin
bağlanmasından sonra bu bayram rəsmi olaraq qeyd edilməmiş, udin
xalqı kilsəyə getməkdən imtina edərək ibadətlərini evlərində etmişlər.
Müstəqillikdən sonra “Cotari” kilsəsinin bərpa olunması udin xalqına
ana dillərində ibadət etməyə şərait yaradıb.
Udinlər xristian olsalar da, onlar arasında da qurban kəsmək
geniş yayılıb. Təbii ki, bu qurbanlar insanlar üçün müqəddəs sayılan
pirlərdə, ocaqlarda kəsilir. Nicin hər bir məhəlləsində, hər bir
küçəsində ocaqlar var. Niyyət tutub bura gələn insanlar şam yandırıb,
qurban kəsirlər. Xristianlar arasında qurban kəsmək ənənəsi yoxdur.
Udin xalqında isə qurban kəsmək qədimdə də olub, indidə də bu adət
qalır. Bu hadisə kəndə gələn xristian turistlərin də təəccübünə də
səbəb olur.
Bu xalqın ziyalıları da Azərbaycanın ictimai-siyasi həyatında
səmərəli fəaliyyətləri ilə diqqəti cəlb edir. Onlardan biri müasirimiz,
hər zaman müstəqilliyimizin qorunmasında, millətlərarası
münasibətlərin daha yüksək səviyyəyə çatmasında – birgəyaşayışın
təmin olunmasında mühüm xidmətləri olan Robert Baqratoviç
57
Mobilidir. Təsadüfi deyil ki, 5 sentyabr, 2014-cü ildə Prezident İlham
Əliyev Azərbaycan Respublikasının ictimai həyatında səmərəli
fəaliyyətinə görə Robert Baqratoviç Mobilinin “Şöhrət” ordeni ilə
təltif edilməsi haqqında sərəncam imzaladı.
Mobili Robert Baqratoviç 1954-ci ilin avqust ayının 20-də
Qəbələ rayonunun Nic kəndində anadan olub. 1961-ci ildə Nic
kənd 2-saylı orta məktəbin I sinfinə gedib və 1971-ci ildə həmin
orta məktəbi müvəffəəqiyyətlə bitirib. 1972-ci ildə S.M. Kirov adına
Azərbaycan Dövlət Universitetinin geologiya fakultəsinin “Faydalı
qazıntı yataqlarının geologiyası və kəşfiyyatı”) ixtisası üzrə qiyabı
şöbəsinə qəbul olub və 1980-cı ildə mühəndis-geolog ixtisası üzrə
ali təhsil alıb. 1972-1989-cı illərdə Mərkəzi elmi-tədqiqat geoloji-
kəşfiyyat institutunun (METDGKİ, Moskva ş.) Cənub filialında
(Bakı ş.) fəhlə, laborant, baş laborant, mühəndis, çöl geoloji
dəstəsinin müdiri vəzifələrində işləyib. 1989-cu ilin may ayından
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin “Kristalloqrafiya,
mineralogiya və geokimya” kafedrasının nəzdində olan “Qızıl
səpinti yataqlarının proqnozu, axtarışı və qiymətləndirilməsi” elmi-
tədqiqat laboratoriyasında elmi işçi və 2011-ci ildən böyük elmi
işçi vəzifəsində işləyir. İki monoqrafiya, 60-dan çox elmi əsərlərin,
bir neçə kitabçaların o cümlədən udicə-azərbaycanca-rusça lüğətin
müəllifidir. Ölkə daxilində və xaricdə (London, Brüssel, Oslo,
Nayrobi, Dallas, Varşava, Moskva, Sankt-Peterburq, Tiflis, Kiev,
Krım, Minsk) keçirilən beynalxalq konqresslərdə, konfraslarda,
forumlarda məruzə ilə çıxış edib.
2003-cü ildə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində
qeydiyyatdan (2009-cu ildə yenidən) keçmiş Alban-udi xristian
58
icmasının sədr vəzifəsinə seçilib və hal-hazırda həmin vəsifəni
icra edir. Azərbaycanda Alban kilsələrinin (Kiş-2003, Nic-2006)
bərpasında yaxından iştirak edib. Müstəqil Alban apostol kilsəsinin
status-kvonu Azərbaycanda alban-udi icmasının əsasında hüquqi
bazasını almaq üçün aktiv iştirak edir. Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsində ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri
və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Robert Mobiliyə
“Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirildi. “Şöhrət”
ordenini Robert Mobiliyə DQİDK sədri Mübariz Qurbanlı təqdim
edib. M.Qurbanlı bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və
dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə
yaşadığı məkandır: “Tarixin bütün dövrlərində ölkəmizdə dinlərarası
heç bir problem yaşanmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə
Robert Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha sübut
edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün
insanlar üçün bərabər şərait mövcuddur”. Dövlət Komitəsinin sədri
qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Alban-Udi
xristian dini icmasının ilk addımı 2003-cü ildə dövlət qeydiyyatından
keçməsi olub: “Bundan sonra kilsələrin bərpasında və dini ibadətlərin
keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılıb.
Bu çərçivədə 2003-cü ildə Qafqazın ən qədim kilsələrindən biri
olan Şəki rayonundakı Kiş məbədi bərpa olunub, 2006-cı ildə isə
Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian məbədindən
biri - Müqəddəs Yelisey adına Cotari Kilsəsi bərpa edilərək icmanın
istifadəsinə verilib”.
Dövlət Komitəsinin sədri bildirib ki, hazırda udilərin kompakt
şəraitdə yaşadığı Nic qəsəbəsində abadlıq və quruculuq işləri aparılır:
59
“Son 10 il ərzində Prezident İlham Əliyevin bu qəsəbəyə 2 dəfə səfər
etməsi isə dövlət tərəfindən icmaya göstərilən diqqət və qayğının
bariz nümunəsidir. Çıxış edən Alban-Udi Xristian dini icmasının sədri
Robert Mobili ölkə Prezidenti cənab İlham Əliyevin bu Sərəncamını
yüksək qiymətləndirib və ölkə Prezidentinə təşəkkür edib”.
Robert Mobili bilidirib ki, 170 il bundan əvvəl Rusiya çarı
tərəfindən Alban kiləsi Erməni-Qriqorian Kilsəsinin birbaşa
tabeçiliyinə verilib: “Lakin udilər öz dili, mədəniyyəti və Alban
kilsəsinə etiqadını saxlamaq üçün bu tabeçilikdən imtina edərək
kilsəyə getməyib ibadətlərini evlərində ediblər. Sovet dövründə isə
dini ibadət prosesi müxtəlif təzyiqlər altında səngiyib və kilsələr başqa
məqsədlər üçün istifadə olunub. Nəhayət, Azərbaycan müstəqillik
qazandıqdan sonra udilər bu istiqamətdə müəyyən dirçəlişə nail
olublar”.
Dini konfessiya rəhbərləri çıxış edərək Robert Mobilini təbrik
edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
60
Kəlbəcər rayonunun əsir abidələri
Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə,
Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin
flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi
8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir.
Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir.
Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin
Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri
tərkibindədir. Ən yüksək zirvəsi olan Camışdağın (Murov dağının
zirvəsi) hündürlüyü 3724 metrdir.
Rayon faydalı qazıntılarla, o cümlədən qızıl, civə və qiymətli
tikinti materialları (tuf, perlit, obsidan, travertin, və s.) ilə zəngindir.
Kəlbəcərin 280 min hektar ərazisini meşələr təşkil edir.
Kəlbəcər rayonu ərazisində, Tərtər çayının sol sahilində yerləşən,
xalq arasında “Xotavəng” və ya “Xudavəng”, yəni “Tanrı məbədi”
adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan
sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban
knyazlığının dini mərkəzi olmuşdur. Kompleksdə alban yepiskopunun
iqamətgahı olmuş və dini maarif mərkəzi fəaliyyət göstərmişdir.
Arxeoloji tədqiqatların nəticələri göstərir ki, monastırın əsası VI-VII
əsrlərdə qoyulmuşdur. Mehranilər sülaləsindən olan Xaçın knyazı
Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri
aparmış, Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun
xatirəsinə kompleksdə kilsə tikdirmişdir. Kilsənin şərq fasadında
61
daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki
oğlunun təsvirləri həkk olunmuşdur. Alban knyazı tərəfindən inşa
edilmiş baş kilsə memarlıq xüsusiyyətlərinə görə erməni və gürcü
xalqlarının kilsələrindən fərqlənir.
Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə
ucaldılmış məşhur Qandzasar (Gəncəsər) monastırı Qafqaz Albaniyası
xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastırın
divarında daş üzərindəki epiqrafik yazıda bildirilir: “Yüksək və
böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin
nəvəsi, Vaxtanqın oğlu Həsən Cəlal Dövlə və anası Xorişə Xatun
tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir”.
Albaniyada I əsrin ortalarında hakimiyyətə gəlmiş çar I Vaçaqanın
nəslindən olan Arşakilər sülaləsinin hökmdarları “arşax”, VI əsrdən
VIII əsrin əvvəlinədək hakimiyyətdə olmuş Mehranilər sülaləsinin
hökmdarları isə “aranşax” adlandırılmışlar. 1261-ci ildə monqol-
tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş
Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy Qandsazar monastırında
dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya
Sinodunun (ölkənin ruhani idarəsi) rəsmi qərarı ilə Alban kilsəsi ləğv
edilənədək, diofizit (Həzrət İsanın (ə) həm bəşəri, həm də ilahi sifətə
malik olmasına inanmaq) alban xristianlarının iqamətgahı olmuşdur.
Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimi bu monastır
kompleksinin ərazisində dəfn edilmişdir. Hündür qala divarları ilə
əhatə olunmuş Qandzasar kompleksinə alban xristian memarlığı
üslubunda inşa edilmiş baş kilsə, ona bitişik dörd maili dam örtüyündə
yüksələn monastır binası və qala divarlarına içəri tərəfdən hörülmüş
tikililər daxildir.
62
Monastır kompleksinin memarlıq üslubu, heykəltəraşlıq
nümunələri və diofizit xarakterli elementlər bu abidənin çoxəsrlik
ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq
edir. Uzun müddət yerli xristianların iqamətgahı olmuş monastır
dinin baş xəzinəsi mənasında Gəncəsər adlanmışdır.
63
“XUDAVƏNG” MƏBƏDİ
AzərbaycanAlbaniyası memarlığının möhtəşəm nümunələrindən
biri də “Xudavəng” (İNV № 11) monastır kompleksidir. Ağdərə-
Kəlbəcər magistral yolunun üstündəki Bağlıpəyə kəndindən aşağı,
Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən bu qədim Alban
məbəd kompleksi VI-VII əsrlərdə inşa olunmuşdur. Məbədin ilkin
tikintisinin məhz bu dövrə aid olması buradakı qazıntılar zamanı aşkara
çıxarılmış saxsı məmulatların öyrənilməsi nəticəsində aşkarlanmışdır.
Sonrakı dönəmlərdə məbəd bir neçə dəfə təmir edilərək ona
əlavələr olunmuş, nəhayət, Xaçın knyazı Həsən Cəlal (1215-1261)
tərəfindən məbəddə əsaslı bərpa işləri həyata keçirilmişdir. Bəzi
məlumatlara görə, Həsən Cəlalın həyat yoldaşı Minə Xatun burada
dəfn olunmuşdur. Ümumilikdə, kompleksə doqquz tikili daxildir: 1.
Qədim kilsə; 2. Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; 3.
Arzu Xatun məbədi; 4. Həsən Cəlal məbədi; 5. Müqəddəs Qriqoris
məbədi; 6. Arzu Xatun məbədinə əlavə edilmiş zal; 7. Zəng qülləsi; 8.
Məktəb binası; 9. Qalereya. Bu tikililərdən beşi əsas, digərləri köməkçi
xarakteri daşıyır. Məbəd kompleksinə daxil olan bu abidələrin heç də
hamısı dövrümüzədək yaxşı vəziyyətdə çatmamış, yaşca daha qədim
olanları nisbətən uçmuşdur.
Binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş
kərpicdən və əhəng məhlulundan istifadə edilmişdir. Damları
isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdür. Maraqlısı
odur ki, üstü günbəz kimi inşa edilmiş binaların tikintisində ağac
materialından istifadə olunmuşdur. Məbəd binalarında pəncərə
64
oyuqları da mövcuddur. Həmin oyuqların yuxarı hissəsi nalşəkilli
formada düzəldilmişdir. Monastıra daxil olan tikililərin divarlarında
yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar həkk edilmişdir.
Kompleksin ətrafı digər alban monastırlarında olduğu kimi möhkəm
divarlarla əhatələnmişdir.
Kompleksə daxil olan Arzu Xatun kilsəsi öz monumentallığı
ilə seçilir. Bu məbəd 1214-cü ildə Alban knyazı Vaxtanqın xanımı
Arzu Xatun Arcruni tərəfindən ərinin və iki oğlunun xatirəsinə inşa
etdirilmişdir. Düzbucaqlı şəklində inşa edilmiş kilsənin qapısının hər
iki tərəfində xırda otaqlar vardır. Binanın mərkəzində böyük bir alın
hissənin üstündə qübbə ucaldılmış, qübbənin üstü isə konusvari damla
örtülmüşdür. Kilsənin fasadı səliqə ilə yonulmuş daşla üzlənmiş,
daşların üstündə qabartma və oyma şəklində çox incə naxışlar
işlənmişdir. Məbədin şərq fasadında daş üzərində Vaxtanqın, cənub
fasadında isə Arzu Xatunun və iki oğlunun təsvirləri həkk edilmişdir.
Torpaqlarımız işğal edildikdən sonra “Xudavəng” məbədi də
dəfələrlə ermənilərin təcavüzünə məruz qalmışdır. Düşmən, abidədəki
Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox etmiş,
beləliklə, tarixi saxtalaşdırmağa çalışmışdır. Onlar öz təbliğatlarında
bu məbədini erməni kilsəsi kimi təqdim edir, xalqımızın maddi-
mədəni irsini özününküləşdirirlər.
65
“GƏNCƏSƏR” MƏBƏDİ
“Gəncəsər” (İNV № 10) keçmiş Ağdərə rayonunun Vəngli
kəndində, Xaçın çayının sol sahilində yerləşən XIII əsr xristian
Alban monastırıdır. Orta əsrlərdə monastır Alban Kilsəsinin mərkəzi
iqamətgahı olmuşdur.
Məbəd Gəncədağ dağında tikilmiş və adını da buradan almışdır.
Dağın adı isə ərəb dilindəki kənisə - “məbəd” və Azərbaycan dilindəki
“dağ” sözündəndir. Kənisə sözünün ərəb dilində olması orada ərəblərin
yaşaması ilə əlaqədar deyil. Bu o deməkdir ki, XII əsrdə Azərbaycan
dilində kənisə (kənsə, gənzə) sözü vardı və Azərbaycan dilindən həmin
söz dağın adına keçmişdir. Kənisə - “məbəd” sözü respublikamızda
Kənzə, Kənzəçay (Ordubad rayonu), Kənizədağ (əslində Kənisədağ)
İsmayıllı rayonunda və b. toponimlərdə qalmışdır.
Bu məbəd Artsax hökmdarı Həsən Cəlal və oğlu tərəfindən 1216-
1265-ci illərdə tikilmişdir. Monastrın özündə saxlanan epiqrafikanın
köməyilə məlum olur ki, indiki, mövcud məbədin tikintisinə Həsənin
atası Vaxtanqın vəsiyyəti ilə 1216-cı ildə başlanmışdır. 1261-ci
ildə monqollar tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş
Həsən Cəlal Dövləni oğlu knyaz Atabəy gətirib “Gəncəsər”
məbədində dəfn etmişdir. Bu məbəd 1511-ci ildən 1836-cı ilədək,
yəni Rusiya Provaslav Kilsəsi Sinodunun rəsmi qərarı ilə Alban
kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı
olmuşdur. Həsən Cəlalın nəslindən olan bir çox alban din xadimləri
bu məbəd kompleksinin ərazisində dəfn edilmişlər. Həsən Cəlalın
qəbrinin üstündə belə bir yazı var: “Ulu knyaz Cəlal öz valideyninin
66
vəsiyyətini yerinə yetirərək 665-ci ildə (1216-cı ildə) bu gözəl və daş
(kapital) kilsəni tikdi və onu bütün mümkün şəkillərlə (bəzəklərlə)
dövrələyərək 687-ci ildə (1238-ci il) özünün və arvadı Məmkanın
iradəsi ilə onu bitirdi”. Monastrın daxilində, kupelin altındakı yazı
və Kirakos Qandzaketsinin məlumatı da bunu təsdiq edir. 1240-
cı ildə tikilmiş abidə pak edilmişdir (müqəddəs su səpilmişdir).
Yazıya görə: “Bu kilsə 689-cu ildə (1240) Alban Katolikosu Ter-
Nersesin patriarxlığı dövründə pak edilib”. Həsən Cəlalın arvadı
Məmkan bu kilsənin darvazaları yanında gözəl bir qavit tikdirmişdir.
Əvvəlcə “Gəncəsər” Cəlali knyazlarının, alban katalikosları və
Xaçının mühüm şəxslərinin dəfn edildiyi yer olmuşdur. Orada alban
katalikoslarının iqamətgahları, vardapetlər məktəbi, əlyazmaların
saxlandığı kitabxana və s. da yerləşmişdir.
Qəbirüstü abidələrin üzərindəki bəzi yazılar: “Bu 1102-ci (1653)
il Alban katalikosu Qriqorinin qəbridir”. “Bu Cəlal Dolanın nəslindən
olan 1149-cu il (1700) alban katalikosu Yereminin qəbridir”. “Bu
alban katalikosu Yesaynın qəbridir... 1177 (1728)”.
Hətta, XVII əsrin sonunda da yerli əhali “Gəncəsər”i alban
adlandırırdı. Ruhani Apav monastrın damını bərpa edib orada belə bir
yazı qoymuşdur: “... Aqvan Gəncəsərin müqəddəs taxtında bizim saf
niyyətlə verilmiş vəsaitlərimizdən istifadə edib kilsələrin damlarını
və dağılmış divarlarını tikdilər”. “Gəncəsər” və onun camaatının
XIII əsr Alban kilsəsinin sonrakı tarixini öyrənmək üçün çox mühüm
sənəddir. Abidədə bir çox diofizit elementləri var ki, bunlar da XIII
əsrdəAlban katolikosluğunun başqa kilsələrə tabe olmaq istəməməsini
bir daha təsdiq edir. Məbəd kompleksinin memarlıq planlaşdırma və
kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli
67
elementləri onun çoxəsrlik ənənələri olan Azərbaycan Albaniyası
memarlığına aid olduğunu təsdiq edir.
“Gəncəsər” məbədinin orta əsrlərdə mülkü vardı. Bu mülkdə
yerləşən kəndlilərin əhalisi məbədə mənsub idi. 1825-ci ilə aid arxiv
sənədlərində göstərilir ki, 4 ailədən ibarət Ballıqaya və 55 ailədən
ibarət Vəngli kəndlərinin istifadə etdiyi torpaqlar “Gəncəsər mülkü”,
həm də Güzlək və Dizak adlanır. Sənəddə qeyd olunur ki, Ballıqayanın
əhalisi təmiz türklərdir (azərbaycanlılardır), amma Vənglidə ermənilər
də yaşayır, onları məbədin kahini Sərkis xaricdən gətirmişdir.
68
Tarixi-dini abidələri
Alban məbədi (500-cü il) – Həsənriz kəndi
Alban məbədi (1283-cü il) – Həsənriz kəndi
Alban məbədi (V-IX əsrlər) – Vəng kəndi
Alban kilsəsi (V-VII əsrlər) – Çərəkdar kəndi
Alban məbədi (614-cü il) – Kolataq kəndi
Müqəddəs Yaqub kilsəsi (635-ci il) - Kolataq kəndi
Alban məbədi (672-ci il) – Qocaqot kəndi
Alban məbədi (698-ci il) – Qocaqot kəndi
Alban məbədi (713-cü il) – Dəstəgir kəndi
Alban məbədi (718-ci il) – Qasapet kəndi
Kilsə (1894-cü il) – Qasapet kəndi
Kilsə (1898-ci il) – Maqadiz kəndi
Kilsə (1668-ci il) – Dovşanlı kəndi
Kilsə (XVII əsr) – Dəvədaşı (Poqosoqomer) kəndi
Qırmızı məbəd (XVII əsr) – Qozlu kəndi
Urek məbədi (1279-cü il) – Talış kəndi
Alban kilsəsi (VIII-IX əsrlər) – Tərtər çayının Bulanıq çayı ilə
qovşağında
Alban məbədi (X əsr) – Çormanlı (Qarnakar) kəndi
Alban kilsəsi (XI əsr) – Çormanlı (Qarnakar) kəndi
Kilsə (1883-cü il) – Maxrataq kəndi
Məbəd (1881-ci il) – Maxrataq kəndi
Məbəd – Maxrataq kəndi
Məbəd – Şaplar kəndi
Məbəd – Şaplar kəndi
69
Məbəd (XIII əsr)– Vəngli kəndi
Məbəd – Kiçan kəndi
Məbəd (1251-ci il)– Smakaok kəndi
Alban məbədi (XII əsr) – Çıldıran kəndi
Qırmızı məbəd (XIII əsr) – Çıldıran kəndi
“Xatırvank” məbədi (1204-cü il) – Qozlu kəndi
Məscid (XIX əsr)
Məscid (XVIII-XIX əsrlər) – Başlıbel kəndi
Məscid (XIX əsr) - Otaqlı kəndi
Ziyarətgahları
Qəbiristanlar (3 ədəd) orta əsrlər – Qasapet kəndindən 5-6 km
aralı
Qoç daşlar piri – Əsir kəndi yaxınlığında
Seyid Əsədullahın ziyarətgahı (XIX əsr) – Söyüdlü yaylağı
Seyid Bağır ağanın ocağı – Başlıbel kəndi
Seyid Əliabbas ağa ziyarətgahı – Başlıbel kəndi
Seyid Əhməd ağa ocağı
Tarixi memarlıq abidələri
Dovşanlı nekropolu (Son Tunc, İlk Dəmir dövrü) – Araçadzor
kəndi
Balıqaya nekropolu (Ton Tunc, İlk Dəmir dövrü) – Sırxavənd
kəndi
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) – Zar kəndi
70
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi
Daş qoç fiqurları - ərəb yazısı ilə (XIX əsr) - Zar kəndi
Daş at fiquru – Zəylik kəndi
Celabert qalası – Qasapet kəndi
Lök qalası (VII-VIII əsrlər) – Qanlıkənd kəndi
Uluxan qalası (VII-IX əsrlər) – Qaracanlı kəndi
Qalaboynu qalası (VIII-IX əsrlər) – Qalaboynu kəndi
Comərd qalası (VIII-IX əsrlər) – Comərd kəndi
Keşikçi qalası (VIII-IX əsrlər) – Qamışlı kəndi
Urud abidələrinin xronoloji sayı (1478-1610) – Zar, Zeylik,
Keşdək kəndləri
Tağlı daş körpü (XIX əsr) – Soyuqbulaq kəndi
Azərbaycan unikal tolerantlıq, konfessional və milli birgəyaşayış
nümunəsidir. Buradakı multikulturalizm mühitində müxtəlif
millətlərin nümayəndələri harmoniya, sülh və ictimai sabitlik
şəraitində birgə yaşayır. Azərbaycanlılar ölkə əhalisinin 90,6%-ni
təşkil edir. Onlarla yanaşı, ölkədə ləzgilər (2,2%), ruslar (1,8%),
ermənilər (1,5%), talışlar (1,0%), avarlar (0,6%), türklər (0,5%),
tatarlar (4,0%), ukraynalılar (0,4%), saxurlar (0,2%), gürcülər
(0,2%), kürdlər (0,13%), tatlar (0,1%), yəhudilər (0,1%), udinlər
(0,05%) və digər xalqların nümayəndələri də (0,2%) yaşayır. Bu gün
Azərbaycanda ən çox yayılmış Azərbaycan dili (yeri gəlmişkən, İran
əhalisinin 25%-dən çoxu da bu dildə danışır) ilə yanaşı, 13 dildə
danışılır.
Bir sözlə, Azərbaycan dünyada müxtəlif konfessiya, millət
71
və mədəniyyət nümayəndələrinin birgəyaşayı baxımından ən
tolerant ölkələrdəndir. Ölkə Konstitusiyanın 48-ci maddəsinə
görə, Azərbaycan dünyəvi dövlətdir, orada bütün sakinləri üçün
bərabər dini etiqad azadlığı təmin olunur. Bu baxımdan Azərbaycan
əhalisinin əksəriyyətini təşkil edən müsəlmanlar (onların çoxu
şiə məzhəbinə aiddir) ölkə əhalisinin təxminən 4%-ni təşkil edən
xristianlar və digər dinlərin nümayəndələrilə birgə, sülh şəraitində
yaşayır. Buradakı xristianların əksəriyyəti rus ortodoks, gürcü apostol
və erməni kilsələrinə bağlıdır. Onlar katoliklər, lüteranlar, baptistlər,
molokanlar, yəhudilər, bəhailər, krişnaçılar, Yəhva şahidləri ilə, eləcə
də Şərq ulduzu kilsəsinin, Baraka kafedral kilsəsinin, manixeyizmin,
Azərbaycanda qədim tarixi olan zərdüştliyin (onun müqəddəs
ocaqlarından biri Bakıdakı Atəşgahdır) nümayəndələri ilə birgə
yaşayır.
72
Dinlər və mədəniyyətlərarası dialoqda
Azərbaycanın rolu
Dünyanın bir çox regionunda gərginlik, zorakılıq, ekstremizm
və terror hallarının baş alıb getdiyi bir zamanda Azərbaycan
cəmiyyətləri dağıdan, beynəlxalq sabitliyi və sülhü təhdid edən bu
təhlükəli problemlərin həllinə öz töhfəsini verir. 2015-ci ildə bu
ölkədə “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” şüarı
altında III Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin himayəsi,
UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa
Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO və BMT-nin Dünya Turizm
Təşkilatının tərəfdaşlığı ilə təşkil olunmuşdu. Bu beynəlxalq tədbirdə
müxtəlif mövzulara toxunulmuşdu. Forumda “2015-ci ildən sonrakı
dünyanın inkişaf proqramında mədəniyyət və davamlı inkişaf”,
“Multikulturalizm: Gələcək vəd edən həqiqətlər”, “İpək yolu”
təşəbbüsü və bu təşəbbüsün hazırkı dövrdə mədəniyyətlərarası dialoq
üçün yaratdığı imkanlar”, “Xalqlar, mədəniyyətlər və sivilizasiyalar
arasında tolerantlıq, anlaşma və dialoqun təşviqi naminə bir vasitə
kimi turizmin imkanlarından yararlanmaq”, “Təhsil vasitəsilə
birgə yaşamağı öyrənmək: Siyasətdən təcrübəyə”, eləcə də “Ortaq
təhlükəsizliyin təmini, mədəni mübadilə və ifratçılıqla mübarizə
yolları”, “Gənclərin fərqli ifadə vasitələrinin köməyi ilə müxtəlifliyə
hörmət və ehtiramı” mövzuları müzakirə edilmişdi.
Forum çərçivəsində ISESCO İslam dünyasının Mədəniyyətlə
bağlı strategiyasının yerinə yetirilməsi ilə bağlı Məşvərət Şurasının
73
14-cü iclasını da keçirmişdi. İclasda Məşvərət Şurasına üzv dövlətlərin
(Oman, Misir, Tunis, Azərbaycan, Qırğızıstan, İndoneziya, Burkina
Faso, Benin, Niger) nümayəndələri, eləcə də VIII İslam Mədəniyyət
nazirləri konfransının sədri və İslam Əməkdaşlıq Təşkilatının baş
ofisinin yerləşdiyi Səudiyyə Ərəbistanı Krallığı, COMIAC təşkilatına
sədrlik edən Seneqal, ISESCO-ya ev sahibliyi edən Mərakeş, İƏT,
ISESCO, Şuranın keçən iclasına ev sahibliyi etmiş Birləşmiş Ərəb
Əmirliklərinin nümayəndələri iştirak edirdi.
Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub istiqamətlərinin
kəsişməsində müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu
unikal regionlardan birinə çevrilib. Foruma məhz bu üzdən o ev
sahibliyi edib. Azərbaycan həm islam dünyasının, həm də Avropanın
müxtəlif təşkilatlarına üzvdür. O, hər iki sivilizasiyanın dəyərlərini
mənimsəyib ki, bu da onun mədəniyyətlərarası dialoqda təbii körpü
rolunu oynamasına imkan verir.
Azərbaycan hələ 2011-ci ildə I Dünya Mədəniyyətlərarası Dialoq
Forumuna da ev sahibliyi etmişdi. O zaman forumda 102 ölkədən
500 qonaq, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının
nümayəndələri, media işçiləri, ekspertlər, alimlər iştirak etmişdilər.
Tədbir “Ortaq dəyərlər üzərində birlik və mədəni müxtəlifliyin
zənginləşdirilməsi” şüarı altında keçirilmişdi. 2013-cü ildə isə Bakıda
“Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” şüarı altında
II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olunmuşdu.
Bundan başqa, Azərbaycan 2015-ci ildə III Qlobal Açıq
Cəmiyyətlər Forumuna da ev sahibliyi edib. Forum Diasporla İş üzrə
Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və
Madrid Klubunun əməkdaşlığı çərçivəsində baş tutmuşdu. Onun işində
74
75 dövlətdən 350 nümayəndə, o cümlədən 40-dan çox dövlət başçısı
iştirak etmişdi. Toplantıda yeni dünya düzəni və Avropa İttifaqının
əsas problemləri, o cümlədən qonşuluq siyasəti, enerji təhlükəsizliyi,
etimadın yaradılmasında dinlərarası dialoq, sülhün qorunmasında
qadınların rolu, yerli, milli və regional inteqrasiyanın təhlükəsizliyin
təmin edilməsində əhəmiyyəti və s. müzakirə edilmişdi. Bu forumdan
əvvəl isə Albaniyada, Rumıniyada, Bolqarıstanda, Yunanıstanda,
Macarıstanda, Yaponiyada, Belçikada, ABŞ-da və başqa yerlərdə
hazırlıq iclasları və konfransları keçirilmişdi. 2013-cü ildə Bakıda
birinci, 2014-cü ildə isə ikinci forum təşkil olunub.
Dini, milli, ictimai, konfessional tolerantlıq dövlətlərin
sabitliyinin, tərəqqisinin, çiçəklənməsinin əsasıdır. Dözümlülük
multikultural cəmiyyətlərin milli sərvətdir və tükənməz kapitalıdır.
Bu gün tolerantlıq nəcib insani zərurətə çevrilib. Bütün dinlər ona
çağırır, ilahi hikmət də onu istəyir, insan fitrəti onu şərtləndirir, ictimai
quruluş onu vacib edir, sivil cəmiyyətlər onu zəruri sayır, qloballaşma
mədəniyyəti onu və bu məsələdə lazım olan nəcib mədəni və sivil
dəyərləri qaçılmaz edir.
Tolerantlıq qarşılıqlı ehtirama əsaslanır, kənarlaşdırılma
üsullarından və ikili standartlardan imtinaya səsləyir. Başqasını qəbul
etmək, plüralizm və fərqlilik bədbinlik və ruh düşkünlüyü üçün
səbəb deyil. Eyni zamanda, o, hüquqları güzəştə getmək anlamına
da gəlmir. O, başqasının fikirlərinə, mədəniyyətinə, inancına ehtiram
deməkdir, dünyada xeyir qüvvələri sivil cəmiyyət qayda-qanunlarını
fəallaşdırmağa çağıran güclü stimuldur.
Qloballaşma yalnız o halda daha etibarlı və həmrəy gələcək vəd
edir ki, orada bəşəriyyətin nəcib dəyərlərinə ehtiram olsun, əməkdaşlıq
75
mədəniyyəti yayılsın. Bu zaman insan fitrətini eybəcərləşdirən, ağılı
öldürən, hürriyyəti əldən alan fikirlərdən imtina edilir.
Ekstremizm və ifratçılıqdan, başqasına nifrətdən uzaq sivil bir
dünya yaratmağa maraq nəcib hədəflərdəndir. Bu hədəflərə çatmaq
üçün dünyada təhsil, mədəniyyət və elmi müəssisələr, eləcə də
hökumət və qeyri-hökumət cəmiyyətləri tərəfindən ciddi təşəbbüslər
və fəal cəhdlər tələb olunur. Bunların məqsədi nəsilləri tolerantlıq
mədəniyyəti ilə tərbiyələndirmək, sülhü yaymaq, etiqadından,
ideoloji, mədəni, milli və etnik mənsubiyyətindən asılı olmayaraq
bütün insanlar arasında harmoniya yaratmaqdır.
Azərbaycan qədim əsrlərdən bəri Şərqlə Qərbi birləşdirən körpü
rolunu oynayıb. Burada müxtəlif dinlərin nümayəndələri hər zaman
harmoniya və sülh şəraitində birgə yaşayıb. Bu gün Azərbaycan
multikulturalizm mərkəzinə çevrilib. O, gənc dövlət olmasına
baxmayaraq, bu sahədə mühüm nailiyyətlər qazanıb. Ölkədə bu
gün də müxtəlif sahələrdə uğurlu islahatlar həyata keçirilir. Burada
insanlar ictimai sabitlik şəraitində yaşayır.
Azərbaycanın qlobal səviyyədə dinlər və mədəniyyətlər
arasında dialoqun qurulduğu məkana çevrilməsi həm də onun coğrafi
mövqeyi, müxtəlif konfessiya nümayəndələrinin əsrlər boyu burada
birgə yaşaması ilə bağlıdır. Məhz bu üzdən son illər ölkə bir çox
beynəlxalq konfransa ev sahibliyi edib və edir. Bütün bunlar isə
Azərbaycan xalqının birliyini gücləndirir, Qafqaz regionunda sülhün,
təhlükəsizliyin və tolerantlığın təmin edilməsi, dünyaya yayılması
baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanın yaymağa
çalışdığı tolerantlıq mədəniyyətinin əhəmiyyəti nəzərə alınaraq, Milli
Tolerantlıq Mərkəzi də təsis edilib.
76
Xristianlıq Azərbaycanda ikinci böyük dindir. Artıq qeyd
olunduğu kimi, bu gün xristianlar Azərbaycan əhalinin 3-5%-ni təşkil
edir. Onlar öz dini ayinlərini bir neçə böyük kilsədə yerinə yetirir. Misal
kimi, Rus ortodoks Kilsəsi, Gürcü Ortodoks Kilsəsi, Roma-Katolik
Kilsəsi, Lüteran Protestant Kilsəsi, Erməni kilsəsini qeyd etmək olar.
Azərbaycandakı xristianların əksəriyyəti rus, gürcü və erməni əsilli
vətəndaşlardır. Azərbaycan torpaqlarında xristian dininin yayılması
tarixi erkən orta əsrlərə gedib çıxır. 252-ci ildə Sasanilər Qafqaz
Albaniyasını özlərinə tabe edib. Alban çarı Urnayr xristianlığı IV
əsrdə rəsmən dövlət dini elan edib. Sasanilərlə Bizanslıların çoxsaylı
hücumlarına baxmayaraq, Qafqaz Albaniyası regionda varlığını IX
əsrə qədər sürdürə bilib. Nəhayət, Qafqazın 667-ci ildə, Əməvilər
Xilafəti dövründə istila edilməsindən sonra Sasanilərlə Bizanslılar
regiondan qovulub, Qafqaz Albaniyası isə xilafətə tabe edilib.
77
Rus Ortodoks Kilsəsi
Bakıda birinci Rus Ortodoks Kilsəsi Rus-İran müharibəsindən
(1804-1813) iki il sonra, yəni 1815-ci ildə tikilib. Rus İmperatorluğu
Qacarlar dövlətinə qalib gəlib, nəticədə Qacar dövləti Qafqazdakı
ərazilərini, o cümlədən Bakını Rusiyaya güzəştə gedib. Ölkənin
böyük şəhərlərinə köçürülmüş ruslara xidmət etməsi üçün müxtəlif
rus ortodoks kilsələri tikilib. 1905-ci ildə isə Bakı Yeparxiyası təsis
olunub. O, indiyədək bu adla fəaliyyət göstərir.
Ortodoks xristianlar Sovet hakimiyyəti dövründə çox təzyiqə
məruz qalıblar. Lakin 1944-cü ildə Bakıda Rus Ortodoks Kilsəsi
açılıb. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra isə
Azərbaycandakı Rus Ortodoks Kilsəsinin əmlakı geri qaytarılıb və
kilsə cəmiyyətdə öz yerini tutub.
78
Molokanlar
Azərbaycanda malakanların 11 icması yaşayır. Onlar Şərq
xristian icmalarıdır. Bu icmalar kilsənin iyerarxik quruluşunu rədd
edir, mötədil xristianlıq etiqadına əsaslanırlar. Bu, ilahi və xristian
etik baxışıdır. Bu insanlar əxlaqı İsadan götürən mötədil xristian
dövlətinin qurulmasını istəyir. Bu gün malakanların Bakı və Şamaxıda
rəsmən qeydiyyatdan keçmiş icmaları var. Azərbaycan molokanları
icması bu ölkədə ruslarla azərbaycanlılar arasında heç bir ziddiyətin
olmadığını deyir: “Burada rus dilinə, mədəniyyətinə və xalqına qarşı
heç bir düşmənçilik yoxdur”.
79
Erməni kilsəsi
Bakıdakı erməni icması XIX əsrin ikinci yarısında Qafqazda
mədəni, iqtisadi və siyasi mərkəzlərdən birini təşkil edirdi. Tarixən
Azərbaycanın bir neçə kəndində Aysor icmaları da yaşayıb. Bunlardan
biri Yaqut kəndi olub. Bu, rus imperiyası hüdudlarında Cənubi
Qafqazda yeganə katolik kəldani kəndi idi. 1880-ci ilin əvvəllərində
kəndin bir rahibi katoliklərin mitropoliti təyin olunub. Rus hakimiyyəti
illərində isə Azərbaycanda Ukrayna, erməni və gürcü katolik icmaları
da olub.
Həmçinin Azərbaycanda polyak əsilli vətəndaşlar yaşayır.
Onların burada yerləşmə tarixi XIX əsrə gedib çıxır. Bu insanların
əksəriyyəti Roma-katolik məzhəbli xristianlardır. Burada onların
tarixi kilsələri də fəaliyyət göstərir. Bu, Bakıdakı Müqəddəs Bakirə
Məryəmin Məsum Hamiləliyi kilsəsidir. Ümumiyyətlə, polyak icması
Azərbaycanın müasir tarixində mühüm mədəni rol oynayıb.
Azərbaycanda xristian udinlər də yaşayır. Onlar Qafqazın ən
qədim xalqlarındandır. Udinlər Qafqaz Albaniyası dövrünə gedib
çıxan ənənələrini və dillərini bu gün də qoruyub saxlayır. Şərq
ortodoks xristianlarına mənsubdurlar. Onlar Azərbaycanda Alban
kilsəsinin nümayəndələridir. Nic kəndi xristian udinlərin mədəni,
milli mərkəzi sayılır.
Bundan başqa, Azərbaycanda başqa xristian konfessiyalarının
nümayəndələrinə – lüteran və babtistlərə də rast gəlinir. Lüteran
protestant məzhəbi burada bir neçə kilsəyə malikdir. Onlardan
biri Bakıdakı Xilaskar kilsəsidir. Lüteran protestant kilsəsinin
80
nümayəndələri alman əsilli vətəndaşlardır. Lüteranların ölkəyə
gəlişinin də öz tarixi var. Rus hakimiyyət orqanları Bakı ətrafında
neftlə zəngin torpaqları özəl investisiya şirkətlərinə satmaq üçün
açıq hərrac elan etmiş, bundan az sonra İsveçrə, ABŞ, Britaniya,
Fransa, Belçika, İsveç şirkətləri şəhərdə görünməyə başlamışdı.
Onlardan sonra buraya çox sayda protestant lüteran tacirləri gəlməyə
başlayıb. Bu şirkətlərin əksəriyyəti Neft sarayı adlanan sarayda
yerləşiblər. Sonrakı illərdə isə Azərbaycanda yevangelist məzhəbinin
nümayəndələrinin sayı artıb.
Papa Fransisk 2016-cı il oktyabrın 2-də Azərbaycana səfər edib.
Bundan təxminən 14 il əvvəl – 2002-ci il mayın 22-də isə Papa İohan
Pavel Bakıda olub.
Papa Fransisk Bakıdakı Heydər məscidində müsəlmanların,
xristianların və yəhudilərin qarşısında çıxış etmişdi: “Çox rəmzi
olan bu məkandan ürəyimin səsi bir daha yüksəlir. Allahın xətrinə,
zorakılıq olmasın. Qoy onun adı müqəddəs qalsın. Nifrət formaları
və insana nifrət üçün vasitə kimi istifadə edilməsin. Allahdan şəxsi
mənafelər və subyektiv məqsədlər üçün istifadə etmək olmaz. Hər
hansı fundamentalizmə, imperializmə və ya müstəmləkəçiliyə bəraət
qazandırmaq üçün onun adından istifadə etmək yolverilməzdir”.
Papa Bakı Sovet hakimiyyəti illərində – 1931-ci ildə dağıdılmış
kilsənin yerində tikilmiş və 2007-ci ildə istifadəyə verilmiş kilsəyə
də baş çəkmişdi. O, bu kilsədə xristianlar qarşısında etdiyi çıxışında
demişdi: “Siz Rəbbin gözündə çox qiymətli azsaylı rəiyyətsiniz. Din
burada möcüzələr yaradıb, tolerantlığı və sülhü təmin edib”.
Bir sözlə, xristianlıq Azərbaycan kimliyinin bir hissəsidir.
Xristianların öz dini ayinlərini həyata keçirdikləri kilsələr isə müxtəlif
81
millətlər, dinlər və konfessiyalar arasında plüralizmə, tolerantlığa
əsaslanan ölkənin mədəniyyətinin bir rəmzidir.
Yəhudi sinaqoqlarının, kilsələrin, məscidlərin və digər dini
müqəddəs məkanların qorunması təkcə ölkədə mövcud olan
müxtəliflik üçün deyil, həmçinin bunun Azərbaycanın tarixinin və
irsinin mühüm bir hissəsi hesab edilməsi üçündür.
MÜNDƏRİCAT
Qafqaz Albaniyasının tarixi-siyasi coğrafiyası ……………......…………..3
Qafqaz Albaniyası……………………………….........………….....……….6
Qafqaz Albaniyasında xristianlığın yayılması……...........………………18
AlbanAvtokefallığı………………………………......................…………..23
Azərbaycanda İslamın yayılması və
Alban Apostol kilsəsinin zəifləməsi…....................................................26
Qanzasar monastırı (XIII əsrin birinci yarısı)……......................……….26
İyerarxik münasibətlər…………………………………….................…….31
Yeparxiyalar………………………………………………………………….32
Kiş kilsəsi………………………………………………………….....………35
Fərziyyələr…………………………………..........…………………………37
Kiş kilsəsi ərazisində tapılmış Qafqaz Albanlarına aid məzar……....…41
Udilər………………………………………………………………….....…..45
Kəlbəcər rayonunun əsir abidələri…………………………………..…….60
“XUDAVƏNG” MƏBƏDİ……………………………...…………………….63
“GƏNCƏSƏR” MƏBƏDİ……………………………………..…………….65
Tarixi-dini abidələri……………………….………………………….......….68
Ziyarətgahları………………………………………………...........………..69
Tarixi memarlıq abidələri………………………………….......……………69
Dinlər və mədəniyyətlərarası dialoqda Azərbaycanın rolu……........….72
Rus Ortodoks Kilsəsi………………………………………………………..77
Molokanlar……………………………………………………….........…….78
Erməni kilsəsi………………………………………….........………………79
Çapa imzalanmışdır: 04.07.2019
Kağız formatı: 60x90 1/16
Tiraj: 5000