The words you are searching are inside this book. To get more targeted content, please make full-text search by clicking here.
Discover the best professional documents and content resources in AnyFlip Document Base.
Search
Published by eminmq, 2019-07-30 08:15:02

İslamda əxlaq prinsipləri

İslamda əxlaq prinsipləri

MİRYƏHYA BƏDİROV

İSLAMDA ƏXLAQ
PRİNSİPLƏRİ

Bakı-2018

MİRYƏHYA BƏDİROV
İSLAMDA ƏXLAQ PRİNSİPLƏRİ

“TUNA PRINTING & PUPLISHING COMPANY”

İSLAMDA ƏXLAQ

PRİNSİPLƏRİ

Allah Peyğəmbərlərinin vasitəsilə əmr
və qadağalarını bildirmiş, insanlara dünya
və axirətdə səadətə qovuşmağın yollarını
göstərmişdir.

Bildirilən ilahi əmr və qadağaların
hamısına din deyilir. Dinimizin adı İslam
dinidir. Bu adı Allah vermişdir. Bunun üçün
İslam dini yalnız bir xalqın, bir millətin dini
olmayıb, bütün insanların dinidir. Son dindir.
Ağıl və bilik dinidir. Əxlaq dinidir, dostluq və
intizam dinidir. İnsanların yaşayış dinidir.

İslamda əksər ibadətlərin təməli gözəl
əxlaq üzərində bina edilmişdir. Yer üzünə
göndərilmiş bütün peyğəmbərlər insanları
pis əməllərdən uzaq durmağa çağırmış və
əxlaqi dəyərlərin yayılması üçün çalışmışlar.
Gəlin unutmayaq ki, insana dünya və axirət
yurdunda zərər verən hər şey, pis əxlaqdan
qaynaqlanmaqdadır.

3

İman, ibadət və elm isə insanı kamilliyə
tərəf aparır və gözəl əxlaq sahibi edir. Elə ona
görə də Allah ən son olaraq Həzrət Məhammədi
(s) təkcə iman, ibadət, hüquq, cəza qanunlarını
aşılamaq üçün deyil, eləcə də bəşəriyyət üçün
əxlaqi mövzularda, islah və kamilliyə yetişmək
üçün müjdələyici bir elçi olaraq göndərmişdir.

Peyğəmbərin (s) özü də yüksək əxlaq
sahibi olmuşdur. O, əsla çirkin söz söyləməz,
lənət etməz və söyüş söyməzdi. Daimə
təbəssüm edər, çox zaman sükut edərdi,
susması danışmasından daha çox idi. Yumşaq
və başqalarına qarşı sərt davranmayan birisi
idi. Sərt, bağırıb-qışqıran bir kimsə olmadığı
kimi, nə tənə edər, nə də üzə vurardı. Ondan
bir şey ümid edən kimsəni ümidsiz qoymazdı,
gözləməyini boşa çıxarmazdı. Savab əldə
etməyə ümid etmədiyi heç bir şeydən
danışmazdı, başqasının sözünü əsla kəsməzdi.
Əslində onun əxlaqından və davranışlarından
yazmaqla bitirmək olmaz.

Aləmlərin Rəbbi Allah Onun əxlaqından
razı qalmış və öz kitabında bu ayə ilə işarə
etmişdir:

4

”Həqiqətən də sən böyük əxlaq
sahibisən!” (“əl-Qələm”, 68/4)

Bəli, əziz müsəlmanlar! İndi dünyada,
xüsusən də, yaşadığımız məmləkətdə əxlaq
böhranı yaşanır. İnsanların başqa sahələrdə
xeyir və uğur əldə etməklərinə baxmayaraq
əxlaqi cəhətdən tənəzzülə doğru getdikləri
bir reallıqdır. Bu böhrandan çıxış yolu islami
əxlaqa sahib olmaq və onunla yaşamaqdır.
Gerçək əxlaqın yaşandığı məmləkətdə qardaş
qardaşına əsla əziyyət etməz. Onun namusuna
və malına göz dikməz. Əli və dili ilə başqasını
incitməz.

Əlbəttə ki, hər bir mömin qiyamət günü
insanların seyyidi, aləmlərə rəhmət olaraq
göndərilən Peyğəmbərin (s) yanında olmaq
istər. Bəli, bu hər bir müsəlmanın dua zamanı
Allahdan dilədiyi bir şeydir. Anlaşıldığı kimi
gözəl əxlaq sahibi həm bu dünyada həm də
axirət günündə əbədi olan səadətə qovuşacaqdır.
Elə isə gəlin əxlaqımızı gözəlləşdirək. Sıxıcı
olan dünya həyatımız da gözəlləşsin.

Bütün peyğəmbərlər, onların yaxın dostları
eləcə də onların izləri ilə gedən salehlər gözəl

5

əxlaq sahibi olmuş və öz əcdadlarına da bunu
tövsiyə etmişlər. Unutmayaq ki, dünyanın
nizamı da əxlaqdan asılıdır. Çünki məmləkətdə
əmin amanlığın ola bilməsi üçün müsəlmanların
əxlaq sahibi olmaları və bir birilərinin haqlarını
gözəl şəkildə qarşılamaları lazımdır. Bir
müsəlman başqa bir müsəlmana qarşı zülm
etməkdən mütləq çəkinməlidir. Əksinə, başqa
müsəlmanlar arasında etibar qazanmalı və
sayılıb-seçilən biri olmalıdır.

Bütün bunları ona görə qeyd edirik
ki, insanın sayılıb sevilməsi məsələsində
gözəl əxlaqlı olmasının əhəmiyyəti olduqca
böyükdür. Bunun üçün İslam dini bizə gözəl
əxlaq sahibi olmaq üçün lazım olan hər şeyi
əmr etmiş, pis olan hər hərəkəti isə qadağan
etmişdir. Müsəlmanın ədəbi onun malından
daha qiymətlidir.

Əziz qardaş və bacılarımız! Əxlaqi
və mübarək ömür sürməkdən ötəri hər
bir müsəlman peyğəmbərin sünnəsinə və
müqəddəs imamların davranışlarına uyğun
hərəkət etməlidir. Bu barədə Uca Allah Qurani-
Kərimdə belə buyurur:

6

“Həqiqətən, Allahın Rəsulu Allaha,
qiyamət gününə ümid bəsləyənlər (Allahdan,
qiyamət günündən qorxanlar) və Allahı çox
zikr edənlər üçün gözəl örnəkdir!.» (“əl-
Əhzab”, 33/21)

Qeyd edilən kimi hər bir müsəlman Allah
Rəsulunun (s) əxlaqına yiyələnməyə həris
olmalıdır. Hər cür haramlardan uzaq durmalı,
gizli-açıq hər yerdə Allahın hüzurunda
olduğunu unutmamalıdır. Boş və faydasız
sözlərdən çəkinməli və islami əxlaqa zərbə
vuracaq hər cür zülmdən və haqsızlıqdan uzaq
olmalıdır.İffət və ədəb daima müsəlmanın
üzərində daşıyacağı bir yükdür. İstər qəzəbli
halında, istərsə də xoş günündə əsla bu dəyərləri
düşürməməli və həmişə başqalarına nümunə
olduğunu bilməlidir.

İslam dini fitnə fəsadı aradan qaldırmaq
və insanların islahı üçün nazil olmuşdur. Tarix
boyu əxlaqın izinin itdiyi yerlərdə daima fəsad
olmuş, islah üçün çalışmaq insanların heç
yadına belə düşməmişdir. Allaha həmd olsun
ki, öz kitabını və rəsulunun sünnəsini qoruyub
saxlamış və mömin qullarından ötrü bir yaşam

7

tərzi etmişdir.Gəlin əxlaqımızı gözəlləşdirək!
Onun daha da kamil və dərin olması üçün
əlimizdən gələcək qədər çalışaq. Öyrəndiyimiz
ayə və hədisləri haqqı ilə yaşamağı Allahdan
diləyək.

İnsan bədən və ruhun vəhdətindən
ibarətdir.

İnsan yaradılış baxımından iki ünsürdən
ibarətdir.

a) Ət, sümük, qan, ilik, sinir kimi gözlə
görünən maddi cisim.

b) Düşüncə, duyğu, bilik, qərar alma,
imtina etmə, sevinmə və acıma kimi gözlə
görünməyən mənəvi qisim

Bunlardan birincisi bədənimiz, ikincisi isə
ruhumuzdur. Cism və ruh ayrı-ayrı məhfumlar
olmaqla yanaşı, insanın varlığında bir-
biriylə elə qaynayıb qarışmışlar ki, birindəki
çatışmazlıq digərinə təsir edir. Normal
yaradılışdakı insanın ruhu pak və təmiz, bədəni
də xəstəlikdən uzaqdır.

Ruhumuz da bədənimiz kimi xəstələnə
bilər, təbii yaradılışından uzaqlaşar. Bunun
da bədən kimi müalicə yolları vardır. Bunun

8

müalicəsi bir qrup qaydalardır. Bunlara və
bunları yaşamanın adına “Əxlaq” deyilir.

Başqa bir ifadə ilə, əxlaq bədənimizi və
ruhumuzu Allaha və yaratdıqlarına qarşı borclu
olduğumuz vəzifələri yerinə yetirə biləcək
dərəcəyə yüksəltməkdir.

Əxlaqın mənbəyi də iman və ibadətin
qaynağı kimi Allaha, Qurani-Kərimə, Quranı
açıqlayan Allahın Peyğəmbəri Məhəmmədə
(ə.s.) və onun Əhli-beytinə əsaslanır.

İman və ibadətin məqsədi sahiblərini
kamil bir insan etməkdir. Əxlaqın da vəzifəsi
eynidir.Bunun üçün sevimli Peyğəmbərimiz:
“Mən ancaq əxlaqı fəzilətləri tamamlamaq
üçün göndərildim”-deyə buyurmuşdur.

İnsan fərd və ya cəmiyyət olaraq yaşayışında
müxtəlif cür çətinliklərə, sıxıntılara, dərd və
bəlalara uğrayır, dünyanı özünə zindan edirsə,
bunun səbəbi yaşayış və həyat tərzini əxlaqi
prinsiplərə uyğunlaşdırmaması ilə əlaqədardır.

Yaradana və onun yaratdıqlarına qarşı
bütün vəzifələrini hiss etmiş, dünyadakı
həyatın dadını bilən xoşbəxt şəxslər yaşayış və
davranışlarını Allahın əmrinə uyğunlaşdıran,

9

əxlaq yolunda gedən xoşbəxt insanlardır.

Keçici dünya həyatında əxlaqsızlıq üzündən

cürbəcür dərd və bəlalara uğrayanlarla Allah

yoluyla gedərək rahatlıq və səadət içində

yaşayan günahsız insanların halları ölümdən

sonrakı sonsuz həyatda da davam edəcəkdir.

Çünki insan dünyada nə əkərsə, axirətdə də onu

biçəcəkdir.

Dünya və axirətdə xoşbəxtliyə və səadətə

yetişmək üçün boynumuza borc olan əxlaqi

vəzifələrimiz bunlardır:

1. Allah və Peyğəmbər (s) qarşısındakı

vəzifələrimiz;

2. Özümüzə qarşı olan vəzifələrimiz;

3. Ailə və yaxınlarımız qarşısındakı

vəzifələrimiz;

4. Vətənimiz və millətimiz qarşısındakı

vəzifələrimiz;

5. İnsanlıq aləmi qarşısındakı

vəzifələrimiz.

10

I. ALLAH VƏ PEYĞƏMBƏR

QARŞISINDAKI

VƏZİFƏLƏRİMİZ

Allah qarşısındakı vəzifələrimiz

Allahın varlığına, təkliyinə, Ondan başqa
Tanrı olmadığına, yüksək keyfiyyətlərə malik
olduğuna inanan mömin onun uca adını
daima təzim və hörmətlə anar; Ona cani-
dildən bağlanar, əmrlərini yerinə yetirər və
qadağalarından qaçar.

Bu duyğularla könlünü, bütün mənliyini
Allaha bağlayaraq qulluq borcunu ödəyər.
Beləliklə, dünya və axirət səadətinə çatar.

Xaliqi qəlbən sevən təqvalı şəxslər Qüdrət
sahibinin onlardan razı qalması üçün gözəl
əxlaqa malik olmalı, ibadət etməli, bir sözlə,
dünyaya və cəmiyyətə gözəllik bəxş edən
xeyirli insan olmalıdırlar. Qəlbində Allah
sevgisi daşıyan insan Onun yaratdıqlarına
qarşı şəfqət və mərhəmətlə davranar, qorumağa

11

çalışar. Uca Rəbbimiz Qurani-Kərimdə iman
edib, saleh əməllər görən bəndələrinə belə
müjdə verir: “...De ki:” “Mən sizdən bunun
(risaləti təbliğ etməyimin) müqabilində
qohumluq məhəbbətindən (əhli-beytə
sevgidən) başqa bir şey istəmirəm. Kim bir
yaxşı iş görərsə, onun yaxşılığının savabının
(mükafatını) artırarıq!” Həqiqətən, Allah
bağışlayandır, qədirbiləndir! (Şükrün və
itaətin, gözəl əməllərin əvəzini verəndir!)”
(“əş-Şura”, 42/23).

Adətən ehtiyac içində yaşayan insan
ona yaxşılıq etmiş şəxsə öz minnətdarlığını
bildirmək istəyir.Yaxud sağalmağa imkanı
olmayan insan həkim müalicəsi nəticəsində
sağalan xəstənin həkimə necə təşəkkür etdiyini
təsəvvürə gətirmək elə də çətin deyil.

Lakin bəzi insanların unutduğu çox önəmli
bir həqiqət var: canlı və cansız bütün varlıqların
sahibi Allahdır. Bunun üçün insan sahib olduğu
nemətlərin əvəzi olaraq, Yaradana şükr etməli,
hörmət və sevgisini Ona yönəltməlidir. Bir
insana kömək üçün təşəkkür edərkən, onun
kömək göstərməsinə Yaradanın vasitəsi ilə

12

olduğunu yaddan çıxartmamalıdır. Rəbbimiz
Qurani-Kərimdə belə bildirmişdir: “Həqiqətən,
göylərin və yerin mülkü (hökmü) Allaha
məxsusdur. Dirildən də, öldürən də Odur.
Sizin Allahdan başqa havadarınız və köməyə
çatanınız yoxdur!” (“əl-Tövbə”,9/116).

Cənnətdə yaşayacaqları vəd edilən həqiqi
möminlər ilk növbədə Allahı sevən, onun
göndərdiyi peyğəmbərlərə iman edən, keçmişdə
və bu gün yaşayan bütün möminləri sevənlərdir.
İman edənlər xalqın sevgisini qazanmaq üçün
möminlərlə münasibət qurub, dostluq etməyə
çalışmalıdırlar. Allah möminlərin qəlblərindəki
imanlarından qaynaqlanan bu gözəl sevgiyə və
Rəbbimizə qəlbən bağlılıqlarına görə, onları
sevginin, sədaqətin ən gözəl məkanı olan
Cənnətlə mükafatlandıracaqdır.

Möminlərin qəlbindəki sevginin əsl
qaynağı Yaradana olan əsl məhəbbətdir.
Möminlər Allahı çox sevir və yaşadıqları
müddət ərzində Onun sevgisini qazanmaq üçün
ciddi səy göstərirlər.

Qurani-Kərimdə cənnət həyatına dair
verilən xəbərlərdə həmişə dostluq, sevgi,

13

məhəbbət və gözəl sözlərdən bəhs edilir.
Sevgi və dostluğu əngəlləyə biləcək hər şey
– xudbinlik, qısqanclıq, düşmənçilik, paxıllıq
kimi mənfi xüsusiyyətlər Cənnətdən kənarda
qalacaqdır.

Peyğəmbər qarşısındakı vəzifələrimiz

Allahdan sonra, ən çox hörmətə layiq
olan Onun Peyğəmbəri Məhəmməddir (s.ə.).
Çünki o uca Peyğəmbər, Allahın əmrilə bütün
insanlığı qaranlıq girdabından qurtarmış,
dünyanı elm, mədəniyyət və fəzilət işıqları
ilə aydınlatmışdır. O, dünya və axirətin səadət
qapılarını açmış, insanlığa ən doğru, ən xoşbəxt
yolu göstərmiş və bəxtiyarlığa çatdırmışdır.

Onun şanlı və şərəfli yolu, insanlığın
üzünü ağardan təmiz həyatı, yenə insanlığın
hər iki dünyada səadəti və salamatlığı uğrunda
çalışmaqla keçmişdir. Belə uca bir insanın bütün
dünyaya Peyğəmbər olaraq göndərildiyinə,
Onun gostərdiyi və getdiyi yolun ən doğru,
ən həqiqi yol olduğuna, insan üçün qurtuluş
yolunun ancaq bu yol olduğuna inanmaq və

14

onun şəriətindən bir an da olsun ayrılmamaq
hər mömin üçün bir vəzifədir.

Peyğmbərimizin əxlaqı

Həzrət Məhəmməd (s) həyatın hər
sahəsində olduğu kimi, bəşəri münasibətlərdə
də əvəz edilməz şəxsiyyət idi. Allah Rəsulu
(s) ətrafındakıların inanc fərqini qabartmadan
onlara insan olduqları üçün dəyər verərdi.
Bununla bağlı belə rəvayət də mövcuddur:
“Bir gün Həzrət Məhəmməd (s) səhabələri ilə
oturmuşdu. Yanlarından bir cənazə keçdiyini
görən Həzrət Məhəmməd (s) ayağa qalxmışdı.
Səhabələri onun müsəlman deyil, yəhudi
cənazəsi olduğunu söyləyərək, nə üçün ayağa
qalxdığını soruşduqda Allah Rəsulu (s):
“Müsəlman deyilsə, o demək deyil ki, insan da
deyil” cavabını vermişdi.

Həzrət Məhəmmədin (s) həyatı boyu
çəkdiyi cəfalar, gördüyü əzab-əziyyətin onun
çöhrəsindən təbəssüm və gülərüzlülüyü
əskiltməmişdi. O, hətta ətrafındakı
müsəlmanları xoş münasibətli və gülərüzlü

15

olmağa təşviq etmişdir: “Heç bir yaxşılığı
əsla dəyərsiz hesab etmə, Hətta, din qardaşını
gülərüzlə qarşılamağı da” (“Müsnəd”).

Rəsulullahın (s) təkid etdiyi məsələlərdən
biri də salamlaşmaqdır. “Allah dərgahında
ən sevimli insan qarşılaşdıqda əvvəl salam
verəndir”,- deyən Həzrət Məhəmməd (s)
danışmağa salamla başlamağı tövsiyə etmişdir.
Digər bir hədisdə isə “Salam Allahın adlarından
biridir.Uca Allah onu yer üzünə yaymanızı
istəmişdir” (“Səhihi Buxari”) buyurmaqla
əslində, salamlaşmağın insanlar arasında
münasibətlərin qurulmasındakı əhəmiyyətinə
diqqət çəkmişdir.

Allah Elçisinin (s) nümunəvi əxlaqi
davranışlarından biri də insanlar arasında ayrı-
seçkilik etməməsi idi. Onun nəzərində varlı-
kasıb, böyük-kiçik, irqindən və millətindən
asılı olmayaraq, hamı bərabər idi. Çünki, İslam
Qurani-Kərimin “əl-Hücurat” surəsində (13-cü
ayə) qeyd olunduğu kimi, üstünlüyü Allahın
razılığını qazanmaqda, təqvada görür.

O, kasıblara da xüsusu qayğı ilə
yanaşmışdır. Hədislərin birində belə buyurulur:

16

“Kasıbları axtarın, onlara arxa, dayaq olun.
Çünki sizə (Allah qatından) ancaq kasıblara
görə köməklik edilir və ruziləndirilirsiniz”
(“Səhihi-Buxari”).

Həzrət Peyğəmbərin (s) nümunəvi
davranışlarından biri də qonaqpərvərliyi idi.
Hədislərdə onun süfrəsinin qonaqsız olmadığına
diqqət çəkilmişdir. Onun yanına Ərəbistanın
hər tərəfindən ziyarətçilər və elçilər gəlirdi.
Qonaqların diplomatik missiyasına və ya sıravi
vətəndaşlar olmasına baxmayaraq, Allah elçisi
gələnlərlə maraqlanır, inları təmin etməyə
çalışırdı. Məsələn Bəni-Hənifədən gələn
nümayəndə heyətinin qarşlıanmsından bəhs
edərkən, onların Rəmlə ibn Harisin evində qonaq
saxlanılaraq ərzaqla təmin olunması mənbələrdə
qeyd edilmişdir. Həmçinin,O, Mədinəyə
gələn nümayəndə heyətinin qarşılanması üçün
səhabələrə tapşırıq verərək onlar üçün yol azuqəsi
hazırlatmış və hədiyyələr təqdim etmişdir.
Gələnləri yüksək hörmət və ehtiramla yola salan
Həzrət Məhəmməd (s) səhabələrinə həmişə belə
deyərmiş: “Qonağını xoş qarşılamayan şəxsdə
heç xeyir olmaz” (Əhməd ibn-Hənbəl).

17

Allah Rəsulu (s) uşaqlarla da şəfqət
və mərhəmətlə rəftar edərdi. Buna bütün
müsəlmanların riayət etmələrini istədiyindən:
“Kiçiklərimizə mərhəmət etməyən və
böyüklərimizə hörmət göstərməyən bizdən
deyil” söyləmişdir (Tirmizi).

O, əsrlərə də xoş münasibət bəsləyərək,
onları incitməməyi səhabələrinə əmr etmişdi.
Əsirlərdən olan Musab ibn Umeyrin qardaşı
Əbu Əziz bu həqiqəti belə açıqlamışdır:
“Ənsarın (Mədinəli müsəlmanların) əlində əsir
idim, Yemək vaxtı gələndə özləri xurma yeyir,
mənə isə öz xörəklərini verirdilər. Mən də
utandığım üçün yeməyi onlara təklif edirdim,
ancaq onlar qəbul etmirdilər, Çünki Peyğəmbər
(s) onlara bizə yaxşı baxılmasını əmr etmişdi”
(İbn Sad).

18

II. Özümüzə qarşı vəzifələrimiz

Yaradana, yaratdıqlarına qarşı vəzifə-
lərimizi tam olaraq yerinə yetirə bilmək üçün,
bədənimizi və ruhumuzu maddi və mənəvi
xəstəliklərdən qorumaq və yerinə yetirməli
olduğumuz vəzifələri həyata keçirə biləcək
qabiliyyətə yüksəlmək lazımdır.

Bədən və ruhumuzu bu vəzifələri
qaydasıyla yerinə yetirilməsinə əngəl olacaq
hər cür xəstəliklərdən sağlamlığımızı qorumaq,
sağlıq qaydalarını bilməklə və onları həyata
keçirtməklə mümkündür. Bunun üçün
Peyğəmbərimiz; “Qiyamət günü insandan
əvvəlcə səhhətini qoruyub qorumadığı
soruşulacaq”,-deyə buyurmuşdur.

Dinimizdəki ibadətlər də insan
sağlamlığının şərtlərinə çox uyğundur. İbadət
olaraq yerinə yetirdiyimiz dəstəmaz, qüsl bütün
bədənimizlə birlikdə tez-tez kirlənən əl, üz,
ağız, burun və ayaq kimi bədən üzvlərimizin
həmişə təmiz qalmasını təmin edir.

Bədənin sağlamlığı malik olduğumuz
saysız nemətlərin ən böyüyüdür. Xəstə

19

olmamaq üçün xəstəlik gətirəcək hər şeydən
çəkinmək; xəstələndikdən sonra isə sağalmaq
üçün lazımlı hər bir tədbiri almaqda tənbəllik
göstərməmək nəfsimizə qarşı ən mühüm
vəzifəmizdir. Peyğəmbərimiz: “Allahın qulları,
müalicə olunun. Çünki Tanrı elə bir xəstəlik
verməmişdir ki, onun dərmanını da yaratmamış
olsun”-deyə buyurmuşdur.

Hər cür keçici xəstəlikdən qorunmaq,
sağlamlıq qaydalarına tamamən əməl etmək,
sağlamlığımızı pozan, dinimizin yasaq etdiyi
şeyləri yeyib-içməkdən çəkinmək və zərərli
hərəkətlərdən qorunmaq da nəfsimizə qarşı
olan vəzifələrimizdəndir.

20

III. Ailə və yaxınlarımız
qarşısındakı vəzifələrimiz

Ailə ər-arvad, ata-ana, uşaqlar və
yaxınlardan meydana gələn topluluğun adıdır.
Cəmiyyətin nüvəsi, ən kiçik nümunəsi ailə
ocağıdır. Cəmiyyətlər ailələrdən qurulur.

Ailə üzvləri arasındakı qarşılıqlı vəzifələr
çox əhəmiyyətlidir. Bunları qaydası ilə yerinə
yetirənlər cəmiyyətin davam və əbədiliyinə
xidmət etmiş, yetirməyənlər isə cəmiyyət
nizamını pozmuş, fərdi və ictimai tərbiyədən
nəsibini almayan bəxtsiz şəxslərdir.

İnsan Yaradanına və Onun yaratdıqlarına,
dövlətə qarşı borclu olduğu vəzifələri,
böyüklərə hörmət, kiçiklərə şəfqət və insanlıq
vəzifələrini əvvəlcə ailədə öyrənir. Ailə sevgi
və təcrübənin ilk mənbəyidir.

21

Ailəni təşkil edən fərdlərin qarşılıqlı

vəzifələri

1- Ər-arvadın qarşılıqlı vəzifələri,
2- Ata-ananın uşaqlarına, uşaqların da
ata-anaya qarşı vəzifələri,
3- Bacı-qardaşın qarşılıqlı vəzifələri,
4- Qohum-əqrəbanın bir-birinə qarşı
vəzifələri.

Ər-arvadın qarşılıqlı vəzifələri
Ər-arvad ailə ocağının iki təməlidir.
Bu təməl evlənməklə qurulur. Buna görə
də İslamiyyətdə evlənməyin çox böyük
əhəmiyyəti vardır. Ailə ocağının qurulması və
cəmiyyətlərin təşəkkülü evlənməklə olur.
Buna görə də Peyğəmbərimiz: “Evlənin,
çoxalın, Çünki mən qiyamət günü digər
ümmətlərin qarşısında sizin çoxluğunuzla fəxr
edəcəyəm”,-deyə buyurmuşdur.
Bir millətin ən qiymətli xəzinəsi onun
sahib olduğu əhalisidir. Cəmiyyətin intizam
və təmizlik içində yaşaması və əbədiliyi buna

22

bağlıdır. İnsan möhtac olduğu sərbəstliyi,
sakitliyi, ən səmimi sevgi və şəfqət duyğularını
ana qucağında, ata ocağında tapır.

Həqiqi bir əngəli olmadıqca evlənməyənlər,
şəxsi və insani vəzifələrindən qaçmış sayılır.
Çünki insan insanlıq fəzilətlərini, şərəfini,
müdrikliyini ancaq evlənməklə qoruya bilir.

Ailə ocağında kişi evin böyüyüdür. Bunun
üçün bütün kənar işləri idarə etmək, evin,
ailənin hər cür ehtiyaclarını yerinə yetirmək,
bu məqsədlə də bir iş-güc sahibi olmaq
məcburiyyətindədir.

Ailədə kişi arvadına din və dünya bilgilərini
öyrətmək, qadınlara qarşı hər zaman nəzakətli,
mərhəmətli, yumşaq rəftar etməkdə vəzifəlidir.

Peyğəmbərimiz: “Qadınlara kərim
olanlardan başqası ikram etməz. Onlara xəyanət
və hörmətsizlik edənlər pis adamlardır,”-deyə
buyurmuşdur.

Qadın da ailə yuvasını salamat saxlamaq
üçün ərini evinin böyüyü kimi tanımalı, ona
sevgi və hörmətlə bağlanmalı, uşaqlarının
sağlamlığına, tərbiyələrinə, biliklərinə
əhəmiyyət verməli, ərinin qazancını israf

23

etməməli, evinin tərtib və düzəninə diqqət
yetirməlidir.

Evin içində və kənarda ərinə tam bağlı
olaraq qalmaqla təmizliyini, namus və şərəfini
qorumaq da qadının vəzifəsidir.

Əziz Peyğəmbərimiz: “Qiyamət günündə
qadından əvvəlcə namaz, sonra da ərinə itaət
edib-etmədiyi soruşulacaqdır. Namazını qılan,
orucunu tutan, nəfsini haramdan saxlayan
qadının gedəcəyi yer doğruca cənnətdir.”,-
deyə buyurmuşdur.

Müsəlmanlıqda ailənin əhəmiyyəti çox
böyükdür. Bu yuvanın iki təməli olan ər-arvad
qarşılıqlı haqq və vəzifələrini bilib, yoluyla
hərəkət edərlərsə, ailə ocağı səadət və sevinc
qaynağı olar.

Ata-ananın uşaqlarına, uşaqların da
ata-ana qarşısındakı vəzifələri:

Dünyaya gəlmələrinə səbəb olduqları
balalarını, bağlı olduqları cəmiyyətə və bütün
insanlığa faydalı bir fərd olaraq yetişdirməyi
qarşılarına məqsəd qoymaq ata-ananın ən
mühüm vəzifəsidir.

24

Bunun üçün uşaqlarını yaşayacaqları
gələcəyə görə hazırlamaq məqsədilə onların
bədən və ruhi tərbiyələrinə son dərəcə diqqət
etmək ata-ananın borcudur.

Uşaqlarını gəlirlərinə münasib, halalından
yedirib geydirmək, onlara qarşı sevgidə,
səmimiyyətdə, ədalətdə qüsur etməmək
ata-anaya borcdur. Əziz Peygəmbərimiz:
”Uşaqlarınıza yaxşı baxın, onları gözəl
tərbiyə edin”,- deyə buyurmuşdur. Çünki ata-
ana uşaqlarının yaxşı yetişmələri üçün həm
cəmiyyətdə, həm də Allaha qarşı məsuldurlar.

Uşaqların ata-ana qarşısındakı
vəzifələri:

Uşaqların ata-analarına sözləriylə,
işləriylə, mallarıyla hörmət və səmimiyyətdə
olmaları, ata-anasına “uf” belə deməmələri,
kiçik bir hörmətsizlikdə olmamaları, qaşqabaq
göstərməmələri, ürəklərini sındırmamaları din
borcu, insanlıq borcudur.

Onlara qarşı daima şirin sözlü, gülər üzlü
olmaq, onların əmrlərindən kənara çıxmamaq,
hər baxımdan onların xeyir-duasını almaq,

25

özlərindən məmnun qalmamarına çalışmaq,
onların işlərini, xidmətlərini öz işlərindən
üstün tutmaq, rəhmətə getdikdən sonra onları
daima xeyirlə, rəhmətlə yada salmaq və
yada saldıracaq hərəkətlərdə olmaq övladlıq
borcudur.

Uca Yaradan Qurani-Kərimdə, ata-ana
haqqını və onlara qarşı yerinə yetiriləcək hörmət
və məhəbbəti belə bəyan etmişdir: “İbadəti ancaq
Allaha edin və ata-anaya hörmət və yaxşılıq edin,
biri yaxud hər ikisi yanınızda (əlinizə baxdıqları
bir zamanda) ixtiyar olarlarsa, ehtiyatlı olun,
onlara “uf” belə deməyin, onları məzəmmət
etməyin və üstlərinə qışqırmayın... İkisinə də
ikramlı və şirin söz söyləyin, ikisinə də şəfqətdən
təvazö və itaət qanadını endir və de ki: Rəbbim!
İkisinə də mərhəmət elə. Onlar məni kiçikkən necə
böyütmüşlərsə, sən də onlara eləcə rəhmətinlə
qarşılıq ver, Rəbbiniz könüllərimizdəkini daha
yaxşı bilir. Ata-ana haqlarında yaxşılıq etsəniz,
Allah sizi bağışlayar; çünki, O, günaha görə
tövbə edənləri mütləq əfv edəndir.”

Ata-ananıza dünyada ikən beləcə hörmət
göstərdiyiniz kimi, öləndən sonra da onları

26

rəhmət və məğfirətlə yada salmaq, onlar üçün
daima xeyir-dua etmək, borcları varsa vermək,
vəsiyyətlərini yerinə yetirmək, sevdiklərinə,
dostlarına hörmət etmək övlad üçün bir
vəzifədir.

Bacı-qardaşların qarşılıqlı vəzifələri:
Bacı-qardaşlar bir ağacın budaqlarına
bənzəyirlər. Bir kökdən gəlmiş, eyni tərbiyə
və eyni qida ilə yetişmişdirlər. Bacı-qardaş
əlaqələri mal, pul kimi mənfəət üzündən
pozulmamalıdır.
Öz qardaş və bacılarının haqlarıyla
hesablaşmayanlar başqalarının haqlarına da
hörmət etməzlər. Bu hal da İslam əxlaqına
uyğun deyildir. Onların mənfəətlərini öz
mənfəətlərimizlə bərabər tutmaq əxlaqi
borcumuzdur.
Ailədə böyük qardaş və bacılar ata və ana
yerindədir. Onlara da hörmət etmək lazımdır.
Peyğəmbərimiz: “Böyük qardaş və bacıların
kiçik qardaş və bacılar üzərindəki haqqı
atanın övladı üzərindəki haqqı kimidir,”-deyə
buyurmuşdur.

27

Qardaş və bacı haqlarına hörmət göstərərək
onlarla yaxşı rəftar edənlər, qiyməti ölçülməz
qardaş və bacılar haqlarını ölüncəyə qədər
davam etdirənlər mədəni, fəzilətli, xoşbəxt
insanlardır.

Qohum-əqrəbanın qarşılıqlı vəzifələri:
Qohum və əqrəbaya qarşı ailə duyğularıyla

maraq göstərmək, dərəcələrinə görə hörmət və
məhəbbət bəsləmək, ehtiyacı olanlara kömək
etmək, onları unutmamaq, münasib zamanlarda
baş çəkib könüllərini almaq, uzaqdakıları
məktub və ya hədiyyələrlə yad etmək, beləliklə
də ailə bağlarını qırılmağa qoymamaq əxlaqi bir
borcdur.

Yaxınlarını sevməyənlər yaxşı insan
sayılmazlar. Boş yerə darılıb küsmək, onları
çətinliyə salmaq, könüllərini qırmaq İslam
əxlaqına uyğun deyildir. Ailə ocağı qohum və
əqrəba ilə qüvvətlənir. Peyğəmbərimiz: “Atası
olmayan uşaq üçün dayısı ata yerindədir”,
“Xala, ana yerindədir”, “Əmi ata yerindədir”,-
deyə buyurmuşdur.

28

Qonşu haqqı İslam dinində demək olar ki,
əqrəbadan sonra gəlir.

Qonşularla xoş rəftar etmək, ehtiyacı
olanlara kömək etmək, onlara heç bir
surətdə zərər verməmək qonşularımıza qarşı
vəzifələrimizdir.

Əziz Peyğəmbərimiz: “Qonşunun qonşu
üzərində böyük haqları vardır. Qonşusu ac, özü
tox olan bir şəxs kamil iman sahibi ola bilməz”,
“Allaha və axirətə imanı olan şəxs qonşusuna
yaxşılıq etsin”, “Qonşuların şərlərindən əmin
olmayanlar yetkin mömin deyildirlər”,-deyə
buyurmuşdur.

29

VI.Millətimiz və dövlətimiz

qarşısındakı vəzifələrimiz

İnsan cəmiyyət içərisində yaşamaq
qabiliyyətində yaradılmışdır. İnsanın bu halına
onun “mədəni və ictimai xüsusiyyətləri” deyilir
Dünyadakı hər bir topluluq (insanlar qrupu)
məlum sərhədlər içərisində siyasi bir cəmiyyət
qurmuşdur. Bunu adına “Dövlət”, malik olduğu
qüdrəti təmsil edən qüvvəyə “Hökumət”,
ölkənin içində yaşayan dövlət və hökuməti
quran insanların cəminə “Millət” deyilir.

Azərbaycan xalqı bəşər tarixinin ən qədim,
ən məşhur, ən şərəfli və uca xalqlarından biridir.
Xalqımızın tarixi isə insanlığın üzünü ağardan,
başqa millətlərə az nəsib olan, idarəçilikdə,
əsgərlikdə, mədəniyyət və insanlıq fəzilətlərində
uca qəhrəmanlıqlarla doludur. Bu əmsalsız
qəhrəmanlıqların qaynağı, qidası imandır.

Keçmişdə olduğu kimi bu gün də, yüksək
mövqeyimizə görə imanımıza borcluyuq. Vətən
sevgisi də imandan gəlir, imansızın qəlbində
vətən sevgisi ola bilməz.

30

Hər bir dövlətin uzunömürlülüyü o
dövləti meydana gətirən millətlə hökumət
arasındakı qarşılıqlı vəzifələrin düzgün yerinə
yetirilməsinə bağlıdır.

Millətin hökumət qarşısındakı

vəzifələri

Hər bir insan üçün ölkə və millətini
sevmək, onun səadətinə və yüksəlməsinə
çalışmaq, hökumətin qanunlarına və əmrlərinə
boyun əymək bir vəzifədir. Bizim kitabımız
Qurani-Kərim belə əmr edir.

Ölkənin içəridən və xaricdən qorunması,
millətin işlərinin düzgün yolla aparılması üçün
hər bir kəs malıyla, caniyla dövlətə kömək
etməlidir.

Ölkəmizi düşmən hücumundan qorumaq,
ölkənin içində xalqın rahatlığını və sabitliyini
təmin etmək üçün dövlətin qurduğu orduda
xidmət etmək hər bir vətəndaşın üzərinə düşən
vəzifədir. Bu vəzifə də dinin əmridir.

Əsgərlik yurdumuzu qeyrət, namus və
şərəfimizi düşmənlərdən qoruma xidmətidir.

31

Bu şərəfli xidməti icra edən ordu yerinə
yetirilməsində canını fəda etməyə hazır olan
bir qüvvədir. Əsgərlik vəzifəsi yurdumuz
və hökumətimiz üçün yerinə yetirdiyimiz
vəzifələrdən ən şərəflisidir.

Bizim dinimizdə əsgərlik mərtəbəsi
çox ucadır. Əsgər savaşda ölərsə şəhidlik,
qalarsa qəhrəmanlıq dərəcəsinə yetişər.
Şəhidlik mərtəbəsi axirətdə, peyğəmbərlik
mərtəbəsindən sonra gəlir. Dünyanın fəxri olan
Peyğəmbərimiz:”Quruda şəhid olanların qul
borcundan başqa günahları əfv olunur”-deyə
buyurmuşdur.

İslam dünyasında “şəhid” (“şahid”)
sözü ilə həm məhkəmədəki şahidi, həm də
düşmənə qarşı Allah yolunda savaşan, vətəni,
namusu, ailəsi uğrunda həyatını qurban verən
müsəlmanı adlandırırlar. Savaşda müsəlmanın
düşmən tərəfindən öldürülməsinin (onun
üzərində qan izinin olub-olmaması vacib deyil),
dərhal ölməsinin, yaxud yaralanıb bir müddət
sonra həlak olmasının fərqi yoxdur. Bütün bu
hallarda o, şəhiddir.

Şəhidlər haqqında Qurani-Kərimdə bu-

32

yurulur : “Allah yolunda öldürülənləri
heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar
diridirlər. Onlara Rəbbi yanında ruzi əta
olunur. Onlar Allahın öz mərhəmətindən
onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca
gəlib hələ özlərinə çatmamış kəslərin heç bir
qorxusu olmayacağına və onların qəm-qüssə
görməyəcəklərinə görə şadlıq edirlər. Onlar
Allahdan gələn nemət və mərhəmətə görə,
həm də Allahımn möminlərin mükafatını
puça çıxarmayacağına görə sevincək olurlar.
Yaralandıqdan sonra Allahın və Peyğəmbərin
dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər
görüb pis işlərdən çəkinənləri böyük bir
mükafat gözləyir!” (“Ali-İmran”, 3/169-172).

Məşhir İslam alimi Nəvəvi “əl-Məcmu”
kitabında savaşda həlak olan müsəlmanın nə
üçün şəhid (şahid) adlandırılmasının yeddi
səbəbini göstərmişdir: Allah onların Cənnətdə
olacaqlarına şahiddir; Onlar Allah dərgahında
diridirlər; Mələklər onların ruhlarını alanda
əzablarına şahidlik edirlər; Onlar müsəlmanlar
üzərində şahidlik edəcəklər; Onların döyüş
meydanında tökdükləri qanlar yüksək

33

inanclarının göstəricisidir (şahididir); Onların
axıdılmış qanı Allaha olan səmimi imanlarına
şahidlik edir; Yalnız onların ruhu qiyamət günü
yetişməmiş Cənnətin şahidi olacaqdır (yəni,
Cənnəti görəcəkdir).

İslamın etiqad prinsiplərinə görə,
şəhidlərin bütün günahları bağışlanacaq və
onlar Cənnətə düşəcəklər. Bu fikir Quranda
da öz əksini tapmışdır: “...Mənim yolumda
əziyyətə düçar olanların, vuruşanların və
öldürülənlərin günahlarının üstünü Allahdan
bir mükafat olaraq, əlbəttə, örtəcək və onları
(ağacları) altından çaylar axan Cənnətlərə
daxil edəcəyəm. Ən yaxşı mükafat Allah
yanındadır!” (“Ali-İmran”, 3/195).

Geniş mənada, Allah naminə həqiqət
yolunda ölmüş bütün insanlara şəhid deyilir.

Bütün İslam məzhəblərinə görə, şəhidlərin
nəşi yuyulmamalıdır. Bu məsələ Həzrət
Məhəmməd peyğəmbərin (s) bütün məşhur
hədis toplularında keçən şəhidlərlə bağlı
hədisindən qaynaqlanır: “ Onları öz qanları ilə
dəfn edin və onları yumayın”.

Bundan başqa, dinimizdə şəhidlərin həlak

34

olduğu yerdə dəfn edilməsi daha məqsədəuyğun
sayılır. Çünki Həzrət Peyğmbər (s) Uhud
döyüşündən sonra belə etmək üçün göstəriş
vermişdir.

Müxtəlif bəhanələr gətirərək əsgərliyə
getməmək və ya getdikdən sonra qaçmaq
xainlikdir və böyük günahdır.



35

V. İnsanlıq aləmi qarşısındakı

vəzifələrimiz

Allah insanları azad olaraq yaratmışdır.
Heç bir istisna olmadan insanlar azaddır. İnsan
özünün və başqalarının azadlığını tanıdığı
təqdirdə azad sayıla bilər. Belə olunca hər
bir şəxsin azadlığı başqalarının azadlığı ilə
şərtlənir.

Bütün insanlar azadlıq hüququna malik
olmaqla bərabər, başqalarının da azadlığını
tanımalı, onlara hörmət göstərməlidirlər.
Demək olar ki, insanlar bir sıra haqlara malik
olduqları kimi, eyni zamanda qarşılıqlı olaraq
bir-birilərinin haqlarını da tanımalıdırlar.

Dinimiz insanların bütün haqq və vəzifələrini
çox açıq və ən mükəmməl bir şəkildə əmr
etmişdir. Allah-Təala Qurani-Kərimdə:”Allah
ədalətlə, xeyirxahlıq və yaxşılıqla əmr edir.
Ədalətli olun, yaxşı işlərə kömək edin”, deyə
buyurmuşdur. Sevimli Peyğəmbərimiz (s) də
insanların haqq və vəzifələrini bu diqqətəlayiq
qayda ilə təsdiq etmişdir: ”Öz nəfsin üçün

36

istədiyini başqaları üçün də istə, öz nəfsin üçün
istəmədiyini başqaları üçün də istəmə”.

Bu və buna bənzər əmrləri həm Quran, həm
də Allahın Rəsulu əmr etmişdir. İslamiyyətdən
başqa heç bir cəmiyyət, heç bir fəlsəfi məslək,
heç bir elm adamı, insanların həmin təbii
haqlarını bu dərəcədə açıq, bu dərəcədə geniş
və ətraflı göstərə bilməmişdir.

Yaşamaq haqqı

Dünyada yaşamaq hər bir insanın
haqqıdır. Dinimiz insanın bu haqqına təcavüzü
bütün insanlara qarşı təcavüzkarlıq hesab
edir. Qurani-Kərim: “Allahın haram qıldığı
nəfəsi öldürməyin, haqlı olaraq öldürülən
müstəsna”dır,-deyə buyurmuşdur.

Uşaq salmaq da dində cinayət sayılır.
Öz-özünü öldürmək, intihar da dinimizdə
haram və yasaqdır.

Təhlükə qarşısında canını qorumaq da
doğrudur. Bu zaman düşməni məhv etməkdə
bir zərər yoxdur.

37

İnsanın canına qəsd etməsi dində necə
haram və yasaqdırsa, mənəvi varlığı olan
müqəddəslərə təcavüz də eləcə haram və
yasaqdır.

Fərdlərin namusunu, şərəfini, heysiyyətini
ləkələmək, başqalarıyla əylənmək, onlara
istehza etmək, başqalarını aşağı görmək,
qeybət etmək, iftira atmaq, paxıllıq etmək,
ara qarışdırmaq kimi şeyləri də dinimiz qəti
qadağan etmiş, bunları ən pis xüsusiyyətlər
hesab etmişdir.

Azadlıq haqqı:
Hər bir insan azaddır və azadlıq haqqına
malikdir. Dili, dini, irqi, kökü nə olursa olsun,
heç bir adamın azadlığına toxunula bilməz.

Düşünmə azadlığı:
Hər bir insan istədiyini düşünməkdə
sərbəstdir. Bu, onun bir haqqıdır.

Elm öyrənmək azadlığı:
İslamiyyət elmin baş dostu və
qoruyucusudur. Çünki elm nə qədər irəliləsə,

38

İslamın yüksək hikmətləri də bir o qədər özünü
daha yaxşı göstərəcəkdir.

Mal-mülk sahibi olmaq haqqı:
İnsanlar halal və qanuni yollarla mal-mülk
əldə etmək haqqına sahibdirlər. Əldə etdikləri
mülklərini, mallarını israf və xəsislik etmədən
istədikləri kimi işlədə və sərf edə bilərlər.
İnsanların bu haqqına qarşı getmək, dində bir
cinayətdir.
Mal-mülk əldə etmək haqqı dünyada
namuslu, dayanmadan çalışmanın, bir fərd,
bir cəmiyyət olaraq irəliləyib yüksəlmənin və
bütün insanlara bu yolda köməkçi olmanın
yeganə mənbəyidir.
Bu haqqın tanınmadığı yerlərdə mədəni,
iqtisadi həyat dərhal iflic olar; rahatlıq,
dinclik qalmaz. Belə topluluqların başına ən
qorxunc zülm və fəlakət çökər. Buna görə
də müsəlmanlıq insanların mal, mülk əldə
etmələrini halal qılmış, bunlara təcavüzü haram
və yasaq saymışdır.

39

Quran əxlaqıyla tərbiyələnmiş

həqiqi möminin vəziyyəti

Qurani-Kərimə inanıb, hərəkətini,
yaşayışını onun əmr və yasaqlarına
uyğunlaşdıran bir müsəlman nümunəvi bir
şəxs, kamil bir insandır. Beləsində insanlığın
bütün xüsusiyyətləri olur.

-Allahın birliyinə və Peyğəmbəri vasitəsilə
göndərdiklərinə inanır, inandığı kimi yaşayır.

-Allahın əmr elədiyi və Peyğəmbərinin
göstərdiyi kimi namazını qılır, orucunu tutur,
zəkatını verir və gücü çatınca həcc borcunu ödəyir.

-Yoxsullara, yetimlərə, kimsəsizlərə,
möhtaclara, yaxınlarına malıyla, canıyla, gücü
çatdığı qədər kömək edir.

-Təhlükəli zamanlarda əsla sarsılmaz,
zəiflik göstərməz. Hər işində bütün gücünü sərf
edir, sonra Allaha dayanır.

-Müsəlman dünyanın ən təmiz insanıdır.
Bədənini, üstünü, başını, geyəcəyini,
yeyəcəyini, yerini, yurdunu, qab-qacağını,
küçəsini, ətrafını tər-təmiz saxlayır.

40

-Ata və anasına itaət edir. Verdiyi sözü
yerinə yetirir. Əmanətə əsla xəyanət etmir.
Boynuna götürdüyü hər bir işi bütün gücünü
sərf edərək həyata keçirir.

-Ruhunu, könlünü riyadan, fəsaddan,
hiylədən, fırıldaqdan, qeybətdən, ara
qarışdırmaqdan; nəfsini içkidən, qumardan,
oyundan; dilini pis sözlərdən uzaq və təmiz
saxlayır.

-Özünü üstün tutaraq təkəbbür göstərməz,
aşağı sayaraq da əl-ətək öpməz, ləyaqətli, kamil
insandır.

-Pisliyin kiçiyindən, böyüyündən,
gizlinindən, açığından özünü qoruyur.

-Dəyərsiz, müəmmalı mənfəət dalında
deyildir. Durmadan çalışar, halalından qazanar.
Allahın verdiyinə şükr edər, vermədiyinə də
həmd edər, səbir edər.

-Müqavimətlərə qarşı hirsini udar, qüsur və
qəbahətlini bağışlamaqdan zövq alar. Yaxşılığa
başçılıq, pisliyə üsyan edər.

-Boynuna götürdüyü hər bir işi son gücünü
sərf edərək yerinə yetirər. Tənbəllik onun
düşmənidir.

41

-Bilik, təcrübə, incəsənət, elm onun
sevgili dostlarıdır. Özünü bunlarla bəzəyər.
Biliksizlikdən, təcrübəsizlikdən qorxar, ehtiyat
edər.

-Allah yolunda, millət və vətən uğrunda
gücü çatdığını yerinə yetirər; lazım gələrsə bu
yolda canını qurban verər.

-Müsəlmanları qardaş bilər, onların
dərdlərinə ortaq olar, xəstələrinə baxar,
borclularına yardım edər, dərdlilərinə dərman
axtarar, böyüklərinə hörmət, kiçiklərinə
məhəbbət bəsləyər.

-Allah yaratdığı üçün heyvanlara yazığı
gələr, əşyanı qoruyar; bütün varlıq aləminə
sevgi ilə bağlanar. Çünki sevdiklərini Allah
üçün sevər, nifrət etdiklərinə də Allah üçün
nifrət edər.

-Bu xüsusiyyətlə hərəkət Allah əmri,
Peyğəmbər yoludur. Müsəlman həmin yolun
yolçusudur. Təmiz, pak bir yaşayışla bu
dünyadakı həyatını faydalı bir insan kimi
başa vurar. İmanla, könül rahatlığıyla Allaha
qovuşar. Onun tükənməz, sonsuz nemətlərinə
yetişər.

42

RUHUN TƏRBİYƏSİ

İnsanın ruhu yaradılışı baxımından
təmizdir. Xaliqinə və Allahın yaratdıqlarına
qarşı olan vəzifələrini yerinə yetirə biləcək
qabiliyyətdə yaradılmışdır.

Bədənimizə yığılan xəstəliklər kimi,
ruhumuzu da xəstələndirən bir qisim amillər
vardır ki, bunlar ruhun vəzifəsini yerinə
yetirməsinə əngəl olurlar.

Əxlaqın vəzifəsi ruhumuzun vəzifəsini
yerinə yetirməyə əngəl olan xəstəliklərdən
qorumaq və xəstələnməməsi üçün alınacaq
tədbirləri öyrətməkdir.

RUHİ XƏSTƏLİKLƏR VƏ

MÜALİCƏSİ

İnad və qərarsızlıq
İnad düşünmədən verilən qərardan
dönməmək, onun üzərində israr etməkdir.
İnadcıl şəxs öz düşündüyündən başqa heç
kəsin fikrini qəbul etməz, dediyini eləyər.
Bu hal iradənin azğınlığıdır. Belələri daima

43

ətrafındakılara zərər verməklə xəta və günah
işləyərlər.

Qərarsızlıq isə iradə zəifliyidir. İnad
kimi qərarsızlıq da ruh xəstəliyidir. Belələri
başqalarının iradələriylə hərəkət edərlər. Buna
görə Allaha və Allahın yaratdıqlrına qarşı
vəzifələrini yerinə yetirə bilməzlər.

Müalicə üsulu: Səbatlı və mətanətli
olmaqdır. Bilik və təcrübəyə əsaslanaraq verilən
qərardan dönməməyə səbat və mətanət deyilir.
Bu hal insanlar üçün bir fəzilətdir. Dünya və
axirət üçün faydalı, üstün və savab işlər bu tip
insanların əsəridir. İnad və qərarsızlıq səbat və
mətanətlə aradan qaldırılır. Dinimiz bizə səbatlı
və mətanətli olmağımızı əmr edir.

Aşırı həyəcan və aşırı qorxaqlıq:
Bir işin irəlisini-gerisini düşünmədən,
həmin işə başlamaqla təhlükəyə atılmaq da bir
ruh xəstəliyidir.
Bütün qəbahət və cinayətlər də buna görə
ortaya çıxır. Hiddət və qəzəb də bir cür dəlilikdir.
Hiddət və qəzəb anında düşüncə işləmir,
nəzarətdən çıxır. İnsan nə etdiyini bilmir.

44

Bunu əksi olan aşırı qorxaqlıq da yaxşı
deyil. Peyğəmbərimiz: “Allahım, qorxaqlıqdan
sənə sığınıram” buyurmaqla qorxaqlığın pis
olduğunu göstərmişdir.

Müalicə vasitələri: Nəfsə hakim və mərd
olmaqdır.

Nəfsinə, aşırı duyğu və meyillərinə
hakim olmaq, onları saxlamaq əxlaqi
keyfiyyətlərdəndir. Belələri sözlərinin və
işlərinin sahibləridir. Hər hansı bir hadisə
qarşısında həyəcana, qəzəbə qapılmaz, səbir
göstərərlər. Ağılın və biliyin işığı altında
iradələrini işlədər, əxlaq yolundan çıxmazlar.

Mərdlik qəlbin qüvvəti və iradənin
səbatıdır. Belələri həyatın əzici qəm və
kədərlərini səbirlə qarşılayar, haqqı söyləmək
yolunda heç kimdən çəkinməzlər, haqq və
ədalətin tələblərinə görə hərəkət edərlər.

Özünü bəyənmək-lovğalanmaq
(təkəbbür)

Özünü kiçik görmək (yazıqlıq)
Bu hallar da ruha xas olan xəstəliklərdir.
İnsanlar istər yaradılışlarında, istərsə də

45

qanun qarşısında bərabərdirlər, eyni haqlara
sahibdirlər. Bununla bərabər, təkəbbürlü
şəxslər mallarına, mövqelərinə və digər
maddi varlıqlarına güvənərək özlərindən
kiçik saydıqlarını həqir, özləriylə bərabər
olanları da kiçik görürlər. Ruhlarında təkəbbür
xəstəliyi olanlar hər cür pis xüsusiyyətləri
nəfslərində toplayar, yaxşı olmaqlarına həmin
xüsusiyyətləri mane olar, haqqı qəbul edə
bilməzlər. Çünki, bu ruhlarına ağır gəlir. Allah
təkəbbürlüləri heç sevməz.

Bunun əksi olan özünü kiçik görmə
(yazıqlıq) də pis xüsusiyyətlərdəndir. Ruhlarını
yazıqlığa bağlayanlar hər cür zillətə, alçaqlığa
qatlanırlar. Bu xüsusiyyətlərin hər ikisi də
pisdir.

Müailcə vasitələri: Təvazökar və ləyaqətli
olmaqdır.

İnsan təvazökar olmaqla başqalarının
sevgisini, ləyaqətli olmaqla da hörmətini
qazanır. Yenə insan bilir ki, haqq yanında
məqbul olanlar Allah yoluyla gedənlərdir.
Mal, mülk, vəzifə və bunun kimi maddi
varlıqlar insanı yüksəltməz. Ucalıq ancaq yaxşı

46

xasiyyətlə olur. Ləyaqətli insanlar isə daima
mövqelərini və insanlıq şərəfini qoruyarlar.
Təvazökarlıq və ləyaqət bir-birini tamamlayan
üstün keyfiyyətlərdəndir. Bu xüsusiyyətlərə
malik olan şəxslər həm Tanrı qarşısında,
həm də insanların yanında sevilən, sayılan
şəxslərdir. Bunun üçün Peyğəmbərimiz:
“Müsəlman qardaşına qarşı təvazökar
olanı Allah yüksəldər. Böyüklük və təkəbbür
göstərəni də zəlil edər”,-deyə buyurmuşdur.
Təvazökarlıq üçün də: “Ləyaqətli olan adam,
quyunun dibində də olsa, Allah bir kömək
göndərib onu çıxardar.” “Təvazökarlığın
qədrini bilənlərə qarşı səmimi, bilməyənlərə
qarşı təkəbbürlü olun. Təkəbbürlülüyə qarşı
təkəbbür mərhəmətdir”,-deyə buyurmuşdur.

Arsızlıq, həyasızlıq, həya və ədəb
İnsanın ruhuna xas olan pisliklərdən biri
də, arsızlıq, həyasızlıqdır. Bu xəstəliyə tutulan
insanlar iradələrinə hakim olmazlar. Bunun
üçün də hər cür pisliyi etməkdən çəkinməzlər.
Belələri nə Allahdan, nə də insanlardan
utanarlar. Hər cür insani keyfiyyətlərdən

47

uzaqlaşmış, heyvanın ən aşağı dərəcəsinə
enmişlər. Bunların əlindən hər cür pislik
gələr. Peyğəmbərimiz: ”Utanmadıqdan sonra
istədiyini elə”,-deyə buyurmuşdur.

Müalicə yolu: Həyalı və ədəbli olmaqdır.
Ar, həya dinin pis saydığı hər şeydən
ruhun sıxılması, mütəəssir olması deməkdir.
İnsandakı fəzilətin həqiqi və doğru ölçüsü
ədəb və həyadır. Bu keyfiyyətə sahib olan
insanlar hər cür azğınlıqdan, rəzillikdən uzaq
yaşayarlar. Bu xüsusiyyət sahibini utanılacaq
hər şeydən qoruyur. Çünki, Allahdan qorxan
onun əmrlərini yerinə yetirər, yasaqlarından
çəkinər. İnsanlardan utanan heç bir zaman
insan haqlarına hücum etməz. Onlara qarşı
olan vəzifələri tam və yoluyla yerinə yetirər.
“Utanmaq insanın zinətidir”, “Utanmayanın
imanı nöqsanlıdır.”

Yalançılıq və hiyləgərlik
Yalançılıq xəstəliyinə tutulmuş olanlar
düşündüklərinin, bildiklərinin əksini
söyləyərlər. Belə şəxslər hər cür fəzilətdən
məhrumdurlar. Yalan insanın ruhundan

48

rahatlığı, sükunəti qaldırır, insanları əzab içində
yaşadır. Allah Qurani-Kərimdə yalançılara
lənət etmişdir.

Yalançılıq ikiüzlülük əlamətidir.
Hiyləgərlik də ikiüzlülükdür. Hiyləgərlərin
insanlar arasında qiymət və etibarı yoxdur.
Hiyləgərlik əməkdaşlıq qaydalarını pozan,
cəmiyyət həyatını korlayan pis bir xüsusiyyətdir.
Hiyləgər şeytanın yoldaşıdır. Belələrindən hər
kəs diksinir. Uca Peyğəmbərimiz: “Din və
dünya işlərində ümmətinə hiylə gələnlərə Allah
lənət etsin”,-deyə buyurmuşdur.

Müalicə vasitəsi: doğruluq və sədaqətdir.
Müsəlmanlığın ruhu doğruluqdur. İnancda,
qulluq vəzifələrində, dünya işlərində, özündə
və sözündə doğru olmaqdır. Doğru insan
düşündüyü və bildiyi kimi söyləyən şəxsdir.
Doğrucul insanlar həm Allah qarşısında,
həm də insanların yanında sevimli və
şərəflidirlər. Bunun üçün də uşaqlarımız
zarafatla da olsa yalana alışdırılmamalıdır.
Ruhumuzu yalan xəstəliyindən qorumaq ən
böyük əxlaqi vəzifəmizdir. Peuğəmbərimiz:”
Bir dəfə yalan söyləyən üç dəfə lənətə

49

haqq qazanır,” Yalan ruzinin bərəkətini
azaldır”, “Günahların ən böyüyü dilin yalan
söyləməsidir”,-deyə buyurmuşdur.

Sirr saxlamaq da doğruluğun bir qoludur,
əxlaqi vəzifələrimizdəndir. Həzrət Əlinin “Sirr,
yəni içində saxladığın şey sənin əsirindir. Onu
ortaya çıxardığın vaxt sən onun əsiri olursan”,-
deyə buyurması böyük bir hikmətin ifadəsidir.

Əmanətə xəyanət
Bizə etibar edilən əmanəti pisliyə
işlətmək əmanətə xəyanətdir. Müsəlmanlıq
əmanətə xəyanət edənlərin imanı olmadığını,
belələrinin münafiqlərdən (ikiüzlülərdən)
olduğunu bildirir. Xain insanlar cəmiyyət
içində bir mikrobdur. Peyğəmbərimiz:
“Nəzdində əmanət buraxılan əşyanı sahibinə
qaytar. Sənə xəyanət edən kimsəyə də xəyanət
etmə”, “Əmanət zənginlikdir, yəni əmanət
tapşırılmış insan etibar zənginliyinə malikdir”,
“Əmanətə xəyanət edənlər iman kamilliyindən
məhrumdurlar”,-deyə buyurmuşdur.
Müalicə vasitəsi: etibarlı olmaqdır.
Əmanət istər maddi, istərsə də mənəvi olsun,

50


Click to View FlipBook Version